Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-223/2024 29.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclasının katibi XN iştirakı ilə, İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “xx.xx.1994-cü ildə doğulmuş oğlu X4 adının Azərbaycan Respublikası Prezidentinin 19 aprel N018-ci il tarixli Fərmanının icrası olaraq Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəhidlik statusunun və şəhidlik vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli, N-1(11N)-75N7/N0NN nömrəli inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan iddiaçının vəkili və nümayəndəsi cavabdehin və iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Nüdafiə Nazirliyinin dəyişdirilərək, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi ilə əvəz edilməsi, eləcə də iddianın “xx.xx.1994-cü ildə doğulmuş oğlu X4 adının Azərbaycan Respublikası Prezidentinin 19 aprel N018-ci il tarixli Fərmanının icrası olaraq Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin üzərinə qoyulması” kimi göstərilməyini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli qərardadına əsasən iddiaçının “cavabdehin və iddianın dəyişdirilməsi barədə” ərizələri məhkəmə tərəfindən qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.N0NN-cü il tarixli, N-1(1N0)-587/N0NN nömrəli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.N0NN-cü il tarixli iclasında iddiaçının vəkili və nümayəndəsi XN0 iş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz olunması barədə ərizə təqdim etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.N0NN-cü il tarixli qərardadına əsasən iddiaçının “cavabdehin dəyişdirilməsi barədə” ərizəsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, oğlu X8 N0 yanvar 1994-cü il tarixdə Cəlilabad rayonunun Ocağlı kəndində anadan olmuş, N01N-ci ildə isə orta məktəbi bitirmiş, oğlu Mirzə Əhmədov orta məktəbdə təhsil alarkən nümunəvi və vətənpərvər bir şagird olmuş və vətənə sadiq bir oğul kimi böyümüşdür. Mirzə Əhmədov N01N-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi tərəfindən hərbi xidmətə çağrılmış və xx.xx.N01N-xx.xx.N014-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. N015-ci ildən isə gizir kimi hərbi xidmətini davam etdirmişdir. Mərhum oğlu Mirzə Əhmədov bir hərbi qulluqçu kimi xidmət etdiyi müddət dövrüdə də xidmətini vicdanla yerinə yetirmiş, intizamlı bir hərbi qulluqçu olmuş, ona verilən tapşırıqları yerinə yetirməkdə təşəbbüskarlıq göstərmiş, vətənə layiqincə xidmət etmiş və öz xidməti borcunu layiqincə yerinə yetirərək hərbçi adını həmişə uca tutmaqla vətənin ən layiqli oğullarından birinə çevrilmişdir. Mirzə Əhmədov xx.xx.N0N0-ci il tarixdə Naxçıvan şəhərində hərbi xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəsarət almış və xx.xx.N0N1-ci il tarixdə vəfat etmişdir. Mərhum oğlu Mirzə Əhmədovun cənazəsi müalicə aldığı AR Silahlı Qüvvələrin Baş Klinik Hospitaldan yaşadığıqları Cəlilabad rayonunun Ocağlı kəndinə gətirilmiş və elə həmin gün də, yəni ki, 15 avqust N0N1-ci ildə Cəlilabad rayonunun Ocağlı kənd qəbiristanlında dəfn edilmişdir. Bundan sonra Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.N0N1-ci ildə ölüm haqqında şəhadətnamə verilmişdir. Valideyn olaraq oğluna şəhidlik stastusunun verilməsindən ötrü cavabdeh və daha yuxarı təşkilatlara müraciət etmişdir. Bundan sonra Müdafə Nazirliyi xx.xx.N0NN-ci il tarixli məktubla hadisənin xidməti vəzifələrin icrası ilə əlaqədar olmadığından şəhid adının verilməsinin qanunvericiliyə uyğun olmadığını bildirmişdir. Halbuki, N nömrəli hərbi hissə komandirinin N avqust N0N1-ci il tarixli, N nömrəli əmrində ölümün hərbi xidməti vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar olduğu qeyd edilmişdir. Mərhum oğlu Mirzə Əhmədovun kənd qəbiristanlığında yerləşən məzarında bu gün də Azərbaycan bayrağı dalğalanır və kənddə tikilmiş şəhidlər üçün bulaqda onun da xatirəsi əbədiləşdirilərək şəhidlər lövhəsində şəkli həkk edilmiş və insanlar tərəfindən də yad edilir. Bu barədə fotoşəkkillər də vardır. Mərhum oğlu Mirzə Əhmədovun şəhid olması ilə əlaqədar dövlət tərəfindən onlara sığorta ödənişi də edilmişdir. Həmçinin cavabdeh təşkilat baş vermiş hadisə ilə əlaqədar cinayət işinin açıldığını və bir müddət sonra cinayət işinə xitam verildiyini qeyd etmişdir. Halbuki, Müdafiə Nazirliyinin adı qeyd edilən imtina məktubu onlara gəldikdən sonra bu barədə məlumatlrı olmuşdur. Cinayət işinin açılması və sonradan xitam olunması barədə aidiyyəti orqan təfərindən bu vaxtadək nə şifahi nə də ki, rəsmi qaydada heç bir məlumat verilməmişdir. Müdafiə Nazirliyinin adı qeyd edilən imtina məktubu onlara gəlməsəydi deməli cinayət işinin açılıb sonradan xitam olunması barədə məlumatları olmayacaqdır. Onun artıq 8 (səkkiz) ilə yaxındır ki, səhətində ciddi problemlər vardır, paralic keçirmiş, yataq xəstəsi və hərəkət etmək qüvvəsi yoxdur. Mərhum oğluna qarşı baş verən hallar səhətindəki problemləri daha da çətinləşdirir. Cavabdeh təşkilatın bu formada mövqeyi onu bir valideyn kimi məyus edir. Göründüyü kimi mərhum oğlu Mirzə Əhmədovun şəhid olması onun məzarı üzərində Azərbaycan bayrağının dalğalanması, onun adının əbədiləşdirilərək şəhidlər bulağında xatirə şəklinin olması və bizə həmin hadisə ilə əlaqədar sığorta ödənişinin olması faktı bir daha mərhum oğlunun şəhidlik statusuna malik olması üçün əsasların olduğunu təsdiq edir. Mərhum oğlu Mirzə Əhmədov atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissədə xidməti vəzifəsinin icrası zamanı həlak olmuşdur. Belə olan halda da Müdafiə Nazirliyinin imtinası qanunsuz və əsassızdır. Bu baxımdan həlak olmuş oğlu Mirzə Əhmədovun qanunla müəyyən edilmiş meyarlara əsasən, həlak olmanın bütün hallarında şəhid adını alması imkanı aydın ifadə edilir. Hal-hazırda məhkəmə qətnaməsinin olmaması səbəbindən oğlunun şəhid olmasını təsdiq etdirmək mümkünsüz olmuş və Müdafiə Nazirliyi mərhum oğlu Mirzə Əhmədova bu yüksək adın verilməsində anlaşılmazlıq yaratmaqla qeyri-müəyyənliyə səbəb olmuşdur. Qeyd olunan cavabdeh təşkilatın mövqeyi səbəbidən bugünədək mərhum oğlu Mirzə Əhmədovun şəhidlik statusunu tanıtdıra bilmir, nəticədə hüquqları və qanunla qorunan maraqları pozulmuşdur. Bu barədə dəfələrlə dövlət orqanlarına müraciət etmiş və ona bildirilmişdir ki, məhkəməyə müraciət etməlidir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi iddia tələbinə etiraz verərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə qarşı “mərhum oğlu X4 adının Azərbaycan Respublikası Prezidentinin xx.xx.N018-ci il tarixli, 1 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası ərazi bütövlüyü uğurunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbı ilə Şirvan inzibatı Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası inzibatı Prosessual Məcəlləsinin 47.N-ci maddəsinə əsasən, iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir. Həmin Məcəllənin N.N.N-cü maddəsinə əsasən, inzibatı orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibatı məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin N4.1-cı maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibatı aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibatı aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsim tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin N9.1-ci maddəsinə əsasən, inzibatı aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan N5 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel N015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. Həmin Qərarın müvafiq olaraq 1.1, 14 və N.N-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibatı mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mumkun olmasıdır, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın N.N-cu bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştırakçılığın yol verılənliyını tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-ın N7-cı maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsındən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. “Azərbaycan Respublıkasının ərazi butövlüyuuğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxılı işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.N018-cı il tarixli, 1 nömrəli Fərmanının 5-ci hıssəsində qeyd olunmuşdur kı, “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-cı ıl avqustun N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili işlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. “İnzibati orqanların təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N8 avqust N007-ci il tarixli, 1N6 nömrəli Qərarının 4-1.1 və 4- 1.1.1-ci yarımbəndlərınə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin baş idarə, idarə, şöbə və bölmələri ayrı-ayrı inzibati orqanlardır. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddiaçı iddianı düzgün cavabdehə qarşı qaldırmadığını nəzərə alaraq(inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən) iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibatı Prosessual Məcəlləsinin N5.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibatı aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunuəsaslandırdığı hallarda mübahısələndırmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin N5.N-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İddiaçı iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini və inzibatı Prosessual Məcəllənin 6N.N-cü maddəsini rəhbər tutaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia tələbinə etiraz verərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində mərhum oğlu X8 N015-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində gizir hərbi rütbəsində həqiqi hərbi xidmət keçdiyini, xx.xx.N0N0-ci il tarixində Naxçıvan şəhərində yerləşən hərbi hissədə xidməti vəzifələrini yerinə yetirilməsi ilə əlaqədar xəsarət aldığını xx.xx.N0N1-ci il tarixdə oğlunun vəfat etdiyini göstərərək məhkəmədən “şəhid statusunun və şəhidlik vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməyi xahiş etmişdir. İddia ərizəsi üzrə Müdafiə Nazirliyinin münasibəti aşağıdakı kimidir: iddiaçının mərhum oğlu gizir X8 xx.xx.N0N0-ci il tarixdə N nömrəli hərbi hissənin ərazisində xidməti vəzifəsinin icrası zamanı aldığı “baş beynin diffuz travması, kəllə tağının sınığı” nəticəsində xx.xx.N0N1-ci il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat etmişdir. Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X5 Dövlət Agentliyininkadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-cı bəndinə görə şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il NN sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsinin 16 saylı əlavəsinin 1.4.N-ci maddəsində göstərilən məlumatlar əks edilir. Həmin maddədə isə göstərilir ki, müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının N5 dekabr 1991 -ci il tarixli qanununun 4-cü maddəsinin N-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən xidmət yerinə gedibgələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1N.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 6N.N-cü maddəsinə əsasən məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in N.N.N və N4.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia mümkün olsa da, iddiaçının tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Cəlilabad rayon Qeydiyyat şöbəsinin AZ-İİ N0N546 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 xx.xx.N0N1-ci il tarixdə baş beynin diffuz travması, kəllə tağının sınığı səbəbindən Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında N0N1-ci ilin 08 ayının 17 günündə 718 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.N0N0-ci il tarixli, M-15, 10/N568 nömrəli ekspert rəyində: Qərarın birinci, ikinci və üçüncü sualları üzrə: Baş vermiş hadisə ilə əlaqədar: cinayət işi materiallarında olan “N №-li hərbi hissənin təsərrüfat işinə cəlb olunan şəxsi heyətinə təhlükəsizlik qaydalarının çatdırılması cədvəli”nin qeyd olunan tələbinin və “85 №-li hərbi hissəsində işləyən şəxsi heyətin təhlükəsizlik qaydaları ilə tanışlıq kitabında olan “Bina və qurğuların istismarında təhlükəsizlik qaydalarının əsas göstəriciləri” adlı sənədin 1.1 və 1.11 bəndlərinin tələbləri pozulmuşdur. Həmin tələblərin yerinə yetirilməməsi baş vermiş hadisənin səbəbləri olmuşdur. Belə ki, hadisə zamanı, N №-li hərbi hissə üzrə verilmiş 1N7 №-li xx.xx.N0N0-ci il tarixli əmrə əsasən tikinti aparılan binalara nəzarətçi təyin edilmiş və həmin əmrin müddəalarına uyğun olaraq, üzərinə ustalara və təmizlik işlərini aparan əsgərlərə nəzarət etməsi, eləcə də aparılacaq işlər barədə təhlükəsizlik texnikasına dair tədbirlərin əməl olunması haqda şəxsi heyyətin təlimatlandırılması vəzifələri qoyulmuş gizir X8, cinayət işi materiallarında olan “N №-li hərbi hissənin təsərrüfat işinə cəlb edilmiş şəxsi heyətə təhlükəsizlik qaydalarının çatdırılması cədvəli”nin yuxarıda qeyd olunan tələbinə və “85 №-li hərbi hissəsində işləyən şəxsi heyətin təhlükəsizlik qaydaları ilə tanışlıq kitabında olan “Bina və qurğuların istismarında təhlükəsizlik qaydalarının əsas göstəriciləri” adlı sənədin 1.1 və 1.11 bəndlərinin tələblərinə zidd olaraq, taxtabəndin söküntüsü aparılan tərkibcə potensial təhlükəli zonaya (yəni iş yerində müəyyən edildiyi kimi - binadan 10 metr ətrafda olan sahəyə) yolverilməz olaraq daxil olmuş və həmin zaman taxtabənd örtüyündən sökülərək MAHHXQH X6 əlindən təsadüfən düşmüş taxta parçası ona deyərək bədbəxt hadisənin baş verməsini şərtləndirmişdir. Cinayət işi materiallarında olan “N №-li hərbi hissənin təsərrüfat işinə cəlb olunan şəxsi heyətinə təhlükəsizlik qaydalarının çatdırılması cədvəli”nin qeyd olunan tələbinin və “85 №-li hərbi hissəsində işləyən şəxsi heyətin təhlükəsizlik qaydaları ilə tanışlıq kitabında olan “Bina və qurğuların istismarında təhlükəsizlik qaydalarının əsas göstəriciləri” adlı sənədin 1.1 və 1.11 bəndlərinin tələbləri - N №-li hərbi hissə üzrə verilmiş 1N7 №-li N1,07.N0N0-ci il tarixli əmrə əsasən tikinti aparılan binalara nəzarətçi təyin edilmiş və həmin əmrin müddəalarına uyğun olaraq, üzərinə ustalara və təmizlik işlərini aparın əsgərlərə nəzarət etməsi, eləcə də aparılacaq işlər barədə təhlükəsizlik texnikasına dair tədbirlərin əməl olunması haqda şəxsi heyyətin təlimatlandırılması vəzifələri qoyulmuş gizir X8 tərəfindən pozulmuşdur. İş materiallarında olan Cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.N0N0-ci il tarixli qərarın surətindən görünür ki, M.İddiaçı ağır dərəcəli xəsarət alması ilə bağlı toplanmış istintaq materialları üzrə cinayət hadisəsi və polkovnik X1N, MAHHXHO kiçik çavuş X6, həmçinin digər hərbi vəzifəli şəxslərin əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CM-nin N4N.1-1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin N9.1.1 və N9.1.N-ci maddələrinə əsasən xitam verilmişdir. İş materiallarında olan N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N0N1-ci il tarixli, N nömrəli əmrinin surətindən görünür ki, gizir X8, N nömrəli Hərbi Hissənin təsərrüfat taqımının komandiri, xx.xx.N0N0-ci il tarixdə N nömrəli hərbi hissənin ərazisində xidməti vəzifəsinin icrası zamanı aldığı “Baş beynin diffuz travması, kəllə tağının sınığı” xəsarət nəticəsində xx.xx.N0N1ci il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat etdiyinə görə, xx.xx.N0N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatdan çıxarılması hesab edilmişdir. Ölüm hərbi xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədardır. 1994-cü il tarixdə Cəlilabad rayonu, Ocaqlı kəndində anadan olub, Azərbaycanlı, həqiqi hərbi xidmətə xx.xx.N01N-xx.xx.N014; xx.xx.N015-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi tərəfindən çağırılmışdır. xx.xx.N0N1-ci il tarixdə Cəlilabad rayonu, Ocaqlı kəndində dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.N0NN-ci il tarixli, 1/Ə-1N6N nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü ii tarixli 10 nömrəli Qaran ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalarrinın 1,N,6cı bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ifə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bildiririk ki, onun müraciətinə əsasən övladı mərhum gizir X4 ölüm səbəbinə aydınlıq gətirilməsi üçün sorğular verilmiş və müvafiq cavablar alınmışdır. Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu istintaqla müəyyən etmişdir ki, “N nömrəli hərbi hissədə təsərrüfat taqım komandiri vəzifəsində xidmət edən gizir X8 04 avqust N0N0-ci il tarixdə saat 19:00 radəiərində N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş X10 tikintisi aparılan binanın N-cü mərtəbəsinin daxilində betonun taxta qəliblərini sökərkən qəliblərdən biri onun əlindən çıxaraq binanın N-ci və N-cü mərtəbələri arasındakı pilləkənin beton döşəməsinə dəyib sıçrayaraq istiqamətini dəyişib pəncərə boşluğundan sürüşüb çıxaraq binanın çölündə dayanmaqla təmizlik işləri aparan əsgərlərə nəzarət edən gizir Mirzə Əhmədovun başına düşmüş, o “Açıq kəllə beyin travması, sol gicgah, təpə və əsas sümüyün açıq qəlpəli, basılmış və xətti sınıqları, sol gicgah nahiyyəsinin dərialtı hemotoması, təpə nahiyyəsinin əzilmiş cırılmış yarası, kəllə daxili hemotoma, baş beyin ağır dərəcəli əzilməsi, qlazqo şkaiası 7-8, N-cü dərəcəli koma“ diaqnozlu, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq hərbi hospitala stasionar müalicəyə qəbul edilmiş, 07 avqust N0N0-ci ildə Silahlı Qüvvələrin Baş klinik Hospitalına təxliyyə olunmuşdur”. Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun N8 noyabr N0N0-ci il tarixli Qərarında M.İddiaçı ağır dərəcəli xəsarət alması ilə bağlı toplanmış istintaq materialları üzrə cinayət hadisəsi və polkovnik X1N, MAHHXHQ kiçik çavuş X6, həmçinin digər hərbi vəzifəli şəxslərin əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CM-nin N4N.1-1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət İşi üzrə icraata Azərbaycan Respublikası CPM-nın N9.1.N-ci maddələrinə əsasən xitam verilmişdir. N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrindən çıxarışda X4 xx.xx.N0N1-ci il tarixdə “Baş beyin diffuz travması, kəllə tağının sınığı” xəsarəti nəticəsində Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat etməsi qeyd edilmişdir. N avqust N0N1-ci il tarixli AZ-ll №N0N548 ölüm haqqında şəhadətnamədə də X4 xx.xx.N0N1-ci il tarixdə “Baş beynin diffuz travması, kəllə tağının sınığı” xəsarəti nəticəsində Bakı şəhərində vəfat etməsi göstərilmişdir. X18 Komandanlığı N nömrəli hərbi hissənin xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N1-ci il tarixədək döyüş tapşırığını yerinə yetirməməsini qeyd etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, M.İddiaçı həlak olması döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmadığından, ona “Şəhid” adının verilməsi qanunvericiliyin tələblərinə uyğun deyil. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunun xx.xx.N0NN-ci il tarixli, HP-14/N154 nömrəli məktubuna əlavə edilmiş xx.xx.N0N0-ci il tarixli (Hadisə yerinə baxış keçirilməsi haqqında) protokoldan görünür ki, Naxçıvan MR Hərbi Prokurorluğunun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən birləşmələrinin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin böyük prokuroru ədliyyə mayoru X16, 1) İstintaq şöbəsinin prokurorkrımınalıstı ədliyyə mayoru X11; N) 19 may 1991-ci ildə Şərur rayonu Dəmirçi kəndində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Şərur rayonu Dəmirçi kəndində daimi qeydiyyatda olan, N №-li hərbi hissədə xidmət edən MAHHXHQ X6; N) N6 oktyabr 1995ci ildə Bakı şəhərində anadan olmuş, subay, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri Binəqədi rayonu H.Babaşov küçəsi ev 4 mənzil N7-də qeydiyyatda olan N15 saylı hərbi hissənin əsgəri X9; hal şahidləri: 1) 06 iyul 1986-cı ildə Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Culfa rayonu Xəqani küçəsi ev 8-də daimi qeydiyyatda olan, N saylı hərbi hissədə taqım komandirinin müavini vəzifəsində xidmət edən gizir X7; N) N0 oktyabr 199N-cü ildə Naxçıvan şəhərində anadan olmuş, orta təhsilli, evli, Azərbaycan Respublikası vətəndaşı, Naxçıvan şəhəri Atabəylər küçəsi bina 7, ev 1-də daimi qeydiyyatda olan, N №-li hərbi hissədə xidmət edən MAHHXHQ XN iştirakları ilə həmin protokolu tərtib edirəm ondan ötrü ki, 04 avqust N0N0-ci ildə N saylı hərbi hissənin giziri X4 tikinti işlərinin aparılması zamanı baş vermiş qəza nəticəsində baş nahiyəsindən xəsarət alaraq N05 №-li hərbi hospitala stasionar müalicəyə qəbul edilməsi barədə verilmiş məlumat əsasında CPM-nin 51 və NN6-cı maddələrinə əməl etməklə hadisə yerinə baxış keçirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 100 nömrəli Hərbi Hissənin xx.xx.N0NN-cü il tarixli, 5N1N nömrəli məktubunda qeyd edilmişdir ki, mərhum X8, 04 avqust N0N0-ci il tarixdə xidməti vəzifəsinin icrası zamanı təsərrüfat işlərində aldığı xəsarət nəticəsində “Baş beynin diffuz travması, kəllə tağının sınığı” diaqnozundan 14 avqust N0N1-ci il tarixdə Baş Klinik Hospitalda vəfat etmişdir. Onun vəfatı ilə bağlı məlumatlar aidiyyəti orqana göndərilmişdir. Onun xidmət etdiyi hərbi hissə döyüş şəraitində yerləşmir, təyinatı isə döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı deyil. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: - ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu NN yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 8-ci maddəsində isə deyilir ki, bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları'nın (bundan sonra mətndə - Qaydalar) 1.1-ci bəndinə əsasən, şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.N-ci bəndində deyilir ki, aşağıdakılar şəhid hesab edilirlər: 1.N.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.N.N. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.N.N. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.N.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.N.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.N.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.N.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Həmin Qaydaların N.1 -ci bəndinə əsasən, şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: N.1.1. arvadı (əri); N.1.N. valideynləri; N.1.N. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; N.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; N.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; N.1.6. N.1.N və N.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində təhsil aldıqda NN yaşa çatanadək ailə üzvü hesab edilirlər. Həmin Qaydaların 4.1-ci bəndinə görə, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il NN sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.N-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X5 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X5 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Qaydaların 4.N-ci bəndinə əsasən, Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. Göründüyü kimi, şəhid adının verilə biləcəyi şəxslərin kateqoriyaları qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Həlak olmuş şəxs bu kateqoriyalara uyğun olduqda, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, yaxud məhkəmə qətnaməsi, yaxud da hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu isə gizir və zabit heyəti istisna olmaqla şəhid olmuş digər hərbi qulluqçuların hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli orqanları tərəfindən verilən arayışlarla təsdiq olunur. Şəhid ailələrinə vəsiqə həmin arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. Məhkəmə qeyd edir ki, şərh olunan qaydaya uyğun olaraq, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi tərəfindən İddiaçı mərhum oğlu X4 şəhid olması barədə arayış verilməsi üçün onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olması və ya itkin düşməsi, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması, itkin düşməsi, məhkəmənin qərarına əsasən ölmüş hesab edilməsi, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması və ya itkin düşməsi müəyyən edilmiş olmalıdır. Lakin iş materialları ilə bu halların heç biri müəyyən edilmir. İddiaçının tələbinə uyğun əsas arqumenti X4 öldüyü zaman döyüş tapşırığını yerinə yetirməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası sərhədlərindən kənarda olduğu olmuşdur ki, qeyd edilən istiqamətdə məhkəmə araşdırma aparmış, məhkəməyə "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim edilən məktub və sübutlara əsasən X8 tərəfindən işlədilən mobil nömrələrin əhatə dairəsinin xidmət yeri üzrə Naxçıvan Muxtar Respublikasının ərazisi olduğu müəyyən edilmişdir. Digər arqument isə X4 ölüm səbəbinin hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olmuşdur. Həmin hala məhkəmə hüquqi qiymət verərək qeyd edir ki, Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il NN sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsinin 16 saylı əlavəsinin 1.4.N-ci maddəsində göstərilən məlumatlar əks edilir. Həmin maddədə isə göstərilir ki, müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Yuxarıda qeyd edilən işmateriallarında, eləcə də məhkəmə tərəfindən toplanılan sübutlara əsasən X4 ölümünə səbəb olan xidməti vəzifələrinin icrası (yerinə yetirilməsi) döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi və ya dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmamışdır. İşdə olan sənədlər yalnız onu deməyə əsas verir ki, mərhum X8 04 avqust N0N0-ci il tarixdə xidməti vəzifəsinin icrası zamanı təsərrüfat işlərində aldığı xəsarət nəticəsində “Baş beynin diffuz travması, kəllə tağının sınığı” diaqnozundan 14 avqust N0N1-ci il tarixdə Baş Klinik Hospitalda vəfat etmişdir. Bu isə onun şəhid sayılması üçün kifayət etmir. Belə olan halda cavabdehin iddiaçıya xx.xx.1994-cü ildə doğulmuş oğlu X4 adının Azərbaycan Respublikası Prezidentinin 19 aprel N018-ci il tarixli Fərmanının icrası olaraq Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsi öhdəliyi yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.N). İPM-ə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.N). İPM-ə 5N-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “xx.xx.1994-cü ildə doğulmuş oğlu X4 adının Azərbaycan Respublikası Prezidentinin 19 aprel N018-ci il tarixli Fərmanının icrası olaraq Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “xx.xx.1994-cü ildə doğulmuş oğlu X4 adının Azərbaycan Respublikası Prezidentinin 19 aprel N018-ci il tarixli Fərmanının icrası olaraq Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən N0 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi N) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən N0 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-223/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-223/2024
29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver