Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-219/2024 12.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh İmişli Rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı “İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 80 saylı və xx.xx.2022-ci il tarixli, 88 saylı sərancamlarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 12 fevral 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 80 saylı və xx.xx.2022-ci il tarixli, 88 saylı sərancamlarının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X8 məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 80 saylı və xx.xx.2022-ci il tarixli, 88 saylı sərancamlarının ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X9 İddiaçı MMC-nin həm təsisçisi, həm də icraçı direktorudur. MMC-xx.xx.2002-ci ildə 06 02 Al-51 saylı qeydiyyat şəhadətnaməsi ilə Vergilər Nazirliyindən Dövlət Qeydiyyatından keçirilmiş, xx.xx.2011-ci ildə **********029900 saylı qeydiyyat şəhadətnaməsi ilə Dövlət reyestrindən təkrar keçirilmişdir. İddiaçı MMC-nin əsas fəaliyyət növü qum-çınqıl materiallarının hasilatı, emalı və satışı olmuşdur. Bıı məqsədlə MMC İmişli Rayon İcra Hakmiyyətinə karxana fəaliyyəti üçün müraciət etmiş və müvafıq olaraq İmişli Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 24 saylı sərancamı ilə və xx.xx.2014-cü il tarixli, 05 saylı icarə müqaviləsi ilə 3.0 ha və xx.xx.2014-cü il tarixli, 303 saylı sərancamı və xx.xx.2014-cü il tarixli, 78 saylı icarə müqaviləsi ilə 8.0 ha toıpaq sahəsi ayrılmışdır. Ötən dövr ərzində o, sahibkar olaraq istehsal fəaliyyətini təmin etmək məqsədi ilə həmin ərazilərdə vəsait xərcləmiş, əsas vəsaitlər və avdanlıqlar almış, enerji təchizatı xətləri, transformator yarımstansiyası, daş-doğrayan və çeşidləyən qurğuları, inzibati bina və köməkçi anbarlar tikib istifadəyə vermişdir. Hal-hazırda cəmiyyətdə 15 işçi heyəti çalışır və əmək haqqı alırlar. Bildirir ki, 3.0 ərazi istismarda olduğu müddətdə icarə müqaviləsində göstərilən bütün tələblərə tərəflərindən tam riayət olunmuş, icarə haqları vaxtlı-vaxtında ödənilmişdir. Lakin 8.0 ha ərazi isə tərəflərindən bü günə qədər obyektiv səbəblərdən istismar olunmamışdır. Belə ki, həmin əraziyə qonşu olan fıziki şəxslər onları həmin əraziyə buraxmamış, qoluzorluq etmiş və fəaliyyətlərinə mane olmuşlar. Münaqişə sonradan məhkəmə çəkişmələrində davam etmiş, tərəflərindən Şirvan İnzibati-İqtisadi Məkəməsində həmin şəxslərə qarşı iddia qaldırılmış və Şirvan İnzibati-İqtisadi Məkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə (İş № 2-1(086)-409/2018) həmin ərazi üçün müvafiq mərzçəkmə işlərinin aparılması (naturada yerlərin, sərhədlərin müəyyənləşdirilməsi və s.) öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidmətinin üzərinə qoyulmuşdur. Yasamal rayonu İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli, 101935/2018-53-8 saylı bildirişi ilə “Borclu” tərəfdən tələbin könüllü icrası tələb olunmuşdur. Çox təəssüflər olsun ki, bu günə qədər həmin məhkəmə qərarı icraçı şəxslərin məsuliyyətsizliyi ucbatından icra olunmamış olaraq qalır. Lakin bu günlərdə onun ünvanına poçt vasitəsi ilə məktub daxil olmuşdur. Məktubu oxuyanda ona məlum olmuşdur ki, İmişli Rayon İcra Hakmiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 80 saylı sərəncamı ilə 8.0 ha, xx.xx.2022-ci il tarixli, 88 saylı sərəncamı ilə 3.0 ha torpaq sahələrinin sərancamları və icarə müqavilələri heç bir xəbərdarlıq olmadan ləğv edilmişdir. Yuxarıda qeyd etdiyi kimi 8.0 ha torpaq sahəsində bu günə qədər heç bir hasilat işləri görülməmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 X1 mütəxəssisləri həmin ərazidə olarkən orada heç bir istehsal işlərinin görülmədiyi haqqında xx.xx.2020-ci ildə 63245 saylı Akt tərtib etmişlər. Həmin Akta görə yalnız 3.0 ha əraziyə cərimə tətbiq olunmuş, onlar yazılan cərimə ilə razılaşmamışlar və Akta imza etməmişlər. Buna baxmayraq qarşı tərəf Şirvan Kommersiya Məhkəməsində cərimənin ödənilməsi ilə bağlı iddia qaldırmış, məhkəmə prosesi davam etmiş, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli (İŞ № e-2-2(121)-1515/2021) qərardadı ilə işin hallarının araşdırılması üçün ekspertiza təyin etmişdir. Lakin sonradan onların şifahi əldə etdikləri məlumata görə məhkəmə işə baxmamış və iddia tələbkara geri qaytarılmışdır. Bildirirlər ki, X7 Agentliyinin 3.0 ha ərazi üçün verilmiş xx.xx.2019-cu il tarixli, 01169 saylı Dağ-mədən ayırması, analoji olaraq şifahi şəkildə 8.0 ha üçün verilmiş xx.xx.2018-ci il tarixli, 01030 saylı DMAA-nın onlar tərəfındən ləğv olunmasını eşitmişlər, çünki bu haqda onlara həmin qurum tərəfindən heç bir rəsmi bildiriş verilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh İmişli Rayon İcra Hakimiyyəti iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı MMC-nin iddiası əsassızdır. Belə ki, İddiaçı MMC-yə İmişli Rayon İcra Hakimiyyəti başçısının 30 yanvar 2014-cü il tarixli, 24 saylı Sərəncamı ilə 3,0 ha və 30 dekabr 2014-cü il tarixli, 03 saylı Sərəncamı ilə isə 8,0 ha torpaq sahəsi qumçınqıl materiallarının çıxarılması üçün ayrılıb icarəyə verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 X1 mütəxəssisləri İmişli rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı monitorinq apararaq müəyyən etmişdir ki, İddiaçı MMC qum-çınqıl materiallarının çıxarılması zamanı Yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunların tələblərini pozmuş və bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 X2 İdarə Heyətinin qərarı ilə İddiaçı MMC-yə 24 aprel 2018-ci il tarixdə verilmiş 01030 saylı Dağ-mədən ayırması ləğv edilmişdir. Bununla bağlı İmişli Rayon İcra Hakimiyyəti tərəfindən fəaliyyətinin dayandırılması və torpaq sahəsinin rekultivasiya olunaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə İddiaçı MMC-yə məktub göndərilmişdir. Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən Rayon İcra Hakimiyyətinə daxil olmuş 10 dekabr 2021ci il tarixli, 40276/26477 saylı məktubunda İmişli rayonu ərazisində fəaliyyət göstərən qumçınqıl karxanalarının və o cümlədən İddiaçı MMC-nin fəaliyyəti nəticəsində Araz çayının məcrasının hidrogeomorfoloji (dərinləşməsi və genişlənməsi), ətraf ərazilərin hidrogeoekoloji (yeraltı suların səviyyəsinin kəskin aşağı düşməsi və şorlaşması) şəraitinin neqativ yöndə dəyişilməsinə səbəb olduğu göstərilmiş və bununla əlaqədar olaraq qumçınqıl karxanaları üzrə torpaq ayırma sənədlərinin yerli icra hakimiyyətləri tərəfindən ləğv edilməsi tövsiyə edilmişdir. İddiaçı MMC-nin fəaliyyət göstərməsi üçün hüquqi icazə sənədləri olmadığına, dövlət və ictimai maraqlara ziyan vurduğuna görə qum-çınqıl çıxarılması məqsədi ilə İddiaçı MMC-yə torpaq sahəsinin icarəyə verilməsi barədə Rayon İcra Hakimiyyəti başçısının sərəncamı - inzibati akt “İnzibati icraat haqqında” Qanuna uyğun olaraq ləğv edilmişdir. İmişli Rayon İcra Hakimiyyəti başçısının 01 aprel 2022-ci il tarixli, 80 saylı və 08 aprel 2022-ci il tarixli, 88 saylı Sərəncamları verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X10 gəlmiş, iddiaçının nümayəndəsi isə gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 0602-Al-51 nömrəli şəhadətnamədən, xx.xx.2011-ci il tarixli, **********02990 nömrəli çıxarışdan və xx.xx.2013-cü il tarixli şəhadətnamədən müəyyən olunur ki, İddiaçı MMC-nin Nizamnaməsi xx.xx.2002-ci ildə Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə İmişli bölgə şöbəsində 0602-Al-51 saylı qeydiyyat şəhadətnaməsi ilə dövlət qeydiyyatına alınmış, xx.xx.2011-ci il tarixdə Vergilər Nazirliyi tərəfindən cəmiyyətə Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən **********02990 nömrəli çıxarış və xx.xx.2013-cü il tarixli şəhadətnamə verilmiş, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) **********, təsisçisi və icraçı direktoru X6r. İş materiallarında olan İmişli Rayon İcra Hakimiyyəti başçısının 30 yanvar 2014-cü il tarixli, 24 nömrəli sərəncamından və 30 yanvar 2014-cü il tarixli, 05 saylı torpaq icarəsi müqaviləsindən görünür ki, İddiaçı MMC-nin rəhbərliyinin müraciəti nəzərə alınaraq, Cəmiyyətə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün Çaxırlı kəndi yaxınlığında, Bakı-Horadiz magistral avtomobil yolunun sol tərəfində olan dövlət asudə fondundan 3,0 hektar torpaq sahəsi 1 il üçün hər hektara 400 manat olmaqla 1200 manat haqq ödəməklə müvəqqəti istifadə hüququ ilə 30 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 07 may 2019-cu il tarixli, 01169 nömrəli Dağ-Mədən ayırması aktından görünür ki, İddiaçı MMC-yə “Bəhrəmtəpə-İİ” qum-çınqıl yatağında, markşeyder planının üzərində 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10 künc nöqtələri ilə nömrələnmiş 3,0 hektar torpaq sahəsində qum-çınqıl hasilatı məqsədi ilə 5 il müddətinə 07 may 2019-cu il tarixdə, 01169 nömrə ilə qeydiyyata alınmış Dağ-mədən ayırması Aktı ilə icazə hüququ verilmişdir. İş materiallarında olan İmişli Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2014-cü il tarixli, 303 nömrəli sərəncamından və 30 dekabr 2014-cü il tarixli, 78 saylı torpaq icarəsi müqaviləsindən görünür ki, İddiaçı MMC-nin rəhbərliyinin müraciəti nəzərə alınaraq, Cəmiyyətə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün Bəhrəmtəpə qəsəbəsi yaxınlığında, Araz çayı yatağından 8,0 hektar torpaq sahəsi 1 il üçün hər hektara 32 manat olmaqla 256 manat haqq ödəməklə müvəqqəti istifadə hüququ ilə 99 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 24 aprel 2018-ci il tarixli, 01030 nömrəli Dağ-Mədən ayırması aktından görünür ki, İddiaçı MMC-yə “Bəhrəmtəpə-İ” qum-çınqıl yatağında, markşeyder planının üzərində 1, 2, 3 və 4 künc nöqtələri ilə nömrələnmiş 8,0 hektar torpaq sahəsində qum-çınqıl hasilatı məqsədi ilə 5 il müddətinə 24 aprel 2018-ci il tarixdə, 01030 nömrə ilə qeydiyyata alınmış Dağ-mədən ayırması Aktı ilə icazə hüququ verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 63245 nörməli Aktdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 X1 əməkdaşları tərəfindən İddiaçı MMC-nin qum-çınqıl hasilatı ilə bağlı fəaliyyətinə baxış keçirilmiş və baxış zamanı iddiaçıya qum-çınaıl hasilatı üçün ayrılmış torpaq sahələrində yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunların tələblərinin pozulduğu, sahənin hüdudlarından kənarda qum-çınqıl qarışığının hasil edildiyi aşkar edilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 X2 İdarə Heyətinin 29 aprel 2021-ci il tarixli, 21 nömrəli qərarından görünür ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2014-cü il tarixli, 303 nömrəli sərəncamı əsasında İddiaçı MMC-nə ayrılmış 8,0 hektar torpaq sahəsində qum-çınqıl hasilatı məqsədi ilə 5 il müddətinə verilmiş 24 aprel 2018-ci il tarixli, 01030 nömrəli Dağ-mədən ayırması Aktı ləğv edilmiş və buna səbəb kimi ayrılmış yer təki sahəsinin istifadə olunmaması qeyd edilmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 X2 İdarə Heyətinin 29 aprel 2021-ci il tarixli, 23 nömrəli qərarından görünür ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının 30 yanvar 2014-cü il tarixli, 24 nömrəli sərəncamı əsasında İddiaçı MMC-nə qum-çınqıl hasilatı üçün ayrılmış 3,0 hektar torpaq sahəsində yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunların tələblərinin iddiaçı tərəfindən pozulduğu (sahənin hüdudlarından kənarda qum-çınqıl qarışığının hasil edildiyi), verilmiş 3 aylıq möhlət müddətdə pozuntuların aradan qaldırılmadığı səbəbi ilə 5 il müddətinə verilmiş 07 may 2019-cu il tarixli, 01169 nömrəli Dağ-mədən ayırması Aktı ləğv edilmişdir. İş materiallarında olan və iddiaçı tərəfindən mübahisələndirilən İmişli Rayon İcra Hakimiyyəti başçısının 01 aprel 2022-ci il tarixli 80 nömrəli sərəncamından görünür ki, İddiaçı MMC-yə rayonun Bəhrəmtəpə qəsəbəsi yaxınlığında Araz çayının yatağından qum-çınqıl materiallarının çıxarılması üçün 8,0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə imişli Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2014-cü il tarixli, 303 saylı Sərəncamı və 30 dekabr 2014-cü il tarixli, 78 saylı icarə müqaviləsi ləğv edilmişdir. Həmçinin, iş materiallarında olan və iddiaçı tərəfindən mübahisələndirilən İmişli Rayon İcra Hakimiyyəti başçısının 08 aprel 2022-ci il tarixli, 88 nömrəli sərəncamından görünür ki, İddiaçı MMC-yə rayonun Çaxırlı kəndi yaxınlığında yerləşən dövlət fondundan qum-çınqıl materiallarının çıxarılması üçün 3,0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının 30 yanvar 2014-cü il tarixli, 24 saylı Sərəncamı və 30 yanvar 2014-cü il tarixli, 05 saylı saylı icarə müqaviləsi ləğv edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının 30 yanvar 2014-cü il tarixli, 24 nömrəli sərəncamı və 30 yanvar 2014-cü il tarixli, 05 saylı torpaq icarəsi müqaviləsi, həmçinin 30 dekabr 2014-cü il tarixli, 303 nömrəli sərəncamı və 30 dekabr 2014-cü il tarixli, 78 saylı torpaq icarəsi müqaviləsi ilə İddiaçı MMC-nə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün müvafiq olaraq 3,0 hektar və 8,0 hektar torpaq sahəsi verilmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 07 may 2019-cu il tarixli, 01169 nömrəli və 24 aprel 2018-ci il tarixli, 01030 nömrəli Dağ-Mədən ayırması Aktları ilə İddiaçı MMC-nə həmin torpaq sahələrində qum-çınqıl hasilatı məqsədilə yerin təkindən istifadə üçün 5 il müddətinə icazə hüququ verilmiş, 2020-ci ildə qeyd olunan yer təki sahələrində İddiaçı MMC tərəfindən icazə şərtlərinin və qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin yoxlanılması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 X1 əməkdaşları tərəfindən monitorinq (yoxlama) keçirilmiş, iddiaçı tərəfindən icazə şərtlərinin və qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilmiş və bu barədə xx.xx.2020-ci il tarixdə 63245 nömrəli akt tərtib edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 X2 İdarə Heyəti həmin akta əsaslanaraq İddiaçı MMC-yə yerin təkindən istifadə üçün verilmiş hüquqların (07 may 2019-cu il tarixli, 01169 nömrəli və 24 aprel 2018-ci il tarixli, 01030 nömrəli Dağ-Mədən ayırması aktlarının) ləğv edilməsi haqqında 29 aprel 2021-ci il tarixli, 21 və 23 nömrəli qərarlar qəbul etmiş, İmişli Rayon İcra Hakimiyyəti başçısı isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 X1 əməkdaşları tərəfindən aparılmış monitorinqin nəticələrinə dair tərtib olunmuş icazə şərtlərinin və qanunvericiliyin tələblərinin pozulması hallarına dair xx.xx.2020-ci il tarixdə 63245 nömrəli akta və həmin akt əsasında X13 X1 İddiaçı MMC-yə yerin təkindən istifadə üçün verilmiş hüquqların, yəni 07 may 2019-cu il tarixli, 01169 nömrəli və 24 aprel 2018-ci il tarixli, 01030 nömrəli Dağ-Mədən ayırması aktlarının ləğv edilməsi haqqında qərarlarına istinad edərək İddiaçı MMC-nə qum-çınqıl hasilatı üçün 3,0 ha və 8,0 ha torpaq sahələrinin ayrılmasına dair müvafiq olaraq 30 yanvar 2014-cü il tarixli, 24 nömrəli sərəncamın və 30 yanvar 2014-cü il tarixli, 05 saylı torpaq icarəsi müqaviləsinin, həmçinin 30 dekabr 2014-cü il tarixli, 303 nömrəli sərəncamın və 30 dekabr 2014-cü il tarixli, 78 saylı torpaq icarəsi müqaviləsinin ləğv edilməsi barədə 01 aprel 2022ci il tarixli, 80 nömrəli və 08 aprel 2022-ci il tarixli, 88 nömrəli sərəncamlar qəbul etmişdir. Məhkəmə mübahisənin tam, hərtərəfli və obyektiv həllinə nail olmaq üçün ilk növbədə mübahisələndirilən sərəcamın verilməsinin əsaslarının mövcudluğunun və qanuniliyinin araşdırılmasını zəruri hesab edir. Mübahisələndirilən sərəncamların dispozisiyasında həmin sərəncamların qəbul edilməsinin əsası kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 X1 mütəxəssislərinin İmişli rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı monitorinq aparıldığı, Cəmiyyət tərəfindən qum-çınqıl materiallarının çıxarılması zamanı yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunların tələblərinin pozulduğu, bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 X2 İdarə Heyətinin qərarı ilə Cəmiyyətə verilmiş Dağ-mədən ayırması aktlarının ləğv edilməsi, bununla bağlı İmişli Rayon İcra Hakimiyyəti tərəfindən fəaliyyətinin dayandırılması və torpaq sahəsinin rekultivasiya olunaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə Cəmiyyətə məktub göndərilməsi, həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən Rayon icra Hakimiyyətinə daxil olmuş 10 dekabr 2021ci il tarixli, 40276/26477 saylı məktubunda İmişli rayonu ərazisində fəaliyyət göstərən qumçınqıl karxanalarının və o cümlədən İddiaçı MMC-nin fəaliyyət göstərməsi üçün hüquqi icazə sənədləri olmadığına görə torpaq ayırma sənədlərinin yerli icra hakimiyyətləri tərəfindən ləğv edilməsinin tövsiyə edildiyi bildirilmişdir. Göründüyü kimi, mübahisələndirilən sərəncamların hüquqi əsasını yuxarıda qeyd olunan xx.xx.2020-ci il tarixli, 63245 nömrəli akt və həmin akt əsasında X13 X1 İdarə Heyəti tərəfindən qəbul olunmuş qərarlar təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/2-11-139/24 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ya tabeliyində olan X13 X2 tərəfindən İddiaçı MMC-yə məxsus ərazidə (VÖEN **********) 2020-2021-ci illərdə keçirilən yoxlamanın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyatı ilə bağlı xx.xx.2023-cü il tarixli sorğuya baxılmışdır. Bildiririk ki, 2020-2021-ci illərdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ya tabeliyində olan X13 X2 tərəfindən adı çəkilən sahibkarlıq subyektində hər hansı yoxlamanın keçirilməsi barədə müraciət daxil olmamış və yoxlama qeydiyyata alınmamışdır. Beləliklə, müəyyən olunur ki, 07 may 2019-cu il tarixli, 01169 nömrəli və 24 aprel 2018-ci il tarixli, 01030 nömrəli Dağ-Mədən ayırması aktları ilə İddiaçı MMC-yə ayrılmış yer təki sahələrinə iddiaçı tərəfindən icazə şərtlərinin və qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin yoxlanılması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 X1 əməkdaşları tərəfindən 2020-ci ildə monitorinq (yoxlama) keçirilərkən həmin yoxlama və onunla bağlı müraciət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmamışdır. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir: Belə ki, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin: 1-ci cümləsinə əsasən yerin təkindən istifadə hüququnun dayandırılması “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 5-ci cümləsinə əsasən, yerin təkindən istifadə hüququnun ləğvi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 5-ci cümləsinə əsasən bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4-cü bəndlərində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən lisenziyanın (icazənin) sahibi lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə lisenziya və icazə dayandırılır. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən: 26.1. Lisenziya və icazə aşağıdakı hallarda ləğv edilir: 26.1.1. lisenziyanın (icazənin) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; 26.1.2. lisenziyanın (icazənin) müddəti bitdikdə; 26.1.3. lisenziyanın (icazənin) sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə; 26.1.4. lisenziyanın (icazənin) sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə; 26.1.5. məhkəmənin müvafiq qərarı olduqda; 26.1.6. lisenziyanın və icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə; 26.1.7.bu Qanunun 25.4-cü maddəsində göstərilən məsələ ilə bağlı lisenziya və icazə verən orqana yazılı məlumat verilmədikdə; 26.1.8. lisenziyada göstərilmiş fəaliyyət növü və icazə lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısından çıxarıldıqda; 26.1.9. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda hallarda. Göründüyü kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 X1 əməkdaşları tərəfindən İddiaçı MMC-nin qum-çınqıl hasilatı ilə bağlı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yer təki sahələrində aparılmış monitorinqin nətəcələrinə dair tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 63245 nömrəli aktda “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində qeyd olunan halların heç biri mövcud deyildir. Məhkəmə qeyd edir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Məhkəmənin qənaətinə görə hazırkı mübahisənin həllinə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və əlaqədar digər qanunvericilik aktları tətbiq edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5-7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 13 aprel 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. - 1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 1.6-cı maddəsinə görə, bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5-4-cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. - 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunur ki, İddiaçı MMC-yə ayrılmış yer təki sahələrinə iddiaçı tərəfindən icazə şərtlərinin və qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin müəyyən edilməsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 X1 əməkdaşları tərəfindən 2020-ci il tarixində İddiaçı MMC-nin qum-çınqıl hasilatı ilə bağlı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yer təki sahələrində aparılmış yoxlama (monitorinq) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparıldığından, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, X13 X2 tərəfindən aparılan yoxlama qanunsuz olduğundan və qanunsuz yoxlama əsasında müəyyən edilmiş nəticələr və qəbul olunmuş qərarlar hüquqi əhəmiyyət kəsb etmədiyindən cavabdeh inzibati orqan tərəfindən inzibati aktın, yəni hazırki iş üzrə İddiaçı MMC-nə qum-çınqıl hasilatı üçün 3,0 ha və 8,0 ha torpaq sahələrinin ayrılmasına dair müvafiq olaraq 30 yanvar 2014-cü il tarixli, 24 nömrəli sərəncamın və 30 yanvar 2014-cü il tarixli, 05 saylı torpaq icarəsi müqaviləsinin, həmçinin 30 dekabr 2014-cü il tarixli, 303 nömrəli sərəncamın və 30 dekabr 2014-cü il tarixli, 78 saylı torpaq icarəsi müqaviləsinin ləğv edilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının mübahisələndirilən 01 aprel 2022-ci il tarixli, 80 nömrəli və 08 aprel 2022-ci il tarixli, 88 nömrəli sərəncamlarının qəbul edilməsi üçün əsas kimi götürülə bilməz. Digər tərəfdən, məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada da hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun: 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.6-cı maddəsinə əsasən maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. 25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. 28.1.1-сi maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati iсraatın başlanılması üçün əsaslardan biridir; 36.1.2-сi maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraсiət etmiş fiziki və ya hüquqi şəxslər inzibati iсraatın iştirakçıları sayılırlar; 36.3-сü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçünсü (maraqlı) şəxs qismində iсraatda iştirakını təmin etməyə borсludur; 51.1-сi maddəsinə əsasən inzibati orqan inzibati iсraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərсüməçiləri və digər orqanların nümayəndələrini inzibati iсraatla bağlı iсlasın vaxtı və yeri haqqında xəbərdar etməyə borсludur; 51.2-сi maddəsinə görə bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah edilməsi və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. İş materiallarından görünür ki, сavabdehin mübahisəli sərənсamlarının qəbul edilməsi ilə bağlı inzibati iсraat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən İmişli Rayon İcra Hakimiyyətinə daxil olmuş tövsiyyə məktubu əsasında başlanılmış, qəbul olunması nəzərdə tutulan inzibati aktın iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi açıq və aydın olsa da, сavabdehin onun inzibati iсraatda iştirakını təmin etmək üçün xəbərdar etməsi, hüquq və vəzifələrinin izah etməsi, bununla bağlı ona məlumatın çatdırılması məqsədilə rabitə vasitələrindən istifadə etməsi heç bir sübutla təsdiq olunmur. Məhkəmə müəyyən etdi ki, həmin məktub verilərkən məktubun məzmununda və həmçinin, X13 X1 İdarə Heyəti tərəfindən qəbul olunmuş qərarların dispozisiyasında qeyd edilənlərin həqiqətə uyğun olub-olmaması cavabdeh inzibati orqan tərəfindən araşdırılmamış, 30 yanvar 2014-cü il tarixli, 24 nömrəli və 30 dekabr 2014-cü il tarixli, 303 nömrəli sərəncamlar əsasında iddiaçıya verilmiş, ayrı-ayrı ərazilərdə yerləşən torpaq sahələrində istismarın kim tərəfindən həyata keçirildiyi, qanundan kənarlaşmanın baş verdiyi və ümumiyyətlə belə kənarlaşmanın mövcudluğu müəyyən edilməmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tövsiyyə məktubunda və daha sonra mübahisələndirilən sərəncamlarda göstərilən dəlillərlə bağlı iddiaçının nümayəndəsi çağrılaraq dinlənilməmiş, iddiaçıdan həmin dəlillərə dair sübutlar tələb edilməmiş, iddiaçının nümayəndəsinin iştirakı ilə torpaq sahələrinə baxış keçirilməmişdir. Halbuki, İddiaçı MMC-yə yerin təkindən istifadə üçün verilmiş hüququn (24 aprel 2018-ci il tarixli, 01030 nömrəli Dağ-Mədən ayırması aktının) ləğv edilməsi haqqında 29 aprel 2021-ci il tarixli 21 nömrəli qərarın qəbul edilməsinə əsas olmuş 06 oktyabr 2020-ci il tarixli aktda iddiaçı 8,0 hektar torpaq sahəsindən istifadə edə bilməməsinin səbəbi kimi həmin torpaq sahəsindən fərdi sahibkar Eldar Hüseynovun özünə məxsus ələyi və texnikası ilə istifadə etdiyini və həmin şəxsin iddiaçının qeyd olunan torpaq sahəsinə daxil olmasına imkan vermədiyini bildirmiş və onun qeyd etdiyi bu hallar 06 oktyabr 2020-ci il tarixli, 63245 nömrəli aktda da öz əksini tapmışdır. Lakin İmişli Rayon İcra Hakimiyyəti öz qərarı ilə ayırdığı 8,0 hektar torpaq sahəsindən İddiaçı MMC-nin istifadə edə bilməməsinin səbəblərini araşdırmadan, həmin torpaq sahəsi üzrə İddiaçı MMC-nə yerin təkindən istifadə üçün verilmiş 5 illik hüquq müddətinin (xx.xx.2018-xx.xx.2023) bitmədiyini nəzərə almadan 30 dekabr 2014-cü il tarixli, 303 nömrəli sərəncamın və 30 dekabr 2014-cü il tarixli, 78 saylı torpaq icarəsi müqaviləsinin ləğv edilməsi barədə 01 aprel 2022-ci il tarixli, 80 nömrəli qərar qəbul etmişdir. Həmçinin, İddiaçı MMC-yə yerin təkindən istifadə üçün verilmiş hüququn (07 may 2019-cu il tarixli, 01169 nömrəli Dağ-Mədən ayırması aktının) ləğv edilməsi haqqında 29 aprel 2021-ci il tarixli, 23 nömrəli qərarın qəbul edilməsinə əsas olmuş 06 oktyabr 2020-ci il tarixli, 63245 nömrəli aktda iddiaçı 3,0 hektar torpaq sahəsinin sərhədlərindən kənar qum-çınqıl hasilatı aparmadığını, həmin torpaq sahəsinin sərhədlərindən kənarda qumçınqıl hasilatının ondan əvvəlki istismarçılar tərəfindən aparıldığını, bununla əllaqədar 06 oktyabr 2020-ci il tarixli aktın bu hissəsi ilə razılaşmadığını bildirmiş və onun qeyd etdiyi bu hallar 06 oktyabr 2020-ci il tarixli aktda da öz əksini tapmışdır. Lakin İmişli Rayon İcra Hakimiyyəti qeyd olunan halların araşdırılması üçün heç bir tədbir görmədən (İddiaçı MMC-nin rəhbərliyinin müzakirəyə dəvət edilməsi, bu barədə müvafiq izahatın alınması, torpaq sahəsinə mütəxəssislərin iştirakı ilə baxış keçirilməsi və s.) 30 yanvar 2014-cü il tarixli, 24 nömrəli sərəncamın və 30 yanvar 2014-cü il tarixli, 05 saylı torpaq icarəsi müqaviləsinin ləğv edilməsi barədə 08 aprel 2022-ci il tarixli, 88 nömrəli qərar qəbul etmişdir. Məhkəmə tərəfindən tələb olunmasına baxmayaraq hazırda mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda qeyd edilən tələblərinə (proseduruna) əməl olunmasına dair hər hansı sənəd (sübut) və məlumat cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, məhkəmənin qənaətinə görə ümumiyyətlə iddiaçının icarə müqaviləsinin şərtlərinə əməl edib-etməməsi (torpaq sahəsini təyinatı üzrə istifadə edibetməməsi) ayrıca məhkəmə mübahisəsinin (mülki məhkəmə icraatı qaydasında baxılmalı olan) predmeti olduğundan cavabdehin mübahisələndirilən sərəncamla iddiaçının torpaqdan istifadə hüququna xitam vermək səlahiyyəti olmamışdır. Belə ki, Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 4-cü abzasına əsasən torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verilir. Qeyd edilən normadan göründüyü kimi, torpaq sahəsi üzərində olan daimi istifadə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən xitam verilməsi nəzərdə tutulmuşdur ki, hazirki işdə isə torpaq sahəsi iddiaçının daimi istifadəsinə yox, müddətli icarəsinə verilmişdir. Məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 73-cü maddəsinin birinci bəndinin mübahisələndirilən inzibati aktda istinad olunan digər normaları (torpaq sahəsindən təyinatı üzrə istifadə etməmə və s.) üzrə də iddiaçının torpaq sahəsi üzərində olan hüququna xitam verilməsi barədə qərar qəbul etmək səlahiyyətinin bilavasitə cavabdehdə olması, həmin Məcəlləsinin 73 və 75-ci maddələrindən, eləcə də “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000-ci il tarixli, 291 nömrəli Fərmanından görünmür. Eyni zamanda, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 05 nömrəli və xx.xx.2014-cü il tarixli, 78 nömrəli icarə müqavilələrinin 2.14-cü bəndlərinə görə tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf “...müvafiq orqanlar və ya məhkəmə qaydasında iddia qaldırır. Mülki Məcəllənin 713-cü maddəsinə əsasən, əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Həmin Qanunun 31-ci maddəsinə əsasən, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Beləliklə, sadalanan normalara əsasən, cavabdeh mübahisələndirilən inzibati aktlarda göstərilən əsaslar üzrə iddiaçının torpaq üzərində olan müvafiq hüququna xitam verilməsi üçün işə mahiyyəti üzrə baxılıb qərar çıxarılmadan (hüquqi nəticə əldə edilmədən) səlahiyyətlə bağlı qanunvericiliyin təsbit etdiyi qaydaları pozmuş və məhkəmə araşdırmasi zamanı bunun əksini sübut edə bilməmişdir. Belə olan halda isə mübahisələndirilən inzibati akt müvafiq səlahiyyətə malik olmayan inzibati orqan tərəfindən qəbul edilmiş sayılır ki, bu hal da özü-özülüyündə həmin inzibati aktın qanunsuz sayılaraq, ləğv olunmasına əsas verir. Həmçinin, qeyd olunmalıdır ki, mübahisələndirilən sərəncamlar cavabdeh tərəfindən əsaslandırılmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdeh tərəfindən mübahisəli inzibati aktların qəbuluna əsas olmuş faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «X3rşı» iş üzrə xx.xx.2005-сi il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə 1 saylı Protokolun 1-сi maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik сəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdehin mübahisələndirilən inzibati aktları qanuna ziddir və bunun nəticəsində iddiaçının hüquqları pozulmuşdur. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 X1 əməkdaşları tərəfindən İddiaçı MMC-də keçirilən monitorinqin (yoxlamanın) qeydiyyata alınmamasını, qanunvericiliyin tələbinə görə reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsinin olmadığını, beləliklə, sözügedən yoxlamanın nəticəsi olaraq tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 63245 nörməli aktın, həmin akt əsasında qəbul edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 X2 İdarə Heyətinin 29 aprel 2021-ci il tarixli 21 nömrəli və 23 nömrəli qərarlarının, bu qərarlar əsasında verilmiş İmişli Rayon İcra Hakimiyyəti başçısının 01 aprel 2022-ci il tarixli, 80 nömrəli və 08 aprel 2022-ci il tarixli, 88 saylı sərəncamlarının da hüquqi nəticəyə malik olmadığını, hüquqi nəticəsi olmayan yoxlama ilə müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirlərinin tətbiq edilməsinin qanuna zidd olduğunu, həmçinin mübahisələndirilən sərəncamların verilməsində cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinin ciddi şəkildə pozulmasını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İmişli Rayon İcra Hakimiyyəti başçısının 01 aprel 2022-ci il tarixli, 80 nömrəli və 08 aprel 2022-ci il tarixli, 88 saylı sərəncamları ləğv edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İmişli Rayon İcra Hakimiyyəti başçısının 01 aprel 2022-ci il tarixli, 80 nömrəli və 08 aprel 2022-ci il tarixli, 88 saylı sərəncamları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-219/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-219/2024
12.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver