Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-2192/2023 06.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “sənədlərin iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 06 iyun 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********163600 nömrəli Qərarı ilə təyin olunmuş səyyar vergi yoxlaması üzrə tələb olunan sənədlərin və əşyaların (yoxlanılan dövrə aid ilkin muhasibat uçotu sənədlərinin kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti: o cümlədən
1. Vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər. 2. Elektron və kağız formatda bank hesablarının hərəkəti. 3. Elektron və kağız formatda nağd dövriyyələrin hərəkəti. 4. Dövrlər üzrə dövriyyə qalıq cədvəli (excell faylda). 5. İştirak payı göstərilməklə Azərbaycan Repsublikasmın hüdudlarından kənarda yerləşən har-hansı törəmə müəssisə(lər) barədə məlumat. 6. Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı. 7. Vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti. 8. Yoxlama ilə əhatə edilən dövrlər üzrə vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər. 9. Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı. 10. Bütün borc və kredit müqavilələri. 11. Qeydiyyatda olan bütün NKA üzrə aylıq və illik Z- hesabatları. 12. Torpağın ayrılması barədə müvafiq sərəncamların təsdiq olunmuş surəti. 13. Müəssisə tərəfindən görülmüş işləri, göstərilmiş xidmətləri və təqdim olunmuş malların satışını təsdiq edən, təhvil-təslim aktları, vergi-hesab fakturası və elektron qaimələr. 14. Müəssisənin mühasibatlığının aparıldığı proqram təminatından çıxarış. 15. İddia müddəti keçmiş kreditor və debitor borclar barədə məlumatlar. 16. Ümidsiz borclar barədə məlumatlar. 17. Yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda). 18.Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda). 19 Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə). 20. Dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal- material hərəkəti barədə məlumat. (excel faylda)
21. Mal-materialların daşıma xərcləri 22. Yük gömrük bəyanamələrinin surəti. 23. Siyahısı əlavə edilmiş müştərilərlə bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti. 24. Vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi bəyannamələrinin 1 nömrəli əlavəsinin açıqlaması (excel faylda). 25. Müəssisənin məzənnə fərqi ilə bağlı yaranan gəlirləri və zərərləri barədə açıqlamalar (excel faylda). 26. Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait qeyri-maddi aktivlərin reyestri (excel faylda). 27. Xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank sənədləri, xarici əməkdaşların pasport surətləri. 28. Müəssisədə çalışmış xarici əməkdaşlarm vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri. 29. Yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitlərin siyahısı.
30. Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri. 31. Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri-rezidentlərlə bağlanmış müqavilələr. 32. Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, ŞGV-ni və SSH-ni göstərilməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda) və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər) iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********163600 nömrəli Qərarı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN **********) fəaliyyəti üzrə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2020-xx.xx.2022) təyin edilmişdir. xx.xx.2022-ci il tarixli **********163600 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərar, xx.xx.2022-ci il tarixli **********949600 nömrəli “Növbəti səyyar vergi yoxlamasınm keçirilməsi haqqında” Bildiriş, xx.xx.2022-ci il tarixli **********163605 nömrəli “SVY-nın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə və xx.xx.2022-ci il tarixli KY221828643 seriyalı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarış xx.xx.2022-ci il tarixdə vergi ödəyicisinin rəhbəri X4 əlbə-əl təqdim edilmişdir. Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə müəyyən edilmiş qaydada xx.xx.2022-ci il tarixli **********163605 nömrəli “SVY-nın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmiş, lakin tələbnamədə göstərilən müddətdə Cavabdeh QSC tərəfindən aşağıda göstərilən sənədlərdən heç biri təqdim edilməmişdir. Yoxlanılan dövrə aid olan ilkin muhasibat uçotu sənədlərinin kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti: o cümlədən 1. Vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər. 2. Elektron və kağız formatda bank hesablarının hərəkəti. 3. Elektron və kağız formatda nağd dövriyyələrin hərəkəti. 4. Dövrlər üzrə dövriyyə qalıq cədvəli (excell faylda). 5. İştirak payı göstərilməklə Azərbaycan Repsublikasmın hüdudlarından kənarda yerləşən har-hansı törəmə müəssisə(lər) barədə məlumat. 6. Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı. 7. Vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti. 8. Yoxlama ilə əhatə edilən dövrlər üzrə vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər. 9. Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı. 10. Bütün borc və kredit müqavilələri. 11. Qeydiyyatda olan bütün NKA üzrə aylıq və illik Z- hesabatları. 12. Torpağın ayrılması barədə müvafiq sərəncamların təsdiq olunmuş surəti. 13. Müəssisə tərəfindən görülmüş işləri, göstərilmiş xidmətləri və təqdim olunmuş malların satışını təsdiq edən, təhvil-təslim aktları, vergi-hesab fakturası və elektron qaimələr. 14. Müəssisənin mühasibatlığının aparıldığı proqram təminatından çıxarış. 15. İddia müddəti keçmiş kreditor və debitor borclar barədə məlumatlar. 16. Ümidsiz borclar barədə məlumatlar. 17. Yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda). 18.Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda). 19 Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə). 20. Dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal- material hərəkəti barədə məlumat. (excel faylda)
21. Mal-materialların daşıma xərcləri. 22. Yük gömrük bəyanamələrinin surəti. 23. Siyahısı əlavə edilmiş müştərilərlə bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti. 24. Vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi bəyannamələrinin 1 nömrəli əlavəsinin açıqlaması (excel faylda). 25. Müəssisənin məzənnə fərqi ilə bağlı yaranan gəlirləri və zərərləri barədə açıqlamalar (excel faylda). 26. Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait qeyri-maddi aktivlərin reyestri (excel faylda). 27. Xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank sənədləri, xarici əməkdaşların pasport surətləri. 28. Müəssisədə çalışmış xarici əməkdaşlarm vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri. 29. Yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitlərin siyahısı.
30. Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri. 31. Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri-rezidentlərlə bağlanmış müqavilələr. 32. Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, ŞGV-ni və SSH-ni göstərilməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda) və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər). Tələbnamədə göstərilən sənədlər təqdim edilmədiyi üçün, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.2-ci maddəsinə uyğun olaraq sənədlərin təqdim edilməməsi barədə vergi ödəyicisinin rəhbərinin iştirakı ilə xx.xx.2022-ci il tarixdə Akt tərtib edilmiş və vergi ödəyicisinin rəhbəri tərəfindən imzalanmışdır. Yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında xx.xx.2023-cü il tarixli **********167432 nömrəli Qərar çıxarılmışdır və xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin rəhbərinə əlbə-əl təqdim edilmişdir. Vergi ödəyicisinin rəhbəri tərəfındən səbəb göstərilmədən qərarda göstərilən sənədlərdən yoxlamaya heç bir sənəd təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən xx.xx.2023-cü il tarixli “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina haqqında” Akt tərtib edilmiş və vergi ödəyicisinin rəhbəri tərəfindən imzalanmışdır. Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən vergi ödəyicisinin nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda, həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi X3 gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********163600 nömrəli qərardan görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Vergi Məcəlləsinin 23, 36, 38-ci maddələri əsas tutularaq “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********163600 qərar ilə vergi ödəyicisi olan Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2020-xx.xx.2022-ci il vergi dövrünü əhatə edən fəaliyyəti üzrə qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********163605 nömrəli Tələbnamədən görünür ki, iddiaçı tərəfindən Vergi Məcəlləsinin 23-cü, 36-cı, 37-ci və 42-ci maddələri əsas tutularaq “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin və əşyaların (yoxlanılan dövrə aid ilkin muhasibat uçotu sənədlərinin kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti: o cümlədən 1. Vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər. 2. Elektron və kağız formatda bank hesablarının hərəkəti. 3. Elektron və kağız formatda nağd dövriyyələrin hərəkəti. 4. Dövrlər üzrə dövriyyə qalıq cədvəli (excell faylda). 5. İştirak payı göstərilməklə Azərbaycan Repsublikasmın hüdudlarından kənarda yerləşən har-hansı törəmə müəssisə(lər) barədə məlumat. 6. Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı. 7. Vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti. 8. Yoxlama ilə əhatə edilən dövrlər üzrə vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər. 9. Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı. 10. Bütün borc və kredit müqavilələri. 11. Qeydiyyatda olan bütün NKA üzrə aylıq və illik Z- hesabatları. 12. Torpağın ayrılması barədə müvafiq sərəncamların təsdiq olunmuş surəti. 13. Müəssisə tərəfindən görülmüş işləri, göstərilmiş xidmətləri və təqdim olunmuş malların satışını təsdiq edən, təhvil-təslim aktları, vergi-hesab fakturası və elektron qaimələr. 14. Müəssisənin mühasibatlığının aparıldığı proqram təminatından çıxarış. 15. İddia müddəti keçmiş kreditor və debitor borclar barədə məlumatlar. 16. Ümidsiz borclar barədə məlumatlar. 17. Yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda). 18.Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda). 19. Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə). 20. Dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal- material hərəkəti barədə məlumat. (excel faylda) 21. Mal-materialların daşıma xərcləri 22. Yük gömrük bəyanamələrinin surəti. 23. Siyahısı əlavə edilmiş müştərilərlə bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti. 24. Vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi bəyannamələrinin 1 nömrəli əlavəsinin açıqlaması (excel faylda). 25. Müəssisənin məzənnə fərqi ilə bağlı yaranan gəlirləri və zərərləri barədə açıqlamalar (excel faylda). 26. Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait qeyri-maddi aktivlərin reyestri (excel faylda). 27. Xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank sənədləri, xarici əməkdaşların pasport surətləri. 28. Müəssisədə çalışmış xarici əməkdaşlarm vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri. 29. Yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitlərin siyahısı. 30. Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri. 31. Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri-rezidentlərlə bağlanmış müqavilələr. 32. Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, ŞGV-ni və SSH-ni göstərilməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda) və vergilərin hesablanması üçün zəruri olan digər sənədlərin) xx.xx.2022-ci il tarixə kimi təqdim olunması cavabdehdən tələb edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli, **********163600 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərar, xx.xx.2022-ci il tarixli **********949600 nömrəli “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Bildiriş, xx.xx.2022-ci il tarixli **********163605 nömrəli “SVY-nın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə və xx.xx.2022-ci il tarixli KY221828643 seriyalı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarış xx.xx.2022-ci il tarixdə vergi ödəyicisinin rəhbəri X4 təqdim edilmiş, lakin tələb olunan sənədlər yoxlamaya təqdim edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********167432 nömrəli qərardan görünür ki, iddiaçı tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixdə **********167432 nömrəli qərar qəbul edilmiş və həmin qərarda yoxlanılan vergi dövrünə aid zəruri olan sənədlərin cavabdehdən götürülməsinin Vergi Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq həyata keçirilməli olduğu göstərilmişdir. İş materiallarında olan Cavabdeh Qapalı Səhmdar Cəmiyyətin möhürü ilə təsdiq olunmuş və rəhbəri X5 tərəfindən imzalanmış “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina haqqında” xx.xx.2023-cü il tarixli **********167634 nömrəli Aktdan görünür ki, cavabdeh vergilərin hesablanması üçün zəruri olan sənədləri təqdim etməkdən imtina etmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********163600 qərarı ilə vergi ödəyicisi olan Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2020-xx.xx.2022-ci il vergi dövrünü əhatə edən fəaliyyəti üzrə qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması təyin edilmiş, xx.xx.2022-ci il tarixli, **********163605 nömrəli Tələbnamə ilə yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi cavabdehdən tələb olunmuş, lakin cavabdeh həmin sənədləri təqdim etməkdən imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Həmin Məcəllənin 42.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Həmin Məcəllənin 43.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna yuxarıda qeyd edilən hüquq normaları daxilində hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********163600 nömrəli Qərarına əsasən qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə təyin olunmuş və xx.xx.2020-xx.xx.2022-ci il vergi dövrünü əhatə edən növbəti səyyar vergi yoxlamasının keçirilməsi üçün tələb olunan sənədlərin (yoxlanılan dövrə aid ilkin muhasibat uçotu sənədlərinin kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti: o cümlədən 1. Vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər. 2. Elektron və kağız formatda bank hesablarının hərəkəti. 3. Elektron və kağız formatda nağd dövriyyələrin hərəkəti. 4. Dövrlər üzrə dövriyyə qalıq cədvəli (excell faylda). 5. İştirak payı göstərilməklə Azərbaycan Repsublikasmın hüdudlarından kənarda yerləşən har-hansı törəmə müəssisə(lər) barədə məlumat. 6. Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı. 7. Vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti. 8. Yoxlama ilə əhatə edilən dövrlər üzrə vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər. 9. Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı. 10. Bütün borc və kredit müqavilələri. 11. Qeydiyyatda olan bütün NKA üzrə aylıq və illik Z- hesabatları. 12. Torpağın ayrılması barədə müvafiq sərəncamların təsdiq olunmuş surəti. 13. Müəssisə tərəfindən görülmüş işləri, göstərilmiş xidmətləri və təqdim olunmuş malların satışını təsdiq edən, təhvil-təslim aktları, vergi-hesab fakturası və elektron qaimələr. 14. Müəssisənin mühasibatlığının aparıldığı proqram təminatından çıxarış. 15. İddia müddəti keçmiş kreditor və debitor borclar barədə məlumatlar. 16. Ümidsiz borclar barədə məlumatlar. 17. Yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda). 18.Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda). 19. Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə). 20. Dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal- material hərəkəti barədə məlumat. (excel faylda) 21. Mal-materialların daşıma xərcləri 22. Yük gömrük bəyanamələrinin surəti. 23. Siyahısı əlavə edilmiş müştərilərlə bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti. 24. Vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi bəyannamələrinin 1 nömrəli əlavəsinin açıqlaması (excel faylda). 25. Müəssisənin məzənnə fərqi ilə bağlı yaranan gəlirləri və zərərləri barədə açıqlamalar (excel faylda). 26. Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait qeyri-maddi aktivlərin reyestri (excel faylda). 27. Xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank sənədləri, xarici əməkdaşların pasport surətləri. 28. Müəssisədə çalışmış xarici əməkdaşlarm vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri. 29. Yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitlərin siyahısı. 30. Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri. 31. Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri-rezidentlərlə bağlanmış müqavilələr. 32. Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, ŞGV-ni və SSH-ni göstərilməklə əmək haqqı cədvəllərinin (aylıq əsasda excel faylda) və vergilərin hesablanması üçün zəruri olan digər sənədlərin) iddiaçıya verilməsi vəzifəsi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.
Hakim: Fehruz Abbasov