Məhkəmə qərarları › İş №2-1(120)-22/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-22/2025

04.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-22/2025 04.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X8, İddiaçı və üçüncü şəxs X8 vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Hacıqabul rayonu Udullu Bələdiyyəsinə qarşı “Hacıqabul rayonu X14 xx.xx.2021-ci il tarixli, 25 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında (ünvan: ünvan 2 T D İ : İddiaçı X16 cavabdeh Hacıqabul rayonu X15 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hacıqabul rayonu X14 xx.xx.2021-ci il tarixli, 25 saylı qərarının ləğv edilməsi” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri məhkəmənin sərəncamına əsasən cavabdehə təqdim olunaraq, sonuncudan iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunmuş, həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49.1.1-ci maddəsinə əsasən tərəflər işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəməyə dəvət olunmuşlar. Şirvan İnzibati məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2-1(120)-1620/2021 saylı qərardadı ilə, iddiaçı X16 əsl İddiaçı ilə əvəz edilmişdir. Şirvan İnzibati məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2-1(120)-1620/2021 saylı qərardadı ilə, X16 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati məhkəməsinin 02 iyul 2025-ci il tarixli, 2-1(120)-22/2025 saylı qərardadı ilə, cavabdeh Hacıqabul rayonu X20 əsl cavabdeh Hacıqabul rayonu Udulu bələdiyyəsi ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Hacıqabul rayonu X14 xx.xx.2004cü il tarixli 05 saylı qərarı ilə İddiaçı həmin bələdiyyənin fond torpaqlarından kiçik sahibkarlıqla məşğul olmaq üçün 90 il müddətinə 5 ha torpaq sahəsi icarəyə verilmişdir. Qərara əsasən tərəflər arasında xx.xx.2004-cü il tarixli 12 saylı torpaq icarəsi müqaviləsi bağlanmış və zəruri olan bütün digər sənədləşmə işləri də həyata keçirilmişdir. Sonradan bu sahə xx.xx.2012-ci il tarixdə etibarnamə əsasında X11 idarəetməyə verilmişdir. Hacıqabul rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 75 saylı sərəncamı ilə torpaq sahəsində sahibkarlıq fəaliyyəti - mişar daşı istehsalı ilə məşğul olmaq üçün tikinti işlərinin aparılmasına icazə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Təhqiqat mərkəzinin 13 saylı Layihə Təhqiqat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli 75 saylı sərəncam 11 noyabr 2015-ci il tarixli Torpaq sahəsinin vəziyyətini əks etdirən müayinə (baxış) aktında torpaq sahəsinin məqsədli təyinatı və hüquqi rejimi kimi sənaye, rabitə, müdafiə, nəqliyyat və digər təyinatlı torpaqlar kimi göstərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2013-cü il tarixli 75 saylı sərəncam 11 noyabr 2015-ci il tarixli Torpaq sahəsinin vəziyyətini əks etdirən müayinə (baxış) aktında xx.xx.2019-cu il tarixli ER- 22/185 saylı ekoloji ekspertiza rəyində bu sahə əhəngdaşı yatağı kimi qeyd edilərək, karxananın işlədilməsi üçün lazımi göstərişlər verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 75 saylı sərəncam 11 noyabr 2015-ci il tarixli Torpaq sahəsinin vəziyyətini əks etdirən müayinə (baxış) aktında xx.xx.2019-cu il tarixli ER-22/185 saylı ekoloji ekspertiza rəyində 14 oktyabr 2019-cu il tarixli EL-592/2019 saylı Lisenziya ilə X11 dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılmasını həyata keçirmək icazə verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyini Dövlət Ekspertiza İdarəsinin xx.xx.2013-cü il tarixli 75 saylı sərəncam 11 noyabr 2015-ci il tarixli Torpaq sahəsinin vəziyyətini əks etdirən müayinə (baxış) aktında xx.xx.2019-cu il tarixli ER- 22/185 saylı ekoloji ekspertiza rəyində 14 oktyabr 2019-cu il tarixli EL-592/2019 saylı Lisenziya dağ-mədən ayrılması 1172 saylı aktı ilə Nemət Abuzərova “Udulu” əhəng daşı yatağında 5 hektar sahədə 5 il müddətinə mədən sahəsi ayrılmışdır. Göründüyü kimi icarəyə götürülmüş torpaq sahəsi ilk gündən torpaq sahəsinin icarəyə verilməsi müqavilədə belə daş karxanası kimi qeyd edilib. Bundan sonra həmin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi müçün müxtəlif dövlət orqanlarından bütün lazımi sənədlər alınıb və bunlarda belı sahənin təyinatı kimi daş karxanası qeyd edilib. Lakin, bütün sənədləşmə işlərinin aparılmasına baxmayaraq Hacıqabul rayon İkinci Uduli bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 25 saylı qərarı ilə sahənin İddiaçı verilməsinə dair xx.xx.2004-cü il tarixli, 5 saylı qərarının və xx.xx.2004-cü il tarixli, 12 saylı müqavilənin ləğv edilməsi qərara alınmışdır. Qərarda və onu müşayətedici məktubda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin xx.xx.2021-ci il tarixli, 09/5- 172 saylı məktubuna istinad edilən bildirilmişdir ki, guya kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatı dəyişdirilmişdir. Lakin, bütün yuxarıda sadalanan sənədlərdən görünür ki, Hacıqabul rayonX14 18 avqust 2021-ci il tarixli, 25 saylı qərarı ilə sahənin İddiaçı verilmiş torpaq sahəsinin təyinatı kənd təsərrüfatı olmayıb. O verilən tarixdən belə sahibkarlıq fəaliyyəti-mişar daşının istehsalı olmuşdur. İnzibati orqan hesab edilən Hacıqabul rayon X14 bu qanunsuz hərəkətləri nəticəsində sahibkarlıq fəaliyyəti ilə məşğul oduğu torpaq sahəsindən məhrum olunmuşdur. Buna görə də məhkəməyə müraciət etməl məcburiyyətindədir. Cavabdeh Hacıqabul rayonu X19 tərəfindən məhkəməyə ünvanlanmış etirazda qeyd edilmişdir ki, iddiaçı X2 rayon X10 xx.xx.2021-ci il tarixli 25 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati iş məhkəmə icraatındadır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, bütün sənədləşmə işlərinin aparılmasına (Tikinti işlərinin aparılmasına dair yerli icra hakimiyyətinin şərəncamı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İqtisadiyyat Nazirliyinin müvafiq lisenziyaları və.s.) baxmayaraq onun istifadəsində olan torpaq sahəsinin ayrılmasına dair Hacıqabul rayon X10 xx.xx.2004-cü il tarixli 05 saylı qərarınin ləğv edilməsinə dair Hacıqabul rayon X10 xx.xx.2021 -ci il tarixli 25 saylı qərarı qəbul-edilmişdir və buna görə də həmin Qərar qanunsuzdur və ləğv edilməlidir. Hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçının apardığı bütün sənədləşmə işləri onun istifadəsində olan torpaq sahəsinin ayrılmasına dair Hacıqabul rayon X10 xx.xx.2004-cü il tarixli 05 saylı qərarından sonra, yəni həmin qərarın əsasında aparılmışdır. Bu isə o demək deyildir ki, həmin sənədləşmə işləri aparılmışdırsa onda bələdiyyənin ilkin qərarı qanunidir. Bundan başqa Hacıqabul rayon X10 hazırda mübahisələndirilmiş Qərarı Azərbaycan Respubliksası Qanunvericiliyinə əsasən Bələdiyyələrin işinə inzibati nəzarəti həyata keçirən orqanın, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin araşdırmasından sonra daxil olmuş 10 avqust 2021-ci il tarixli 09/5-172 saylı Təklifi əsasında çıxarılmışdır. Sözügedən təklifdə qeyd olunmuşdur ki, Hacıqabul rayonu X10 9 mart 2004- cü ıl tarixli 5 saylı qərarına əsasən bağlanılmış 10 mart 2004-cü il tarixli 12 saylı icarə müqaviləsi ilə 5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məqsədli təyinatının qanunsuz dəyişdirilərək vətəndaş İddiaçı ayrılması və bu səbəbdən də həmin qərara və icarə müqaviləsinə yenidən baxılması bərədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxıl olmuş müraciətə baxılmışdır. Məlum olmuşdur ki, Hacıqabul rayonu X10 9 mart 2004- cü il tarixli 5 nömrəli bələdiyyə qərarına əsasən kiçik sahibkarlıqla - mişar daşı istehsalı ilə məşğul olmaq üçün kənd təsərrüfatı təyinatlı 5 ha torpaq sahəsinin təyinatına zidd olaraq 90 il müddətinə icarəyə verilməsi ilə bağlı İddiaçı ilə bələdiyyə arasında xx.xx.2004-cü il tarixli 12 nömrəli torpaq icarə müqaviləsi bağlanılmışdır. İddiaçı tərəfindən 18 iyul 2012-ci il tarixli etibarnamə ilə həmin torpaq sahəsi Nemət Abuzərovun istifadəsinə verilmiş və hazırda həmin torpaq sahəsi N.Abuzərovun istifadəsindədir. Bildirilmişdir ki, torpağın icarəyə verilməsi və torpaqdan istifadə zamanı nə bələdiyyə, nə də icarədarlar tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmamış, torpağın məqsədli təyinatı müvafiq icra hakimiyyəti orqanı törəfindən dəyişdirilmədən təyinatına uyğun olmayan istiqamətdə istifadə edilmiş, X19 tərəfindən torpağın icarəyə verilməsi və səmərəli istifadə olunması üə bağlı qanunvericiliyin tələblərinə riayət edilməmiş və icarədarlar öz vəzifələrini yeıinə yetirməmişdir. Eyni zamanda bələdiyyənin xx.xx.2021-ci il tarixli arayışından 2015-cı ildən icarədar tərəfindən icarə haqqının ödənilmədiyi məlum olmuşdur. Bələdiyyənin vəzifəli şəxsləri həmin tarixdən etibarən icarə haqqının ödənilməməsinə laqeyd münasibət göstərmiş və icarə haqqının ödənilməsinin təmin edilməsi məqsədilə hər hansı tədbir görülməmişdir. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasan torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən həyata keçirilir. Məcəllənin 13-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Qeyd olunanlarla yanaşı "Bələdiyyə torpaqlarının idarə olunması haqqında" Azerbaycan Respublikasının Qanununun da tələbləri pozulmuşdur. Belə ki, Qanunun 2.4-cü maddəsinə əsasən müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Həmin Qanunun 3-cü maddəsində bələdiyyə torpaqlarının idarə edilməsinin əsas prinsipləri kimi torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yoi verilməməsi, torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunması, torpaqların xüsusi mülkiyyətə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi nəzərdə tutulmuşdur. Həmçinin Qanunun 4.0.9-cu maddəsi ilə bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək bələdiyyələrin səlahiyyətinə aid edilmişdir. Qanunun 5.1-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Qanunun 12.3-cü maddəsinə əsasən istifadəsində və ya icarəsində kənd təsərrüfatı təyinatlr-bələdiyyə torpaqları olan hüquqi və fiziki şəxslər torpaqların münbitliyinin və digər faydalı xassələrinin qorunması və yüksəldilməsi üçün müvafiq mədəni-texniki, meliorativ və aqrotexniki tədbirlər görməlidirlər Qanunun 21-ci maddəsinə əsasən onlardan səmərəli istifadə edilməsini, torpaqların kənd təsərrüfatı dövriyyəsindən əsassız çıxarılmasına yol verilməməsini, onların zərərli antropogen təsirlərindən qorunmasını, torpaqların münbitliyinin bərpasını və artırılmasım təmin etmək bələdiyyə torpaqlarının mühafizəsinin məqsədlərinə aiddir. Bələdiyyə torpaqlarının istifadəçiləri və icarəçiləri torpaqların mühafizəsi sahəsində ərazinin səmərəli təşkili, torpaqların münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpa edilməsi və yaxşılaşdırılması, torpaqların su və külək eroziyasından, sellərdən, su basmaqdan, bataqlaşmaqdan, şoranlaşmadan, kimyəvi və radioaktiv maddələrlə çirklənmədən, digər dağıdıcı proseslərdən qorunmasını təmin etmək, korlanmış torpaqların yenidən yararlı hala salınması (rekultivasiyası) və digər vəzifələri həyata keçirməlidirlər. Qanunun 23.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarəti bələdiyyələr həyata keçirirlər. Eyni zamanda Qanunun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Qanunun 11.11 -ci maddəsinə əsasən icarəçi icarəyə götürdüyü torpaq sahəsini subicarəyə yalnız bələdiyyələrin razılığı ilə verə bilər Lakin icarəçi həmin qaydalara riayət etməmiş, bələdiyyənin razılığı olmadan torpaq sahəsini etibarnamə üzrə digər vətəndaşa vermişdir. Qanunun 20.2-ci maddəsinə əsasən torpaqla əlaqədar əqdlərdən daxil olan vəsaitin müvafiq bələdiyyə tərəfindən müəyyən edilmiş hissəsi yem torpaqların kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsinə, torpaqların keyfiyyətinin yaxşılaşdırılmasına, rekultivasiyasına," torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar digər tədbirlərin həyata,keçirilməsinə sərf edilir. Həmçinin Qanunun 4.0.4-cü maddəsinə əsasən bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq bələdiyyələrin səlahiyyətinə aiddir. Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə, torpaq vergisi və icarə haqqı üzrlü səbəb olmadan 1 il ödənilmədikdə xitam verilir. “İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar icra sənədi sayılır. Qanunun 8-cı maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Eyni zamanda “İnzibatı icraat haqqında” Qanunun 82.1-ci və 87-cı maddələrinin tələbinə görə pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası icra məmurları tərəfindən təmin edilir. Həmin Qanunun 82.2-cı maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Qanunun 82.3-cü maddəsində tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin aşağıdakı şərtləri müəyyən edilmişdir. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi, inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni hoyata keçirməməsi. Eyni zamanda Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibatı icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul, etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Göstərilənlərə və "Bələdiyyələrin fəaliyyətinə inzibatı nəzarət haqqında” Qanunun 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan bələdiyyə aktının normativ huquqı aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. Yuxanda göstərilənlərə əsasən X18 tərəfindən İddiaçı qanunvericiliyə zidd olaraq ayrılmış 5 ha torpaq sahəsi ilə bağlı X10 09 03.2004-cü il tarixli 5 nömrəli qərarının ləğv edilməsi və həmin qərar əsasında bağlanılmış icarə müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlər görülməsi, eləcə də icarə haqqı üzrə yaranmış borcun alınaraq bələdiyyə büdcəsinə ödənilməsi üçün qanunamuvafıq tədbirlər görülməsi ilə bağlı bələdyyəyə təklif verilmişdir. Təklif bələdiyyə iclasında müzakirə olunmuş və təmin edilmişdir. Əlavə olaraq bildirir ki, istifadəçi xeyli müddət torpaq icarə haqqını ödəməmiş, yalnız bələdiyyənin qərarından sonra həmin pulu ödəmişdir. Azərbaycan Respublikası Torpaq Qanunvericiliyinə əsasən torpaqların təyinatı yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir ki, keçən dövr ərzində Hacıqabul rayon X10 torpaqlarının təyinatının dəyişdirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin belə bir qərarı olmamışdır. Hacıqabul rayon X19 yarandığı zaman isə mövcud dövlət, şəxsi və digər torpaqlar da olduğu kimi bələdiyyənin balansına verilmişdir. İddiaçının istifadəsində olan torpaq sahələri örüş təyinatlı sahələr olmuşdur və hər hansı yerli alt qurumun bu ərazini sair torpaq kimi qeyd etməsi onun təyinatının dəyişməsi üçün əsas ola bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X16 iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı və üçüncü şəxs X8 vəkili X6 iddia tələbinə uyğun izahat verərək, iddia əizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, cavabdeh Hacıqabul rayonu Udullu bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Hacıqabul rayonu Udullu bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü: İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi). Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hacıqabul rayon X14 sədrinin, DTXK-nin əməkdaşlarının və torpaq istifadəçisi İddiaçı iştirakı ilə tərtib edilmiş xx.xx.2004-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı kiçik sahibkarlığı inkişaf etdirmək üçün ayrılacaq torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsinin Hacıqabul rayon X14 fond torpaqlarından olduğu və qeyd olunan məqsəd üçün yararlı olduğu müəyyən olunmuşdur. İş materiallarında olan Hacıqabul rayon X14 xx.xx.2004-cü il tarixli, 05 saylı qərarının surətindən görünür ki, Hacıqabul rayon X14 fond torpaqlarından kiçik sahibkarlıqla məşğul olmaq üçün 90 illik icarə müqaviləsi ilə 5 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. İş materiallarında olan Hacıqabul rayon X20 ilə İddiaçı arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 12 nömrəli torpaq icarəsi müqaviləsinin surətindən görünür ki, Hacıqabul rayon X14 xx.xx.2004-cü il tarixli, 05 saylı qərarı ilə kiçik sahibkarlıqla məşğul olmaq - mişar daşı istehsal etmək üçün ayrılmış 5 torpaq sahəsi İddiaçı 90 il müddətinə icarəyə verilmişdir. Müqavilənin 5-ci bəndinə əsasən, icarəçi icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək, torpaq sahəsindən istifadəyə görə icarə haqqını və digər tədiyyələri vaxtında vermək vəzifəsi götürmüşdür. İş materiallarında olan xx.xx.2012-ci il taricli, AR-İ 119904 nömrəli etibarnamənin təsdiq olunmuş surətindən görünür ki, Cəfərzadə X13 rayon X14 xx.xx.2004-cü il tarixli, 05 saylı qərarı ilə 90 il müddətinə icarəsinə verilmiş 5 ha torpaq sahəsinə dair istifadə etməyi, özəlləşdirməyi və sair hərəkətləri etməyi X11 xx.xx.2094-cü il tarixədək etibar etmişdir. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 75 nömrəli sərəncamının surətindən görünür ki, X11 Hacıqabul rayon X14 xx.xx.2004-cü il tarixli, 05 saylı qərarı ilə ayrılmış 5 ha torpaq sahəsində sahibkarlıq fəaliyyəti-mişar daşı istehsalı ilə məşğul olmaq üçün tikinti işlərinin aparılmasına icazə verilmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin tərəfindən verilmiş 01172 nömrəli dağ-mədən ayırması aktının surətindən görünür ki, “Udulu” əhəngdaşı yatağında mişar daşı hasilatı məqsədilə X11 Hacıqabul rayonunun inzibati ərazisində yerləşən 5 ha torpaq sahəsində 5 il müddətinə dağ-mədən ayırmasının həyata keçirilməsi ilə bağlı akt Dövlət Ekspertiza İdarəsinin reyestr kitabında xx.xx.2019-cu il tarixdə 01172 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2019-cu il tarixli, ER-22/185 nömrəli ekoloji ekspertiza rəyinin surətindən görünür ki, “Udulu” əhəngdaşı yatağında aparılmış geoloji-kəşfiyyat işlərinin nəticəsində yatağın ilkin ehtiyatları Dövlət Geologiya İdarəsinin MEK-nin xx.xx.1970-ci il tarixli 25 nömrəli protokolu ilə A+B+Cı kteqoriyaları üzrə 19126.2 min m3 təsdiq edilmişdir. 01.01.18-ci ilə olan qalıq ehtiyatı A+B+Cı kteqoriyaları üzrə 17177.48 min m3 təşkil edir. Yataq sahəsində istismar işləri açıq-karxana üsulu ilə 1 ədəd SM-89 m markalı daşkəsən maşın və 1 ədəd NKM-2U markalı şırmaçan maşının tədbiqi ilə həyata keçiriləcək. Sahibkarlıq fəaliyyəti məqsədi ilə karxana təsərrüfatının təşkili üçün Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 75 saylı Sərəncamı ilə “Udulu” əhəngdaşı yatağından 5,0 ha torpaq sahəsi fiziki şəxs Nemət Abuzərovun istifadəsinə verilmişdir. Qeyd olunan ərazidə göstərilən fəaliyyət nəticəsində atmosferə nəqliyyat vasitələrinin istismarı nəticəsində yanma qazları (NOx, CO, SO və his) və toz atılacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi göstərilənləri nəzərə alaraq təqdim olunmuş sənədlərə aşağıdakı şərtlər daxilində etirazı olmadığını bildirir və istismar işləri prosesində mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi şərti ilə “Dağ-mədən işlərinin inkişaf planı”nı razılaşdırır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, EL-592/2019 nömrəli lisenziyanın surətindən görünür ki, da-mədən işləri, dağ və buruq qazmalarının aparılmasının həyata keçirilməsinə X11 icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən Hacıqabul rayon X15 ünvanlanmış xx.xx.2021-ci il tarixli, 09/5-172 nömrəli təklif məktubunun surətindən görünür ki, Hacıqabul rayonu X10 9 mart 2004-cü il tarixli 5 saylı qəranna əsasən bağlanılmış 10 mart 2004-cü il tarixli 12 saylı icarə müqaviləsi ilə 5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məqsədli təyinatının qanunsuz dəyişdirilərək vətəndaş İddiaçı ayrılması və bu səbəbdən də həmin qərara və icarə müqaviləsinə yenidən baxılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş müraciətə baxılmışdır. Məlum olmuşdur ki, Hacıqabul rayonu X10 9 mart 2004-cü il tarixli 5 nömrəli bələdiyyə qərarına əsasən kiçik sahibkarlıqla - mişar daşı istehsalı ilə məşğul olmaq üçün kənd təsərrüfatı təyinatlı 5 ha torpaq sahəsinin təyinatına zidd olaraq 90 il müddətinə icarəyə verilməsi ilə bağlı İddiaçı ilə bələdiyyə arasında xx.xx.2004-cü il tarixli 12 nömrəli torpaq icarə müqaviləsi bağlanılmışdır. İddiaçı tərəfindən 18 iyul 2012-ci il tarixli etibarnamə ilə həmin torpaq sahəsi Nemət Abuzərovun istifadəsinə verilmiş və hazırda həmin torpaq sahəsi N.Abuzərovun istifadəsindədir. Torpağın icarəyə verilməsi və torpaqdan istifadə zamanı nə bələdiyyə, nə də icarədarlar tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmamış, torpağın məqsədli təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəyişdirilmədən təyinatına uyğun olmayan istiqamətdə istifadə edilmiş, X19 tərəfindən torpağın icarəyə verilməsi və səmərəli istifadə olunması ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməmiş və icarədarlar öz vəzifələrini yerinə yetirməmişdir. Eyni zamanda bələdiyyənin xx.xx.2021-ci il tarixli arayışından 2015-ci ildən icarədar tərəfindən icarə haqqının ödənilmədiyi məlum olmuşdur. Bələdiyyənin vəzifəli şəxsləri həmin tarixdən etibarən icarə haqqının ödənilməməsinə laqeyd münasibət göstərmiş və icarə haqqının ödənilməsinin təmin edilməsi məqsədilə hər hansı tədbir görülməmişdir. Ona görə də, İddiaçı qanunvericiliyə zidd olaraq ayrılmış 5 ha torpaq sahəsi ilə bağlı X14 xx.xx.2004-cü il tarixli, 05 saylı qərarının ləğv edilməsi və həmin qərar əsasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi Hacıqabul rayon X15 təklif olunmuşdur. İş materiallarında olan Hacıqabul rayon X14 xx.xx.2021-ci il tarixli protokolunun 25 saylı qərarının surətindən görünür ki,İddiaçı qanunvericiliyə zidd olaraq ayrılmış kiçik sahibkarlıqda – mişar daşı istehsalı ilə məşğul olmaq üçün kənd təsərrüfatı təyinatlı 5 ha torpaq sahəsi ilə bağlı X14 xx.xx.2004-cü il tarixli, 05 saylı qərarı ləğv edilməsi və qərar əsasında xx.xx.2004-cü il tarixdə bağlanmış 12 saylı torpaq icarəsi müqaviləsinin etibarsız hesab olunması üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi, “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.4-cü maddəsinə əsasən, icarəçi İddiaçı tərəfindən 2015-ci il tarixdən fəaliyyət göstərdiyi müddətə kimi icarə haqqı üzrə yaranmış borcun X14 büdcəsinə ödənilməsi üçün qanunamüvafiq tədbirlərin görülməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-287/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2- 3190/2024 nömrəli məktubu ilə məhkəməyə ünvanlanmış mütəxəssis rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: Hacıqabul rayonu X14 xx.xx.2004-cü il tarixli, 05 nömrəli qərarına əsasən İddiaçı icarəyə verilmiş 5.0 ha torpaq sahəsi hansı döngə nöqtələrinin koordinatları rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Hacıqabul rayonu X14 xx.xx.2004-cü il tarixli, 05 nömrəli qərarına əsasən İddiaçı icarəyə verilmiş 5.0 ha torpaq sahəsinin xx.xx.2004-cü ildə torpaq sahəsinin icarəyə verildiyi vaxt tərtib edilmiş İkinci Udulu kəndi ərazisində aparılan Kompleks Yerquruluşu Layihəsinə əsasən bələdiyyə mülkiyyətində olmaqla 3.24 ha hissəsi sənaye, rabitə, müdafiə, nəqliyyat və digər təyinatlı torpaqlar kateqoriyasına aid daş karxanası ərazisi olmaqla yarasız torpaq sahəsi kimi, 1.76 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş sahəsi kimi qeyd edilmişdir. Hal-hazırda Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanına əsasən Hacıqabul rayonunda aparılmış elektron kadastr uçot işlərinin nəticəsində tərtib edilmiş X10 xəritəsində isə 3.24 ha hissəsi bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid şərti yararsız torpaq sahəsi, 1.76 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid daşlı örüş sahəsi kimi qeyd olunmuşdur. Hacıqabul rayonu X14 xx.xx.2004-cü il tarixli, 05 nömrəli qərarına əsasən İddiaçı icarəyə verilmiş 5.0 ha torpaq sahəsi faktiki olaraq X7 istifadəsindədir və daş karxanası kimi istifadə olunur. Hacıqabul rayonu X14 xx.xx.2004-cü il tarixli, 05 nömrəli qərarına əsasən İddiaçı icarəyə verilmiş 5.0 ha torpaq sahəsi Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanına əsasən Hacıqabul rayonunda aparılmış elektron kadastr uçot işlərinin nəticəsində tərtib edilmiş X14 xəritəsinə psasən faktiki istifadə vəziyyətinə görə daş karxanası məqsədilə icarə hüququnun predmeti ola bilməz. Lakin, İkinci Udulu kəndi ərazisində aparılan Kompleks Yerquruluşu Layihəsinə əsasən 5.0 ha torpaq sahəsinin 3.24 ha hissəsi faktiki vəziyyətə uyğun olaraq daş karxanası kimi icarə hüququnun predmeti ola bilər. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/22 nömrəli ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi idarəsinin 17.09.24 tarixli 3-21-3-38/2-3190/2024 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: Hacıqabul rayonu X14 xx.xx.2004-cü il tarixli, 05 nömrəli qərarına əsasən İddiaçı icarəyə verilmiş 05 ha torpaq sahəsinin xx.xx.2004-cü ildə torpaq sahəsinin icarəyə verildiyi vaxt tərtib edilmiş İkinci Udulu kəndi ərazisində aparılan Kompleks Yerquruluşu Layihəsinə əsasən bələdiyyə mülkiyyətində olmaqla 3.24 ha hissəsi sənaye, rabitə, müdafiə, nəqliyyat və digər təyinatlı torpaqlar kateqoriyasına aid daş karxanası ərazisi olmaqla yarasız torpaq sahəsi kimi, 1.76 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş sahəsi kimi qeyd edilmişdir. Hal-hazırda Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanına əsasən Hacıqabul rayonunda aparılmış elektron kadastr uçot işlərinin nəticəsində tərtib edilmiş X14 xəritəsində isə 3.24 ha hissəsi bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid şərti yararsız torpaq sahəsi, 1.76 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid daşlı örüş sahəsi kimi qeyd olunmuşdur. Hacıqabul rayonu X14 xx.xx.2004-cü il tarixli, 05 nömrəli qərarına əsasən İddiaçı ogluna icarəyə verilmiş 05 ha torpaq sahəsi faktiki olaraq X7 istifadəsindədir və daş karxanası kimi istifadə olunduğu müəyyən edilmişdir. Hacıqabul rayonu X14 xx.xx.2004-cü il tarixli, 05 nömrəli qərarına əsasən İddiaçı icarəyə verilmiş 05 ha torpaq sahəsi Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanına əsasən Hacıqabul rayonunda aparılmış elektron kadastr uçot işlərinin nəticəsində tərtib edilmiş X14 xəritəsinə əsasən faktiki istifadə vəziyyətinə görə daş karxanası məqsədilə icarə hüququnun predmeti ola bilməz. Lakin, İkinci Udulu kəndi ərazisində aparılan Kompleks Yerquruluşu Layihəsinə əsasən 5.0 ha torpaq sahəsinin 3.24 ha hissəsinin faktiki vəziyyətə uyğun olaraq daş karxanası kimi icarə hüququnun predmeti ola biləcəyi müəyyən edilir. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, Hacıqabul rayonu X14 xx.xx.2004-cü il tarixli, 05 nömrəli qərarı ilə İddiaçı icarəyə verilmiş 05.0 ha torpaq sahəsi ayrılmışdır. Bundan sonra tərəflər arasında xx.xx.2004-cü il tarixli, 12 nömrəli torpaq icarəsi müqaviləsi bağlanmışdır. Hacıqabul rayon X20 ilə İddiaçı arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 12 nömrəli torpaq icarəsi müqaviləsinin surətindən görünür ki, Hacıqabul rayon X14 xx.xx.2004-cü il tarixli, 05 saylı qərarı ilə kiçik sahibkarlıqla məşğul olmaq - mişar daşı istehsal etmək üçün ayrılmış 5 torpaq sahəsi İddiaçı 90 il müddətinə icarəyə verilmişdir. Müqavilənin 5-ci bəndinə əsasən, icarəçi icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək, torpaq sahəsindən istifadəyə görə icarə haqqını və digər tədiyyələri vaxtında vermək vəzifəsi götürmüşdür. Bundan sonra İddiaçı üçüncü şəxs X11 xx.xx.2012-ci il taricli, AR-İ 119904 nömrəli etibarnamə ilə Hacıqabul rayon X14 xx.xx.2004-cü il tarixli, 05 saylı qərarı ilə 90 il müddətinə icarəsinə verilmiş 5 ha torpaq sahəsinə dair istifadə etməyi, özəlləşdirməyi və sair hərəkətləri etməyi X11 xx.xx.2094-cü il tarixədək etibar etmişdir. Üçüncü şəxs X16 mübahisəli torpaq sahəsindən uzun müddət istifadə etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən Hacıqabul rayon X15 xx.xx.2021-ci il tarixli, 09/5-172 nömrəli təklif məktubu göndərərək qeyd etmişdir ki, Hacıqabul rayonu X10 9 mart 2004-cü il tarixli 5 saylı qəranna əsasən bağlanılmış 10 mart 2004-cü il tarixli 12 saylı icarə müqaviləsi ilə 5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məqsədli təyinatının qanunsuz dəyişdirilərək vətəndaş İddiaçı ayrılması və bu səbəbdən də həmin qərara və icarə müqaviləsinə yenidən baxılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş müraciətə baxılmışdır. İddiaçı tərəfindən 18 iyul 2012-ci il tarixli etibarnamə ilə həmin torpaq sahəsi Nemət Abuzərovun istifadəsinə verilmiş və hazırda həmin torpaq sahəsi N.Abuzərovun istifadəsindədir. Eyni zamanda bələdiyyənin xx.xx.2021-ci il tarixli arayışından 2015-ci ildən icarədar tərəfindən icarə haqqının ödənilmədiyi məlum olmuşdur. Bələdiyyənin vəzifəli şəxsləri həmin tarixdən etibarən icarə haqqının ödənilməməsinə laqeyd münasibət göstərmiş və icarə haqqının ödənilməsinin təmin edilməsi məqsədilə hər hansı tədbir görülməmişdir. Ona görə də, İddiaçı qanunvericiliyə zidd olaraq ayrılmış 5 ha torpaq sahəsi ilə bağlı X14 xx.xx.2004-cü il tarixli, 05 saylı qərarının ləğv edilməsi və həmin qərar əsasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi Hacıqabul rayon X15 təklif olunmuşdur. Bundan sonra Hacıqabul rayon X14 xx.xx.2021-ci il tarixli protokolunun 25 saylı qərarı ilə İddiaçı qanunvericiliyə zidd olaraq ayrılmış kiçik sahibkarlıqda – mişar daşı istehsalı ilə məşğul olmaq üçün kənd təsərrüfatı təyinatlı 5 ha torpaq sahəsi ilə bağlı X14 xx.xx.2004-cü il tarixli, 05 saylı qərarı ləğv edilməsi və qərar əsasında xx.xx.2004-cü il tarixdə bağlanmış 12 saylı torpaq icarəsi müqaviləsinin etibarsız hesab olunması üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi, “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.4-cü maddəsinə əsasən, icarəçi İddiaçı tərəfindən 2015-ci il tarixdən fəaliyyət göstərdiyi müddətə kimi icarə haqqı üzrə yaranmış borcun X14 büdcəsinə ödənilməsi üçün qanunamüvafiq tədbirlərin görülməsi qərara alınmışdır. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək müvafiq inzibati aktın ləğvini tələb edi Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun: 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 51.2-сi maddəsinə görə bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3.İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1.İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2.Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3.Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4.Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5.Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6.Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1.rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2.səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3.inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7.Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8.Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9.Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10.Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11.Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12.Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13.Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Republikası Torpaq Məcəlləsinin 49-cu maddəsi:

1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

3. Keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir.

4. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. “Torpaq icarəsi haqqında” Qanunun 31-ci maddəsinə əsasən, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtında əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -421.1-ci maddəsinə müvafiq olaraq müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa tərəflərin razılaşması ilə mümkündür. -421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 706. Torpaq icarəsi müqaviləsinin məzmunu 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 706.3. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. 706.4. Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. Maddə 707. İcarəyə götürülmüş torpağın təsviri 707.1. İcarə müqaviləsi üzrə hüquq münasibətlərinə girməzdən əvvəl icarəyə verən və icarəçi icarəyə verilən torpağın təsvirini birlikdə tərtib etməlidirlər. Təsvirdə torpağın həcmi, habelə verildiyi an olduğu vəziyyət göstərilir. Təsvir hüquq münasibətlərinə xitam verildikdə də tərtib edilir. Təsvirə onun tərtib olunduğu günün tarixi qoyulmalı və müqavilənin hər iki iştirakçısı imza atmalıdır. 707.2. Müqavilə iştirakçılarından biri təsvirin tərtibində iştirakdan imtina etdikdə və ya tərtib zamanı mühüm ixtilaflar yarandıqda müqavilənin istənilən iştirakçısı tələb edə bilər ki, təsvir ekspert tərəfindən tərtib edilsin, amma torpağın icarəyə verildiyi vaxtdan doqquz aydan çox və ya icarə hüquq münasibətlərinə xitam verildiyi vaxtdan üç aydan çox keçdiyi hallar istisna təşkil edir. Belə hallarda tərəflərdən birinin iddiası üzrə ekspert məhkəmənin qərarı ilə məcburi qaydada təyin edilə bilər. Bununla əlaqədar əmələ gələn xərcləri müqavilənin hər iki iştirakçısı yarıbayarı çəkir. Maddə 708. İcarəyə götürülmüş torpağın vəziyyəti və təsərrüfat təyinatına uyğun istifadəsi üçün məsuliyyət 708.1. İcarəyə verən icarəlik torpağı icarəçiyə müqavilə üzrə istifadəyə yararlı vəziyyətdə verməli və bütün icarə müddətində onu həmin vəziyyətdə saxlamalıdır, bir şərtlə ki, bu Məcəllənin 708.2-ci maddəsinə əsasən bu vəzifə icarəçinin öhdəsinə qoyulmasın. 708.2. İcarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. O, icarəyə götürdüyü torpaqda olan əşyaların, o cümlədən yaşayış və təsərrüfat binalarının, yolların, arxların, drenaj sistemlərinin və hasarların adi təmirini öz hesabına aparmalıdır. 708.3. İcarəyə verilən torpağın qüsurları və üçüncü şəxslərin torpağa iddialarının və hüquqlarının olması üçün icarəyə verənin məsuliyyətinə, habelə icarəçinin həmin qüsurlar nəticəsində əmələ gələn hüquq və vəzifələrinə bu Məcəllənin 676 və 677-ci maddələrinin göstərişləri müvafiq surətdə tətbiq edilir. Maddə 710. Torpaq icarəsi haqqı 710.1. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. 710.2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. 710.3. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. Maddə 711. İcarəyə götürülmüş torpağın qorunması və ya yaxşılaşdırılması tədbirləri 711.1. İcarəçi icarəyə götürdüyü torpaqda onun qorunması üçün zəruri tədbirlərin görülməsinə yol verməlidir. 711.2. İcarəçi icarəyə götürdüyü torpağın yaxşılaşdırılması üçün tədbirlər görülməsinə yol verməlidir, bu şərtlə ki, həmin tədbirlər onun üçün hətta icarəyə verənin əsaslı mənafeləri ilə haqq qazandırıla bilməyən mənfi nəticələr törətməsin. İcarəyə verən bu tədbirlərin görülməsi üçün məsrəflərin və əldən çıxmış gəlirlərin əvəzini icarəçiyə həmin şəraitdə ağlabatan olan həcmdə ödəməyə borcludur. İcarəçinin xahişi ilə icarəyə verən ona avans verməlidir. Əgər belə tədbirlər nəticəsində icarəçi daha yüksək gəlir əldə edirsə və ya təsərrüfat lazımınca aparıldıqda əldə edə bilərsə, icarəyə verən tələb edə bilər ki, icarəçi icarə haqqının ağlabatan artımına razılıq versin, amma müəssisənin vəziyyətinə görə icarəçinin bu cür artıma yol verə bilmədiyi hallar istisna təşkil edir. Maddə 712. İcarəyə götürülmüş torpaqdan üçüncü şəxslərin istifadə etməsi 712.1. İcarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki: 712.1.1. torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin; 712.1.2. birgə istifadə üçün torpağı tamamilə və ya qismən hər hansı kənd təsərrüfatı birliyinə versin. 712.2. Əgər icarəçi icarəyə götürdüyü torpağı hər hansı üçüncü şəxsə ikinci əldən icarəyə verirsə, həmin üçüncü şəxsin istifadə zamanı baş vermiş təqsiri üçün, hətta icarəyə verənin ikinci əldən icarəyə razılıq verdiyi halda da məsuliyyət daşıyır. 712.3. İcarəçi icarəyə götürdüyü torpağın təyinatını yalnız icarəyə verənin qabaqcadan icazəsini almaqla dəyişdirə bilər. İcarəyə götürülmüş torpaqdan istifadənin əvvəlki növünü dəyişdirmək üçün icarəyə verənin qabaqcadan razılığını almaq yalnız o halda tələb edilir ki, bu dəyişiklik icarə müddətindən sonra istifadə növünə təsir göstərsin. İcarəçinin binalar ucaltmasına yalnız icarəyə verənin qabaqcadan icazəsini almaqla yol verilir. İcarəyə verən icazə verməkdən imtina etdikdə icarəçinin müraciəti ilə bu icazə məhkəmənin qərarı ilə əvəz edilə bilər, bu şərtlə ki, dəyişiklik müəssisənin rentabelliyinin qorunması və ya sürəkli yaxşılaşdırılması üçün yararlı olsun və icarəyə verənin əsaslı mənafeləri nəzərə alınmaqla onun üçün yolverilən olsun. Əgər icarə müqaviləsi ləğv edilərsə və ya icarə hüquq münasibətlərinə üç ildən də tez xitam verilərsə, bu müddəa tətbiq edilmir. İcazə məhkəmənin müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsi ilə bağlı qərarı ilə əvəz edilə bilər, məsələn, məhkəmə təminat verilməsi barəsində sərəncam verə bilər, habelə təminatın növünü və həcmini müəyyənləşdirə bilər. Əgər təminatın verilməsi üçün əsas aradan qalxarsa, tərəfin müraciəti ilə məhkəmə təminatın qaytarılması barədə qərar qəbul edə bilər. Maddə 713. İcarəyə götürülmüş torpaqdan müqavilə şərtlərinə uyğun gəlməyən istifadə Əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iddianın predmetini təşkil edən inzibati akt – Hacıqabul rayonu X14 xx.xx.2021-ci il tarixli protokolunun 25 saylı qərarının (iclas protokolundan çıxarış) cavabdeh tərəfindən qeyd olunan “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq qəbul edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinə əsasən, Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, sübutetmə yükü qanunveriсiliklə üzərinə qoyulan tərəf kimi сavabdeh tərəfindən mübahisəli inzibati aktın qəbuluna əsas olmuş faktiki şərtlərin mövсudluğu iş üzrə sübuta yetirilir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1 -ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü maddəsinə əsasən, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki vəya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Sadalanan maddi hüquq normalarının tələbinə görə fiziki və ya hüquqi şəxslərin etimadı iki halda qorunur ki, bunlardan birincisi, inzibati orqanların inzibati praktikası, ikincisi isə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədləri və bəyanatlarıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.

2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir.

3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.

4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.

5. Mülkiyyətçi olan icarəyə verənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər.

6. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər.

7. İcarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir.

8. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Maddə 57. Qeyri-kənd təsərrüfatı ehtiyacları üçün torpaq sahələrinin ayrılmasının xüsusiyyətləri

1. Sənaye obyektlərinin tikintisi, dəmir və avtomobil yollarının, elektrik və rabitə xətlərinin, magistral boru kəmərlərinin çəkilişi, habelə digər qeyri-kənd təsərrüfatı ehtiyacları üçün torpaq sahələri əsasən kənd təsərrüfatına yararsız və ya az yararlı torpaqlardan ayrılır. Göstərilən məqsədlər üçün meşə fondu torpaqlarından torpaq sahələri, bir qayda olaraq, meşə bitkiləri ilə örtülü olmayan sahələr, yaxud meşəbitmə şəraitinə görə az yararlı və yararsız sahələrdən verilir.

2. Faydalı qazıntıların hasilatı üçün tikinti işlərinə torpaq sahələrinin ayrılması yerin təki haqqında qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.

4. Qeyri-kənd təsərrüfatı və qeyri-meşə təsərrüfatı məqsədləri üçün torpaq sahəsinin ayrılması iki mərhələdə aparılır: 1) obyektin yerləşdirilməsinin əvvəlcədən razılaşdırılması (layihələşdirilməsi); 2) torpaq sahəsinin verilməsinin rəsmiləşdirilməsi.

5. Sənaye obyektlərinin tikintisi, faydalı qazıntıların hasilatı, dəmir və avtomobil yollarının, elektrik və rabitə xətlərinin, magistral boru kəmərlərinin çəkilişi üçün torpaq sahələri əsasən dövlət və bələdiyyə torpaqlarından ayrılır. Belə obyektlərin tikintisi altına düşən xüsusi mülkiyyətdə olan torpaqların, qanunvericilikdə nəzərdə tutulmuş qaydada dəyəri ödənilir və ya başqa torpaq sahəsi ilə əvəz olunur.

6. Qeyri-kənd təsərrüfatı ehtiyacları üçün torpaq sahələrinin ayrılması və istifadəsi qaydaları bu Məcəllə və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Maddə 73.

1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: ... torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə. ... M a d d ə 7 5 . Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi qaydaları

1. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir.

2. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir.

3. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir. M a d d ə 8 2 . Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin vəzifələri Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri aşağıdakıları yerinə yetirməyə borcludurlar: torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək; torpaqlarda bu Məcəllədə nəzərdə tutulmuş kompleks mühafizə tədbirlərini həyata keçirmək; torpaq sahəsində tikinti və abadlaşdırma işlərini qüvvədə olan planlaşdırmamemarlıq, tikinti, sanitariya-gigiyena, yanğından mühafizə və müəyyən edilmiş digər tələblərə (normalara, qaydalara, normativlərə) uyğun olaraq həyata keçirmək; torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə, torpaq üzərində qoyulmuş servitutlara əməl etmək; torpaq vergisini və ya icarə haqqını vaxtında ödəmək; başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq; torpaq sahəsində olan mərzləri, təbiət abidələrini, geoloji təzahürləri, geodeziyaistinad məntəqələrini və yerüstü nişanlarını, meteoroloji şəbəkələri və ölçü vasitələrini, habelə meliorasiya və irriqasiya sistemlərini qoruyub saxlamaq; torpağın istifadəsi vəziyyətinə dair müəyyən edilmiş məlumatları müvafiq orqanlara vaxtında vermək; qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. M a d d ə 8 3 . Torpaq sahəsi üzərində hüquqların həyata keçirilməsi

1. Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər.

2. Torpaq sahəsi üzərində hüquqların həyata keçirilməsindən imtina edilməsinə o şərtlə yol verilə bilər ki, belə imtina başqa şəxslərin hüquq və mənafelərinə toxunmasın və ətraf təbii mühitə zərər vurmasın.

3. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində öz hüquqlarından imtina etmələri onları bu Məcəllənin 88-ci maddəsi və bağladıqları müqavilə ilə müəyyən edilmiş vəzifələrindən azad etmir.

4. İmtina səbəbindən torpaq sahəsi üzərində hüquqlara xitam verilməsi bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir və dövlət qeydiyyatında (reyestrində) əks etdirilir. M a d d ə 8 4 . Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

4. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır.

6. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Məhkəmə Hacıqabul rayonu X14 xx.xx.2021-ci il tarixli 25 saylı qərarının (iclas protokolundan çıxarış) qanuni və əlverişli inzibati akt olması qənaətinə gəlir. Belə ki, iddiaçı Cəfərzadə X13 rayon X14 xx.xx.2004-cü il tarixli, 05 saylı qərarı və xx.xx.2004-cü il tarixli, 12 nömrəli torpaq icarəsi müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir. İddiaçı Bələdiyyə tərəfindən icazə verilmədiyi halda digər şəxsə, X11 xx.xx.2012-ci il tarixdə AR-İ 119904 nömrəli etibarnamə verərək, Hacıqabul rayon X14 xx.xx.2004-cü il tarixli, 05 saylı qərarı ilə 90 il müddətinə icarəsinə verilmiş 5 ha torpaq sahəsinə dair istifadə etməyi, özəlləşdirməyi və sair hərəkətləri etməyi X11 xx.xx.2094-cü il tarixədək etibar etmişdir. Halbuki, yuxarıda göstərilən qanunvericiliyin müvafiq normalarına əsasən, icarəçi yalnız icarəyəverənin razılığı əsasında icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər. Cavabdeh orqan tərəfindən iddiaçının mübahisəli torpaq sahəsinin başqa şəxsə subicarəyə (ikinci əldən icarəyə) verə bilməsi üçün hər hansı rəsmi razılığın verilməsi barədə məlumat əldə edilməmişdir. Həmçinin Hacıqabul rayonu X20 tərəfindən xx.xx.2004-cü il tarixli, 12 nömrəli torpaq icarəsi müqaviləsi üzrə mübahisəli torpaq sahəsinin başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilməsi hüququ icarəçi İddiaçı verilməmişdir. Həmçinin məhkəmə tərəfindən nəzərə çatdırılır ki, İddiaçı tərəfindən 2015-ci il tarixdən fəaliyyət göstərdiyi müddətə kimi icarə haqqı üzrə yaranmış borcun X14 büdcəsinə ödənilməmişdir. Məhkəmə tərəfindən qeyd edilir ki, üçüncü şəxs X16 tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixli ödəniş qəbzləri mübahisəli torpaq sahəsindən istifadə üçün nəzərdə tutulmuş icarə deyil, 5 saylı Vergilər İdarəsinin hesabına ödənilmiş mişar daşı hasilatına görə dağ-mədən vergisidir. İddiaçı O.X1 adına tərtib edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin tərəfindən verilmiş 01172 nömrəli dağ-mədən ayırması aktını, Hacıqabul rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 75 nömrəli sərəncamını əsas gətirərək, X11 Hacıqabul rayon X14 xx.xx.2004-cü il tarixli, 05 saylı qərarı ilə ayrılmış 5 ha torpaq sahəsində sahibkarlıq fəaliyyəti-mişar daşı istehsalı ilə məşğul olmaq üçün tikinti işlərinin aparılmasına icazə verildiyini bildirsə də, məhkəmə tərəfindən X14 üçüncü şəxs X11 icarə hüququ əsasında ona məxsus olan 5 ha torpaq sahəsinin ayrılması barədə hər hansı hüquqmüəyyənedici sənəd müəyyən edilməmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/22 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Hacıqabul rayonu X14 xx.xx.2004-cü il tarixli, 05 nömrəli qərarına əsasən İddiaçı icarəyə verilmiş 05 ha torpaq sahəsinin xx.xx.2004-cü ildə torpaq sahəsinin icarəyə verildiyi vaxt tərtib edilmiş İkinci Udulu kəndi ərazisində aparılan Kompleks Yerquruluşu Layihəsinə əsasən bələdiyyə mülkiyyətində olmaqla 3.24 ha hissəsi sənaye, rabitə, müdafiə, nəqliyyat və digər təyinatlı torpaqlar kateqoriyasına aid daş karxanası ərazisi olmaqla yarasız torpaq sahəsi kimi, 1.76 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş sahəsi kimi qeyd edilmişdir. Halhazırda Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanına əsasən Hacıqabul rayonunda aparılmış elektron kadastr uçot işlərinin nəticəsində tərtib edilmiş X14 xəritəsində isə 3.24 ha hissəsi bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid şərti yararsız torpaq sahəsi, 1.76 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid daşlı örüş sahəsi kimi qeyd olunmuşdur. Hacıqabul rayonu X14 xx.xx.2004-cü il tarixli, 05 nömrəli qərarına əsasən İddiaçı ogluna icarəyə verilmiş 05 ha torpaq sahəsi faktiki olaraq X7 istifadəsindədir və daş karxanası kimi istifadə olunduğu müəyyən edilmişdir. Hacıqabul rayonu X14 xx.xx.2004-cü il tarixli, 05 nömrəli qərarına əsasən İddiaçı icarəyə verilmiş 05 ha torpaq sahəsi Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanına əsasən Hacıqabul rayonunda aparılmış elektron kadastr uçot işlərinin nəticəsində tərtib edilmiş X14 xəritəsinə əsasən faktiki istifadə vəziyyətinə görə daş karxanası məqsədilə icarə hüququnun predmeti ola bilməz. Lakin, İkinci Udulu kəndi ərazisində aparılan Kompleks Yerquruluşu Layihəsinə əsasən 5.0 ha torpaq sahəsinin 3.24 ha hissəsinin faktiki vəziyyətə uyğun olaraq daş karxanası kimi icarə hüququnun predmeti ola biləcəyi müəyyən edilir. Hacıqabul rayonu X20 xx.xx.2021-ci il tarixli 25 saylı qərarının (iclas protokolundan çıxarış) qəbul edərkən yuxarıda sadalanan normaların tələblərinə əməl edilmiş, qəbul etdiyi qərarda mübahisəli torpaq sahəsinin hüquqi vəziyyətini araşdırmış, işin faktiki və hüquqi halları və bu halları təsdiq edən sübutları göstərmişdir. "İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı "İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. "İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan tələblərinə görə, inzibati orqanlar qanuna riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Obyektiv araşdırma prinsipini təsbit edən normaya əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı "İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də "İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. "İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. "İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi "İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə "səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «X4rşı» iş üzrə xx.xx.2005-сi il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə 1 saylı Protokolun 1-сi maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik сəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Hacıqabul rayonu Udullu bələdiyyəsinə qarşı “Hacıqabul rayonu X14 xx.xx.2021-ci il tarixli, 25 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, iş üzrə təyin edilmiş ekspertizasının xərci kimi 100 (yüz) manat pul vəsaiti iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddiaçı cavabdeh Hacıqabul rayonu Udullu bələdiyyəsinə qarşı “Hacıqabul rayonu X14 xx.xx.2021-ci il tarixli protokolunun 25 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X5, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyivə ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar