Məhkəmə qərarları › İş №2-1(120)-216/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-216/2025

04.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-216/2025 04.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 iştirakı ilə, İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 81 saylı sərəncamın ləğv edilməsi” barədə iddianın mümkünlüyü məsələsinə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 81 saylı sərəncamın ləğv edilməsi” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə İmişli rayon İcra Hakimiyyəti Başçısının 23 aprel 2014-cii il tarixli, 82 saylı Sərəncamı ilə 3 hektar torpaq sahəsi qum-çınqıl materiallarının çıxarılması üçün ayrılıb icarəyə verilmişdir. İmişli rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 50 il müddətinə 23 aprel 2014-cü il tarixli, 10 saylı icarə müqaviləsi bağlanılmışdır. Bu günlərdə ona verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X9 X1 27 may 2021-ci il tarixli, 69 saylı qərarı ilə 15 oktyabr 2018-ci il tarixli, 01100 nömrəli Dağ-mədən ayırması aktı ilə İddiaçı MMC-yə verilmiş yerin təkindən istifadə hüququ ləğv edilmişdir. Həmin qərardan sonra İmişli rayon İcra Hakimiyyəti başçısının 01 aprel 2022-ci il tarixli, 81 saylı Sərəncamı ilə İddiaçı MMC-yə İmişli rayon İcra Hakimiyyəti başçısının 23 aprel 2014-cü il tarixli, 82 saylı Sərəncamı və İmişli rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanılmış 23 aprel 2014-cü il tarixli, 10 saylı icarə müqaviləsi ləğv edilmişdir. Həmin sərəncam qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı nümayəndəsi və cavabdeh İmişli rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 82 nömrəli sərəncamından görünür ki, İddiaçı rəhbərliyinin müraciəti nəzərə alınmış və Cəmiyyətə qumçınqıl materiallarının çıxarılması və istehsalı üçün Yalavac kəndi yaxınlığında Araz çayının yatağından 3,0 ha ərazi müvəqqəti istifadə hüququ ilə ayrılıb icarəyə verilmişdir. İş materiallarında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2014-cü il tarixli, 10 nömrəli müqavilənin surətindən göünür ki, İmişli rayon İcra Hakimiyyəti İddiaçı MMC-yə 3,0 hektar torpaq sahəsini 50 il müddətinə icarəyə vermişdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 81 nömrəli sərəncamından görünür ki, İddiaçı MMC-yə rayonun Yalavac kəndi yaxınlığında Araz çayının yatağından qum-çınqıl materiallarının çıxarılması üçün 3,0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının 23 aprel 2014-cü il tarixli, 82 saylı sərəncamı və 23 aprel 2014-cü il tarixli, 10 saylı icarə müqaviləsi ləğv edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə İmişli rayonu “İmişli” qum-çınqıl yatağında yerləşən karxana sahəsinə keçirilmiş baxışa dair arayışdan görünür ki, İddiaçı MMC-Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən X9 X3 ünvanlanmış 18.01 2023-cü il tarixli 12/X2-23 nömrəli müraciətlə əlaqədar olaraq 24.01 2023-cü il tarixdə Agentliyin Monitorinq və nəzarət şöbəsinin aparıcı mütəxəssisi Əliyev Sərxan və həmin idarənin böyük prokuroru Babək Zakirzadə, prokuroru Bəxtiyar Mirzəyev tərəfindən İmişli rayonu “İmişli” qum-çınqıl yatağında yerləşən İddiaçı MMC-yə məxsus karxana sahəsinə baxış keçirilmişdir. Baxış zamanı xx.xx.2022ci il tarixində keçirilən baxışda aşkar edilmiş qazıntı sahələri dəqiqləşdirilmiş və müəyyən edilmişdir ki, 1-ci X- 248142; Y-4414314; X-248121; Y-4414327; X-248069; Y-4414329; X- 248016; Y-4414277; X-248011; Y- 4414259; X-248011; Y-4414244; X-248016; Y-4414223; X-248037; Y-4414214; X-248056; Y-4414251; X- 248081; Y-4414280; koordinatların daxilində 6343 m2 sahədə orta istismar dərinliyi 2 metr olmaqla 12686 m3 həcmində qanunsuz olaraq qum-çınqıl hasilatı aparılmışdır. İstismar işləri xx.xx.2018-ci il tarixində hazırlanmış markşeyder planı ilə İddiaçı MMC-yə ayrılmış sahənin xaricində yerləşir. Baxış zamanı istismar üçün ayrılmış sahədə hər hansı bir yeni hasilat işlərinin aparmadığı və ərazidə 2 (iki) ədəd KOMATSU markalı ekskavator texnikası müşahidə edildi. Ərazinin fotoşəkilləri çəkilmişdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-53/2-370/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı MMC-yə İmişli Rayon İcra Hakimiyyəti başçısının 23 aprel 2014-cü il tarixli, 82 saylı Sərəncamı ilə 3,0 ha torpaq sahəsi qum-çınqıl materiallarının çıxarılması üçün ayrılıb icarəyə verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 X2 mütəxəssisləri İmişli rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı monitorinq apararaq müəyyən etmişdir ki, İddiaçı MMC qum-çınqıl materiallarının çıxarılması zamanı Yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunların tələblərini pozmuş və bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 X5 İdarə Heyətinin qərarı ilə İddiaçı MMC-yə 15 oktyabr 2018-ci il tarixdə verilmiş 01100 saylı dağ-mədən ayırması ləğv edilmişdir. Bununla bağlı İmişli Rayon İcra Hakimiyyəti tərəfindən fəaliyyətinin dayandırılması və torpaq sahəsinin rekultivasiya olunaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə İddiaçı MMC-yə məktub göndərilmişdir. Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən Rayon İcra Hakimiyyətinə daxil olmuş 10 dekabr 2021-ci il tarixli, 40276/26477 saylı məktubunda İmişli rayonu ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarının fəaliyyəti nəticəsində Araz çayının məcrasının hidrogeomorfoloji (dərinləşməsi və genişlənməsi), ətraf ərazilərin hidrogeoekoloji (yeraltı suların səviyyəsinin kəskin aşağı düşməsi və şorlaşması) şəraitinin neqativ yöndə dəyişilməsinə səbəb olduğu göstərilmiş və bununla əlaqədar rayon ərazisindəki qum-çınqıl karxanalarının qanunsuz fəaliyyətinin və bunun nəticəsində ətraf mühütə mənfi təsirlərin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi tövsiyyə olunmuşdur. Bütün bunları nəzərə alaraq dağ-mədən ayırması olmadan qanunsuz fəaliyyət göstərdiyinə və Araz çayının məcrasının dəyişməsinə səbəb olan hallara yol verdiyinə görə İmişli Rayon İcra Hakimiyyəti başçısının 23 aprel 2014-cü il tarixli, 82 saylı sərəncamına xitam verilmiş və sərəncamın surəti poçt vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin həmin ərazidə fəaliyyət göstərib-göstərməməsi ilə bağlı isə bildiririk ki, İddiaçı MMC qeyd edilən ərazidə fəaliyyət göstərmir. İmişli Rayon İcra Hakimiyyəti başçısının 01 aprel 2022-ci il tarixli, 81 saylı Sərəncamı verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-817/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı MMC-in cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Ehtiyatlarından X4rşı “xx.xx.2018-ci il tarixli, 01100 nömrəli dağ-mədən ayırması aktı ilə İddiaçı MMC-yə verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi haqqında xx.xx.2021-ci il tarixli, 65 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiasının mümkün sayılmadığı müəyyən edilir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 82 nömrəli sərəncamı ilə İddiaçı rəhbərliyinin müraciəti nəzərə alınmış və Cəmiyyətə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün Yalavac kəndi yaxınlığında Araz çayının yatağından 3,0 ha ərazi müvəqqəti istifadə hüququ ilə ayrılıb icarəyə verilmişdir. İmişli rayon İcra Hakimiyyəti İddiaçı MMC-yə 3,0 hektar torpaq sahəsini 50 il müddətinə icarə müqaviləsi bağlanmışdır. İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 81 nömrəli sərəncamı ilə İddiaçı MMC-yə rayonun Yalavac kəndi yaxınlığında Araz çayının yatağından qum-çınqıl materiallarının çıxarılması üçün 3,0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının 23 aprel 2014-cü il tarixli, 82 saylı sərəncamı və 23 aprel 2014-cü il tarixli, 10 saylı icarə müqaviləsi ləğv edilmişdir. Hesab edir ki, İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 81 nömrəli sərəncamı qanunsuz əlverişsiz inzibati akt olduğundan məhkəmə qaydasında ləğv edilməlidir. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (bundan sonra - İPM): Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İPM-in 70.1-ci maddəsinə görə İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İHAM-ın “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həmmövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmənin qənaətinə görə iddiaçının hal-hazırki iş üzrə hüquqi marağı sərəncamın ləğvi deyil, göstərdiyi fəaliyyətin dəyişməsidir. Belə ki, İddiaçı İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 81 nömrəli sərəncamını mübahisələndirir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatlara əsasən MMC-in hal-hazırdaki fəaliyyəti qum-çınqıl hasilatı ilə bağlı deyildir. Belə olan halda məhkəmənin keçmiş iclaslarında iddiaçının nümayəndəsinə hüquqi yardımlar edilərək fəaliyyətinin dəyişməsi üzrə qanunvericiliyin tələbləri üzrə yenidən müraciət etmək hüquqları izah edilmişdir. Digər bir hal isə İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 81 nömrəli sərəncamının verilməsinə əsas olan hal Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Ehtiyatlarından X4rşı “xx.xx.2018-ci il tarixli, 01100 nömrəli dağ-mədən ayırması aktı ilə İddiaçı MMC-yə verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi haqqında xx.xx.2021-ci il tarixli, 65 nömrəli qərarı olmuşdur. Belə ki, iddiaçıya xx.xx.2014-cü il tarixli, 82 saylı sərəncamla torpaq sahəsinin ayrılmasının məqsədi qum-çınqıl materiallarının çıxarılması və istehsalıdır. Həmçinin nəzərə alınmalıdır ki, torpaq sahəsi müvəqqəti olaraq ayrılmışdır. Güründüyü kimi iddiaçıya torpaq sahəsi yerin təkindən müddətli istifadə üçün ayrılmışdır. Qeyd edilən formada istifadə isə iddiaçıya müvəqqəti səlahiyyətli qurumlar tərəfindən verilən icazə əsasında yol veriləndir. Cavabdeh inzibati orqanın mübahisəli sərəncamının hüquqi və faktiki əsasını Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 X5 tərəfindən aparılmış inzibati icraat təşkil etmişdir. Eləcə də, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-817/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı MMC-in cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Ehtiyatlarından X4rşı “xx.xx.2018-ci il tarixli, 01100 nömrəli dağ-mədən ayırması aktı ilə İddiaçı MMC-yə verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi haqqında xx.xx.2021-ci il tarixli, 65 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiasının mümkün sayılmadığı müəyyən edilir. Elektron məhkəmə sisteminə baxıldığı zaman Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-817/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadından şikayət verilmədiyi və hal-hazırda qüvvədə olduğu müəyyən edilir. Qeyd edilən istiqamətdə də məhkəmə iddiaçıya hüquqi yardım göstərmiş və qanunvericiliyin tələblərinə izah edərək müvafiq arzuladığı fəaliyyətlə məşğul olmasından ötrü ilk öncə müvafiq qurumlardan icazələrin alınması ilə bağlı, daha sonra fəaliyyəti istiqamətdə İmişli rayon İcra Hakimiyyətinə müraciət etməli olduğu halları izah edilmişdir. Digər bir arqument isə müddətlə bağlı olan haldır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İmişli rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-53/2- 370/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı MMC-yə İmişli Rayon İcra Hakimiyyəti başçısının 23 aprel 2014-cü il tarixli, 82 saylı Sərəncamı ilə 3,0 ha torpaq sahəsi qum-çınqıl materiallarının çıxarılması üçün ayrılıb icarəyə verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 X2 mütəxəssisləri İmişli rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı monitorinq apararaq müəyyən etmişdir ki, İddiaçı MMC qum-çınqıl materiallarının çıxarılması zamanı Yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunların tələblərini pozmuş və bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 X5 İdarə Heyətinin qərarı ilə İddiaçı MMC-yə 15 oktyabr 2018-ci il tarixdə verilmiş 01100 saylı dağ-mədən ayırması ləğv edilmişdir. Bununla bağlı İmişli Rayon İcra Hakimiyyəti tərəfindən fəaliyyətinin dayandırılması və torpaq sahəsinin rekultivasiya olunaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə İddiaçı MMC-yə məktub göndərilmişdir. Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən Rayon İcra Hakimiyyətinə daxil olmuş 10 dekabr 2021-ci il tarixli, 40276/26477 saylı məktubunda İmişli rayonu ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarının fəaliyyəti nəticəsində Araz çayının məcrasının hidrogeomorfoloji (dərinləşməsi və genişlənməsi), ətraf ərazilərin hidrogeoekoloji (yeraltı suların səviyyəsinin kəskin aşağı düşməsi və şorlaşması) şəraitinin neqativ yöndə dəyişilməsinə səbəb olduğu göstərilmiş və bununla əlaqədar rayon ərazisindəki qum-çınqıl karxanalarının qanunsuz fəaliyyətinin və bunun nəticəsində ətraf mühütə mənfi təsirlərin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi tövsiyyə olunmuşdur. Bütün bunları nəzərə alaraq dağ-mədən ayırması olmadan qanunsuz fəaliyyət göstərdiyinə və Araz çayının məcrasının dəyişməsinə səbəb olan hallara yol verdiyinə görə İmişli Rayon İcra Hakimiyyəti başçısının 23 aprel 2014-cü il tarixli, 82 saylı sərəncamına xitam verilmiş və sərəncamın surəti poçt vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin həmin ərazidə fəaliyyət göstərib-göstərməməsi ilə bağlı isə bildiririk ki, İddiaçı MMC qeyd edilən ərazidə fəaliyyət göstərmir. İmişli Rayon İcra Hakimiyyəti başçısının 01 aprel 2022-ci il tarixli, 81 saylı Sərəncamı verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Belə ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının 81 saylı Sərəncamı 01 aprel 2022-ci il tarixdə verilsə də, iddiaçı məhkəməyə dekabr ayının sonu (xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə), yəni 10 aya yaxın müddət keçdikdən sonra müraciət etdiyi müəyyən edilir. Eləcə də, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)- 817/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına nəzər yetirilən zaman iddiaçının İmişli Rayon İcra Hakimiyyəti başçısının 01 aprel 2022-ci il tarixli, 81 saylı Sərəncamından əvvəldən məlumatlı olduğu müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli, 2-1(120)-512/2024 nömrəli real yardım edilməklə iddianın mümkünlüyü məsələsinin müzakirəsi üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 81 saylı sərəncamın ləğv edilməsi” barədə iddiası mümkün sayılmamalıdır. Məhkəmə onu da qeyd edir ki, iddianın mümkün sayılmaması haqında qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə inzibati orqana müraciət etmək imkanını və məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 81 saylı sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar