Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2197/2025 28.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək N №-li hərbi hissədə, xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək N №-li hərbi hissədə xidmət keçmiş və hər iki hərbi hissənin tərkibində N günlük Vətən Müharibəsində iştirak etmişdir. (əsas: AO seriyalı, ******* №-li hərbi bilet, hərbi biletin surəti əlavə olunur) xx.xx.N0N0-ci il tarixdə Daşaltı kəndində döyüş vaxtı (Şuşa yaxınlığında) yaralanaraq travma almışdır. Aldığı travmanın səbəbli əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” ifadəsi ilə göstərilmişdir, (əsas: MN Mərkəzi Hərbi Poliklinikasının 3N51 №- li, xx.xx.N0N4-cü il tarixli arayışı) Həmçinin o, Azərbaycan Respublikası Prezidentinin xx.xx.N0N0-ci il tarixli N369 №-li Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. (əsas: 1-64N9 №-li Medalın vəsiqəs) Lakin ona müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. Ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Nazirlər Kabinetinə göndərilməsi barədə qərar qəbul edilməsi xahişi ilə xx.xx.N0N4-cü il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. Müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirir, imtinanı isə əsassız və qanunsuz hesab edir. Buna görə də ona müharibə veteranı adı verilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulmasını xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.N0N4-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 6N.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. İlk öncə qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi ona müharibə veteranı adı və statusunun verilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından “məcburetmə haqqında” iddia növünə aiddir. “İnzibati İcraat Haqqında” Qanunun N.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin N.N.N-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.N-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 8.1.N-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.N-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Hazırkı məcburetmə haqqında iddia növü olduğundan, İPM-in 8.1.N-ci maddəsinin təsir dairəsinə düşür. İddiaçının yaşadığı yer Masallı rayonudur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr N019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətindən imtina etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: İddiaçı məxsus AO ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.N0N0ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək N №-li hərbi hissədə, xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək N №-li hərbi hissənin tərkibində işğaldan azad olunmuş ərazilərin müdafiəsi və mühafizəsində iştirak etmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.N0N0-ci il tarixli N369 №-li Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının İddiaçı xəsarətinin dərəcəsinə və səbəbinə dair xx.xx.N0N4-cü il tarixli, 710 nömrəli arayışında qeyd edilmişdir ki, Sığorta olunan baş vermiş hadisə nəticəsində xx.xx.N0N0-ci il tarixdə Daşaltı kəndində xidməti vəzifəsini yerinə yetirərkən partlayış nəticəsində “Partlayış travması, sol diz oynağı nahiyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə) funksiyanın pozulmaması ilə” səbəbdən yüngül dərəcədə (yüngül, az ağır, ağır) xəsarət almışdır. № İ-64N9 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.N0N0-ci il tarixli N369 №-li Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının 3N51 nömrəli, xx.xx.N0N4-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı aldığı travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.N0N5-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1988ci il təvəllüdlü ehtiyatda olan əsgər İddiaçı Xidmətin Masallı rayon şöbəsi (keçmiş Masallı rayon Hərbi Komissarlığı) tərəfindən xx.xx.N007-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmiş və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tərkibində xx.xx.N007-ci il tarixdən xx.xx.N008-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçı xx.xx.N008-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N008-ci il tarixli 334 nömrəli əmrinə əsasən ehtiyata buraxılmış və xx.xx.N008-ci il tarixdə Xidmətin Masallı rayon şöbəsində (keçmiş Masallı rayon Hərbi Komissarlığında) qeydiyyata götürülmüşdür. İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.N0N0-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən, xx.xx.N0N0-ci il tarixdə Xidmətin Masallı rayon şöbəsi tərəfindən qismən səfərbərliyə cəlb edilmiş və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə xidmətə göndərilmişdir. İddiaçı N nömrəli hərbi hissənin tərkibində xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək və N nömrəli hərbi hissənin tərkibində xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək “Vətən müharbəsi”ndə iştirak etmiş, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İddiaçı xx.xx.N0N0-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N0N0-ci il tarixli N74 nömrəli əmrinə əsasən ehtiyata buraxılmış və xx.xx.N0N0-ci tarixdə Xidmətin Masallı rayon şöbəsində qeydiyyata götürülmüşdür (uçot kartasının surəti əlavə olunur). İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədi ilə Xidmətin Masallı rayon şöbəsinə müraciət etmiş və ona “Veteran vəsiqəsi”nin verilməsi üçün aidiyyəti sənədləri ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”sına müraciət etməsi bildirilmişdir. İddiaçı hərbi xidmət zamanı yaralanması, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi və amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə Xidmətin Masallı rayon şöbəsində məlumat yoxdur. Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.N0N5-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart N0N1-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. Müdafiə Nazirliyi Şəxsi heyət Baş İdarəsinin xx.xx.N0N5-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı komissiyaya N0N4-cü ildə müraciət etmiş, sənədlərinə komissiyanın xx.xx.N0N4-cü il tarixli iclasında baxılmış vəonun döyüş əməliyyatlarında iştirak etməməsi əsası ilə barəsində müsbət qərar qəbul edilmədiyindən imtina cavabı verilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli, 3N3 nömrəli əmrindən görünür ki, xx.xx.N0N0-ci il tarixdə hissənin şəxsi heyətinin siyahısına salınmış, bütün növ təminatlara daxil edilmişdirlər. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli, 370 nömrəli əmrindən görünür ki, 5-ci taburun 14-cü bölüyünün 3-cü və 1-ci manqasının heyət nəfəri-atıcı İddiaçı hərbi hissənin şəxsi heyət siyahısından və bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon Şöbəsinə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli, 3N3 nömrəli əmrindən görünür ki, N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N0-ci il tarixli 011 nömrəli döyüş əmrinə əsasən N nömrəli hərbi hissənin hücum zolağında düşmən tərəfdən işğal olunmuş torpaqların azad olunması məqsədi ilə aşağıda adları göstərilən hərbi qulluqçular N noyabr N0N0-ci il tarixdən döyüş tapşırığını yerinə yetirmək məqsədilə təyin olunmuş hücum istiqamətlərinə getmiş hesab olunsunlar: 33. Əsgər İddiaçı, 5-ci taborun 14-cü bölüyünün 3-cü taqımının 1-ci manqasının heyət nəfəri-atıcısı. N nömrəli hərbi hissənin xx.xx.N0N5-ci il tarixli, 809 nömrəli arayışında qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin 5-ci taborun 14-cü bölüyünün 3-cü taqımının 1-ci manqasının heyət nəfəri-atıcısı vəzifəsində xidmət etmiş ehtiyatda olan əsgər İddiaçı, N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli 3N3 nömrəli əmrinə əsasən hərbi hissənin şəxsi heyətin siyahısına daxil olmuş və işğaldan azad olunmuş ərazilərin mühafizəsinə cəlb olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 9-cu maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. N6-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.N). N.0.N-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. N.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. N4.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. N4.N-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ... Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı)şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji XN Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.
Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçını dinləyərək, iddia və etiraz ərizəsini və işin faktiki hallarını obyektiv və qərəzsiz şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı, xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək N №-li hərbi hissədə xidmət keçmiş, xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək N №-li hərbi hissənin tərkibində işğaldan azad olunmuş ərazilərin müdafiəsi və mühafizəsində iştirak etmiş və döyüş əməliyyatlarında iştirakı zamanı xidməti vəzifəsini yerinə yetirərkən partlayış nəticəsində yaralanmış, “Partlayış travması, sol diz oynağı nahiyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, yumşaq toxmaların yad cismi (metal qəlpə) funksiyanın pozulması ilə” səbəbindən yüngül dərəcədə xəsarət (yüngül, az ağır, ağır xəsarət almışdır. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının 3N51 nömrəli, xx.xx.N0N4-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı aldığı travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”. Məhkəmə qeyd edir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli, 3N3 nömrəli əmri ilə iddiaçı xx.xx.N0N0-ci il tarixdə hissənin şəxsi heyətinin siyahısına salınmış, bütün növ təminatlara daxil edilmiş, həmin hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli, 3N3 nömrəli əmri ilə N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N0-ci il tarixli 011 nömrəli döyüş əmrinə əsasən N nömrəli hərbi hissənin hücum zolağında düşmən tərəfdən işğal olunmuş torpaqların azad olunması məqsədi ilə o, N noyabr N0N0-ci il tarixdən döyüş tapşırığını yerinə yetirmək məqsədilə təyin olunmuş hücum istiqamətlərinə getmiş hesab olunmuş və həmin hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli, 370 nömrəli əmri ilə İddiaçı hərbi hissənin şəxsi heyət siyahısından və bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon Şöbəsinə göndərilmişdir. Həmçinin N nömrəli hərbi hissənin xx.xx.N0N5-ci il tarixli, 809 nömrəli arayışında da təsdiq olunmuşdur ki, N nömrəli hərbi hissənin 5-ci taborun 14-cü bölüyünün 3-cü taqımının 1-ci manqasının heyət nəfəri-atıcısı vəzifəsində xidmət etmiş ehtiyatda olan əsgər İddiaçı, N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli 3N3 nömrəli əmrinə əsasən hərbi hissənin şəxsi heyətin siyahısına daxil olmuş və işğaldan azad olunmuş ərazilərin mühafizəsinə cəlb olunmuşdur. Məhz bu xidməti dövründə iddiaçı uzun müddət işğal altında olan Qubadlı rayonunun azad edilməsində iştirak etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin xx.xx.N0N0-ci il tarixli N369 №-li Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuş və ona № İ-64N9 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsi verilmişdir. Qeyd olunan hallar iş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.N0N5-ci il tarixli məktubu ilə də öz təsdiqini tapır. Belə ki, həmin məktubda qeyd edilmişdir ki, xx.xx.1988-ci il təvəllüdlü ehtiyatda olan əsgər İddiaçı Xidmətin Masallı rayon şöbəsi (keçmiş Masallı rayon Hərbi Komissarlığı) tərəfindən xx.xx.N007-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmiş və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tərkibində xx.xx.N007-ci il tarixdən xx.xx.N008-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçı xx.xx.N008-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N008-ci il tarixli 334 nömrəli əmrinə əsasən ehtiyata buraxılmış və xx.xx.N008-ci il tarixdə Xidmətin Masallı rayon şöbəsində (keçmiş Masallı rayon Hərbi Komissarlığında) qeydiyyata götürülmüşdür. İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.N0N0-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən, xx.xx.N0N0-ci il tarixdə Xidmətin Masallı rayon şöbəsi tərəfindən qismən səfərbərliyə cəlb edilmiş və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə xidmətə göndərilmişdir. İddiaçı N nömrəli hərbi hissənin tərkibində xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək və N nömrəli hərbi hissənin tərkibində xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək “Vətən müharbəsi”ndə iştirak etmiş, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İddiaçı xx.xx.N0N0-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N0N0-ci il tarixli N74 nömrəli əmrinə əsasən ehtiyata buraxılmış və xx.xx.N0N0-ci tarixdə Xidmətin Masallı rayon şöbəsində qeydiyyata götürülmüşdür (uçot kartasının surəti əlavə olunur). Məhkəmə müəyyən edir ki, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün yuxarıda qeyd edilən maddi hüquq normalarında nəzərdə tutulan istisna hallar mövcud olmamış, cavabdehin imtinasının əsası kimi iddiaçının döyüş əməliyyatlarında iştirak etməməsi göstərilmişdir. Cavabdehin imtina dəlilinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının döyüş əməliyyatlarında iştirakı yuxarıda qeyd olunan mötəbər sübutlarla öz təsdiqini tapır və iddiaçıya münasibətdə həmin sənədlər Əsasnamədə şəxsin müharibə veteranı hesab edilməsi üçün tələb edilən sənədlərin siyahısında göstərilmişdir. Odur ki, məhkəmə tərəfindən tədqiq edilmiş sözügedən sübutlar iddiaçının xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək N №-li hərbi hissədə, xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək N №-li hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında, xüsusilə də Qubadlı rayonu ərazisinin azad olunmasında iştirak etməsini təsdiq edən mötəbər sübutlardır. İş materiallarında olan № İ-64N9 nömrəli Azərbaycan Respublikası medalı vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.N0N0-ci il tarixli N369 №-li Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi nəticəsində hərbi xidmətə çağırılmış və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. İddiaçı məhz Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə müvafiq medalla təltif edilmişdir. Bu da özlüyündə birbaşa iddiaçının döyüş əməliyyatlarında iştirakını təsdiq edir. Beləliklə də, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlı olmuş, iddiaçının müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz və əsassız olmaqla onun hüquqlarının pozulması ilə nəticələnmişdir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 5N-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.N-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün adının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilən siyahıya daxil edilməsi və razılaşdırılması məqsədi ilə siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Pərvanə Qurbanova