Məhkəmə qərarları › İş №2-1(120)-217/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-217/2021

27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-217/2021 27.01.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İmişli rayon hərbi komissarlığı tərəfindən xx.xx.N994-cü ildə hərbi xidmətə çağırılmış və xx.xx.N997-ci ilə kimi orduda xidmət etmişdir. xx.xx.N994-xx.xx.N994-cü illərdə N saylı hərbi hissədə, xx.xx.N994xx.xx.N994-cü illərdə Tərtər döyüş bölgəsində yerləşən N saylı, xx.xx.N994-xx.xx.N997-ci illərdə N saylı hərbi hissələrdə qulluq etmişdir. Bu barədə hərbi biletində qeydlər vardır. xx.xx.N994-xx.xx.N994-cü illərdə N saylı hərbi hissənin tərkibində olarkən erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.20N9-cu il tarixli arayışında həmin məlumatlar təsdiq olunur, fərari və məhkum olmamışdır. Ona müharibə veteranı adı və vəsiqənin verilməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyi nəzdində veteran adları və vəsiqələrinin verilməsi üzrə komissiyasına müraciət etmişdir. Komissiyanın xx.xx.2020-ci il tarixli məktubunda göstərilir ki, döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissədə xidmət etməsi arxiv sənədlərində öz əksini tapmadığına görə ona müharibə veteranı adının və vəqisənin verilməsi məqsədəuyğun deyildir. Həmin cavab əsassızdır. Belə ki, atəşkəs xx.xx.N994-cü ildə elan edilənə kimi döyüş əməliyyatları gedirdi və o da atıcı kimi döyüş əməliyyatlarında iştirak etmişdir. N saylı hərbi hissənin tərkibində N994-cü ildə döyüş əməliyyatlarında iştirak etdiyi zaman onun hərbi bileti N saylı hərbi hissə tərəfindən itirilmişdir. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyətlə Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, N/R-32N5 nömrəli məktubunda qeyd edilmişdir ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissədə xidmətiniz arxiv sənədlərində öz təsdiqini tapmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin rdan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. Şifahi məhkəmə baxışı zaman dindirilmiş şahid X5 ifadəsində bildirmişdir ki, onun iddiaçı ilə heç bir qohumluq əlaqəsi və ədavəti yoxdur. İddiaçı ilə birlikdə Nasosnu deyilən ərazidə N saylı hərbi hissədə əsgər yoldaşı olmuşdur. 3 aydan sonra xx.xx.N994-cü ildə onunla birlikdə İddiaçı Ağdam rayonuna döyüş bölgəsində yerləşən N nömrəli hərbi hissəyə aparılmışdır. N nömrəli hərbi hissədə hərbi xidmətlərini davam etdirmişdirlər. Onlarla birlikdə Dünyamalıyev Zaman Böyükkişi oğlu da hərbi xidmətdə olmuşdur. xx.xx.N994-cü ilə kimi birlikdə olmuşdurlar. xx.xx.N994-cü ildən sonra N saylı hərbi hissəyə gəlmiş və həmin hərbi hissədən təxris olunmuşdur. Şifahi məhkəmə baxışı zaman dindirilmiş şahid Dünyamalıyev Zaman Böyükkişi oğlu ifadəsində bildirmişdir ki, onun iddiaçı ilə heç bir qohumluq əlaqəsi və ədavəti yoxdur. İddiaçı ilə birlikdə Nasosnu deyilən ərazidə N saylı hərbi hissədə əsgər yoldaşı olmuşdur. 3 aydan sonra xx.xx.N994-cü ildə Ağdam rayonuna döyüş bölgəsinə aparılmışdır. N nömrəli hərbi hissədə İddiaçı ilə birlikdə hərbi xidmətlərini davam etdirmişdirlər. Onlarla birlikdə X5 da hərbi xidmətdə olmuşdur. Sonradan N saylı hərbi hissəyə gəlmiş və həmin hərbi hissədən təxris olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi X2 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə ünvanladığı xx.xx.20N9-cu il tarixli, 9/2-N8N06 nömrəli məktubunda qeyd edilmişdir: Sizin xx.xx.20N9-cu il tarixli N243 №-li sorğunuza cavab olaraq bildiririk ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-69, sıra-20) İmişli RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı komandirin N5.0N.94-cü il tarixli N №-li əmrilə hərbi hissənin siyahısına daxil olması, komandirin N6.04.94-cü il tarixli 93 №-li əmrilə N90 №-li və komandirin 26.NN.94cü il tarixli N №-li əmrilə N №-li hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. İmişli RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli N №-li əmrilə əsas: səh-4, §-N, sıra-66) şəxsi heyətin siyahısına bütün növ təminatlata daxil edilərək sıravi” hərbi rütbəsi verilməklə kursant vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx xxxxx N994-cü il tarixli 93 №-li əmrilə əsas: səh-N6, §-4, sıra-4N, əmrdə atasının adı Nurəhməd yazılmışdır) sıravi İddiaçı Nurəhməd oğlu N7.04.94-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N90 №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli N №-li əmrilə əsas: səh-4, §-N, sıra-26) İddiaçı şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq lazımi sənədlərlə təmin edilərək N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında əsas: səh-5, sıra-232) N №-li hərbi hissədən gəlmiş, N975-ci il təvəllüdlü İddiaçı komandirin N7.04.94-cü il tarixli N07 №-li əmrilə hərbi hissənin siyahısına daxil olması və Müdafiə nazirinin 29.N2.94-cü il tarixli müvafiq əmrinə əsasən komandirin N5.02.95-ci il tarixli N №-li əmrilə hərbi hissənin siyahısından çıxşrılması barədə məlumat vardır. Bildiririk ki, N nömrəli həmbi hissə komandirinin N5.02.95-ci il tarixli N №-li əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. N №-li hərbi hissdən xidmətini davam etdirmək üçün gəlmiş XN N nömrəli hərbi hissə komandirinin xx xxxxx N994-cü il tarixli N07 №-li əmrilə (əsas: səh-6, §-4, sıra-375, əmrdə adı Müslim yazılmışdır) şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilərək baş atıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissədən gəlmiş sıravi İddiaçı 8N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli 297 №-li əmrilə əsas: səh-N04, §-N, sıra-3) şəxsi heyətin siyahısına salınaraq müvafiq vəzifəyə təyin olunmuşdur. N8N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N995-ci il tarixli 4N №-li əmrində əsas: səh-76, §-N, sıra-3, əmrdə atasının adı Nuruş yazılmışdır) sıravi İddiaçı Nuruş oğlunun 6 MAT-dan mühafizə bölüyünə keçirilməsi barədə məlumat vardır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 26.09.97-ci il tarixli müvafiq əmrinə əsasən Silahlı Qüvvələrdən tərxis olunmuş N975-ci il təvəllüdlü atıcı, sıravi İddiaçı N8N nömrəli hərbi hissə komandirinin xx xxxxxxx N997-ci il tarixli 300 №-li əmrilə (əsas: səh-230, §-6, sıra-29) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün İmişli RHK-a göndərilmişdir. Qeyd edirik ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən xx.xx.20N9-cu il tarixli 9/2- N4905 №-li məktubla İddiaçı ünvanına cavab göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 9/2-N0085 nömrəli məktubunda qeyd edilmişdir: N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-69, sıra-20) İmişli RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı komandirin N5.0N.94-cü il tarixli N №-li əmrilə hərbi hissənin siyahısına daxil olması, komandirin N6.04.94-cü il tarixli 93 №-li əmrilə N90 №-li və komandirin 26.NN.94-cü il tarixli N №-li əmrilə N №-li hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. İmişli RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli N №-li əmrilə (əsas: səh-4, §-N, sıra- 66) şəxsi heyətin siyahısına bütün növ təminatiata daxil edilərək “sıravi” hərbi rütbəsi verilməklə kursant vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx xxxxx N994-cü il tarixli 93 №-li əmrilə (əsas: səh-N6, §-4, sıra-4N, əmrdə atasının adı Nurəhməd yazılmışdır) sıravi İddiaçı Nurəhməd oğlu N7.04.94-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N90 №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-5, sıra- 232) N №-li hərbi hissədən gəlmiş, N975-ci il təvəllüdlü İddiaçı komandirin N7.04.94-cü il tarixli N07 №-li əmrilə hərbi hissənin siyahısına daxil olması və Müdafiə nazirinin 29.N2.94-cü il tarixli müvafiq əmrinə əsasən komandirin N5.02.95-ci il tarixli N №-li əmrilə hərbi hissənin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissdən xidmətini davam etdirmək üçün gəlmiş XN N nömrəli hərbi hissə komandirinin xx xxxxx N994-cü il tarixli N07 №-li əmrilə (əsas: səh-6, §-4, sıra-375, əmrdə adı Müslim yazılmışdır) şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilərək baş atıcı vəzifəsinə təyin olunmuşdur. Bildiririk ki, N nömrəli hərbi hissə komandirinin N5.02.95-ci il tarixli N №-li əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamış və hərbi hissə komandirinin xx.xx.N994-xx.xx.N994cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli N №-li əmrilə (əsas: səh-4, §-N, sıra-26) İddiaçı şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq lazımi sənədlərlə təmin edilərək N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N №-li hərbi hissədən gəlmiş sıravi İddiaçı N8N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli 297 №-li əmrilə (əsas: səh-N04, §-N, sıra- 3) şəxsi heyətin siyahısına salınaraq müvafiq vəzifəyə təyin olunmuşdur. N8N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N995-ci il tarixli 4N №-li əmrində (əsas: səh-76, §~N, sıra-3, əmrdə atasının adı Nuruş yazılmışdır) sıravi İddiaçı Nuruş oğlunun 6 MAT-dan mühafizə bölüyünə keçirilməsi barədə məlumat vardır. Qeyd edirik ki, araşdırmalar İddiaçı barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş sorğu əsasında aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, NN/5264 nömrəli məktubunda qeyd edilmişdir: İddiaçı iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, N994-N997-ci il tarixlərdə 888, N90 və N8N nömrəli hərbi hissələrin tərkibində xidmət keçmiş və döyüşlərdə iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Buna etiraz edib bildirirəm ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N99N -ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». Həmin Əsasnamənin N-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, ««Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi... tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...». İPM-nin 73.3.N-ci maddəsinə əsasən «inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə»... və 73.3.2-ci maddəsi «inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətlədirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə».... Məhkəmə bir qayda olaraq iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Yuxarıda göstərilənlərə əsasən, Müdafiə Nazirliyinə «veteran adlarının verilməsi ilə bağlı» diskresion səlahiyyət verilmişdir. Müdafiə Nazirliyinin istinad etdiyi normanın tətbiqi özünün qiymətlədirməsinə əsasən müəyyən olunduğu üçün İPM-nin 73.3.N -ci maddəsində əsasən məhkəmə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Nazirlər Kabineti xx xxxxxxxx N995-ci il tarixli 2N6 Na-li Qərarı ilə «veteran adlarının verilməsi ilə bağlı» Müdafiə Nazirliyinə səlahiyyət vermişdir. Azərbaycan Respublikası Müdafiə Naziri x xxxxxx N998-ci il tarixli 4 №-li əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Siİahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatının N.6-cı bəndinə müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi ilə bağlı şərtləri müəyyən etmişdir. Yuxarıda göstərilən sənədlər müvafiq komissiyaya təqdim edilməli olduğu açıq şəkildə göstərilmişdir. Arxiv arayışında qeyd edilib ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N3 nömrəli əmrilə şəxsi heyətin tərkibinə daxil edilib (N nömrəli hərbi hissə döyüşlərdə iştirak etməyib). N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixdə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. Lakin sonradan N nömrəli hərbi hissədə xidməti barədə məlumat yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 20N7-ci il tarixli 2-N (N02)-NN6N/20N7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. Yenidən hansı yolla məlum deyil iddiaçı təkrarən N №-li hərbi hissədən gələrək N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 297 №-li əmri ilə şəxsi heyətin siyahısına daxil edilir (atəşkəsdən sonra). Bundan əlavə iddiaçının hərbi biletinin 7-ci səhifəsində qeyd edilib ki, xx.xx.N994 tarixdən xx.xx.N997-ci il tarixədək döyüş bölgəsində yerləşən N №-li hərbi hisədə olub. Orda qeyd edilməyib ki, iddiaçı döyüş əməliyyatlarında iştirak edib yaxud hansısa döyüş tapşırığın yerinə yetirib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 47.2ci , Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və N54-cü maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı tələblərinin rədd edilməsinə dair qərar qəbul edilsin. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. (maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin N-ci bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə müəyyən etdi ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin cavabdeh müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq müharibə veteranı adının verilməsini istisna edən hallardan biri də, məhz hərbi qulluqçunun hərbi hissədə xidməti barədə əmrlərin hərbi biletlə bir yerdə təqdim edilməməsidir. İş materiallarından göründüyü kimi İddiaçı N nömrəli hərbi hissədə xidmətinə dair əmrlər aşkar edilməmişdir. Eyni zamanda hərbi biletində göstərilən qeydlərə nəzər yetirdikdə görünür ki, iddiaçı xx.xx.N994 tarixdən xx.xx.N997-ci il tarixədək döyüş bölgəsində yerləşən N №-li hərbi hisədə xidmət keçib. Hansı ki, həmin müddət atəşkəs dövrünə təsadüf edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. Məhkəmə şahidlərin ifadəsinə münasibətdə qeyd edir ki, şahidlər, iddiaçının döyüş bölgəsində xidmət etdiyini deməsinə baxmayaraq, iş materiallarında olan sənədlərdən iddiaçının N nömrəli hərbi hissədə xidmətinə dair əmrlərin olması müəyyən olunmur. Məhkəmə onu da qeyd edir ki, ümumiyyətlə hərbi qulluqçunun (hazırkı iş üzrə iddiaçının) xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması nizami hissə üzrə əmrlər ilə müəyyən olunduğundan həmin fakt şahid ifadələri ilə təsdiq edilə bilməz. Odur ki, məhkəmə şahidlərin ifadəsini yuxarıda qeyd edilən hüquq normaları əsasında qiymət verərək hesab edir ki, şahidlərin ifadəsi iddianın təmin edilməsi üçün əsaslı sübut kimi qəbul edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə N7). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə N9.N). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə N9.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin NN0.N-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-69-cu və 85.N-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş N0 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar