Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-217/2025 05.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi X20, Üçüncü şəxs X21 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “16 kv.m torpaq sahəsinin X2 dair Cavabdeh başçısının 127 nömrəli, 194,88 kv.m torpaq sahəsinin X4 dair Cavabdeh başçısının 2001-ci ildə imzalanmış sərəncamın, 56 kv.m sahəsinin X1 dair Cavabdeh başçısının xx.xx.2000-ci il tarixli, 122 saylı sərəncamın, X9 60 kv.m torpaq sahəsinin satılmasına dair Cavabdeh başçısının 2003-cü ildə imzaladığı sərəncamının ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı Cavabdehnə qarşı “16 kv.m torpaq sahəsinin X2 dair Cavabdeh başçısının 127 nömrəli, 194,88 kv.m torpaq sahəsinin X4 dair Cavabdeh başçısının 2001-ci ildə imzalanmış sərəncamın, 56 kv.m sahəsinin X1 dair Cavabdeh başçısının xx.xx.2000-ci il tarixli, 122 saylı sərəncamın, X9 60 kv.m torpaq sahəsinin satılmasına dair Cavabdeh başçısının 2003-cü ildə imzaladığı sərəncamının ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X34, X35, X31, X15 və Ağcabədi bələdiyyəsi, xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi və xx.xx.2023-cü il tarixli qərardadı ilə Ağcabədi rayon Kooperativ Cəmiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X7 mülkiyyətində olmuş, layihə üzrə Ağcabədi şəhəri H.Aslanov küçəsi ilə keçmiş Ü.Hacıbəyov prospekti, hazırkı H.Əliyev prospektinin kəsişməsində yerləşən “Çay evi” yarımçıq tikilisini mülkiyyətçidən alqı-satqı yolu ilə alaraq, xx.xx.2016-cı il tarixdə hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrində **********-cü nömrə ilə qeydiyyata aldırmış, “Çay evi”nin ərazisinə daxil olan torpaq sahəsinin bir hissəsi ayrı-ayrı şəxslər tərəfindən zəbt edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Beyləqan Ərazi idarəsinin əməkdaşlarının iştirakı ilə obyektə baxış keçirilmiş, araşdırma aparılmış, nəticədə 16 kv.m torpaq sahəsinin X22 Cavabdeh Başçısının 127 nömrəli, (sərəncam 2001-ci ildə imzalanıb), 194,88 kv.m torpaq sahəsinin X26 Cavabdeh Başçısının 2001-ci ildə imzalanmış sərəncamı, 56 kv.m sahəsinin Cavabdeh Başçısının xx.xx.2000-ci il, 122 saylı sərəncamı ilə X5, X9 60 kv.m torpaq sahəsinin Cavabdeh Başçısının 2003-cü ildə imzaladığı sərəncamla ayrıldığı müəyyən edilmişdir. Nəticədə mülkiyyət hüquqlarım pozulmuşdur. Hazırda pozulmuş hüquqlarımın bərpası ilə bağlı məhkəməyə müraciət etmək məqsədilə Ağcabəd rayon İcra Hakimiyyətinə, Ağcabədi rayon Dövlət Arxivinə sorğular verilmiş, sorğu cavabdeh tərəfindən 08 dekabr 2022-ci il tarixli məktubla cavablandırılmış, məktuba 16 kv.m torpaq sahəsinin X22 Cavabdeh Başçısının 127 nömrəli, (sərəncam 2001-ci ildə imzalanıb), 194,88 kv.m torpaq sahəsinin X26 Cavabdeh Başçısının 2001-ci ildə imzalanmış sərəncamı, 56 kv.m sahəsinin Cavabdeh Başçısının 19.04. 2000-ci il, 122 saylı sərəncamı ilə X5, X9 60 kv.m torpaq sahəsinin Cavabdeh Başçısının 2003-cü ildə imzaladığı sərəncamla ayrıldığı müəyyən edilmişdir. Həmin sərəncamlar qanunsuz və əsassız olmaqla mülkiyyət hüquqlarımı pozduğundan ləğv edilməlidir. Belə ki, həmin sərəncamlar verilərkən qanunun tələbləri kobud şəkildə pozulmuşdur. Hər üç sərəncamda göstərilən torpaq sahələri üzərində xx.xx.2016-cı il tarixdə hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrində **********-cü nömrə ilə qeydiyyat vardır. Yuxarıda göstərilənlərə əsasən 16 kv.m torpaq sahəsinin X2 dair Cavabdeh Başçısının 127 nömrəli, (sərəncam 2001-ci ildə imzalanıb), 194,88 kv.m torpaq sahəsinin X4 dair Cavabdeh Başçısının 2001-ci ildə imzalanmış sərəncamının, 56 kv.m sahəsinin X1 dair Cavabdeh Başçısının 19.04. 2000-ci il, 122 saylı sərəncamının , X9 60 kv.m torpaq sahəsinin satılmasına dair Cavabdeh Başçısının 2003-cü ildə imzaladığı ləğv edilməsinəsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Ağcabədi İcra Hakimiyyətinin nümayəndəsi, üçüncü şəxslər X34, X31, X15, Ağcabədi bələdiyyəsinin və Ağcabədi rayon Kooperativ Cəmiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi X36 iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X21 nümayəndəsi Nümayəndə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Ağcabədi rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 145 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, şəhərdə “Çay evi”nin tikintisinə şəhərin H.Aslanov küçəsində, “Uşaq aləmi” mağazasının yanındakı boş sahədən 0.12 hektar torpaq sahəsi ayrılması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2000-ci il tarixli, 122 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Avşar kənd sakini X16 ərizəsi nəzərə alaraq mağaza tikintisi üçün 56 kv.m torpaq sahəsinin ayrılması barədə rayon icra hakimiyyətinin torpaqseçmə komissiyasının 07 aprel 2000-ci il tarixli aktı təsdiq edilmişdir. İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2001-ci il tarixli, 127 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, X27 H.Aslanov küçəsindəki, mövcud “Uşaq aləmi” mağazasının arxa tərəfindən metaldan olan 4x4 metr, yəni 16 kv.m olan aptek köşkünün sökülüb həmin yerdən kubik daşdan tikilməsinə icazə verilmişdir. İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2003-cü il tarixli, 23 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Ağcabədi şəhər sakini X8 ərizəsini nəzərə alaraq H.Aslanov küçəsində mağaza tikintisinə 60 kv.m torpaq sahəsi ayrılması barədə RİH-nin torpaqseçmə komissiyasının 27 yanvar 2003-cü il tarixli aktı təsdiq edilmişdir. İş materialında olan X25 xx.xx.2011-ci il tarixli, 63 nömrəli qərarından çıxarışın surətindən görünür ki, Ağcabədi rayon İstehsal-İstehlak kooperativi müvəkkillər yığıncağının 10 may 2011-ci il tarixli qərarı ilə razılaşması və Ağcabədi rayon İstehsal-İstehlak kooperativinə Ağcabədi şəhəri H.Aslanov küçəsində yerləşən ümumi sahəsi 100 kv.m olan tikintisi yarımçıq qalmış qeydi yaşayış sahəsinin payçı İddiaçı 500 (beş yüz) manata satılmasına razılıq verilmişdir. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, X11 Ağcabədi şəhəri, Heydər Əliyev prospektində 43.2 kv.m qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, X28 Ağcabədi şəhəri, Heydər Əliyev prospektində 25.7 kv.m qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan AN-İ ******* nömrəli, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Ağcabədi rayon Kooperativ Cəmiyyəti tərəfindən İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 100 kv.m olan qeydi yaşayış binasının (yarımçıq tikili) tam mülkiyyət üzrə ona məxsus hissəsindən İddiaçı 500 manata satmışdır. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, X26 Ağcabədi şəhəri, Heydər Əliyev prospektində 179.3 kv.m qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Ağcabədi rayon Kooperativ Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 51 nömrəli məktubunda qeyd edilmişdir ki, şəhərin H.Aslanov küçəsində XDS İcraiyyə Komitəsi tərəfindən 0.12 ha ayrılmış torpaq sahəsində 100 m2 ölçüdə tikilmiş yarımçıq çayxana 500 manata İddiaçı satılmışdır. Buda 22 noyabr 2016-cı il tarixdə Daşınmaz Əmlakın AN-1 № ******* saylı alqı-satq müqaviləsi ilə İddiaçı təhvil verilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-16/2- 10/4362/2025 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Ağcabədi rayon Xalq Depu'-atları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 145 saylı qərarına əsasən "Çay evi"-nin tikintisi üçün ayrılmış Ağcabədi rayonu H. Aslanov küçəsində yerləşən 0,12 ha torpaq sahəsinin naturada döngə nöqtələrinin koordinatları mülki işin içərisində olan "Çay evi"-nin tikintisi üçün ayrılmış torpaq sahəsinə aid Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərasi İdarəsi tərəfindən tərtib olunan və Əmlak Məsələləri Dövlət Komitəsinin 14 saylı Ərazi şöbəsi tərəfindən qeydə alınan plana əsasən, müəyyən edilmişdir. Torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində qeydə alınmamışdır Qərardadın ikinci sualı üzrə: 23 noyabr 2016-cı il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı satılmış və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********54-06301 nömrəli, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2016-cı il olan arayış əsasında qeydə alınmış "Çay evi"-nin yerləşdiyi 0.01 ha (100 kv.m) torpaq sahəsinin naturada döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Eyni zamanda qərardadda qeyd olunan 0,01495 ha torpaq torpaq sahəsinin İddiaçı istifadəsində olan qeyri yaşayış binasının yerləşdiyi 0,00495 ha (49.5 kv.m) hissəsinin də döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Qeyd olunan 0.01 ha və 0.00495 ha torpaq sahələrinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində qeydə alınmamışdır. Qərardadın üçüncü sualı üzrə: 23 noyabr 2016-cı il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı satılmış 0.01 ha (100 kv.m) torpaq sahəsinin koordinatları daxilində "Çay" evinin tikintisi üçün basdırılmış 16 ədəd dəmir borular və 0,00495 ha (49.5-kv.m) torpaq sahəsinin ərazisində isə mişar daşı vasitəsi ilə inşa olunmuş qeyri yaşayış binası mövcuddur. “Çay” evinin tikintisi üçün basdırılmış 16 ədəd dəmir boruların və qeyri yaşayış binasının yerləşdiyi ərazilər 0.01495 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Qeyd olunan 0.01495 ha torpaq sahəsinin ərazisində yerləşən “Çay” evinin tikintisi üçün basdırılmış 16 ədəd dəmir boruların yerləşdiyi ərazi və qeyri yaşayış binası faktiki olaraq İddiaçı istifadəsindədir. Qərardadın dördüncü sualı üzrə: X17 istifadəsində olan dəmir təbəqədən ibarət köşkün sökülərək mişar daşı vasitəsi ilə inşa olunması barədə Ağcabədi rayon İHB-nın 11 iyun 2001-ci il tarixli, 127 nömrəli sərəncamında qeyd edilən Ağcabədi rayon X30 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 145 saylı qərarına əsasən “Çay Evi”-nin tikintisi üçün ayrılmış Ağcabədi rayonu H.Aslanov küçəsində yerləşən 0,12 ha torpaq sahəsinin ərazisində yerləşən 16 kv.m olan qeyri yaşayış binasının naturada döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində qeydə alınmamışdır. Qərardadın beşinci sualı üzrə: X17 istifadəsində olan Ağcabədi rayon X30 icraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 145 saylı qərarına əsasən "Çay Evi"- nin tikintisi üçün ayrılmış Ağcabədi rayonu H.Aslanov küçəsində yerləşən 0,12 ha torpaq sahəsinin ərazisində yerləşən 16 kv.m torpaq sahəsinin koordinatları daxilində dəmir təbəqədən ibarət köşk mövcuddur və köçkün sağ və arxa tərəfi mişar daşı vasitəsi ilə hörülmüşdür. Həmin tikili iddiaçının istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Torpaq sahesi ve torpaq sahəsinin ərazisində yerləşən dəmir təbəqədən ibarət köşk faktiki olaraq X32 tərəfindən istifadə olunur. Qərardadın altıncı sualı üzrə: İcarə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********44-06301-083002 nömrəli çıxarışı əsasında X26 ayrılmış 194.88 kv.m torpaq sahəsinin və torpaq sahəsinin ərazisində yerləşən 179.3 kv.m qeyri-yaşayış binasının naturada döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində qeydə alınmışdır. Qərardadın yeddinci sualı üzrə: X21 xüsusi mülkiyyətində olan 179.3 kv.m qeyri-yaşayış binası icarə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********44-00301- 083002 nömrəli çıxarışı əsasında ona ayrılmış 194.88 kv.m torpaq sahəsinin hüdudları daxilində yerləşir. Torpaq sahəsi ve torpaq sahəsinin ərazisində yerləşən qeyri yaşayış binası faktiki olaraq X35 tərəfindən istifadə olunur Qərardadın səkkizinci sualı üzrə: Ağcabədi rayon İHB-nin 19 aprel 2000-ci il tarixli, 122 nömrəli sərəncamı əsasında X18 ayrılmış 56 kv.m torpaq sahəsinin və torpaq sahəsinin ərazisində yerləşən qeyri yaşayış naturada binasının döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, xəritəsində, o cümlədən elektron kadastr xəritəsində qeydə alınmamışdır. Qərardadın doqquzuncu sualı üzrə: Ağcabədi rayon İHB-nın 19 aprel 2000-ci il tarixli, 122 nömrəli sərəncamı əsasında X18 ayrılmış 56 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə X3. Həmin torpaq sahəsinin koordinatları daxilində tikili mövcuddur və həmin tikili X19 istifadəsində olan torpaq sahəsirin hüdudları daxilində yerləşir. Torpaq sahəsi və torpaq sahəsinin ərazisində yerləşən qeyri yaşayış binası X29 tərəfindən alqı-satqı yolu ilə X6 və faktiki olaraq X33 tərəfindən istifadə olunur. Qərardadın onuncu sualı üzrə: Ağcabədi rayon İHB-nın 29 yanvar 2003-cü il tarixli, 23 nömrəli sərəncamı əsasında X9 ayrılmış 60 kv.m torpaq sahəsinin və torpaq sahəsinin ərazisində yerləşən qeyri yaşayış binasının naturada döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində qeydə alınmışdır. Qərardadın on birinci sualı üzrə: Ağcabədi rayon İHB-nın 29 yanvar 2003-cü il tarixli, 23 nömrəli sərəncamı əsasında X9 ayrılmış 60 kv.m torpaq sahəsinin koordinatları daxilində tikili mövcuddur və həmin tikili iddiaçının istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Torpaq sahəsi və torpaq sahəsinin ərazisində yerləşən qeyri yaşayış binası faktiki olaraq mərhum X8 ailə üzvləri tərəfindən istifadə olunur. Qərardadın on ikinci sualı üzrə: İcarə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********79-06301 nömrəli çıxarışı əsasında X28 ayrılmış 0,003 ha torpaq sahəsinin və torpaq sahəsinin ərazisində yerləşən 25,7 kv.m qeyri yaşayış binasının naturada döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Torpaq sahəsininkoordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilmişdir. Torpaq sahəsi və torpaq sahəsinin ərazisində yerləşən qeyri yaşayış binası faktiki olaraq mərhum X24 ülə üzvləri tərəfindən istifadə olunur. Qərardadın on üçüncü sualı üzrə: İcarə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********37-06301 nömrəli, qeydiyyat nöm nömrəsi ********** ******* və qeydiyyat tarixi xx.xx.2012-ci il olan çıxarış əsasında X12 ayrılmış 0,0051 ha torpaq sahəsinin və torpaq sahəsinin üzərində yerləşən 43,2 kv.m qeyri yaşayış binasının naturada döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində qeydə alınmışdır. Torpaq sahəsi və torpaq sahəsinin ərazisində yerləşən qeyri yaşayış binası faktiki olaraq X39 oğlu tərəfindən istifadə olunur. Qərardadın on dördüncü sualı üzrə: 23 noyabr 2016-cı il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı satılmış 0.01 ha (100 kv.m) və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********54-06301 nömrəli, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2016-cı il olan arayış əsasında qeydə alınmış "Çay evi"-nin yerləşdiyi torpaq sahəsinin və qərardadda qeyd olunan 0,0149^ ha torpaq torpaq sahəsinin İddiaçı istifadəsində olan qeyri yaşayış binasının yerləşdiyi 0,00495 ha (49.5 kv.m) hissəsinin giriş-çıxış yolunun hansı istiqamətdən olduğu müəyyən edilmişdir, (ölçü planında qeyd olunmuşdur.) Qərardadın on beşinci sualı üzrə: 23 noyabr 2016-cı il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı satılmış 0.01 ha (100 kv.m) və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********54-06301 nömrəli, qeydiyyat nömrəsi ********** ve qeydiyyat tarixi xx.xx.2016-cı il olan arayış əsasında qeydə alınmış “Çay evi”-nin yerləşdiyi torpaq sahəsinə iddiaçının istifadəsinə gediş-gəliş üçün maneə yoxdur. Çünki 0.01 ha (100 kv.m) yerləşdiyi torpaq sahəsinə “Qızıl Saray” şadlıq sarayı tərəfdən gediş-gəliş yolu mövcuddur və iddiaçı tərəfindən istifadə olunur. Eyni zamanda qərardadda qeyd olunan 0,01495 ha torpaq torpaq sahəsinin İddiaçı istifadəsində olan qeyri yaşayış binasının yerləşdiyi 0,00495 ha (49.5 kv.m) hissəsinin ərazisinə də iddiaçının istifadəsinə gediş-gəliş üçün maneə yoxdur. Qeyd olunan torpaq sahəsinə H.Aslanov küçəsindən dediş-gəliş yolu mövcuddur və iddiaçı tərəfindən istifadə olunur. Qərardadın on altıncı sualı üzrə: 23 noyabr 2016-cı il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı satılmış 0.01 ha (100 kv.m) və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********54-06301 nömrəli, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2016-cı il olan arayış əsasında qeydə alınmış “Çay evi”-nin yerləşdiyi torpaq sahəsindən və 0.01495 ha torpaq torpaq sahəsinin ərazisində İddiaçı istifadəsində olan qeyri yaşayış binasının yerləşdiyi 0,00495 ha (49.5 kv.m) hissəsindən iddiaçının gediş-gəliş üçün istifadə edilməsinə maneə olmadığına görə maneənin digər şəxslərə ayrılmış torpaq sahəsinin istifadəsi nəticəsində yaranmasını müəyyən etmək mümkün olmadı. İddiaçı tərəfindən gediş-gəliş yolu üçün iddia olunan ərazi isə istifadəsində olan 0,00495 ha (495 kv.m) qeyri yaşayış binası ilə 23 noyabr 2016-cı il tarixli, ******* nömrəli alqı- satqı müqaviləsinə əsasən, ona satılmış 0.01 ha (100 kv.m) torpaq sahəsi arasındakı X13 istifadəsində olan 17.20 kv.m qeyri yaşayış binasının və X17 istifadəsində olan dəmir təbəqədən ibarət köşkün yerləşdiyi 16.0 kv.m torpaq sahəsidir. X13 istifadəsində olan 17.20 kv.m qeyri yaşayış binasının və X22 ayrılmış dəmir təbəqədən ibarət 16.0 kv.m olan köşkün yerləşdiyi torpaq sahəsinin əraziləri Ağcabədi rayon X30 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 145 saylı qərarına əsasən, Ağcabədi şəhəri H.Aslanov küçəsində yerləşən “Çay evi”-nin tikintisi üçün ayrılmış 0,12 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. İş materialında olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Ağcabədi rayon Kooperativ Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 32 nömrəli məktubunda qeyd edilmişdir ki, şəhərin 11.Aslanov küçəsində çayxana tikilməsi üçün Ağcabədi rayon Kooperativ Cəmiyyətinə Ağcabədi rayon XDS İcraiyyə Komitəsi tərəfindən 0.12 ha torpaq sahəsi ayrılmışdır. Həmin sahədə 100 m2 ölçüdə tikilmiş yarımçıq çayxana 500 manata İddiaçı satılmışdır. Buda 22 noyabr 2016-cı il tarixdə Daşınmaz Əmlakın AN-1 № ******* saylı alqı-satqı müqaviləsi ilə İddiaçı təhvil verilmişdir. Ağcabədi rayon Kooperativ Cəmiyyətinin çayxana tikilməsi üçün ayrılmış torpaq sahəsində tikilmiş 100 m2 ölçüdə olan çayxana/nədə qalan torpaq sahəsinə heç bir iddiası yoxdur. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı 16 kv.m torpaq sahəsinin X2 dair Cavabdeh başçısının 127 nömrəli, 194,88 kv.m torpaq sahəsinin X4 dair Cavabdeh başçısının 2001-ci ildə imzalanmış sərəncamın, 56 kv.m sahəsinin X1 dair Cavabdeh başçısının xx.xx.2000-ci il tarixli, 122 saylı sərəncamın, X9 60 kv.m torpaq sahəsinin satılmasına dair Cavabdeh başçısının 2003-cü ildə imzaladığı sərəncamının ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmənin qənaətinə görə mübahisəli torpaq sahəsi üzərində üçüncü şəxsin hüquqları müvafiq hüquqmüəyyənedici sənədlər vasitəsilə qeydə alınmışdır ki, qeyd edilən sənədlərin iddiaçı tərəfindən mübahisələndireilməsində subyektiv hüququ olmamışdır. Belə ki, iş materiallarına əlavə edilən sənədlərlə müəyyən edilir ki, Ağcabədi şəhəri Aslanov küçəsində çayxana tikilməsi üçün Ağcabədi rayon Kooperativ Cəmiyyətinə Ağcabədi rayon XDS İcraiyyə Komitəsi tərəfindən 0.12 ha torpaq sahəsi ayrılmışdır. Həmin sahədə 100 m2 ölçüdə tikilmiş yarımçıq çayxana 500 manata İddiaçı satılmışdır. Göründüyü kimi iddiaçıya yalnız 100 kv.m torpaq sahəsi və üzərində yerləşən tikilinin satıldığı müəyyən edilir. İş üzrə tam araşdırmanın həyata keçirilməsi məqsədilə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/4362/2025 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Rəyə əsasən koordinatlar sənəd üzrə və natura qaydasında müəyyən edilmiş və yekun olaraq idiaçıya ayrılan torpaq sahəsi ilə digər üçüncü şəxslərə ayrılan torpaq sahələrinin üst-üstə düşmədiyi və gediuş-gəliş yoluna maneələrin olmadığı müəyyən edilir. Digər bir tərəfdən isə üçüncü şəxslərə ayrılan və istifadələrində olan torpaq sahələrinin bir hissəsinin Ağcabədi şəhəri Aslanov küçəsində çayxana tikilməsi üçün Ağcabədi rayon Kooperativ Cəmiyyətinə Ağcabədi rayon XDS İcraiyyə Komitəsi tərəfindən 0.12 ha torpaq sahəsi ayrılan torpaq sahəsi üzrəində yerləşdiyi müəyyən edilir ki, həmin hissədə hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsi torpaq sahəsi ayrılan Ağcabədi rayon Kooperativ Cəmiyyəti və ya dövlət torpağı kimi Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən mübahisələndirilə bilər. Məhkəmə hesab edir ki, həmin hissədə hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsində İddiaçı subyektiv hüququ olmamışdır. İddiaçı ona qeyri yaşayış sahəsi ayrılan zaman 100 kv.m deyil, 0,12 ha torpaq sahəsinin ayrıldığını bildirsə də, iş materiallarına əlavə edilən və məhkəmə araşdırma nəticəsində əldə etdiyi sənədlərə əsasən qeyd edilən hal sübuta yetirilmir. Həmin hissədə iddiaçının anlaşılmazlığı aradan qaldırılması və ya hüquqi marağı üzrə torpaq sahəsi barədə Ağcabədi rayon Kooperativ Cəmiyyətinə müraciət etmək hüququ tərəfin nəzərinə çatıdırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Həmin Qərarın 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Həmin Qərarın 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmə hesab edir ki, halhazırki iddiada mümkünlük şərtlərinə əməl edilməməsi əsasından çıxış edərək iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “16 kv.m torpaq sahəsinin X2 dair Cavabdeh başçısının 127 nömrəli, 194,88 kv.m torpaq sahəsinin X4 dair Cavabdeh başçısının 2001-ci ildə imzalanmış sərəncamın, 56 kv.m sahəsinin X1 dair Cavabdeh başçısının xx.xx.2000ci il tarixli, 122 saylı sərəncamın, X9 60 kv.m torpaq sahəsinin satılmasına dair Cavabdeh başçısının 2003-cü ildə imzaladığı sərəncamının ləğv edilməsi” tələbinə dair iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərclər iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “16 kv.m torpaq sahəsinin X2 dair Cavabdeh başçısının 127 nömrəli, 194,88 kv.m torpaq sahəsinin X4 dair Cavabdeh başçısının 2001-ci ildə imzalanmış sərəncamın, 56 kv.m sahəsinin X1 dair Cavabdeh başçısının xx.xx.2000-ci il tarixli, 122 saylı sərəncamın, X9 60 kv.m torpaq sahəsinin satılmasına dair Cavabdeh başçısının 2003-cü ildə imzaladığı sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizalarının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X10, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-217/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-217/2025
05.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver