Məhkəmə qərarları › İş №2-1(120)-22/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-22/2020

11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-22/2020 11.02.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olmaqla yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X6rşı «çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X6rşı məhkəmədə iddia qaldıraraq, Lənkəran rayonunun Separadi kəndi ərazisində yerləşən Separadi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 01 saylı qərarına əsasən fərdi yaşayış evinin tikilməsindən ötrü ona ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsi üzərində müvafiq qeydiyyatın aparılması və onun adına müvafiq çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın 10 saylı X9 üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X6rşı «çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» tələbinə dair inzibati mübahisə üzrə Lənkəran rayonu Separadi bələdiyyəsi, X4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxxx 1980-ci il tarixdə Lənkəran rayonunun Separadi kəndində anadan olmuşdur. Hazırda da ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. O, özünə ev tikmək üçün xx xxxxxx 2007-ci il tarixdə Lənkəran rayonunun Separadi bələdiyyəsinə müraciət edərək bələdiyyənin özünə məxsus torpaq sahəsindən ona həyətyanı torpaq sahəsi satmasını xahiş etmişdir. Onun ərizəsinə bələdiyyənin iclasında baxılmış və Separadi bələdiyyə ərazisində fərdi 0,06 ha torpaq sahəsinin ona satılması barədə xx xxxxxx 2007ci il tarixli 01 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində tərəfindən Separadi bələdiyyəsinin hesabına əvvəlcədən 125,56 manat haqq ödənilmişdir. Həmin torpaq sahəsinin alqı-satqısına dair xx xxxxxx 2007-ci il tarixdə Separadi bələdiyyəsinin sədri X2 onun Lənkəran rayonu şəhər torpaq və xəritəçəkmə şöbəsinin müdiri X8 iştirakı ilə akt tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. Ona Separadi bələdiyyəsinin mülkiyyətində olan bələdiyyənin sair torpaqlarından alqı-satqı yolu ilə fərdi yaşayış evi tikməkdən ötrü ayrılmış həyətyanı torpaq sahəsinin planı tərtib edilərək ona verilmişdir. Bundan sonra o, 2014-cü ildə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etmişdir. Həmin komitə tərəfindən ona məxsus torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və Dövlət Torpaq Kadastrı kitabında xx xxxxxx 2014-cü il tarixdə 690 nömrə ilə uçota alınmışdır. Həmin komitə tərəfindən onun torpaq sahəsinin kadastr göstəriciləri, torpaq sahəsinin qaiməsi (sertifikatı), torpaq sahəsinin baş plandan çıxarışı və əsas döngə nöqtələrinin koordinatları qeyd edilmişdir. Torpaq sahəsinin planı və ölçüsündə torpaq sahəsinin ona fərdi yaşayış evi tikmək üçün satıldığı qeyd edilmişdir. Bu yaxınlarda torpaq sahəsinə dair sənədləri toplayıb, Lənkəran rayonunun Separadi kəndi ərazisində yerləşən Separadi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 01 saylı qərarına əsasən fərdi yaşayış evinin tikilməsindən ötrü ona ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsi üzərində müvafiq qeydiyyatın aparılması ilə əlaqədar ərizə ilə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X11 müraciət etmişdir. Lakin həmin idarə tərəfindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmiş, bu barədə ona bildiriş göndərilmiş və həmin bildirişdə qeyd edilmişdir ki, həmin 600 kv.m həyətyanı torpaq sahəsinə dair təqdim etdiyi hüquqmüəyyənedici sənədlər üzrə aparılan ekspertizanın nəticəsi olaraq faktiki vəziyyətlə mövcud elektron baza məlumatları arasında uyğunsuzluq olduğundan, sənədlərin araşdırılması qərara alınmışdır. Belə ki, mövcud DWG (xəritə) baza məlumatlarına əsasən həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı çoxillik əkmə (əkin) kimi qeyd olunmuş ərazidə yerləşir. Bununla əlaqədar onun ərizəsinə rədd cavabı verilmişdir. Baxmayaraq ki, ona satılmış torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrində hazırda fərdi yaşayış evləri tikilmişdir. Buradan sual olunur ki, əgər ona satılmış torpaq sahəsi kənd təsərrüfatı təyinatlı çoxilli əkmə (əkin) kimi qeyd olunmuş ərazidə yerləşirsə, bəs qonşuluqda yaşayanlar necə olur öz torpaq sahələrində fərdi yaşayış evləri tikərək orada yaşayırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X12 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etdiyi üçün o hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X9 məhkəməyə xx xxxx 2019-cu il tarixdə daxil olmuş münasibət məktubunda qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən şəxsin adına fərdi yaşayış evinin tikilməsindən ötrü Separadi bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 01 saylı qərarı əsasında Separadi kəndi ərazisində ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinə dair vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması öhdəliyinin üzərlərinə qoyulması məsələsi ilə bağlı müvafiq sənədlər üzrə aidiyyəti hissədə qeydiyyatın aparılması ərazi idarəsinin imkanları xaricindədir. Belə ki, hazırkı sərəncamın icrası olaraq tərəflərindən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Lənkəran rayonu Separadi kəndi ərazisində yerləşən Separadi bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 01 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsindən ötrü iş üzrə iddiaçıya ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsinin qeydiyyata alınması ilə əlaqədar İddiaçı təqdim etdiyi ilkin hüquqmüəyyənedici sənədlər həmin şəxsin 2018-ci il 26 noyabr tarixli ********** qeydiyyat nömrəli ərizəsi əsasında tərəflərindən icraata qəbul edilmişdir. Təqdim olunmuş sənədlərin ekspertizası və faktiki yerində aparılan müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, mövcud DWG (xəritə) baza məlumatlarına əsasən həmin 600 kv.m həyətyanı torpaq sahəsi kənd təsərrüfatı təyinatlı çoxilli əkmə (əkin) kimi qeyd olunmuş ərazidə yerləşir. Qeyd olunan səbəbdən müraciət sahibinin icraatında olan ərizəsindən imtina edilmiş və tərəflərindən həmin şəxsin ünvanına xx xxxxxx 2018-ci il tarixli **********14 qeydiyyat nömrəli «imtina» bildirişi göndərilmişdir. Lakin bir qədər əvvəl həmin şəxs tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli ********** qeydiyyat nömrəliyə istinadən bildirilmişdir ki, sözügedən 600 kv.m torpaq sahəsinin ərizəçinin həmkəndlisi X4 tərəfindən zəbt edilməsi məsələsi barədə qeyd olunur. Həmin müraciətin icrası olaraq tərəflərindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbərliyinə müvafiq məlumat verilmişdir. Yaranmış vəziyyətlə əlaqədar aparılan araşdırmanın nəticəsi olaraq belə məlum olur ki, təxminən xx xxxxxx 2019-cu il tarixində hazırkı iş üzrə iddiaçıya məxsus 600 kv.m həyətyanı torpaq sahəsi qonşusu tərəfindən zəbt olunmuşdur, lakin tərəflərindən verilmiş imtinanın səbəbi isə həmin torpaq sahəsinin mövcud DWG (xəritə) baza məlumatlarında kənd təsərrüfatı təyinatlı çoxilli əkmə (əkin) kimi qeyd olunan ərazidə yerləşməsi faktı ilə əlaqədardır. Yuxarıda qeyd olunanlara əsasən sərəncamın 2-ci bəndində qoyulan tələbin yerinə yetirilməsinə (vahid daşınmaz əmlak obyekti olaraq həmin 600 kv.m həyətyanı torpaq sahəsinə dair iddiaçının adına müvafiq qeydiyyatın aparılması tələbinə münasibətdə) qanunamüvafiq olaraq etiraz edilmişdir. Məlum səbəblərdən hazırkı il üzrə sərəncamın qəbul edilməsinə səbəb olmuş aidiyyəti mübahisənin həlli ilə bağlı səlahiyyətlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilmişdir. Hal-hazırda sözügedən mübahisəli (həyətyanı və pay torpağından çıxarılma, torpaq sahələrinin sərhədlərinin müəyyənləşdirilməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi ilkin sənədlərdə dəyişiklik edilməsi, ilkin hüquqmüəyyənedici sənədlərdə olan məlumatlarla xəritə məlumatları arasında olan uyğunsuzluq və s.) məsələlərin həlli ilə bağlı (şəhadətnamə, dövlət aktı, ilkin bələdiyyə qərarları və plan ölçü üzrə) qəbul edilmiş qərarların və sərəncamların icrası ilə əlaqədar səlahiyyətli qurum olaraq iddiaçının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etməsi qanunamüvafiqdir. Hazırkı sərəncamın icrası olaraq bildirilmişdir ki, qeyd edilən qurumun aidiyyəti Ərazi İdarələri cəlb olunmaqla iddia tələbinə dair (Lənkəran rayonu, Separadi kəndi ərazisində hazırkı iş üzrə iddiaçıya ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici bələdiyyə sənədlərinin qanuniliyi və əsaslılığı baxımından) mübahisənin tam araşdırılması (məhkəmə torpaqşünaslıq ekspertizasının keçirilməsi şərtilə) barədə qanunamüvafiq məhkəmə qərarı qəbul edildiyi təqdirdə tərəflərindən baxıla bilər. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X11, üçüncü şəxslər X3, Lənkəran rayonu Separadi bələdiyyəsinə və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X9, üçüncü şəxslər Lənkəran rayonu Separadi bələdiyyəsinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndələri və X4 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 62.3-cü maddəsinə əsasən, işə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X9, üçüncü şəxslər Lənkəran rayonu Separadi bələdiyyəsinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndələrinin və X1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X12 tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli məktubda göstərilmişdir ki, sizin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx xxxxxx 2018-ci il tarixli müraciətinə baxılaraq bildirilir ki, 600 kv.m torpaq sahəsinə dair təqdim etdiyi ilkin hüquqmüəyyənedici sənədlər üzrə aparılan ekspertizanın nəticəsi olaraq faktiki vəziyyətlə mövcud elektron baza məlumatları arasında uyğunsuzluq olduğundan, müvafiq sənədlərin araşdırılması qərara alınmışdır. Belə ki, mövcud DWG (xəritə) baza məlumatlarına əsasən həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı çoxillik əkmə (əkin) kimi qeyd olunmuş ərazidə yerləşir. Yaranmış uyğunsuzluğun aradan qaldırılması ilə əlaqədar bildirilir ki, «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları»na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli Sərəncamı ilə «Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planı»na uyğun olaraq 2019-cu ildə Lənkəran rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyələnləşdiriləcəkdir. Qeyd olunan müddətdə ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra hazırkı müraciətə baxılacaqdır. Bu səbəbdən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanuna müvafiq hesab edilmişdir. İş materialında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsünün təsdiq olunmuş surətindən görünür ki, Lənkəran rayonunun Separadi kənd sakini İddiaçı Separadi bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 01 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün ayrılmış 600 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İş materialında olan Lənkəran rayonu Separadi bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli qərarının təsdiq olunmuş surətindən görünür ki, Lənkəran rayonunun Separadi kənd sakini İddiaçı Separadi bələdiyyəsinin mülkiyyətində olan bələdiyyənin sair torpaqlarından alqı-satqı yolu ilə fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materialında olan Lənkəran rayonu Separadi kənd bələdiyyəsinin aktının təsdiq olunmuş surətindən görünür ki, Lənkəran rayonunun Separadi kənd sakini İddiaçı ərizə ilə müraciət edərək həyətyanı tikinti üçün torpaq sahəsi ayrılmasını xahiş etmiş, bu məqsədlə Separadi bələdiyyəsi mülkiyyətində olan ayrılması nəzərdə tutulan torpaq sahəsinə baxış keçirilmiş və münasib sahə müəyyən edilmiş, seçilən sahədə 600 kv.m ölçüdə yaşayış evi tikintisinə icarə verilməsi məqsədəmüvafiq hesab edilmişdir. İş materialında olan torpaqların alqı-satqısına dair xx xxxxxx 2007-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, Lənkəran rayonunun Separadi kənd sakini İddiaçı Separadi bələdiyyə ərazisində 600 kv.m torpaq sahəsinin satılması barədə 2007-ci il 28 yanvar tarixli 01 nömrəli qərar qəbul edilmiş, bunun müqabilində İddiaçı tərəfindən Lənkəran rayon «Kapital» bankının **********0 saylı hesabına əvvəlcədən 125,56 manat ödənilmişdir. İş materialında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsinin xx xxxxxx 2007-ci il tarixli məktubunun təsdiq olunmuş surətindən görünür ki, Separadi kənd sakini İddiaçı həyətyanı torpaq sahəsinin satılması məsələsinə baxılmış, satılması müəyyənləşdirilmiş torpaq sahəsi qanunvericiklikdə nəzərdə tutulmuş qaydalara uyğun olduğunu nəzərə alıb, torpaqların alqı-satqı qaydasına əsasən pulu əvvəlcədən bələdiyyə hesabına köçürməklə İddiaçı 0,06 ha həyətyanı topaq sahəsi satıla bilər. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X9 məhkəmə sorğusuna xx xxxxx 2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, hazırkı iş üzrə iddiaçının adına müvafiq qeydiyyatın aparılması məqsədilə həmin şəxsin icraata qəbul edilmiş ərizəsindən tərəflərindən imtina edildiyindən, sözügedən sənədlərin əsli iddiaçıya qaytarılmışdır. Bu səbəbdən sözügedən 600 kv.m torpaq sahəsinə dair ilkin bələdiyyə sənədlərinin təsdiqlənmiş surətinin götürülməsi iddiaçı, həmçinin aidiyyəti üzrə Lənkəran rayon Separadi Bələdiyyəsi vasitəsilə (həmin ilkin hüquqmüəyyənedici torpaqayırma sənədlərinin bir nüsxəsi Separadi bələdiyyəsinin arxivində saxlanıldığından) mümkündür. Bu səbəbdən yalnız həmin torpaq sahəsinə dair plan və ölçü sənədinin arxiv statuslu nüsxəsinin təsdiqlənmiş surəti baxılmasından ötrü təqdim edilmişdir. Sözügedən 600 kv.m torpaq sahəsi faktiki yerində digər şəxs tərəfindən metal torla hasarlanmaqla zəbt edilmişdir. Bu barədə hazırkı il üzrə göndərilən sərəncama cavab olaraq, Ərazi İdarəsinin rəsmi münasibətində geniş məlumat verilmişdir. İş materialında olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMCnin Cəlilabad Layihə-Tədqiqat İdarəsinin xx.xx.2019-cu il M-259 nömrəli mütəxəssis rəyinin təsdiq olunmuş surətindən görünür ki, mübahisəli ərazinin koordinatları naturada plana alınaraq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmiş, Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən Separadi bələdiyyəsinin xx.xx.2007ci il tarixli 01 saylı qərarına əsasən İddiaçı fərdi yaşayış evinin tikilməsindən ötrü 600 kv.m həyətyanı torpaq sahəsi naturada vətəndaşların xüsusi mülkiyyətinə verilən pay torpaq sahələrindən artıq qalan ərazidə yerləşir, buna görə də «Torpaq islahatına dair kompleks yerluquruluşu layihəsi»nə əsasən sözügedən torpaq sahəsinin məqsədli təyinatını, kimin (hansı orqanın) mülkiyyətinə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mühəndisləri Qiyas Quliyevin və Rafiq Əliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunmuşdur ki, Lənkəran rayonu Separadi kəndi ərazisində yerləşən Separadi bələdiyyəsinin xx.xx.2007ci il tarixli 01 saylı qərarına əsasən İddiaçı fərdi yaşayış evinin tikilməsindən ötrü 600 kv.m həyətyanı torpaq sahəsi naturada vətəndaşların xüsusi mülkiyyətinə verilən pay torpaq sahələrindən artıq qalan ərazidə yerləşir, buna görə də «Torpaq islahatına dair kompleks yerquruluşu layihəsi»nə əsasən sözügedən torpaq sahəsinin məqsədli təyinatı, kimin (hansı orqanın) mülkiyyətinə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ********* nömrəli qəbzlə müəyyən olunur ki, iddiaçı məhkəmədə iddia qaldırılması ilə bağlı on manat məbləğində dövlət rüsum ödəmişdir. Əsaslandırıcı hissə: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X5 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Lənkəran rayonu Separadi bələdiyyəsinin 2007-ci il 28 yanvar tarixli 01 nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək üçün iddiaçıya 600 kv.m torpaq sahəsi ayrılmışdır. Hazırda iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. kimi səlahiyyətləri vardır. Yenə həmin Məcəllənin 47-ci maddəsinin 6-cı bəndinə görə, bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Torpaq Məcəlləsinin 86-cı maddəsinin 1-ci və 7-ci bəndlərinə əsasən, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları alqı-satqı obyekti ola bilər. Vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar, habelə onlar üzərində istifadə və icarə hüquqları bilavasitə satıldıqda, alqı-satqı tərəflər arasında bağlanılmış və notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında həyata keçirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin 4-5-ci bəndlərinə əsasən, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 5-ci bəndinə əsasən, bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 6-cı bəndinə görə, bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar. «Torpaq qanunverciliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 14 fevral tarixli 2 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda, torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Qeyd edilsin ki, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatlı təyinatlı, su fondu, ehtiyat fondu və.s), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsinin istifadəyə dair müəyyən edilmiş yükləməni (məhdudiyyətləri) nəzərdə tutur. Həmin qərarın 6-cı bəndində göstərilmişdir ki, torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmişdir. Lənkəran rayonu Separadi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarına əsasən İddiaçı fərdi yaşayış evinin tikilməsindən ötrü ayrılmış 600 kv.metr həyətyanı torpaq sahəsi naturada vətəndaşların xüsusi mülkiyyətinə verilən pay torpaq sahələrindən artıq qalan ərazidə yerləşdiyindən və «Torpaq islahatına dair kompleks yerluquruluşu layihəsi»nə əsasən məqsədli təyinatını, kimin (hansı orqanın) mülkiyyətinə aid olmasını müəyyənləşdirmək mümkün olmadığından məhkəmə hesab edir ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X6rşı «çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. İnzibati Prosessual Məcəllənin 110.3-cü maddəsinə əsasən, iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, prosessual xərclər (məhkəmə xərci) –ekspertiza tədqiqatının dəyəri olaraq 20 (iyirmi) manat və torpaq sahəsinin inventarlaşdırılmasına dair 67,20 (altmış yeddi manat iyirmi qəpik) manat xərc İddiaçı tutulmalıdır. Məhkəmə hesab edir ki, prosessual xərclər (məhkəmə xərci) – yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. İnzibati Prosessual Məcəllənin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81, 85 və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X6rşı «çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri- 20 (iyirmi) manat İddiaçı tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə- büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı-Dövlət xəzinədarlığı agentliyi- Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********, AZ34CTRE******************** hesaba, torpaq sahəsinin inventarlaşdırılmasına dair 67,20 (altmış yeddi manat iyirmi qəpik) manat Kapital Bank ASC Xətai filialının, filialın kodu 200071, VÖEN (bank) **********, müxbir hesab:AZ37NABZ013501**********1944, SWİFT kod:AİİBAZ2X, xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC, VOEN:**********, AZ23AİİB******************** hesaba keçirilsin. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar