Məhkəmə qərarları › İş №2-1(120)-2178/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2178/2025

07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2178/2025 07.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2024-cü il tarixli, **********7681 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 07 aprel 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-ixrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********7681 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə əsas fəaliyyəti “Parçaların pərakəndə satışı” olmaqla vergi uçotuna, xx.xx.2022-ci il tarixdə isə əlavə dəyər vergisi (ƏDV) qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdrəsi (bundan sonra-cavabdeh) tərəfindən xx.xx.2024-cü il tarixdə fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, ev Sədərək Ticarət Mərkəzinə gedən yolun şimal qərbi ünvanında olan təsərrüfat subyektində (obyektində) “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə” operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı təsərrüfat subyektində (obyektində) malların satışı olmamış və mal qalığı aşkar edilməmişdir. Bu fakt vergi əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli DVX seriyalı 104562 nömrəli Aktla təsdiq edilmişdir. Lakin yoxlamanın mövzusu üzrə mağazada reallıqda heç bir qanun pozuntusu halı (halları) aşkar edilmədiyi halda vergi əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli DVX seriyalı 104563 nömrəli Akt tərtib edilərək guya mağazada 1529297,3 manat (ƏDV və ticarət əlavəsi daxil olmaqla) dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən satıldığı nəticəsinə gəlinmişdir. Mağazada mal satışı və ya hər hansı mal qalığı aşkar edilmədiyi halda vergi əməkdaşları vergi qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq ehtimal (şübhə) əsasında nəzarət tədbirinin mahiyyətinə tamamilə zidd olaraq akt tərtib etmişlər. Operativ vergi nəzarəti tədbirinin qeyri-obyektiv, qanuna zidd və ədalətsiz olması ilə əlaqədar Vergi Məcəlləsinin 39.5-ci maddəsinin tələblərinə müvafiq olaraq xx.xx.2024-cü il tarixdə etiraz (şikayət) verilərərək tərtib edilmiş aktın qanuna zidd olması və bununla bağlı vergi qanunvericiliyinin müvafiq müddəalarının tələblərinin pozulması barədə dəlillər və sübutlar təqdim edilmişdir. Lakin cavabdeh vergi orqanı tərəfindən həmin sübutlar və dəlillər nəzərə alınmayaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********7681 nömrəli inzibati qərar çıxarılmış və həmin inzibati qərara əsasən iddiaçı 152929,73 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Göründüyü kimi, qanunla müəyyən edilən qaydada hüquq pozuntusu aşkar edilmədiyi halda ehtimal (şübhə) əsasında şəxsin vergi məsuliyyətinə cəlb edilməsi vergi və digər aidiyyəti qanunvericilik normalarının hüquqi mahiyyətinə tamamilə ziddir, sahibkarın Azərbaycan Respublikasının Konstitusiyası (maddə 59) ilə və digər qanun və normativ aktlarla qorunan azad sahibkarlıq hüquqlarının pozulmasıdır. Hazırkı dövrdə dövlətimizin sahibkarlıq sahəsində əsas məqsədi sahibkarlığa hər çür dəstək göstərmək, sahibkarlıq fəaliyyətini təşviq etmək, ölkəmizin iqtisadi qüdrətini yüksəltmək, maddi nemətlər bolluğu yaratmaq, sahibkarlığın inkişafına mane olan bütün neqativ halların aradan qaldırılması olduğu halda, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin edilməsi dövlətimizin bu sahədə apardığı iqtisadi siyasətə və eləcə də ədalətli və şəffaf vergi münasibətlərinin formalaşmasına ziddir. Aşağıda göstərilənlərə əsasən cavabdeh inzibati orqanın “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********7681 nömrəli qərarı mövcud qanunvericiliyin tələblərinə və məhkəmə təcrübəsinə zidd olduğundan ləğv edilməlidir. Operativ vergi nəzarəti tədbiri Vergi Məcəlləsinin 32-ci maddəsi ilə müəyyən olunan nəzarət tədbirlərindən biridir. “Operativ” sözü leksik mənasına görə “təcili, sürətli, çevik” (hərəkət, əməliyyat) deməkdir. Bu nəzarət tədbirini vergi yoxlamalarından fərqləndirən başlıca əlamət ondan ibarətdir ki, konkret məsələlər üzrə vergi ödəyicisinin yalnız cari fəaliyyəti üzrə həyata keçirilir. Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicilərinin təsərrüfat subyektlərində (obyektlərində) həyata keçirilən cari nəzarət tədbiridir. Səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq başa çatmış münasibətləri deyil, tədbir zamanı davam edən pozuntunu müəyyən etməyə hüquq verən nəzarət tədbiridir. Operativ vergi nəzarəti ilə vergi ödəyicisinin yalnız tədbir zamanı cari fəaliyyəti üzrə baş verən pozuntuları rəsmiləşdirməli olduğu halda, vergi orqanıin əvvəlki dövrün əməliyyatlarına müdaxilə etməsi, həmçinin ümumiyyətlə bu tədbirin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində müəyyən edilmiş əsasların mövcud olmaması halında yoxlamanın keçirilməsi tamamilə əsassızdır və belə halda vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi istinad edilən qanunvericiliyin tələblərinə ziddir. Göründüyü kimi, qanunverici operativ vergi nəzarətinin əvvəlki dövrə şamil edilməməsini müəyyən etmişdir. Operativ vergi nəzarəti tədbiri səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq başa çatmış münasibətləri deyil, tədbir zamanı davam edən pozuntunu müəyyən etməyə hüquq verən nəzarət tədbiridir. Cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirilsə də, həmin tarixdə iddiaçı tərəfindən malların elektron qaimə-faktura ilə digər vergi ödəyicisinə satılması halı müəyyən olunmamşdır. Cavabdeh operativ vergi nəzarəti tədbirindən əvvəlki dövrdə həyata keçirilən satış dövriyyələrini əsas tutmaqla formal olaraq akt tərtib etmiş, bununla da operativ vergi nəzarəti tədbirinin qanunla müəyyən edilmiş mahiyyətinə zidd olaraq inzibati qərar qəbul olunmuşdur. Vergi Məcəlləsinin 36.3-cü maddəsinə görə, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Vergi Məcəlləsinin 83.3-cu maddəsinə əsasən, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal uzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə muvafiq olaraq hesabat dövru qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 50.6-cı maddəsinə görə, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən muvafiq icra hakimiyyəti orqanının muəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. İstinad edilən normaların qarşılıqlı təhlili nəticəsində muəyyən olunur ki, vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrünün yoxlanılması yalnız kameral və səyyar vergi yoxlamaları ilə, cari (faktiki) fəaliyyəti isə operativ vergi nəzarəti tədbiri ilə həyata keçirilir. Vergi Məcəlləsinin 50.6-cı maddəsi səyyar vergi yoxlamalarına aid olan müddəalardan hansıların həm də operativ vergi nəzarəti tədbiri zamanı tətbiq olunduğunu əks etdirir. Səyyar vergi yoxlamasının hansı dövrü əhatə etməsini müəyyən edən Vergi Məcəlləsinin 36-cı maddəsi operativ vergi nəzarəti tədbiri zamanı tətbiq olunan müddəalara aid edilməmişdir. Belə ki, iş materiallarında olan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda operativ vergi nəzarəti tədbirinin yoxlanılan dövrü vergi qanunvericiliyinə uyğun olaraq “cari fəaliyyət” kimi əks olunmuşdur. Cavabdeh isə iddiaçının cari fəaliyyətini deyil, tədbirindən əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir (vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəy bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda). Hazırkı iş üzrə cavabdehin operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir (yalnız reyestrdən çıxarışda 50.2.2-ci maddə (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar) qeyd edilmiş, lakin bununla bağlı hər hansı sübut təqdim edilməmişdir). Həmin qərarda 50.2-ci maddədə göstərilən əsaslardan birinə istinad olunsa belə, qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu əsaslandırılmamışdır ki, bu da “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə ziddir . Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə- fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1- 50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Təsadüfi deyildir ki, iş materiallarında olan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda operativ vergi nəzarəti tədbirinin yoxlanılan dövrü vergi qanunvericiliyinə uyğun olaraq “cari fəaliyyət” kimi əks olunmuşdur. Cavabdeh isə iddaçının cari fəaliyyətini deyil, tədbirindən əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Cavabdehin mövqeyinə görə Vergi Məcəlləsinin 50.4-1-ci, 56.1-ci və 85.4-cü maddələrinə görə nəzarət tədbiri tədbirdən əvvəlki dövrlərə də şamil edilir. Hesab edirik ki, cavabdeh vergi orqanının bu yanaşması işin faktiki və hüquqi hallarına münasibətdə düzgün hesab edilə bilməz. Vergi Məcəlləsinə əlavə edilmiş və xx.xx.2024-cü il tarixdən qüvvəyə minmiş 50.4-1-ci maddəsinə əsasən Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələbinə görə Vergi Məcəlləsinin tələblərinin pozulması anından (....) 3 il (...) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələbinə görə isə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq (...) hüququna malikdirlər. Deməli burada əsas faktor “Vergi Məcəlləsinin tələblərinin pozulması həll” olmalıdır və yuxarıda qeyd edildiyi kimi tədbir zamanı pozuntu halı aşkar edilməmişdir. Eyni zamanda bildiririk ki, bütün hallarda “elektron-qaimə faktura təqdim edilməsi öhdəliyi” işin faktiki və hüquqi halları nəzərə alınmadan düzgün olmayaraq iddiaçının üzərinə qoyulmuşdur. Qanunvericilikdə bu öhdəlik kifayət qədər fərqləndirilmiş, hansı halda vergi ödəyicisi “elektron-qaimə faktura təqdim etmə öhdəliyi daşıması” konkret olaraq müəyyən edilmişdir. Vergi Məcəllənin 13.2.63-cü maddəsinə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəalliyyəti məqsədləri ücün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata kecirilməsi üzrə ticarət fəaliyyətidir. Göründüyü kimi, yalnız topdansatış zamanı sahibkarlıq fəaliyyəti məqsədləri ücün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada alıcıya elektron qaimə-faktura verilməlidir. Digər halda isə malın təqdim edilməsi qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilir. Malların “elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi” vergi orqanı tərəfindən “ehtimal” edilsə də, belə malların hansı subyektiv tərkibə (sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərə və ya hüquqi şəxslərə) satılması müəyyən edilməmiş və bu fakt hər hansı mənbəyi bəlli olan real sübutla (sübutlarla) təsdiq edilməmişdir. İşdə olan sübutlardan görünür ki, iddiaçı malların pərakəndə satışı ilə məşğul olmuşdur. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Cavabdehin dəlillərindən biri də budur ki, iddiaçı tərəfindən mallar toplu halında satılmışdır. Bildirirlər ki, pərakəndə ticarət fəaliyyəti üzrə vergi tutulan əməliyyatın məbləğ həddi qanunvericilikdə nəzərdə tutulmamışdır. Pərakəndə satış növü ilə məşğul olan təsərrüfat subyektlərində bir malın eyni vaxtda toplu halında sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə satılmasının topdansatış ticarət fəaliyyəti kimi qəbul edilməsi üçün işdə yetərli mötəbər sübut (sübutlar) mövcud deyildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.1-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaiməfaktura) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) ilə yanaşı, POS-terminaldan çıxarış verilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.2-ci bəndinə əsasən vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Deməli, qanunvericilik bir təsərrüfat subyektində (obyektində) hər iki ticarət növündən istifadə etməyə yol verir. Göründüyü kimi, qanunla müəyyən edilən hüquq pozuntusu hadisəsi olmadığı halda ehtimal (şübhə) əsasında şəxsin hüquqi məsuliyyətə cəlb edilməsi istər vergi, istərsə də digər qanunvericilik aktlarının mahiyyətinə ziddir. Vergi Məcəlləsinin 54-cü maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə şəxs məsuliyyətə cəlb edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası haqqında Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Analoji işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(102)-740/2022 sayh qərarı) “21. Qeyd edilməlidir ki, malların bir qisminin pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaimə faktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaiməfaktuta tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının əsası kimi iddiaçı tərəfindən malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata kecirildiyini bildirsə də, etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən oniara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumat məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası bildirir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsi ilə müəyyən olunan aşağıdakı əsaslardan birinin olması mütləq şərtdir: 50.1.1 vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozuiması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə iiə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaiiyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Cavabdehin həyata keçirdiyi operativ nəzarət tədbiri üzrə yoxlamaların vahid məlumat reyestrindən çıxarışda həmin tədbirin əsası kimi Vergi Məcəllənin 50.2.2-ci maddəsi, yəni vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar göstərilsə də, iş materialında həmin mənbəyi bəlli məlumatı təsdiq edən hər hansı sübut yoxdur. Cavabdeh qeyd olunan satış həcmini operativ vergi nəzarəti tədbiri zaman müəyyən etməmiş, əvvəlki dövrlərdə aparılan satış əməliyyatlarının topdansatış ticarət qaydasında iddiaçı ilə ayrı-ayrı vergi ödəyiciləri arasında həyata keçirildiyini ehtimal etmişdir. Təsadüfi deyil ki, iş materiallarında olan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda operativ vergi nəzarəti tədbirinin yoxlanılan dövrü vergi qanunvericiliyinə uyğun oiaraq “cari fəaliyyət” kimi əks olunmuşdur. Cavabdeh isə iddaçının cari fəaliyyətini deyil, nəzarət tədbirindən əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da, vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Analoji işlərlə bağlı formalaşmış məhkəmə təcrübəsinə əsasən (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-İ790/2022 saylı qərarı) “. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericilikdə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. ... Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Qeyd olunanlar baxımından hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu yuxarıda istinad olunan normalara uyğun olaraq əsaslandırılmamışdır. Bu hal cavabdeh tərəfindən Vergi Məcəlləsinin 50.3-cü maddəsinin birinci cümləsindən və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərindən irəli gələn əsaslandırma öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı mübahisəyə münasibətdə isə cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti 19 noyabr 2020-ci ildən 18 dekabr 2020-ci ilədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci ilədək olan dövr üzrə aparılmış əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən vergi orqanının mübahisələndirilən qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. “Analoji işlərlə bağlı formalaşmış məhkəmə təcrübəsinə əsasən (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(102)2300/2022 saylı qərarı)... Qeyd edilməlidir ki, pərakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Bundan əlavə, qanunverici, topdansatış fəaliyyəti ilə məşğul olan sahibkara pərakəndə satış fəaliyyətini qadağan etmir.... Qanunvericilikdə pərakəndə satış zamanı təqdim edilə bilən mallar hər hansı say həddi və ya həcmi ilə məhdudlaşdırılmamışdır. Bu baxımdan, topdansatış fəaliyyətinin pərakəndə fəaliyyətdən fərqləndirilməsi zamanı yalnız malların say həddinə və ya həcminə istinad olunması qanuna ziddir. Qanunvericilik vergi ödəyicisinə eyni təsərrüfat subyektində malların həm pərakəndə, həm də topdansatış qaydasında təqdim edilməsini qadağan etmir və yalnız malların mədaxilinin və məxaricinin uçotunun ayrılıqda aparılmasını tələb edir.” Analoji işlərlə bağlı formalaşmış məhkəmə təcrübəsinə əsasən (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(102)- 940/2023 sayh qərarı)... Vergi Məcəlləsinin 13.2.62 və 13.2.63-cü maddələrinə əsasən topdansatış o zaman baş verir ki, malların alıcıya satışı elektron-qaimə faktura təqdim ediiməklə həyata keçirilmiş olsun. Hazırki iş üzrə elektron qaimə-faktuta təqdim edilməmiş və bununla bağlı cavabdeh vergi orqanı tərəfindən iş materiallarına hər hansı bir sübut əlavə edilməmişdir. Həmçinin pərakəndə ticarət satışını həyata keçirən iddiaçı malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh iddiaçının malların alıcıya satışının son istehlak məqsədi ilə həyata keçirilmədiyini, malların alıcıya satışının onun sahibkaiq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirmiş, lakin etirazının əsasını sübut edəcək dəlillərini nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmişdir. Pərakəndə və topdan satış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Hazırkı halda pərakəndə satış növü ilə məşğul olan təsərrüfat subyektlərində bir malın eyni vaxtda toplu halında satılması topdansatış ticarət fəaliyyəti kimi qəbul edilməsi üçün işdə yetərli mötəbər sübut mövcud olmadığından cavabdehin dəlıli əsaslı sayıla bilməz. ” Kassasiya instansiya məhkəməsinin son mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1072/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında da əks olunmuşdur. Eyni zamanda cavabdeh tərəfindən formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmayaraq analoji iş üzrə (İddiaçı X5) cavabdehin kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-2870/2024 nömrəli qərarına əsasən mümkünsüz hesab edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının yuxarıda göstərilən formalaşmış hüquqi mövqeyinə görə topdansatış fəaliyyətinin həyata keçirilməsi faktı konkret sənədlərlə və dəlillərlə sübut edilməli, elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi tədbiri zamanı müəyyən olunan pozuntu halında tətbiq olunmalı, vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrünün yoxlanılması yalnız kameral və səyyar vergi yoxlamaları ilə, cari (faktiki) fəaliyyət isə operativ vergi nəzarəti tədbiri ilə həyata keçirilməli, diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Vergi Məcəlləsinin 24.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümtedən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı (VÖEN:**********) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fəaliyyət göstərdiyi obyektdə İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin (Bundan sonra - Baş İdarə) əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində tətbiq edilmiş 152929,73 manat maliyyə sanksiyasının qanunsuz olduğunu bildirərək, xx.xx.2024-cü il tarixli, **********7681 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş iddia ərizəsini aşağıdakı səbəblərdən əsassız hesab edirik: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal-qərbi ünvanında yerləşən obyektdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2024-cü il tarixdə saat 14:50-də Baş İdarə tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal-qərbi ünvanında yerləşən obyektdə idxal edilmiş 1279337,93 manat dəyərində olan mallardan 8910 manat dəyərində olan hissəsi elektron qaimə-faktura ilə satılmış, digər 1270602,64 manat dəyərində olan hissəsi isə üzərinə 2% ticarət əlavəsi və 18% ƏDV tətbiq edilməklə Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq elektron qaimə-faktura verilmədən 1529297,34 manat məbləğində malların topdan qaydada satılması faktı aşkar olunmuş və xx.xx.2024-cü il tarixli 104563 nömrəli akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli 104563 nömrəli akt İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 təqdim edilmiş, nümayəndə aktı qəbul etməkdən və imzalamaqdan imtina etmişdir. Bu barədə sərbəst akt tərtib edilmişdir. Nəticədə Baş İdarə tərəfindən İddiaçı məxsus olan obyektdə keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2024-cü il tarixli 104563 nömrəli akta və digər sənədlərə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71- 1-ci maddələrinin tələblərinin pozulduğu müəyyən edilmiş və İddiaçı barəsində 152929,73 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Nəzarət anına İddiaçı məxsus təsərrüfat subyektləri aşağıdakılardır: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal-qərbi (11001 kodlu) - mağaza; Yuxarıda qeyd olunan obyektin ünvanına və şəkillərinə (qoşmada əlavə olunur) nəzər yetirsək, görərik ki, obyekt pərəkəndə ticarət fəaliyyətinə uyğun olmamaqla yanaşı, ümumiyyətlə formal xarakter daşıyır, tam şəraitsiz və boşdur. Eyni zamanda, vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 Baş İdarəyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışında qeyd etmişdir ki, “...digər ünvanda malımız, anbarımız, saxlanc yerimiz yoxdur. Sahibliyimizdə olan bütün mallara üzərinə ortalama 2 faiz ticarət əlavəsi qoymaqla topdan qaydada satmışıq. Yuxarıda da qeyd olunduğu kimi, operativ vergi nəzarəti həyata keçirilmiş obyektdən, yəni təsərrüfat subyektindən malların elektron qaimə-faktura olmadan təqdim edilməsi əməliyyatlarının həyata keçirilməsi faktı məsuliyyət qərarının qəbul edilməsinə əsas olmuşdur, belə ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin göstərişinə əsasən, topdan satışın elektron qaimə-faktura təqdim edilmədən həyata keçirilməsi qadağan olunmuşdur. İddiaçı tərəf iddia ərizəsində qeyd etmişdir ki, Operativ vergi nəzarəti ilə vergi ödəyicisinin yalnız tədbir zamanı cari fəaliyyəti üzrə baş verən pozuntuları rəsmiləşdirilməli olduğu halda, vergi orqanının əvvəlki dövrün əməliyyatlarına müdaxilə etməsi. Məlum olduğu kimi Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aiddir. Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və bu Məcəllənin 50.1.1-50.1.14-cü maddələrində sadalanan məsələləri əhatə edən vergi nəzarəti formasıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 61.1-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İşdə olan şəxsiyyət vəsiqəsinin və «Fiziki şəxs haqqında məlumat”ın surətlərindən müəyyən olunur ki, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, yaşayış yeri üzrə ünvanı Füzuli rayonu, Pirəhmədli kəndi olan İddiaçı xx.xx.2022-ci il tarixdə ********** eyniləşdirmə nömrəsi ilə vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması (50.1.3); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi (50.1.7); malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi (50.1.13). Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Qeyd olunan Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, **********4156 nömrəli Qərarın surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 41-ci və 50-ci maddələrini əsas tutaraq “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək fərdi sahibkar İddiaçı fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Sədərək TM-ə gedən yolun şimal qərbi ünvanında yerləşən mağazada (kod: **********-11001) “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərar qəbul etmiş və iddiaçının nümayəndəsi həmin qərarla tanış olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, **********4191 nömrəli Tələbnamənin surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələrini əsas tutaraq “Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması”nı İddiaçı tələb etmiş və iddiaçının nümayəndəsi həmin Tələbnamənin surətini almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Operativ vegi nəzarətinin nəticələri haqqında” xx.xx.2024-cü il tarixli, DVX seriyalı 104562, xx.xx.2024cü il tarixli, DVX seriyalı 104563 nömrəli Aktların və onlara əlavə edilmiş eyni nömrəli nəticələrin, habelə xx.xx.2024-cü il tarixli, DVX seriyalı 103397 nömrəli malların siyasının surətlərindən görünür ki, fərdi sahibkar İddiaçı fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Sədərək TM-ə gedən yolun şimal qərbi ünvanında yerləşən ticarət obyektində keçirilən operativ vergi nəzarəti zamanı obyektdə mal qalığının aşkar olunmadığı, sonradan aparılmış təhlillər nəticəsində vergi ödəyicisinin idxal etdiyi 1279337,93 manat dəyərində olan mallardan 8910 manat dəyərində olan hissəsinin elektron qaimə-faktura ilə satıldığı, digər 1270602,64 manat dəyərində olan hissəsinin isə üzərinə 2% ticarət əlavəsi və 18% ƏDV tətbiq edilməklə Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozulmaqla elektron qaimə-faktura verilmədən 1529297,34 manat məbləğində malların topdan qaydada satılması faktı müəyyən edilmiş, Vergi Məcəlləsinin 16.1.3-cü, 71-1-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 152929,73 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********7681 nömrəli qərarının, “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********7682 nömrəli Tələbnamənin surətlərindən görünür ki, fərdi sahibkar İddiaçı fəaliyyət göstərdiyi ticarət obyektində keçirilən operativ vergi nəzarətinin nəticələri haqqında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, DVX seriyalı 104563 nömrəli Akta, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmamasına dair tərtib olunmuş akta əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən verilməsinə görə cavabdeh inzibati orqan tərəfindən İddiaçı Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 152929,73 manat məbləğində vergi məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilmiş və həmin məbləğin xx.xx.2024-cü il tarixə kimi ödənilməsi vergi ödəyicisindən tələb olunmuşdur. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin əməkdaşları tərəfindən fərdi sahibkar İddiaçı fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Sədərək TM-ə gedən yolun şimal qərbi ünvanında yerləşən ticarət obyektində keçirilən operativ vergi nəzarəti zamanı obyektdə mal qalığının olmaması, sonradan aparılmış təhlillər nəticəsində vergi ödəyicisinin idxal etdiyi 1279337,93 manat dəyərində olan mallardan 8910 manat dəyərində olan hissəsinin elektron qaimə-faktura ilə satıldığı, digər 1270602,64 manat dəyərində olan hissəsinin isə üzərinə 2% ticarət əlavəsi və 18% ƏDV tətbiq edilməklə Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozulmaqla elektron qaimə-faktura verilmədən 1529297,3 manata (ƏDV və Ticarət əlavəsi daxil olmaqla) satılması, bununla da sahibkar tərəfindən Vergi Məcəlləsinin 16.1.3-cü, 71-1-ci və 130-cu maddələrinin tələblərini pozulması müəyyən edilmiş, bununla əlaqədar cavabdeh inzibati orqan tərəfindən vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 152929,73 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmuşdur. İddiaçı iddia ərizəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********7681 nömrəli qərarın ləğv edilməsini tələb etmiş, buna əsas kimi xx.xx.2022-ci il tarixində **********9 saylı şəhadətnamə ilə kişi geyimlərinin pərakəndə satışı fəaliyyəti üzrə fərdi sahibkar kimi vergi uçotuna alındığını, fəaliyyəti dövründə idxal etdiyi 1279337,93 manat dəyərində olan mallardan 8910 manat dəyərində olan hissəsinin elektron qaimə-faktura ilə satıldığını, digər 1270602,64 manat dəyərində olan hissəsinin isə üzərinə 2% ticarət əlavəsi və 18% ƏDV tətbiq edilməklə pərakəndə şəkildə 1529297,3 manata satdığını, beləliklə, fəaliyyətini vergi qanunvericiliyinin tələblərinə tam uyğun şəkildə həyata keçirdiyini, cavabdeh təşkilat isə iddiaya qarşı etirazında həmin dəlillərin əsassız olduğunu bildirmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddiaçının dəlilləri əsaslıdır və o, vergi orqanının mübahisələndirilən Qərarının ləğv edilməsini tələb etməkdə haqlıdır. Belə ki, iş materiallarında olan və vergi orqanının mübahisələndirilən qərarının qəbul edilməsinə əsas kimi istinad edilən xx.xx.2024-cü il tarixli, DVX seriyalı 104563 nömrəli Aktdan və ona əlavə edilmiş eyni nömrəli nəticədən, habelə xx.xx.2024-cü il tarixli, DVX seriyalı 104562 nömrəli Aktdan və ona əlavə edilmiş eyni nömrəli nəticədən, həmçinin xx.xx.2024-cü il tarixli, DVX seriyalı 103397 nömrəli malların siyasından göründüyü kimi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin əməkdaşları tərəfindən fərdi sahibkar İddiaçı fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Sədərək TM-ə gedən yolun şimal qərbi ünvanında yerləşən ticarət obyektində keçirilən operativ vergi nəzarəti zamanı obyektdə mal satışının və mal qalığının olmaması müəyyən edilmişdir. Bu isə onu deməyə əsas verir ki, operativ vergi nəzarətinin keçirildiyi gündə İddiaçı ticarət obyektində fəaliyyət olmadığından vergi qanunvericiliyinin pozulması halı aşkar edilə bilməzdi. Cavabdeh inzibati orqanın “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********7681 nömrəli qərarında və həmin qərarın qəbul olunmasına əsas olmuş xx.xx.2024-cü il tarixli, DVX seriyalı 104563 nömrəli Aktda qeyd olunan hallar barədə nəticəyə isə iddiaçının operativ vergi nəzarətinin əhatə etdiyi dövrdən əvvəlki vaxtlardakı fəaliyyətinin yoxlanılması nəticəsində gəlinmişdir ki, bu da operativ vergi nəzarətinin keçirilməsi qaydalarına zidd olmaqla, həmin ticarət obyektində faktiki olaraq səyyar vergi yoxlamasının keçirildiyi qənaətinə gəlməyə əsas verir. Belə ki, qeyd olunduğu kimi, operativ vergi nəzarətinin keçirən vergi orqanının əməkdaşlarının tərtib etdikləri xx.xx.2024-cü il tarixli, DVX seriyalı 104562 nömrəli Aktda və ona əlavə edilmiş eyni nömrəli nəticədə, həmçinin xx.xx.2024-cü il tarixli, DVX seriyalı 103397 nömrəli malların siyasında iddiaçının fəaliyyət göstərdiyi obyektdə mal qalığının olmamasının müəyyən edildiyi göstərilmişdir. Pərakəndə satış fəaliyyəti üzrə fərdi sahibkar kimi vergi uçotuna alınmış iddiaçının fəaliyyətinin pərakəndə deyil, topdan satış şəklində həyata keçirməsi qənaətinə gəlinməsi üçün cavabdeh inzibati orqanın gəldiyi nəticənin mötəbər sübut kimi qəbul olunmasını məhkəmə mümkün hesab etmir. Belə ki, pərakəndə ticarət fəaliyyəti üzrə vergi tutulan əməliyyatın məbləğ həddi qanunvericilikdə nəzərdə tutulmamışdır. Pərakəndə satış növü ilə məşğul olan təsərrüfat subyektlərində bir malın eyni vaxtda toplu halında sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə satılmasının topdansatış ticarət fəaliyyəti kimi qəbul edilməsi üçün işdə yetərli mötəbər sübut (sübutlar) mövcud deyildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.1-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) ilə yanaşı, POSterminaldan çıxarış verilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.2-ci bəndinə əsasən vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Deməli, qanunvericilik bir təsərrüfat subyektində (obyektində) hər iki ticarət növündən istifadə etməyə yol verir. Göründüyü kimi, qanunla müəyyən edilən hüquq pozuntusu hadisəsi olmadığı halda ehtimal (şübhə) əsasında şəxsin hüquqi məsuliyyətə cəlb edilməsi istər vergi, istərsə də digər qanunvericilik aktlarının mahiyyətinə ziddir. Vergi Məcəlləsinin 54-cü maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsinin olmadığı halda vergi qanunvericiliyinin pozulmasına görə şəxs məsuliyyətə cəlb edilə bilməz. Belə ki, cavabdeh vergi orqanı iddiaçı tərəfindən pərakəndə ticarət qaydasında deyil, topdansatış qaydasında satılmasını iddia etsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Halbuki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. İnzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Qeyd edilməlidir ki, malların pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaimə faktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının əsası kimi iddiaçı tərəfindən malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də, etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim etməmişdir. Cavabdeh iddiaçının göstərilən tarixdə əslində topdansatış fəaliyyəti həyata keçirdiyini iddia edirsə, bunu konkret sənədlərlə və dəlillərlə sübut etməlidir. İddiaçının malların nəzarət-kassa aparatı vasitəsi ilə pərakəndə qaydada satdğını və malların alıcılarının vergi uçotunda olmadğını bildirdiyi halda, əslində həmin alıcıların vergi ödəyicisi, ticarət fəaliyyətinin isə topdansatış olduğunu sübut etmək cavabdehin üzərinə düşür. Əgər cavabdeh iddiaçının bu dəlilini dəf edə biləcək bir arqument ortaya qoya bilmirsə, başqa sözlə mövcud vəziyyətdə yaranmış şübhələr aradan qaldırıla bilmirsə, onda vergi qanunvericiliyində təsbit olunmuş normaların tələbinə görə bu hal vergi ödəyicisinin xeyrinə şərh olunmalı və əksinə onun məsuliyyəti ilə nəticələnməməlidir. Cavabdeh qəbul etdiyi inzibati aktda iddiaçını vergi məsuliyyətinə cəlb edərkən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etmişdir. Vergi Məcəlləsinin 58.13cü maddəsinin tələbinə görə elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilə bilər. Lakin qeyd olunduğu kimi, malların pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaimə faktura təqdim etmək vəzifəsi daşımamışdır. Pərakəndə satış növü ilə məşğul olan təsərrüfat subyektində bir malın eyni vaxtda toplu halında satılmasının topdansatış ticarət fəaliyyəti kimi qəbul edilməsi üçün vergi orqanı məhkəməyə sübut təqdim etməmişdir. Qeyd edilməlidir ki, pərakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Qanunvericilikdə pərakəndə satış zamanı təqdim edilə bilən mallar hər hansı say həddi və ya həcmi ilə məhdudlaşdırılmamışdır. Qeyd olunduğu kimi, cavabdeh inzibati orqan tərəfindən “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********4156 nömrəli qərar əsasında xx.xx.2024-cü il tarixdən fərdi sahibkar İddiaçı fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Sədərək TM-ə gedən yolun şimal qərbi ünvanında yerləşən təsərrüfat subyektində Vergi Məcəlləsinin 50.1.13-cü maddəsinin tələblərinə riayət edilibedilməməsinə nəzarət olunması məqsədilə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Tədbirin nəticəsində xx.xx.2024-cü il tarixli DVX seriyalı 104563 nömrəli akt tərtib olunmuş və 1270602,64 manat dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən satılması əsası ilə tərtib edilmiş xx.xx.2024-ci il tarixli, 104563 nömrəli akta istinad edilməklə xx.xx.2024-cü il tarixli, **********7681 nömrəli inzibati aktla 152929,73 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh qeyd olunan satış həcmini operativ vergi nəzarəti tədbiri zamanı müəyyən etməmiş, əvvəlki dövrlərdə aparılan satış əməliyyatlarının topdansatış ticarət qaydasında iddiaçı ilə ayrı-ayrı vergi ödəyiciləri arasında həyata keçirildiyini ehtimal etmişdir. Məhkəmə bildirir ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsi həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi zamanı müəyyən olunan pozuntu halında tətbiq olunur. Qeyd olunan nəzarəti isə yalnız tədbir zamanı həyata keçirmək mümkündür. Operativ vergi nəzarəti tədbirinin mahiyyəti bundan ibarətdir ki, sürətli, çevik şəkildə Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində sadalanan məsələlərə cari vəziyyətdə riayət olunub-olunmaması müəyyən olunsun. Vergi Məcəlləsinin 50.6-cı maddəsinə görə, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Qeyd olunan normaların qarşılqlı təhlili nəticəsində müəyyən olunur ki, vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrünün yoxlanılması yalnız kameral və səyyar vergi yoxlamaları ilə, cari (faktiki) fəaliyyəti isə operativ vergi nəzarəti tədbiri ilə həyata kecirilir. Vergi Məcəlləsinin 50.6-cı maddəsi səyyar vergi yoxlamalarına aid olan müddəalardan hansıların həm də operativ vergi nəzarəti tədbiri zamanı tətbiq olunduğunu əks etdirir. Səyyar vergi yoxlamasının hansı dövrü əhatə etməsini müəyyən edən Vergi Məcəlləsinin 36-cı maddəsi operativ vergi nəzarəti tədbiri zamanı tətbiq olunan müddəalara aid edilməmişdir. Təsadüfi deyildir ki, iş materiallarında olan yoxlamaların vahid məlumat reyestrindən cıxarışda operativ vergi nəzarəti tədbirinin yoxlanılan dövrü vergi qanunvericiliyinə uyğun olaraq “cari fəaliyyət” kimi əks olunmuşdur. Cavabdeh isə iddacının cari fəaliyyətini deyil, ondan əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Belə ki, iş materialları, o cümlədən vergi orqanının əməkdaşlarının tərtib etdikləri xx.xx.2024-cü il tarixli, DVX seriyalı 104562 nömrəli Akt və ona əlavə edilmiş eyni nömrəli nəticə, həmçinin xx.xx.2024-cü il tarixli, DVX seriyalı 103397 nömrəli malların siyası ilə təsdiq olunur ki, iddiaçının fəaliyyət göstərdiyi obyektdə operativ vergi nəzarəti tədbirinin həyata keçirildiyi xx.xx.2024-cü il tarixdə nəzarət obyektində malların satışı olmamış və mal qalığı aşkar edilməmişdir. Həmçinin, malların bir qisminin pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaimə faktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktuta tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamış, cavabdeh etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektronqaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumat məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən vergi orqanının mübahisələndirilən qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qeyd olunanlar kassasiya instansiya məhkəməsinin mövqeyini əks etdirməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(102)-740/2022 saylı, xx.xx.2022-ci il tarixli 2-1(102)-İ790/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2- 1(102)2300/2022 saylı, xx.xx.2023-cü il tarixli, 2-1(102)- 940/2023 sayh və xx.xx.2024-cü il tarixli, 2-1(102)-1072/2024 nömrəli qərarlarında da əks olunmuşdur. Vergi Məcəllənin 13.2.63-cü maddəsinə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəalliyyəti məqsədləri ücün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim ediiməklə həyata kecirilməsi üzrə ticarət fəaliyyətidir. Göründüyü kimi, yalnız topdansatış zamanı sahibkarlıq fəaliyyəti məqsədləri ücün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada alıcıya elektron qaimə-faktura verilməlidir. Digər halda isə malın təqdim edilməsi qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilir. Malların “elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi” vergi orqanı tərəfindən “ehtimal” edilsə də, malların hansı subyektiv tərkibə (sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərə və ya hüquqi şəxslərə) satılması müəyyən edilməmiş və bu fakt hər hansı mənbəyi bəlli olan real sübutla (sübutlarla) təsdiq edilməmişdir. İşdə olan sübutlardan görünür ki, iddiaçı malların pərakəndə satışı ilə məşğul olmuşdur. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 13.2.62 və 13.2.63-cü maddələrinə əsasən topdan satış o zaman baş verir ki, malların alıcıya satışı elektron-qaimə faktura təqdim ediiməklə həyata keçirilmiş olsun. Hazırki iş üzrə pərakəndə ticarət satışını həyata keçirən iddiaçı malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Hazırkı halda pərakəndə satış növü ilə məşğul olan təsərıüfat subyektində bir malın eyni vaxtda toplu halında satılmasının topdansatış ticarət fəaliyyəti kimi qəbul edilməsi üçün işdə mötəbər sübut mövcud olmadığından “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” mübahisələndirilən xx.xx.2024-cü il tarixli, **********7681 nömrəli qərarın qəbul edilməsinə əsas olmuş operativ vergi nəzarətinin nəticələri haqqında tərtib edilən xx.xx.2024-cü il tarixli, DVX seriyalı 104563 nömrəli Akt əsaslı sayıla və və sübut növü kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının yuxarıda göstərilən qərarlarında formalaşmış hüquqi mövqeyinə görə topdansatış fəaliyyətinin həyata keçirilməsi faktı konkret sənədlərlə və dəlillərlə sübut edilməli, elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi tədbiri zamanı müəyyən olunan pozuntu halında tətbiq olunmalı, vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrünün yoxlanılması yalnız kameral və səyyar vergi yoxlamaları ilə, cari (faktiki) fəaliyyət isə operativ vergi nəzarəti tədbiri ilə həyata keçirilməli, diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Göründüyü kimi, yuxarıda sadalanan hüquq normalarına əsasən fərdi sahibkar İddiaçı sahibkarlıq fəaaliyyəti ilə bağlı vergi qanunvericiliyinin pozulması halına yol verilməmişdir. Digər tərəfdən, Operativ vergi nəzarəti tədbiri Vergi Məcəlləsinin 32-ci maddəsi ilə müəyyən olunan nəzarət tədbirlərindən biridir. Operativ vergi nəzarəti tədbiri konkret məsələlər üzrə vergi ödəyicisinin yalnız cari fəaliyyəti üzrə həyata keçirilir. Belə ki, Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti ilə yalnız Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallar yoxlanıla bilər. Qanunverici vergi nəzarətinin əvvəlki dövrə şamil edilməsini yalnız səyyar və kameral vergi yoxlamalarında müəyyən etmişdir. Operativ vergi nəzarəti tədbiri səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq başa çatmış münasibətləri deyil, tədbir zamanı davam edən pozuntunu müəyyən etməyə hüquq verən nəzarət tədbiridir. Məhkəmə qeyd edir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsi ilə müəyyən olunan aşağıdakı əsaslardan birinin olması mütləq şərtdir: 50.1.1 vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə iiə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsiər tərəfindən pozulması barədə kifayət qədər əsas olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Cavabdehin həyata keçirdiyi operativ nəzarət tədbiri üzrə yoxlamanın vahid məlumat reyestrindən çıxarışda həmin tədbirin əsası kimi Vergi Məcəllənin 50.2.2-ci maddəsi, yəni vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar göstərilsə də, iş materialında həmin mənbəyi bəlli məlumatı təsdiq edən hər hansı sübut yoxdur. Cavabdeh qeyd olunan satış həcmini operativ vergi nəzarəti tədbiri zaman müəyyən etməmiş, əvvəlki dövrlərdə aparılan satış əməliyyatlarının topdan satış ticarət qaydasında iddiaçı ilə ayrı-ayrı vergi ödəyiciləri arasında həyata keçirildiyini ehtimal etmişdir. Təsadüfi deyil ki, iş materiallarında olan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda operativ vergi nəzarəti tədbirinin yoxlanılan dövrü vergi qanunvericiliyinə uyğun olaraq “cari fəaliyyət” kimi əks olunmuşdur. Cavabdeh isə iddaçının cari fəaliyyətini deyil, operativ nəzarət tədbirindən əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Belə ki, hazırkı mübahisəyə münasibətdə isə cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, xx.xx.2024-cü il tarixdən əvvəlki dövr üzrə aparılmış əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Qeyd olunduğu kimi, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsi ilə müəyyən olunan əsaslardan birinin olması mütləq şərtdir. Ədliyyə Nazirliyinin Vahid məlumat reyestrindən çıxarışda operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün əsas Məcəllənin 50.2.2-ci maddəsi, yəni “vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar” göstərilir. Halbuki, iş materialında operativ vergi nəzarət tədbirindən əvvəl vergi orqanının hansı mənbəyi bəlli məlumat əsasında belə tədbirinin keçirilməsinin müəyyən olunmasına dair hər hansı təsdiqedici sənəd yoxdur. Operativ vergi nəzarəti ilə vergi ödəyicisinin yalnız tədbir zamanı cari fəaliyyəti üzrə baş verən pozuntuları rəsmiləşdirməli olduğu halda, vergi orqanınin əvvəlki dövrün əməliyyatlarına müdaxilə etməsi, həmçinin ümumiyyətlə bu tədbirin həyata keçirilməsi üçün hər hansı mənbəyi bəlli məlumatın mövcud olmaması mübahisənin mahiyyəti araşdırılmadan inzibati aktın ləğvi üçün əsasdır. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericilikdə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Əlavə olaraq, yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan hər hansı biri üzrə operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Qeyd olunanlar baxımından hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********4156 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu yuxarıda istinad olunan normalara uyğun olaraq əsaslandırılmamışdır. Bu hal cavabdeh tərəfindən Vergi Məcəlləsinin 50.3-cü maddəsinin birinci cümləsindən və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərindən irəli gələn əsaslandırma öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Bundan əlavə, Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən, malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Hazırkı mübahisəyə münasibətdə isə cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, xx.xx.2024-cü il tarixdən əvvəlki dövr üzrə aparılmış əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Belə ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” mübahisələndirilən xx.xx.2024-cü il tarixli, **********7681 nömrəli qərarın qəbul edilməsinə əsas olmuş operativ vergi nəzarətinin nəticələri haqqında tərtib edilən xx.xx.2024-cü il tarixli, DVX seriyalı 104563 nömrəli Aktda “operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2024-cü il tarixdə saat 14:50də fərdi sahibkar İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal-qərbi ünvanında yerləşən obyektdə vergi ödəyicisi tərəfindən idxal edilmiş 1279337,93 manat dəyərində olan mallardan 8910 manat dəyərində olan hissəsi elektron qaimə-faktura ilə satıldığı, digər 1270602,64 manat dəyərində olan hissəsi isə üzərinə 2% ticarət əlavəsi və 18% ƏDV tətbiq edilməklə elektron qaimə-faktura verilmədən 1529297,34 manata topdan qaydada satılması faktının aşkar olunduğu” qeyd olunsa da, bu aktla eyni zamanda tərtib olunmuş xx.xx.2024-cü il tarixli, DVX seriyalı 104562 nömrəli Aktda və ona əlavə edilmiş eyni nömrəli nəticədə, həmçinin xx.xx.2024-cü il tarixli, DVX seriyalı 103397 nömrəli malların siyasında vergi orqanının əməkdaşları tərəfindən fərdi sahibkar İddiaçı fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Sədərək TM-ə gedən yolun şimal qərbi ünvanında yerləşən ticarət obyektində keçirilən operativ vergi nəzarəti zamanı məhz xx.xx.2024-cü il tarixdə obyektdə mal qalığının olmaması müəyyən edilmişdir. Bu isə onu deməyə əsas verir ki, mübahisələndirilən xx.xx.2024-cü il tarixli, **********7681 nömrəli qərarın qəbul edilməsinə əsas olmuş operativ vergi nəzarətinin nəticələri haqqında tərtib edilən xx.xx.2024-cü il tarixli, DVX seriyalı 104563 nömrəli Aktda qeyd olunan hallar operativ vergi nəzarətinin keçirildiyi gündə, yəni xx.xx.2024-cü il tarixdə deyil, bundan əvvəlki günlərdə həyata keçirilmiş əməliyyatlara aiddir ki, bu əməliyyatların yoxlanılması operativ vergi nəzarətinin məqsədlərinə, nəticədə isə vergi qanunvericiliyinin tələblərinə ziddir. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən vergi orqanının mübahisələndirilən qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinə əsasən dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz (maddə 3.8). Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin (maddə 3.9). Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir (maddə 3.11). Vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur (maddə 24.0.2). Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar (maddə 36.2). Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur (maddə 53.3). Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hallar isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Bütün qeyd edilənlərə məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2024-cü il tarixli, **********7681 nömrəli qərar ləğv edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Sədərək TM-ə gedən yolun şimal qərbi ünvanında yerləşən ticarət obyektində keçirilən operativ vergi nəzarətinin nəticəsi üzrə qəbul edilmiş «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2024-cü il tarixli, **********7681 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar