Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-2212/2022 20.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, xx katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «2020-2021-ci illər üçün 1550 manat təhsil haqqı borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, 2020-2021-ci illər üçün təhsil haqqı borcunun silinməsi və təqaüdün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7197/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyət üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Texnologiya Universiteti iş üzrə üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında İddiaçı əlavə ərizə təqdim edərək iddia tələbinin dəqiqləşdirərək “2020-2021-ci illər üçün 1550 manat təhsil haqqı borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “2020-2021ci illər üçün 1550 manat təhsil haqqı borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etirilməsi barədə qərardad qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx xxxx 2001- ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, Füzuli rayonundan olan məcburi köçkündür. X1 24 may 2004-cü ildə vəfat etmiş, anası X4 ümumi xəstəlikdən 2-ci qrup əlildir. O, 2020-ci ildə ödənişli əsaslarla Azərbaycan Texnologiya Universitetinin “Qida mühəndisliyi“ fakültəsinin “Qida təhlükəsizliyi” ixtisası üzrə 1ci kursa qəbul olmuş və hazırda da əyani təhsil formasında təhsilini davam edir. Təhsil haqqı 1550 manat təşkil edir. 2020-2021 -ci tədris ilində respublikada və dünyada mövcud olan sanitar- epidemioloji vəziyyətlə, (COVİD-19) pandemiya ilə əlaqədar olaraq respublika daxili hərəkətlərə məhdudiyyət qoyulma səbəbindən universitetdə sənədlərin qeydiyyatı elektron qaydada həyata keçirilmiş, həmçinin tədris distant qaydada həyata keçirilmişdir. 2021-2022-ci tədris ilində o artıq 2-ci kursda təhsil aldığı müddət ərzində 1-ci kurs üçün 1550 manat təhsil haqqı borcunun oldüğü ona bildirilmişdir. O, imtiyaza dair əsasverici sənədlərini universitetə təqdim etdikdən sonra universitet rəhbərliyinin müvafiq əmri ilə o Valideynlərini itirmiş və valideyn himayəsində məhrum olmuş uşaqlar sırasına aid edilmiş və təhsil haqqı ödənişindən azad olmaqla yanaşı qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmiş minimum təqaüdün iki mislində təqaüdün verilməsi müəyyən edilmişdir. Pandemiya ilə əlaqədar olaraq distant (onlayn) təhsil sisteminə keçdiyi üçün tərəfindən universitetə imtiyaza dair əsasverici sənədlərin əsli yox surətləri göndərilmişdir. Ona görə də o təshil haqqından azad olunmağı barədə imtiyazdan istifadə edə bilməmişdir. Hazırda 2020-2021-ci tədris ili üçün 1550 manat təhsil haqqı borcunun olması universitet tərəfindən ona bildirilmişdir. 2020-2021-ci il tədris ilindən təhsil haqqı borcu kimi heablanmış 1550 manat pul vəsaitinin silinməsi və həmin dövr üçün təqaüdün verilməsi barədə Cavabdehnə 21 yanvar 2022-ci il tarixli ərizə ilə müraciət etmiş. Bu ərizəsi Təhsil Nazirliyi tərəfindən baxılması üçün aidiyyəti üzrə Azərbaycan Texnologiya Universiteinə göndərilmişdir. Azərbaycan Texnologiya Universitetinin 18 fevral 2022-ci il tarixli 500178/08 saylı məktubu ilə ona təhsil xidmətinin göstərilməsinə görə təhsil alanlar tərəfindən ödənilmiş təhsil haqqının geri qaytarılması, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqlara əvvəlki illər üçün təqaüdün ödənilməsi mexanizmi nəzərdə tutulmadığı göstərilməklə imtina edilmişdir. Məktubda həmçinin Füzululi rayonundan məcburi köçkün olmağı ilə əlaqədar olaraq 2020-2021-ci il tədris ili üçün yaranmış təhsil haqqının borcun dövlət tərəfindən ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin X10 Komitəsinə üniversitet tərəfindən müraciət edilməsi və komitə tərəfindən verilən rəsmi cavab barədə ona əlavə məlumat verilməsi göstərilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən və Texnologiya Universiteti tərəfindən onun hüquqları pozulmuşdur. Hazırda o valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sırasına aid olmaqla yanaşı Füzuli rayonundan olan məcburi köçkündür, lakin iki imtiyazının olmasına baxmayaraq 2020/2021-ci tədris ili üçün nəzərdə tutulmuş 1550 manat pul vəısaitinin təhsil haqqı borcu kimi ona yazılmışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişəm. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahat verərək iddiaçının 2020-2021-ci illər üçün təhsil haqqı borcunun silinməsi barədə müraciət etmədiyini, yalnız ikinci kursda müraciət etdiyini bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: İş materiallarında olan 233700 nömrəli tələbə vəsiqəsindən görünür ki, İddiaçı Azərbaycan Texnologiya Universitetinın Turizim bələdçisi ixtisası üzrə tələbəsidir. İş materiallarında olan İş materiallarında olan Seriya AA 396161 nömrəli, xx.xx.2017-ci il tarixli Məcburi Köçkün vəsiqəsindən görünür ki, 233700 nömrəli tələbə vəsiqəsindən görünür ki, İddiaçı məcburi köçkündür və Bakı şəhəri, Binəqədi rayonunda məskunlaşmışdır. İş materiallarında olan xx.xx.2004-cü il tarixli Ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2004-cü il tarixdə ürək dayanması səbəbindən vəfat etmişdir (ölmüşdür). İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, iddiaçının anası X4 ikinci dərəcəli əlildir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzinin xx.xx.2022-ci il tarixli, **********0 nömrəli arayışından görünür ki, X4 ailə başçısını itirməyə görə 342.12 manat əmək pensiyası alır. İş materiallarında olan Azərbaycan Texnologiya Universitetinin xx.xx.2022-ci il tarixli, 630/T nömrəli arayışından görünür ki, İddiaçı “Qida Mühəndisliyi” fakültəsinin Turizim bələdçiliyi ixtisası üzrə 2210a qrupunda təhsil alır və 2020-2021-ci tədris ilindən təhsil haqqı borcu 1500 manat qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texnologiya Universitetinin xx.xx.2021-ci il tarixli, 355 nömrəli əmrindən görünür ki, Azərbaycan Texnoloigiya Universitetinə 2021-2022-ci tədris ilində bakalavr və magistratura səviyyəsinə qəbul olmuş və təhsilini davam edən universitetdə ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş tələbələr, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliy və ərazi bütövlüyü uğrunda həlak olan vətəndaşların övladları, məcburi köçkünlər təhsillərin başa vuranadək təhsil haqqının ödənilməsindən azad edilsinlər. Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş tələbələr: Bakalavriat (əyani) səviyyəsi üzrə: İddiaçı - əyanı təhsil formasında Turizm bələdçiliyi ixtisası üzrə ikinci kurs 2210 a saylı qrup tələbəsi qeyd edilmişdir. İDDİANİN MÜMKÜNLÜYÜ : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Əsaslandırma hissəsi: İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı həm məcburi köçkün, həm də X1 xx.xx.2004-cü il tarixdə ürək dayanması səbəbindən vəfat etmiş anası isə X4 ikinci dərəcəli əlildir. Qeyd edilən hallara əsasən İddiaçı 2021-2022-ci illər üzrə təhsil haqqı ödənişindən azad olunmuşdur. Lakin iddiaçı qeyd edilən hallar əsasında onun təhsil aldığı birinci kurs üzrə (2020- 2021-ci illər üzrə) də təhsil haqqı ödənişindən azad olunmalı olduğunu iddia etsə də, onun tələbindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təhsil haqqını ödəməkdən azad olunan şəxslərin siyahısı aşağıdakı kimi göstərilmişdir: - . “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu (3 sentyabr 1993-cü il tarixli 697 nömrəli) Şəhid ailəsi statusunu almış ailənin üzvləri dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi elmi təşkilatda - Azərbaycan Milli Elmlər Akademiyasında ödənişli formada təhsil aldıqda təhsil haqqını ödəməkdən azad olunurlar. - “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu (22 iyun 1999-cu il tarixli 693-İQ nömrəli) Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi elmi təşkilatın - Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində və Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi elmi təşkilatın - Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. - Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli 1722 nömrəli Sərəncamı 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. - “İ və İİ dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 may 2019-cu il tarixli 1155 nömrəli Sərəncamı Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan İ və İİ dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. - “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 nömrəli Qərarı Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:
1. ünvanlı dövlət sosial yardımı alanlar;
2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri İ və İİ dərəcə əlil olan şəxslər, işsiz kimi qeydiyyatda olanlar, yaşa görə əmək pensiyaçıları və yaşa görə sosial müavinət alanlar. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Qespublikasının qanunun 5-ci maddəsinə əsasən Bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirənədək tam dövlət təminatına götürülürlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada və miqdarda müavinət verilir. Ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alarkən tibbi göstərişlər üzrə akademik möhlət verilən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə həmin müddət ərzində tam dövlət təminatı saxlanılır, təqaüdlər verilir. Həmin müəssisələr və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat onların müalicəsinin təşkilinə kömək edirlər. Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların bir təhsil müəssisəsindən digərinə keçirilməsinə, ümumi əsas təhsil alana qədər təhsilin formasının dəyişdirilməsinə, habelə onların istənilən təhsil müəssisəsindən kənar edilməsinə yalnız qəyyumluq və himayə orqanlarının razılığı əsasında yol verilir. Məhkəmə qeyd edir ki, iddiaçının məcburi köçkün olması, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş şəxs olması, Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxs olması işin mübahisələndirilməyən halı kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı təhsil müəssisəsinə qəbul olunana qədər məcburi köçkün olması, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş şəxs olması, Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxs olması işin mübahisələndirilməyən halı olduğundan, cavabdeh inzibati orqan tərəfindən qeyd edilən tələbələrə əvvəlki illər üçün təqaüdün ödənilməsi müxanizminin nəzərdə tutulmadığı qeyd edilməklə verdiyi imtinanın iddiaçının vəziyyətini ağırlaşdırdığından, Azərbaycan Respublikası Konstitusiyasının 149- cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq isə hüquqi və ya fiziki şəxsin vəziyyətini pisləşdirən heç bir normativ hüquqi aktın, o cümlədən qanunun hüquqi qüvvəsi geriyə şamil edilmədiyindən, hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. - 52-ci maddəsinə əsasən Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 -ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. - 68-2-ci maddəsinə əsasən Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 2020-2021-ci illər üçün 1550 manat təhsil haqqı borcunun silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmalıdır.
Nəticəvi hissə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
Qərara aldı:
İddia təmin edilsin. İddiaçı 2020-2021-ci illər üçün 1550 manat təhsil haqqı borcunun silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Hilal Nəcəfov