Məhkəmə qərarları › İş №2-1(120)-2174/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2174/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2174/2024 25.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı “X21 COMPANY” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsinə qarşı «Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə» xx.xx.2023-cü il tarixli, **********958900 saylı qərarın ləğv edilməsi və riskli vergi ödəyicisi siyahısından çıxarılması tələbinə dair iddiasına Şirvan İnzibati Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10), inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “X14" MMC-nin riskli vergi ödəyicisi siyahısından çıxarılması” barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəmənin 2-1(120)-2174/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia tələbi dəqiqləşdirilərək, iddiaçı və cavabdeh olduğu kimi qalmaqla iddia tələbinə “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********958900 saylı qərarın ləğv edilməsi və İddiaçı riskli vergi ödəyicisi siyahısından çıxarılması kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəmənin 2-1(120)-2174/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə, cavabdeh olduğu kimi qalmaqla İddiaçı əsl iddiaçı “X21 COMPANY” MMC ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********958900 saylı qərara əsasən "X14" MMC riskli vergi ödəyici olaraq müəyyən edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qəbul edilmiş qərarda riskli vergi ödəyicisi kimi qeydiyyata alınmasına əsas olaraq aşağıdakılar qeyd edilmişdir: “Vergi ödəyicisi tərəfindən xx.xx.2022-"xx.xx.2023-cü il tarixində 14 842 326,69 manat dəyərində “Daş materialı, qırmadaş, Qum, çınqıl, atsep, ballans v s. “ təqdim edilmiş, lakin həmin malların alışı müəyyən edilməmişdir. Vergi ödəyicisinin ZAQATALA RAYONU, AŞAĞİ TALA ünvanında X18 OĞLU-ndan (VÖEN **********) icarəyə götürülmüş karxanası mövcud olsa da, X19 X4 əldə edilmiş məktuba (**********811500) əsasən Agentlik tərəfindən İddiaçı MMC-yə yer təkindən istafadəyə icazə sənədi (“Dağmədən ayırması Aktı”) verilmədiyi bildirilmişdir. Həmçinin “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinəəsasən yerin təkindən istifadə hüququ verən icazənin sahibi icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. X16 ƏZİM OĞLU-ndan icarəyə götürülmüş Zaqatala rayonu ərazisində yerləşən “Talaçay” qum-çınqıl yatağında 2022-ci il üzrə 6 786 kub.m faydalı qazıntı hasilatı aparıldığı bildirilmiş, xx.xx.2023-cü il tarix həmin yatağın ehtiyatının 133 214 kub.m olduğu bildirilmişdir. Qeyd olunanlara əsasən vergi ödəyicisi tərə findən təqdim edilmiş 10 365 097,5 manat dəyərində mallar artıq həcmdə təqdim edildiyi üçün aparılmış əməliyyat riskli hesab edilir.” Yuxarıda göstərilənlər barəsində tərəfimizdən vergi orqanına müraciətlər edilmiş və bu kimi halların aradan qaldırılması və riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə xahiş edilmişdir. Təqdim edilmiş məktublarda aşağıdakılar qeyd edilmişdir: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023 tarixli **********170500 saylı məktubuna cavab olaraq bildirmək istəyirik ki,sözügedən məktubda vergi ödəyicisi tərəfindən xx.xx.2022 - xx.xx.2023-cü il tarixilərində 14,8 milyon manat dəyərində “Daş materialı, qırmadaş, Qum, çınqıl, atsep, ballans və sair” təqdim edildiyi, lakin həmin malların alışının müəyyən edilmədiyi qeyd olunmuşdur. Eyni zamanda, vergi ödəyicisinin ünvan 1i ünvanında X9 (VÖEN -**********) icarəyə götürülmüş karxanasının mövcud olsa da, X19 X3 əldə edilmiş məktuba əsasən Agentlik tərəfindən İddiaçınə yer təkindən istafadəyə icazə sənədinin (“Dağ-mədən ayırması Aktı”) verilmədiyi bildirilmişdir. Bununla yanaşı X9 icarəyə götürülmüş Zaqatala rayonu ərazisində yerləşən “Talaçay” qum-çınqıl yatağında 2022-ci il üzrə 6786 kub.m faydalı qazıntı hasilatı aparıldığının, xx.xx.2023-cü il tarixə həmin yatağın ehtiyatının 133214 kub.m olduğunun bildirildiyi və müvafiq məbləğ üzrə riskli əməliyyatın aparıldığı qeyd olunmuşdur. Göstərilənlərə əlaqədar olaraq bildirilir ki, İddiaçıin tərəfdaşlıq etdiyi müəssisələr üzrə onların sifarişlərinəəsasən, görülən işlərin operativliyi, təcili xarakter daşıdığı vəverilən sifarişlərə təcili zərurət olduğu üçün qeyd olunan dövr ərzində İddiaçı tərəfindən tələb olunan daş materialı, qırmadaş, qum, çınqıl, atsep və sair üzrə materialların vaxt və məsafə baxımından daha tez sifarişçinin qeyd etdiyi ünvana çatırılması üçün Qusar rayonunda müəssisəmizin əməkdaşlıq etdiyi X7 tədarük edilmişdir. Belə ki, qum-çınqıl materiallarının əsas hissəsi hazırda İddiaçı müqaviləəsasında icarəyə götürdüyü Qusar rayonu Həsənqala kəndi ərazidsində yerləşən (“TALEH-A.T.”) (VÖEN - **********) X6 göndərilməsi təmin edilmişdir. Lakin İddiaçı Qusar rayonu Həsənqala kəndi ərazisində yerləşən X7 istifadə etdiyi halda bu barədə heç bir rəsmiləşdirməişi aparılmamış və həmin karxanadan istafdə barədə müvafiq Vergi Orqanına məlumat verilməmişdir. 01 iyul 2023-cü il tarixdən isə həmin karxanadan istiafə barədə rəsmiləşdirmə aparılmış və müvafiq Vergi Orqanında qeydiyyata qoyulmuşdur. Bununla yanaşı onu qeyd etməliyik ki, İddiaçı xx.xx.2022 - xx.xx.2023-cü il tarixilərində qum-çınqıl alışı 14,8 milyon manat deyil 10,6 milyon manat təşkil etmişdir. Hesab edir ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərar tamamiləəsassız olduğundan ləğv edilməli və riskli vergi ödəyiciləri siyahısından çıxarılmam təmin edilməlidir. Qeyd etmək istəyir ki, riskli vergi ödəyicisi hesab edilməməsi barədə qəbul edilmiş qərardada qeyd edilən əsaslar aradan qaldırılmışdır. Lakin bu kimi hallar vergi orqanı tərəfindən nəzərə alınmamış və riskli vergi ödəyicisi barədə qərar ləğv edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında qərarında aşağıdakılar qeyd edilmişdir: Həmin qərarın 1-ci maddəsinəəsaəsən, bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. Həmin qərarın 2-ci maddəsinəəsasən, Riskli vergi ödəyicisinin meyarları haqqında qeyd edilmişdir ki, 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habeləəvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Həmin qanunun 3-cü maddəsinə əsasən, 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə. Yuxarıda göstərilən hallardan da aydın həmin qərarın 2.1.4-cü maddəsində göstərilən hallar müəyyən olunduğu üçün müəssisə riskli vergi ödəyicisi hesab edilmişdir. Lakin qeyd etdiyimiz kimi həmin səbəblər müəssisə tərəfindən aradan qaldırılmış və bu barədə vergi orqanına məlumat təqdim edilmişdir. Buna baxmayaraq vergi orqanı tərəfindən müraciətlərə məhəl qoyulmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1 -ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1 -ci maddəsinəəsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündəəks etdirən əlavəərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2.1 -ci maddəsinəəsasən barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. Həmin Məcəllənin 35.1 -ci maddəsinəəsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 74-cü maddəsinəəsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinəəməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçınə riskli əməliyyatların aparılması barədə xx.xx.2023-cü il tarixli **********780700 nömrəli Bildiriş göndərilərək, bildirilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixdə 14842326,69 manat dəyərində "Daş materialı, qırmadaş, Qum, çınqıl, atsep, ballans və s." təqdim edilmiş, lakin həmin malların alışı müəyyən edilməmişdir. Vergi ödəyicisinin Zaqatala rayonu, Aşaği Tala ünvanında X9 (VÖEN **********) icarəyə götürülmüş karxanası mövcud olsa da, X19 X3 əldə edilmiş məktuba (**********811500) əsasən Agentlik tərəfindən "X14" MMC-yə yer təkindən istafadəyə icazə sənədi (“Dağmədən ayırması Aktı”) verilmədiyi bildirilmişdir. Həmçinin “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən yerin təkindən istifadə hüququ verən icazənin sahibi icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. X1 icarəyə götürülmüş Zaqatala rayonu ərazisində yerləşən “Talaçay” qum-çınqıl yatağında 2022-ci il üzrə 6,786 kub.m faydalı qazıntı hasilatı aparıldığı bildirilmiş, xx.xx.2023-cü il tarixə həmin yatağın ehtiyatının 133,214 kub.m olduğu bildirilmişdir. Qeyd olunanlara əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 10365097,5 manat dəyərində mallar artıq həcmdə təqdim edildiyi üçün aparılmış əməliyyat riskli hesab edilir”. Bu səbəbdən həmin əməliyyatların qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinin və riskli halların nümayəndənin iştirakı ilə yenidən araşdırılması üçün aparılmış əməliyyatlar barədə məlumatları və təsdiqedici sənədlərin lazımi qaydada təsdiq edilmiş surətlərinin vergi orqanına təqdim edilməsi təklif edilmiş, əks halda aparılan əməliyyatlara uyğun olaraq qanunamüvafiq Qərar qəbul olunacağı bildirilmişdir. Vergi ödəyicisinin nüməyəndəsi tərəfindən qeyd olunan məsələ ilə əlaqədar vergi orqanına əsaslı sənədlər təqdim edilmədiyi üçün, vergi orqanı tərəfindən müvafiq araşdırmalar apararaq, xx.xx.2022xx.xx.2023-cü il tarixi aralığında aparılmış 14842326,69 manat dəyərində "Daş materialı, qırmadaş, Qum, çınqıl, atsep, ballans və s." malların satışının həyata keçirildiyi, həmin malların 4477229.19 manat hissəsinin alışının müəyyən edildiyi, qalan 10365097,5 manat dəyərində malların isə alış sənədinin olmadığı müəyyən edildiyi üçün aparılmış əməliyyat riskli hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “28 iyul 2020”-ci il tarixli “265” nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1-ci bəndinə-bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda və 3.1.2-ci bəndinə-vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdəmallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) əsasən 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli **********958900 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar qəbul edilmişdir. Əlavə olaraq bildirilir ki, İddiaçı (VÖEN: **********) xx.xx.2024-cü il tarixli qərarla hüquqi şəxs kimi adı dəyişilərək “X21 Company” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinəəsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinəəsasən vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. Həmin Məcəllənin 13.2.82-ci maddəsinəəsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs riskli vergi ödəyicisi hesab olunur. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi, 8 saylı Ərazi Vergilər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********958900 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar əsasında riskli vergi ödəyicisi hesab edilmiş iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması haqqında iddia tələbi əsassızdır və buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinəəsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyisicinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********958900 nömrəli qərarından görünür ki, vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı təsisçisinin xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı adı “X21 COMPANY” olaraq nizamnaməyə dəyişiklik edilmişdir. Dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması üçün müvafiq dövlət orqanına müraciət edilsin. Dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması ilə bağlı bütün lazımi sənədlərin hazırlanması, imzalanması, müvafiq dövlət orqanına təqdim edilməsi, özündə bütün reyestr məlumatlarını əks etdirən reyestrdən çıxarışın və digər hazır sənədlərin götürülməsi və (3-cü şəxsə etibarnamə vermək səlahiyyəti) direktor X15 həvalə olunmuşdur. Cəmiyyətin yeni redaksiyada nizamnaməsi təsdiq edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, EL-149/2020 qeydiyyat nömrəli lisenziyaya əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən İddiaçıə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini həyata keçirmək üçün icazə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin İddiaçınə ünvanlanmış Riskli əməliyyatların araşdırılması barədə məktubuna əsasən, məlum olduğu kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə Qərar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilir. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Vergi orqanı tərəfindən barəsində aparılan araşdırma nəticəsində “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə), bəndlərinə uyğunluğu müəyyən edilmişdir. Riskin məzmunu barədə: "Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixində 14 842326,69 manat dəyərində "Daş materialı, qırmadaş, Qum, çınqıl, atsep, ballans və s." təqdim edilmiş, lakin həmin malların alışı müəyyən edilməmişdir. Vergi ödəyicisinin Zaqatala Rayonu, Aşağı Tala ünvanında X9 (VÖEN **********) icarəyə götürülmüş karxanası mövcud olsa da, X19 X3 əldə edilmiş məktuba (**********811500) əsasən Agentlik tərəfindən "X14" MMC-yə yer təkindən istafadəyə icazə sənədi (“Dağ-mədən ayırması Aktı”) verilmədiyi bildirilmişdir. Həmçinin “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən yerin təkindən istifadə hüququ verən icazənin sahibi icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. X1 icarəyə götürülmüş Zaqatala rayonu ərazisində yerləşən “Talaçay” qum-çınqıl yatağında 2022-ci il üzrə 6786 kub.m faydalı qazıntı hasilatı aparıldığı bildirilmiş, xx.xx.2023-cü il tarixə həmin yatağın ehtiyatının 133214 kub.m olduğu bildirilmişdir. Qeyd olunanlara əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 10365097,5 manat dəyərində mallar artıq həcmdə təqdim edildiyi üçün aparılmış əməliyyat riskli hesab edilir." Bu səbəbdən həmin əməliyyatların qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinin və riskli halların nümayəndəsinin iştirakı ilə xx.xx.2023-cü il tarixdə yenidən araşdırılması üçün aparılmış əməliyyatlar barədə aşağıdakı məlumatları və təsdiqedici sənədlərin lazımi qaydada təsdiq edilmiş surətlərini 5 iş günü ərzində qeydiyyatda olduğu vergi orqanına təqdim etməli olduğu bildirilir. Sənədlər: malların təhvil-qəbul aktları müqavilələr kassa mədaxil-məxaric sənədləri üzləşmə aktları alış aktlarının tarixi, seriya və nömrələri yol vərəqələri invoys əldə edilmiş elektron qaimələrin tarixi, seriya və nömrələri bank hesabından çıxarış (ƏDV qeydiyyatı olmayan vergi ödəyiciləri üzrə) mülkiyyətində olan və ya icarəyə götürülmüş daşınar və daşınmaz əmlaklar barədə təsdiqedici sənədlər görülmüş işlər və ya göstərilmiş xidmətlər üzrə mal-material sərfi barədə sənədlər operativ vergi nəzarəti zamanı aşkarlanan və müvafiq qaydada aktlaşdırılaraq maliyyə sanksiyası tətbiq olunan mal qalığı riskli sayılan əməliyyatlar üzrə malların satışının həyata keçirildiyi obyekt, obyektin adı, fəaliyyət sahəsinə uyğunluğu barədə izahat vergi ödəyicisi tərəfindən inventarizasiya zamanı artıq gələn malların elektron qaimə-faktura ilə təqdim edilməsi halı üzrə - inventarizasiya zamanı əmlakın (qiymətlilərin) artıq gəlməsi barədə akt (protokol) əməliyyatın riskli olmasını hesab etməyə əsas verən halları təkzib edən digər təsdiqedici sənədlər və məlumatlar. Araşdırmada şəxsən iştirak edəcəyi təqdirdə şəxsiyyətin təsdiq edən sənədin, səlahiyyətli nümayəndə (qanuni nümayəndə) vasitəsilə iştirak edəcəyi təqdirdə nümayəndənin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədlərin surətinin təqdim edilməsi tələb olunur. Tələb olunan sənədlər qeyd olunan müddətdə təqdim olunmadıqda apardığı əməliyyatlara uyğun olaraq qanunamüvafıq qərar qəbul olunacaqdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə Qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Riskli vergi ödəyiciləri ilə bağlı Vergi Məcəlləsinin 38.3.8-1-ci, 50.2.5-ci, 78.4-cü, 83.7-ci, 85.8.2-ci, 85.9-1.2-ci, 87.3-1-ci, 89.3cü, 109.9-cu, 175.11-ci və 179.4-cü maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər nəzərdə tutulmuşdur. Riskli vergi ödəyicisi, əmtəəsiz və riskli əməliyyatlar barədə əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya əvvəlcədən onlayn növbəyə yazılmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilər. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarə Heyətinin xx.xx.2023-cü il tarixli, **********409500 saylı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə ünvanlanmış məktubuna əsasən, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 293 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X10 dövlət balansının aparılması Qaydaları”nın 3.3-cü bəndinə əsasən X10 illik hesabat balansı hesabat ilindən sonrakı ilin fevral ayının 1-dək təqdim edilir. "X14" MMC-yə (VÖEN **********) yer təkindən istifadəyə icazə sənədi (“Dağ-mədən ayırması Aktı”) verilməmişdir. Həmçinin “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən yerin təkindən istifadə hüququ verən icazənin sahibi icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. Yerin təkindən istifadə hüququ verən icazənin qüvvəsi icazə sahibinin təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərə, habelə icazənin sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir. Fiziki şəxs X13 (VÖEN: **********) Zaqatala rayonu ərazisində yerləşən “Talaçay” qum-çınqıl yatağında 3 ha ərazi üçün xx.xx.2019-cu il tarixdən 5 il müddətinə 01189 nömrəli yer təkindən istafadəyə icazə sənədi (“Dağ-mədən ayırması Aktı”) verilmişdir. F.Muradov tərəfindən təqdim edilmiş 5 geoloji kəşfiyyat (5 gk) statistik hesabatına əsasən 2022-ci il üzrə 6786 m3 faydalı qazıntı hasilatı aparılmışdır. Nəzərə alınmasını xahiş etmişdir. İşdə olan 2022-ci il üzrə X10 Balansı Hesabatına əsasən (5 GK foması) Fəxrəddin Muradov tərəfindən “Talaçay qum-çınqıl” yatağı 1977-ci ildən istismara verilmişdir, xx.xx.2023-cü ilə olan balans ehtiyatı 133.214 olmuşdur, hesabatın təqdim edildiyi tarix xx.xx.2023-cü il tarix olmuşdur. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X19 X5 xx.xx.2024-cü il tarixli, 3-14-19/2-482/2024 saylı məktubuna əsasən, “X14" MMC-yə yerin təkindən istifadəyə icazə sənədi verilməmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-21/2-4194/2024 saylı məlumatın təqdim edilməsi haqqında məktubuna əsasən, “X14" MMC-yə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədilə “Dağ-mədən ayırması” statusunun (icazənin) verilib-verilməməsi və tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma fəaliyyətinə verilmiş lisenziyanın əlavəsində qeyd edilən xüsusi torpaq işlərinin hansı halları əhatə etməsi barədə məlumatın verilməsi ilə bağlı Şirvan İnzibati Məhkəməsinin müvafiq müraciətinə İqtisadiyyat Nazirliyində aidiyyəti üzrə baxılmışdır. “X14" MMC-yə verilmiş 18 iyun 2020-ci il tarixli EL-149/2020/1 qeydiyyat nömrəli lisenziya əlavəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı’’nın 1-ci bəndinə əsasən xüsusi torpaq işləri “ankerlərin torpağa bərkidilməsi və binaların “torpaqda divar” üsulu ilə tikilməsi” və “enmə quyularının və kessonların qurulması” xidmətlərini özündə ehtiva edir. Sözügedən Cəmiyyətə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədilə “Dağ-mədon ayırması” statusunun (icazənin) verilməsinə dair məlumat reyestrdə qeydə alınmamışdır. Bununla bağlı daha ətraflı məlumat almaq üçün icazəni verən dövlət orqanı olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilə bilər. İşdə olan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, **********177800 saylı məktubuna əsasən, Şirvan İnzibati Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2-1 (120)- 2174/2024 nömrəli İddiaçın 2023-cü ilin avqust ayında “Asan İmza” dan istifadə barədə məktubuna 8 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır. Müraciətə əsasən bildirilir ki, “X14" Məhdud Məsuliyyətli Cəmiyyəti 26 yanvar 2023-cü il tarixdə Asan imzanın alınması ilə bağlı müraciət etmişdir və Asan imza sertifikatı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətə verilmişdir və 2023-cü ilin Avqust ayında Asan imza sertifikatı aktiv olmuşdur. Asan İmza sertifikatın və İddiaçın 2023-cü ilin avqust ayında Vergi orqanı ilə yazışmaları barədə hesabatı qoşma olaraq təqdim edilmişdir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyətləri və aydın olmayan məqamları vergi ödəycisinin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Maliyyə sanksiyası-vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. VM-də nəzərdə tutulmuş qaydada vergi orqanları tərəfindən və ya məhkəmə tərəfindən alınır. Həmin Məcəllənin 71.1 -ci maddəsinə əsasən, vergi ödəyicisi olan hər hansı şəxs: 70.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 70.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb.ola bilən; 70.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. Hazırkı iş üzrə cavabdeh vergi orqanı, yuxarıda qeyd edildiyi kimi, iddiaçı barəsində riskli vergi ödəyicisi hesab etmiş və «Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə» xx.xx.2023-cü il tarixli, **********958900 saylı qərar qəbul etmişdir. Vergi ödəyicisi onun riskli vergi ödəyicisi olması barədə qərarın ləğv edilməsini tələb edir, həmin qərarda göstərilənlərlə razılaşmadığını və onun barəsində qəbul edilmiş həmin əlverişsiz inzibati aktın qanunsuz olduğunu iddia edərək onu mübahisələndirir və bununlada şəxs həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılmasına nail olmak istəyir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3-cü maddəsinə əsasən, vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. (AR-nın VM-nin 3.1; 3.8; 3.11-ci maddələri). Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13-cü maddəsinə əsasən, Bu Məcəllədə istifadə edilən əsas anlayışlar ... 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: ... 13.2.4. vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs. 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar. 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. - 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyicilər tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. - 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: - 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; - 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; - 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); - 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; - 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; - 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; - 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; - 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur. - 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; - 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Göründüyü kimi, qanunverici riskli vergi ödəyicisinin anlayışını vermiş, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını təsdiq etmiş, lakin şəxsin hansı hallarda riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını tənzimləməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, **********958900 nömrəli qərarından görünür ki, cavabdeh iddiaçının Meyarların 2.1.1, 3.1.2-ci bəndlərində nəzərdə tutulan riskli əməliyyat apardığını əsas gətirərək Meyarların 2.1.1, 3.1.2-ci bəndlərinə əsasən iddiaçını riskli vergi ödəyicisi hesab etmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan normalardan görünür ki, riskli vergi ödəyicisi ilə bağlı vergi orqanı iki növ qərar qəbul edə bilər:

1. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə;

2. Vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə. Maddə 103. Vergi ödəyiciləri. 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Cavabdeh orqan tərəfindən mübahisəli qərarda və İddiaçınə ünvanlanmış Riskli əməliyyatların araşdırılması barədə tarixi və nömrəsi qeyd olunmayan məktubunda qeyd edilmişdir ki, riskli vergi ödəyicisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi orqanı tərəfindən barəsində aparılan araşdırma nəticəsində “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə), bəndlərinə uyğunluğu müəyyən edilmişdir. Riskin məzmunu barədə: "Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixində 14 842 326,69 manat dəyərində "Daş materialı, qırmadaş, Qum, çınqıl, atsep, ballans və s." təqdim edilmiş, lakin həmin malların alışı müəyyən edilməmişdir. Vergi ödəyicisinin Zaqatala rayonu, Aşağı Tala ünvanında X9 (VÖEN **********) icarəyə götürülmüş karxanası mövcud olsa da, X19 X3 əldə edilmiş məktuba (**********811500) əsasən Agentlik tərəfindən "X14" MMC-yə yer təkindən istifadəyə icazə sənədi (“Dağ-mədən ayırması Aktı”) verilmədiyi bildirilmişdir. Həmçinin “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, yerin təkindən istifadə hüququ verən icazənin sahibi icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. X1 icarəyə götürülmüş Zaqatala rayonu ərazisində yerləşən “Talaçay” qum-çınqıl yatağında 2022-ci il üzrə 6786 kub.m faydalı qazıntı hasilatı aparıldığı bildirilmiş, xx.xx.2023-cü il tarixə həmin yatağın ehtiyatının 133214 kub.m olduğu bildirilmişdir. Qeyd olunanlara əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 10365097,5 manat dəyərində mallar artıq həcmdə təqdim edildiyi üçün aparılmış əməliyyat riskli hesab edilir." Riskli vergi ödəyicisinin əməliyyatlarını riskli hesab edən zaman müəssisənin riskliliyini cavabdeh inzibati orqan müşahidə etməli, inzibati orqan tərəfindən hər hansı şübhəli hal müəyyən edildikdə operativ nəzarət qaydasında akt tərtib etməlidir. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatın həqiqətən həyata keçirildikdə buna dair əsaslı sübutlar təqdim edilməlidir, iddiaçı barəsində vergi orqan tərəfindən əvvəllər keçirilmiş verilən səyyar yoxlaması və digər aktlarda əmtəəsiz əməliyyatların həyata keçrilməsi barədə məlumatlar qeyd edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi;[348] 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. bu Məcəllənin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı tələblərinə əməl edilməsinə nəzarət edilməsi. 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən, operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Cavabdeh inzibati orqan tərəfindən operativ nəzarət qaydasında yerində obyektlərə baxış keçirilməsi, istehsalat həcminin müəyyən edilməsi üzrə hüquqlarından qanuna müvafiq olaraq isifaə etməmiş və qanunun tələblərinə əsasən, inzibati orqanın üzərinə düşən vəzifələri yerinə yetirməmişdir. Belə ki, cavabdeh inzibati orqan inzibati icraat qaydasında həmin risklilik əlamətləri üzrə irəli gələn halları araşdırmalı, hasilatla məşğul olan müəssisəyə aldığı mal ilə satdığı arasında miqdar fərqi qoymalı deyildir. Həmçinin vergi orqanı operativ nəzarət qaydasında müşahidə keçirərək qum-çınqıl hasilatı aparılan obyektlər üzrə müəssisələrin və obyektlərin gücünü, onların hasilatını müəyyən etmək imkanı olduğu halda heç birini həyata keçirməmiş, alış-satış üzrə fərqlərin mövcud olduğuna istinad etmişdir. Müəssisə faktiki olaraq vergi uçotuna almışdır və bu zaman Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30-34-cü maddələrinin tələblərinə riayət etmişdir. İddiaçının Zaqatala rayonu, Aşağı Tala ünvanında icarəyə götürdüyü karxanası mövcuddur. Həmin karxanada vergi ödəyicisi tərəfindən çay yatağından daş, çınqıl çıxarılıb hasil edilir və satılır. Cavabdeh inzibati orqanda yatağın ehtiyatının miqdarı, faydalı qazıntı aparılması məlumatı mövcud olmuşdur. Əgər bu faktları yoxlamaq vergi orqanının hüquqlarına və vəzifələrinə aid edilmişdirsə bu vəzifəni yerinə yetirmədən VM-nin 50-ci maddəsinin tələblərinə əsasən operativ nəzarət müşahidə və digər yoxlama keçirilmədən cavabdeh orqan tərəfindən qaydaları pozaraq risklilik haqqında qərar verilmişdir. Hansı sənədlərin, məktub, icazələrin mövcudluğu, kimə hansı icazə verilməsi, obyektin qeydiyyatı, vergi uçot məlumatlarının mövcudluğu sənədlərdə öz təsdiqini tapsa da, vergi orqanı bütün bu qeyd edilənlərin mövcudluğunu şübhəli hesab etdiyi halları araşdırmadan risklilik haqqında qərar qəbul etmişdir. Yuxarıda qeyd edilən halları təkrar araşdırmaq üçün sənədlərin lazımı qaydada təsdiq edilmiş surətləri təqdim edilmədiyindən qərar verilmişdir. Əslində Vergi orqanının bu qeyd etdikəri inzibati icraat qaydalarına və Vergi Məcəlləsinin tələblərinə əsasən pozuntu hesab edilir. Cavabdeh orqan tərəfindən icarəyə götürülmüş karxanada daş çınqılın alış sənədinin olmamasını qanun pozuntusu hesab edilmişdir. Karxana istehsal obyekti olduğu üçün burada daş, qum, çınqıl çaydan yığılır hər hansı alış sənədinin olması zərurəti yoxdur. Göstərilən alış sənədi isə cavabdeh orqan tərəfindən tam araşdırılmamışdır. Cavabdeh orqan tərəfindən 1********.5 manat malın artıq satıldığı müyyən edilməsi bildirilmiş, xx.xx.2023-cü il tarixdə **********958900 saylı riskli vergi hesab edilmə barədə qərarla alışı olmadan, ********.69 manat dəyərində daş qum çınqıl təqdim edildiyi qeyd edilmişdir. "xxxx" MMC, hazırkı adı ilə isə “X21 COMPANY” olan MMC- nin obyekti vergi uçotunda olmuşdur. Mübahisəli qərar üzrə yalnız ünvan 1ində X2 obyekti icarəyə götürülsə də, Mineral xammal Ehtiyalar Agentliyindən icazə alınmadığı qeyd edilmişdir, qərarda həmçinin 3.1.2 bənd qeyd edilərək vergi ödəyicisinin aldığı malların həcmindən artıq mal təqdim edilməsinə istinad edilmişdir. Göründüyü kimi vergi orqanı qərarında göstərilənlər öz təsdiqini tapmır və etirazında qeyd edilənlər isə ümumi sözlərə formal mülahizələrə söykənir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən, inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. İnzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədilə uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 544/2024 xx.xx.2024-cü il tarixli Qərarında qeyd edilmişdir: “Məhkəmə kollegiyası cavabdehin belə bir dəlili ilə razılaşır ki, “...vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olması barədə” qərarların qəbul edilməsi müəssisələr arasında həyata keçirilmiş riskli hesab edilmiş əməliyyatlardan sonra baş verməli olan hadisədir. Yəni, vergi ödəyiciləri arasında ilk olaraq vergi tutulan əməliyyatlar aparılmalı, onlar arasında aparılan əməliyyatlar riskli hesab edilməli və bundan sonra bu əsasda vergi orqanı tərəfindən həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunması barədə qərarlar qəbul edilməlidir”. Bununla yanaşı, xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında əməliyyatın həqiqətən də əmtəəsiz baş verdiyi (bunun, vergi ödəyiciləri üçün əhəmiyyətli hüquqi nəticələr yaratması nəzərə alınmaqla) mötəbər sübutlarla təsdiqini tapmalıdır. Həm də nəzərə alınmalıdır ki, bu cür hallarda sübutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanın üzərindədir Ali Məhkəmənin oxşar mübahisə üzrə əvvəlki qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, “malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. 70. (Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2208/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarında “Riskli vergi ödəyicisi” konsepsiyası və Riskli və (ya) əmtəəsiz əməliyyatların hüquqi nəticələr dəqiq və aydın izah edilmişdir VM-in 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hərkəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Aparılmış qanunsuz inzibati icraat nəticəsində qəbul edilmiş inzibati akt da qanunsuz və əsassız sayılmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1 -ci maddəsi). Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanlardan göründüyü kimi, vergi orqanları vergi ödəyicisinin vergi qanunvericiliyinin tələblərinin pozulmasını iddia edirsə konkret dəlillərəəsaslanmalı, ehtimal və şübhələrə istinad olunmamalıdır. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin...Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır...” Beləliklə, Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin «Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə» xx.xx.2023-cü il tarixli, **********958900 saylı qərarı qanunvericilik normalarının pozuntusu ilə qəbul edildiyindən, həmin qərar iddiaçı üçün əlavə vergi məsuliyyəti yaratmamalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən yekun qərar (yoxlama aktı) qəbul edilən zaman mötəbər sübutlara deyil, ehtimallara əsaslanaraq iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61.4-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən bütün əhəmiyyət daşıyan hallar, habelə vergi ödəyicisi üçün əlverişli hallar araşdırılmamış, aydın olmayan hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməmişdir. Cavabdeh orqan yekun qərarı qəbul edərkən işin həqiqi hallarını hərtərəfli araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. “İnzibati icraat” haqqında Qanunun 24.1-ci maddəsinə görə, İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Bundan başqa, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Məhkəmə iş materiallarında olan sənədləri qanunvericiliyin normaları ilə birgə qiymət verərək, belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsinin «Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə» xx.xx.2023-cü il tarixli, **********958900 saylı qərarın ləğv edilməli və “X21 COMPANY” MMC riskli vergi ödəyicisi siyahısından çıxarılmalıdır. İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-nin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin, prosessual xərclər də göstərilməlidir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Yenə həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 32-ci, 52-ci, 68- 69-cu, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARAALDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsinin «Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə» xx.xx.2023-cü il tarixli, **********958900 saylı qərarı ləğv edilsin və “X21 COMPANY” MMC riskli vergi ödəyicisi siyahısından çıxarılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.

Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar