Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-219/2025 06.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “torpaq ayırma barədə 21 fevral 1991-ci il tarixli, aktına əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 28 dekabr 1989-cu il tarixli, 521 nömrəli qərarı ilə Babək sovxozunun 30 dekabr 1990-cu il tarixli 1204 nömrəli əmri ilə İddiaçı üçün 00,6 hektar həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “torpaq ayırma barədə 21 fevral 1991-ci il tarixli, aktına əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 28 dekabr 1989-cu il tarixli, 521 nömrəli qərarı ilə Babək sovxozunun 30 dekabr 1990-cı il tarixli 1204 nömrəli əmri ilə İddiaçı üçün 00,6 hektar həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 2-1(120)-219/2025 saylı qərardadı ilə Astara rayon Bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə Astara şəhərində yaşayır. Torpaq ayırma barədə 21 fevral 1991-ci il tarixli akta əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 28 dekabr 1989-cu il tarixli, 521 nömrəli qərarı ilə Babək sovxozunun 30 dekabr 1990-cı il tarixli, 1204 nömrəli əmri ilə İddiaçı üçün 00.6 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi şimaldan Bayramov Alməmmədin həyəti ilə, qərbdən kanal ilə, şərqdən ara yol ilə, cənubdan Əliyev Cəlilin həyəti ilə həmsərhəddir. Torpaq sahəsinin həmin ərazidə yerləşməsi Astara şəhəri, S.Vurğun küçəsində yerləşən İddiaçı məxsus 0.06 ha torpaq sahəsinin baş planında da qeyd edilmişdir (Baş plandandan çıxarış iddia ərizəsinə əlavə edilir). Qeyd edir ki, torpaq sahəsi ona təhkim edilmiş tarixdən istifadəsində olmuş, torpaq sahəsində tikinti aparılması bunları bir daha təsdiq edir. Torpaq sahəsinə dair çıxarışın alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraiət edilmiş, 22 sentyabr 2022-ci il tarixli, **********771 saylı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında bildirişlə torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsindən imtina edilmişdir. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında bildirişi qanuni və əsaslı hesab etmir və bu iddia ilə Şirvan İnzibati məhkəməsinə müraciət edir. Yuxarıdakılara əsasən AR İPM-nin 45-46-cı maddələri rəhbər turaraq torpaq ayırma barədə 21 fevral 1991-ci il tarixli, aktına əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 28 dekabr 1989-cu il tarixli, 521 nömrəli qərarı ilə Babək sovxozunun 30 dekabr 1990-cı il tarixli 1204 nömrəli əmri ilə İddiaçı üçün 00,6 hektar həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinin və üçüncü şəxs Astara rayon Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. İddiaçı və üçüncü şəxs Astara rayon Bələdiyyəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinin və üçüncü şəxs Astara rayon Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan 21 fevral 1991-ci il tarixli torpaq ayırma barədə aktdan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 28 dekabr 1989-cu il tarixli, 521 nömrəli qərarı ilə Babək sovxozunun 30 dekabr 1990-cu il tarixli, 1204 nömrəli əmri ilə İddiaçı 00,6 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. İşdə olan Astara rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin baş planından çıxarışdan görünür ki, Astara şəhəri, S.Vurğun küçəsində yerləşən İddiaçı məxsus 0.06 ha torpaq sahəsinin baş planından çıxarışı tərtib olunmuşdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********71 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2022-ci il 09 sentyabr tarixli, ********** qeydiyyat nömrəli ərizənizlə əlaqədar olaraq bildiririk ki, ünvan 3 ünvanında yerləşən, xx.xx.1991 -ci il tarixli “Akt”la sizə təhkim edilmiş 0.06 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququ üzrə yaranmış hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən plan ölçü sənədinin və müvafiq çıxarışın verilməsi ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər üzrə aparılan müayinənin və sənədlərin ekspertizasının nəticəsi ofaraq faktiki vəziyyətlə aidiyyəti sənəd üzrə məlumatlar arasında uyğunsuzluq mövcuddur. Belə ki, tərəfinizdən təqdim olunmuş mühüm əhəmiyyətli sənədlərdən sayılan tərəflərin iştirakı ilə tərtib olunmuş xx.xx.1991-ci il tarixli “Akt”la yalnız həmin 0.06 ha torpaq sahəsinin sizə təhkim edilməsi barədə qeyd olunur. İcraatda olan sənədlərin əsaslılığı və qanuniliyi baxımından bildiririk ki, tərəfinizdən həyətyanı məqsədilə sizə ayrılmış torpaq sahəsinə dair ilkin torpaqayırma sənədi (qərarı) Ərazi idarəsinə təqdim olunmamışdır. Xidmət orqanı olaraq bildiririk ki, həmin 0.06 ha həyətyanı torpaq sahəsinə dair müvafiq qeydiyyatın aparılması üçün tələb olunan sənədlər tam şəkildə tərəfinizdən təqdim edilmədiyindən, icraatda olan hazırki ərizənizin icrası təmin olunmamışdır. Bu baxımdan bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində sizin adınıza yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3- 43/2-628/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, hazırki iş üzrə sərəncamın icrası olaraq tərəfimizdən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, ünvan 3 ünvanında yerləşən, yeganə sənəd olaraq xx.xx.1991-ci il tarixli “Akt” əsasında həyətyanı məqsədilə iddiaçıya təhkim olunmuş 600 kv.m torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən plan ölçü sənədinin, habelə müvafiq çıxarışın verilməsi ilə əlaqədar həmin şəxsin (İddiaçı) təqdim etdiyi hüquqmüəyyənedici sənədlər onun 2022-ci il 09 sentyabr tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında tərəfimizdən icraata qəbul edilmişdir. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər üzrə ünvan 3 ünvanında yerləşən, hazırki iş üzrə İddiaçı ayrılmış həmin 600 kv.m həyətyanı torpaq sahəsinə dair yaranmış hüquqların dövlət qeydiyyatının aparılması və həmin daşınmaz əmlaka dair plan və ölçü sənədinin tərtib olunması xahiş edilmişdir. Bu baxımdan təqdim olunmuş sənədlər üzrə aparılan ekspertizanın nəticəsi olaraq məlum olmuşdur ki, həmin ərəfədə sözü gedən 600 kv.m həyətyanı torpaq sahəsinə dair ərazi idarəsinə təqdim edilmiş ilkin sənədlərlə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Həmin dövrdə icraatda olan sənədlərin ekspertizasının nəticəsi olaraq məlum olmuşdur ki, reallıqda həmin şəxs tərəfindən yeganə sənəd olaraq ilkin hüquqmüəyyənedici sənəd qismində yuxarıda barəsində qeyd olunan xx.xx.1991-ci il tarixli “Akt” qeydiyyat orqanına təqdim olunmuşdur. Bu baxımdan icraatda olan sənədlər üzrə (reallıqda ilkin torpaqayırma qərarının təqdim olunmamasına münasibətdə) yaranmış uyğunsuzluğa münasibətdə, sözü gedən torpaq sahəsinə dair iddiaçının adına müvafiq qeydiyyatın aparılması təmin olunmamış, həmin şəxsin icraatda olan ərizəsindən imtina edilmiş və onun ünvanına xx.xx.2022-ci il tarixli “İmtina” bildirişi göndərilmişdir. Belə ki, Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Odur ki, hazırki iş üzrə iddiaçıya məxsus həmin 600 kv.m torpaq sahəsinə dair ilkin torpaqayırma sənədləri mövcud olmadığı səbəbdən sərəncamın Ərazi İdarəsinə aid olan hissəsinin icrasına tam etiraz edirik və bu baxımdan qanunamüvafiq qərar qəbul etməyinizi xahiş edirik. İşdə olan Astara rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 27 nömrəli məktubunda qeyd olunmuşdur ki, sizin 17 yanvar 2023-cü il tarixli 2- 1(120)-1941/2023 nömrəli məktubunuz baxılmaqdan ötrü Astara rayon Dövlət Arxivinə göndərilmişdir. Məktubla əlaqədar bildiririk ki, Astara rayonu Babək adına sovxozun 1990cı ilə aid əmr kitabı 853 nömrəli əmrlə başlayıb 1203 nömrəli əmrlə bitir. Babək adma sovxozun xx.xx.1990-cı il tarixli 1204 nömrəli əmri Astara rayon Dövlət Arxivində mühafizə olunan Babək sovxozunun əmr kitablarında öz əksini tapmamışdır. Bununla əlaqədar vətəndaş İddiaçı Astara rayon Dövlət Arxivində qəbul edilmiş və ona torpaq verilməsi barədə hər hansı bir sənədin olmaması bildirilmişdir. Qeyd: Astara rayonu Babək adma sovxozun 1990-cı ilə aid əmr kitabının son səhifələri, kitabın üstlüyü və surğuclanmış səhifəsinin sürətləri təsdiqlənərək sizə göndərilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2- 405/2024 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyinin nəticəsi hissəsində qeyd edilmişdir: 1) 21 fevral 1991-ci il tarixli akt əsasında İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinin iddia olunan vəziyyətə əsasən koordinatları müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsinin üzərində yarımçıq tikilinin də mövcud olması müəyyən edilmişdir. 2) 21 fevral 1991-ci il tarixli akt əsasında İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı hüquqi statusunun-bələdiyyə mülkiyyətində, kateqoriyasının yaşayış məntəqələrinin torpaqları, uqodiyasının tikinti altında olan torpaqlar olması müəyyən edilmişdir. 3) 21 fevral 1991-ci il tarixli akt əsasında İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olması və təyinatı üzrə istifadə edilməsi müəyyən olunmuşdur. 4) 21 fevral 1991-ci il tarixli akt əsasında İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinin həmin aktdakı şimal və cənub qonşu torpaq sahələrinin faktiki vəziyyətə uyğun gəlməsi, yəni faktiki istifadədə olan torpaq sahəsi ilə eyni ərazi olması müəyyən olunmuşdur. 5) 21 fevral 1991-ci il tarixli akt əsasında İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1087 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir; Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 19 fevral 2024-cü il tarixli, 3-21-3-43/2-405/2024 №-li mütəxəssis rəyinə əsasən, 21 fevral 1991-ci il tarixli akt əsasında İddiaçı ayrılmış 0,6 ha torpaq sahəsinin iddia olunan vəziyyətə əsasən koordinatları müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsinin üzərində yrımçıq tikilinin də mövcud olması müəyyən edilmişdir. Sxem və koordinatlar mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 19 fevral 2024-cü il tarixli, 3-21-3-43/2-405/2024 №-li mütəxəssis rəyinə əsasən, 21 fevral 1991-ci il tarixli akt əsasında İddiaçı ayrılmış 00,6 ha torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı hüquqi statusunun-bələdiyyə mülkiyyətidə, kateqoriyasının yaşayış məntəqələrinin torpaqları, uqodiyasının tikinti altında olan torpaqlar olması müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 19 fevral 2024-cü il tarixli, 3-21-3-43/2-405/2024 №-li mütəxəssis rəyinə əsasən, 21 fevral 1991-ci il tarixli akt əsasında İddiaçı ayrılmış 00,6 ha torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olması və təyinatı üzrə istifadə edilməsi müəyyən olunmuşdur. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 19 fevral 2024-cü il tarixli, 3-21-3-43/2-405/2024 №-li mütəxəssis rəyinə əsasən, 21 fevral 1991-ci il tarixli akt əsasında İddiaçı ayrılmış 00,6 ha torpaq sahəsinin həmin aktdakı şimal və cənub qonşu torpaq sahələrinin faktiki vəziyyətə uyğun gəlməsi, yəni faktiki istifadədə olan torpaq sahəsi ilə eyni ərazi olması müəyyən olunmuşdur. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 19 fevral 2024-cü il tarixli, 3-21-3-43/2-405/2024 №-li mütəxəssis rəyinə əsasən, 21 fevral 1991-ci il tarixli akt əsasında İddiaçı ayrılmış 00,6 ha torpaq sahəsinin torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Məhkəmə, iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətindən cavabdehin imtinasının qanuniliyini və əsaslığını yuxarıda qeyd edilən sübutlarla yanaşı, aşağıdakı hüquq normalarına uyğun qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1., 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 10.2-ci maddəsinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»:
3. Dövlət reyestrini tərtib edən və aparan dövlət orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərtib edilir və aparılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması qaydasında əldə edirlər. Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ ...
2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.
3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. ...
6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları ...
2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri
2. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Maddə 59. Fərdi və kooperativ mənzil, bağ evləri və qaraj tikintisi, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün torpaq sahələrinin verilməsi ...
2. Ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Maddə 86.1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 21 fevral 1991-ci il tarixli torpaq ayırma barədə akt ilə İddiaçı ayrılmış 00,6 hektar həyətyanı torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd, yerləşmə, həndəsi ölçüləri və s. əks olunan) və ayrıc aktı (qonşu torpaq sahələri əks olunan, hər hansı bir istinad nöqtəsi olan və s.) mövcud olmadığından həmin 00,6 hektar torpaq sahəsinin sənəd üzrə sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün deyildir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və reyestrdən çıxarışın verilməsindən imtina edərkən yuxarıda şərh olunan hüquq normalarının tələblərini pozmamış və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etməmişdir. Məhkəmənin qənaətinə görə hazırki mübahisə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına uyğun həll edilməlidir. Adı çəkilən normativ hüquqi aktlar daşınmaz əmlaka (torpaq sahəsinə) hüquqların müvafiq reyestrdə qeydiyyata alınmanın əsaslarını müəyyən edir. İddiaçı tələbinin hüquqi əsası kimi 21 fevral 1991-ci il tarixli torpaq ayırma barədə aktını təqdim etmişdir. 21 fevral 1991-ci il tarixli torpaq ayırma barədə aktı ilə ayrılmış torpaq sahəsinin yerquruluşu sxemi mövcud olmadığından həmin qərarın heç bir hüquqi qüvvəsi yoxdur və iddiaçı üçün əlverişli nəticə doğura bilməz. Çünki, yerquruluşu sxemi mövcud olmadığı halda 21 fevral 1991-ci il tarixli torpaq ayırma barədə aktı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məhz iddiaçının iddia etdiyi 00,6 ha torpaq sahəsi olduğunu müəyyən etmək mümkün deyildir. Məhkəmə hesab edir ki, 21 fevral 1991-ci il tarixli torpaq ayırma barədə aktı torpaq sahəsi üzərində iddiaçının hüququnun qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında göstərilmiş əsaslardan hər hansı birinə uyğun deyildir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (xx.xx.1991-ci ildə qüvvəyə minmişdir) 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Onu da qeyd etmək yerinə düşərdi ki, qüvədən düşmüş Torpaq Məcəlləsində müəyyən edilmiş yuxarıda qeyd eilən şərtlər hazırda qüvvədə olan Torpaq Məcəlləsində də öz əksini tapmışdır. Belə ki, hazırda qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Göründüyü kimi qanunvericilik hər bir halda torpaq sahəsi ayrılarkən həmin torpaq sahəsinin yerdə (naturada) hüdudlarının müəyyən edilməsini vacib şərt kimi müəyyən etmişdir. Məhz həmin sənəd olduqdan sonra torpaq sahəsi üzərində hüquqlar qüvvəyə minir və ayrılmış torpaq sahəsinin dəqiq yeri və hüdudları müəyyən edilib, həmin sahəyə dair müraciət edənin hüquqlarını qeydiyyata almaq mümkün olur. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin sənəd üzrə yeri naturada müəyyən edilməmiş və yerquruluşu sxemi mövcud deyildir. Belə ki, iş materiallarında olan Astara rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 27 nömrəli məktubunda qeyd olunmuşdur ki, Sizin 17 yanvar 2023-cü il tarixli 2-1(120)-1941/2023 nömrəli məktubunuz baxılmaqdan ötrü Astara rayon Dövlət Arxivinə göndərilmişdir. Məktubla əlaqədar bildiririk ki, Astara rayonu Babək adma sovxozun 1990-cı ilə aid əmr kitabı 853 nömrəli əmrlə başlayıb 1203 nömrəli əmrlə bitir. Babək adma sovxozun xx.xx.1990-cı il tarixli 1204 nömrəli əmri Astara rayon Dövlət Arxivində mühafizə olunan Babək sovxozunun əmr kitablarında öz əksini tapmamışdır. Bununla əlaqədar vətəndaş İddiaçı Astara rayon Dövlət Arxivində qəbul edilmiş və ona torpaq verilməsi barədə hər hansı bir sənədin olmaması bildirilmişdir. Eyni zamanda iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1087 nömrəli ekspert rəyindən görünür ki, 21 fevral 1991-ci il tarixli torpaq ayırma aktı ilə iddiaçıya ayrılmış 00,6 hektar torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd, yerləşmə, həndəsi ölçüləri və s. əks olunan) və ayrıc aktı (qonşu torpaq sahələri əks olunan, hər hansı bir istinad nöqtəsi olan və s.) hazırki işin sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin 00,6 hektar torpaq sahəsinin sənəd üzrə sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün deyildir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi ayrılarkən (1991-ci ildə) sənəd üzrə yeri naturada müəyyən edilmədiyindən, torpaq sahəsinin yerquruluşu sxemi mövcud olmadığından və məhkəmə araşdırması zamanı da həmin torpaq sahəsinin sənəd üzrə sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmadığından sözügedən torpaq sahəsi üzərində iddiaçının hüququ mövcud deyildir və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması yolverilməzdir. Bundan başqa, iş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1087 nömrəli ekspert rəyindən görünür ki, 21 fevral 1991-ci il tarixli torpaq ayırma aktı ilə iddiaçıya ayrılmış 00,6 hektar torpaq sahəsi mövcud baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olan (ümumi istifadədə olan) yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsidir. Məhkəmə sözügedən kateqoriyalı torpaq sahəsinin özəlləşdirilməsinin və üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasının mümkünlüyü ilə bağlı aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci bəndinə əsasən bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara və ehtiyat fondu torpaqlarına ayrılır. Həmin Məcəllənin 47-ci maddəsinin 3-cü bəndinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Həmin Məcəllənin 59-cu maddəsinin 2-ci bəndinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Yuxarıda qeyd edilən hüquq normalarından göründüyü kimi bələdiyyələrin mülkiyyətində olan bütün torpaq sahələri deyil, yalnız ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları alqı-satqının obyekti ola bilər və özəlləşdirilə bilər. Bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan torpaqlar isə hüquqi və fiziki şəxslərin yalnız icarəsinə verilə bilər. Başqa sözlə, bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan torpaqlar alqı-satqının, özəlləşdirmənin predmeti ola bilməz və həmin katerqoriyalı torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin mülkiyyət hüquqları qeydiyyata alına bilməz. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını hazırki işin müəyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının iddia etdiyi 00,65 hektar torpaq sahəsi bələdiyyə mülkiyyətinin ümumi istifadədə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi olduğundan, həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması tələbi əsassız və qanunsuzdur. Məhkəmə onu da qeyd edir ki, işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə məhkəmə tərəfindən səlahiyyətli qurumlara sorğular verilmiş və iddiaçının tələbinin hüquqi əsası olan Azərbaycan SSR Nazirlər Sovetinin 28 dekabr 1989-cu il tarixli, 521 nömrəli qərarı ilə Babək sovxozunun 30 dekabr 1990-cu il tarixli, 1204 nömrəli əmri ilə İddiaçı 00,6 hektar həyətyanı torpaq sahəsinin ayrılmasına dair 21 fevral 1991-ci il tarixli torpaq ayırma aktının, həmçinin Babək sovxozunun 30 dekabr 1990-cu il tarixli, 1204 nömrəli əmrinin və onun qəbul edilməsinə əsas olan sənədlərin təqdim edilməsi xahiş olunmuşdur. Həmin təşkilatlar tərəfindən rəsmi məktublar göndərilərək tələb olunan sənədlərin mövcud olmadığı bildirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur (maddə 70.1). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “torpaq ayırma barədə 21 fevral 1991-ci il tarixli, aktına əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 28 dekabr 1989-cu il tarixli, 521 nömrəli qərarı ilə Babək sovxozunun 30 dekabr 1990-cu il tarixli 1204 nömrəli əmri ilə İddiaçı üçün 00,6 hektar həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin” barədə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 50 (əlli) manatdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən prosessual xərclər (ekspertiza rəyinə görə xərc) İddiaçı tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “torpaq ayırma barədə 21 fevral 1991-ci il tarixli, aktına əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 28 dekabr 1989-cu il tarixli, 521 nömrəli qərarı ilə Babək sovxozunun 30 dekabr 1990-cu il tarixli 1204 nömrəli əmri ilə İddiaçı üçün 00,6 hektar həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin” barədə iddia tələbi təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Sədrlik edən Şahəli Musayev