Məhkəmə qərarları › İş №2-1(120)-218/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-218/2024

12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-218/2024 12.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı X6 nümayəndəsi və vəkili X5, Cavabdeh İmişli rayon İcra Hakimiyyətinin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı X6 cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “15 aprel 2022-ci il tarixli, 105 saylı sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı “X15 təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “15 aprel 2022-ci il tarixli, 105 saylı sərəncamın ləğv edilməsi” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-563/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qərardadı ilə, iddiaçı “X15 təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “15 aprel 2022-ci il tarixli, 105 saylı sərəncamın ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati mübahisə üzrə iddiaçı “X15 təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti əsl iddiaçı X11 ilə əvəz edilməsi qərara alınmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İmişli rayon İcra Hakimiyyəti Başçısının 15 aprel 2022-ci il tarixli 105 saylı sərəncamı ilə iddiaçıya İmişli rayonu Otuziki kəndi (indiki İmişli şəhəri ərazisindən) Araz çayının yatağından qum-çınqıl matereallarının çıxarılması üçün 15.0 ha torpaq sahəsi icarəyə verilməsi barədə İmişli rayon Hakimiyyəti Başçısının 15 aprel 2022-ci il tarixli 105 saylı sərəncamı ləğv edilmişdir. İmişli rayon İcra Hakimiyyəti Başçısının 15 aprel 2022-ci il tarixli 105 saylı sərəncamı tamami ilə qanunsuzdur. İmişli rayon İcra Hakimiyyəti Başçısının 15 aprel 2022-ci il tarixli 105 saylı sərəncamında göstərilir ki, İmişli şəhər sakini X7 rayonun Otuziki kəndi (indiki İmişli şəhəri) ərazisindən M.P.Vaqif adına kolxozun aqrar islahat komissiyasının 01 oktyabr 1996-cı il tarixli 01 nömrəli çıxarışına əsasən ayrılmış 15,0 ha torpaq sahəsində qum-çınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi qurğularının tikintisinə icazə verilməsi barədə İmişli Rayon icra Hakimiyyəti başçısının 25 iyun 2015-ci il tarixli, 107 saylı Sərəncamı verilmişdir. Daha sonra X11 “X14 Təsərrüfatı” MMC-ni təsis edərək həmin torpaq sahəsində qum-çınqıl materiallarını cəmiyyətin adından istehsal etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X17 X2 mütəxəssisləri İmişli rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı monitorinq apararaq “X14 Təsərrüfatı” MMC-nin qum-çınqıl materiallarının istehsalı zamanı Yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunlarının tələblərini pozduğu və onun dağ-mədən ayırması aktı olmadan qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilmiş, bu barədə müvafiq tədbirlərin görülməsi üçün Agentlik tərəfindən Rayon İcra Hakimiyyətinə 05 yanvar 2021-ci il tarixli, 19/01 saylı məktubla müraciət olunmuşdur. Bununla bağlı İmişli Rayon İcra Hakimiyyəti tərəfindən fəaliyyətinin dayandırılması və torpaq sahəsinin rekultivasiya olunaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə X7 məktub göndərilmişdir. Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən Rayon İcra Hakimiyyətinə daxil olmuş 10 dekabr 2021-ci il tarixli, 40276/26477 saylı məktubunda İmişli rayonu ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarının fəaliyyəti nəticəsində Araz çayının məcrasının hidrogeomorfoloji (dərinləşməsi və genişlənməsi), ətraf ərazilərin hidrogeoekoloji (yeraltı suların səviyyəsinin kəskin aşağı düşməsi və şorlaşması) şəraitinin neqativ yöndə dəyişilməsinə səbəb olduğu göstərilmiş və bununla əlaqədar rayon ərazisindəki qum-çınqıl karxanalarının qanunsuz fəaliyyətinin və bunun nəticəsində ətraf mühütə mənfi təsirlərin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi tövsiyyə olunmuşdur. X7 (“X14 Təsərrüfatı” MMC-yə) rayonun Otuziki kəndi (indiki İmişli şəhəri) ərazisində M.P.Vaqif adına kolxozun aqrar islahat komissiyasının 01 oktyabr 1996cı il tarixli 01 nömrəli çıxarışına əsasən ayrılmış 15.0 ha torpaq sahəsində qum-çınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi qurğularının tikintisiə icazə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti Başçısının 25 iyun 2015-ci il tarixli, 107 saylı Sərəncamına xitam verilsin, hüquqi qüvvəsi itirilmiş hesab edilməsi xahiş olunmuşdur. İddiaçının nümayəndəsi vəkil X8 şifahi məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı X6 cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı imişli Rayon icra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli, 105 saylı Sərəncamının ləğv edilməsinə dair iddia ərizəsi ilə əlaqədar olaraq bildiririk ki, X6 iddiası əsassızdır.Belə ki, İmişli şəhər sakini X7 rayonun Otuziki kəndi (indiki İmişli şəhəri) ərazisindən M.P.Vaqif adına kolxozun aqrar islahat komissiyasının 01 oktyabr 1996-cı il tarixli 01 nömrəli çıxarışına əsasən ayrılmış 15,0 ha torpaq sahəsində qum-çınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi qurğularının tikintisinə icazə verilməsi barədə İmişli Rayon icra Hakimiyyəti başçısının 25 iyun 2015-ci il tarixli, 107 saylı Sərəncamı verilmişdir. Daha sonra X11 “X14 Təsərrüfatı” MMC-ni təsis edərək həmin torpaq sahəsində qum-çınqıl materiallarını cəmiyyətin adından istehsal etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X17 X2 mütəxəssisləri imişli rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı monitorinq apararaq “X14 Təsərrüfatı” MMCnin qum-çınqıl materiallarının istehsalı zamanı Yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunlarının tələblərini pozduğu və onun dağ-mədən ayırması aktı olmadan qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilmiş, bu barədə müvafiq tədbirlərin görülməsi üçün Agentlik tərəfindən Rayon İcra Hakimiyyətinə 05 yanvar 2021-ci il tarixli, 19/01 saylı məktubla müraciət olunmuşdur. Bununla bağlı İmişli Rayon icra Hakimiyyəti tərəfindən fəaliyyətinin dayandırılması və torpaq sahəsinin rekultivasiya olunaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə X7 məktub göndərilmişdir. Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən Rayon icra Hakimiyyətinə daxil olmuş 10 dekabr 2021-ci il tarixli, 40276/26477 saylı məktubunda imişli rayonu ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarının fəaliyyəti nəticəsində Araz çayının məcrasının hidrogeomorfoloji (dərinləşməsi və genişlənməsi), ətraf ərazilərin hidrogeoekoloji (yeraltı suların səviyyəsinin kəskin aşağı düşməsi və şorlaşması) şəraitinin neqativ yöndə dəyişilməsinə səbəb olduğu göstərilmiş və bununla əlaqədar rayon ərazisindəki qum-çınqıl karxanalarının qanunsuz fəaliyyətinin və bunun nəticəsində ətraf mühütə mənfi təsirlərin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi tövsiyyə olunmuşdur. Bütün bunları nəzərə alaraq dağ-mədən ayırması olmadan qanunsuz fəaliyyət göstərdiyinə və Araz çayının məcrasının dəyişməsinə səbəb olan hallara yol verdiyinə görə İmişli Rayon İcra Hakimiyyəti başçısının 25 iyun 2015-ci il tarixli, 107 saylı sərəncamına xitam verilmişdir.İmişli Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli, 105 saylı Sərəncamı verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Odur ki, X6 cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı imişli Rayon icra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli, 105 saylı Sərəncamının ləğv edilməsinə dair iddianın təmin edilməməsini xahiş etmişdir. İddianın mümkünlüyü: İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1 -ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi). Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını və işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (sərəncamın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti(iddia qaldırmaq səlahiyyəti və iddia müddətinə riayət edilməsi) mövcuddur. Belə ki, iddiaçı subyektiv hüququnun pozulduğunu (və ya pozulması ehtimalını) iddia ərizəsində əsaslandırmışdır (İPM-in 35.1-ci maddəsi). Yəni cavabdeh inzibati orqanın əlverişsiz inzibati aktı (sərəncamı) iddiaçının əmlak hüququna müdaxilə etmişdir. Məhkəmə qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslıdır.Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Belə ki, - İşdə olan iddiaçının AZE16824290 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və iş materiallarından görünür ki, X11 xx.xx.1966-ci il tarixdə anadan olmuş, İmişli şəhəri, Araz küçəsi, ev 62-də qeydiyyatdadır. - İşdə olan İmişli Rayon İcra Hakimiyyəti Başçısının 15 aprel 2022-ci il tarixli, 105 nömrəli sərəncamına əsasən, X7 (“X14 Təsərrüfatı” MMC-yə) rayonun Otuziki kəndi (indiki İmişli şəhəri) ərazisindən M.P.Vaqif adına kolxozun aqrar islahat komissiyasının 01 oktyabr 1996-cı il tarixli 01 nömrəli çıxarışına əsasən ayrılmış 15,0 ha torpaq sahəsində qum-çınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi qurğularının tikintisinə icazə verilməsi barədə İmişli rayon İcra Hakimiyyəti başçısının 25 iyun 2015-ci il tarixli, 107 saylı Sərəncamına xitam verilərək hüquqi qüvvəsini itirmiş hesab edilməsi qərara alınmışdır. - İşdə olan xx.xx.2015-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, İmişli şəhər sakini X7 barədə İmişli rayon İcra Hakimiyyəti başçısının 25 iyun 2015-ci il tarixli, 107 saylı Sərəncamına əsasən ayrılmış 15,0 ha torpaq sahəsində qum-çınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi qurğularının tikintisinə 40 il müddətinə icazə məqdəsilə istifadəyə verilmişdir. - İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X17 X2 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-14-19/2-1345/2024 nömrəli məktubunda göstərilmişdir ki, İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 107 saylı sərəncamı ilə İmişli şəhər sakini X7 qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün İmişli şəhəri yaxınlığında Araz çayı yatağından müvəqqəti istifadə hüququ ilə ayrılıb icarəsinə verilmiş 15,0 ha ərazidə qum-çınqıl materiallarının çıxarılması və istehsalının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılıbrazılaşdırılmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi barədə 2-1 (120)- 218/2024 nömrəli 25 iyul 2024-cü il tarixli müraciətiə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X17 X3 baxılmışdır. X7 İmişli şəhəri yaxınlığında Araz çayı yatağında qum-çınqıl materiallarının çıxarılması və istehsalı ilə bağlı icazə sənədi verilməmişdir. - İş materiallarında olan X17 X2 İdarə Heyətinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli 23/20 nömrəli qərarında göstərilmişdir ki, X15 Təsərrüfatı” MMC-ə “Dağ-mədən ayırması” aktı olmadan fəaliyyət göstərən inzibati protokol tərtib edilsin, qərar qəbul edilsin, zəzuri olduğu halda əməlinə hüquqi qiymət verilməsi məqsədilə aidiyytaı üzrə müraciət edilsin. - İş materiallarında olan Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-39/2-1126/2024 nömrəli məktubunda göstərilmişdir ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində X12 barəsində Azərbaycan Respublikası CM-in 188.4.2, 247 və 308.1-ci maddələri ilə istintaq edilən cinayət işinin materiallarında olan İmişli rayon İcra Hakimiyyətinin sərəncamının surəti göndərilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2024cü il tarixli, 3-16-5/2-11-5548/24 nömrəli məktubunda göstərilmişdir ki, İmişli Rayon İcra Hakimiyyəti tərəfindən X6 qanuni təmsilçi olduğu “X15 təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətində 2020-2022-ci illərdə aparılmış yoxlamaların “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınıb-alınmamasına dair sorğuya baxılmışdır.Həmin tarixlərdə adı çəkilən qurumun müraciəti əsasında qeyd edilən hüquqi şəxs barəsində Reyestrdə qeydiyyata alınmış yoxlama aşkar edilməmişdir. İlk öncə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh orqan eyni tarixli və eyni nömrə ilə müvafiq inzibati akt məhkəməyə təqdim etmişlər, lakin sərəncamların məzmunu bir-birindən fərqlənir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş İmişli Rayon İcra Hakimiyyəti Başçısının 25 iyun 2015-ci il tarixli 107 nömrəli sərəncamına əsasən, X7 İmişli rayonu Otuziki kəndi (indiki İmişli şəhəri ərazisindən) Araz çayının yatağından qum-çınqıl matereallarının çıxarılması və istehsalı üçün İmişli şəhəri yaxınlığında Araz çayı yatağından 15.0 ha ərazinin müvəqqəti istifadə hüququ ilə ayrılıb icarəyə verilməsi qərara alınmışdır. Lakin cavabdeh orqan tərəfindən təqdim edilmiş İmişli Rayon İcra Hakimiyyəti Başçısının 25 iyun 2015-ci il tarixli 107 nömrəli sərəncamına əsasən, X7 İmişli rayonu Otuziki kəndi (indiki İmişli şəhəri ərazisindən) ərazisində yerləşən 15.0 ha torpaq sahəsində qum-çınqıl materialların istehsalı, doğranması və çeşidlənməsi qurğularının tikintisinə icazə verilməsi qərara alınmışdır. İmişli rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 5-53-8/2-955/2023 nömrəli məktubunda göstərilmişdir ki, 2 eyni tarix və nömrədə olan Sərəncamlardan İmişli şəhər sakini X1 fəaliyyəti ilə məşğul olmaq üçün qum-çınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi qurğularının tikintisinə icazə verilməsi haqqında xx.xx.2015-ci il tarixli, 107 saylı sərəncam İmişli Rayon İcra Hakimiyyətinin sərəncamların qeydiyyatı kitabında qeydiyyata alınmış və əsli İmişli Rayon İcra Hakimiyyətinin arxivində saxlanılır. Məktuba əlavə edilmiş digər xx.xx.2015-ci il tarixli, 107 saylı 15,0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə sərəncam isə İmişli Rayon İcra Hakimiyyətinin sərəncamların qeydiyyatı kitabında qeydiyyata alınmamış və hazırda İmişli Rayon İcra Hakimiyyətinin arxivində belə bir sərəncam yoxdur. İşin hallarından müəyyən edilmişdir ki, iddiaçı Ə.Sarıyev məhkəməyə müraciət edərək onun barəsində onun xəbəri və iştirakı olmadan İmişli Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 15 aprel 2022-ci il tarixli, 105 nömrəli sərəncamı ilə X7 (“X15 Təsərrüfatı” MMC-yə) rayonun Otuziki kəndi (indiki İmişli şəhəri) ərazisindən M.P.Vaqif adına kolxozun aqrar islahat komissiyasının 01 oktyabr 1996-cı il tarixli 01 nömrəli çıxarışına əsasən ayrılmış 15,0 ha torpaq sahəsində qum-çınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi qurğularının tikintisinə icazə verilməsi barədə İmişli rayon İcra Hakimiyyəti başçısının 25 iyun 2015-ci il tarixli, 107 saylı Sərəncamına xitam verilərək hüquqi qüvvəsini itirmiş hesab edilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, İmişli Rayon İcra Hakimiyyəti Başçısının 15 aprel 2022-ci il tarixli, 105 nömrəli sərəncamı üzrə məhz X7 (“X14 Təsərrüfatı” MMC-yə) rayonun Otuziki kəndi (indiki İmişli şəhəri) ərazisindən M.P.Vaqif adına kolxozun aqrar islahat komissiyasının 01 oktyabr 1996-cı il tarixli 01 nömrəli çıxarışına əsasən ayrılmış 15,0 ha torpaq sahəsində qum-çınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi qurğularının tikintisinə icazə verilməsi barədə İmişli rayon İcra Hakimiyyəti başçısının 25 iyun 2015-ci il tarixli, 107 saylı Sərəncamına xitam verilməsi barədə inzibati akt qəbul edildiyi üçün, cavabdeh orqan tərəfindən təqdim edilmiş İmişli Rayon İcra Hakimiyyəti Başçısınin 15 aprel 2022-ci il tarixli, 105 nömrəli sərəncamını mötəbər sübut olaraq qəbul edilir. Cavabdeh orqan tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixli məktub ünvanlanaraq göstərilmişdir ki, İmişli şəhər sakini X7 rayonun Otuziki kəndi (indiki İmişli şəhəri) ərazisindən M.P.Vaqif adına kolxozun aqrar islahat komissiyasının 01 oktyabr 1996-cı il tarixli 01 nömrəli çıxarışına əsasən ayrılmış 15,0 ha torpaq sahəsində qum-çınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi qurğularının tikintisinə icazə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının 25 iyun 2015-ci il tarixli, 107 saylı Sərəncamı verilmişdir. Daha sonra X11 “X14 Təsərrüfatı” MMC-ni təsis edərək həmin torpaq sahəsində qum-çınqıl materiallarını cəmiyyətin adından istehsal etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X17 X2 mütəxəssisləri İmişli rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı monitorinq apararaq “X14 Təsərrüfatı” MMC-nin qum-çınqıl materiallarının istehsalı zamanı Yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunlarının tələblərini pozduğu və onun dağ-mədən ayırması aktı olmadan qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilmiş, bu barədə müvafiq tədbirlərin görülməsi üçün Agentlik tərəfindən Rayon icra Hakimiyyətinə 05 yanvar 2021-ci il tarixli, 19/01 saylı məktubla müraciət olunmuşdur. Bununla bağlı İmişli Rayon İcra Hakimiyyəti tərəfindən fəaliyyətinin dayandırılması və torpaq sahəsinin rekultivasiya olunaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə X7 məktub göndərilmişdir. Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən Rayon İcra Hakimiyyətinə daxil olmuş 10 dekabr 2021-ci il tarixli, 40276/26477 saylı məktubunda İmişli rayonu ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarının fəaliyyəti nəticəsində Araz çayının məcrasının hidrogeomorfoloji (dərinləşməsi və genişlənməsi), ətraf ərazilərin hidrogeoekoloji (yeraltı suların səviyyəsinin kəskin aşağı düşməsi və şorlaşması) şəraitinin neqativ yöndə dəyişilməsinə səbəb olduğu göstərilmiş və bununla əlaqədar rayon ərazisindəki qum-çınqıl karxanalarının qanunsuz fəaliyyətinin və bunun nəticəsində ətraf mühütə mənfi təsirlərin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi tövsiyyə olunmuşdur. Bütün bunları nəzərə alaraq dağ-mədən ayırması olmadan qanunsuz fəaliyyət göstərdiyinə və Araz çayının məcrasının dəyişməsinə səbəb olan hallara yol verdiyinə görə imişli Rayon İcra Hakimiyyəti başçısının 25 iyun 2015-ci il tarixli, 107 saylı sərəncamına xitam verilmişdir. İmişli Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli, 105 saylı Sərəncamı verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Odur ki, X6 cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı İmişli Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli, 105 saylı Sərəncamının ləğv edilməsinə dair iddianı təmin edilməməsini, aidiyyəti sənədləri məktuba əlavə edir və nəzərə almağı xahiş etmişdir. “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun: 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.6-ci maddəsinə əsasən maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. 25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. 28.1.1-сi maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati iсraatın başlanılması üçün əsaslardan biridir; 36.1.2-сi maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraсiət etmiş fiziki və ya hüquqi şəxslər inzibati iсraatın iştirakçıları sayılırlar; 36.3-сü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçünсü (maraqlı) şəxs qismində iсraatda iştirakını təmin etməyə borсludur; 51.1-сi maddəsinə əsasən inzibati orqan inzibati iсraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərсüməçiləri və digər orqanların nümayəndələrini inzibati iсraatla bağlı iсlasın vaxtı və yeri haqqında xəbərdar etməyə borсludur; 51.2-сi maddəsinə görə bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Azərbaycan Republikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin: 1-ci bəndinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqaviləəsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 2-ci bəndinə əsasən, icarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. 3-cü bəndinə əsasən, icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. 4-cü bəndinə əsasən, icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 7-ci bəndinə əsasən, icarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, -75-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verilir; -75-ci maddəsinin 3-cü bəndinə görə bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 1-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir; - 75-ci maddəsinin 6-cı bəndində isətorpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilməsi göstərilmişdir. “Torpaq icarəsi haqqında” Qanunun 31-ci maddəsinə əsasən, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtında əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Göründüyü kimi qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah edilməsi və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Hazırkı iddianın predmetini təşkil edən inzibati akt –15 aprel 2022-ci il tarixli, 105 saylı sərəncamı cavabdeh tərəfindən qeyd olunan “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Belə ki, həmin sərəncam qəbul olunan zaman cavabdeh inzibati icraat barədə, eləcə də inzibati akt qəbul edilməzdən əvvəl onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməmiş, bu barədə onların mülahizələrini dinləməmişdir. İmişli İcra Hakimiyyəti Başçısının 15 aprel 2022-ci il tarixli 105 nömrəli sərəncamının ləğv edilməsi “İnzibati İcraat haqqında” Qanunun tələblərinə uyğun olmamaqla iddiaçının hüquq və səlahiyyətlərinin pozulmasına yönəlmiş, bununla da - bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olmaması ilə bağlı - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan mövqeyinə də zidd olmuşdur. Belə ki, Mülki və Torpaq Məcəlləsinin yuxarıda qeyd olunan maddələrindən görünür ki, qeyd olunan halda icarə hüququna məhkəmə qaydasında xitam verilməli olması birmənalı olaraq təsbit edilmişdir. Həmin halda belə, icarə ilə bağlı hüquqlara xitam verilməsi haqqında qərarın, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra, tədbirlər görülmədikdə qəbul edilməsi müəyyən edilmişdir. Hazırda mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda qeyd edilən tələblərinə (proseduruna) əməl olunmasına dair hər hansı sənəd (sübut) və məlumat cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, sübutetmə yükü qanunveriсiliklə üzərinə qoyulan tərəf kimi сavabdeh tərəfindən mübahisəli inzibati aktın qəbuluna əsas olmuş faktiki şərtlərin mövсudluğu iş üzrə sübuta yetirilmir. İmişli İcra Hakimiyyəti Başçısının 15 aprel 2022-ci il tarixli 105 nömrəli sərəncamının ləğv edilməsi iddiaçı tərəfin ehtimad hüququnu pozmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1 -ci maddəsinəəsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinəəsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü maddəsinəəsasən, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki vəya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərəəsaslana bilməz. 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Sadalanan maddi hüquq normalarının tələbinə görə fiziki və ya hüquqi şəxslərin etimadı iki halda qorunur ki, bunlardan birincisi, inzibati orqanların inzibati praktikası, ikincisi isə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədləri və bəyanatlarıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borclu olduğundan, mövcud inzibati praktikanın dəyişdirilməsi üçün hər hansı əsas mövcud olmadığından, İmişli Rayon İcra Hakimiyyəti Başçısının 25 iyun 2015-ci il tarixli 107 nömrəli sərəncamına əsasən, X7 İmişli rayonu Otuziki kəndi (indiki İmişli şəhəri ərazisindən) ərazisində yerləşən 15.0 ha torpaq sahəsində qum-çınqıl materialların istehsalı, doğranması və çeşidlənməsi qurğularının tikintisinə icazə verilməsi üçün nəzərdə tutulduğundan inzibati orqanın inzibati praktikasına əsasən iddiaçının etimadı qanunla qorunmalıdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh tərəfindən “İnzibati İcraat Haqqında” Qanunun tələbləri kobud şəkildə pozulmuş və qanunvericilik tərəfindən müvafiq səlahiyyət verilmədiyi halda, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuş inzibati akt qəbul edilmişdir. Məhkəmə hesab edir ki, fiziki və ya hüquqi şəxslərin etimadı iki halda qorunur ki, bunlardan birincisi, inzibati orqanların inzibati praktikası, ikincisi isə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədləri və bəyanatlarıdır. Odur ki, məhkəmə İmişli rayon İcra Hakimiyyəti Başçısının 15 aprel 2022-ci il tarixli, 105 saylı sərəncamının qanunsuz vəəlverişsiz inzibati akt olması qənaətinə gəlir. Cavabdeh hazırkı iş üzrə 15 aprel 2022-ci il tarixli, 105 saylı sərəncamını qəbul edərkən yuxarıda sadalanan normaların tələblərinə əməl etməmiş, iddiaçı Ə.Sarıyevin inzibati icraatda iştirakını təmin etməmiş, onun mülahizələrini dinləməmiş, qəbul etdiyi sərəncamda mübahisəli torpaq sahəsinin hüquqi vəziyyətini araşdırmamış, işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutları göstərməmişdir. Göründüyü kimi mübahisələndirilən sərəncam (inzibati akt) inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul edildiyindən “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbinə əsasən ləğv edilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «X4rşı» iş üzrə xx.xx.2005-сi il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə 1 saylı Protokolun 1-сi maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik сəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, сavabdehin mübahisəli inzibati aktı qanuna ziddir və bunun nətiсəsində iddiaçının hüquqlarını pozmuşdur (İPM- 70.1). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İmişli rayon İcra Hakimiyyəti Başçısının 15 aprel 2022-ci il tarixli, 105 saylı sərəncamı ləğv edilməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı X11 (“X15 təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti) barəsində İmişli rayon İcra Hakimiyyəti Başçısının 15 aprel 2022-ci il tarixli, 105 saylı sərəncamı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyivə ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar