Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2227/2025 24.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “İmişli rayonu, Otuziki Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11 saylı qərarına əsasən sahibkarlıq məqsədi ilə ayrılmış 200 kv.m torpaq sahəsinə və İmişli rayonu Otuziki bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 saylı qərarına əsasən sahibkarlıq məqsədi ilə ayrılmış 200 kv.m torpaq sahələrinə dair xüsusi mülkiyyət hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “İmişli rayonu, Otuziki Bələdiyyəsinin 14 oktyabr 2005-ci il tarixli 11 saylı iclas protokoluna əsasən Otuziki Bələdiyyəsindən aldığı İmişli Qaradonlu yolunun kənarında yerləşən 200 kv.m torpaq sahəsinə, həmçinin İmişli rayonu Otuziki bələdiyyəsinin 06 noyabr 2007-ci il tarixli 11 saylı protokoluna əsasən Otuziki Bələdiyyəsinin mülkiyyətində olan İmişli Qaradonlu yolunun kənarında yerləşən 200 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İmişli rayonu Muradalılı bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli protokolu ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Sonrada iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək, “İmişli rayonu Otuziki Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11 saylı qərarına əsasən sahibkarlıq məqsədi ilə ayrılmış 200 kv.m torpaq sahəsinə və İmişli rayonu Otuziki bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 saylı qərarına əsasən sahibkarlıq məqsədi ilə ayrılmış 200 kv.m torpaq sahələrinə dair xüsusi mülkiyyət hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə iddia üzrə tələb dəqiqləşdirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İmişli rayonu Otuziki Bələdiyyəsinin 14 oktyabr 2005-ci il tarixli, 11 saylı iclas protokoluna əsasən Otuziki bələdiyyəsinin mülkiyyətində olan İmişli Qaradonlu yolunun kənarında boş torpaq sahəsindən sahibkarlıq məqsədi ilə 200 kv.m torpaq sahəsinin alqı-satqı qaydasında verilməsi qərara alınmış, həmin torpaq sahəsinin ölçüsü və planı hazırlanmış, akt tərtib edilərək torpaq sahəsi yerdə təhvil verilmişdir. Həmçinin İmişli rayonu Otuziki bələdiyyəsinin 06 noyabr 2007-ci il tarixli, 11 saylı iclas protokoluna əsasən Otuziki bələdiyyəsinin mülkiyyətində olan İmişli Qaradonlu yolunun kənarında boş torpaq sahəsindən sahibkarlıq məqsədi ilə 200 kv.m torpaq sahəsinin alqı-satqı qaydasında verilməsi qərara alınmış, həmin torpaq sahəsinin ölcüsü və planı hazırlanmış, akt tərtib edilərək torpaq sahəsi yerdə təhvil verilmişdir. Həmin daşınmaz əmlakların dövlət reyestrində qeydiyyata alınması barədə DƏDRKX PHŞ-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, cavabdehin xx.xx.2024-cü il tarixli cavab məktubunda müraciətinin icrasından imtina edilmişdir. Səbəb kimi əraziyə baxış zamanı torpaq sahəsinin faktiki vəziyyətinə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları X5 X9 ilə eyniləşdirilən zaman torpaq sahəsinin kənd təsərıifatı təyinatlı torpaqlar kataqoriyasına aid ərizidə yerləşməsi müəyyən edilmiş və həmçinin Otuzkilər kəndinə aid islahatın kompleks yerqurluşu xəritəsində isə torpaq sahəsinin yerləşdiyi ərazinin uqodisiyası örüş kimi göstərilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqanın etiraz ərizəsində qeyd edilmişdir ki, ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilərək müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmış və baxış zamanı torpaq sahəsinin faktiki vəziyyətinə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları X2 X9 ilə eyniləşdirilən zaman torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid ərazidə yerləşməsi müəyyən edilmişdir. Bundan əlavə bildiririk ki, İmişli rayonu, Otuzikilər kəndinə aid islahatın kompleks yerquruluşu xəritəsində isə torpaq sahəsinin yerləşdiyi ərazinin uqodiyası örüş kimi göstərilmişdir. Odur ki, yuxarıda şərh olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2, 8, 9 və 15-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139-1 və 140-cı maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16.3 və 47-ci maddələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “İmişli rayonu Otuziki bələdiyyəsinin 14 oktyabr 2005-ci il tarixli 11 saylı iclas protokoluna əsasən Otuziki bələdiyyəsindən aldığı İmişli Qaradonlu yolunun kənarında yerləşən 200 kv.m torpaq sahəsinə, həmçinin İmişli rayonu, Otuziki Bələdiyyəsinin 06 noyabr 2007-ci il tarixli 11 saylı protokoluna əsasən Otuziki Bələdiyyəsinin mülkiyyətində olan İmişli Qaradonlu yolunun kənarında yerləşən 200 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə etiraz edirik və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs İmişli rayonu Muradalılı bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. İddia inzibati mübahisədir, iddia üzrə mübahisəli daşınmaz əmlak (torpaq sahəsi) İmişli rayonu ərazisində yerləşdiyindən və İmişli rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri, həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Tələb 2 ayrı-ayrı qərarlar əsasında verilən torpaq sahələri ilə bağlı olsa da, məhkəmə qeyd edilən qərarlar üzrə torpaq sahələrinin bitişik ərazi və Bir-biri ilə əlaqəli olduğunu, mübahisə üzrə tərəflərin eyni olduğunu, yəni bir cavabdehə yönəldiyini, mübahisə əsaslarının eynilik təşkil etdiyini və mübahisənin eyni məhkəməyə aid olduğu nəzərə alaraq iddia tələbinə əsasən qərarlar üzrə cavabdeh orqana öhdəliyin qoyulması barədə iddiaya bir yerdə baxılmasını mümkün hesab etmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan İmişli rayonu Otuziki bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11 nömrəli iclas protokolundan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İmişli rayonu Otuziki kənd sakini İddiaçı Əlmuxtar oğluna “Avtoservis və Mağazaaltında alqı-satqı yolu ilə 200 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Torpaqların alqı-satqısına dair xx.xx.2005-ci il tarixli, 813 nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, İmişli rayonu Otuziki kənd sakini İddiaçı Əlmuxtar oğluna Otuziki (Şəfəq) bələdiyyəsi ərazisindən 200 kv.m torpaq sahəsi satılmışdır. İş materiallarında olan İmişli rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 236 nömrəli sərəncamın surətindən görünür ki, Otuziki kənd sakini İddiaçı Əlmuxtar oğlunun müraciəti nəzərə alınmış və ona İmişli-Qaradonlu avtomobil yolunun sağ hissəsindən ayrılmış 200 kv.m torpaq sahəsində müasir tipli layihə əsasında “Avtoservis” xidməti və ticarət obyektlərinin tikintisinə razılıq verilmişdir. İş materiallarında olan İmişli rayonu Muradalılı bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 14 nömrəli arayışının surətindən görünür ki, İmişli rayonu Otuziki kənd sakini İddiaçı Əlmuxtar oğluna İmişli rayonu Otuziki bələdiyyəsinin 14 oktyabr 2005-ci il tarixli 11 saylı iclas protokoluna əsasən İmişli rayonu Otuziki bələdiyyəsinin mülkiyyətinə məxsus İmişli-Qaradonlu avtomobil yolunun ərazisində yerləşən torpaq sahəsindən 200 kv.m torpaq sahəsi sahibkarlıq məqsədi ilə ona ayrılmışdır. Torpaq sahəsinə dair tərtib edilmiş 2005-ci tarixli alqı-satqı aktı, bələdiyyənin 14 oktyabr 2005-ci il tarixli 11 saylı iclas protokolunun qərarı və yerquruluşu qüvvədədir. Daşınmaz Əmlakın Dövlət Reyesterində qeydiyyata alınmasına heç bir etirazları yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin iddiaçıya ünvanladı xx.xx.2024-cü il tarixli, 3-21-3-45/2- 6895/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, daxil olmuş müraciət əsasında Ərazi İdarəsinin mütəxəssisləri sözügedən torpaq sahəsinə baxış keçirilərək müvafiq inventariaşdırma işləri aparılması üçün həmin ünvanda olmuşdur. Baxış zamanı torpaq sahəsinin faktiki vəziyyətinə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları X2 X9 ilə eyniləşdirilən zaman torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid ərazidə yeriəşməsi müəyyən edilmişdir. Bundan əlavə bildiririk ki, İmişli rayonu, Otuzikilət kəndinə aid islahatın kompleks yerquruluşu xəritəsində isə torpaq sahəsinin yerləşdiyi ərazinin uqodiyası örüş kimi göstərilmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri qaydasında İmişli rayon ərazisində yerləşən iki ədəd 0.02 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 03 may 2024-cü il tarixli, ********** və ********** qeydiyyat nömrəli təkrar müraciətinin icrasından imtina edilmişdir. İş materiallarında olan İmişli rayonu Muradalılı bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 03 nömrəli məktubunda qeyd edilmişdir ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 236 nömrəli sərəncamına əsasən Otuziki kənd sakini İddiaçı İmişli- Qaradonlu avtomobil yolunun sağ hissəsində ayrılmış 200 kv.m torpaq sahəsində müasir tipli layihə əsasında “Avtoservis” xidməti və ticarət obyektlərinin tikintisinə razılıq verilmiş, həmçinin İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 50 nömrəli Sərəncamına əsasən Otuziki kənd sakini İddiaçı İmişli-Qaradonlu avtomobil yolunun sağ hissəsindəki bələdiyyə mülkiyyətindən ayrılmış 200,0 kv.m torpaq sahəsində tikintinin layihəsinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Baş Ekspertiza idarəsindən rəy alındıqdan sonra ticarət obyektinin tikintisinə icazə verilmişdir. İmişli rayonu Otuziki bələdiyyəsinin 14 oktyabr 2005-ci il tarixli, 11 saylı iclas protokoluna əsasən Otuziki bələdiyyəsindən aldığı İmişli-Qaradonlu yolunun kənarında yerləşən 200 kv.m torpaq sahəsində müasir tipli layihə əsasında “Avtoservis” xidməti və ticarət obyektlərinin tikintisi mövcuddur. Həmçinin İmişli rayonu Otuziki bələdiyyəsinin 06 noyabr 2007-ci il tarixli, 11 saylı protokoluna əsasən Otuziki bələdiyyəsinin mülkiyyətində olan İmişli-Qaradonlu yolunun kənarında yerləşən 200 kv.m torpaq sahəsində isə hazırda obyekt tikintisinin beton təməli qoyulmuş və həmin vəziyyətdə də qalmışdır. Həmin 200,0 kv.m torpaq sahələri və obyekt tikililəri İddiaçı məxsus olmaqla hazırda onun istifadəsindədir. Məhkəmə mütəxəssis rəyinin alınması ilə əlaqədar xx.xx.2025-ci il tarixli qərardad qəbul etmiş və qərardada əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-45/2-6338/2025 nömrəli mütəxəssis rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Mütəxəssis rəyindən aşağıdakılar bildirilir:
1. İmişli rayonu Otuziki bələdiyyəsinin 14 10 2005-ci il tarixli, 11 saylı iclasının qərarı və "Torpaqların alqı-satqısına dair" akt əsasında İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsinin sərhəddinin ləğv edilmiş Azərbaycan Respublkası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən tərtib olunaraq təsdiq edilmiş yerquruluşu planında qeyd olunan istinad nöqtələrindən istifadə edilməklə döngə nöqtələrinin koordinatları naturada müəyyən edilmişdir.
2. Qeyd edilən 200 kv.m torpaq sahəsi ayrılan zamanı(oktyabr 2005-cı ıl) bələdiyyə mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş sahəsi olmuşdur. Hazırda isə X6 X7 bələdiyyə mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid tikinti altında torpaq sahəsi və islahat uqodiyası isə örüş sahəsi kimi qeyd olunmuşdur.
3. İmişli rayonu Otuziki bələdiyyəsinin 14 10.2005-ci il tarixli. 11 saylı iclasının qərarı və "Torpaqların alqı-satqısına dair akt' əsasında İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində qeyd edilmişdir.
4. İddiaçının faktiki istifadəsində olan 200 kv.m torpaq sahəsi sxematik xəritədə mövcuddur. İmişli rayonu Otuziki bələdiyyəsinin 14 10.2005-ci il tarixli, 11 saylı iclasının qərarı və “Torpaqların alqı-satqısına dair” akt əsasında İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyildir.
5. Torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyildir və İddiaçı istifadəsində olmaqla və təyinatı üzrə istifadə olunur.
6. İmişli rayonu Otuziki bələdiyyəsinin 14 10.2005-ci il tarixli, 11 saylı iclasının qərarı və “Torpaqların alqı-satqısına dair” akt əsasında İddiaçı ayrılmış 200kv.m torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçıya məxsus torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhv yoxdur.
7. Qeyd edilən mübahisəli torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsində olmaqla və təyinatı üzrə istifadə olunur.
8. İmişli rayonu Otuzıkı bələdıyyəsınin14 10.2005-ci il tarixli,11 saylı iclasının qərarı və “Torpaqların alqı-satqısına dair” akt əsasında İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsinin üzərində 20 m x 8 m ölçüdə tikili mövcuddur Həmin tikili Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır. Qeyd olunan tikili mişar daşı vasitəsi ilə inşa olunmuş bır mərtəbəli 20 m x 8 m ölçüdə qeyriyaşayış binasından ibarət olmaqla, faktiki olaraq İddiaçı istifadəsındədir.
9. Torpaq sahəsinin üzərində inşa edilən tikilinin əvvəlki illərdə inşa olunmuşdur. Tikilinin tikinti-texniki normalara uyğun inşa olunub-olunmadığının müəyyən edilməsi, eləcə də. insanların həyatı və sağlamlığı üçün təhlükə törədib-törətmənəsi, üçüncü şəxslərin hüquqlarının pozubpozmaması səlahiyyətlərimizə aid olmadığı üçün rəy vermək mümkün deyildir. Həmin tikili başqa şəxslərin mülkiyyətindən istifadəsinə maneə məhdudiyyət yaratmır.
10. Qeyd olunan torpaq sahəsinin ərazisi 200 kv.m olmaqla, tikinti altında 160 kv.m ölçüdə 2(iki) otaqdan və 40 kv.m isə yardımçı sahədən ibarərdir.
11. Qeyd edilən mübahisəli tikili və altındakı torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsində olmaqla və təyinatı üzrə istifadə olunur.
12. İmişli rayonu Otuziki bələdiyyəsinin xx.xx.2007-cı il tarixli, 11 saylı iclasının qərarı və “Torpaqların alqı-satqısına dair” akt əsasında İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsinin sərhəddinin ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən tərtib olunaraq təsdiq edilmiş yerquruluşu planında qeyd olunan istinad noqtələnndən istifadə edilməklə döngə nöqtələrinin koordinatları naturada müəyyən edilmişdir.
13. Qeyd edilən 200 kv.m torpaq sahəsi ayrılan zamanı (noyabr 2007-ci il) bələdiyyə mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş sahəsi olmuşdur. Hazırda ıse X6 X7 bələdiyyə mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş sahəsi kimi qeyd olunmuşdur.
14. İmişli rayonu Otuziki bələdiyyəsinin 06 11 2007-ci il tarixli, 11 saylı iclasının qərarı və “Torpaqların alqı-satqısına dair” akt əsasında İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində qeyd edilməmişdir.
15. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi sxematik xəritədə mövcud deyildir. Eyni zamanda İmişli rayonu Otuziki bələdiyyəsinin 06 11.2007-ci il tarixli, 11saylı iclasının qərarı və “Torpaqların alqı-satqısına dair” akt əsasında İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyildir.
16. Torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövçud deyildir. Həmin ərazi İddiaçı istifadəsindedir. Ancaq, torpaq sahəsi sahibkarlığın inkişaf etdirilməsi məqsədi ile ayrılsa da erazidə tikinti işləri aparılmamışdır.
17. İmişli rayonu Otuziki bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 saylı iclasının qərarı və “Torpaqların alqı-satqısına dair” akt əsasında İddiaçı ayrılmış 200kv.m torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçıya məxsus torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhv yoxdur.
18. Qeyd edilən mübahisəli torpaq sahəsi faktiki olaraq İddiaçı istifadesindədir. Ancaq, torpaq sahəsi sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə ayrılsa da ərazidə tikinti işləri aparılmamışdır.
19. İmişli rayonu Otuziki bələdiyyəsinin 06 11.2007-cı il tarixli, 11 saylı iclasının qərarı və “Torpaqların alqı-satqısına dair” akt əsasında İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsinin üzərində tikili mövcud deyildir.
20. İmişli rayonu Otuziki bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 saylı iclasının qərarı və “Torpaqların alqı-satqısına dair” akt əsasında İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsinin üzərində tikili mövcud olmadığına görə qeyd olunan suallar barədə rəy vermək mümkün deyildir.
21. İmişli rayonu Otuziki bələdiyyəsinin 06 11 2007-cı il tarixli, 11 saylı iclasının qərarı və “Torpaqların alqı-satqısına dair” akt əsasında İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsinin üzərində tikili mövcud olmadığına görə qeyd olunan suallar barədə rəy vermək mümkün deyildir.
22. İmişli rayonu Otuziki bələdıyyəs nın 06 11.2007-ci il tarixli, 11 saylı iclasının qərarı və "Tqrpaqların alqı-satqısına dair" akt əsasında İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsinin üzərində tikili mövcud olmadığına görə qeyd olunan suallar barədə rəy vermək mümkün deyildir.
23. İmişlı rayonu Otuziki bələdiyyəsinin 14 10.2005-cı il tarixli, 11 saylı iclasının qərarı və “Torpaqların alqı-satqısına dair” akt əsasında İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsinin və İmişli rayonu Otuziki bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 səylı iclasının qərarı və “Torpaqların alqı-satqısına dair” akt əsasında İddiaçı Şlımuxtar oğluna ayrılmış 200 kv.m torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhv yoxdur.
Əsaslandırma hissəsi:
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
İddia həm də əsaslıdır. Belə ki, iddiaçı İmişli rayonu, Otuziki Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11 saylı qərarına əsasən sahibkarlıq məqsədi ilə ayrılmış 200 kv.m torpaq sahəsinə və İmişli rayonu Otuziki bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 saylı qərarına əsasən sahibkarlıq məqsədi ilə ayrılmış 200 kv.m torpaq sahələrinə dair xüsusi mülkiyyət hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: (158.1.1) girov hüququ; (158.1.2) əmlakdan istifadə hüququ; (158.1.3) servitutlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Bundan başqa qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının müraciətinə formal əsaslarla cavab vermişdir. Məhkəmə qeyd edir ki, İmişli rayonu Otuziki bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11 nömrəli qərarı ilə İmişli rayonu Otuziki kənd sakini İddiaçı Əlmuxtar oğluna “Avtoservis və Mağazaaltında alqı-satqı yolu ilə 200 kv.m torpaq sahəsi ayrılmış, İmişli rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 236 nömrəli sərəncamı ilə İmişli-Qaradonlu avtomobil yolunun sağ hissəsindən ayrılmış 200 kv.m torpaq sahəsində müasir tipli layihə əsasında “Avtoservis” xidməti və ticarət obyektlərinin tikintisinə razılıq verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından İmişli rayonu, Otuziki Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11 saylı qərarını və İmişli rayonu Otuziki bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 saylı qərarını mötəbər sübut kimi qiymətləndirilməlidir. Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mülkiyyət hüququ qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yerli icra hakimiyyəti orqanının tikintiyə razılıqla bağlı sənədi, istismara icazə və digər sənədləri nəzərə alaraq cavabdehə müraciət etmiş, cavabdeh isə işin mahiyyəti üçün əsas olan həmin sənədləri nəzərə almadan formal əsaslarla müraciətin təminin həyata keçirməmiş, təqdim edilməli olan sənədlərin konkret formada təqdim edilməsini tələb etmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10-cu maddəsində nəzərdə tutulmuş sənədlər cavabdehə təqdim edilmişdir. Cavabdeh isə, həmin Qanunun 15.1-ci maddəsinin tələblərinə əsasən müraciətin təminindən imtina etmişdir ki, məhkəmə həmin imtinanı qeyd olunan maddənin tələbləri ilə uzlaşmadığı qənaətindədir. Belə ki, adıçəkilən maddədən görünür ki, Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən inzibati orqanlar tərəfindən qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, imtina məktubunda qeyd edilən halların əsassız olduğu iş materiallarına əlavə edilmiş sübutlarla, eləcə də mütəxəssis rəyi ilə sübuta yetirilir və qeyd olunan iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzuqların olmadığı müəyyən edilmişdir. Məhkəmə, eyni zamanda cavabdehin etiraz məktubunda qeyd edilən əsasların araşdırılması məqsədilə xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssisi qarşısında suallar qoyulmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-45/2-6338/2025 nömrəli mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edir. Rəyə əsasən torpaq sahələrinin koordinatları naturada müəyyən ediləərk sxem xəritədə qeyd edilmiş, faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun olmadığı, İddiaçı istifadəsində olmaqla və təyinatı üzrə istifadə edildiyi, torpaq sahələrinin və üzərindəki tikilinin başqa şəxslərin mülkiyyətindən istifadəsinə maneə məhdudiyyət yaratmadığı müəyyən edilmişdir. İddiaçı qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir, eləcə də imtinada qeyd edilən müvafiq rəyin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçı tərəfindən inşa edilmiş qeyri yaşayış obyektinə dair mülkiyyət hüquqlarının dövlət əmlak dövlət reyestr xidmətində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İmişli rayonu, Otuziki Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11 saylı qərarına əsasən sahibkarlıq məqsədi ilə ayrılmış 200 kv.m torpaq sahəsinə və İmişli rayonu Otuziki bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 saylı qərarına əsasən sahibkarlıq məqsədi ilə ayrılmış 200 kv.m torpaq sahələrinə dair xüsusi mülkiyyət hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddiaçı iddia tələbi təmin edilsin. İmişli rayonu, Otuziki Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11 saylı qərarına əsasən sahibkarlıq məqsədi ilə ayrılmış 200 kv.m torpaq sahəsinə və İmişli rayonu Otuziki bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 saylı qərarına əsasən sahibkarlıq məqsədi ilə ayrılmış 200 kv.m torpaq sahələrinə dair xüsusi mülkiyyət hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Hilal Nəcəfov