Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2183/2024 16.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçının nümayəndəsi X8, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Mineral X1rşı “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X21 Ehtiyatları Agentliyinin xx.xx.2021-ci il tarixli 21 saylı qərarının və xx.xx.2020-ci il tarixli 23/20 saylı qərarının İddiaçı MMC-yə aid hissədə ləğv olunması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Mineral X1rşı “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X21 Ehtiyatları Agentliyinin xx.xx.2021-ci il tarixli 21 saylı qərarının və xx.xx.2020-ci il tarixli 23/20 saylı qərarının İddiaçı MMC-yə aid hissədə ləğv olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının və cavabdehin nümayəndəsi lazımi qaydada xəbərdar edilmişdirlər.Tərəflər məhkəmə iclasında iştirak edirlər. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1808/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X21 X3 xx.xx.2021-ci il tarixli, 21 nömrəli qərarı ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(106)-41/2023 nömrəli qərardadı ilə cavabdeh X21 X3 apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1808/2022 nömrəli qərarı ləğv edilmiş, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. İddiaçının nümayəndəsi X14 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, iddia tələbinin “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X21 Ehtiyatları Agentliyinin xx.xx.2021-ci il tarixli 21 saylı qərarının və xx.xx.2020ci il tarixli 23/20 saylı qərarının İddiaçı MMC-yə aid hissədə ləğv olunması” kimi baxılmasına davam etdirilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçının nümayəndəsi X14 müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin ərizəsi təmin edilmiş və buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X14 İddiaçı MMC-nin həm təsisçisi, həm də icraçı direktorudur. İddiaçı MMC-xx.xx.2002-ci ildə 0602Aİ-51 saylı qeydiyyat şəhadətnaməsi ilə Vergilər Nazirliyindən Dövlət Qeydiyyatından keçirilmiş, xx.xx.2011-ci ildə **********029900 saylı qeydiyyat şəhadətnaməsi ilə Dövlət reyestrindən təkrar keçirilmişdir. İddiaçı MMC-nin əsas fəaliyyət növü qum-çınqıl materiallarının hasilatı, emalı və satışı olmuşdur. Bu məqsədlə MMC İmişli Rayon İcra Hakmiyyətinə karxana fəaliyyəti üçün müraciət etmiş və müvafiq olaraq İmişli Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2014-cü il tarixli, 24 saylı sərancamı ilə və xx.xx.2014-cü il 05 saylı icarə müqaviləsi ilə 3.0 ha və xx.xx.2014-cü il tarixli, 303 saylı sərancamı və xx.xx.2014-cü il tarixli, 78 saylı icarə müqaviləsi ilə 8.0 ha torpaq sahəsi ayrılmışdır. Ötən dövr ərzində o, sahibkar olaraq istehsal fəaliyyətini təmin etmək məqsədi ilə həmin ərazilərdə vəsait xərcləmiş, əsas vəsaitlər və avdanlıqlar almış, enerji təchizatı xətləri, transformator yarımsatnsiyası, daş-doğrayan və çeşidləyən qurğuları, inzibati bina və köməkçi anbarlar tikib istifadəyə vermişdir. Hal-hazırda cəmiyyətdə 15 işçi heyəti çalışır və əmək haqqı alırlar. Bildirir ki, 3.0 ha ərazi istismarda olduğu müddətdə icarə müqaviləsində göstərilən bütün tələblərə tərəflərindən tam riayət olunmuş, icarə haqqları vaxtlı vaxtında ödənilmişdir. Lakin 8.0 ha ərazi isə tərəflərindən bu günə qədər obyektiv səbəblərdən istismar olunmamışdır. Belə ki, həmin ərazidə qonşu olan fiziki şəxslər onları həmin əraziyə buraxmamış, qoluzorluq etmiş və fəaliyyətlərinə mane olmuşlar. Münaqişə sonradan məhkəmə çəkişmələrində davam etmiş, tərəflərindən Şirvan İzibati-İqtisadi Məhkəməsində həmin şəxslərə qarşı iddia qaldırılmış və Şirvan İzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə (İş № 2-1-(086)-409/2018) həmin ərazi üçün müvafiq mərzçəkmə işlərinin aparılması (natuada yerlərin, sərhədlərin müəyyənləşdirilməsi və s.) öhdəliyi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin üzərinə qoyulmuşdur. Yasamal rayonu İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli, 101935/2018-53-8 saylı bildirişi ilə “Borclu” tərəfindən tələbin könüllü icrası tələb olunmuşdur. Çox təəsüflər olsun ki, bu günə qədər həmin məhkəmə qərarı icraçı şəxslərin məsuliyyətsizliyi ucbatından icra olunmamış olaraq qalır. Yuxarıda qeyd etdiyi kimi 8.0 ha torpaq sahəsində bu günə qədər heç bir hasilat işləri görülməmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X21 X3 mütəxəssisləri həmin ərazidə olarkən orada heç bir istehsal işlərinin görülmədiyi haqqında xx.xx.2020-ci ildə 63245 saylı akt tərtib etmişlər. Həmin akta görə yalnız 3.0 ha əraziyə cərimə tətbiq olunmuş, onlara yazılan cərimə ilə razılaşmamışlar və akta imza etməmişlər. Çünki Agentliyin əməkdaşları əraziyə baxışı onların nümayəndələrinin iştirakı olmadan keçirmişlər və burada 1976-cı ildən fəaliyyət göstərmiş Meliorasiya Nazirliyinin Qum-çınqıl zavodunun hasilatını onların işi kimi dəyərləndirmişlər və reallığa uyğun olmayan cərimə tətbiq etmişlər. Onlar dəfələrlə həmin quruma rəsmi şəkildə yazılmış aktın reallığa uyğun olmadığını və təkrar baxışın keçirilməsini xahiş etmişlər. Buna baxmayaraq qarşı tərəf Şirvan Kommersiya Məhkəməsində cərimənin ödənilməsi ilə bağlı iddia qaldırmış, məhkəmə prosesi davam etmiş, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli (İş № e-2-2(121)-l515/2021) qərardadı ilə işin hallarının araşdırılması üçün ekspertiza təyin etmiş, aradan 8 ay vaxt keçəndən sonra həmin məhkəmə iddia tələbini iddiaçıya geri qaytarmışdır. Məhkəmənin gedişində onlara məlum olmuşdur ki, X21 X5 tətbiq olunmuş cəriməni əsas gətirərək xx.xx.2022-ci il tarixli, 23 saylı qərarı ilə 011169 və 01030 saylı Dağ-Mədən ayırma aktlarını ləğv etmişdir və həmin vaxta qədər həmin qurum tərəfındən onlara heç bir rəsmi bildiriş göndərilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral X1rşı «Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X21 X5 iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, Agentlik “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Agentlik müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, tənzimləməni və nəzarəti həyata keçirən orqandır. Qeyd olunan səlahiyyətlər daxilində Agentlik tərəfindən Azərbaycan Respublikasının Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər planı”na uyğun olaraq çay hövzələrində yerləşən yataqlara baxış keçirilmişdir. Baxış zamanı Araz çayının hövzəsində yerləşən “Bəhrəmtəpə-İİ” yatağında qum-çınqıl hasilatı məqsədi ilə 07 may 2019-cu il tarixli, 01169 nömrəli Dağ-mədən ayırması aktı (DMAA) ilə İddiaçı MMC-yə ayrılmış 3,0 ha yer təki sahəsindən kənarda 20784 m3 qum-çınqıl qarışığı hasil edildiyi aşkar edilmişdir. Baxış zamanı xüsusi texnikanın işləməsi və çıxarılmış faydalı qazıntıların ərazidən daşınması müşahidə edilmişdir. Əraziyə monitorinq zamanı qanunla icazə ilə ayrılmış sərhədlər daxilində sahəsi 1.62 ha sahədə orta istismar dərinliyi 4 metr olmaqla 65152 m3, xaricində isə 0.48 ha sahədə orta istismar dərinliyi 4.33 metr olmaqla 20784 m3 həcmində hasilat aparılması müəyyən edilmişdir. İstismar işləri hidromexaniki üsulla aparılmış, karxana sahəsi “Bəhrəmtəpə-İİ” yatağı hüdudları daxilində yerləşmişdir. Göründüyü kimi, yerin təkinin mühafizə və səmərəli istifadə qaydaları (Yerin təki haqqında Qanunun 21-ci maddəsi) kobud şəkildə pozulmuşdur. X12 23 dekabr 2020-ci il tarixli, 23/20 nömrəli Qərarı ilə müvafiq icazə sənədi ilə İddiaçı MMC-yə ayrılmış yer təki sahəsindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə 2 ay müddətinə dayandırılmışdır.İcazənin dayandırıldığı müddət bitənədək hüququn dayandırılmasına əsas verən icazə şərtlərinin pozulması hallarını aradan qaldırılması barədə tədbirlər görmək öhdəliyi qoyulmuşdur. Lakin, İddiaçı MMC tərəfindən qeyd olunan öhdəlik yerinə yetirilməmişdir. Odur ki, müəyyən edilən müddət ərzində icazə hüququnun dayandırılmasına əsas olan halların aradan qaldırılmaması səbəbindən, X12 29 aprel 2021-ci il tarixli 23 saylı Qərarı ilə “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 6-cı bəndinə və “Lisenziyalar və icazələr haqqında” Qanunun 26.1.7-ci maddəsinə əsasən, yerin təkindən istifadə hüququ ləğv edilmişdir. “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli 2178 nömrəli Sərəncamına əsasən ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir. Əlavə olaraq bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları” ilə su mühafizə zonalarında su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan faydalı qazıntıların, boru, kabel və digər kommunikasiyaların çəkilməsi, ictimai-iaşə və digər xidmət müəssisələrinin yerləşdirilməsi, tikinti, partlayış, torpaq qazma, buruq qazma və digər işlərinin aparılması qadağan edilir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 09 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş Agentliyin Nizamnaməsinin (Nizamnamə) 3.1.19-cu bəndinə uyğun olaraq, Agentlik yerin təkindən istifadədə və onun mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmadıqda, yataqayırma hüdudundan kənara çıxılmaqla faydalı qazıntılar çıxarıldıqda bu sahədə fəaliyyət göstərən müəssisə və obyektlərin fəaliyyətini dayandırmaq, habelə “Lisenziyalar və icazələr haqqında” və “Yerin təki haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada yerin təkindən istifadə üçün verilmiş hüququ dayandırmaq və ya ləğv etmək səlahiyyətinə malikdir. Agentlik nəzarət orqanı olaraq yalnız sahibkarların maraqlarını yox, ətraf ərazilərdə yaşayan əhalinin, hər bir vətəndaşın sağlam ətraf mühitdə yaşamaq, təbii resurslardan istifadə etmək hüququ təmin edilməlidir. Bu səbəbdən ətraf mühitin mühafizəsini, təbii resursların səmərəli istifadəsini, gələcək nəsillər üçün qorunub saxlanmasını təmin etmək məqsədilə bəzi ekoloji cəhətdən təhlükədə olan yataqlarda hasilat işlərinin aparılması üçün verilmiş icazə sənədləri (“Dağ-mədən ayırması” aktları) Agentliyin qərarı ilə ləğv edilmişdir. Bu cür çətin və məsuliyyətli qərarın qəbul edilməsi hazırda regionda yaranmış ekoloji böhran vəziyyəti ilə səciyyələndirilmişdir. Agentlik inzibati orqan olaraq dövlətin ona verdiyi səlahiyyətlər çərçivəsində qərar qəbul edib. Qəbul edilmiş qərar ilk növbədə ətraf mühitin mühafizəsinə, faydalı qazıntıların səmərəli istifadəsinə yönəlmişdir. Oxşar mübahisələr üzrə tərəflərin maraqlarının qiymətləndirilməsi baxımından Ali Məhkəmənin mövqeyi isə belədir “fərdi sahibkarlıq fəaliyyəti ilə müqayisədə yerin təkindən səmərəli və təhlükəsiz istifadənin, yerin təkindən özbaşına istifadəyə yol verilməməsinin, həmçinin ətraf mühitin mühafizəsinin təmin edilməsində ifadə olunan cəmiyyətin üstün maraqları (publik maraqlar) ilk növbədə nəzərə alınmalıdır. “Yerin təki haqqında” Qanunun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında yerin təki hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Azərbaycan Respublikasının ərazisində yerin təki bütünlükdə vahid dövlət fondunu təşkil edir və bu fonda yer təkinin həm istifadə edilən, həm də istifadə edilməyən hissələri daxildir. Qanunun 10-cü maddəsinə əsasən, yer təki sahəsi istifadəçisinə yerin təki sahəsindən faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazə bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında “Dağ-mədən ayırması” statusunun müəyyən edilməsi şəklində verilir. Dağ-mədən ayırmasının ilkin hüdudları dağ-mədən ayırması statusu verilərkən müəyyən edilir. Hər bir istismarçı ona ayrılmış sahənin hüdudları daxilində hasilat işləri aparmalıdır. Dağ-mədən ayırmasının hüdudlarında aparılan hasilat qanunsuz və icazəsiz aparılmış hesab olunur. “Yerin təki haqqında” Qanunun 11-ci maddəsinə əsasən yer təkinin ayrı-ayrı sahələrindən istifadə ölkə təhlükəsizliyi və ətraf mühitin mühafizəsini təmin etmək məqsədilə məhdudlaşdırıla, yaxud qadağan edilə bilər. Digər məsələyə münasibətdə bildirirlər ki, Agentlik tərəfindən Azərbaycan Respublikasının Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər planı”na uyğun olaraq çay hövzələrində yerləşən yataqlara baxış zamanı Araz çayının hövzəsində yerləşən “Bəhrəmtəpə-İ” yatağında qum-çınqıl hasilatı məqsədi ilə 24 aprel 2018-ci il tarixli 01030 nömrəli Dağ-mədən ayırması aktı (DMAA) ilə İddiaçı MMC-yə ayrılmış 8 ha yertəki sahəsindən kənarda 2827 m3 qum-çınqıl qarışığı hasil edildiyi aşkar edilmişdir. Əraziyə monitorinq zamanı mərz nişanlarının mövcud olduğu, müxtəlif çalalar şəklində sahəsi 0.18 ha orta istismar dərinliyi 1.5 metr olmaqla 2827 m3 həcmində istismar aparıldığı müəyyən olunmuşdur. Əraziyə monitorinq zamanı fiziki şəxs Eldar Hüseynov nümayəndələri tərəfindən istismar işləri aparıldığı müəyyən olunmuş, həmçinin fiziki şəxs Eldar Hüseynova məxsus ələk və texnikanın fəaliyyəti müşahidə edilmişdir. Karxana sahəsi “Bəhrəmtəpə-İ” yatağı daxilində yerləşir. X21 X3 (Agentlik) İdarə Heyətinin xx.xx.2020-ci il tarixli, 23/20 nömrəli Qərarına əsasən, İddiaçı MMC-yə verilmiş 24 aprel 2018-ci il tarixli 01030 nömrəli “Dağ-mədən ayırması” aktının, ayrılmış yer təki sahəsinin istifadə olunmaması səbəbindən Agentliyə qaytarılmasının təmin edilməsi öhədiliyi qoyulmuşdur. Lakin, İddiaçı MMC tərəfindən qeyd olunan öhdəlik yerinə yetirilməmişdir. Odur ki, müəyyən edilən müddət ərzində icazə hüququnun dayandırılmasına əsas olan halların aradan qaldırılmaması səbəbindən, X12 29 aprel 2021-ci il tarixli, 21 saylı Qərarı ilə “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 6-cı bəndinə və “Lisenziyalar və icazələr haqqında” Qanunun 26.1.9-cu maddəsinə əsasən, yerin təkindən istifadə hüququ ləğv edilmişdir. “Yerin təki haqqında” Qanunun 18-ci maddəsinin 4-cü bəndinə əsasən, yer təkinin istifadəçisi icazədə göstərilən müddətdə yerin təkindən nəzərdə tutulan həcmdə istifadəyə başlamazsa yerin təkindən istifadə hüququ dayandırılır. Həmin Qanunun 19-cu maddəsinin 6-cı bəndinə əsasən, bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4cü bəndlərində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş Yer təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədi ilə “Dağ-mədən ayırması” statusunun verilməsi Qaydalarının 01 nömrəli Əlavəsinə əsasən, Yerin təkinin istifadəçisi “Dağ-mədən ayırması” aldıqdan iki il müddətində işə başlamamışdırsa “Dağ-mədən ayırması” aktı öz qüvvəsini itirir və Dövlət Mineral X1ytarılır. İnzibati Prosessual Məcəllənin 11-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İnzibati məhkəmə prosesində bərabərliyin təmin edilməsi tərəflərdən hər birinə öz mövqeyini tam ifadə etmək üçün hakim tərəfindən bərabər imkanların yaradılmasında ifadə olunur. Bu xüsusilə vəsatətlərin, izah və şərhlərin, şikayətlərin verilməsində, sübutların təqdim edilməsində və s. özünü biruzə verir. Qanun və məhkəmə qarşısında bərabərlik prinsipi habelə, hər bir inzibati işə eyni qaydada, eyni prosessual formada, prosesdə iştirak edən şəxslər üçün eyni təminatlarla baxılmasını təmin edir. Bununla da işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, tərəflərə məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılmalıdır. Göründüyü kimi, İddiaçı MMC-yə “Bəhrəmtəpə-İ” və “Bəhrəmtəpə-İİ” yataqlarından qum-çınqıl hasilatı məqsədilə verilmiş 24 aprel 2018-ci il tarixli 01030 nömrəli və 07 may 2019-cu il tarixli 01169 nömrəli “Dağ-mədən ayırması” Aktlarının ləğvi qanunamüvafiq qaydada həyata keçirilmişdir və bu səbəbdən onun iddia ərizəsi məhkəmə tərəfindən təmin olunmamalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X14 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə- iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı cavabdehin qərarları ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarları mübahisələndirmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İmişli Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2014-cü il tarixli, 303 nömrəli Sərancamının surətindən görünür ki, İddiaçı MMC-yə qumçınqıl materiallarının çıxarılması və istehsalı üçün Bəhrəmtəpə qəsəbəsi yaxınlığında Araz çayı yatağından 8,0 ha torpaq sahəsinin müvəqqəti istifadə hüququ ilə ayrılıb verilməsi qərara alınmışdır. «Torpaq sahəsinin icarəyə verilməsi haqqında» 30 dekabr 2014-cü il tarixli, 78 nömrəli müqavilənin surətindən görünür ki, İmişli Rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün 99 illik icarə müqaviləsi ilə 8,0 hektar torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X21 X3 İdarə heyətinin “Yerin təkindən istifadə üçün verilmiş hüququn ləğv edilməsi haqqında” 29 aprel 2021-ci il tarixli, 21 nömrəli qərarın surətindən görünür ki, 24 aprel 2018-ci il tarixli 01030 nömrəli “Dağ-mədən ayırması” aktı ilə İddiaçı MMC-yə verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinə əsasən ləğv edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin xx.xx.2018-ci il tarixli 01030 nömrəli Dağ-Mədən ayırması aktından görünür ki, İddiaçı MMC-yə Qum-çınqıl hasilatı üçün “Bəhrəmtəpə-İ” qum-çınqıl yatağından 8.0 ha torpaq sahəsi, 5 il müddətinə İddiaçı MMC-yə verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin xx.xx.2019-cu il tarixli 01169 nömrəli Dağ-Mədən ayırması aktından görünür ki, İddiaçı MMC-yə Qum-çınqıl hasilatı üçün “Bəhrəmtəpə-İ” qum-çınqıl yatağından 3.0 ha torpaq sahəsi, 5 il müddətinə İddiaçı MMC-yə verilmişdir. xx.xx.2014-ci il tarixli aktda qeyd edilmişdir ki, “Tural-Ş" MMC-nin direktoru X8 Rayon İcra Hakimiyyətinə daxil olmuş məktubuna əsasən Cəmiyyətə qum-çınqıl materiallarının çıxarılması ve istehsalı üçün Çaxırlı kəndi yaxınlığında, Bakı-Horadiz magistral avtomobil yolunun sol tərəfində olan dövlət asudə fondundan 3,0 ha torpaq sahəsinin ayrılmasını müəyyən etdik. Ayrılmış ərazidən qum-çınqıl materiallarının çıxarılması və istehsalına Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X11 və X16 Agentliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırıldıqdan sonra başlanılması məqsədəuyğundur. Ayrılmış ərazi ölçülərinə və yerləşməsinə görə qüvvədə olan ekoloji, sanitariya və yanğından mühafizə norma və qaydalarına tam uyğundur. xx.xx.2017-ci il tarixli aktda qeyd edilmişdir ki, “Tural-Ş" MMC-nin direktoru X8 Rayon İcra Hakimiyyətinə daxil olmuş məktubuna əsasən Cəmiyyətə qum-çınqıl materiallarının çıxarılması ve istehsalı üçün Çaxırlı kəndi yaxınlığında, Bakı-Horadiz magistral avtomobil yolunun sol tərəfində olan dövlət asudə fondundan 3,0 ha torpaq sahəsinin ayrılmasını müəyyən etdik. Ayrılmış ərazidən qum-çınqıl materiallarının çıxarılması və istehsalına Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X11 və X16 Agentliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırıldıqdan sonra başlanılması məqsədəuyğundur. Ayrılmış ərazi ölçülərinə və yerləşməsinə görə qüvvədə olan ekoloji, sanitariya və yanğından mühafizə norma və qaydalarına tam uyğundur. X21 X3 İdarə Heyətinin 23/20 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, 2018-2019-cu illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Baş Prokurorluq ilə birlikdə faydalı qazıntı yataqlarında yoxlamalar aparmışdır. Həmin vaxt aşkar edilmiş pozuntulara (kənaraçıxmalara) görə təyin edilmiş cərimə tədbirlərindən heç bir nəticə çıxarılmamışdır. Bu günə qədər bir çox sahələrin hüdudlarında mərz nişanları mövcud olmadığından ayrılmış sahələrdən kənarda hasilat işləri davam etdirilmiş, ayrılmış sahələr üçüncü şəxslərin qanunsuz istifadəsinə (subicarəyə) verilmiş, istismar işləri bəzi sahələrdə 10-20 metr dərinliyə qədər aparılmışıdır. Sonuncu hal həmin ərazidə ekoloji tarazlığın pozulması və yatağın faydalı qazıntı ehtiyatlarının tükənməsi ilə nəticələnməsinin qarşısını almaq məqsədi ilə “Tural-Ş" MMC və digərlərinin istifadəsində olan “Dağ-mədən ayırması” Aktı ilə ayrılmış sahədən kənarda fəaliyyət göstərən istismarçılara yerin təkindən istifadə üçün verilmiş hüquq dayandırılmışdır. Azərbaycan Respublikasi Ekologiya və Təbii Sərvətlər Nazirliyi X21 X3 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-14-19/2-533/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, 2018-2019-cu illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Baş Prokurorluq ilə birlikdə faydalı qazıntı yataqlarında yoxlamalar aparılmışdır. Həmin vaxt aşkar edilmiş pozuntulara (kənaraçıxmalara) görə təyin edilmiş cərimə tədbirlərindən heç bir nəticə çıxarılmamışdır. Bu günə qədər bir çox sahələrin hüdudlarında mərz nişanları mövcud olmadığından ayrılmış sahələrdən kənarda hasilat işləri davam etdirilmiş, həmin sahələr üçüncü şəxslərin qanunsuz istifadəsinə verilmiş, istismar işləri bəzi sahələrdə 10-20 metr dərinliyə qədər aparılmışıdır. Sonuncu hal həmin ərazidə ekoloji tarazlığın pozulması, faydalı qazıntı ehtiyatlarının tükənməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikasının Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022- ci illər üçün Tədbirlər planf’na uyğun olaraq çay hövzələrində yerləşən yataqlara yenidən baxış keçirilmişdir. Sözügedən tədbirlər çərçivəsində İmişli rayonu ərazisində yerləşən "Bəhrəmtəpə-2” yatağında qumçınqıl hasilatı məqsədi ilə 7 may 2019-ci il tarixli 01169 nömrəli "Dağ- mədən ayırması” aktı (DMAA) ilə sizə ayrılmış 3 ha yer təki sahəsinə tərəfinizdən icazə şərtlərinin və qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin yoxlanılması məqsədi ilə monitorinq keçirilmişdir. Monitorinq zamanı icazə şərtlərinin və qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilmişdir. X21 X3 (Agentlik) İdarə Heyətinin 23 dekabr 2020-ci il tarixli 23/20 nömrəli Qərarı ilə müvafiq icazə sənədi ilə sizə ayrılmış yer təki sahəsindən istifadə hüququ icazə şərtlərinin və yerin təkindən istifadə qayda və normativlərinin pozulmasına görə 2 ay (xx.xx.2021-ci il tarixədək) müddətinə dayandırılmışdır, icazənin dayandırıldığı müddət bitənədək aşkar edilmiş pozuntuların aradan qaldırılması məqsədi ilə aşağıdakı məcburi göstərişlər verilir: DMAA ilə ayrılmış yer təki sahələrinin hüdudlarından kənarda aparılmış hasilat nəticəsində vurulmuş ziyan ödənilsin; 2021-ci il üçün Dağ-mədən X17 tərtib edilsin və istehsal ona uyğun olaraq aparılsın. Nəzərinizə çatdırırıq ki, ayrılmış sahənin hüdudlarından kənarda 20784 m3 qum- çınqıl qarışığı hasil edilmişdir. Yataqayırma hüdudlarından kənarda aparılmış hasilat nəticəsində vurulmuş ziyanın araşdırılması məqsədi ilə hüquq-mühafizə orqanlarına müraciət ediləcəkdir. Məcburi göstərişlər icra edildikdən sonra onların nəticəsi barədə Agentliyə 3 iş günü müddətində yazılı məlumat verilməlidir. xx.xx.2021-ci il tarixədək istifadə hüququn dayandırılmasına əsas olan hallar aradan qaldırılmadıqda “Yerin təki haqqında" Qanunun 19-cu maddəsinin 7-ci bəndinə və "Lisenziyalar və icazələr haqqında” Qanunun 26.1.7-ci maddəsinə əsasən yerin təkindən istifadə hüququnun ləğv edilməsi məsələsinə X18 tərəfindən baxılacaqdır. Azərbaycan Respublikasi Ekologiya və Təbii Sərvətlər Nazirliyi X21 X3 İdarə Heyətinin 21 nömrəli, xx.xx.2021-ci il tarixli yerin təkindən istifadə üçün verilmiş hüququn ləğv edilməsi haqqında qərarından görünür ki, X21 X3 (Agentlik) İdarə Heyətinin xx.xx.2020-ci il tarixli 23/20 nömrəli Qərarına əsasən, 07 may 2019-ci il tarixli 01169 nömrəli “Dağ-mədən ayırması” aktı ilə İddiaçı MMC-yə verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə 3 ay müddətinə dayandırılmışdır. Qeyd olunan qərara əsasən, “Tural-Ş" MMC-nin üzərinə icazənin dayandırıldığı müddət bitənədək hüququn dayandırılmasına əsas verən icazə şərtlərinin pozulması hallarını aradan qaldırılması barədə tədbirlər görmək və nəticəsi barədə Agentliyə 3 iş günü müddətində yazılı məlumat vermək öhdəliyi qoyulmuşdur. Lakin, İddiaçı MMC tərəfindən qeyd olunan öhdəlik yerinə yetirilməmişdir. Odur ki, müəyyən edilən müddət ərzində icazə hüququnun dayandırılmasına əsas olan hallar aradan qaldırılmaması səbəbindən, “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 6-cı bəndinə və “Lisenziyalar və icazələr haqqında” Qanunun 26.1,7-ci maddəsinə əsasən, yerin təkindən istifadə hüququnuz ləğv edilir. “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli 2178 nömrəli Sərəncamına əsasən ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin eaııməsı ıstıqamətınaə təxııəsaıınmaz ləuuınənıı nəyaıa keçirilməsini şərtləndirir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları" ilə su mühafizə zonalarında su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan faydalı qazıntıların, boru, kabel və digər kommunikasiyaların çəkilməsi, ictimai-iaşə və digər xidmət müəssisələrinin yerləşdirilməsi, tikinti, partlayış, torpaq qazma, buruq qazma və digər işlərinin aparılması qadağan edilir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 09 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş Agentliyin Nizamnaməsinin (Nizamnamə) 3.1.19-cu bəndinə uyğun olaraq, Agentlik yerin təkindən istifadədə və onun mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmadıqda, yataqayırma hüdudundan kənara çıxılmaqla faydalı qazıntılar çıxarıldıqda bu sahədə fəaliyyət göstərən müəssisə və obyektlərin fəaliyyətini dayandırmaq, habelə “Lisenziyalar və icazələr haqqında” və “Yerin təki haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada yerin təkindən istifadə üçün verilmiş hüququ dayandırmaq və ya ləğv etmək səlahiyyətinə malikdir. Yuxarıda qeyd olunanları, “Yerin təki haqqında" Qanunun 19-cu maddəsinin 6-cı hissəsini və “Lisenziyalar və icazələr haqqında” Qanunun 26.1.7-ci maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2019cu il 09 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş Agentliyin Nizamnaməsinin (Nizamnamə) 3.1.19-cu, 3.2.10-cu və 4.5.21- ci bəndini rəhbər tutaraq, 07 may 2019-ci il tarixli 01169 nömrəli “Dağ-mədən ayırması" aktı ilə İddiaçı MMC-yə verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında" Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə bu qərar imzalandığı gündən ləğv edilsin. Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsi bu Qərarı 2 (iki) iş günü müddətində İddiaçı MMC-yə təqdim olunması və ya sifarişli poçt göndərişi vasitəsi ilə göndərilməsini və yeri təki istifadəçisinə aid torpaqayırma sənədlərinin (sərəncam, qərar, müqavilə və sair) ləğv olunması ilə bağlı aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə müraciət göndərilməsini təmin etsin. Bu Qərardan Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 72.1-ci və “Lisenziyalar və icazələr haqqında” Qanununun 26.4-cü maddələrinə erilə bilər. Azərbaycan Respublikasi Ekologiya və Təbii Sərvətlər Nazirliyi X21 X3 iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, 36/238 nömrəli məktubunda qeyd edilmişdir ki, İmişli rayonu ərazisində yerləşən “Bəhrəmtəpə-İ” yatağında qum-çınqıl hasilatı məqsədi ile 24 aprel 2018-ci il tarixli 01030 nömrəli "Dağ-mədən ayırması” Aktı ilə sizə ayrılmış 8 ha yer təki sahəsinə tərəfinizdən icazə şərtlərinin və qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin yoxlanılması məqsədi ilə baxış keçirilmişdir. Baxış zamanı yerin təki sahəsinin istismar edilməməsi müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, Nazirlər Kabinetinin 9 yanvar 1999-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Yer təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədi ilə "Dağ-mədən ayırması" statusunun verilməsi Qaydalarına” uyğun olaraq Yerin təkinin istifadəçisi "Dağ-mədən ayırması" aldıqdan iki il müddətində işə başlamamışdırsa "Dağ- mədən ayırması" aktı öz qüvvəsini itirir və X21 X4 (Agentlik) qaytarılır. Qeyd edilənləri nəzərə alaraq, ayrılmış sahədə fəaliyyət göstərmədiyiniz təqdirdə 01127 nömrəli “Dağ-mədən ayırması” Aktının əslini Agentliyə təhvil verməyiniz tələb olunur. Azərbaycan Respublikasi Ekologiya və Təbii Sərvətlər Nazirliyi X21 X3 iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, 36/238 nömrəli məktubunda qeyd edilmişdir ki, 2018- 2019-cu illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Baş Prokurorluq ilə birlikdə faydalı qazıntı yataqlarında yoxlamalar aparılmışdır. Həmin vaxt aşkar edilmiş pozuntulara (kənaraçıxmalara) görə təyin edilmiş cərimə tədbirlərindən heç bir nəticə çıxarılmamışdır. Bu günə qədər bir çox sahələrin hüdudlarında mərz nişanları mövcud olmadığından ayrılmış sahələrdən kənarda hasilat işləri davam etdirilmiş, həmin sahələr üçüncü şəxslərin qanunsuz istifadəsinə verilmiş, istismar işləri bəzi sahələrdə 10-20 metr dərinliyə qədər aparılmışıdır. Sonuncu hal həmin ərazidə ekoloji tarazlığın pozulması, faydalı qazıntı ehtiyatlarının tükənməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikasının Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ile təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022- ci illər üçün Tədbirlər p!am”na uyğun olaraq çay hövzələrində yerləşən yataqlara yenidən baxış keçirilmişdir. Sözügedən tədbirlər çərçivəsində İmişli rayonu ərazisində yerləşən “Bəhremtəpə-2” yatağında qumçınqıl hasilatı məqsədi ilə 7 may 2019-ci il tarixli 01169 nömrəli “Dağ- mədən ayırması” aktı (DMAA) ilə sizə ayrılmış 3 ha yer təki sahəsinə tərəfinizdən icazə şərtlərinin və qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin yoxlanılması məqsədi ilə monitorinq keçirilmişdir. Monitorinq zamanı icazə şərtlərinin və qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilmişdir. X21 X3 (Agentlik) İdarə Heyətinin 23 dekabr 2020-ci il tarixli 23/20 nömrəli Qərarı ilə müvafiq icazə sənədi ilə sizə ayrılmış yer təki sahəsindən istifadə hüququ icazə şərtlərinin və yerin təkindən istifadə qayda və normativlərinin pozulmasına görə 2 ay (xx.xx.2021-ci il tarixədək) müddətinə dayandırılmışdır. İcazənin dayandırıldığı müddət bitənədək aşkar edilmiş pozuntuların aradan qaldırılması məqsədi ilə aşağıdakı məcburi göstərişlər verilir: DMAA ilə ayrılmış yer təki sahələrinin hüdudlarından kənarda aparılmış hasilat nəticəsində vurulmuş ziyan ödənilsin; 2021-ci il üçün Dağ-mədən X17 tərtib edilsin və istehsal ona uyğun olaraq aparılsın. Nəzərinizə çatdırırıq ki, ayrılmış sahənin hüdudlarından kənarda 20784 m3 qum- çınqıl qarışığı hasil edilmişdir. Yataqayırma hüdudlarından kənarda aparılmış hasilat nəticəsində vurulmuş ziyanın araşdırılması məqsədi ilə hüquq-mühafizə orqanlarına müraciət ediləcəkdir. Məcburi göstərişlər icra edildikdən sonra onların nəticəsi barədə Agentliyə 3 iş günü müddətində yazılı məlumat verilməlidir. xx.xx.2021-ci il tarixədək istifadə hüququn dayandırılmasına əsas olan hallar aradan qaldırılmadıqda “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 7-ci bəndinə və “Lisenziyalar və icazələr haqqında” Qanunun 26.1.7-ci maddəsinə əsasən yerin təkindən istifadə hüququnun ləğv edilməsi məsələsinə X18 tərəfindən baxılacaqdır. Azərbaycan Respublikasi Ekologiya və Təbii Sərvətlər Nazirliyi X21 X3 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-14-19/2-744/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, X12 xx.xx.2020-ci il tarixli 23/20 saylı qərarı ilə xx.xx.2018- ci il tarixli 01030 nömrəli “Dağ-mədən ayırması” aktı (8 ha sahə) ilə ayrılmış sahədən istifadə etməyən "xxxx" MMC-yə müvafiq bildiriş göndərilərək icazə sənədinin əslinin Agentliyə qaytarılmasının təmin edilməsi qərara alınmışdır. Qərarın icrası ilə əlaqədar olaraq 01030 nömrəli “Dağ-mədən ayırması” aktının əslinin geri qaytarılması haqqında xx.xx.2020-ci il tarixli, 36/238 saylı İddiaçı MMC-yə bildiriş ünvanlanmışdır. İddiaçı MMC istismar edilməyən sahənin geri qaytarılması haqqında xx.xx.2020-ci il tarixli, 36/238 saylı bildirişə cavab olaraq 11.01,2021-ci il tarixli 01 saylı məktubla Agentliyə müraciət edərək xx.xx.2018-ci il tarixli 01030 nömrəli “Dağ-mədən ayırması” aktı (8 ha sahə) ilə ayrılmış sahədən obyektiv səbəbdən istifadə etmək imkanlarının olmadığını qeyd etmişdir. Göründüyü kimi İddiaçı MMC xx.xx.2021 -ci il tarixli 01 saylı məktubla X12 xx.xx.2020-ci il tarixli 23/20 saylı qərarından məlumatlı olduğunu özü təsdiq etmişdir. Lakin iddiaçı həmin vaxt sözügedən qərarı məhkəmədə mübahisələndirməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə xx.xx.2020- ci il tarixli 23/20 saylı qərarın ona aid hissədə ləğv edilməsi barədə iddia ərizəsilə Şirvan İnzibati Məhkəməsinə müraciət etsə də, prosessual müddəti üzürsüz səbəbdən buraxmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı MMC prosessual müddəti buraxmaqla məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyindən onun iddia ərizəsinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini Sizdən xahiş edirik. Azərbaycan Respublikası İmişli Rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral X1rşı “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X21 X3 xx.xx.2021-ci il tarixli, 21 saylı qərarının və xx.xx.2020-ci il tarixli qərarının İddiaçı MMC-yə aid hissədə ləğv olunması” tələbinə dair inzibati işin icraatı ilə əlaqədar olaraq bildiririk ki, İddiaçı MMC-yə İmişli Rayon İcra Hakimiyyəti başçısının 30 yanvar 2014-cü il tarixli, 24 saylı Sərəncamı ilə 3,0 ha və 30 dekabr 2014-cü il tarixli, 03 saylı Sərəncamı ilə isə 8,0 ha torpaq sahəsi qum-çınqıl materiallarının çıxarılması üçün ayrılıb icarəyə verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X21 X3 mütəxəssisləri İmişli rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı monitorinq apararaq müəyyən etmişdir ki, İddiaçı MMC qum-çınqıl materiallarının çıxarılması zamanı yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunların tələblərini pozmuş və bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X21 X5 İdarə Heyətinin qərarı ilə İddiaçı MMC-yə 24 aprel 2018-ci il tarixdə verilmiş 01030 saylı dağ-mədən ayırması ləğv edilmişdir. Bununla bağlı imişli Rayon icra Hakimiyyəti tərəfindən fəaliyyətinin dayandırılması və torpaq sahəsinin rekultivasiya olunaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə İddiaçı MMC-yə məktub göndərilmişdir. Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən Rayon İcra Hakimiyyətinə daxil olmuş 10 dekabr 2021-ci il tarixli, 40276/26477 saylı məktubunda İmişli rayonu ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarının və o cümlədən İddiaçı MMC-nin fəaliyyəti nəticəsində Araz çayının məcrasının hidrogeomorfoloji (dərinləşməsi və genişlənməsi), ətraf ərazilərin hidrogeoekoloji (yeraltı suların səviyyəsinin kəskin aşağı düşməsi və şorlaşması) şəraitinin neqativ yöndə dəyişilməsinə səbəb olduğu göstərilmiş və bununla əlaqədar olaraq qum-çınqıl karxanaları üzrə torpaq ayırma sənədlərinin yerli icra hakimiyyətləri tərəfindən ləğv edilməsi tövsiyə edilmişdir. İddiaçı MMC-nin fəaliyyət göstərməsi üçün hüquqi icazə sənədləri olmadığına, dövlət və ictimai maraqlara ziyan vurduğuna görə qum-çınqıl çıxarılması məqsədi ilə İddiaçı MMC-yə torpaq sahəsinin icarəyə verilməsi barədə Rayon İcra Hakimiyyəti başçısının sərəncamı - inzibati akt “İnzibati icraat haqqında” Qanuna uyğun olaraq ləğv edilmişdir. Azərbaycan Meliorasiya və X24 Səhmdar Cəmiyyətinin cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Meliorasiya və X25 Səhmdar Cəmiyyətində Sizin, Araz çayının yatağında İmişli rayonunda "İmişli’', "Bəhrəmtəpə 1” və "Bəhrəmtəpə 2” qum-çınqıl yataqları ərazilərində 12 sahədə və Saatlı rayonunda "Hacıqasımlı” qum-çınqıl yatağında 1,5 ha sahədə karxana fəaliyyətinin aparılmasına münasibət bildirilməsi ilə bağlı müraciətinizə baxılmışdır. Qeyd olunan məsələ ilə bağlı Cəmiyyətin mütəxəssisləri tərəfindən bir daha müvafiq araşdırmalar aparılmış və müəyyən edilmişdir ki, Araz çayının üzərində həcmi 1,35 milyard m3 olan Araz su anbarı və həcmi 1,6 milyard m3 olan Xudafərin su anbarı, eləcə də ondan aşağı hissədə Qız-Qalası hidroqovşağı inşa edildiyindən, Araz çayının sülb (bərkgətirmələr) rejimi çayın aşağı axarında əsaslı surətdə dəyişmiş və su anbarlarında dib gətirmələri ilə yanaşı, asılı gətirmələrdə tam şəkildə həmin qurğularda çökdüyündən çayın məcrasının özündən və çaybasar ərazisindən qazılıb çıxarılan qeyri-filiz inşaat materialları bərpa olunma imkanlarına malik deyildir. Çay məcrasından, eləcə də məcraya bitişik ərazilərdən inert materialları götürüləcəyi təqdirdə çayın gursululuq dövründə çayda təhlükəli plan və dərinlik deformasiyaları baş verəcəkdir və bu da çay məcrasının dayanıqlılığının itirilməsinə səbəb olacaqdır. Həmçinin bildiririk ki, Saatlı rayonunda “Hacıqasımlı” qumçınqıl yatağı ərazisinin yaxınlığında Saatlı suvarma sistemləri idarəsinin balansında olan nasos stansiyaları vasitəsilə Araz çayının bu hissələrindən su götürüldüyündən təklif edilən 1,5 ha sahədən inert materialları çıxarılacağı təqdirdə suyun götürülməsində ciddi çətinliklər yarancaq və nasos stansiyaların iş rejimi pozulacaqdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Araz çayının keçdiyi İmişli, Saatlı və Sabirabad rayonlarında onun məcrasında və mühafizə zonasına düşən sahələrdə (500 metr məsafədə) karxana fəaliyyətinin aparılması mütəxəssislər tərəfindən məqsədəuyğun hesab edilmir. Şirvan İnzibati-İqtisadi Məhkməsinin 06 mart 2018-ci il tarixli 2-1(086)-409/2018 saylı Qərarına əsasən İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılması” tələbinə dair iddiası təmin edilmiş və iddiaçının istifadəsində olan 8.0 ha torpaq sahəsində müvafiq mərzçəkmə işlərinin aparılması öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məhkəməyə ünvanladığı 02 may 2018-ci il tarixli məktubundan müəyyən olunur ki, həmin torpaq sahəsində mübahisə olduğu və mərzçəkmə işlərinin aparılmasına maneə yaradıldığından məhkəmə qərarının icrası mümkün olmamışdır. Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin 07 may 2018-ci il tarixli qərarında Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 06 mart 2018-ci il tarixli 2-1(086)- 409/2018 saylı icra sənədi üzrə icraata başlamaq qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsi 07 may 2018-ci il tarixli qərarında Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 14 iyul 2020-ci il tarixli “Tələbkar öz hərəkətləri ilə icra sənədinin icrasına mane olması haqqında” qərar qəbul etmiş və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8-1(120)-8/2021 saylı Qərardadı ilə həmin qərar ləğv edilmiş və icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC-yə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün Bəhrəmtəpə qəsəbəsi yaxınlığında Araz çayı yatağından 8,0 ha torpaq sahəsinin müvəqqəti istifadə hüququ ilə ayrılıb verilmiş, eləcə də İmişli Rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün 99 illik icarə müqaviləsi ilə 8,0 hektar torpaq sahəsi ayrılmışdır. Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 24 aprel 2018-ci il tarixli, 01030 nömrəli Dağ-mədən ayırması aktına əsasən, İddiaçı MMC-yə qum-çınqıl hasilatı məqsədilə “Bəhrəmtəpə-İ” qəsəbəsi yaxınlığında, Araz çayı yatağından 5 il müddətinə 8,0 hektar sahə ayrılmış, Agentlik tərəfindən Azərbaycan Respublikasının Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər planı”na uyğun olaraq çay hövzələrində yerləşən yataqlara baxış zamanı Araz çayının hövzəsində yerləşən “Bəhrəmtəpə-İ” yatağında qum-çınqıl hasilatı məqsədi ilə 24 aprel 2018-ci il tarixli 01030 nömrəli Dağ-mədən ayırması aktı (DMAA) ilə İddiaçı MMC-yə ayrılmış 8 ha yertəki sahəsindən kənarda 2827 m3 qum-çınqıl qarışığı hasil edildiyi aşkar edilmişdir. Əraziyə monitorinq zamanı mərz nişanlarının mövcud olduğu, müxtəlif çalalar şəklində sahəsi 0.18 ha orta istismar dərinliyi 1.5 metr olmaqla 2827 m3 həcmində istismar aparıldığı müəyyən olunmuşdur. Əraziyə monitorinq zamanı fiziki şəxs Eldar Hüseynovun nümayəndələri tərəfindən istismar işləri aparıldığı müəyyən olunmuş, həmçinin fiziki şəxs Eldar Hüseynova məxsus ələk və texnikanın fəaliyyəti müşahidə edilmişdir. X21 X3 (Agentlik) İdarə Heyətinin xx.xx.2020-ci il tarixli, 23/20 nömrəli Qərarına əsasən, İddiaçı MMC-yə verilmiş 24 aprel 2018-ci il tarixli 01030 nömrəli “Dağ-mədən ayırması” aktının, ayrılmış yer təki sahəsinin istifadə olunmaması səbəbindən Agentliyə qaytarılmasının təmin edilməsi öhədiliyi qoyulmuş, lakin, İddiaçı MMC tərəfindən qeyd olunan öhdəlik yerinə yetirilməmişdir. Odur ki, müəyyən edilən müddət ərzində icazə hüququnun dayandırılmasına əsas olan halların aradan qaldırılmaması səbəbindən, X12 29 aprel 2021-ci il tarixli, 21 saylı Qərarı ilə “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 6-cı bəndinə və “Lisenziyalar və icazələr haqqında” Qanunun 26.1.9-cu maddəsinə əsasən, yerin təkindən istifadə hüququ ləğv edilmişdir. Hazırda İddiaçı MMC Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X21 Ehtiyatları Agentliyinin xx.xx.2021-ci il tarixli 21 saylı qərarının və xx.xx.2020-ci il tarixli 23/20 saylı qərarının İddiaçı MMC-yə aid hissədə ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərlə həmçinin müəyyən edilmişdir ki, İddiaçı MMC-yə ayrılmış 8 ha yertəki sahəsindən kənarda 2827 m3 qumçınqıl qarışığı hasil edildiyi aşkar edilsə də, hasilat İddiaçı MMC tərəfindən yox, İddiaçı MMC-yə aidiyyəti olmayan, yəni fiziki şəxs olan Eldar Hüseynovun nümayəndələri tərəfindən istismar işləri aparıldığı müəyyən edilmişdir. Cavabdeh inzibati orqanın yerin təkindən istifadə hüququnun ləğv edilməsinə əsas olan səbəbiİddiaçı MMC tərəfindən ona ayrılmış yer təki sahəsinin istifadə olunmaması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-409/2018 saylı, 06 mart 2018-ci il tarixli qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “torpaq sahəsi üzərində müvafiq mərzçəkmə işlərinin aparılması” barədə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üzərinə İmişli Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2014-cü il tarixli, 303 nömrəli Sərancamı və bu sərancama əsasən İddiaçı MMC ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 78 nömrəli icarə müqaviləsi ilə 99 illik İddiaçı MMC-nin istifadəsinə verilmiş 8,0 ha torpaq sahəsində müvafiq mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi və s.) öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Sözügedən qərar qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 xx.xx.2018-ci il tarixli “İcraata başlamaq haqqında” qərarına əsasən icra sənədi üzrə icraata başlanılmış və “Tələbin könüllü icrası haqqında” bildirişlə birlikdə icra olunması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə göndərilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 2-1(086)-409/2018 saylı, 06 mart 2018-ci il tarixli qərarının icrası məqsədilə 30 aprel 2018-ci il tarixində Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Beyləqan Layihə-Tədqiqat idarəsinin mütəxəssisləri sözügedən ərazidə olmuş, lakin qonşu istifadəçilər tərəfindən mərzçəkmə işlərinin aparılmasına maneə yaradıldığından məhkəmə qərarının icrası mümkün olmamışdır. Hal-hazırda da sözügedən məhkəmə qərarı icra olunmamışdır. Yuxarıda sadalanan hallar onu deməyə əsas verir ki, İddiaçı MMC tərəfindən ona ayrılmış yer təki sahəsindən ötən dövr ərzində təyinatı üzrə istifadə olunmaması MMC-nin təqsiri ucbatındən yox, qeyd edilən məlum obyektiv səbəblərdən, yəni digər üçüncü şəxslərin mülkiyyətdən istifadəyə maneə yaratmaları səbəbindən meydana gəlmişdir.Cavabdeh inzibati orqan həmin mübahisədən məlumatlı olmuşdur. Məhkəmə qeyd edir ki, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Məhkəmə icraatı zamanı X18 tərəfindən mübahisəli aktların qəbul edilməsi zamanı Qanunda nəzərdə tutulan prosedura riayət olunmamış, belə ki, aktın ləğv edilməsinə əsas olan səbəblər, mülkiyyətdən istifadəyə maneə olmuş faktiki hallar araşdırılmamış, tam araşdırılma aparmadan natamam şəkildə formal əsaslarla istinad edərək inzibati akt qəbul edilmiş, o cümlədən inzibati icraatın aparılmasının qanunamüvafiqliyini təsdiq edən sənədlər, o cümlədən yuxarıda qeyd edilən xüsusatların araşdırılmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, mübahisələndirilən qərar “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin yuxarıda istinad edilən müddəalarının tələblərinə uyğun olmadığından qanunsuzdur və ləğv edilməlidir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19. Yerin təkindən istifadə hüququnun dayandırılması, ləğvi və yenidən rəsmiləşdirilməsi qaydası Yerin təkindən istifadə hüququnun dayandırılması “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. ... Yerin təkindən istifadə hüququnun ləğvi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4cü bəndlərində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 25. Lisenziyanın və icazənin dayandırılması 25.1. Lisenziya və icazə aşağıdakı hallarda dayandırılır: ... 25.1.2. lisenziyanın (icazənin) sahibi lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə; Maddə 26. 26.1. Lisenziya və icazə aşağıdakı hallarda ləğv edilir: 26.1.1. lisenziyanın (icazənin) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; 26.1.2. lisenziyanın (icazənin) müddəti bitdikdə; 26.1.3. lisenziyanın (icazənin) sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə; 26.1.4. lisenziyanın (icazənin) sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə; 26.1.5. məhkəmənin müvafiq qərarı olduqda; 26.1.6. lisenziyanın və icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə; 26.1.7. bu Qanunun 25.4-cü maddəsində göstərilən məsələ ilə bağlı lisenziya və icazə verən orqana yazılı məlumat verilmədikdə; 26.1.8. lisenziyada göstərilmiş fəaliyyət növü və icazə lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısından çıxarıldıqda; 26.1.9. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci və 2.0.11-ci maddələrinə görə, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 13-cü maddəsində etimad hüququnun qorunması prinsipi müəyyən olunaraq qeyd olunmuşdur ki,inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-ci maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-ci maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, sübutetmə yükü qanunveriсiliklə üzərinə qoyulan tərəf kimi сavabdeh tərəfindən mübahisəli inzibati aktın qəbuluna əsas olmuş faktiki şərtlərin mövсudluğu iş üzrə sübuta yetirilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «X7rşı» iş üzrə xx.xx.2005-сi il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə 1 saylı Protokolun 1-сi maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik сəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, сavabdehin mübahisəli inzibati aktları qanuna ziddir və bunun nətiсəsində iddiaçının hüquqlarını pozmuşdur və həmin aktlar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X21 Ehtiyatları Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli 21 saylı və xx.xx.2020-ci il tarixli 23/20 saylı qərarları İddiaçı MMC-yə aid hissədə ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-2183/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2183/2024
16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver