Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-2237/2022 23.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, xx katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «Rövşən Quliyevin qanunsuz hərəkətlərinə son qoyulması, 11.000 manat pul məbləğinin geri qaytarılması, maddi və mənəvi ziyana görə 10.000 manat pul məbləğinin ödənilməsi və polis əməkdaşı Rövşən Quliyev barəsində cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə tədbir görülməsi» tələbinə dair iddianın mümkünlük məsələsinə 23 sentyabr 2022-ci il tarixdə Şirvan şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Polis haqqında" Qanunun tələblərini ciddi və əhəmiyyətli pozub, şərəf və ləyaqətinin ləkələnməsi, şəxsiyyətinin alçaldılması məqsədinə sifarişli xidmət göstərdiyini bəyan edib, onun 16 saatdan çox polis şöbəsində məqsədli saxlatmaqla, polis nəzarəti altında da öz məqsədinə nail olaraq, 11.000 manat pulu ondan aldlıqdan sonra onu 16 saatlıq bu həbsdən azad etməsi, vəzifədən sui-istifadələrin nəticəsi olub, məhz hakimiyyət həddi aşılmaları rəsmi sənədlər tələbkarlığında məlum etdiyindən, Cavabdeh sabiq rəis müavini Rövşən Quliyevin mənə qarşı hərbir hərəkətinin qanunsuz hesab edilməklə, barəsində cinayət qanunvericiliyinin tələbkarlığında prosessual ciddi tədbirlərin görülməsini təmin edəcək məhkəmə qərarını məhkəmə müdafiə hüququnun tələbkarlığında qəbul edilməsi, ona qarşı vəzifədən sui-istifadə edərək, hədə, qorxu, həyəcanlı anları ona və ailə üzvülərinə yaşadıb, ailənin bütün üzvülərini ciddi narahat etməklə, 30.000 manat pul tələb edən Rövşən Quliyevin qanuna zidd hərəkətlərinə prosessual diqqət yetirib, daha sonra da onu həbs etdirməkdən vaz keçərək, Kürdəxanı həbs evinə göndərəcəyini inkar edib, 11.000 manat məbləğ pulu ona gətizdirib, bu pulu ondan aldlıqdan sonra,12 dekabr 2021ci il tarixli "Cinayət işi qaldırılmasının rədd edilməsinə dair" barəsində iş otaqında diktə etdirməklə, özünün fikirləri üzərində yoğrulan qərarı tərtib etdirib, bu məmurun onu qanunsuz həbsin astanasından azad etməsi ciddi və əhəmiyyətli qanun pozuntularını açılamaqla, onun məqsədyönlü sifarişli icra hərəkətlərini məlum etdiyindən, hədələyici üsulla 11.000 manat məbləğ pulu alaraq, dələduzluq cinayəti törətməsi faktına ciddi önəm verib, cinayət xarakterli hərəkətlərə yol verdiyindən, onun bu hərəkətlərinin qanunsuz hesab edilməklə, hüququ qiymətləndirilnməsini təmin etmək məüqsədilə zərərçəkmiş şəxs kimi tanınmağını prosessual müəyyənləşdirən müvafiq məhkəmə qərarını qəbul edib, 11.000 manat ondan aldığı bu pulun ona qaytarılmasını təmin edəcək, müvafiq məhkəmə qərarı çıxarılmaqla, pozulmuş hüquqlarının prosessual bərpasını məhkəmə müdafiə hüququnun tələbkarlığında təmin edilməsini, Cavabdehndə vəzifədən sui-istifadə edilməklə sabiq rəis müavini Rövşçən Quliyevin ona qarşı dələduzluq edərək ondan pul almaqla, 16 saat polis şöbəsində onu qanunsuz saxladığı bu cür həbsdən azad etməsinə prosessual ciddi önəm verib, hakimiyyət həddi aşılmaları məlum etdiyindən Cavabdehndə polis məmur özbaşınalıqlarına son qoyulması məqsədilə 3-cü şəxs, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üzərinə müvafiq məcburedici vəzifələrin qoyulmasını təmin edəcək məhkəmə qərarını çıxarmaqla, polis adına ləkə salan, polis andının tələbkarlığını ciddi pozan bu cür dövlət məmurlarının polis orqanlarından xaric edilməsini təmin etdirən və onların cinayət məsuliyyətinə cəlb edilmələrini təmin edə biləcək müvafiq məhkəmə qərarını məhkəmə müdafiə hüququnun tələbkarlığında, Cavabdehndə hakimiyyət həddi aşılmalarla qanunları ciddi və əhəmiyyətli pozaraq, ondan 11.000 manat pul alaraq, qanunsuz həbsin astanasından onu azad edən Cavabdeh sabiq rəis müavini Rövşən Quliyev barəsində CM-nin 308, 309 və sair normaların tələbkarlığında tədbir görülərək, barəsində cinayət işi qaldırılması məqsədilə müvafiq xüsusi qərardadın çıxarılmasını təmin edib, 3-cü şəxs Azərbaycan Respublikası Baş Prokuroirluğu üzərinə müvafiq məcburedici vəzifənin qoyulmasını təmin etməklə, Cavabdehndə hökm sürən Polis-Məmur Özbaşınalıqlarına son qoyulması, mənəvi sarsıntıları, mənəvi əzabları və mənəvi işgəncələri ona yaşatmaqla, ailə üzvülərini maddi çətinliklərə və emasional əzablara düçar edərək, bu gün ona 10.000 manat məbləğ vurulmuş mənəvi ziyan pulun Rövşən Quliyevdən və səlahiyyətli qurumdan alınaraq mənə ödənilməsini təmin edəcək müvafiq məhkəmə qərarını qəbul edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hallarını və mübahisənin vəziyyətini, iddianın mümkünlük məsələsini müzakirə etmək üçün hazırlıq icraatı çərçivəsində iddiaçı məhkəməyə dəvət olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilməklə iddianın mümkünlüyü məsələsinin müzakirəsi üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, qeyd olunan məhkəmə iclasınadək ona edilmiş yardıma uyğun nöqsanların aradan qaldırılması təklif olunmuşdur. Məhkəmə iclasına iddiaçı və cavabdehin nümayəndəsi gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 inzibati işin mümkünlüyü məsələsini məhkəmənin mülahizələrinə buraxdığını bildirdi. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının mübahisələndirdiyi Cavabdeh əməkdaşı Rövşən Quliyevə qarşı iddia tələbi ilə inzibati məhkəməyə müraciət etmişdir. Məhkəmə bildirir ki, göründüyü kimi iddia tələbi cinayət və mülki xarakterlidir və bu səbəbdən də inzibati məhkəməyə aidiyyəti yoxdur. Bundan başqa iddiaçı X2 məhkəməyə müraciət etmədən öncə iddia ərizəsində qeyd etdiyi Cavabdeh əməkdaşı Rövşən Quliyevin ona qarşı etdiyi dələduzluq faktının araşdırılması ilə bağlı aidiyyəti üzrə prokurorluq orqanına müraciət etməli, müvafiq cinayət əməli ilə bağlı ona qarşı edilən cinayət əməlini və dəymiş ziyanı bildirməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 23.1-ci maddəsinə görə “Cinayət mühakimə icraatı Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan səlahiyyətli məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmənin hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla və məhkum oluna bilməz”. Bununla yanaşı, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli qərarının 13-cü bəndi ilə müəyyən edilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə cinayət və mülki xarakterlidir və ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə, iddiaçıya izah edilməsini zəruri hesab edir ki, o, aidiyyət qaydalarına uyğun olaraq hazırki iddia ilə bağlı yaşadığı yerin ümumi (rayon, şəhər) məhkəməsinə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı «Rövşən Quliyevin qanunsuz hərəkətlərinə son qoyulması, 11.000 manat pul məbləğinin geri qaytarılması, maddi və mənəvi ziyana görə 10.000 manat pul məbləğinin ödənilməsi və polis əməkdaşı Rövşən Quliyev barəsində cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə tədbir görülməsi» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-2237/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2237/2022
23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver