Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2173/2023 13.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçının nümayəndəsi X8, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası İddiaçı Cavabdeh qarşı “Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən divar və dam örtüyünün tikintisi başa çatmış qeyri obyektlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən divar və dam örtüyünün tikintisi başa çatmış qeyri obyektlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2-1(120)-2173/2023 nömrəli qərardadı ilə Masallı Rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi (bundan sonra - Agentlik) tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilən zaman Masallı şəhəri, H. Əliyev prospektində inşasına dair heç bir icazəverici sənəd təqdim edilmədən Cavabdeh tərəfindən iki qeyri-yaşayış obyektinin inşa edilməsi aşkarlanmışdır.Cavabdeh tərəfindən görülən tikinti işlərinin layihə sənədləri ekspertizadan keçirilmədən aparılması, qeyd olunan obyektlərin istismarına və orada işləyən və ya toplanan insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır.Agentlik tərəfindən tikinti işlərinin dayandırılması barədə 13 iyul 2020-ci il tarixli 0359 nömrəli və 18 sentyabr 2020-ci il tarixli 0539 nömrəli (ilkin şifahi məlumata görə obyektin sahibi X1 göstərilmiş, lakin Masallı Rayon İcra Hakimiyyətinin verdiyi məlumata görə tikilinin əsl sahibi Cavabdeh müəyyən olmuşdur).Qərarlar verilərək, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsi tələblərinin pozulmasını bildirilmiş və həmin pozuntu aradan qaldırılması ilə bağlı müəyyən müddət ərzində müvafiq tədbirlərin görülməsini tapşırılmışdır. Buna baxmayaraq, qeyd olunan yerlərdə həmin obyektlərinin inşası davam edilməsi nəticəsində 2022-ci ildə onların yan divarlarının və dam örtüyünün tikintisi başa çatmışdır. Yuxarıda göstərilənlərlə əlaqədar qeyd edirik ki, tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda onun sökülməsi həmin Məcəllənin 95.1.2-ci maddəsi ilə müəyyən edilir. Bu zaman, yan divarların və dam örtüyünün mövcüdluğunu nəzərə alınaraq, Agentlik tərəfindən məhkəməyə müraciət edilməsini zəruri edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X15 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin ümayəndəsi X13 iddia tələbinin əsaslı olduğunu və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdeh məhkəmə iclаsınа gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi mümkün iddiadır, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İddiaçı 18 setyabr 2020-ci il tarixli 0539 nömrəli qərarından görünür ki, fiziki şəxs Cavabdeh məxsus Masallı şəhəri, H.Əliyev prospektində yerləşən təyinatı məlum olmayan tikinti obyektində tikintiquraşdırma işləri aparılıb. Tikinti obyektində aşkar olunmuş pozuntuların sifarişçi tərəfindən aradan qaldırılması üçün 30 gün müddət təyin edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Abbas Mikayılov, Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamal Mazanov və nümayəndəliyin baş məsləhətçisi Vahid Əhədov imza edərək bildirmişlər ki, Masallı şəhər sakini Cavabdeh tərəfindən Masallı şəhəri Heydər Əliyev prospektində istifadəsində olan torpaq sahəsində apardığı tikinti işlərinə baxış keçirilmiş və məlum olmuşdur ki, baxış zamanı vətəndaş Cavabdeh tərəfindən möbcud qanunvericiliyin tələbləri pozulmaqla Heydər Əliyev prospektində istifadəsində olan 2 mərtəbəli mövcud "Amrah Bank" binasının arxa divarına bitişi, həndəsi ölçüləri 16 metr x 8.20 metr (h = 5.10 metr) qeyri-yaşayış obyektinin inşa edilməsi müəyyən olundu. Vətəndaşa Masallı rayon icra hakimiyyətindən müvafiq razılıq almadan inşa etdiyi özbaşına tikilinin dərhal dayandırılması tapşırığı verildi. Komissiya mövcud vəziyyəti nəzərə alaraq faktla bağlı tərtib edilmiş aktın hüquq mühafizə orqanlarına göndərilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5- 66/2-1768/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, iş üzrə zəruri məlumatlar məhkəməyə göndərilmişdir. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin Cavabdeh ünvanladığı 16 noyabr 2022-ci il tarixli, 372 nömrəli məktubunda göstərilmişdir ki, Masallı şəhəri H.Əliyev prospekti 192 ünvanında yerləşən torpaq sahəsində həndəsi ölçüləri 33.0 m x 8.2 m olan qeyri-yaşayış obyektinin qanunsuz inşa edilməsi faktı aşkarlanmışdır Bununla bağlı 3 (üç) iş günü müddəti ərzində sözügedən obyektə aid müvafiq sənədlərin Masallı Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə təqdim etmək tələb olunur. Əks təqdirdə özbaşına inşa edilmiş qeyri-yaşayış obyekti qanunsuz hesab edilərək, aidiyyəti üzrə hüquq mühafizə orqanlarına və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə göndəriləcəkdir. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası İddiaçı rəisi cənab Cəbrayıl Xanlarova ünvanladığı xx.xx.2022-ci il tarixli, M-01-2654 nömrəli məktubunda qeyd edilmişdir ki, Rayon ərazisində qanunverciliyin tələbləri pozulmaqla aparılan tikililər müəyyən edildikdə tikinti işlərinin dayandırılması barədə sifarişçilərə yazılı xəbərdarlıq edilməsi və müvafiq tədbirlərin görülməsi üçün faktlarla bağlı İddiaçınə rəsmi məlumatların verilməsi həyata keçirilir. Verilmiş məlumatlara Agentlik tərəfindən operativ reaksiya göstərilməklə sifarişçilərə tikintilərin dayandırılması ilə bağlı müvafiq qərarların verilməsi həyata keçirilməkdədir. Bəzi hallarda isə dayandırma qərarları verilmiş obyektlərdə sifarişçilər tərəfindən tikinti-quraşdırma işlərinin başa çatdırılması şəhərsalma nəzarətinin, eləcə də tikintiyə dövlət nəzarətinin həyata keçirilməsində çətinliklər yaratmaqdadır. Tikinti işlərinin dayandırılması barədə verilmiş qərarların icrasına nəzarət mexanizminə riayət olunmaması isə özbaşına tikililərin sayının artmasına səbəb olmaqdadır. Rayon ərazisində, xüsusilə Masallı şəhəri ərazisində özbaşına tikililərin sayının artması bu sahədə daha ciddi tədbirlərin görülməsini gündəmə gətirmişdir. Masallı şəhəri ərazisində şəhərsalma sənədlərinə uyğun olmayan tikinti norma və qaydalarının pozulması ilə inşa edilmiş bir neçə qeyri-yaşayış obyekti mövcuddur ki, onların sökülməsi ilə əlaqədar mövcud qanunvericiliyin tələblərinə uyğun ciddi tədbirlər görülməlidir.Belə ki, Masallı şəhəri ərazisində X14, Zeynalov-Nağı. Zeydulla oğlu, X5. X16. X9, X6, Cavabdeh (3 obyekt) tərəfindən müvafiq icazə sənədi almadan şəhərsalma norma və qaydaları pozulmaqla tikinti-quraşdırma işlərinin aparılması müəyyən edilmişdir.Qeyd olunanları nəzərə alaraq qanunsuz tikililərin sökülməsi barədə tədbirlərin görülməsi səlahiyyətinizə aid olduğunu nəzərə alaraq yuxarıda qeyd olunan özbaşına tikililər barədə məlumatlar və digər zəruri sənədlər göndərilərək özbaşına inşa edilmiş qeyri-yaşayış obyektlərinin sökülməsi ilə əlaqədar müvafiq tədbirlər görməyi xahiş etmişdir. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası İddiaçı rəisi cənab Cəbrayıl Xanlarova ünvanladığı xx.xx.2020-ci il tarixli, M-03-1746 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi çərçivəsində Masallı şəhəri, Heydər Əliyev prospektində şəhər sakini Cavabdeh tərəfindən istifadəsində olan qeyri-yaşayış obyektinin arxa hissəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla, özbaşına olaraq mövcud tikiliyə bitişik həndəsi ölçüləri 16.0 m x 8.2 m (h=5.1m) olan qeyri yaşayış obyektinin inşa edilməsi faktı aşkarlanmışdır. Özbaşına tikilinin dayandırılması barədə vətəndaşa müvafiq xəbərdarlıq edilmiş və İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsindən ötrü Rayon Polis Şöbəsinə rəsmi müraciət göndərilmişdir.Qeyd olunanları nəzərə alaraq qeyri-qanuni aparılan tikinti işlərinin dərhal dayandırılması və Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti Məcəlləsi”nin tələblərinə uyğun olaraq digər qanunamüvafiq tədbirlərin görülməsinə göstəriş verməyi xahiş etmişdir. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyətinin Masallı Rayon Polis şöbəsinin rəisi, polis polkovniki cənab Habil Əmiraslanova ünvanladığı xx.xx.2020-ci il tarixli, M-03-1747 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 24.11,2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi çərçivəsində Masallı şəhəri, Heydər Əliyev prospektində şəhər sakini Cavabdeh tərəfindən istifadəsində olan qeyri-yaşayış obyektinin arxa hissəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla, özbaşına olaraq mövcud tikiliyə bitişik həndəsi ölçüləri 16.0 m x 8.2 m (h=5.1m) olan qeyri yaşayış obyektinin inşa edilməsi faktı aşkarlanmışdır. Rayon İcra hakimiyyəti tərəfindən özbaşına tikilinin dayandırılması barədə vətəndaşa müvafiq xəbərdarlıq edilmiş və faktla bağlı aidiyyəti orqana məlumat verilmişdir.Qeyd olunanları nəzərə alaraq sözügedən özbaşına tikili barədə qanunamüvafiq tədbirlərin görülməsi, eyni zamanda tikinti işlərinin dayandırılmasına köməklik göstərməyi xahiş etmişdir. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyətinin Masallı rayonu, İsi kəndində yaşayan Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli, M-06-1748 nömrəli məktubunda qeyd edilmişdir ki, yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi çərçivəsində Masallı şəhəri, Heydər Əliyev prospektində istifadənizdə olan torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla özbaşına olaraq qeyri-yaşayış obyektinin tikintisi işlərinin aparılması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydalarının 4.3 maddəsini rəhbər tutaraq özbaşına aparılan tikinti işlərinin dərhal dayandırılması tapşırılmışdır. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyətinin Masallı rayonu, İsi kəndində yaşayan Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli, M-06-2472 nömrəli məktubunda qeyd edilmişdir ki, 25 iyul 2020-cı il tarixdə tərəfinizdən özbaşına tikinti işlərinin aparılması faktı aşkar edilmişdir. Faktla əlaqədar olaraq Azərbaycan Respublikasının İnzibatı Xətalar Mocələsmın 116 və 395 1-cı maddələrinin tələblərini rəhbər tutaraq 1036 saylı 10 08 2020-cı ıl tarixli iş üzrə barəsində 300 (üç yüz) manat məbləğində cərimə şərti olaraq qəbul edilmişdir. Həmin qərar icrası təmin olunmaqdan ötrü göndərilmişdir. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyətinin Masallı Rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı cənab Azay Ağayevə ünvanladığı xx.xx.2021-ci il tarixli, M-06-820 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ı!ə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi çərçivəsində Masallı şəhəri, Heydər Əliyev prospektində rayon sakini X11 oglu tərəfindən istifadəsindəki həndəsi ölçüləri 28.0mx10.0m olan, 2 mərtəbəli qeyri-yaşayış obyektində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla özbaşına olaraq yenidənqurma işlərinin aparılması faktı aşkarlanmışdır. Rayon icra hakimiyyəti tərəfindən vətəndaşa özbaşına tikilinin dayandırılması barədə xəbərdarlıq edilmiş və bu barədə FHN-nə məlumat verilmişdir. Qeyd olunanları nəzərə alaraq qeyri-qanuni aparılan tikinti işlərinin dərhal dayandırılması ilə bağlı müvafiq tədbirlərin görülməsinə köməklik göstərməsini xahiş etmişdir. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyətinin Masallı rayonu, İsi kəndində yaşayan Cavabdeh ünvanladığı xx.xx.2021-ci il tarixli, M-06-822 nömrəli məktubunda qeyd edilmişdir ki, Yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi çərçivəsində Masallı şəhəri, Heydər Əliyev prospektində istifadənizdə olan 2 mərtəbəli qeyri-yaşayış obyektində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla özbaşına olaraq yenidənqurma işlərinin aparılması taktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 11 2014-cü ıl tarixli 375 saylı Fərmanı ilə təsdiq edilmiş "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları nın 4 3 maddəsini rəhbər tutaraq özbaşına aparılan yenidən qurma işlərinin dərhal dayandırılması tapşırılmışdır. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası İddiaçı rəisi cənab Cəbrayıl Xanlarova ünvanladığı xx.xx.2021-ci il tarixli, M-02-821 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 24 11.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydalarfna əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi çərçivəsində Masallı şəhəri, Heydər Əliyev prospektində rayon sakini X11 oöjiu tərəfindən istifadəsindəki həndəsi ölçülən 28.0mx10.0m olan, 2 mərtəbəli qeyriyaşayış obyektində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla özbaşına olaraq yenidənqurma işlərinin aparılması faktı aşkarlanmışdır Rayon İcra hakimiyyəti tərəfindən vətəndaşa özbaşına tikilinin dayandırılması barədə xəbərdarlıq edilmişdir. Qeyd olunanları nəzərə alaraq qeyri-qanuni aparılan tikinti işlərinin dərhal dayandırılması, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun digər qanunamüvafiq tədbirlərin görülməsinə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan Masallı rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 34921/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Masallı şəhəri, Seybətin küçəsi ev 10-da yaşayan Cavabdeh tərəfindən Masallı şəhəri, H.Əliyev prospektində yerləşən divar və dam örtüyünün qanunsuz tikintisi ilə əlaqədar olaraq Masallı RİHB-ın aparatından xx.xx.2021-ci il tarixli, M-06-8230 nömrəli məktub şöbəyə daxil olmuş, sonuncu barəsində isə Azərbaycan Respublikası İXM-in 395.2-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Masallı RİHB-na göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İddiaçı məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-18-2/2-7084/2023 nömrəli məktubunda göstərilmişdir ki, Agentliyə ünvanladığı 2-1(120)-2173/2023 saylı, 14 iyun 2023-cü il tarixli məktubla əlaqədar fiziki şəxs Cavabdeh məxsus Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən qeyriyaşayış obyekti ilə bağlı məlumatları göndərilmişdir: Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən divar və dam örtüyünün tikintisinin qeyri-qanuni aparılması xx.xx.2021 -ci il tarixində aşkar edilmiş və həmin tarixdə Texniki baxış tərtib edilmişdir. Aşkarlanmış qeyri-qanuni tikinti işləri ilə bağlı tikinti işlərinin dayandırılması barədə 18 iyun 2021-ci il tarixli 0372 nömrəli “Qərar" qəbul edilmişdir. Bu barədə hüquq mühafizə orqanlarına məlumat verilməmişdir. Qeyri-qanuni aparılan tikinti ilə bağlı Cavabdeh işçi qaydada dəfələrlə xəbərdarlıq edilmiş və tikinti işlərinin dayandırılması barədə “Qərar" birbaşa özünə təqdim edilmişdir. Qeyri-qanuni aparılan tikinti ilə bağlı Cavabdeh cərimə tətbiq edilməmişdir. Qeyri-qanuni tikinti ilə bağlı Cavabdeh tərəfindən aparıldığı təsdiq edilən fotoşəkil əlavə olunur. Qeyri-qanuni tikintinin hazırki vəziyyəti -3-cü mərtəbədə dam örtüyü quraşdırılmışdır və tikinti işləri dayandırılmışdır. İş materiallardan, o cümlədən iddia ərizəsinə əlavə olunmuş fotoşəkillərdən, həmçinin məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən Masallı şəhəri, H.Əliyev prospektində 192 ünvanında torpaq sahəsində Cavabdeh məxsus 2 mərtəbəli qeyri-yaşayış obyektlərinin yeni tikilmiş həndəsi ölçüləri 33.0mx8.2 m olan olan tikilinin iddiaçı tərəfindən yan divarları və dam örtüyü örtülmüş, tikintisi başa çatdırılmışdır, hal-hazırda “Röyal Sport” idman mallarının satışı sahəsində fəaliyyət göstərir və Masallı şəhəri H.Əliyev prospektində yerləşən torpaq sahəsində həndəsi ölçüləri 28.0 m x10.0 m olan tikilinin ikinci mərtəbəsinin yan divarlarının və dam örtüklərinin inşası başa çatdırılmışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndinə əsasən, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra mətndə “ŞTM”) müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Tikinti fəaliyyətinin həyata keçirilməsinə icazə verilməsi barədə inzibati orqanın qərarı üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğu hallarda da eyni qayda tətbiq olunur. ŞTM-nin 95.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən, ŞTM-nin 95.3-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. ŞTM-nin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. “Şəhərsalma və Tikinti Məcəlləsi” 2013-cü ilin yanvar ayının 1-dən qüvvəyə minmişdir. Məcəllənin 97.2, 97.3, 97.4-cü maddələrində nəzərdə tutulmuş tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir. Dövlət və bələdiyyə torpağında inşa olunmuş tikintinin dayandırılması, inşası başa çatmamış tikintilərin sökülməsi barədə qərar qəbul edilməsi, tikinti obyektlərinin sökülməsi barədə məhkəmədə iddia qaldırılması dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid olduğundan yerli icra hakimiyyəti orqanlarının və digər təşkilatların dövlətin adından belə bir tələblə müraciət etmək, müvafiq qərar qəbul etmək səlahiyyəti yoxdur. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə və məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh qaydaları pozmaqla Heydər Əliyev prospekti 192 ünvanında yerləşən 2 mərtəbəli mövcud "Amrah Bank" binasının arxa divarına bitişi, həndəsi ölçüləri 33.0 metr x 8.20 metr qeyri-yaşayış qeyri-yaşayış obyekti və Masallı şəhəri H.Əliyev prospektində yerləşən torpaq sahəsində həndəsi ölçüləri 28.0 m x10.0 m olan, 2 mərtəbəli qeyri-yaşayış obyekti inşa etmişdir. Qeyd olunan torpaq sahələri və həmin torpaq sahələri üzərində inşa olunmuş tikililər üzrə hər hansı hüquqda (vərəsəlik, mülkiyyət, sahiblik, istifadə, icarə) səlahiyyətə malik olduğunu təsdiq edən dəlil-sübutların təqdim edilməsi təklif olunsa da, cavabdeh bu barədə məhkəməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmiş, bununla da, məhkəmə iclasında iddiaya etdiyi etirazın əsası kimi istinad etdiyi halların mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin məhkəmə araşdırılması ilə məlum olur ki, cavabdeh üzərində heç bir hüququ olmadığı torpaq sahələrində özbaşına tikinti işləri aparmış, bununla da şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Qeyd olunan Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinin tələbinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti (75.3.1.); tikinti layihəsi (75.3.2) və s. 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar (hazırki mübahisədə daşınmaz əmlakla bağlı qeyd olunan hüquq normalarında göstərilən hallar mövcud deyildir) istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərini pozaraq qanunsuz qeyri-yaşayış obyektləri tikmiş, məhkəmə tərəfindən mübahisəli obyektlərə dair sübut və ya sənəd və məlumat təqdim edilməsi təklif edilsə də, cavabdeh tərəfindən heç bir sənəd təqdim edilməmiş və heç bir dəlil irəli sürülməmişdir. Həmçinin iş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin 24 11 2014-cü ıl tarixli 375 saylı Fərmanı ilə təsdiq edilmiş "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları nın 4 3 maddəsini rəhbər tutaraq özbaşına aparılan yenidən qurma işlərinin dərhal dayandırılması tapşırılmışdır. Bundan sonra Cavabdeh tərəfindən Masallı şəhəri, H.Əliyev prospektində yerləşən divar və dam örtüyünün qanunsuz tikintisi ilə əlaqədar olaraq cavabdeh barəsində Azərbaycan Respublikası İXM-in 395.2-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Masallı RİHB-na göndərilmişdir. Beləliklə, işin məhkəmə araşdırılması ilə məlum olur ki, cavabdeh heç bir hüquqmüəyyənedici sənədi olmadan tikinti işləri apararaq mülkiyyət hüququ əsasında özünə məxsus Masallı şəhəri, H.Əliyev prospektində yerləşən iki mərtəbəli mağaza binalarının yan divarlarının və dam örtüklərinin tikintisi başa çatmış ikinci mərtəbəsini özbaşına inşa etdirmiş, bununla da şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmuşdur. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəlı Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçırilməsi Qaydaları”nın 3.1.6-cı bəndinə uyğun olaraq tikintiyə dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfındən, tikınti obyektində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərınin pozulması müəyyən edildiyi hallarda həmin obyektdə Məcəlləyə və bu Qaydalara uyğun olaraq tikinti quraşdırma işlərının dayandırılması və zəruri hallarda obyektin sökulməsi haqqında müvafiq qaydada məsələ qaldırmaq hüququ vardır. Həmin Qaydalara əsasən tikintiyə dövlət nəzarətinin həyata keçırılməsi səlahiyyətləri X7 tərəfindən Nazirliyin Tikintidə Təhlukəsizliyə X12 və Agentliyin Baş Dövlət Tikinti Müfəttışliyi vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nomrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 5-ci bəndinə uyğun olaraq Qaydaların 2.1.3-cü, 2.1.4-cu və 2.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda, habelə Qaydaların 4-cü və 5-ci hissələrində göstərilən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda Agentlik tikinti obyektinin və ya onun hissəsınin sökulməsi barədə məhkəməyə müraciət edir. İnzibati və mülki hüquq münasıbətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 10.4cü bəndınə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökulməsı barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarını işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı cavabdehə məxsus Masallı şəhəri, H.Əliyev prospekti, 57A ünvanında yerləşən iki mərtəbəli qeyri-yaşayış binasının üzərində qanunsuz inşa olunmuş əlavə tikilinin cavabdehin hesabına sökülməsini tələb etməkdə haqlıdır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Masallı şəhəri, H.Əliyev prospektində yerləşən qanunsuz tikinti işlərinin nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış iki mərtəbəli qeyri-yaşayış oyektlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia ərizəsi təmin edilsin. Masallı şəhəri, H.Əliyev prospektində yerləşən qanunsuz tikinti işlərinin nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış iki mərtəbəli 2 qeyri-yaşayış oyektlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-2173/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2173/2023
13.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver