Məhkəmə qərarları › İş №2-1(120)-2227/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2227/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2227/2024 03.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi X8, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq müəyən etdi: Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əvəz edilmiş və iddia tələbi dəqiqləşdirilərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N974-cü ildə Lerik şəhərində anadan olmuşdur. Lerik şəhərində orta təhsil verən peşə məktəbini “qaynaqçı” ixtisası üzrə qurtarmışdır. 4 nəfər ailə üzvü vardır. N992-ci ilin iyul ayında vətənin çağırışına cavab olaraq dərhal ordumuzun sıralarına daxil olmuşdur. N nömrəli hərbi hissədə N ay təlim keçdikdən sonra şahid göstərdiyi yoldaşları ilə birlikdə ön cəbhəyə yollanmışlar. Erməni faşistləri ilə üzbəüz döyüşmüşdür. Ağdamın bir neçə kəndi və Fizuli şəhəri uğrunda gedən vuruşmalarda yaralanmış, huşunu itirmişdir. Ayılandan sonra özünü Bakının 5 nömrəli şəhər kliniki xəstəxanasında görmüşdür.O dövrdə yaralananların çoxluğundan bütün növ qospitallarda yer olmadığından onu 5 nömrəli xəstəxanada yerləşdirmişlər. xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilə kimi həmin xəstəxanada müayinə və müalicə almışdır. Sonra müalicəni evdə özü tərəfindən yerinə yetiriləcəyi tapşırığı ilə tərxis olunmuşdur. Cəbhə yoldaşları da onun kimi düşmən güllələrindən yaralanmışdılar. Dövlətimiz onlardan birini layiqincə qiymətləndirərək ev, maşın və digər müavinətlərlə qiymətləndirmişdir. Digər cəbhə yoldaşı da dövlətimizin digər müavinətləri ilə bəhrələnmişdir. O, da yaralanmış, indiyə qədər dövlətimizdən heç bir qayğı görməmişdir. Bunun günahının bir qismi onda olmuşdur, indiyə qədər gec hərəkət etməyinin əsas səbəbi savadsız olduğundan, qanunları bilmədiyindən, ən əsası ailə qayğısına qaldığı üçün vaxtı olmamış və bu haqda gec başa düşmüşdür. Günahının digər əsas səbəbi Müdafiə Nazirliyinin veteran adlarının verilməsi komissiyasının üzərinə düşür. Hərbi komissiyanın “Müharibə veteranı” vəsiqəsinin verilməməsi üçün əsasız sübut gətirmələri aşağıdakı kimidir: Onlar arxiv sənədinə istinad edirlər. Cavab verir ki, onlar müharibənin od-alovunu görməmişlər. Həmin dövrdə ermənilər qəflətən hücuma keçmişdilər, ordu komandanlığının başı vuruşa yönəlmişdi. Bu səbəbdən də ordumuzda bəzi sənədlər lazımı qaydada yazılmırdı, səhvlər də olurdu. Bu cür halların baş verilməsi ona “Müharibə veteranı” və vəsiqəsinin verilməsinə mane olmamalıdır. Bu, taleyüklü bir məsələdir. Komissiyanın rəyinə görə onun hərbi komandanlıq tərəfindən təxris olunmağı barədə əmr yoxdur. Bu da yalandır. Onlar hərbi biletinin 23-cü səhifəsini səhlənkarlıq etməyib oxusa idilər, belə səhv qərara gəlməzdilər. Çünki o, xəstəxanadan çıxıb birbaşa Lerikə gəlmişdir. Hərbi biletin 23-cü səhifəsində yazılıb ki, “Azərbaycan Respublikasının hərbi xidmətə çağırışın əsasları haqqında qanunun 2N-ci madəsinin “q” bəndi ilə etiyata verilsin”. Ancaq kor adam onlara göz yumar. Onların göstərdiyi hər iki arqument həqiqəti əks etmir və onun tələbinə mane ola bilməz. “Müharibə vetranı vəsiqəsini” almaq üçün sübutları: Düşmənlə qanlı müharibədə birlikdə vuruşduğu Lerik şəhər sakini X2 və Laman kənd sakini X7 canlı şahid kimi göstərə bilər. Onları canlı şahid kimi dindirin. Onların istinad etdiy arxiv arayişi məntiqə görə onun xeyirinədir. Müharibə dövründə haqqında olan məlumatlar səriştəsiz komandanlıq tərəfindən qarışıq, tələsik də yazıla bilərdi. Burada onun heç bir günahı yoxdur. Arxiv arayışında göstərilir ki, o, düşmənlə vuruşlarda yaralanmış, qan itirmiş, qazi olmuş, fərari olmamışdur. Müdafiə Nazirliyinin mərkəzi hərbi həkim komissiyasının xx.xx.20N7-ci il tarixli qərarı əsas kimi götürülməlidir. Realıq budur ki həqiqətən N992-ci ildə ordu sıralarına çağrılmış, N994-cü ildə yaralanmış, qan itirmiş, qazi olmuşdur. Xahiş edir ki, Konstitusion hüququ bərpa olunsun. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına münasibətdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2NN nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X6 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.202N-ci il tarixli 4/2-75N nömrəli arxiv arayışına və təqdim olunmuş sənədlərə əsasən iddiaçının xx.xx.N994-cü il tarixdən (müalicədən) sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 39N nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 20N7-ci il tarixli 2-N(N02)-NN6N/20N7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. “Veteranlar haqqında” haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteram” sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdirlər. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan AZE 0******* seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N974-cü il tarixdə ünvan N ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli, 4/2-75N nömrəli Arxiv Arayışında qeyd edilmişdir ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: əlifba kitabı “2N.04”, sıra N40, səh 70, məlumatda hərbi hissədən xaric olunması barədə qeydiyyat aparılmamışdır) N974-cü il təvəllüdlü X4 Lerik RHK-dan çağırılması və komandirin N yanvar N994-cü il tarixli N №-li əmrilə şəxsi heyətin siyahısına daxil olması barədə məlumat vardır. N №-li hərbi hissədən gəlmiş, Lerik RHK-nın çağırışçısı, N974-cü il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli N №-li əmrilə (əsas: § 2, sıra NN8, səh 37, əmrdə adı Müşfiq yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək TB-ə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N9 yanvar N994-cü il tarixli N9 №-li əmrində 4- cü MAT-un hərbi qulluqçusu İddiaçı (əsas: § 2N, sıra 39, səh N07, əmrdə adı Müşfiq yazılmışdır və atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) 9cu MAT-un qazan təminatına qoyulması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N fevral N994-cü il tarixli 34 №-li əmrində 4-cü MAT-un hərbi qulluqçusu Müşviq Şixiyevin (əsas: § 2, sıra 60, səh N70, əmrdə soyadı Şixiyev yazılmışdır və atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) yaralandığı üçün hospitala göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin oktyabr N993-cü il, yanvar N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və N №-li hərbi hissə komandirinin oktyabr-dekabr N993-cü il, xx.xx.N994-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində X4 xidməti barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq təkrar bildiririk ki, Sizə “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.202N-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Mərkəzi Arxivin xx.xx.202N-ci il tarixli 4/2-75N nömrəli arayışına və təqdim olunmuş sənədlərə əsasən xx.xx.N994-cü il tarixdən (müalicədən) sonra hərbi xidmətiniz və qanuni əsaslarla ehtiyata buraxılmağınız barədə məlumat olmadığına görə Sizə “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N7-ci il tarixli, 55N nömrəli qərarında qeyd edilmişdir ki, Lerik RHK tərəfindən N992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş X5 döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N994-cü ildə aldığı və xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilə kimi 5 nömrəli şəhər klinik xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Sağ baldırın qamış sümüyünün orta N/3-nin qəlpəli yerdəyişməsi olmayan sınığı ilə deşib keçən güllə yarası” xx.xx.N994-cü ildə MN Mərkəzi Hərbi Poiklinikası hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanma- diaqnoz: "Sağ baldırın dəlib keçən odlu güllə yaralanması, qamış sümüyünün orta N/3-nin sınığı” və xx.xx.N994-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanma- diaqnoz: "Qamış sümüyünün orta N/3-nin konsolidə olunmuş sınığı funksiyanın müvəqqəti pozulması ilə” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin xx.xx.20N6-ci il tarixli 200N nömrəli göndərişi, xx.xx.20N6-cı ii tarixli 477 nömrəli arayışı, 5 nömrəli şəhər xəstəxanasından verilmiş xx.xx.N994-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş xx.xx.N994-cü il tarixli 2473 nömrəli arayışı, xx.xx.N994-cü il tarixli 603N nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasinin Müdafiəsi Zamanı Alınmışdır. xx.xx.N992-ci il tarixli, НЗ № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.N992-ci il tarixdən hərbi xidmətdə olmuşdur.xx.xx.N994-cü il tarixdə hərbi hissənin siyahısından çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli, N20 nömrəli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: əlifba kitabı “2N.04”, sıra-N40, səh-70, məlumatda adı “Müşviq” yazılmışdır) Lerik RHK-nın çağırışçısı, N974-cü il təvəllüdlü X4 hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış, lakin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. N №-li hərbi hissənin ŞHQM-dən gəlmiş, N974-cü il təvəllüdlü, Lerik RHK-dan həqiqi hərbi xidmət keçmək üçün çağırılmış İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrilə (əsas: §-2, sıra-NN8, səh-37, əmrdə, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq TB-ya göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N9 №-li əmrində (əsas: §-2N, sıra-39, səh- N07, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) 4-cü MAT-ın və 9-cü MAT-ın qazan təminatından çıxarılaraq hərbi hissənin qazan təminatına qoyulan hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü ii tarixli 34 №-li əmrində (əsas: §-2, sıra-60, səh-N70, əmrdə soyadı “Şixiyev”, adı “Müşviq” yazılmışdır, atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) 4-cü MAT-un hərbi qulluqçusu Müşviq Şixiyevin yaralandığına görə, hospitala göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin oktyabr N993-cü il, yanvar N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin oktyabr N993-cü il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və N №-li hərbi hissə komandirinin oktyabr-dekabr N993-cü il, xx.xx.N994-xx.xx.N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmış, lakin N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə qeydiyyat aparılmamışdır. Məktubunuzda İddiaçı xidmət keçdiyi hərbi hissənin nömrəsi göstərilmədiyindən araşdırmalar barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciətlər əsasında aparılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsində mövcud olan sənədlərə əsasən bildirilir ki, xx.xx.N974-cü il təvəllüdlü X9 N nömrəli hərbi hissədə xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci ıl tarixədək. N nömrəli hərbi hissədə xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun HP-0N\3N nömrəli xx.xx.2006-cı il tarixli göstərişinə əsasən çağırışçılarin qeydiyyatına bərpa olunmuşdur. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanunun 2N-ci maddəsinin “q” bəndinə (35 yaşı tamam olanadək müxtəlif səbəblər üzündən müddətli həqiqi hərbi və ya alternativ xidmət keçməmiş çağırışçilar) əsasən -ci il tarixdə ehtiyata verilmişdir. Müdəfıə Nazirliyi Mərkəzi Aıxıvinın xx.xx.202N-ci il tarixli 4\2-75N nömrəli arayışında İddiaçı xx.xx.N994-cü il tarixdə N nömrəli hərbi hissədə xidmət keçməsi və xx.xx.N994-cü il tarixdə yaralandığı üçün hospitala göndərilərək qazan təminatından çıxarılması barədə məlumatlar vardır. M.V.Şahıyev xx.xx.20NN-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsində hərbi qeydiyyatdadır. Azərbaycan Respublikasınır Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının İddiaçı aldığı xəsarəti barəsində xx.xx.20N7- ci il tarixli 55N nömrəli “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır” qərarı verilmişdir. Əlavə olaraq bildirirəm ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsində İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi, xidmət etdiyi hərbi hissələrin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyat arında iştiıak edıb- etməməsi, müharibə veteram adının və vəsiqəsinin verilməsi barədə müraciətlərə dair sənədləri, hərbi hissəni və ya xidməti özbaşına tərk etməyə , fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəib edilməsi, məhkum edilməsi barəsində cinayət təqibinə xitam verilməsi və amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə sənədlər aşkar edilmədi. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli, 507 nömrəli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: əlifba kitabı:“2N.04.95”; sıra-N40, səh.-70; qeyd: məlumatda adı “Müşviq” yazılmışdır) Lerik RHK-nın çağırışçısı, N974-cü il təvəllüdlü X4 hərbi hissə komandirin xx.xx.N994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi barədə məlumat vardır. Lakin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. N №-li hərbi hissənin ŞHQM-dən gəlmiş, N974-cü il təvəllüdlü, Lerik RHK-dan həqiqi hərbi xidmət keçmək üçün çağırılmış İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrilə (əsas: §2, sıra-NN8, səh.-37, qeyd: əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmiş, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq TB-ya göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N9 №-li əmrində (əsas: §2N, sıra-39, səh.-N07; qeyd: əmrdə atasının adı yazılmamış, hərbi rütbəsi və vəzifəsi göstərilməmi, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) 9 MAT-un hərbi qulluqçusu İddiaçı 4-cü MAT-ın qazan təminatına daxil edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 34 №-li əmrində (əsas: §2, sıra-60, səh.-N70; qeyd: əmrdə soyadı “Şixiyev”, adı “Müşviq” yazılmış, atasının adı yazılmamış, hərbi rütbəsi və vəzifəsi göstərilməmiş, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) 4-cü MAT-un hərbi qulluqçusu Müşviq Şixiyevin yaralandığına görə, hospitala göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin oktyabr N993-cü il, yanvar N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin N993-cü il tarixli şəxsi heyətin əlifba qeydiyyatı kitablarında və N №-li hərbi hissə komandirinin oktyabr-dekabr N993-cü il, xx.xx.N994-xx.xx.N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmış, lakin N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə qeydiyyat aparılmamışdır. Məktubunuzda İddiaçı xidmət keçdiyi hərbi hissənin nömrəsi göstərilmədiyindən barəsində araşdırmalar Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciətlər əsasında aparılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Müdafiə Nazirliyinin katibliyinin iddiaçıya ünvanladığı xx.xx.202N-ci il tarixli, 4/3-N065 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olar bildiririk ki, Sizə “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndəril sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrir verilməsi üzrə komissiya,,nın xx.xx.202N -ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.202N-ci il tarixli 4/2-75N nömrəli arayışına və təqdim olunm sənədlərə əsasən xx.xx.N994-cü il tarixdən (müalicədən) sonra hərbi xidmətiniz və qanı əsaslarla ehtiyata buraxılmağınız barədə məlumat olmadığına görə Sizə “Müharibə Vetera adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.06 maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda hər qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli, N037 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: əlifba kitabı “2N.04”, sıra-N40, səh-70, məlumatda adı “Müşviq” yazılmışdır) Lerik RHK-nın çağırışçısı, N974-cü il təvəllüdlü X4 hərbi hissə komandirin xx.xx.N994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salıması barədə məlumat yazılmış, lakin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. N №-li hərbi hissənin ŞHQM-dən gəlmiş, N974-cü il təvəllüdlü, Lerik RHK-dan həqiqi hərbi xidmət keçmək üçün çağırılmış İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrilə (əsas: §-2, sıra-NN8, səh-37, əmrdə, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq TB-ya göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N9 №-li əmrində (əsas: §-2N, sıra-39, səh-N07, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) 4-cü MAT-ın və 9-cü MATın qazan təminatından çıxarılaraq hərbi hissənin qazan təminatına qoyulan hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 34 №-li əmrində (əsas: §-2, sıra-60, səh-N70, əmrdə soyadı “Şixiyev”, adı “Müşviq” yazılmışdır, atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) 4-cü MAT-ın hərbi qulluqçusu Müşviq Şixiyevin yaralandığına görə, hospitala göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin oktyabr N993-cü il, yanvar N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin oktyabr N993-cü il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin fevral-dekabr, may-dekabr N993-cü il, xx.xx.N994-xx.xx.N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və ehtiyata buraxılması barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli, N627 nömrəli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: əlifba kitabı “2N.04”, sıra-N40, səh-70, məlumatda adı “Müşviq” yazılmışdır) Lerik RHK-nın çağırışçısı, N974-cü il təvəllüdlü X4 hərbi hissə komandirin xx.xx.N994-cü il tarixli N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salıması barədə məlumat yazılmış, lakin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. N №-li hərbi hissənin ŞHQM-dən gəlmiş, N974-cü il təvəllüdlü, Lerik RHK-dan həqiqi hərbi xidmət keçmək üçün çağırılmış İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrilə (əsas: §-2, sıra-NN8, səh-37, əmrdə, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq TB-ya göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N9 №-li əmrində (əsas: §-2N, sıra-39, səh- N07, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) 4-cü MAT-ın və 9-cü MAT-ın qazan təminatından çıxarılaraq hərbi hissənin qazan təminatına qoyulan hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 34 №-li əmrində (əsas: §-2, sıra-60, səh-N70, əmrdə soyadı “Şixiyev”, adı “Müşviq” yazılmışdır, atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) 4-cü MAT-ın hərbi qulluqçusu Müşviq Şixiyevin yaralandığına görə, hospitala göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin oktyabr N993-cü il, yanvar N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin oktyabr N993-cü il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin fevral-dekabr N992-ci il, may-dekabr N993-cü il, xx.xx.N994-xx.xx.N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və ehtiyata buraxılması barədə məlumat aşkar olunmamışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.N974-cü il təvəllüdlü X9 N nömrəli hərbi hissədə xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci i tarixədək, N nömrəli hərbi hissədə xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun HP- 0N\3N nömrəli xx.xx.2006-cı il tarixli göstərişinə əsasən çağırışçıların qeydiyyatına bərpa olunmuşdur. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında’ Qanunun 2N-ci maddəsinin “q” bəndinə (35 yaşı tamam olanadək müxtəlif səbəbləüzündən müddətli həqiqi hərbi və ya alternativ xidmət keçməmiş çağırışçılar) əsasən xx.xx.20NN-ci il tarixdə ehtiyata verilmişdir. Müdəfiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.202Nci il tarixli 4\2-75N nömrəli arayışında İddiaçı xx.xx.N994-cü il tarixdə N nömrəli hərbi hissədə xidmət keçməsi və xx.xx.N994-cü il tarixdə yaralandığı üçün hosbitala göndərilərək qazan təminatından çıxarılması barədə məlumatlar vardır. M.V.Şahıyev xx.xx.20NN-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsində hərbi qeydiyyatdadır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının İddiaçı aldığı xəsarəti barəsində xx.xx.20N7-ci il tarixli 55N nömrəli “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır” qərarı verilmişdir. Əlavə olaraq bildirirəm ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsində M.V.Şahıyevin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi, xidmət etdiyi hərbi hissələrin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edib- etməməsi, müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə müraciətlərə dair sənədləri, hərbi hissəni və ya xidməti özbaşına tərk etməyə , fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi barəsində cinayət təqibinə xitam verilməsi və amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə sənədlər aşkar edilmədi. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, N584 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin əmrlər kitabı Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinə təhvil verildiyi üçün, N nömrəli hər hərbi hissədə xidmət etmiş İddiaçı ehtiyata buraxılmasına səbəb olan hallar o cümlədən də N992-N994-cü il tarixlərdə müharibədə olması ilə bağlı əmr, yaralanması ilə bağlı məlumat və sənədlərini sizin ünvanınıza göndərilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli NN nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsisteminə İddiaçı dair göndəriş daxil olmamışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Lerik şəhərində qeydiyyatda olan xx.xx.N974-cü il təvəllüdlü istefada olan əsgər İddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək Azərbaycan Respublikası N və N saylı hərbi hissələrdə xidmət etmiş, lakin müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə SHXÇDX-nin Lerik rayon şöbəsində heç bir məlumat olmamışdır. İddiaçı xx.xx.20NN-ci il tarixdə keçmiş Lerik rayon Hərbi Komissarlığında “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanununun “2N”-ci maddəsinin “q” bəndinə əsasən ehtiyata verilmişdir. İddiaçı hərbi hissəni və xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə SHXÇDX-nin Lerik rayon şöbəsində heç bir məlumat aşkar edilmədi. Tətbiq olunan hüquq normaları: Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə veteran adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X6 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2NN nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə müəyyən etdi ki, iddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan isə iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. İş materiallarında olan hərbi biletin surətindən müəyəyn edilir ki, iddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək hərbi xidmətdə olmuşdur.Və xx.xx.N994-cü il tarixdə yaralandığı üçün hospitala göndərilmiş, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası İddiaçı aldığı xəsarəti barəsində xx.xx.20N7-ci il tarixli 55N nömrəli qərarına əsasən “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” diaqnozu ilə şəhadətləndirilmişdir. Həmçinin Müdafiə Nazirliyinin təqdim etdiyi digər sənədlərdə də müəyyən edilir ki, əlifba kitabında “2N.04.95”; sıra-N40, səh.-70; qeyddə və N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 34 №-li əmrində iddiaçının adı yazılmışdır. Göründüyü kimi iddiaçı cavabdeh inzibati orqanın mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmasını, qanuni və əsaslı qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Halbuki, inzibati orqan kimi cavabdeh inzibati orqan iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı "İnzibati icraat haqqında" Qanunun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsi əsasında "İnzibati icraat haqqında" Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Həmin inzibati icraatın aparılmaması nəticəsində iddiaçının müraciəti üzrə zəruri faktiki və hüquqi hallar da müəyyən olunmamışdır. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları zəruri inzibati icraat aparılmaqla araşdırmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun N9.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Odur ki, cavabdeh inzibati orqan bu vəzifəsinin icrası zamanı yalnız Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraciət etməsi ilə kifayətlənməməli, əlavə araşdırma aparmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan həyata keçirilən fəaliyyəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. NN-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. N3.N-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 6N-ci maddəsinin tələblərinə görə: 6N.N. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 6N.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 6N.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 6N.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.N. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra cavabdeh inzibati orqanın yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarını iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilə bilməz. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar