Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2202/2025 12.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 12 may 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci ildə Qazı-Məmməd şəhərində (hazırki Hacıqabul rayonu) anadan olmuşdur. Yaşa görə əmək pensiyasının təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək sənədlərini təqdim etmiş və ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Təqdim etdiyi sənədləri araşdırıldıqdan sonra xx.xx.2024cü il tarixli məktubla müraciətinə imtina cavabı verilmişdir. Hesab edir ki, hər iki məktubda istinad olunan maddi hüquq normaları yəni, “Əmək pensiyaları haqqında” Qanunun 7, 9 və 22-ci maddələrinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən düzgün izah verilməmişdir. Qeyd edir ki, Bakı-Qazax yolunun sol tərəfində (Qarasu kəndi ərazisində) yerləşən pavilyonda xx.xx.1975-ci ildən xx.xx.1979-cu ilədək “xörəkpaylayan” işləmişdir. xx.xx.1979cu ildən xx.xx.1981-ci il tarixinədək X6 X5 İstismarı İdarəsində “3-cü dərəcəli çilingər” vəzifəsində işləmişdir. Daha sonra, xx.xx.1981-ci ildən xx.xx.1983-cü il tarixinədək SSRİ Ordu sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Daha sonra, xx.xx.1985-ci ildən xx.xx.1996-cı il tarixinədək ADDY X2, X1 “3-cü dərəcəli çilingər” vəzifəsində işləmişdir. Həmin idarə bağlanıldığına görə onu X9 İdarəsinə göndərmişlər. xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilə qədər orda işləmiş və sonra xx.xx.1997-ci il tarixli 58 nömrəli əmrlə o işdən azad olunmuşdur. xx.xx.1997-ci ildən xx.xx.2003-cü il tarixinədək olan müddətdə isə X10 Şöbəsində əmək fəaliyyəti olmuşdur. Lakin müvafiq icra hakimiyyəti orqanı tərəfindən iş stajı hesablanakən sığorta stajının 24 il 7 ay 10 gün olması qeyd olunur. Bundan başqa, əmək haqqı cədvəlində adının qeyd olunmaması və 25 il iş stajı olmadığma görə yaşa görə pensiya təyinatından imtina əsassızdır. Çünki, xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilə qədər olan dövr üçün əmək haqqı cədvəlinin tapılmaması və sosial sığorta ödənişlərinin ödənilməməsi onun günahı yox, işəgötürənin səhlənkarlığı nəticəsində baş vermişdir. O, həmin müddət üçün işlədiyi əmək haqqını almışdır. Odur ki, müvafiq icra hakimiyyəti orqanının məktubunda qeyd olunan səhv onun yox, işəgötürənin səhlənkarlığı nəticəsində baş vermişdir. Bunun nəticəsində o, Konstutision hüququ olan pensiya hüququndan məhrum olunmalıdır? Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi məhkəməyə iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı ərizə ilə Mərkəzi Filiala müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etrnişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-278897/2024 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının ümumi iş stajının qanunvericiliklə tələb olunandan (25 il) az olduğu qeyd edilmişdir (24 il 7 ay 10 gün). Bundan narazı qalan iddiaçı Şirvan İnzıbati Məhkəməsinə müraciət etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qevd olunan əsaslara aörə məhkəmə tərəfindən təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçının xx.xx.2023-cü il tarixdə 65 yaşı tamam olmuşdur. Təqdim edilmiş sənədlərin surətinə əsasən iddiaçının ümumi sığorta stajı (xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1975-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək əmək fəaliyyəti dövrü və 1982-2003-cü illər ərzində adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla) 24 il 7 ay 10 gün təşkil edir. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bildiririk ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1985-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək əmək fəaliyyəti dövrlərini araşdırılması zərurəti yaranmışdır. Belə ki, Mərkəzi Filialın "xxxx" QSC ilə birgə tərtib etdiyi xx.xx.2024cü il tarixli akta əsasən, “Kürdəmir yol distansiyası”nın 1985-ci ilin iyul və 1992-ci ilin oktyabr ayları üzrə əməkhaqqı cədvəllərində iddiaçının adına əməkhaqqı hesablanmamış, eyni zamanda xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək öz hesabına məzuniyyətdə olduğu qeyd olunmuşdur. Həmçinin "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuş məlumatlara əsasən, “Gəncə Mülkü qurğular distansiyası”nda 2003-cü il üzrə iddiaçının adına əməkhaqqı hesablanmamışdır. Eyni zamanda Fondun Gəncə-Daşkəsən regional filialının "xxxx" QSC ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən, 5 saylı “Kürdəmir yol distansiyası”nın 1996-1997-ci illər üzrə əməkhaqqı cədvəllərində iddiaçının adına rast gəlinməmişdir. Yuxarıda qeyd olunan səbəblərə görə sözügedən dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq bildirirlər ki, iddiaçının ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən proaktiv qaydada yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2023-cu il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş, hazırda 220 manat olmaqla davam etdirilir. Beləliklə, yuxanda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımından İddiaçı “yasa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qovulması” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X8 gəlmiş, İddiaçı isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AZE seriyalı, 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən və Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının Padar qəsəbə İƏD üzrə nümayəndəliyinin 04 dekabr 2024-cü il tarixli, 128 nömrəli arayışından görünür ki, hazırki iş üzrə İddiaçı xx.xx.1958-ci il tarixdə Qazıməmməd şəhərində doğulmuş və Hacıqabul rayonunun Padar qəsəbəsində yaşayır. İş materiallarında olan H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək 1 il 11 ay 18 gün Sovet Ordusu Silahlı Qüvvələri sıralarında hərbi xidmətdə olmuşdur. İş materiallarında olan “Azərittifaq” Sabirabad rayon Qaragüney Kooperativ Cəmiyyətinin 27 yanvar 2023-cü il tarixli, 31 nömrəli arayışında müəyyən olunur ki, İddiaçı 05 mart 1975-ci il tarixli, 32 saylı sərəncamla Bakı-Qazax yolunun sol tərəfində Qarasu kəndi ərazisində yerləşən pavilyona xörəkpaylayan işinə qəbul olunmuş, 19 iyul 1979-cu il tarixli, 124 saylı sərəncamla işdən azad edilmiş və bu iaşə müəssisəsində 4 il 4 ay 14 gün iş stajı toplamışdır. İş materiallarında olan xx.xx.1985-ci il tarixdə 1958-ci ildə doğulmuş İddiaçı adına tərtib edilən ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən və X7 Sistemlərinin İstismarı İdarəsinin 17 oktyabr 2024-cü il tarixli, 50 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixli, 99 nömrəli əmrlə X6 X5 İstismarı İdarəsində 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, hərbi xidmətə getməsi ilə əlaqədar xx.xx.1981-ci il tarixli, 75 nömrəli əmrlə işdən azad edilmiş və həmin müəssisədə 9 ay 10 gün iş stajı toplamışdır. İş materiallarında olan iddiaçının adına tərtib edilən ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən, həmçinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 13-1/2-M-3356/2- 42/2024 nömrəli məktubundan və ona əlavə edilmiş sənədlərdən, habelə xx.xx.2024-cü il tarixli, P-08/1 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixli, 42 nömrəli əmrlə Azərbaycan Dəmir Yolu Meşə əkini qoruyucu distansiyasına müvəqqəti fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci il tarixli, 84b nömrəli əmrlə 1-ci dərəcəli daimi fəhlə vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı il tarixli, 137 nömrəli əmrlə 3-cü dərəcəli sürücü vəzifəsinə keçirilmiş, distansiyanın ləğv edilməsi ilə əlaqədar xx.xx.1996-cı il tarixli, 56-1 nömrəli əmrlə işdən azad edilmiş və həmin müəssisədə 11 il 6 ay 15 gün iş stajı toplamışdır. İş materiallarında olan iddiaçının adına tərtib edilən ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən, həmçinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, P-08/1 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixli, 137 nömrəli əmrlə Azərbaycan Dəmir Yolu 5 nömrəli X2 Meşə istehsalat briqadasında 3-cü dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1997-ci il tarixli, 58 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmiş və həmin müəssisədə 5 ay iş stajı toplamışdır. İş materiallarında olan iddiaçının adına tərtib edilən ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixli, 173/k nömrəli əmrlə Azərbaycan Dəmir Yolu Gəncə stansiyası mülki qurğular distansiyasının tikinti briqadasında fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.2000-ci il tarixli, 190/k nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmiş və həmin müəssisədə 3 il 7 ay iş stajı toplamışdır. İş materiallarında olan iddiaçının adına tərtib edilən ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixli, 3 nömrəli əmrlə Azərbaycan Dövlət Dəmir Yolu fəhlə təchizatı şöbəsinin çörək sexinə yükləyici vəzifəsinə qəbul edilmiş, xx.xx.2003-cü il tarixli, 16/k nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmiş və həmin müəssisədə 2 il 11 ay 17 gün iş stajı toplamışdır. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı hərbi xidmət (1 il 11 ay 18 gün) və əmək fəaliyyəti (23 il 7 ay 27 gün) illəri nəzərə alınmaqla xx.xx.2003cü il tarixə ümumilikdə 25 il 7 ay 15 gün sosial sığorta stajına malik olmuşdur. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-278897/2024 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra-Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra-Fond) 1 saylı Şirvan-Salyan regional filialından daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda (bundan sonra-Mərkəzi Filial) aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019- 2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz sənədlərin surətlərində qeyd olunan məlumatlara əsasən xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək hərbi xidmətdə olduğunuz müddət, xx.xx.1985-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək olan əmək fəaliyyəti dövrləriniz üzrə adınıza əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla cəmi sığorta stajınız 24 il 7 ay 10 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Məlumat üçün bildiririk ki, təqdim etdiyiniz əmək kitabçanızın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1985-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın "xxxx" QSC ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən 1985-ci ilin iyul və 1992-ci ilin oktyabr ayları üzrə X3 əmək haqqı cədvəllərində adınıza əmək haqqı hesablanmayıb, eyni zamanda xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək öz hesabınıza məzuniyyətdə olduğunuz qeyd olunub. Həmçinin "xxxx" QSC-nin xx.xx.2024cü il tarixli məktubunda qeyd olunmuş məlumatlara əsasən Gəncə Mülkü qurğular distansiyasında 2003-cü il üzrə adınıza əməkhaqqı hesablanmamışdır. Eyni zamanda Fondun Gəncə-Daşkəsən regional filialının "xxxx" QSC ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən 5 saylı X3 1996-1997-ci illər üzrə əməkhaqqı cədvəllərində adınıza rast gəlinməmişdir. Bu səbəbdən sözügedən dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün hesab edilməyib. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən proaktiv qaydada yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələbləri nəzərə alınaraq sizə xx.xx.2023-cü il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş və hazırda ödənişi 220 manat olmaqla davam etdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli, 3-17-1/1- M-263321/2024 nömrəli qərarından görünür ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmiş, buna səbəb olaraq tələb olunan staja (25 il) və kapitala malik olmadığı göstərilmişdir. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərə əsasən xx.xx.1958-ci il tarixdə doğulmuş İddiaçı xx.xx.2023-cü il tarixdə 65 yaşı tamam olmuş, həmin vaxta hərbi xidmət və əmək fəaliyyəti illəri nəzərə alınmaqla ümumilikdə 25 il 7 ay 15 gün sosial sığorta stajına malik olmuş, iddiaçı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh iddiaçıya yaşa görə əmək pensiyası təyinatından imtina etmiş, buna səbəb kimi tələb olunan staja (25 il) və kapitala malik olmamasını, 1985-ci ilin iyul və 1992-ci ilin oktyabr ayları üzrə X3 əmək haqqı cədvəllərində adına əmək haqqının hesablanmamasını, eyni zamanda xx.xx.1994-cü il tarixindən 01,04.1995-ci il tarixinədək öz hesabınıza məzuniyyətdə olmasını, həmçinin Gəncə Mülkü qurğular distansiyasında 2003-cü il üzrə adına əmək haqqının hesablanmamasını, həmin dövrləri iddiaçının sığorta stajına daxil edilməsini mümkün hesab edilməməsini bildirərək, ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Məhkəmə İddiaçı yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilməsi üçün cavabdeh təşkilatın gətirdiyi dəlilləri əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı 05 mart 1975ci il tarixli, 32 saylı sərəncamla Bakı-Qazax yolunun sol tərəfində Qarasu kəndi ərazisində yerləşən pavilyona xörəkpaylayan işinə qəbul olunması, 19 iyul 1979-cu il tarixli, 124 saylı sərəncamla işdən azad edilməsi və bu iaşə müəssisəsində 4 il 4 ay 14 gün iş stajı toplaması, xx.xx.1979-cu il tarixli, 99 nömrəli əmrlə X6 X5 İstismarı İdarəsində 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilməsi, xx.xx.1981-ci il tarixli, 75 nömrəli əmrlə işdən azad edilməsi və həmin müəssisədə 9 ay 10 gün iş stajı toplaması, xx.xx.1985-ci il tarixli, 42 nömrəli əmrlə Azərbaycan Dəmir Yolu Meşə əkini qoruyucu distansiyasına müvəqqəti fəhlə vəzifəsinə qəbul edilməsi, xx.xx.1985-ci il tarixli, 84b nömrəli əmrlə 1-ci dərəcəli daimi fəhlə vəzifəsinə keçirilməsi, xx.xx.1990-cı il tarixli, 137 nömrəli əmrlə 3-cü dərəcəli sürücü vəzifəsinə keçirilməsi, distansiyanın ləğv edilməsi ilə əlaqədar xx.xx.1996-cı il tarixli, 56-1 nömrəli əmrlə işdən azad edilməsi və həmin müəssisədə 11 il 6 ay 15 gün iş stajı toplaması, xx.xx.1996-cı il tarixli, 137 nömrəli əmrlə Azərbaycan Dəmir Yolu 5 nömrəli X2 Meşə istehsalat briqadasında 3-cü dərəcəli fəhlə vəzifəsinə qəbul edilməsi, xx.xx.1997ci il tarixli, 58 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilməsi və həmin müəssisədə 5 ay iş stajı toplaması, xx.xx.1997-ci il tarixli, 173/k nömrəli əmrlə Azərbaycan Dəmir Yolu Gəncə stansiyası mülki qurğular distansiyasının tikinti briqadasında fəhlə vəzifəsinə qəbul edilməsi, xx.xx.2000-ci il tarixli, 190/k nömrəli əmrlə öz xahişi ilə işdən azad edilməsi və həmin müəssisədə 3 il 7 ay iş stajı toplaması, xx.xx.2001-ci il tarixli, 3 nömrəli əmrlə Azərbaycan Dövlət Dəmir Yolu fəhlə təchizatı şöbəsinin çörək sexinə yükləyici vəzifəsinə qəbul edilməsi, xx.xx.2003-cü il tarixli, 16/k nömrəli əmrlə öz xahişi ilə işdən azad edilməsi və həmin müəssisədə 2 il 11 ay 17 gün iş stajı toplaması, beləliklə, hərbi xidmət və əmək fəaliyyəti illəri nəzərə alınmaqla ümumilikdə 25 il 7 ay 15 gün sosial sığorta stajına malik olması iş materialları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Həmçinin, “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Məhkəmə hesab edir ki, İddiaçı 1985-ci ilin iyul və 1992-ci ilin oktyabr ayları üzrə X3 əmək haqqı cədvəllərində adına əmək haqqının hesablanmaması, həmçinin Gəncə Mülkü qurğular distansiyasında 2003-cü il üzrə adına əmək haqqının hesablanmaması iddiaçının təqsiri ilə bağlı hal kimi qiymətləndirilə bilməz və bunun məsuliyyətinin onun üzərinə qoyulması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, adları çəkilən təşkilatlar dövlət müəssisələri olmaqla iddiaçının həmin dövrlərdə işləməsi faktını onun adına tərtib olunmuş əmək kitabçasında müvafiq imza və möhürlərlə təsdiq etmişlər. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Cavabdeh inzibati orqanın İddiaçı xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək öz hesabına məzuniyyətdə olması barədə qeydinə münasibətdə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 112-ci maddəsində ödənişsiz məzuniyyət (hazırki iş üzrə işçinin öz hesabına məzuniyyəti) “Məzuniyyətin növləri”nə aid edilmişdir. Həmin Məcəllənin 111-ci maddəsi isə məzuniyyətin növlərinə fərq qoymadan, istisnasız olaraq bütün məzuniyyət müddətlərinin işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilməsini tələb edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinin tələbinə görə Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının ona yaşa görə əmək pensiyası təyinatının aparılması tələbi isə əsaslı olduğundan iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunduğu kimi, xx.xx.1958-ci ildə doğulmuş İddiaçı xx.xx.2023-cü il tarixdə 65 yaşı tamam olmuş, əmək kitabçasına və hərbi biletinə əsasən o, yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum 25 il sığorta stajını toplamış və onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-2202/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2202/2025
12.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver