Məhkəmə qərarları › İş №2-1(120)-218/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-218/2025

24.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-218/2025 24.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lerik rayonunun Lerik qəsəbəsində yerləşən və Lerik rayon X14 (XDS) Rəyasət Heyətinin 20 fevral 1995-ci il tarixli, 17 saylı qərarı ilə mülkiyyətimə verilmiş və faktiki istifadəmdə olan 0,34 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lerik qəsəbəsində yerləşən və Lerik rayon Xalq X11 Heyətinin xx.xx.1995-ci il tarixli, 17 saylı qərarı ilə mülkiyyətinə verilmiş 0,5 ha. torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Lerik bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan İddiaçı məhkəməyə ərizə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Lerik rayonunun Lerik qəsəbəsində yerləşən və Lerik rayon X14 (XDS) Rəyasət Heyətinin 20 fevral 1995-ci il tarixli, 17 saylı qərarı ilə mülkiyyətimə verilmiş və faktiki istifadəmdə olan 0,34 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da, Lerik şəhəri Camal Şahiyev küçəsində yerləşən özünə məxsus fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. (Lerik şəhər İcra nümayəndəliyinin 30 dekabr 2022-ci il tarixli 845 saylı arayışı əlavə edilir) Lerik rayon İstehlak Cəmiyyəti idarə heyətinin 25 oktyabr 1994-cü il tarixli 11 saylı protokolu ilə Respublika Prezidentinin Fərmanına əsasən Lerik rayon İstehlak Cəmiyyətində olan yarımçıq tikililərin satılması məqsədəuyğun hesab edilmişdir. Bu məqsədlə Cəmiyyətin təmir-tikinti sahəsi üçün tikilməkdə olan inzibati idarə binası balans dəyəri 1.528458 manat olan tikili Lerik qəsəbəsində yaşayan X5 (həyat yoldaşı) satılmışdır. (Lerik rayon İstehlak Cəmiyyəti idarə heyətinin 25 oktyabr 1994-cü il tarixli 11 saylı protokolundan çıxarış əlavə edilir) Lerik rayon X14 (XDS) Rəyasət Heyətinin 20 fevral 1995-ci il tarixli 17 saylı qərarı ilə Lerik qəsəbə sakinləri X4 (həyat yoldaşı) və onun rayon Sovetinə yazdığı ərizəsi nəzərə alınaraq rayon İstehlak Cəmiyyəti idarə heyətinin 25 oktyabr 1994-cü il tarixli qərarı ilə Lerik qəsəbə sakini X5 (həyat yoldaşına) satılmış yarımçıq tikili onun adına keçirilmişdir və həmin yarımçıq tikilinin başa çatdırılmasına icazə verilmişdir. (Lerik rayon XDS Rəyasət Heyətinin 20 fevral 1995-ci il tarixli 17 saylı qərarı əlavə edilir) Ona ayrılmış torpaq sahəsi və yarımçıq tikilini aldıqdan sonra tikinti işlərini başa çatdırmış və orada fərdi yaşayış evi inşa etdirmişdir. Torpaq sahəsi və yarımçıq tikilinin mülkiyyətimə verilməsinə dair ilkin hüquqmüəyyənedici sənədləri mövcud olsa da, bu əmlaklarla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış almamışdır. Ona görə də 12 dekabr 2022-ci il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsinə (bundan sonra - 10 saylı Lənkəran Ərazi idarəsi) müraciət etmiş, müraciəti 10 saylı Lənkəran Ərazi idarəsi tərəfindən araşdırıldıqdan sonra 23 dekabr 2022-ci il tarixdə “mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” **********75 nömrəli bildiriş məktubu ilə cavablandırılmışdır. Həmin bildirişdən görünür ki, sənədlərin qanunamüvafiqlıyi 10 saylı Lənkəran Ərazi idarəsi tərəfindən araşdırılarkən həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair vahid daşınmaz əmlak obyekti olaraq yaranmış hüquqların qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyi hüquqmüəyyənedici sənədlərlə faktiki vəziyyət, habelə arxiv və elektron baza məlumatları arasında müəyyən uyğunsuzluqların mövcud olduğu məlum olmuşdur. Sözügedən torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, ilkin hüquqmüəyyənedici sənədlərin möhürlənmiş əsli deyil, yalnız kserosurətlə nişanlanmış surəti tərəfimdən təqdim olunmuşdur. Tərəfindən təqdim olunmuş sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən və faktiki yerində aparılan müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, həmin torpaq sahəsi mövcud DWG (xəritə) baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələri kimi qeyd olunmuş ərazidə yerləşir. Həmin torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması aidiyyəti sənədlərlə faktiki vəziyyət, habelə arxiv və elektron baza məlumatları arasında müəyyən uyğunsuzluqlar mövcud olduğu səbəbindən, icraatda olan ərizəmin icrası mümkün olmamışdır. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-cı maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində mənim adıma yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. Göründüyü kimi, cavabdeh 10 saylı Lənkəran Ərazi idarəsi həmin torpaq sahəsi mövcud DWG (xəritə) baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələri kimi qeyd olunmuş ərazidə yerləşdiyindən və təqdim etdiyi hüquqmüəyyənedici sənədlərlə faktiki vəziyyət, habelə arxiv və elektron baza məlumatları arasında müəyyən uyğunsuzluqların mövcud olduğu üçün daşınmaz əmlak üzərində onun adına yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. 1994-cü ildə torpaq sahəsi və yarımçıq tikili həyat yoldaşı X1 və 1995-ci ildə onun adına keçirıldikdər sonra yarımçıq tikilinin yerləşdiyi 0,5 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etdirmişdir. Tikilinin başa çatdırılması üçün ona icazə də verilmişdir. Lerik rayon İstehlak Cəmiyyəti idarə heyəti tərəfindən mülkiyyətində olan 0,5 ha torpaq sahəsi və yarımçıq tikilinin həyat yoldaşına satılmasında məqsəd Cəmiyyətin maliyyə problemləri olmuşdur. Belə ki, maliyyə vəsaiti olmadığından inzibati binanın tikintisi yarımçıq saxlanılmışdır. Yuxarıda qeyd etdiyim kimi Lerik rayon X14 (XDS) Rəyasət Heyətinin 20 fevral 1995-ci il tarixli 17 saylı qərarı ilə ona tikintinin başa çatdırılmasına icazə verilmişdir. Təbii ki, fiziki şəxs olaraq yarımçıq inzibati binanı əldə edərkən orada inzibati bina olaraq tərəfimdən tikintinin başa çatdırılması mümkün deyildir. Artıq 27 ildir ki, mübahisəli torpaq sahəsi onun və ailə üzvlərinin qanuni sahibliyində və istifadəsindədır. Lakin baza məlumatlarında uyğunsuzluğun olduğunu əsas gətirən cavabdeh 10 saylı Lənkəran Ərazi idarəsi mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinin adına rəsmiləşdirməkdən imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi iddia tələbinə etiraz edərək, etirazında qeyd etmişdir ki, mübahisələndirilən əmlaka dair hüquqmüəyyənedici sənəd olaraq hazırki sərəncamda barəsində qeyd olunan Lerik rayon XDS Rəyasət Heyətinin 20 fevral 1995-ci il tarixli, 17 saylı qərarı əsasında ayrılmış torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılmasından ötrü iki halda olmaqla həmin şəxsin 2022-ci il 23 iyun tarixli, ********** və 2022-ci il 12 dekabr tarixli, ********** qeydiyyat nömrəli ərizələri əsasında təqdim olunmuş sənədlər tərəfimizdən icraata qəbul edilmişdir. Həmin ərəfədə İcraatda olan sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, sözü gedən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair vahid daşınmaz əmlak obyekti olaraq yaranmış hüquqların qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim olunmuş hüquqmüəyyənedici sənədlərlə faktiki vəziyyət, habelə arxiv və elektron baza məlumatları arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Sözü gedən torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, hazırki iş üzrə iddiaçı tərəfindən ilkin hüquqmüəyyənedici sənədlərin möhürlənmiş əsli deyil, yalnız kserosurətlə nişanlanmış surəti qeydiyyat orqanına təqdim olunmuşdur. Məlumat üçün bildiririk ki, həmin şəxs tərəfindən təqdim olunmuş sözü gedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən və faktiki yerində aparılan müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, həyətyanı kimi ayrılmış torpaq sahəsi mövcud DWG (xəritə) baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələri kimi qeyd olunmuş ərazidə yerləşir. Lerik rayon XDS Rəyasət Heyətinin 20 fevral 1995-ci il tarixli, 17 saylı qərarı ilə İddiaçı ayrılmış 0.05 ha torpaq sahəsinə dair həmin qərarın ayrılmaz hissəsi kimi ilkin torpaqayırma sxemi təqdim olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 6-cı bəndinin tələblərinə əsasən torpaq sahəsinin təsdiqlənmiş planı, həmin torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq müqavilənin (qərarın) ayrılmaz hissəsidir. Bu baxımdan bildiririk ki, Lerik rayon XDS Rəyasət Heyətinin 20 fevral 1995-ci il tarixli, 17 saylı qərarı ilə hansı ərazidə həyətyanı torpaq sahəsinin ayrıldığı barədə tələb olunan plan sxem təqdim olunmamışdır. Lakin faktiki olaraq Ərazi İdarəsinin aidiyyəti mütəxəssisi tərəfindən müayinə edilən torpaq sahəsinin yerləşdiyi ərazinin isə mövcud DWG (xəritə) baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələri kimi qeyd olunan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Xidmət orqanı olaraq bildiririk ki, həmin torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması aidiyyəti sənədlərlə faktiki vəziyyət, habelə arxiv və elektron baza məlumatları arasında müəyyən uyğunsuzluqlar səbəbindən, iki halda olmaqla hazırki iş üzrə iddiaçının icraatda olan ərizələrinin icrasından qanunamüvafiq olaraq tərəfimizdən imtina edilmişdir. Hazırki iş üzrə sərəncamın icrası olaraq, iddia tələbinin təmin olunmasına tam etiraz edirik və bu baxımdan iddianın mümkünsüzlüyü barədə qanunamüvafiq qərar qəbul etməyi xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin və Lerik bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Lerik rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lerik rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Lerik rayonunun Lerik qəsəbəsində yerləşən və Lerik rayon X14 (XDS) Rəyasət Heyətinin 20 fevral 1995-ci il tarixli, 17 saylı qərarı ilə mülkiyyətimə verilmiş və faktiki istifadəmdə olan 0,34 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Lerik rayon Xalq X11 Heyətinin 25 oktyabr 1994-cü il tarixli, 11 nömrəli protokolundan çıxarışın surətindən görünür ki, Respublika Prezidentinin Fərmanına əsasən Lerik rayon İstehlak Cəmiyyətində olan yarımçıq tikililərin satılması məqsədəuyğun hesab edilmişdir. Bu məqsədlə Cəmiyyətin təmir-tikinti sahəsi üçün tikilməkdə olan inzibati idarə binası balans dəyəri 1.528458 manat dəyərində tikinti Lerik qəsəbəsində yaşayan X2. İşdə olan Lerik rayon Xalq X11 Heyətinin 20 fevral 1995-ci il tarixli, 17 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, Lerik qəsəbə sakinləri X4 və həyat yoldaşı İddiaçı rayon Sovetinə yazdıqları ərizələri nəzərə alınaraq rayon istehlak cəmiyyəti idarə heyətinin 25 oktyabr 1994-cü il tarixli qərarı ilə Lerik qəsəbə sakini X3 yarımçıq tikinti həyat yoldaşı İddiaçı adına keçirilməsi və həmin yarımçıq tikintinin başa çatdırılmasına icazə verilməsi qərara alınmışdır. İşdə olan Lerik rayon İcra Hakimiyyəti başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 845 nömrəli arayışından görünür ki, İddiaçı Əvəzəlı oğlu həqiqətən ünvan 3 ünvanında qeydiyyatda olmasına baxmayaraq Lerik şəhəri Camal Şahiyev küçəsində yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********75 nömrəli məktubundan görünür ki, Lerik şəhəri ərazisində yerləşən Lerik rayon “XDS” Rəyasət Heyyətinin 20 fevral 1995-cı il tarixli 17 saylı qərarı əsasında fərdi yaşayış evinin tikintisindən ötrü ona ayrılmış həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair vahid daşınmaz əmlak obyekti olaraq yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi aşdırılarkən məlum olmuşdur ki, həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair vahid daşınmaz əmlak obyekti olaraq yaranmış hüquqların qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyi hüquqmüəyyənedici sənədlərlə faktiki vəziyyət, habelə arxiv və elektron baza məlumatları arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Sözü gedən torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, ilkin hüquqmüəyyənedici sənədlərin möhürlənmiş əsli deyil, yalnız kserosurətlə nişanlanmış surəti tərəfinizdən təqdim olunmuşdur. Məlumat üçün bildiririk ki, təqdim olunmuş sözü gedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən və faktiki yerində aparılan müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, həmin torpaq sahəsi mövcud DWG (xəritə) baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələri kimi qeyd olunmuş ərazidə yerləşir. Xidmət orqanı olaraq bildiririk ki, həmin torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması aidiyyəti sənədlərlə faktiki vəziyyət, habelə arxiv və elektron baza məlumatları arasında müəyyən uyğunsuzluqlar mövcud olduğu səbəbindən, icraatda olan hazırki ərizənizin icrası mümkün olmamışdır. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində sizin adınıza yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanuna müvafiq hesab edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9314 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-229/2024 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayon Xalq X11 Heyyətinin xx.xx.1995-ci il tarixli, 17 saylı qərarı ilə İddiaçı adına keçirilən yarımçıq tikinti və həmin tikintiyə aid 0,05 ha torpaq sahəsinin konkret yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd, yerləşmə, həndəsi ölçüləri və.s. əks olunan) və ayrıc aktı (qonşu torpaq sahələri əks olunan, hər hansı bir istinad nöqtəsi olan) inzibati iş materiallarına əlavə olunmadığından və ya mövcud olmadığından həmin 0,5 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun döngə nöqtələrinin koordinatları müəyyən olunmuş və ölçüsünün 0,34 ha olması müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-229/2024 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayon Xalq X11 Heyyətinin xx.xx.1995-ci il tarixli, 17 saylı qərarı ilə İddiaçı adına keçirilən yarımçıq tikinti və həmin tikintiyə aid 0,05 ha torpaq sahəsinə dair elektron kadastr xəritəsində məlumatların aşkar olunmaması müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-229/2024 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayon Xalq X11 Heyyətinin xx.xx.1995-ci il tarixli, 17 saylı qərarı ilə İddiaçı adına keçirilən yarımçıq tikinti və həmin tikintiyə aid 0,05 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən hüquqi statusunun-bələdiyyə mülkiyyətində, kateqoriyasının kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyasının örüş olması müəyyən edilmişdir. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-229/2024 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayon Xalq X11 Heyyətinin xx.xx.1995-ci il tarixli, 17 saylı qərarı ilə İddiaçı adına keçirilən yarımçıq tikinti və həmin tikintiyə aid 0,05 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamışdır. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-229/2024 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayon Xalq X11 Heyyətinin xx.xx.1995-ci il tarixli, 17 saylı qərarı ilə İddiaçı adına keçirilən yarımçıq tikinti və həmin tikintiyə aid 0,05 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin iddiaçının istifadəsində olması və həyətyanı sahə kimi istifadə edilməsi müşahidə edilmişdir. Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-229/2024 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən Lerik şəhər İnzibati Ərazi Dairəsinin ərazi hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Qərardadın yeddinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-229/2024 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı tərəfindən iddia olunan torpaq sahəsi üzərində tikililərin (yaşayış evi, tövlə, saray) mövcud olması müəyyən olunmuş və araşdırma zamanı həmin tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması müəyyən olunmuşdur. Qeyd olunur ki, tikililərin fotoşəkilləri iş materiallarına əlavə edilmişdir. Qərardadın səkkizinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-229/2024 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. İşdə olan Lerik rayon İcra Hakimiyyəti başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-65-13/2-798/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Lerik şəhər ərazi icra nümayəndəliyinin 14 №-li X10 Kitabının 11-ci səhifəsində (şəxsi hesab nömrəsi 1296 olmaqla) təsərrüfat başçısı kimi qeydə alınmışdır, həmin ev təsərrüfatı Lerik şəhəri, E.Qarayev küçəsində yerləşir, ailə uzun müddətdir ki, burada yaşayır və Lerik rayon XDS Rəyasət Heyətinin müvafiq qərarı ilə mülkiyyətinə verilmiş torpaq sahəsi hal-hazırda onun istifadəsindədir, bundan başqa torpaq sahəsində ölçüləri 20mx10m olan yardımçı tikili (tövlə) və ölçüləri 7mx4m olan qaraj vardır. İşdə olan Lerik rayon İcra Hakimiyyəti başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-65-13/2-799/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, həqiqətən Lerik şəhər ərazi icra nümayəndəliyinin 14 nömrəli X10 Kitabının 11-ci səhifəsində (şəxsi hesab nömrəsi 1296 olmaqla) Lerik şəhəri, E.Qarayev küçəsində 0,50 ha torpaq sahəsində yerləşən və əvvəllər Lerik Rayon İstehsal-lstehlak Kooperativinin balansında olan iki mərtəbəli, dörd otaqlı, ümumi sahəsi 126 kv.m olan yaşayış evi barədə qeyd vardır. Hal-hazırda fərdi yaşayış evi istismara yararlıdır və həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi idarəsi tərəfindən rəsmiləşdirilməsi məqsədəmüvafiqdir. İşdə olan Lerik bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 56-65-02/02-85 nömrəli məktubundan görünür ki, Lerik şəhər sakini İddiaçı mülkiyyətinə verilmiş 0.5 ha torpaq sahəsinin yerləşdiyi ətraf (qonşu) torpaq sahələrin və üzərində yerləşən fərdi yaşayış evlərinə dair Lerik bələdiyyəsində heç bir sənəd yoxdur. İşdə olan Lerik bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 30 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən də Lerik Rayon Xalq X11 Heyətinin 20 fevral 1995-cü il tarixli, 11 saylı qərarı ilə ona 0.5 ha torpaq sahəsi verilmiş və hal-hazırda həmin torpaq sahəsi (0.5 ha) vətəndaşın istifadəsindədir. Həmin torpaq sahəsinin onun istifadəsində olmasına bir etirazımız yoxdur. İşdə olan Lerik rayon İcra Hakimiyyəti başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-65-13/2-M-xx-xx/2025 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Lerik Rayon XDS Rəyasət Heyətinin 20 fevral 1995-ci il tarixli 11 saylı qərarı ilə 0,50 ha torpaq sahəsi verilmiş və hal-hazırda həmin torpaq sahəsi (0,50 ha) vətəndaşın istifadəsindədir. Həmin torpaq sahəsinin vətəndaşın mülkiyyətində qalmasına etiraz etmirlər. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X9 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X9 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X7 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X7 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X13rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X15rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (Lerik rayon Xalq X11 Heyətinin 20 fevral 1995-ci il tarixli, 17 saylı qərarını) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, qeyd olunan torpaq sahəsinə dair sənədlərin təqdim edilməməsi iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Məhkəmə sorğuları nəticəsində, eləcə də ekspert rəyinə əsasən imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9314 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Ekspert qarşısında qoyulmuş suallar verilən cavablara əsasən mübahisəli torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Eləcə də, ekspert rəyində bəzi sual cavablarında torpaq sahəsinin ölçüsünün 0,05 ha qeyd olunduğu müəyyən edilir ki, həmin hissəyə məhkəmə münasibət bildirərək qeyd edir ki, ekspert rəyinin verilməsi üçün iş materiallarına əlavə edilən materiallara, mütəxəssis rəyinə, sxemə və ekspert tərəfindən cavablandırılan digər sorğu cavablarına əsasən torpaq sahəsinin ölçüsündə qeyd edilən 0,05 ha-nın formal səhv olmuş, həmin sahə 0,5 ha kimi qeyd olunmalıdır. Qeyd edilən sübutlardan inzibati orqan tərəfindən verilən imtinanın əsaslarının mövcud olmadığı müəyyən edilir. Eləcə də, ekspert rəyinin cavabında Torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyil, faktiki istifadə üzrə koordinatları müəyyən edilərək yerquruluşu planına qeyd olunmuşdur, torpaq sahəsi iddiaçının istifadəsində olduğu, təyinatı üzrə istifadə edildiyi müəyyən edilir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Lerik rayon Xalq X11 Heyətinin 20 fevral 1995-ci il tarixli, 17 saylı qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən 20 fevral 1995-ci il tarixli qərar iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Göründüyü kimi iddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – Lerik rayon Xalq X11 Heyətinin qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədədir. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək torpaq sahəsinin dəyərini ödəmiş, həmin sənədin məzmununa uyğun davranmış, bununla da, iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçı təxminən 30 ilə yaxındır ki, qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. İddiaçı Lerik rayon X14 (XDS) Rəyasət Heyətinin 20 fevral 1995-ci il tarixli, 17 saylı qərarı ilə 0,34 ha torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. İmtina üçün digər bir əsas torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan kənd təsərrüfat təyinatlı örüş torpaq sahəsi olması ilə bağlı olmuşdur. Məhkəmə inzibati orqanın qeyd edilən hissədə imtinası əsassız hesab edir. Belə ki, M Lerik rayon X14 (XDS) Rəyasət Heyətinin 20 fevral 1995-ci il tarixli, 17 saylı qərarı qəbul edilən zaman Azərbaycan Respublikası ərazisində yerli özünüidarəetmə institutunun formalaşmadığı müəyyən edilir. Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilmişdir ki, qeyd edilən dövrdən sonra müvafiq AİKlarının qərarlarına əsasən müvafiq torpaq sahələri bələdiyyələrin mülkiyyətinə verilmişdir. Lakin, məhkəmə tərəfindən qeyd edilən istiqamətdə də tam araşdırılma aparılmış və Lerik rayon Lerik bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 30 nömrəli arayışına əsasən bələdiyyə tərəfindən mübahisəli torpaq sahəsinin İddiaçı istifadəsində olduğu qeyd edilmiş və iddia tələbinə etiraz etmədikləri müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Lerik rayonunun Lerik qəsəbəsində yerləşən və Lerik rayon X14 (XDS) Rəyasət Heyətinin 20 fevral 1995-ci il tarixli, 17 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş və faktiki istifadəsində olan 0,34 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə verilmiş ekspert rəyi ilə bağlı prosessual xərclər İddiaçı tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. Lerik rayonunun Lerik qəsəbəsində yerləşən və Lerik rayon X14 (XDS) Rəyasət Heyətinin 20 fevral 1995-ci il tarixli, 17 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş və faktiki istifadəsində olan 0,34 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar