Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2184/2024 29.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 29 noyabr 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Cavabdeh 05 oktyabr 2020-ci il tarixli, Ə1338Ş/h-038-20 nömrəli əmrinin ləğv edilərək polis serjantı kimi X6 xidmətə yenidən qəbul edilməsi, Ağcabədi Rayonlararası Mühafizə Şöbəsinin polis nəfəri vəzifəsinə işə bərpa edilməsi və işə bərpa edildiyi günə qədər məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 16 may 2023-cü il tarixli, 2- 1(120)-167/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Qərardan İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən və məruzəçi M.K.Həsənov, hakimlər S.F.Həsənov və C.F.İmanovdan ibarət tərkibdə) 18 oktyabr 2023cü il tarixli, 2-1(106)-348/2023 saylı qərardadı ilə İddiaçı apelyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2-1(120)-167/2023 nömrəli qərarının ləğv edilərək, inzibati işin Şirvan İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri ondan ibarət olmuşdur ki, “... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2020-ci il tarixli, Ə309-038-20 nömrəli əmri ilə vəzifə borcunun icrasına etinasız yanaşaraq uzun müddət xidmətə çıxmadığına, onunla aparılmış izahat işlərindən heç bir nəticə çıxarmayaraq müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa çalışdığına və ölkəyə qayıtmağa təşəbbüs göstərmədiyinə, bununla da, “Polisin post-patrul xidmətinin Nizamnaməsi”-nin, “X11 X3 Kodeksi”- nin və “Azərbaycan Respublikası X11nın intizam Nizamnaməsi”-nin tələblərini kobud şəkildə pozduğuna görə, hissənin “Sıravi və rəis heyətinin yığıncağı”-nın qərarı da nəzərə alınmaqla polis serjantı İddiaçı “Azərbaycan Respublikasının X6 xidmət keçmə haqqında Əsasnamə”-nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X6 xidmətdən xaric olunmuşdur. Həmin inzibati akt əsasında qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2020ci il tarixli, Ə1338Ş/h-038-20 nömrəli əmri ilə isə İddiaçı 05 oktyabr 2020-ci il tarixdən “Azərbaycan Respublikasının X6 xidmətkeçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X11 əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə xaric edilməsi əmr edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2020-ci il tarixli, Ə1338Ş/h-038-20 nömrəli əmrini mübahisələndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi iki əmr qəbul etmişdir: xx.xx.2020-ci il tarixli, Ə 309-038-20 nömrəli əmr və xx.xx.2020-ci il tarixli, Ə1338Ş/h-038-20 nömrəli əmr. İddiaçı birinci əmri mübahisələndirmədən ikinci əmri, yəni xx.xx.2020-ci il tarixli, Ə1338Ş/h-038-20 nömrəli əmri məhkəmədə mübahisələndirir. Cavabdehin xx.xx.2020-ci il tarixli, Ə1338Ş/h-038-20 nömrəli əmri xx.xx.2020-ci il tarixli, Ə309-038-20 nömrəli əmri ilə əlaqədar qəbul edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli, Ə1338Ş/h-038-20 nömrəli əmrin “Əsas” hissəsindən görünür ki, bu əmr xx.xx.2020-ci il tarixli, Ə309-038-20 nömrəli əmr əsasında qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, belə olan halda ilk növbədə birinci əmr, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2020-ci il tarixli, Ə309-038-20 nömrəli əmri mübahisələndirilməlidir, çünki ikinci əmr birinci əmr (inzibati akt) əsasında qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci əmr (inzibati akt) mübahisələndirilmədən iddiaçı ikinci əmri mübahisələndirərək hüquqi marağının təmin edilməsinə nail ola bilməz. Birinci instansiya məhkəməsi işin faktiki hallarını aydınlaşdırmamış və iddiaçıya hüquqi yardım göstərməmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını aydınlaşdıraraq iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə əlaqədar hüquqi yardım göstərməlidir. İddiaçı iddia tələbini dəqiqləşdirdikdən sonra birinci instansiya məhkəməsi iddianın mümkünlük məsələsinə də qiymət verməlidir. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, bununla da ciddi prosessual pozuntuya yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə icraatının davam etdirilməsinə zərurət vardır. İşə birinci instansiya məhkəməsində təkrar baxılarkən iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikası Cavabdeh 01 oktyabr 2020-ci il tarixli, Ə309-038-20 nömrəli əmrinin ləğv edilərək polis serjantı kimi X6 xidmətə yenidən qəbul edilməsi, Ağcabədi Rayonlararası Mühafizə Şöbəsinin polis nəfəri vəzifəsinə işə bərpa edilməsi və işə bərpa edildiyi günə qədər məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 26 oktyabr 2007-ci il tarixdə polis serjantı kimi X8 xidmətə qəbul edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafızə İdarəsinin rəisinin 05 oktyabr 2020-ci il tarixli, Ə 1338 Ş/h-038-20 saylı əmri ilə Azərbaycan Respublikasının X6 xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsini 9-cu bəndinə əsasən “X11 əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə” əsası ilə X6 xidmətdən xaric edilmişdir. Qeyd etmək istəyir ki, 05 oktyabr 2020-ci il tarixli, Ə 1338 Ş/h-038-20 saylı əmr tamamilə qanunsuz və əsassız olduğundan ləğv edilməli və polis serjantı kiıni işlədiyi Ağcabədi Rayonlararsı Mühafızə Şöbəsinin polis nəfəri vəzifəsinə bərpa edilməklə işə bərpa edildiyi günə qədər məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqı ödənilməlidir. Qeyd etmək istəyir ki, 05 oktyabr 2020-ci il tarixli, O 1338 Ş/h-038-20 saylı əmr ona rəsmi olaraq təqdim edilməmişdir. İşdən azad edilməyi barədə məlumatı 02 noyabr 2020-ci il tarixdə əmək kitabçası ona təqdim edilən zaman almışdır. Bildirmək istəyir ki, səhhətində ağır problemlər olduğu üçün ilk olaraq göndəriş əsasında Daxili İşlər Nazirliyinin 1 saylı Poliklinikasına müraciət etmişdir. Çoxsaylı müayinələrdən sonra əməliyyat edilməli olduğu aydınlaşdı. Əməliyyatın keçirilməsi isə Türkiyə Respublikasında və Rusiya Federasiyasında mümkün idi. 22 yanvar 2020-ci il tarixdə məzniyyətə buraxıldı və məzuniyyət dövründə Rusiya Federasiyasına getməyinə Baş Mühafızə İdarəsinin rəisi tərəfindən rəsmi icazə verildi. O, 2020-ci ilin fevral ayının 5dən Rusiya Federasiyasının Volodqa şəhərində tibbi müayinələrə başladı. 21 fevral 2020ci il tarixdə ilk əməliyyata girdi. Daha sonra yenidən müayinələrə getdi və 18 mart 2020-ci il tarixdə yenidən əməliyyat edildi. İkinci əməliyyatdan sonra təxminən 1 ay müddətində yenidən müayinə edilməyi zərurəti olduğu üçün yenidən Rusiya Federasiyasında qalmalı oldu. Daha sonra Covid-19 virusunun yayılması ilə əlaqədar Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıda bilmədi. Qeyd etmək istəyir ki, əməliyyat edilməyi barədə məlumatları işlədiyi idarəyə verirdi və daha sonra Pandemiya səbəbindən Azərbaycan Respublikasına qayıda bilmədiyini də bildirmişdir. xx.xx.2020-ci ıl tarixdə o, Azərbaycan Respublikasına qayıtdı və 20-28 oktyabr tarixlərdə Quba rayonunda Təlim Tədris və İstirahət Mərkəzində karantin rejimində saxlanıldı. Qeyd etmək istəyir ki, 05 fevral 2020-ci il tarixdən Azərbaycan Respublikasına qayıtdığı günə qədər Rusiya Federasiyasında müalicələr aldı. 28 oktyabr 2020-ci il tarixdə karantin rejimindən çıxdıqdan sonra ev şəraitində təcrid olunmalı idi. Lakin yaşadığı Ağcabədi rayonuna qayıtdıqdan sonra onu 02 noyabr 2020-ci il tarixdə Ağcabədi Rayonlararsı Mühafızə Şöbəsinə dəvət etdilər və ona işdən çıxarıldığını və bu səbəbdən əmək kitabçası ilə attestatını ona təqdim etdilər. İşdən çıxarılmağı barədə əmrdə işdən çıxarılma səbəbi kimi X11 əməkdaşının adına ləkə gətirən hərəkət etməyi qeyd edilmişdir. Bildirmək istəyir ki, yuxarıda qeyd etdiyi kimi o, 22 yanvar 2020-ci il tarixdən, yəni əmək məzuniyyətinə buraxıldığı vaxtdan müalicə üçün Rusiya Federasiyasında olmuş və orada olduğu müddətdə hər hansı bir qanunazidd və ya X11 əməkdaşının adına ləkə gətirən hərəkət etməmişdir. Yuxarıda qeyd etdiyi səbəbdən də hesab edir ki, cavabdehin verdiyi əmr tamamilə qanunsuzdur və bu səbəbdən ləğv edilməli və polis serjantı kimi işlədiyi Ağcabədi Rayonlararası Mühafızə Şöbəsinə polis nəfəri kimi işə bərpa edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı iddia tələbi tam əsassızdır. Belə ki, o, xx.xx.2020-ci il tarixdə, saat 00:10 dəqiqədə Samur sərhəd nəzarət məntəqəsindən keçərək Rusiya Federasiyasına daxil olmuş, Voloqda şəhərində mövcud olan "xxxx" MMCdən verilmiş, əmək fəaliyyətindən azad etmək haqqında vərəqin kserosurətində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə müalicə olunması, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə müddətin uzadılması, xx.xx.2020-ci il tarixdə işə başlamalı olduğu X10 Xəstəxanasından verilmiş digər sənədin kserosurətindən isə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi müalicə olunması, xx.xx.2020-ci il tarixdə cərrahi əməliyyat aparılması göstərilmişdir. İddiaçı səy göstərməsinə baxmayaraq, pandemiya ilə əlaqədar respublikaya gələ bilmədiyini, sərhədlərin bağlı olduğunu, təyyarələrin uçmadığını bildirsə də, sorğu əsasında "xxxx" MMC-dən daxil olmuş uçuş cədvəlindən görünür ki, həmin ərəfədə respublikaya RF-nın müxtəlif hava limanlarından təyyarələr gəlmişdir. Bundan əlavə Azərbaycan Respublikası DİN-in Rusiya Federasiyasındakı nümayəndəliyinə edilən sorğuya cavabda İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi “BUZ BO’’ Voloqda vilayət xəstəxanasında müalicə olunması müəyyən edilmişdir. İddiaçı xx.xx.2020ci il tarixdə saat 13.09-da Samur sərhəd nəzarət məntəqəsindən keçərək Azərbaycan Respublikasına daxil olması, 28 oktyabr 2020-ci il tarixə kimi karantin rejimində olması, 02 noyabr 2020-ci il tarixdə iş yerinə gəlməsi müəyyən edilmişdir. İddiaçı vəzifəsinə etinasız yanaşaraq respublikaya vaxtında qayıtmamış, vaxtında müalicə olunmamış, səhlənkarlığı səbəbindən pandemiyanı bəhanə etmişdir. 15 sentyabr 2020-ci il tarixli «Siravi və kiçik rəis heyətinin yığıncağı»nın rəyi də nəzərə ahnmaqla DİO-da xidmətdən xaric edilmişdir. Onu da qeyd etmək lazımdır ki, qanunvericiliklə X6 xidmət keçmənin qayda və şərtləri təsbit olunan normaları xidməti intizam qaydalarını pozan əməkdaşlara tətbiq edilən intizam tənbehlərinin dairəsi konkret müəyyənləşdirilmiş, həmin sıraya daxil olan “xidmətdən xaric edilmə” tədbirinin tətbiqi isə, başqa hallarla yanaşı onun X11 əməkdaşı adına ləkə gətirən hərəkətə yol verməsi ilə şərtləndirir. Qanunvericiliklə müəyyən olunmuş davranış qaydalarına riayət edilməsi polis əməkdaşının ümumi vəzifəsi kimi nəzərdə tutulmuş, bu davranış qaydalarına qanunvericiliyə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etmək, bu işdə digər şəxslərə nümunə olmaq, iş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etmək, xidmət yerinə vaxtında gəlib vaxtında getmək, üzürsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməmək, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməmək, icrasının mümkün olmayacağını qabaqcadan bildiyi öhdəlikləri üzərinə götürməmək, xidməti təhqiqat zamanı səmimilik göstərmək, xidməti vəzifələrinin icrasına bilavasitə aid olmadığı halda sosial şəbəkələrdə ictimai müzakirələrdə iştirak etməmək, xidmətdə vəzifə üzrə irəli çəkilməsi üçün müəyyən olunmuş qaydalara zidd yollar axtarmamaq X11 əməkdaşının qarşısında qoyulmuş əsas qayda və şərtlər kimi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən mübahisələndirilən 05 oktyabr 2020-ci il tarixli, Ə1338ş/h- 038-20 nömrəli əmrin verilməsi üçün əsas olan sənədlərdə İddiaçı xidmətinin mənfi xarakterizə olunduğu, işlədiyi müddət ərzində mükafat almadığı, 7 dəfə isə intizam tənbehinə cəlb edildiyi qeyd edilmişdir, həmçinin iddiaçının üzrlü səbəb kimi biletlərin olmadığını bildirərək gələ bilmədiyi hissəsi üzrə araşdırma aparılmış, "xxxx" QSC-yə sorğu məktubu ilə müraciət edilmiş və məhkəməyə təqdim edilmiş sorğu cavabına əsasən xx.xx.2020-ci il tarixdən 2020-ci ilin oktyabr ayının sonuna kimi Rusiya-Azərbaycan aviareyslərin edildiyi və Azərbaycan Respublikasının ayrı-ayrı hava limanlarına təyyarə enməsi sayı ilə bağlı müvafiq məlumatların məktuba əlavə edildiyi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı hüquq mühafizə əməkdaşına xas şəxsi keyfiyyətə malik olmamış, xidməti borcuna sədaqət göstərməmiş, X11 X3 kodeksinin tələblərinə sözsüz əməl edəcəyi barədə üzərinə götürdüyü öhdəliyi və xidməti borcunu yerinə yetirməmiş, fəaliyyətini ictimai maraqlara uyğun, habelə cəmiyyətdə polis əməkdaşına olan etimadın artırılması məqsədləri üzərində qurmamış, xidmətin əsas meyarı kimi intizamlılıq göstərməmiş, bununla da xidməti intizamı və etik davranış qaydalarını mütəmadi olaraq pozmuş, nəticədə X6 xidmətdən xaric edilmişdir. Yuxarıda qeyd olunanlara görə qulluq dövründə İddiaçı hərəkətlərində polis əməkdaşmın adına və nüfuzuna xələl gətirən hərəkətlərə yol verilməsi halı müəyyən edildiyi üçün xidmətdən xaric edilməsinə dair qəbul edilmiş xx.xx.2020-ci il tarixli, Ə1338ş/h-038-20 nömrəli əmr qanuna zidd sayıla bilməz, iddiaçının əmrin ləğv edilməsi tələbi əsassızdır. “Məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbi də birinci tələbdən asılı olduğundan, əsaslı sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt-maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq ediiməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Mübahisənin mahiyyətinə gəldikdə isə “Polis haqqında” Qanunun 1-ci maddəsinə görə polis - Azərbaycan Respubiikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır, polis əməkdaşı - polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. Həmin Qanunun 13-cü maddəsinə görə səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək polis əməkdaşının ümumi vəzifələrindən biridir. Həmin Qanunun 33-cü maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə, polis əməkdaşı intizam məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikasının 19 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X6 xidmət keçmə haqqında” Əsasnamənin 108-ci maddəsinə görə X6 xidməti intizam - əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. Həmin Əsasnamənin 114-cü maddəsinə görə xidməti intizam qaydalarını pozmağa görə X11nın əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət, töhmət, şiddətli töhmət, xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq, tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə, xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə. Həmin Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X11nın əməkdaşı X11 əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Həmin Əsasnamənin 135-ci maddəsinin 10-cu bəndinə görə isə X11nın əməkdaşı intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda xidmətdən xaric edilə bilər. Azərbaycan Respublikası Daxili İşlər nazirinin xx.xx.2005-ci il tarixli, 130 №-li əmri ilə təsdiq edilmiş “X11 X3 Kodeksinin” müddəalarında DİO əməkdaşları ilə bağlı aşağıdakı tələblər nəzərdə tutuimuşdur: - (maddə 1) Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır; - (maddə 2) Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığını, hüquq və azadlıqlarını, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın - fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər; - (maddə 5) X11nın əməkdaşı xidməti borcun yerinə yetirilməsi zamanı cəsur, qorxmaz və qətiyyətli olmalı, eyni zamanda, cinayət və digər hüquqazidd əməllərin qarşısını alarkən, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, başqalarının həyat və sağlamlığını təhlükə altında qoymamalıdır; - (maddə 6-1) Xidməti vəzifələrin icrası ilə bir araya sığmayan və polis əməkdaşı adına xələl gətirə biləcək, habelə xidmət keçdiyi və başqa dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir; - (maddə 13) İcrasının mümkün olmayacağını qabaqcadan bildiyi (və ya bilməli olduğu) öhdəlikləri (borc pul, kirayə və s.), üzərinə götürməməlidir. Üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməlidir; - (maddə 14) İş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzürsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməlidir. Birbaşa rəislərinin ilk çağırışı ilə, eləcə də, təbii fəlakətlər, geniş miqyaslı texnogen qəzalar, yanğınlar, iğtişaşlar və sair fövqəladə hadisələr baş verdikdə çağırışsız xidmət yerinə gəlməlidir. Xidmətdə olarkən vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf etməməlidir. - (maddə 17) Müxtəlif məsələlərlə bağlı keçirilən xidməti təhqiqat və ya yoxlama zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir; - (maddə 21) Xidmətdə və həyatda təvazökar olmalı, vəzifə üzrə irəli çəkilməsi, mükafatlandırılması, imtiyazların əldə edilməsi üçün müəyyən olunmuş qaydalara zidd yollar axtarmamalı, kənar vasitəçilərin bu məsələyə müdaxiləsini qətiyyətlə rədd etməlidir; - (maddə 22) Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, X11 əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və “Azərbaycan Respublikası X11nın intizam Nizamnaməsi”ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması X11 əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. X11 əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. Həmin Nizamnamənin 60-cı maddəsinə görə əməkdaş qanunçuluğun pozulması, sui-istifadələr, işdəki nöqsanlar və xidməti fəaliyyətə mənfi təsir göstərən çatışmazlıqlar aşkar etdikdə bu barədə bilavasitə rəisinə məruzə etməli, zəruri hallarda yuxarı rəisə məlumat verməlidir. Tətbiq edilən hüquq və işin hallarını müqayisə etməklə cavabdehin əsaslandırması: Mövcud qanunvericiliyin X6 xidmət keçmənin qayda və şərtləri təsbit olunan normaları xidməti intizam qaydalarını pozan əməkdaşlara tətbiq edilən intizam tənbehlərinin dairəsini konkret müəyyənləşdirmiş, həmin sıraya daxil olan “xidmətdən xaric edilmə” tədbirinin tətbiqini isə, başqa hallarla yanaşı onun X11 əməkdaşı adına ləkə gətirən hərəkətə yol verməsi ilə şərtləndirir. Bundan başqa, qanunvericilik müəyyən olunmuş davranış qaydalarına riayət edilməsini polis əməkdaşının ümumi vəzifəsi kimi də nəzərdə tutur. Hansı ki, bu davranış qaydalarına qanunvericiliyə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etmək, bu işdə digər şəxslərə nümunə olmaq, iş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzrsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməmək, icrasının mümkün olmayacağını qabaqcadan bildiyi öhdəlikləri üzərinə götürməmək, xidməti təhqiqat zamanı səmimilik göstərmək, xidməti vəzifələrinin icrasına bilavasitə aid olmadığı halda sosial şəbəkələrdə ictimai müzakirələrdə iştirak etməmək, xidmətdə vəzifə üzrə irəli çəkilməsi üçün müəyyən olunmuş qaydalara zidd yollar axtarmamaq da daxildir. Hazırkı işin hallarına görə isə, mübahisələndirilən inzibati akt, yəni iddiaçının X6n xaric edilməsi barədə 05 oktyabr 2020-ci il tarixli Ə1338ş/h-038-20 nömrəli əmri cavabdeh inzibati orqan - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi onun hərəkətlərini “X11 əməkdaşı adına ləkə gətirən” qismində qiymətləndirməklə qərar qəbul etmişdir. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu kontekstdə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab edirik. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-1512/2021 saylı, 2-1(102)-2172/2021 saylı, 2-1(102)-327/2022 saylı, 2-1(102)- 374/2022 saylı qərarlarında da yuxarıda qeyd edilən mövqedən çıxış etmiş və qeyd etmişdir ki, iddiaçı hüquq mühafizə əməkdaşına xas şəxsi keyfiyyətə malik olmamış, xidməti borcuna sədaqət göstərməmiş, X11 X3 kodeksinin tələblərinə sözsüz əməl edəcəyi barədə üzərinə götürdüyü öhdəliyi və xidməti borcunu yerinə yetirməmiş, fəaliyyətini ictimai maraqlara uyğun, habelə cəmiyyətdə polis əməkdaşına olan etimadın artırılması məqsədləri üzərində qurmamış, xidmətin əsas meyarı kimi intizamlılıq göstərməmiş, bununla da xidməti intizamı və etik davranış qaydalarını mütəmadi olaraq pozmuş, nəticədə X6 xidmətdən xaric edilmişdir. Qeyd olunanların məcmusunda belə qənaətə gəlirik ki, qulluq dövründə İddiaçı yuxarıda qeyd olunan hərəkətlərini BMİ haqlı olaraq X11nın əməkdaşının adına ləkə gətirən hal qismində qiymətəndirmişdir. Beləliklə, iddiaçının hərəkətlərində polis əməkdaşının adına və nüfuzuna xələl gətirən hərəkətlərin yol verilməsi halı müəyyən edildiyi üçün xidmətdən xaric edilməsinə dair qəbul edilmiş əmr qanuna zidd sayıla bilməz, iddiaçının əmrin ləğvi barədə verdiyi tələb əsassızdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlüyünə qiymət verərək qeyd edir ki, iddia tələbi inzibati akt hesab olunan əmrin ləğv edilməsinə yönəldiyindən mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddianın iki mümkünlük şərti mövcuddur ki, birincisi iddiaçının həmin iddia üzrə subyektiv hüquqa malik olub-olmaması, ikincisi isə qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürüb-ötürməməsidir. Mübahisə predmeti olan əmr iddiaçının xidmətdən xaric olunmasına səbəb olduğundan o, həmin əmri mübahisələndirmək üçün subyektiv hüquqa malikdir. Bununla yanaşı, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 38.1). Məhkəmə iclası zamanı cavabdeh təşkilatın nümayəndəsi əmrin surətinin iddiaçıya verildiyini iddia etsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu maddə - 62.1, 62.2, 62.3). Mübahisə predmeti olan əmrin iddiaçıya rəsmi qaydada təqdim olunması cavabdeh təşkilat tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə iclası zamanı iddiaçı isə 02 noyabr 2020-ci il tarixdə Ağcabədi Rayonlararsı Mühafızə Şöbəsinə dəvət edildiyini, ona işdən çıxarıldığının bildirildiyini, eyni zamanda mübahisələndirilən əmrin ona 02 noyabr 2020-ci il tarixdə əmək kitabçası və attestatı ilə birlikdə təqdim edildiyini bildirmişdir. Qeyd olunanlar iş materiallarına əlavə edilmiş 02 noyabr 2020-ci il tarixli qəbzlərlə təsdiq olunur. İddia ərizəsində bu məlumatdan sonra iddiaçının “İşdən çıxarılmağı barədə əmrdə işdən çıxarılma səbəbi kimi X11 əməkdaşının adına ləkə gətirən hərəkət etməsini” bildirməsi mübahisələndirilən əmrin ona 02 noyabr 2020-ci il tarixdə əmək kitabçası və attestatı ilə birlikdə təqdim edilməsi və ya elan edilməsi qənaətinə gəlməyə əsas verir. Belə olan halda iddiaçı hazırki iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etdiyindən qanunla müəyyən olunmuş 30 (otuz) günlük iddia müddəti ötürülməmişdir. Bu səbəbdən də iddia mümkün iddiadır. Məhkəmə hesab edir ki, iddia mahiyyət etibarilə əsassızdır və rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Cavabdeh xx.xx.2020-ci il tarixli, 038- 628B-3220 nömrəli məktubundan görünür ki, Ağcabədi Rayonlararası Mühafizə şöbəsinin polis nəfəri, polis serjantı İddiaçı 2020-ci ilin yanvar ayının 22-dən fevral ayının 22-dək əsas məzuniyyəti dövründə Rusiya Federasiyasına getməsinə etiraz edilməmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, 02 nömrəli protokolun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Ağcabədi RMŞ-nin xx.xx.2020-ci il tarixl, 1 saylı əmri ilə əsas məzuniyyətə buraxılmış, məzuniyyət dövründə RF-na getməsinə icazə verilmişdir. Məzuniyyət müddəti xx.xx.2020-ci il tarixdə bitməsinə baxmayaraq uzun müddət xidmətə çıxmamışdır. Manqa komandirləri Kamal Abdullayev və Şaiq Babayev tərəfində İddiaçı mobil telefonu ilə əlaqə saxlanılmış, o hazırda xəstəxanada müalicə olunduğunu bildirmiş və nə vaxt xidmətə çıxmasını dəqiq bilmədiyini söyləmişdir. İddiaçı əvvəllər də dəfələrlə intizamsızlığa yol vermişdir. Belə ki, vəzifə borcunun icrasına etinasız yanaşaraq təyin olunduğu postda sayıqlığını itirərək yatdığına görə RMŞ-nin xx.xx.2019-cu il tarixli, 63 nömrəli əmri ilə ona töhmət elan edilmiş, lakin verilmiş intizam tənbehindən və şifahi xəbərdarlıqlardan heç bir müsbət nəticə çıxarmamışdır. Bütün bunlar nəzərə alınaraq, xx.xx.2020-ci il tarixdə RMŞ-nin sıravi və kiçik rəis heyətinın yığıncağı keçirilmiş, İddiaçı növbəti intizam tənbehi verilməsi üçün BMİ rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır. Manqa komandirləri, polis baş serjantı Şaiq Babayev və Kamal Abdullayev çıxış edərək bildirdilər ki, dəfələrlə İddiaçılə telefon əlaqəsi saxlanılmış, o əvvəllər xəstəxanada müalicə olunmasını, sonradan isə yolların bağlı olmasını bəhanə gətirərək Rusiya Federasiyasından gələ bilmədiyini bildirmiş, nə vaxt xidmətə çıxmasına aydınlıq gətirə bilməmişdir. Bu barədə yazmış olduğu raportlar toplanmış materiala əlavə olunmuşdur. Göstərilənlər nəzərə alınaraq polis nəfəri, polis serjantı İddiaçı xaric olunmasının tərəfdarlarıdırlar. Polis nəfəri, polis baş serjantları Röyal İsmayılov, Nurlan Bayramov polis serjantı kiçik inspektor Cahandar Quliyev çıxış edərək İddiaçı xaric olunması barədə BMİnin rəhbərliyi qarşısında vəsatət qaldırılmasını xahiş etmişlər. Manqa komandirləri, polis baş serjantları İlhamiz Zeynalov, Vüsal Quliyev, Ayaz Abdullayev və başqaları İddiaçı DİOdan xaric olunmasının tərəfdarı olduğlarını bildirdilər. Sıravi və kiçik rəis heyəti yığıncağı qırar çıxarmaq üçün məşvərət edir, məşvərətdən sonra sədrlik edən şəxs qərarı oxudu, ondan şikayət verilməsinin qaydasını izah edib iclası bağlı elan etdi. İşdə olan Ağcabədi Rayonlararası Mühafizə şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş Ağcabədi Rayonlararası Mühafizə şöbəsinin sıravi və kiçik rəis heyəti yığıncağının xx.xx.2020-ci il tarixli qərarının təqdiq edilmiş surətindən görünür ki, polis nəfəri, polis serjantı İddiaçı məzuniyyət müddəti xx.xx.2020-ci il tarixdə bitməsinə baxmayaraq, uzun müddət xidmətə çıxmamışdır. Bununla da o, DİN-in 212 nömrəli əmrinin və «Polisin PPX Nizamnaməsi»nin tələblərini kobud şəkildə pozmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, Sıravi və rəis heyəti yığıncaqları haqqında Əsasnamə rəhbər tutularaq, Ağcabədi Rayonlararası Mühafizə Şöbəsinin polis nəfəri, polis serjantı X1 DİO-dan xaric olunması barədə BMİ-nin rəhbərliyi qarşısında vəsatət qaldırılaraq xahiş olunsun. Şöbənin Sıravi və kiçik rəis heyəti yığıncağının xx.xx.2020-ci il tarixli qərarı barədə 7 gün müddətinə yuxarı orqanlara şikayət verilməsi barədə İddiaçı məlumatlandırılsın. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli rəyin təsdiq edilmiş surətindən görünür ki, Ağcabədi RMŞ-nin polis nəfəri İddiaçı hissənin xx.xx.2020-ci il tarixli, 1 nömrəli əmri ilə cari ilin yanvar ayının 21-dən fevral ayının 26-dək növbəti məzuniyyətə buraxılmış, müalicə olunması üçün məzuniyyət vaxtını Rusiya Federasiyasında keçirməsinə icazə verilmişdir. xx.xx.2020-ci il tarixdə məzuniyyət müddətinin bitməsinə baxmayaraq o, üzürsüz səbəbdən Azərbaycan Respublikasına qayıtmamışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, polis nəfəri İddiaçı məzuniyyət dövründə heç bir müalicə götürməmiş, məzuniyyət dövrünün bitməsindən bir ay sonra Koronavirus pandemiyası ilə əlaqədar karantin tədbirlərin tətbiqi ilə bağlı ölkəyə girişin məhdudlaşdığını bəhanə gətirərək Respublikaya qayıtmamışdır. Polis nəfəri İddiaçı üzürsüz səbəbdən uzun müddət xidmətə çıxmadığına və onunla aparılmış izahat işlərindən heç bir nəticə çıxarmadığına görə hərəkətləri xx.xx.2020-ci il tarixdə hissənin «Sıravi və rəis heyətinin yığıncağı»nda geniş müzakirə olunmuş, xidməti postunda yatdığına görə Ağcabədi RMŞ-nin xx.xx.2019-cu il tarixli, 63 nömrəli əmri ilə elan olunmuş «töhmət» intizam tənbehi də nəzərə alınaraq, onun ciddi intizam tənbehinə cəlb olunması barədə qərar qəbul olunaraq Baş İdarə rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır. Materiallara baxış keçirilərkən polis serjantı İddiaçı yol verdiyi qəbahətlərin ağırlığı «Sıravi və rəis heyətinin yığıncağı»n qəbul etdiyi qərara uyğun gəlmədiyi nəzərə alınaraq materiallar yenidən baxılması üçün Ağcabədi RMŞ-yə geri qaytarılmış və nəticəsi barədə Baş idarəyə məlumat verilməsi tələb olunmuşdur. Bu müddət ərzində onunla və ailə üzvləri ilə bir daha söhbətlər aparılmış, qayıdaraq xidmətini davam etdirilməsi bildirilmişdir. O, yenidən müxtəlif bəhanələrlə gəlməkdən yayınmışdır. Polis nəfəri İddiaçı hərəkətləri xx.xx.2020-ci il tarixdə yenidən Ağcabədi RMŞ-nin «Sıravi və rəis heyətinin yığıncağı»nda müzakirə olunmuş, uzun müddət üzürsüz səbəbdən xidmətə çıxmadığı və onunla aparılmış izahat işlərindən nəticə çıxarmadığı və Azərbaycan Respubölikasına qayıtmağa təşəbbüs göstərmədiyinə görə onun X6 xidmətdən xaric olunması barədə qərar qəbul edilərək Baş idarə rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır. Polis nəfəri, polis serjantı İddiaçı xx.xx.2007-ci il tarixdən X6, həmin tarixdən də Ağcabədi Rayonlararası Mühafizə Şöbəsində polis nəfəri vəzifəsində işləyir və xidmətdə mənfi xarakterizə olunur. İşlədiyi müddət ərzində mükafat almamış, 7-dəfə isə intizam tənbehinə cəlb edilmişdir. Vəzifə borcunun icrasına etinasız yanaşaraq uzun müddət xidmətə çıxmadığına, onunla aparılmış izahat işlərindən heç bir nəticə çıxarmayaraq müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa çalışdığına və ölkəyə qayıtmağa təşəbbüs göstərmədiyinə, bununla da «Polisin post-patrul xidmətinin Nizamnaməsi»nin, «X11 X3 Kodeksi»nin və «Azərbaycan Respublikası X11nın intizam Nizamnaməsi»nin tələblərini kobud şəkildə pozduğuna görə, hissənin «Sıravi və rəis heyətinin yiğincağı»nın qərarı da nəzərə alınmaqla, Ağcabədi Rayonlararası Mühafizə Şöbəsinin polis nəfəri, polis serjantı İddiaçı X6 xidmətdən xaric olunmağa layiqdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2020-ci il tarixli, Ə 309-038-20 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Ağcabədi RMŞ-nin polis nəfəri İddiaçı hissənin xx.xx.2020-ci il tarixli, 1 nömrəli əmri ilə cari ilin yanvar ayının 21-dən fevral ayının 26-dək növbəti məzuniyyətə buraxılmış, müalicə olunması üçün məzuniyyət vaxtı Rusiya Federasiyasına getməsinə icazə verilmişdir. xx.xx.2020-ci il tarixdə məzuniyyət müddətinin bitməsinə baxmayaraq o, üzürsüz səbəbdən Azərbaycan Respublikasına qayıtmamışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, polis nəfəri İddiaçı məzuniyyət dövründə heç bir müalicə götürməmiş, məzuniyyət dövrünün bitməsindən bir ay sonra Koronavirus pandemiyası ilə əlaqədar karantin tədbirlərin tətbiqi ilə bağlı ölkəyə girişin məhdudlaşdığını bəhanə gətirərək Respublikaya qayıtmamışdır. Materiallara baxış keçirilərkən polis serjantı İddiaçı yol verdiyi qəbahətlərin ağırlığı «Sıravi və rəis heyətinin yığıncağı»n qəbul etdiyi qərara uyğun gəlmədiyi nəzərə alaraq materiallar yenidən baxılması üçün Ağcabədi RMŞ-yə geri qaytarılmış və nəticəsi barədə Baş İdarəyə məlumat verilməsi tələb olunmuşdur. Bu müddət ərzində onunla və ailə üzvləri ilə bir daha söhbətlər aparılmış, qayıdaraq xidmətini davam etdirilməsi bildirilmişdir. O, yenidən müxtəlif bəhanələrlə gəlməkdən yayınmışdır. Polis nəfəri İddiaçı hərəkətləri xx.xx.2020-ci il tarixdə Ağcabədi RMŞ-nin «Sıravi və rəis heyətinin yığıncağı»nda müzakirə olunmuş, uzun müddət üzürsüz səbəbdən xidmətə çıxmadığı, onunla aparılmış izahat işlərindən nəticə çıxarmamaqla ölkəyə qayıtmağa təşəbbüs göstərmədiyinə görə onun X6 xidmətdən xaric olunması barədə qərar qəbul edilərək Baş İdarə rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır. DİN-in 2014-cü il 14 may tarixli, Q10-001-14 nömrəli Qərarı ilə təsdiq olunmuş «Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsi haqqında Əsasnamə»nin 5.6-cı bəndini rəhbər tutaraq, vəzifə borcunun icrasına etinasız yanaşaraq uzun müddət xidmətə çıxmadığına, onunla aparılmış izahat işlərindən heç bir nəticə çıxarmayaraq müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa çalışdığına və ölkəyə qayıtmağa təşəbbüs göstərmədiyinə, bununla da «Polisin post-patrul xidmətinin Nizamnaməsi»nin, «X11 X3 Kodeksi»nin və «Azərbayjan Respublikası X11nın intizam Nizamnaməsi»nin tələblərini kobud şəkildə pozduğuna görə, hissənin «Sıravi və rəis heyətinin yığıncağı»nın qərarı da nəzərə alınmaqla, Ağcabədi Rayonlararası Mühafizə Şöbəsinin polis nəfəri, polis serjantı İddiaçı «Azərbaycan Respublikasının X6 xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X6 xidmətdən xaric olunsun. Ağcabədi Rayonlararası Mühafizə Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rauf Süleymanovdan şəxsi heyət arasında nizam- intizamın möhkəmləndirilməsi, təlim-tərbiyənin yüksəldilməsi istiqamətində konkret tədbirlərin görülməsi tələb edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2020-ci il tarixli, Ə 1338 Ş/h-038-20 saylı əmrinin təsdiq edilmiş surətindən görünür ki, polis serjantı İddiaçı, Ağcabədi Rayonlararası Mühafizə şöbəsinin polis nəfəri, 05 oktyabr 2020-ci il tarixdən Azərbaycan Respublikasının X6 xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X11 əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə xaric edilmişdir. Qeyd olunan əmrə və işdə olan ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətinə əsasən İddiaçı Azərbaycan Respublikasının X6 xidmət müddəti xx.xx.2007-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 14 il 04 ay 26 gün təşkil edir. İşdə olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyi “X9 Mərkəzi” publik hüquqi şəxsinin arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.2020-ci il trixdən xx.xx.2020-ci il tarixədək BDU-nin Quba rayonundakı Təlim Tədris və X4-19 ilə mübarizə tədbirləri çərçivəsində karantin rejimində saxlanılmışdır. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2020-ci il tarixli, Ə 309-038-20 nömrəli əmrini mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: «Polis haqqında» AR Qanununun 1-ci maddəsinə görə polis - Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır, polis əməkdaşı - polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. Həmin Qanunun 13-cü maddəsinə görə səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək polis əməkdaşının ümumi vəzifələrindən biridir. Həmin Qanunun 33-cü maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə, polis əməkdaşı intizam məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikasının 19 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Azərbaycan Respublikasının X6 xidmət keçmə haqqında» Əsasnamənin 108-ci maddəsinə görə X6 xidməti intizam - əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. Əsasnamənin 114-cü maddəsinəgörə xidməti intizam qaydalarını pozmağa görə X11nın əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət, töhmət, şiddətli töhmət, xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq, tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə, xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə. Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X11nın əməkdaşı X11 əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Azərbaycan Respublikası Daxili İşlər nazirinin xx.xx.2005-ci il tarixli, 130 №-li əmri ilə təsdiq edilmiş X11 X3 Kodeksinin 22-ci maddəsində də göstərilir ki, davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, X11 əməkdaşının adına xələl gətirən ləyaqətsiz hərəkət kimi qiymətləndirilir və «Azərbaycan Respublikası X11nın intizam nizamnaməsi»ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 8 aprel 2005-ci il tarixli, 130 nömrəli əmri ilə təsdiq edlmiş «X11 X3 Kodeksi»nin müddəalarında DİO əməkdaşları ilə bağlı aşağıdakı tələblər nəzərdə tutulmuşdur: - (maddə 1) Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır; - (maddə 2) Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər; - (maddə 6-1) Xidməti vəzifələrin icrası ilə bir araya sığmayan və polis əməkdaşı adına xələl gətirə biləcək, habelə xidmət keçdiyi və başqa dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir; - (maddə 13) İcrasının mümkün olmayacağını qabaqcadan bildiyi (və ya bilməli olduğu) öhdəlikləri (borc pul, kirayə və s.), üzərinə götürməməlidir. Üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməlidir; - (maddə 14) İş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzürsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməlidir. Birbaşa rəislərinin ilk çağırışı ilə, eləcə də, təbii fəlakətlər, geniş miqyaslı texnogen qəzalar, yanğınlar, iğtişaşlar və sair fövqəladə hadisələr baş verdikdə çağırışsız xidmət yerinə gəlməlidir. Xidmətdə olarkən vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf etməməlidir. - (maddə 17) Müxtəlif məsələlərlə bağlı keçirilən xidməti təhqiqat və ya yoxlama zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir; - (maddə 21) Xidmətdə və həyatda təvazökar olmalı, vəzifə üzrə irəli çəkilməsi, mükafatlandırılması, imtiyazların əldə edilməsi üçün müəyyən olunmuş qaydalara zidd yollar axtarmamalı, kənar vasitəçilərin bu məsələyə müdaxiləsini qətiyyətlə rədd etməlidir; - (maddə 22) Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, X11 əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və “Azərbaycan Respublikası X11nın intizam nizamnaməsi”ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması X11 əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. X11 əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. Göründüyü kimi, mövcud qanunvericiliyin X6 xidmət keçmənin qayda və şərtləri təsbit olunan normaları xidməti intizam qaydalarını pozan əməkdaşlara tətbiq edilən intizam tənbehlərinin dairəsini konkret müəyyənləşdirmiş, həmin sıraya daxil olan “xidmətdən xaric edilmə” tədbirinn tətbiqini isə, başqa hallarla yanaşı onun X11 əməkdaşı adına ləkə gətirən hərəkətə yol verməsi ilə şərtləndirir. Bundan başqa, qanunvericilik müəyyən olunmuş davranış qaydalarına riayət edilməsini polis əməkdaşının ümumi vəzifəsi kimi də nəzərdə tutur. Hansı ki, bu davranış qaydalarına qanunvericiliyə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etmək, bu işdə digər şəxslərə nümunə olmaq, iş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etmək, xidmət yerinə vaxtında gəlib vaxtında getmək, üzürsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməmək, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməmək də daxildir. İddiaçı tələbinin əsası kimi 18 mart 2020-ci il tarixdə ikinci əməliyyatdan sonra təxminən 1 ay müddətində yenidən müayinə edilməyi zərurəti olduğu üçün Rusiya Federasiyasında qalmalı olduğunu, daha sonra Covid-19 virusunun yayılması ilə əlaqədar Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıda bilmədiyini, xx.xx.2020-ci ıl tarixdə o, Azərbaycan Respublikasına qayıtdığını və 20-28 oktyabr tarixlərdə Quba rayonunda Təlim Tədris və İstirahət Mərkəzində karantin rejimində saxlanıldığını, 05 fevral 2020-ci il tarixdən Azərbaycan Respublikasına qayıtdığı günə qədər Rusiya Federasiyasında müalicələr aldığını bildirmişdir. Lakin işdə olan Voloqda vilayət klinik xəstəxanasının urologiya şöbəsinin İddiaçı xəstəlik tarixinə dair 396375 nömrəli çıxarışından görünür ki, iddiaçının səhhəti ilə bağlı vəziyyəti kafi hesab olunmuş və o, xx.xx.2020-ci il tarixdə xəstəxanadan buraxılmışdır. İddiaçı 05 fevral 2020-ci il tarixdən Azərbaycan Respublikasına qayıtdığı günə qədər (xx.xx.2020) Rusiya Federasiyasında müalicələr aldığını bildirsə də, bunu təsdiq edən heç bir tibbi sənədi məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, İddiaçı Covid-19 virusunun yayılması ilə əlaqədar Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıda bilmədiyini bildirsə də, işdə olan "xxxx" QSC-nin cavabdeh inzibati orqana ünvanladığı xx.xx.2021-ci il tarixli, 11/2277 nömrəli məktubuna əlavə olunmuş cədvəldən görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Rusiya Federasiyasından Azərbaycan Respublikasının ayrı-ayrı hava limanlarına mütəmadi olaraq (28 dəfə) təyyarə enməsi qeydə alınmışdır. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Hazırkı işin hallarına görə, mübahisələndirilən inzibati akt, yəni iddiaçının X6n xaric edilməsi barədə xx.xx.2020-ci il tarixli, Ə309-038-20 nömrəli əmri cavabdeh inzibati orqan AR Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi onun hərəkətlərini “X11 əməkdaşı adına ləkə gətirən” qismində qiymətləndirməklə qərar qəbul etmişdir. Həmçinin əmrin verilməsi üçün əsas olan sənədlərdə İddiaçı xidmətinin mənfi xarakterizə olunduğu, işlədiyi müddət ərzində mükafat almadığı, 7 dəfə isə intizam tənbehinə cəlb edildiyi qeyd edilmişdir. Həmçinin qeyd edilməlidir ki, "Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1512/2021 saylı, 2-1(102)-2172/2021 saylı, 2- 1(102)-327/2022 saylı, 2-1(102)-374/2022 saylı qərarlarında da yuxarıda qeyd edilən mövqedən çıxış etmiş və qeyd etmişdir ki, iddiaçı hüquq mühafizə əməkdaşına xas şəxsi keyfiyyətə malik olmamış, xidməti borcuna sədaqət göstərməmiş, X11 X3 kodeksinin tələblərinə sözsüz əməl edəcəyi barədə üzərinə götürdüyü öhdəliyi və xidməti borcunu yerinə yetirməmiş, fəaliyyətini ictimai maraqlara uyğun, habelə cəmiyyətdə polis əməkdaşına olan etimadın artırılması məqsədləri üzərində qurmamış, xidmətin əsas meyarı kimi intizamlılıq göstərməmiş, bununla da xidməti intizamı və etik davranış qaydalarını mütəmadi olaraq pozmuş, nəticədə X6 xidmətdən xaric edilmişdir. Qeyd olunanların məcmusunda məhkəmə belə qənaətə gəlir ki, qulluq dövründə İddiaçı yuxarıda qeyd olunan hərəkətlərini cavabdeh inzibati orqan AR Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi haqlı olaraq X11nın əməkdaşının adına ləkə gətirən hal qismində qiymətəndirmişdir. Cavabdeh AR Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin apardığı inzibati icraat üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli, Ə309-038-20 nömrəli əmri əlverişsiz inzibati akt kimi «İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsi baxımından da mütənasibdir. Məhkəmə mövcud qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının hərəkətlərində polis əməkdaşının adına və nüfuzuna xələl gətirən hərəkətlərin yol verilməsi halı müəyyən edildiyi üçün xidmətdən xaric edilməsinə dair qəbul edilmiş xx.xx.2020-ci il tarixli, Ə309-038-20 nömrəli əmr qanuna zidd sayıla bilməz, Məhkəmə iş üzrə müəyyən edilən hallara və iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqan 01 oktyabr 2020-ci il tarixli, Ə309-038-20 nömrəli əmrlə İddiaçı “Azərbaycan Respublikasının X6 xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə müvafiq olaraq xidmətdən xaric etməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia AR Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2020-ci il tarixli, Ə309-038-20 nömrəli əmrinin ləğv edilməsi tələbi hissəsində əsassız olduğu üçün təmin edilməməlidir. İddia tələbi mübahisə predmeti olan əmrin ləğv edilməsi hissəsində təmin edilmədiyindən iddianın “işə bərpa edilməsi və məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” hissəsinə əlavə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhz bu səbəbdən də iddia tələbi bu hissədə də rədd edilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-2184/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2184/2024
29.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver