Məhkəmə qərarları › İş №2-1(120)-2186/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2186/2022

08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-2186/2022 08.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi Ərizəçi İddiaçı Məstıəlı oğlunun, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, X1 maraqlı tərəf Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinə qarşı xx.xx.1997-ci ıl tarixdən xx.xx.1997-ci ıl tarixə kimo Q.Ramazanov adına istehsalat kooperativində sürücü kimi işlədiyini və yaşlı anasına xidmət göstərməsini pensiya stajı kimi iş stajına daxil edilməsi tələbinə dair ərizəsi üzrə işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı maraqlı tərəf Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinə qarşı xx.xx.1997-ci ıl tarixdən xx.xx.1997-ci ıl tarixə kımı Q.Ramazanov adına istehsalat kooperativində sürücü kimi işlədiyini və yaşlı anasına xidmət göstərməsini pensiya stajı kimi iş stajına daxil edilməsi tələbi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 məhkəmə hazırlıq icraatının iclasında ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X8 məhkəmə hazırlıq icraatının iclasında ərizədən imtina edilməsinə etiraz etməmişdir. Məhkəmə iddiaçının “ərizənin qaytarılması barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, şərh olunan normativ hüquqi aktda ərizəçinin ərizəsinə əsasən ərizənin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur və ərizəçinin (və ya nümayəndəsinin) belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Başqa sözlə, ərizəçi öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddia ərizəsinin qaytarılması barədə ərizə verdikdə, bu o anlama gəlir ki, ərizəçi ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 80ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 ərizəsi təmin olunsun. X2 maraqlı tərəf Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinə qarşı xx.xx.1997-ci ıl tarixdən xx.xx.1997-ci ıl tarixə kımı Q.Ramazanov adına istehsalat kooperativində sürücü kimi işlədiyini və yaşlı anasına xidmət göstərməsini pensiya stajı kimi iş stajına daxil edilməsi tələbinə dair ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. İddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar