Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-2207/2022 01.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, xx katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X3rşı «ümumi müsahibədə iştirak hüququnun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası X3rşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə müraciət edərək, onun xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Füzuli rayon İcra Hakimiyyətində və Kənd Təsərrüfatı Nazirliyində ümumilikdə dövlət qulluqunda səkkiz il on ay on iki gün qulluq stajının olduğunu nəzərə alaraq ümumi müsahibədə iştirak hüququnun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.2012-ci il tarixdən xx.xx.2021-cı il tarixədək dövlət qulluğunda dövlət qulluqçusu olaraq qulluq keçmişdir. Belə ki, xx.xx.2012-ci il tarixdən Füzuli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 54 nömrəli əmri ilə Füzuli rayon İcra Hakimiyyəti başçısının Beşinci Zabucuq qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə baş məsləhətçi baş mühasib vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə xx.xx.2018-ci il tarixədək qulluq keçmişdir. Qulluq keçdiyi müddətdə, Füzuli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 42 nömrəli əmri ilə kiçik dövlət qulluqçusu, 06 aprel 2016-cı il tarixli 24 nömrəli əmri ilə 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcələri verilmişdir. xx.xx.2018-ci il tarixdə “Dövlət qulluğu haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən qanunvericiliyin tələbləri gözlənilməklə Kənd Təsərrüfatı Nazirliyinin Füzuli rayon Kənd Təsərrüfatı İdarəsinin Maliyyə Təsərrüfatı sektoruna baş məsləhətçi-mühasib vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə xx.xx.2021-ci il tarixədək qulluq keçmişdir. Müvafiq olaraq aparılmış təyinatlar və verilmiş ixtisas dərəcəsi barədə məlumatlar rəsmi qaydada “Dövlət Qulluqçularının Reyestri”nə təqdim edilmiş və Reyestr aparan səlahiyyətli qurum tərəfindən həmin məlumatlar Reyestrə daxil edilmişdir. Qulluq keçdiyi müddətdə dövlət qulluqçularına aid olan bütün təminatlar ona şamil edilmiş, o cümlədən mükafatlandırma, qulluq stajına görə əlavələr və s. ona verilmişdir. Qeyd olunan məlumatların Reyestrə daxil edilməsi Reyestri aparan qurum Mərkəz tərəfindən verilmiş 28 iyul 2022-ci il tarixli PHŞ/3-2-2022-2087 nömrəli məktubda da təsdiq edilmişdir. O, dövlət qulluğunda 5 ildən artıq qulluq stajının olduğunu və ixtisas dərəcəsinin verildiyini nəzərə alaraq ümumi müsahibədə iştirakıyla bağlı X6 müraciət etmiş. Mərkəz 28 iyul 2022-ci il tarixli PHŞ/3-2- 2022-2087 nömrəli məktubla onun, ümumi müsahibədə iştirak etməyinə icazə verməkdən imtina etmişdir. Mərkəz cavab məktubunda bildirmişdir ki, “Dövlət Qulluğu haqqında” Qanununa 1 may 2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən həmin Qanunun 29.3-cü maddəsinin müddəaları (yəni ümumi müsahibəni tənzimləyən müddəalar) Qanunun 29.2-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq dövlət qulluğuna qəbul edilən dövlət qulluqçuları barəsində tətbiq edilmir. Mərkəzin imtinası əsassız və qanunvericiliyə ziddir. Digər tərəfdən normanın geriyə tətbiq edilməsi ilə 2008-ci ildən 2018-ci ilə kimi yerli icra hakimiyyətinə qəbul edilmiş və 2018-ci il may ayına qədər ümumi müsahibədə iştirak edərək mərkəzi icra hakimiyyəti orqanlarında vəzifəyə təyin edilmiş şəxslərin təyinatı qeyri-qanuni hesab edilməlidir. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək etiraz təqdim etmiş və bildirmişdir ki, yerli icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti başçısının nümayəndəliklərində qulluğa qəbul edilmə ilə bağlı məsələlər 12 fevral 2008-ci il tarixdə qanunvericiliyə yeni müddəanın daxil edilməsi ilə tənzimlənmişdir. Belə ki, yerli icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti başçısının nümayəndəliklərində inzibati dövlət qulluğu vəzifələrinin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında yalnız müsahibə yolu ilə həyata keçirilir. Göstərilən müddəa 14 may 2008-ci il tarixdə qüvvəyə minmişdir. Qeyd edilən müddəa 14 may 2008-ci il tarixdə qüvvəyə mindiyi üçün həmin tarixdən etibarən yerli icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti başçısının nümayəndəliklərində qulluğa qəbul edilən şəxslərin dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən ümumi müsahibədə iştirakı qanunvericiliklə mümkün deyil. İddiaçı xx.xx.2012-ci il tarixində Füzuli Rayon İcra Hakimiyyətinin Beşinci Zabucuq qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2018-ci il tarixinədək həmin vəzifədə qulluq keçmişdir. Qeyd edilənlərə əsasən, İddiaçı 14 may 2008-ci il tarixindən sbnra müvafiq dövlət qulluğu vəzifəsinə qulluğa qəbul edildiyi üçün “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə uyğun olaraq onun ümumi müsahibədə iştirak etmək hüququ yoxdur. İddiaçı xx.xx.2018-xx.xx.2021 -ci illər ərzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyin X10 X4 təsərrüfat sektorunun baş məsləhətçisi vəzifəsində qulluq keçmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən, 1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış, eləcə də dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması ümumi müsahibə yolu ilə həyata keçirilir. İddiaçı N.P. Quliyevin xx.xx.2018-xx.xx.2021-ci illər ərzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyin X10 X4 təsərrüfat sektorunun baş məsləhətçisi vəzifəsində 5 il qulluq stajına malik olmadığı üçün “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq onun ümumi müsahibədə iştirak etmək hüququ yoxdur. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: İş materiallarında olan Füzuli Dövlət X7 xx.xx.2018-ci il tarixli, 16 nömrəli əmrindən görünür ki, İddiaçı Füzuli X9 Mərkəzin maliyyə-təsərrüfat sektorunun baş məsləhətçi mühasib vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Kənd Təsərrüfatı nazirliyinin xx.xx.2021-ci il tarixli, 218 k nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Füzuli Dövlət X7 direktor müavini – Maliyyə-təsərrüfat sektorunun müdiri vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Kənd Təsərrüfatı nazirliyinin xx.xx.2021-ci il tarixli, 124 k nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən X10 X4-təsərrüfat sektorunun baş məsləhətçi-mühasibi vəzifəsi həvalə edilmişdir. İş materiallarında olan Füzuli Dövlət X7 xx.xx.2021-ci il tarixli, 36 nömrəli əmrindən görünür ki, İddiaçı Füzuli X9 Mərkəzin maliyyə-təsərrüfat sektoruna baş məsləhətçi mühasib vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2022ci il tarixli, MİHO/12-3-2022-1875 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən hal-hazıradək Nazirliyin Füzuli Dövlət X7 direktor müavini - Maliyyə-təsərrüfat sektorunun müdiri vəzifəsində müddətli əmək müqaviləsi ilə işləyir. O, xx.xx.2018-ci il tarixdən xx.xx.2021- ci il tarixədək həmin Mərkəzin Maliyyə-təsərrüfat sektorunun baş məsləhətçi mühasibi dövlət qulluğu vəzifəsində, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək baş məsləhətçi - mühasib vəzifəsində müddətli əmək müqaviləsi ilə işləmiş və ona xx.xx.2021-ci il tarixdən 3 (üç) ay müddətinə Mərkəzin direktor müavini - Maliyyə- təsərrüfat sektorunun müdiri vəzifəsi həvalə edilmişdir. İDDİANİN MÜMKÜNLÜYÜ : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Əsaslandırma hissəsi: İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı Füzuli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 54 nömrəli əmri ilə Füzuli rayon İcra Hakimiyyəti başçısının Beşinci Zobucuq qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə baş məsləhətçi – baş mühasib vəzifəsinə təyin edilmiş və xx.xx.2018-ci il tarixli, 16 nömrəli əmrlə tutduğu vəzifədən azad edilmişdir. O, xx.xx.2018-ci il tarixdən xx.xx.2021- ci il tarixədək həmin Mərkəzin Maliyyətəsərrüfat sektorunun baş məsləhətçi - mühasibi dövlət qulluğu vəzifəsində, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək baş məsləhətçi - mühasib vəzifəsində müddətli əmək müqaviləsi ilə işləmiş və ona xx.xx.2021-ci il tarixdən 3 (üç) ay müddətinə Mərkəzin direktor müavini - Maliyyə- təsərrüfat sektorunun müdiri vəzifəsi həvalə edilmişdir. xx.xx.2021-ci il tarixdən hal-hazıradək Nazirliyin Füzuli Dövlət X7 direktor müavini - Maliyyə-təsərrüfat sektorunun müdiri vəzifəsində müddətli əmək müqaviləsi ilə işləyir. İddiaçı ümumi müsahibədə iştirak etməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən sonra yerli icra hakimiyyəti orqanında qulluğa qəbul edildiyi üçün müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 2.1 -ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən qanunçuluq və vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul edilməsi dövlət qulluğunun prinsiplərindəndir. Həmin Qanunun 29.2-ci maddəsinin 4-cü hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu qanunun 29.4-cü, 29.6-29.8-ci maddələrinə uyğun olaraq yalnız müsahibə yolu ilə həyata keçirilir. 1 may 2018-ci il tarixli 1114-VQD nömrəli "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən 29.3-cü maddənin birinci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: "Bu maddənin müddəaları bu Qanunun 29.2-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçuları (şəxslər) barəsində tətbiq edilmir.”. Məhkəmə qeyd edir ki, cavabdeh orqanın imtinasında və iddiaya dair etirazında istinad etdiyi "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəaları xx.xx.2018-ci il tarixdən sonra qəbul edildiyindən həmin müddəaların iddiaçıya münasibətdə şamil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikasının Prezidentinin ""Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 29 dekabr 2000-ci il tarixli 435 nömrəli Fərmanının 3.23-cü bəndinə əsasən həmin Qanunun 28.12-ci maddəsinin birinci cümləsində, 29.2-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, üçüncü və dördüncü hissələrində, 29.3cü maddəsinin birinci və ikinci hissələrinin birinci cümlələrində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlar, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiyası Qanunun 87.1-ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Qəbul olunmuş normativ hüquqi aktların ümumi qaydaya görə geriyə qüvvəsi yoxdur. İstisna olaraq şəxsin hüquqi vəziyyətini yaxşılışdıran, onun hüquq və azadlıqlarını daha yüksək səviyyədə müdafiə edən normativ hüquqi aktların geriyə qüvvəsi vardır. Sözügedən hal Azərbaycan Respublikası Konstitusiyasında da öz əksini tapmışdır. Həmin normaya uyğun olaraq hüquqi və ya fiziki şəxsin vəziyyətini pisləşdirən heç bir normativ hüquqi aktın, o cümlədən qanunun hüquqi qüvvəsi geriyə şamil edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş normalar normativ hüquqi aktların ən yüksək pilləsində dayandığından şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktın geriyə qüvvəsinin təminatı hüququn bütün sahələrini əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktın geriyə qüvvəsinin təminatı hüququn bütün sahələrini əhatə edir və qəbul olunan normativ hüquqi aktlara şamil olunur. İPM-in 1.2-ci maddəsinə əsasəən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunanlardan məhkəmə o nəticəyə gəlir ki, iddiaçının yerli icra hakimimiyyəti orqanında xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək inzibati vəzifədə qulluq keçməsi, yəni "Dövlət qulluğu haqqında” Qanuna müvafiq müddəa (29.3-cü maddənin birinci hissəsinin ikinci cümləsi) əlavə olunandək (xx.xx.2018-ci ilədək) iddiaçının ümumi müsahibədə iştirak üçün tələb olunan 5 il dövlət qulluğu stajına malik olması işin mübahisələndirilməyən halı kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Rayon İcra Hakimiyyətində xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək inzibati vəzifədə qulluq keçməsi, yəni iddiaçının ümumi müsahibədə iştirak üçün tələb olunan 5 il dövlət qulluğu stajına malik olması işin mübahisələndirilməyən halı olduğundan, cavabdeh inzibati orqanın imtina məktubunda və iddiaya dair yazılı etirazında istinad etdiyi qanunvericiliyin normaları xx.xx.2018-ci il tarixdən sonra qüvvəyə mindiyindən və həmin müddəalar iddiaçının vəziyyətini ağırlaşdırdığından, Azərbaycan Respublikası Konstitusiyasının 149- cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq isə hüquqi və ya fiziki şəxsin vəziyyətini pisləşdirən heç bir normativ hüquqi aktın, o cümlədən qanunun hüquqi qüvvəsi geriyə şamil edilmədiyindən, hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. - 52-ci maddəsinə əsasən Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 -ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. - 68-2-ci maddəsinə əsasən Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövlət qulluğunda 8 il 11 ay 12 gün qulluq stajının olduğunu nəzərə alaraq onun ümumi ümumi müsahibədə iştirak hüququnun tanınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövlət qulluğunda 8 il 11 ay 12 gün qulluq stajının olduğunu nəzərə alaraq onun ümumi ümumi müsahibədə iştirak hüququnun tanınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin üzərinə qoyuısun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-2207/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2207/2022
01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver