Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-2229/2022 16.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı «onun Birinci Qarabağ müharibəsində döyüş zamanı xəsarət almağının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 16 dekabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1TDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Birinci Qarabağ müharibəsində döyüş zamanı xəsarət almağının müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1974-cü il tarixdə Ağcabədi rayonunun, Qiyamadınlı kəndində anadan olmuşdur. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan Respublikasmın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə N №-li hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Birinci Qarabağ müharibəsi veteranı və İİ-ci qrup əlildir. Lakin döyüşlərdə iştirak etməyinə baxmayaraq, xidmət zamanı “ikitərəfli broxopevmaniya” xəsətliyi əsasında Azərbaycan Respublikasınm Müdafıəsi zamanı travma alması cavabdeh Azərbaycan Respublikası Müdafıə Nazirliyinin Mərkəzi Hərbi Həkiırı Komissiyasının xx.xx.2010-cu il tarixli qərarı ilə təsdiq edilmişdir. O, X2 Ağdam rayonu uğrunda gedən döyüşlərdə N -Ns-li hərbi hissənin tərkibində topçu kimi döyüşərək iştirak etmişdir. Lakin xx.xx.1993-cü il tarixdə döyüş zamanı mərmi partlayışı nəticəsində “qapalı kəllə beyin travması, beyin silkələnməsi, kontuziya” xəsarəti almışdır. Müalicəsi Ağdam Rayon Mərkəzi Xəstəxanasında aparılmış və xx.xx.1993-cü il tarixdə göndərilmişdir. Məhz Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.1993-cü il tarixli çıxarışında onun nə vaxt, harada, hansı şəraitdə xəsarət almağı aydın göstərilmişdir. Cavabdeh tərəfındən onun barəsində döyüş zonasında hərbi xidmət keçərkən “ikitərəfli broxopevmaniya” xəsətliyi əsasında Azərbaycan Respublikasının Müdafıəsi zamanı alınması barədə qərar verilmişdir. O, həqiqiətən də Ağdam uğrunda gedən döyüşlərdə xəsaərt almağı barədə cavabdehə müraciət etdikdə, cavabdeh tərəfındən öncə xx.xx.2022-ci il tarixli, 1424 saylı məktubla Ağdam Rayon Mərkəzi Xəsətəxanasına sorğu verilmiş və Ağdam Rayon Mərkəzi Xəsətəxanası publik hiiquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixli, 564 №-li sorğuya cavab məktubunda biİdirilmişdir ki, xx.xx.1993-cü il tarixdə Ağdam rayonu işğal olunduğundan, həmin tarixə qədərki dövr üzrə Ağdam Rayon Mərkəzi Xəstəxanasının arxiv bölməsində saxlanılan sənədlər, o cümlədən İddiaçı dair müvafıq tibbi sənədlər işğal olunmuş ərazidə qalmışdır. Bu əsaslarla İddiaçı dair müvafıq tibbi sənədləri təqdim edə bilmirik. Buna baxmayaraq, cavabdeh MN-nin Mərkəzi Hərbi Həkim Komissiyası ona xx.xx.2022-ci il tarixli, 1463 №-li cavab məktubunda onun xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Ağdam Rayon Mərkəzi Xəstəxanasında “partlayış travması nəticəsində qapalı kəllə beyin tarvması, beyin silkələnməsi. Kontuziya” diaqnozu ilə müayinə və müalicə olunduğuna dair təqdim etdiyi çıxarış epikrizinin əsaslı olub-olmamasını müəyyən edilməsi məqsədi ilə Ağdam RMX-na MN MHHK tərəfındən xx.xx.2022-ci il tarixli, 1424 saylı məktubla sorğu verilmişdir. Ağdam Rayon MX-nın publik hüquqi şəxsin direktorunun MN MHHK-na olan xx.xx.2022-ci il tarixli, 564 saylı cavab məktubunda sənədlərin işğal altında qaldığı bildirilmişdir. Bu səbəbdən də “təqdim edilmiş çıxarış epikrizinin kserosürət olması, xəstəlik tarixinin olmaması, travmanı təsdiq edən hərbi hissənin komandirinin arayışının olmaması, travmanı təsdiq edən digər sənədlərin olmaması, travmadan uzun müddət keçməsi, aldığı xəsarətin ağırlaşması ilə əlaqədar sonrakı illərdə mlialicə olunduğunu təsdiq edən sənəd olmadığından xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsini təyin etmək mümkün olmamışdır” cavabı verilmişdir. Bu deməkdir ki, cavabdeh tərəfindən onun döyüş zamanı xəsarət almasını müvafıq sənədin əslinin olmamasına, həmin sənədlərdə müvafıq qeydlərin aparılmamasına istinad etməklə onun döyüş zamam xəsarət almasının müəyyən edilməsindən imtina edilmişdir. Bu səbəbdən də o, pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə məhkəmə müdafiəsindən istifadə edərək “Birinci Qarabağ uğrunda gedən döyüşlərdə xəsarət almasının müəyyən edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli, 1424 sayh məktubda ona müvafiq sənədlərin olmaması və həmin sənədlərdə müvafıq qeydlərin aparılmamasını əsas gətirməsi tamamilə əsasızdır. Belə ki, əvvəla Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.1993-cü il tarixli çıxarışında onun nə vaxt, harada, hansı şəraitdə xəsarət alması və xəsarətinin dərəcələri göstərilmişdir. Cavabdehin istinad etdiyi həmin çıxarışda epikrizin kserosürətinin olması, xəsətəlik tarixinin olmaması, travmanı təsdiq edən hərbi hissənin komandirinin arayışının olmaması, travmanı təsdiq edən digər sənədlərin olmaması, travmadan uzun müddət keçməsi, aldığı xəsarətin ağırlaşması ilə əlaqədar sonrakı illərdə müalicə olunduğunu təsdiq edən sənədi olmadığından xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsini təyin etməyin mümkün olmaması kimi əsasları tamamilə əsassızdır. Çünki, çıxarış epikrizini nəzərdən keçirdikdə görünür ki, epikrizin əsli olduğundan, notarial qaydada təsdiq edilmişdir. Bundan başqa, xəstəlik tarixi xx.xx.1993-cü il qeyd edilmişdir, bundan başqa hərbi hissənin komandirinin arayışının olmamasına gəldikdə, böyük ehtimalla o vaxt verilib ki, bu barədə epikrizdə qeydlər aparılmışdır və bu onun günahı deyildir. Həmçinin, travmanı təsdiq edən digər sənədlərin olmaması dedikdə, belə başa düşür ki, travmanın olmasını bildirən müayinə aktları nəzərdə tutulur. Lakin aparatların işlək vəziyyətdə olmaması Ağdam rayonunda gedən döyüşlərlə əlaqədar olduğundan və həmin aparatların avadanlıqları olmadığından işlək vəziyyətdə deyildi, buna baxmayaraq o bəzi müayinələrdən keçmişdi. Bu da onun günahı deyil ki, həmin müayinə sənədləri niyə əlavə edilməmişdir. Bundan başqa, cavabdeh travmadan uzun müddət keçməsi, aldığı xəsaərtin ağırlaşması ilə əlaqədar sonrakı illərdə müalicə olunduğunu təsdiq edən sənədlərin olmamasına dair sualına qarşı bildirir ki, həmin travma ilə əlaqədar o, sonrakı illərdə xəstəxanada stasionar və daha sonradan isə ambulator rejimdə müalicələr almışdır. Lakin həmin vaxtdan uzun müddət keçdiyindən sənədlərin bu dövrə gəlib çıxmaması ilə bağlı cavabdehin belə bir imtinası ilə qarşılaşacağı ağluna gəlmədiyindən müalicə reseptləri saxlanılmamışdır. Lakin həmin xəstəliyi ilə bağlı müilaicə almağını təsdiq edən müalicə reseptləri hal-hazırda da mütəmadi müalicələr aldığından vardır. Qeyd edir ki, həmin dövrdə müharibə şəraitində sənədlərin saxlanılması müşkül məsələ idi. Çünki, sənədlər hər bir rayon arxivində saxlanılırdı ki, döyüşlər zamanı həmin arxivlər dağıdılırdı, yaxud da düşmən tərəfındən işğal olunan zaman işğal altında qalaraq məhv edilmişdir. Ona görə də hesab edir ki, cavabdehin yuxarıda imtina məktubunda gətirdiyi dəlillər qeyd etdiyi hallara əsasən qəbul edilə bilməz. İmtina dəlillərinin əksini sübut edəcək Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.1993-cü il tarixli epikriz çıxarışı vardır ki, həmin çıxarışda onun nə vaxt travma alması, harada və hansı şəraitdə xəsarət alması və xəsarətinin dərəcələri, daxil olma və çıxma tarixləri və həkim tərəfindən qoyulan diaqnoz və imzası qeyd edilmişdir. Həmçinin, müalicə zamanı hansı dərman ləvazimatlarından istifadə edilməsi də göstərilmişdir. Belə olan halda, cavabdehin epikriz çıxarışında müvafıq qeydlərin aparılmamasının göstərməsi hesab edir ki, əsassızdır. O, həmçinin, qeyd edir ki, ərizəsinə baxılması ilə əlaqədar cavabdeh tərəfındən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə tam əməl olunmamışdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fıziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən biitün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün miiddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina ohınması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüququi aktlar göstəriİməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.). Göründüyü kimi, cavabdeh (inzibati orqan) yuxarıda qeyd olunan icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Həmçinin, imtina qərarı kifayət qədər əsaslandırılmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı iddia ərizəsində xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Ağdam Mərkəzi Rayon Xəstəxanasında müalicə və müayinə olunmasına dair çıxarış epikrizində qeyd olunan partlayış travması nəticəsində “Qapalı kəllə-beyin travması, beyin silkələnməsi kontuziya” diaqnozu ilə olan travmanın səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİ MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın” 10-12-ci maddələrinə əsasən MN MHHK-sı Azərbaycan Respublikasında Hərbi həkim ekspertizasına metodik rəhbərlik həyata keçirır. MN MHHK xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi həkim ekspertizası üzrə ali orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7.1. maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1.- 7.3-cü maddələrinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarətlərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaş hərbi xidmətkeçmə dövründə müalicə almış olsun və hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1-ci maddəsinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarət və xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaşda döyüş əməliyyatında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrin aşkar nəticələri olsun. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə-tibbi eksperti tərəfindən təyin edilir. Bu səbəbdən bədən zədələnmələrinin aşkar nəticələrinin (yaralanmadan sonra çapıqlar, yad cisimlər və s.) məhkəmə tibbi eksperti tərəfindən təyin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.4-cü maddəsinə əsasən, “hərbi xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraitini haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ıfadələri hərbi həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə (atəşkəsə, yəni xx.xx.1994-cü ilə qədər) alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət keçdiyi hərbi hissənin komandiri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. Vətəndaş İddiaçı xəsarətinin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi tələbi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd olunan öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.7-ci maddəsinin tələblərinə əsasən MN MHHK-sı diskresion səlahiyyətlərə, yəni qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququna malikdir. İddiaçı xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Ağdam Mərkəzi Rayon Xəstəxanasında müalicə və müayinə olunmasına dair çıxarış epikrizi ilə əlaqədar MN MHHK tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 1.5-ci maddəsinin tələblərinə əsasən Ağdam MRX-na xx.xx.2022-ci il tarixli məktubla sorğu göndərilərək xəstəlik tarixi tələb olunmuşdur. Ağdam MRX-nın xx.xx.2022-ci il tarixli, 564 nömrəli məktubundan görünür ki, Ağdam MRX-nın 1994-cü ilə qədər olan bütün sənədləri, o cümlədən xəstəlik tarixləri işğal zonasında qaldığından İddiaçı həmin xəstəxanada müalicə olunmasına dair xəstəlik tarixi MN MHHK-na təqdim edilməsi mümkün deyildir. Belə ki, vətəndaşın hər hansı bir xəstəxanada həqiqətən müayinə və müalicə olunması həmin xəstəxana tərəfindən verilmiş xəstəlik tarixi ilə təsdiq olunur. İddiaçı tərəfindən təqdim edilmiş çıxarış epikrizinin kserosurət olması, xəstəlik tarixinin olmaması, travmanı təsdiq edən hərbi hissənin komandirinin arayışının olmaması, travmanı təsdiq edən dolayısı sənədlərin olmaması, travmadan uzun müddət keçməsi, aldığı xəsarətin ağırlaşması ilə əlaqədar sonrakı illərdə müalicə olunduğunu təsdiq edən sənəd olmadığından həmin epikrizdə göstərilən xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin təyin etmək mümkün deyildir. Yuxarıda qeyd olunanlara görə hesab edirlər ki, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin heç bir qanuni əsası yoxdur və bu səbəbdən də məhkəmə tərəfindən onun iddiası rədd olunmalıdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixdə Ağcabədi Rayon Polis şöbəsi tərəfindən verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Qiyaməddinli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 03 avqust 2022-ci il tarixli, 469 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə Ağcabədi rayonunun Qiyaməddinli kəndində anadan olmuş və rayonunun Yuxarı Qiyaməddinli kəndində yaşayır. İş materillarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 309 nömrəli arayışdan görünür ki, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdə keçmiş Ağcabədi rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə göndərilmiş, xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixə kimi hərbi xidmət keçmiş, Müdafiə Nazirinin xx.xx.1996-cı il tarixli 194 nömrəli əmri ilə ehtiyata buraxılmışdır. İş materiallarında olan Ağdam rayon Mərkəzi Xəstəxanasının 17 aprel 1993-cü il tarixli “Ambulator, stasionar xəstəsinin xəstəlik tarixindən çıxarışdan görünür ki, N №-li hərbi hissədə topçu olmuş, 1974-cü il təvəllüdlü İddiaçı “Partlayış travması nəticəsində qapalı kəllə-beyin travması, beyin silkələnməsi, kontuziya” diaqnozu qoyulmuş, xəstə 5 aprel 1993-cü il tarixdə “UAZ” markalı maşında hərbiçilərin müşayiəti ilə gətirilmiş, gətiriləndə huşu aydın deyildi. Xəstəyə ilkin yardım göstərilmiş, huşu aydınlaşandan sonra yataq rejimində müalicə təyin olunmuşdur. Müalicəsi: relanium, adonis-brom, analgin, dimedrol, platfillin, triptilin, vitaminlər vasitəsi ilə həyata keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli, 1012 nömrəli Qərarına əsasən Ağcabədi RHK tərəfindən hərbi xidmətə çağırılmış İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik diaqnozu: “ikitərəfli bronxopocvmoniya” (Ağcabədi RHK-nın xx.xx.2010-cu il tarixli, 407 nömrəli göndərişi, xx.xx.2010-cu il tarixli 342 nömrəli arayışı, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş epikriz, MN MHHK-nın həkim mütəxəssisi terapevtin rəyi ilə təsdiq edilir). HƏRBİ TRAVMADİR. AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR. İddiaçıya məxsus НЗ № ******* nömrəli hərbi biletin 7-ci səhifəsində, “Döyüşlərdə, hərbi əməliyyatlarda və s. iştirakı” haqqında məlumat əks olunmuş 18-ci bəndində İddiaçı N nömrəli hərbi hissənin tərkibində Füzuli, Cəbrayıl istiqamətlərində xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək gedən döyüşlərdə və hərbi əməliyyatlarda iştirak etdiyi təsdiq olunmuşdur. İş materillarında olan Ağcabədi rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinin möhürü ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizələrdən görünür ki, İddiaçı ilə birlikdə N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçmiş X5 və X3 iddiaçının xx.xx.1993-cü il tarixdə Qubadlıda postda olarkən mərmi partlayışı nəticəsində kəllə-beyin travması aldığını, ona ilk tibbi yardım göstərdiklərini və hərbi hissənin tibb məntəqəsinə göndərdiklərini təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli 1463 nömrəli məktubunda İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsinin mümkün olmadığı bildirilmiş, buna əsas kimi təqdim olunmuş kserosurət olması, xəstəlik tarixinin olmaması, travmanı təsdiq edən hərbi hissə komandirinin arayışının olmaması, travmanı təsdiq edən dolayısı sənədlərin olmaması, travmadan uzun müddət keçməsi, aldığı xəsarətin ağırlaşması ilə əlaqədar sonrakı illərdə müalicə olunduğunu təsdiq edən sənədin olmaması qeyd olunmuşdur. Məhkəmə cavabdeh inzibati orqanın dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarında olan Ağdam Rayon Mərkəzi Xəstəxanasının 17 aprel 1993-cü il tarixli “Ambulator, stasionar xəstəsinin xəstəlik tarixindən çıxarış epikrizindən görünür ki, N №-li hərbi hissədə topçu olmuş, 1974-cü il təvəllüdlü İddiaçı “Partlayış travması nəticəsində qapalı kəllə-beyin travması, beyin silkələnməsi, kontuziya” diaqnozu qoyulmuş, xəstə 5 aprel 1993-cü il tarixdə “UAZ” markalı maşında hərbiçilərin müşayiəti ilə gətirilmiş, gətiriləndə huşu aydın olmamış, xəstəyə ilkin yardım göstərilmiş, huşu aydınlaşandan sonra yataq rejimində müalicə təyin olunmuşdur. Müalicəsi:relanium, adonis-brom, analgin, dimedrol, platfillin, triptilin, vitaminlər vasitəsi ilə xx.xx.1993-cü il tarixə kimi həyata keçirilmişdir. Qeyd olunan “xəstəlik tarixindən çıxarış epikrizi” notarial qaydada təsdiq olunmuşdur və əksi sübut edilmədiyindən məhkəmə həmin sənədin mötəbər sübut kimi qəbul edilməsini mümkün sayır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmçinin, İddiaçı ilə birlikdə N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçmiş X5 və X1 rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinin möhürü ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizələrdə iddiaçının xx.xx.1993-cü il tarixdə Qubadlıda postda olarkən mərmi partlayışı nəticəsində kəllə-beyin travması aldığını, ona ilk tibbi yardım göstərdiklərini və hərbi hissənin tibb məntəqəsinə göndərdiklərini təsdiq etmişlər. İddiaçıya məxsus НЗ № ******* nömrəli hərbi biletin 7-ci səhifəsində, “Döyüşlərdə, hərbi əməliyyatlarda və s. iştirakı” haqqında məlumat əks olunmuş 18-ci bəndində İddiaçı N nömrəli hərbi hissənin tərkibində xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək gedən döyüşlərdə və hərbi əməliyyatlarda iştirak etməsi, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli 1012 nömrəli Qərarına əsasən Ağcabədi RHK tərəfindən hərbi xidmətə çağırılmış İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik diaqnozu: “ikitərəfli bronxopocvmoniya” Ağcabədi RHK-nın xx.xx.2010-cu il tarixli, 407 nömrəli göndərişi, xx.xx.2010-cu il tarixli 342 nömrəli arayışı, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş epikriz, MN MHHK-nın həkim mütəxəssisi terapevtin rəyi ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7.2-ci maddəsinə əsasən hərbi-həkim komissiyası tərəfindən xəstəliyin səbəb əlaqəsi haqqında “HƏRBİ TRAVMAdır və AZƏRBAYCAN RESPUBLİKASİNİN müdafiəsi zamanı alınmışdır” qərarı qəbul olunmuşdur. Qeyd edilən sənədlər İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi üçün ciddi əsasların mövcud olduğunu göstərir. Cavabdeh təşkilatın qeyd etdiyi digər dəlillərin-xəstəlik tarixinin olmamasının, travmanı təsdiq edən hərbi hissə komandirinin arayışının olmamasının, travmanı təsdiq edən dolayısı sənədlərin olmamasının, travmadan uzun müddət keçməsinin, sənədlərin işğal olunmuş ərazidə qalmasının və s. məsuliyyətinin iddiaçının üzərinə qoyulmasını isə məhkəmə mümkün hesab etmir. Belə ki, sadalanan tələblər iddiaçının təqsiri ilə bağlı olmayan hallar olduğundan bu sənədlərin təqdim edilməməsi və ya mövcud olmaması onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə İddiaçı Birinci Qarabağ müharibəsində döyüş zamanı xəsarət almağının müəyyən edilməsinə dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə İddiaçı Birinci Qarabağ müharibəsində döyüş zamanı xəsarət almağının müəyyən edilməsinə dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-2229/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2229/2022
16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver