Məhkəmə qərarları › İş №2-1(120)-2173/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2173/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2173/2024 23.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli,**********175000 saylı, xx.xx.2024-cü il tarixli, **********590400 saylı, “xx.xx.2024-cü il tarixli, **********456900 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli, **********695900 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarlarının ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizəsini elan edərək iddia tələbinin dəyişdirilərək “xx.xx.2023-cü il tarixli, **********695900 saylı və xx.xx.2023-cü il tarixli, **********175000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarların ləğv edilməsi” qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsl İddiaçı ilə əvəz edilmiş, iddia tələbi İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli **********175000 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2024-cü il tarixli **********456900 saylı və xx.xx.2023-cü il tarixli **********175000 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2-1(120)-3136/2024 nömrəli və 2-1(120)-2173/2024 nömrəli inzibati işlər 2-1(120)-2173/2024 nömrəli iş üzrə bir icraatda birləşdirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, müəssisə mal alışı və satışı ilə əlaqədar olaraq qanunvericiliklə nəzərədə tutulmuş qaydada, qanunvericilik aktlarının tələblərinə uyğun şəkildə müqavilə bağlayan zaman müvafiq araşdırmalar aparmış və məktubda qeyd edilmiş firmalar və ya mal satan təşkilatların heç birinin hər hansı riskli vergi ödəyicisi və ya riskli əməliyyat aparıldığı aşkar edilmədiyi üçün həmin şəxslərlə (müəssisələrlə) müqavilə bağlayaraq əməkdaşlıq etməyə və mal alışının həyata keçirilməsinə başlamışdır. 2023-cü il üzrə əməliyyatların aparıldığı vaxt risklilik barədə vergi orqanının müvafiq sistemində araşdırmalar aparılmış və riskli vergi ödəyici olması barədə hər hansı məlumat aşkar edilməmiş və bu barədə hər hansı qərar olmamışdır. Bu səbəbdən də riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın geri tarixə şamil edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Həmçinin vergi orqanı tərəfindən qeyd edilən risklilik halları ilə bağlı müəssisənin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli, **********958900 saylı qərar Şirvan İnzibati Məhkəməsinə müraciət edilərək mübahisələndirilmiş və hazırda 2-1(120)- 2174/2024 saylı iş üzrə məhkəmə mübahisəsi davam etməkdədir. Cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsi yuxarıda qeyd olunan qərarlar Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanununun və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanununun 20-ci maddəsinə əsasən inzibati orqana müraciət etmək hüququndan istifadə edərək, hüquq və qanuni maraqlarımıza bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququmuzun olduğunu bildirmişik. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətimizə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borclu idi. Yəni vergi orqanı tərəfindən qeyd olunan hüquqlarımız kobud şəkildə pozulmuşdur. Vergi Məcəlləsinin aşağıdakı maddələrinə əsasən : 3.8-ci maddəsinə əsasən Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 15.1.1-ci maddəsinə əsasən vergi orqanlarından qeydiyyat (uçot) yeri üzrə qüvvədə olan vergilər və onların ödənilməsi qaydasını və şərtlərini tənzimləyən normativ hüquqi aktlar, vergi ödəyicilərinin hüquq və vəzifələri, vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri haqqında əvəzsiz olaraq yazılı məlumat almaq vergi ödəyicisinin hüququdur. 15.1.2-ci maddəsinə əsasən vergi orqanlarından vergi qanunvericiliyinin tətbiq edilməsi məsələlərinə dair yazılı izahatlar almaq vergi ödəyicisinin hüququdur. 15.1.7-ci maddəsinə əsasən vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək vergi ödəyicisinin hüququdur. 15.1.8-ci maddəsinə əsasən vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək vergi ödəyicisinin hüququdur. 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. 15.1.12-ci maddəsinə əsasən vergi yoxlamalarının aktları və digər materialları ilə tanış olmaq, vergi orqanlarına və onların vəzifəli şəxslərinə vergilərin hesablanması və ödənilməsi, habelə keçirilən vergi yoxlamalarının aktları üzrə öz rəyini bildirmək vergi ödəyicisinin hüququdur. 15.2-ci maddəsinə əsasən vergi ödəyicisinin hüquqları və qanuni maraqları qanunvericilik normaları ilə təmin edilir. Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının müdafiəsi qaydası bu Məcəllə və digər qanunlarla müəyyən edilir. Vergi ödəyicisinin hüquqları və qanuni maraqları vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri ilə təmin edilir. Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının təmin olunmaması və ya lazımınca təmin olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Belə ki, Vergi Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37. Kameral vergi yoxlaması (xx.xx.2023-cü il tarixindən qüvvəyə minmişdir, bu tarixdən əvvəl kameral münasibət bildirmə müddətləri 30 iş günü olmuşdur) 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Maddə 72. Vergi hesabatının təıtib edilməsi və verilməsi qaydası 72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. 72.2. Bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir. 72.3. Vergi hesabatını vergi ödəyicisi, yaxud onun müəyyən edilmiş qaydada vəkil edilmiş nümayəndəsi imzalamalıdır. 72.4. Qanunvericiliyə müvafiq olaraq vergi ödəyicisinin vergi hesabatının tərtib edilməsində müstəqil auditor iştirak edirsə o, vergi hesabatını imzalamalı, möhür vurmalı və öz vergi ödəyicisinin eyniləşdirmə nömrəsini göstərməlidir. Hesabatı bir nəfərdən çox tərtibatçı hazırlayırsa, onu ancaq baş tərtibatçı imzalayır. 72.4-1. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallarda vergilərin dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır və hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir. 72.5. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. 72.6. Vergi orqanı tərəfindən vergi hesabatının onun barəsində kameral vergi yoxlaması aparıldıqdan sonra və ya hər hansı digər hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsinin şərtləndirilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Bu Məcəllənin 85.4-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla, vergi ödəyicisinin vergi orqanında uçota alındığı tarixədək əldə etdiyi gəlirləri, o cümlədən xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər həmin gəlirlərin aid olduğu hesabat dövrləri üzrə ayrılıqda hesablanaraq vergi orqanı tərəfindən vergi orqanının uçot sənədlərində qeyd edilir. Vergi ödəyicisinin xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər hesablanarkən bu Məcəllənin 127-ci maddəsinin müddəaları nəzərə alınır. 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. 83.3. Vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. 83.5. Bu Məcəlləyə müvafiq olaraq verginin vergi bəyannaməsini vermək şərti ilə ödənilməsi müəyyən edildiyi halda, verginin ödənilməsinə dair öhdəliyin əks etdirildiyi bəyannamənin tərtib edilməsi bu cür verginin hesablanması və onun ödənilməsinə dair bildirişdir. 83.7. Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. 83.8. Vergi ödəyicisinin bu Məcəllənin 83.7-ci maddəsinə uyğun olaraq verginin hesablanması barəsində vergi orqanının qərarından aşağıdakıları əsas tutaraq məhkəməyə müraciət etmək hüququ vardır: 83.8.1. vergi məbləğinin ödənilməli olan miqdarından çox olduğunu; 83.8.2. verginin vaxtından əvvəl hesablanmasına əsas vermiş amilin və ya vəziyyətin olmadığını. Maddə 84. Verginin hesablanması haqqında bildiriş. Maddə

85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi. 85.1. Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 94.0. Verginin hesablandığının səhv olduğu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu — vergi orqanının üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 71.1 -ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vennək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin Qanunun 72.2-ci maddəsinə əsasən inzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2.1-ci maddəsinə əsasən barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Qeyd edilənləri nəzərə alaraq xx.xx.2024-cü il tarixli **********456900 saylı və xx.xx.2023-cü il tarixli **********175000 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı “X3” MMC (VÖEN **********) cavabdeh 8 saylı Ərazi Vergilər idarəsinə qarşı Azərbaycan Respublikası Şirvan inzibati Məhkəməsində iddia qaldıraraq xx.xx.2023-cü il tarixli **********695900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********590400 nömrəli, xx.xx.2023-cü il tarixli **********175000 nömrəli və xx.xx.2024-cü il tarixli **********456900 “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2173/2024 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsi aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir: Uçot-baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2019-cu il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, xx.xx.2019-cu il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “qeyri-yaşayış binalarının o cümlədən: zavod, sex, xəstəxana, məktəb, ofislər, restoran, mağaza, kommersiya mərkəzləri, idman zalları, dayanacaqlar, anbarlar və sairin tikintisi”ndən ibarət olduğu, Bakı şəhəri, Nərimanov rayonu, 2095-2096-cı məhəllə, Dərnəgül şossesində yerləşən xx.xx.2020-cu il tarixdə vergi uçotuna alınmış əsas sahəsi 80 m2 olan (obyekt kodu: **********-15002) “Taxta satışı və anbarı” adlı təsərrüfat subyektinin (obyektinin) olduğu müəyyən edilmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli **********175000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi haqqında tələbi ilə əlaqədar olaraq bildiririk ki, vergi ödəyicisi tərəfindən 2022-ci il üçün hesablama metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 200.1-ci (Malların təqdim edilməsindən gəlir), 200.2-ci (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən gəlir), 201-ci (Amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir), 202-ci (Amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) və 203-cü (Əmlakın icarəyə verilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 12664112,27 manat gəlir məbləği hesabat dövrü ərzində online kassa aparatı ilə müəyyən edilən (306375,93 manat), tərəfinizdən ixrac edilmiş (0,00 manat) və təqdim edilmiş elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (13186793,99 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 13493169,92 manat məbləğdən 829057,65 manat az əks etdirilmişdir, ki, bu hal vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Həmçinin 2022-ci il üçün hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12- ci), “Reklam xərcləri” (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), “Nəqliyyat xərcləri” (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (12568958,75 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0,00 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (10801096,15 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0,00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş "ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0,00 manat) cəmi məbləğindən (10801096,15 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş malmaterial qalığının məbləğinin (0,00 manat) çıxılması nəticəsində yaranan (10801096,15 manat) məbləğin müqayisəsi nəticəsində 1767862,60 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər bəyan edildiyi müəyyən edilmişdir. Qeyd olunan kənarlaşmalarla əlaqədar olaraq vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********057100 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna cavab olaraq əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə müvafiq olaraq kameral vergi yoxlaması ilə 2022-ci il üzrə 537372,51 manat mənfəət vergisi məbləği hesablanmış və xx.xx.2023-cü il tarixli **********175000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə hesablama metodu ilə 2022-ci il üçün təqdim edilən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin “Hesabat dövrünün gəlirləri” hissəsində 306604,76 manat pərakəndə satışdan gəlir, 12357507,51 manat topdan satışdan gəlir, 670630,03 manat vergi uçotunun dəyişdirilməsi nəticəsində yaranan keçmiş illərin gəlir olmaqla ümumilikdə 13334742,30 manat gəlir, “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsində isə 98476,53 manat əmək haqqı xərci, 18973,40 manat sosial sığorta haqları xərci, 9959920,69 manat malın dəyərinə çəkilmiş xərclər, 361655,79 manat icarə haqqı xərci, 599545,05 manat yanacaq xərci, 20600,02 manat bank xərci, 1350697,98 manat bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər, 9967,69 manat amortizasiya xərcləri, 1969,51 manat sığorta üzrə xərclər, 658795,03 manat digər xərclər, 670630,03 manat uçot metodun dəyişməsi nəticəsində yaranan keçmiş illərin xərci və 861,48 manat gəlirdən çıxılan vergilər və yığımlar olmaqla ümumilikdə 13081463,17 manat xərc, bəyannamənin 1 N-li Əlavəsinin 1.3.2-ci (Mallar) sətrində ilin əvvəlinə mal qalığının olmadığı, 2022-ci il ərzində əldə edilmiş 9959920,69 manat dəyərində malların “dövr ərzində daxil olmuşdur" sütununda göstərildiyi, il ərzində 9959920,69 manat məbləğində malların təqdim edildiyi və ilin sonunda heç bir mal qalığı olmadığı göstərilərək 50655,83 manat mənfəət vergisi bəyan edildiyi müəyyən edilmişdir. Vergi orqanının uçot-baza məlumatlarına əsasən aparılan araşdırma zamanı Cəmiyyətin 2021 -ci ilin sonuna mal qalığı olmadığı, 2022-ci il ərzində elektron qaimə faktura ilə 8727427,09 manat məbləğində mallar (Taxta, kafel-metlax, çilçıraqlar, santexnika malları və s.) əldə edildiyi, 2022-ci il ərzində elektron qaimə faktura ilə (geri qaytarma qaiməsi nəzərə alınmaqla) 13186794,01 manat (ƏDV-si 2373622,92), nəzarət kassa aparatı ilə 306378,44 manat (ƏDV-si 55148,11) olmaqla ümumilikdə 13493172,45 manat ƏDV-yə cəlb olunan satış həyata keçirildiyi müəyyən edilmişdir. Bundan əlavə, vergi ödəyicisi tərəfindən 2022-ci il ərzində təqdim edilmiş ƏDV bəyannamələrində “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV-siz)” sütununda ********.26 manat dövriyyə bəyan edildiyi, 2022-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində bəyan edilmiş dövriyyə məbləği ilə fərq yarandığı üçün xx.xx.2023-cü il tarixdə 2022-ci ilin oktyabr ayı üçün ƏDV bəyannaməsi təqdim edilərək “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV-siz)” sütununda bəyan edilmiş dövriyyə məbləğinin əsassız olaraq 926999,61 manat azaldılaraq 4991048,45 manat göstərildiyi müəyyən edilmişdir. Araşdırma zamanı 2022-ci ilin oktyabr ayı ərzində 5893,22 manat (ƏDV-siz) məbləğində nəzarət kassa aparatı vasitəsilə və 5912154,85 manat (ƏDV-siz) məbləğində elektron qaimə-faktura təqdim etməklə ümumilikdə 5918048,07 manat məbləğində mal təqdim edilməsi həyata keçirildiyindən və vergi ödəyicisi tərəfindən 2022-ci ilin oktyabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində dövriyyə məbləği heç bir əsas olmadan azaldıldığından xx.xx.2023-cü il tarixdə vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə 5918048,07 manat dövriyyə məbləği bərpa edilmişdir. Bundan əlavə, xx.xx.2023-cü il tarixdə səyyar vergi yoxlaması nəticəsində 2022-ci ilin yanvariyul ayları üçün təqdim edilmiş ƏDV bəyannamələrində dövriyyə məbləğləri dəqiqləşdirilmiş və nəticədə Cəmiyyətin 2022-ci ilin ƏDV bəyannamələri üzrə illik dövriyyəsi 13583112,26 manat müəyyən edilmişdir. Eyni zamanda uçot-baza məlumatlarına əsasən Cəmiyyətin 2022-ci ilin əvvəlinə və sonuna mal qalığının olmadığı, 2022-ci il ərzində malların və xidmətlərin alışı ilə bağlı 10801096,35 manat (ƏDV-siz) elektron qaimə-faktura əldə edildiyi halda 2022-ci il üçün təqdim edilən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsində 9959920,69 manat malın dəyərinə çəkilmiş xərc, 599545,05 manat yanacaq xərci, 1350697,98 manat bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər, 658795,03 manat digər xərclər olmaqla ümumilikdə 12568958,75 manat xərc məbləği göstərilmişdir ki, nəticədə 1767862,40 manat məbləğində artıq xərc göstərildiyi və qeyd olunan məbləğin vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər və digər xərclər sətrlərində bəyan edilmiş xərclərdən azaldıldığı müəyyən edilmişdir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2022-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində gəlirlərin əldə edilməsi ilə bağlı çəkilən xərclər bölməsində malın dəyəri olaraq 9959920,69 manat göstərilməsinə baxmayaraq elektron qaimə-faktura əsasında 8727427,09 manat məbləğində mal alındığı, yanacaq xərci olaraq 599545,05 manat bəyan olunmasına baxmayaraq elektron qaimə-faktura ilə 560656,04 manat (9977,63 manat yol vergisi daxil) yanacaq əldə olunduğu, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərc olaraq 1350697,98 manat bəyan edilməsinə baxmayaraq 1056142,45 manat məbləğində elektron qaimə-faktura (rezin şinlər, mühərrik və sürtkü yağı, noutbook və telefon və s. xərcləri) əldə edildiyi, sığorta xərci olaraq 1969,51 manat bəyan edilməsinə baxmayaraq 754,55 manat məbləğində elektron qaimə-faktura əldə edildiyi və digər xərc olaraq 658795,03 manat bəyan edildiyi halda 125503,22 manat məbləğində elektron qaimə-faktura (kompüter xidməti və avadanlıqlar, vebsayt və reklam hazırlanması, auditor xidməti, mühasibatlıq xidməti və s.) əldə edildiyi müəyyən edilmişdir. Bundan əlavə, Cəmiyyət tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) elektron qaimə-faktura əsasında dəyəri 100003,00 manat (ƏDV-si 18000,54 manat) olan Audi Q7 markalı minik avtomobili alındığı, lakin 2022-ci ilin mənfəət vergisi bəyannaməsinin 1 N-li Əlavəsində əsas vəsait olaraq mədaxil olunub amortizasiya normasında xərcdən çıxılmalı olduğu halda birbaşa gəlirdən çıxılan xərclərə aid edildiyi müəyyən edilmişdir. Beləliklə, Cəmiyyətin 2022-ci il üzrə illik dövriyyəsinin təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 13583112,26 manat olduğunu, 2022-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsindəki dövriyyə məbləği ilə fərqi aradan qaldırmaq üçün 2022-ci ilin oktyabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinə dəqiqləşmə verilərək dövriyyə məbləğinin əsassız olaraq azaldıldığını, 2022-ci il ərzində malların və xidmətlərin alışı ilə bağlı 10801096,35 manat (ƏDV-siz) elektron qaimə-faktura əldə edildiyi halda 2022-ci il üçün təqdim edilən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsində 12568958,75 manat xərc məbləği göstərilməsi nəticəsində 1767862,40 manat məbləğində artıq xərc göstərildiyini və qeyd olunan məbləğin vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər və digər xərclər sətrlərində bəyan edilmiş xərclərdən azaldıldığını, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) elektron qaimə-faktura əsasında alınmış minik avtomobilinin, 2022-ci ilin mənfəət vergisi bəyannaməsinin 1 N-li Əlavəsində əsas vəsait olaraq mədaxil olunub amortizasiya normasında xərcdən çıxılmalı olduğu halda birbaşa gəlirdən çıxılan xərclərə aid edildiyini və qeyd olunan elektron qaimə-fakturanın vergi orqanı tərəfindən hesablama aparan zaman xərc kimi nəzərə alındığını, 1767862,40 manat artıq göstərilmiş xərc məbləğləri ilə bağlı heç bir təsdiq edici sənəd təqdim edilmədiyini nəzərə alaraq, vergi ödəyicisinin iddiası mövcud vəziyyətdə təmin edilməməli və 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********175000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən 2023-cü ilin iyun və iyul ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşmə üçün təqdim edilmiş EBDİ seriyalı 288675 nömrəli (2023 iyun), EBDJ seriyalı 899973 nömrəli, EBDL seriyalı 045180 nömrəli, EBDL seriyalı 045850 nömrəli, EBDL seriyalı 060864 nömrəli, EBDL seriyalı 046965 nömrəli, EBDL seriyalı 045374 nömrəli, EBDL seriyalı 047164 nömrəli (2023 iyul) elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğu üçün əvəzləşdirilməyə əsas vermədiyindən, həmin elektron qaimə-fakturalar üzrə əvəzləşdirmənin aparılması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********751800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin dekabr ayı üçün ƏDV üzrə 132626.35 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********590400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixli **********590400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə iddia tələbi əsassızdır və buna görə də təmin edilməməlidir. İddiaçı tərəfindən 2023-cü ilin iyun və iyul ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğu üçün əvəzləşdirilməyə əsas vermədiyindən, həmin elektron qaimə-fakturalar üzrə əvəzləşdirmənin aparılması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********150400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin mart ayı üçün ƏDV üzrə 110700 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********456900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixli **********456900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə iddia tələbi əsassızdır və buna görə də təmin edilməməlidir. Əlavə olaraq bildiririk ki, “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2024-cü il tarixli qərarla hüquqi şəxs kimi adı dəyişilərək İddiaçı olmuşdur. Vergi Məcəlləsinin: 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. 37.1--ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 67.1-ci maddəsinə uyğun olaraq həmin Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 67.17-ci maddəsinə əsasən bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrıayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: 70.3.1. onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə; 70.3.2. vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə. 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1 -ci maddəsində (vergi öhdəliklərinin yaranmasına səbəb olan) göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. 94-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. 104.1ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. 130.1-1-ci maddəsinə əsasən iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Beləliklə, xx.xx.2023-cü il tarixli **********695900 nömrəli və xx.xx.2023-cü il tarixli **********175000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə iddia tələbi əsassızdır və buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehi lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarına əsaslanaraq və İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, inzibati işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İddiaçının vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmənin keçmiş iclaslarında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil Ələsgər oğlu iddia tələbində qeyd edilənləri müdafiə edərək tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Göründüyü kimi iddia bütün mümkünlük şərtlərinə riayət edir. Məhkəmə işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********175000 saylı, xx.xx.2024-cü il tarixli, **********590400 saylı və xx.xx.2024-cü il tarixli **********456900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları vergi qanunvericiliyinin və inzibati icraat haqqında qanunvericiliyin normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisinin xx.xx.2024-cü il tarixli qərarının təsdiq üdilmiş surətindən görünür ki, “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) adı “X6 Company” olaraq nizamnaməsinə dəyişiklik edilmişdir. İş materiallarında olan Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli, **********175000 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, vergi ödəyicisi tərəfindən 2022-ci il üçün hesablama metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 200.1-ci (Malların təqdim edilməsindən gəlir), 200.2-ci (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən gəlir), 201-ci (Amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir), 202-ci (Amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) və 203-cü (Əmlakın icarəyə verilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 12664112,27 manat gəlir məbləği hesabat dövrü ərzində online kassa aparatı ilə müəyyən edilən (306375,93 manat), tərəfinizdən ixrac edilmiş (0,00 manat) və təqdim edilmiş elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (13186793,99 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 13493169,92 manat məbləğdən 829057,65 manat az əks etdirilmişdir, ki, bu hal vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Həmçinin 2022-ci il üçün hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12- ci), “Reklam xərcləri” (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), “Nəqliyyat xərcləri” (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (12568958,75 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0,00 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (10801096,15 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0,00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş "ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0,00 manat) cəmi məbləğindən (10801096,15 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş malmaterial qalığının məbləğinin (0,00 manat) çıxılması nəticəsində yaranan (10801096,15 manat) məbləğin müqayisəsi nəticəsində 1767862,60 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər bəyan edildiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********909700 nömrəli məktubunda qeyd edilmişdir ki, “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) barəsində verilmiş xx.xx.2023-cü il tarixli **********695900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın və həmin qərarın verilməsinə əsas olan sənədlərin məhkəməyə təqdim edilməsinə dair müraciətinizə 8 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır. Bildiririk ki, aparılmış araşdırma nəticəsində “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən 2023-cü il avqust ayı üzrə təqdim edilmiş Əlavə dəyər vergisi bəyannaməsində təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBBE seriyalı 373287 nömrəli elektron qaimə-fakturası üzrə 305.08 manat ƏDV məbləği ödənilmədiyi üçün, əvəzləşdirmə üçün təqdim edilmiş EBBA seriyalı 901945 nömrəli elektron qaimə-fakturası üzrə 864.00 manat ƏDV məbləği ödənilmədiyi üçün, əvəzləşdirmə üçün təqdim edilmiş EBBM seriyalı 348340 nömrəli elektron qaimə-fakturası üzrə 1155.45 manat ƏDV məbləği ödənilmədiyi üçün, əvəzləşdirmə üçün təqdim edilmiş EBBK seriyalı 103828 nömrəli elektron qaimə-fakturası üzrə 305.08 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturalar üzrə əvəzləşdirmə aparılmasının mümkünsüz olması, bəyannamənin 308-ci “VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab- fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ” sətrində 19.259,07 manat ƏDV məbləği göstərilməsinə baxmayaraq, həmin bəyannaməyə əlavə edilmiş elektron qaimə-fakturalar barədə məlumatın 308-ci sətrində ödənilmiş ƏDV məbləğlərinin cəmi 19.079,07 manat göstərildiyi üçün kənarlaşma yaranması və 2023-cü ilin Avqust ayı ərzində 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) (1311992.00 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 faiz dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin (ƏDV-siz) (2127.94 manat) cəmi məbləği 1314119.94 manat olmasına baxmayaraq həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301.1-ci sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütunundakı 1311992.00 manat ilə bəyannamənin 2 nömrəli Əlavəsinin “Cari hesabat dövründə satılmış mallara görə ticarət əlavəsi” sütunundakı məbləğ 0.00 manat, cəmi 1311992.00 manat göstərildiyindən 2127.94 manat kənarlaşma yaranması səbəbindən uyğunsuzluq yaranmışdır. Yuxarıda qeyd olunan elektron uyğunsuzluqların aradan qaldırılması üçün “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2023-cü il tarixli **********178900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” göndərilmişdir. Vergi ödəyicisi tərəfindən zəruri sənədlər (məlumatlar) vergi orqanına təqdim edilmədiyindən xx.xx.2023-cü il tarixində kameral vergi yoxlaması ilə (analoji) 3195,50 manat əlavə dəyər vergisi hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********695900 nömrəli qərar göndərilmişdir. İş materiallarında olan Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli, **********590400 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, ƏDV bəyannaməsində (06.2023) əvəzləşmə üçün təqdim edilmiş EBD1 seriyalı 288675 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzn 12600.46 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cii sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 12600.46 manat kənarlaşma yaranmışdır. Tərəfindən ƏDV bəyannaməsində ( 07.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDJ seriyalı 899973 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzn 9325.89 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 9325.89 manat kənarlaşma yaranmışdır. Tərəflərindən ƏDV bəyannaməsində (07.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDL seriyalı 045180 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzn 24408.0 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 24408.0 manat kənarlaşma yaranmışdır. Tərəflərindən ƏDV bəyannaməsində (07.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDL seriyalı 045850 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzn 22298.74 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 22298.74 manat kənarlaşma yaranmışdır. Tərəflərindən ƏDV bəyannaməsində (07.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDL seriyalı 060864 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 19278.1 1 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 19278.11 manat kənarlaşma yaranmışdır. Tərəflərindən ƏDV bəyannaməsində (07.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDL seriyalı 046965 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 1958.88 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 1958.88 manat kənarlaşma yaranmışdır. Tərəflərindən ƏDV bəyannaməsində (07.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDL seriyalı 045374 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzn 23293.37 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 23293.37 manat kənarlaşma yaranmışdır. Tərəflərindən ƏDV bəyannaməsində (07.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDL seriyalı 047164 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzn 19462.9 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 19462.9 manat kənarlaşma yaranmışdır. İş materiallarında olan Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli, **********456900 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, Vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturalarm əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 110 700,01 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********861300 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçınə hesablanmış xx.xx.2023-cü il tarixli **********175000 nömrəli qərar 2022 ci il mənfəət vergisi ilə bağlı olmuşdur və müvafiq olaraq bu qərar üzrə uyğunsuzluq məktubu vergi ödəyicisinə xx.xx.2023 cü il tarixli **********057100 nömrəli məktubla göndərilmişdir. xx.xx.2024 cü il tarixli **********456900 nömrəli qərar 2024 cü il əlavə dəyər vergisi vergisi ilə bağlı olmuşdur və müvafiq olaraq bu qərar üzrə uyğunsuzluq məktubu vergi ödəyicisinə xx.xx.2024 cü il tarixli **********825000 nömrəli məktubla göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 24.1.1 və 24.1.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 37.1-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habeləvergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. 37.2-1-ci maddəsinə əsasən Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 83.7-ci maddəsinə əsasən Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 131-ci maddəsinə əsasən kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. 132.1-ci maddəsinə əsasən vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda, digər kredit və ya elektron pul təşkilatında onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. 132.2-ci maddəsinə əsasən vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır. 133.1-ci maddəsinə əsasən vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt sayılır. 133.2-ci maddəsinə əsasən vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank, digər kredit və ya elektron pul təşkilatı tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır. 133.3-cü maddəsinə əsasən vergi ödəyicisi qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sairə bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt xərcin çəkilməsi vaxtı sayılır. 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. 135.1-ci maddəsinə əsasən müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. 135.2-ci maddəsinə əsasən vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. 135.3-c maddəsinə əsasən vergi ödəyicisi gəlir əldə edirsə və ya onun faiz gəliri, yaxud əmlakın icarəyə verilməsindən gəlir əldə etmək hüququ vardırsa, borc öhdəliklərinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddətinin qurtardığı vaxt gəlir almaq hüququnun əldə edildiyi vaxt sayılır. Borc öhdəliyinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, gəlir onun hesablanma qaydasına müvafiq surətdə həmin hesabat dövrləri üzrə bölüşdürülür. 136.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. 136.2-ci maddəsinə əsasən bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. 136.3-cü maddəsinə əsasən borc öhdəliyi üzrə faizlər və ya əmlakın icarə haqqı ödənilərkən borc öhdəliyi və ya icarə müqaviləsi üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə bölüşdürülür. 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. 166.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarətkassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri istisna olmaqla digər fəaliyyət növləri üzrə nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.7-ci maddəsinə əsasən Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur. 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur. 175.11-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. 176.1-ci maddəsinə əsasən bu Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyən şəxsin elektron vergi hesab-fakturası verməyə hüququ yoxdur. Qeyd: Vergi Məcəlləsinin 176-cı maddəsi xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********175000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2022-ci il mənfəət vergisi hesabat dövrü üzrə 537.372,51 manat əlavə vergi hesablanmışdır. İşin faktiki hallarına görə "xxxx" MMC-nin fəaliyyəti qeyri-yaşayış binalarının tikintisi, tikinti materiallarının topdan və pərakəndə satışı və digər əlavə fəaliyyət növlərindən ibarətdir. Müəssisənin 2022-ci il üzrə gəlirlərinin cəmi 14.285.000,95 manat (topdan satış üzrə 13.204.668,06 manat, pərakəndə satış üzrə 1.080.33289 manat), xərclərinin cəmi 11.130.228,60 manat (satılan malın mayın dəyəri 9.677.492,55 manat, əsas vəsaitin amortizasiyası 158.635,21 manat, bilavasitə xərclər 134.343,78 manat, digər xərclər 59.685,22 manat, yanacaq xərci 571.962,93 manat, bank xərci 20.600.02 manat, əmək haqqı xərci 98.476,53 manat, DSMF xərci 18.480,93 manat, işsizlik üzrə 605,62 manat, icbari tibbi sığorta üzrə 2.107,96 manat, sığorta xərci 754,55 manat, icarə xərci 361.655,80 manat, reklam xərci 1.575,00 manat, təmir xərci 23.862,50 manat) məbləğində olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, müəssisə 2022-ci ili 3.054.772,35 (14.285.000,95-11.130.228,60=3.054.772,35) manat mənfəətlə başa vurmuşdur. Müəssisə müvafiq olaraq 50.655,83 manat vergi ödəmişdir. Buna baxmayaraq vergi orqanının xx.xx.2023-cü il tarixli, **********175000 saylı mübahisələndirilən qərarında 588.028,34 manat vergi hesablamış, 537.372,51 manat əlavə vergi hesablanmışdır. İş materiallarında qeyd edilən məlumatları təsdiq edən sənədlərin müəssiə tərəfindən təqdim edildiyi görünür. İşin faktiki hallarına əsasən vergi orqanının xx.xx.2023-cü il tarixli, **********175000 saylı “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərarı və uyğunsuzluq məktubu xx.xx.2023-cü il tarixində İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2023 tarixli, **********213100 nömrəli təqdim edilmiş bəyannamədə müəyyən edilmiş kənarlaşmalar ilə əlaqədar zəruri olan sənədlərin tələb edilməsi barədə məktubda (uyğunsuzluq məktubu) əsaslandırılmış hər hansı bənd mövcud deyildir. Sözügedən uyğunsuzluq məktubunun sənədlər hissəsində qeyd edilir ki, “təqdim edilmiş bəyannamə, hesabat üzrə kameral vergi yoxlamasının başa çatıdırılması üçün 5 gün ərzində əsaslandırılmış yazılı izahatı və ya zəruri olan digər sənədləri vergi orqanına təqdim etməyiniz tələb olunur”. Buna baxmayaraq qeyd edilən müddət vergi orqan tərfindən gözlənilməmiş, həmin gün ərzində kameral vergi yoxlaması barədə qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 37-ci maddəsində kameral vergi yoxlamasının nəticəsinə dair qərarın qəbul edilməsi üzrə prosedur tələblər müəyyən edilmişdir. Həmin maddənin tələblərinə əsasən vergi orqanı tərəfindən müvafiq qərar qəbul edilməmişdən əvvəl kameral vergi yoxlaması üçün zəruri sənədlərin təqdim edilməsi barədə məktub göndərməlidir. Kameral vergi yoxlaması üçün zəruri sənədlərin təqdim edilməsi barədə məktub göndərildikdən sonra 5 iş günü müddətində məktuba cavab verilmədikdə və ya əsaslı cavab verilmədikdə kameral vergi yoxlanmasının nəticələrinə dair müvafiq qərar qəbul edilir. Cavabdeh orqan vergi qanunvericiliyinin tələblərinə riayət etməyərək Vergi Məcəlləsinin 37-ci maddəsində müəyyən edilmiş müddətdə uyğunsuzluq məktubu göndərmədən qərar qəbul etmiş, bununla da vergi ödəyicisinin hüquqlarını pozmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, cavabdehin ƏDV dekabr 2023 dövrü üzrə xx.xx.2024-cü il tarixli, **********590400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarında səbəb olaraq təqdim edilmiş müxtəlif seriyalı qaimə-fakturalar üzrə aparılan əməliyyatların riskli hesab olunduğundan ƏDV-nin əvəzləşməsinə əsas vermədiyi qeyd edilmişdir. Lakin qeyd edilir ki, iddiaçı müəssisənin mal alışı və satışı ilə əlaqədar qanunvericiliyə uyğun şəkildə müqavilə bağlayan zaman müvafiq araşdırmalar aparmış və vergi orqanı tərəfindən göndərilmiş məktubda qeyd edilmiş firmalar və ya mal satan təşkilatların heç birinin riskli vergi ödəyicisı və ya riskli əməliyyat aparıldığı aşkar edilmədiyi üçün həmin şəxslərlə müqavilə bağlayaraq əməkdaşlıq etməyə və mal alışının həyata keçirilməsinə başlamışdır. İddiaçı 2023-cü il üzrə əməliyyatların aparıldığı vaxt hər hansı məlumat aşkar edilməmiş və bu barədə müvafiq qərar olmamışdır. Belə ki, məhkəmə işin faktiki hallarını araşdıraraq müəyyən edir ki, 2022-ci il üzrə həmin əməliyyatlar aparılarkən risklilik mövcud olmamış, hesablanma aparılan dövr üzrə faktiki olaraq həmin əməliyyatlar üzrə əvəzləşdirilmə verilməmiş, əvəzlədirilmə verilən dövr keçmiş dövr olmuşdur. Keçmiş dövr üzrə isə VM-nin 37-ci maddəsinə uyğun olaraq kameral münasibət bildirilmişdir. Məhkəmə qeyd edir ki, riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın geri tarixə şamil edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Cavabdeh vergi orqanının xx.xx.2024-cü il tarixli, **********456900 saylı qərarında əsas kimi vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövr üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövlərdəndən sonrakı ƏDV bəyannamələrinin 324-cü sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla 110.700,01 manat əlavə ƏDV məbləği hesablanmışdır. İş materiallarından müəyyən edilir ki, inzibati orqanın mübahisələndirilən qərarında hesablanmış məbləğin hansı nömrəli, tarixli və hansı müəssisədən göndərilən elektron qaimələrə istinad edilərək hesablandığı göstərilməmişdir, yalnızca ümumi olaraq qeyd etmiş, hər hansı əsaslandırma aparmamışdır. Vergi orqanı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli uyğunsuzluq məktubunda göstərilən elektron qaimələr 2024-cü il mart dövrünə aidiyyatı olmayan qaimələrdir. İddiaçı tərəfindən təqdim edilmiş iş materiallarına əsasən qeyd edilən faktları təsdiqləyən qaimələrin və digər sənədlərin əlavə edildiyi təsbit edilmişdir. Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən isə əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Məhkəmə vergi orqanının qeyd edilən qərarın qanunsuz olmasına münasibətdə qeyd edir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. “İnzibati İcraat haqqında” Qanunun 61-ci maddəsində inzibati orqanın inzibati aktı əsaslandırılması vəzifəsi imperativ norma olaraq təsbit edilib. Belə ki, həmin normanın 2-ci və 3-cü bəndlərinə əsasən inzibati akt qəbul edilərkən işin faktiki və hüquqi halları, bu halları təsdiq və ya rədd edən sübutlar, istinad edilən qanunlar, normativ hüquqi aktlar, diskresion səlahiyyətlər daxilində qəbul edildikdə isə inzibati orqanın öz mülahizələrinə dair dəqiq və aydın şəkildə əsasdırma göstərilməlidir. Buna baxmayaraq cavabdeh orqan tərəfindən qərar qəbul edilərkən inzibati icraat haqqında normalara əməl edilməyib. Nəzərə alınmalıdır ki, bu cür hallarda sübutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. Əlavə olaraq qeyd edilir ki, həmin dövr üzrə müvafiq qaimələrə faktiki olaraq təqdim edildiyi dövr üzrə kameral münasibət bildirilmiş, həmçinin səyyar vergi yoxlaması keçirilmiş, müvafiq aktla rəsmiləşdirilmişdir. Qeyd edilənlərlə bağlı iddiaçı tərəfindən təsdiqedici sənədlər AVİS elektron uçot bazasında yerləşdirildiyi müəyyən edilmişdir. Həmin əməliyyatlar aparıldığı vaxt müvafiq əməliyyatın riskli hesab edilmədiyinə müəyyən edildiyinə görə əvəzləşmə ilə əlaqədar mübahisələndirilən qərarın qəbul edilməsi əsassızdır. Eləcə də, cavabdeh inzibati orqanın mübahisələndirilən qərarları – əlverişsiz inzibati aktları yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktın özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırda mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktların özündə yazılı şəkildə əsaslandırılması yeterli qiymətləndirilmir. Həmçinin təqdim edilənə sənədlərə və hesablama barədə məlumatlara əsasən qərarın Vergilər Məcəlləsinin 109.9-cu maddəsi əsas götürülərək yazıldığı bildirilsə də, qeyd edilən mübahisəli aktın özündə həmin maddəyə istinad olunmamışdır. Bu isə o deməkdir ki, həmin qərarın qəbulunda «İnzibati icraat haqqında» Qanunun 48.1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmənin qənaətinə görə, mübahisələndirilən xx.xx.2023-cü il tarixli, **********175000 saylı, xx.xx.2024-cü il tarixli, **********590400 saylı, xx.xx.2024-cü il tarixli, **********456900 saylı inzibati aktlar qanuna zidd sayılmaqla yanaşı, onların qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borclarını (əlavə faizlərlə) ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraat zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə riayət edilməmiş, qanunvericiliyin digər normaları işin faktiki hallarına düzgün tətbiq edilməmiş, bununla da, işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir. Bu səbəbdən də, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının sahibkarlıq fəaliyyəti həyata keçirməsi ilə bağlı cavabdehin mövqeyi ehtimallara əsaslanmış, sübut edilməmiş, vergi uçotuna alınma, bəyannamənin verilməsinin tələb edilməsi ilə bağlı hərəkətləri qanunsuz olmuşdur ki, həmin işin faktiki halların qərarın əsassız qəbul edilməsini birbaşa təsdiq edir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********175000 saylı, xx.xx.2024-cü il tarixli, **********590400 saylı, xx.xx.2024-cü il tarixli, **********456900 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə qərarları ləğv edilmədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********175000 saylı, xx.xx.2024-cü il tarixli, **********590400 saylı, xx.xx.2024-cü il tarixli, **********456900 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar