Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-224/2023 29.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Əbülfəz oğlunun cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüquqi yarandığı xx.xx.2005-ci il tarixdən, 57 yaşından xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17-ci maddəsinin 5-ci abzasına əsasən pensiya təyin edilməsinin və xx.xx.2021-ci il tarixdən, yəni müraciət etdiyi vaxtdan 3 il əvvəldən olan dövrlərin yenidən hesablanaraq yaranmış fərqin ödənilməsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Əbülfəz oğlu cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüquqi yarandığı xx.xx.2005-ci il tarixdən, 57 yaşından xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17-ci maddəsinin 5-ci abzasına əsasən pensiya təyin edilməsinin və xx.xx.2021-ci il tarixdən, yəni müraciət etdiyi vaxtdan 3 il əvvəldən olan dövrlərin yenidən hesablanaraq yaranmış fərqin ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11400/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, ona xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən «xx.xx.1997-ci il tarixli, 321-İQD №-li Qanun»un İ hissəsinin 1-ci bəndi ilə edilmiş deyişikliyə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cu maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il 6 ay artırıldığından, mən xx.xx.2006-cı il tarixə kimi 25 il ümumi iş stajını və 12 il 06 ay xüsusi iş stajımı topladığımdan, hesab edirəm ki, mənə xx.xx.2005-ci il tarixdən, 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17.5-ci bəndinə, əmək haqqıya əsasən pensiya təyin edilməlidir. Lakin cavabdeh iddiaçının ərizəsinə xx.xx.2021-ci il tarixli, **********5 nömrəli məktubla cavab verərək ona xx.xx.2005-ci il tarixdə, 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17.5-ci bəndinə, əmək haqqıya əsasən pensiya təyin edildiyini,amma hal-hazırda qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilikdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqıya əsasən yenidən hesablanma qaydası nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən imtina edilmişdir. Bu səbəbdən də sosial təminat hüququ pozulduğundan məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüquqi yarandığı xx.xx.2005-ci il tarixdən, 57 yaşından xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17-ci maddəsinin 5-ci abzasına əsasən pensiya təyin edilməsinin və xx.xx.2021-ci il tarixdən, yəni müraciət etdiyi vaxtdan 3 il əvvəldən olan dövrlərin yenidən hesablanaraq yaranmış fərqin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı 11 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona xx.xx.2005-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illəri əhatə edən əməkhaqqı arayışları əsasında xx.xx.2006-cı il tarixdən yenidən hesablanaraq ödənilməsini xahiş etmişdir. İddiaçı müraciətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********5 nömrəli imtina məktubunda “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yalnız yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməsi nəzərdə tutulduğundan onun tələbinin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra, İddiaçı iddia ərizəsində ona xx.xx.2005-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004- 2005-ci illəri əhatə edən əməkhaqqı arayışları əsasında xx.xx.2006-cı il tarixdən yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 2011-ci il 21 noyabr tarixdə qəbul edilmiş 2017-ci il 11 dekabr tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması Qaydaları” ilə Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək yaşa görə pensiyaya çıxmış və sonra əmək fəaliyyətini davam etdirmiş şəxslərin əmək pensiyalarının yenidən hesablanması qaydası müəyyən edilmiş və nəzərdə tutulmuşdur ki, bu zaman 2006-cı il yanvarın 1-dək pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə, 2006-cı il 01 yanvar tarixdən sonra isə fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanır. Göründüyü kimi, 2006-cı il yanvarın 1-dək yaşa görə pensiyaya çıxmış və sonra əmək fəaliyyətini davam etdirmiş şəxslərin əmək pensiyasının əmək fəaliyyətinə xitam verildiyi tarixdən sonra pensiyaçının seçimi ilə istənilən dövrün orta aylıq əmək haqqı nəzərə alınmaqla yenidən hesablanması qaydası qanunda nəzərdə tutulmamışdır. Belə ki, İddiaçı 01 avqust 2005-ci il tarixdə Fondun keçmiş Şirvan şəhər şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 6 mart 2007ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2005-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı aparılarkən onun 14 il 07 ay 10 gün güzəştli iş stajı və 38 il 09 ay ümumi iş stajı nəzərə alınmışdır. Göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi həmin qanunun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə əmək pensiyasının hansı qaydada hesablanmasını deyil, yalnız yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini müəyyən edir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illəri əhatə edən əməkhaqqı əsasında xx.xx.2006-cı il tarixdən yenidən hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Yuxarıda qeyd edilənləri və AR İPM-nin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq icraatınızda olan 2-1(120)-720/2022 nömrəli inzibati iş üzrə İddiaçı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi"nə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmənin keçmiş iclaslarında iştirak edən İddiaçı Əbülfəz oğlu «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə əsasən 25 ildən artıq əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan xx.xx.1993-cü il tarixli, 320 nömrəli 2 №-li Siyahısı üzrə işlədiyimə, eləcə də xx.xx.2005-ci il tarixdə, 57 yaşım tamam olduğuna görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1 və 9.8-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17-ci maddəsinin 5-ci abzasdına əsasən əmək haqqıya əsasında tətbiq edilməli olduğunu, xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan xx.xx.1993-cü il tarixli, 320 nömrəli 2 №-li Siyahısın da işlədiyim peşə və vəzifələr XXXİİİ. Ümumi peşələr: “qazla kəsicilər (23200000—11618)”, “qazqaynaqçısı (23200000—11620)” və Xİİ. QAZMA, NEFTİN, QAZİN VƏ QAZ KONDENSATLARİNİN HASİLATİ VƏ EMALİ (DƏNİZ NEFTÇİLƏRİNDƏN BAŞQA), KÖMÜRÜN VƏ ŞİSTİN EMALİ: “qülləquraşdırıcıları (2130100a—11587)” kodu ilə qeyd edildiyini, cavabdeh tərəfindən hüquqlarının pozulduğunu bildirərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Əbülfəz oğlu xx.xx.1948-ci il tarixdə Sabirabad rayonunun Xiləmirzəli kəndində anadan olmuş, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1964-cü il tarixli nömrəli notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, İddiaçı Əbülfəz oğlu xx.xx.1964-cü il tarixdən xx.xx.2010-cu il tarixədək əmək fəaliyyətində olmuşdur. İş materiallarında olan xx.xx.1967-ci il tarixli, HЗ ******* nömrəli hərbi biletinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Əbülfəz oğlu xx.xx.1967-xx.xx.1969-cu illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X4 Əbilxan Əbülfəz oğluna ünvanladığı xx.xx.2021-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, 1 avqust 2005-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsi tərəfindən ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun qeyd olunan maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əmək pensiyanın “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq orta aylıq əmək haqqına əsasən hesablanması ilə bağlı bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “bu Qanun qüvvəyə mindiyi günədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir”. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi həmin Qanunun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə əmək pensiyasının hansı qaydada hesablanmasını deyil, yalnız yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliyə uyğun güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini müəyyən edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyanın ərizəsində göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, 1 avqust 2005-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsi tərəfindən sizə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun qeyd olunan maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajının 38 il 9 ay, güzəştli iş stajının isə 14 il 7 ay 10 gün olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, SOCAR**********80020123X00090 nömrəli arxiv arayışından görünür ki, xx.xx.1948-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1991-ci il tarixdən (Əmr № 224-k, xx.xx.1991-ci il), xx.xx.2004-cü il tarixinədək (Əmr № 312, xx.xx.2004-cü il), X5 İdarəsində 5-ci dərəcəli vışqaquraşdırıcı peşəsində işləmişdir. “Azneft“ İstehsalat Birliyinin xx.xx.2004-cü il tarixli, 244 saylı əmrinə əsasən X5 İdarəsi qazma sexi kimi X7 İşləri İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə X12” tresti yaradılmış, X8 İşləri İdarəsi və X13 İdarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi trestin tabeliyinə verilmişdir. “X12” trestinin xx.xx.2012-ci il tarixli, 82 saylı əmrinə əsasən X8 işləri İdarəsi qazma sexi kimi xx.xx.2012-ci il tarixdən X13 idarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR /13-1000/01/SM-05- 000034 saylı əmrinə əsasən “X12“ trestinin X13 İdarəsi ləğv olunaraq trestin Abşeron İstehsalat bölümü kimi fəaliyyət göstərmişdir. “X12“ trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021 -ci il tarixli, SOCAR **********00040020A00070 saylı əmrinə əsasən “Siyəzən”, Qaradağ-Kalmaz”, ’’Abşeron” İstehsalat bölümləri hal-hazırda “Abşeron” istehsalat bölümü kimi, fəaliyyət göstərir. İddiaçı 2001-2002-2003cü illərin aylar üzrə əmək haqqı aşağıdakı qaydada AZM ilə hesablanmışdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-52128/23 nömrəli məktubundan görünür ki, İddiaçı 1 avqust 2005-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsi tərəfindən əmək haqqı əsasında hesablanmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Əbilxan X6 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajının 38 il 9 ay, güzəştli iş stajının isə 14 il 7 ay 10 gün olduğu müəyyən edilmişdir. Gəlinən nəticə ilə əlaqədar aşağıdakıların qeyd edilməsi zəruri hesab edilir. İddiaçının ona xx.xx.2006-cı il tarixə kimi 25 il ümumi iş stajını və 12 il 06 ay xüsusi iş stajımı topladığımdan, hesab edirəm ki, mənə xx.xx.2005-ci il tarixdən, 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17.5-ci bəndinə, əmək haqqıya əsasən pensiya təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün iki halı əsas götürmüşdür:
1. İddiaçıya güzəştli şərtlərlə təyin edilmiş pensiyanın əmək haqqıya əsasən təyin edilməsi;
2. Hal-hazırda qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilikdə güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyanın əmək haqqıya əsasən təyin edilməklə yenidən hesablanma qaydalarının mövcud olmaması; Məhkəmə iş materillarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1948-ci il təvəllüdlüdür, iddiaçı ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının düzgün təyin edilmədiyini və ona pensiyanın əmək haqqıya əsasən təyin edilməli olduğunu xahiş etmiş, lakin güzəştli şərtlərlə təyin edilmiş pensiyanın əmək haqqıya əsasən təyin edildiyini və hal-hazırda qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilikdə güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyanın əmək haqqıya əsasən təyin edilməsi və yenidən hesablanma qaydalarının mövcud olmaması səbəbindən, ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyanın əmək haqqıya əsasən təyin edilməsindən və yenidən hesablanmaqla yaranmış fərqin ödənilməsindən imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırkı iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunan zaman iddiaçının hüququnun yarandığı dövrdə qüvvədə olan qanunvericliyə əsasən əmək haqqıya əsasən təyin olunmasına əsas verən şərtlərə cavabdeh tərəfindən riayət edilib-edilmədiyi aydınlaşdırılmalıdır. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun və “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun müddəalarına istinad edir. Belə ki, xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi və ödənilməsi Qaydalarına əsasən “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi 25 il ümumi və 12 il 06 ay xüsusi iş stajı olan şəxslərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ vardır. Həmin Qanununun 9.8-ci maddəsinə əsasən bu qanunun qüvvəyə mindiyi gündən bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvələr qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən «xx.xx.1997-ci il tarixli, 321-İQD №-li Qanun»un İ hissəsinin 1-ci bəndi ilə edilmiş deyişikliyə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cu maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il 6 ay artırıldığından, mən xx.xx.2006-cı il tarixə kimi 25 il ümumi iş stajını və 12 il 06 ay xüsusi iş stajımı topladığımdan, hesab edirəm ki, mənə xx.xx.2005-ci il tarixdən, 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17.5-ci bəndinə, əmək haqqıya əsasən pensiya təyin edilir. «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə əsasən 25 ildən artıq əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan xx.xx.1993-cü il tarixli, 320 nömrəli 2 №-li Siyahısı üzrə işlədiyimə, eləcə də xx.xx.2005-ci il tarixdə, 57 yaşım tamam olduğuna görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1 və 9.8-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17-ci maddəsinin 5-ci abzasdına əsasən əmək haqqıya əsasında tətbiq edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarından müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2006-cı il tarixə kimi 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajlarının və həmçinin həmin tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinin və həmin Qanununun 17-ci maddəsinin 5-ci abzasının olmasını şərtləndirir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqıya əsasən təyin edilməsi üçün xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş bu Qanunun 9.8-ci maddəsinə görə xx.xx.2006-cı il tarixə kimi yaşının olmasını və zəruri iş stajlarıının toplanmasını əsas götürür. İddiaçıya pensiyanın hansı yaşdan təyin edilməsi məsələsinə münasibətdə nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 0-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə təyin edilir. Qanunda qeyd olunan normasında “əvvəllər qüvvədə olmuş qanunvericilklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan respublikası Qanunu nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilən qanunvericiliyin normalarına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqıya əsasən təyin edilməsi üşün dörd şərtin ödənilməsi tələb olunur. 1) xx.xx.2006-cı il tarixə kimi yaşın olması; 2) xx.xx.2006-cı il tarixə kimi 25 il ümumi iş stajının olması; 3) bu müddətin 12 il 06 ayının güzəştli iş stajı olması; 4) iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməsi; Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, yuxarıda qeyd edilən dörd şərtin mövcudluğu işin mübahisəsiz halıdır və cavabdeh tərəfindən mübahisələndirilmir. Lakin iddiaçıya həmin şərtlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, ona pensiyanın əmək haqqıya əsasən təyin edilibedilmədiyi işin zəruri halları olduğundan və cavabdeh tərəfindən mübahisələndirildiyindən, ona görə də məhkəmə hesab edir ki, həmin hallar işdə olan sübutlarla və mütəxəssis rəyi əsasında araşdırılmaqla hüquqi qiymət verilməlidir. İddiaçının xx.xx.2006-cı il tarixə kimi ümumi və güzəştli iş stajı illəri ona xx.xx.2005-ci il tarixdə, 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilən zaman nəzərə alınmalı olan sosial sığorta stajı məsələsi iddiaçının əmək haqqıya əsasən pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olmuş qanunvericiliyə görə həll edilməlidir. Çünki, bu zaman həll edilməli olan məsələ həmin müddətdə yaşın, ümumi və güzəştli stajın olub-olmadığı və ən əsası müvafiq siyahıda vəzifənin olub-olmadığı məsələdir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqıya əsasən təyin edilməsi üşün dörd şərtin olub-olmadığı məsələdir. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti qeyd edilən şərtlərin olub-olmaması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman hal-hazırda qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla iddiaçının hüququ yarandığı taqrixdə qüvvədə olan qanunvericiliyin normaları nəzərə alınmalı və həmin normalar əsasında müəyyən edilməklə qiymət verilməlidir. İddiaçının pensiya hüququnun yarandığı xx.xx.2005-ci il tarixdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olmuş redaksiyasına əsasən: -13-cü maddənin b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Qeyd olunan Qanuna Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli, 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddə) nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 06 ay artırılmaqla xx.xx.2006-cı il tarixə kimi hüququ yaranmış kişilər – 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna malikdirlər. 17-ci maddənin 5-ci abzasına əsasən həmin Qanunun 13-cü maddəsi üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 10.2-ci maddəsinə və 27-ci maddəsinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunna dəyişiklik və əlavələr üedilməsi barədə Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD №-li Qanununa müvafiq olaraq edilmiş dəyişiklik 01 yanvar 2010-cu il tarixdən qüvvəyə minmişdir. Bu dəyişiklərlə 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan pensiya hesablamaların aparılması qaydası dəyişdirilmişdir. Beləliklə, xx.xx.2006-cı il tarixə kimi hesablanma qaydası xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17-ci maddəsinin 5-ci abzasına, lakin xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixə kimi isə hesablanma qaydası xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 27.1-ci maddəsinə əsasən aparılmaqla tətbiq etməyə başlanılmışdır. Hazırkı mübahisənin halları baxımından aydınlaşdırılmalı məsələ 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş qanunvericiliyə uyğun yaşa görə əmək pensiyası hüququ olan, lakin həmin tarixdən sonra əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş şəxslərə pensiya hesablanmasının hansı qaydada aparılması ilə bağlıdır. İşin halları baxımından iddiaçının dəyişikliklərin edildiyi 01 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə etdiyi mübahisə doğurmur. Məhkəmə hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2006-cı il tarixədək yarandığından ona təyin edilmiş əmək pensiyası xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17-ci maddəsinin 5-ci abzasına uyğun hesablanmalıdır. Çünki, iddiaçı dəyişikliyin edildiyi 01 yanvar 2006-cı il tarixədək qazanılmış pensiya hüququ əldə etmişdir. Bu hüquq, həmçinin pensiyanın hüququn özünün qazanıldığı vaxt qüvvədə olan qanunvericiliyə uyğun hesablanmasını tələb edir. Əks, halda, hüququn qazanılmış vəziyyətdə təmin edilməsi mümkün olmaz. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış pensiya hüququ sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki, tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdırıldığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni sonradan yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl pensiya hüququ əldə etmiş şəxslərin hüquqlarını əvəzsiz ləğv edə bilməz. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunda pensiyanın yenidən hesablanmasının başqa qaydası nəzərdə tutulmuşdur. Cavabdehin hesab etdiyi qayda – pensiyanın əmək haqqına uyğun hesablanması qaydası hazırkı qanunvericilkdə nəzərdə tutulmasa da, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində pensiyaların yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə təyin edilməsi nəzərdə tutulmuşdur. Burada pensiyanın hesablanma qaydası nəzərdə tutulmasa da, qüvvədə olan qanunvericilik iddiaçının xeyrinə olan hissədə əvvəlki qanunvericliyin tətbiqini mümkün edir. İddiaçının vəsatəti əsasında məhkəmə tərəfindən dəvət edilmiş mütəxəssisin məhkəmə də verdiyi izahatlardan da görünür ki, iddiaçının hüququ yarandığı tarixdə ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi müəyyən edilsə də, lakin iddiaçıya həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin normaları əsasında, yəni əmək haqqıya əsasən pensiya hesablanmaqla təyin edilməli idi. Bütün bunlara baxmayaraq iddiaçıya hüququ yarandığı tarixdə qüvvədə olmuş qanunvericiliyin normaları əsasında pensiya təyin edilməmiş və beləliklə də iddiaçının sosial təminat hüququ pozulmuşdur. Belə olan halda iddiaçıya hüququ yarandığı tarixdə qüvvədə olmuş qanunvericiliyin normaları əsasında, yəni həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17-ci maddəsinin 5-ci abzasına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehin dəlilləri əsaslı olmamışdır. Bu barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İşə əlavə edilmiş iddiaçının əmək kitabçasının notariusdan təsdiq edilmiş sürətindən də görünür ki, iddiaçı xx.xx.1964-xx.xx.2010-cu il tarixə kimi işləməklə 46 il ümumi əmək stajı olmaqla, həmin əmək stajının xx.xx.1985-xx.xx.2010-cu il tarixə kimi “Azneft İB”-nin “X2 Kontoru”-da vəzifəsində işləmişdir. İşlədiyi sahə ağır iş stajı olduğuna görə iddiaçıya xx.xx.2005-ci il tarixdə, 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin ona pensiya təyin edilən zaman xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17-ci maddəsinin 5-ci abzası nəzərə alınmamışdır. Hazırkı iddia tələbi üzrə iddiaçının hüququ yarandığı dövrdə qüvvədə olmuş qanunvericliyin normalarının məzmunundan da göründüyü kimi, qərar mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq çıxarılmalıdır. Bundan başqa, sonrakı hesablanma qaydası iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci hissəsinə əsasən fiziki və hüquqi şəxsalərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İşə əlavə edilmiş 2004-2005-ci illər üzrə əmək haqqı barədə arayışdan da görünür ki, iddiaçının 2004-2005-ci ilin may ayına kimi ümumi əmək haqqısı həmin dövrün məzənnəsinə əsasən 15627966 (on beş milyon altı yüz iyirmi yeddi min doxsan altı manat, 60 qəpik)-(indiki məbləğlə 3132 AZN) manatdan çox olmuşdur. İddiaçı həmçinin iddia ərizəsində müraciət etdiyi vaxtdan 3 il əvvələdək olan dövrlərin yaranmış fərqinin ödənilməsini xahiş edir. Həmin hissəyə məhkəmə münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə (imtina məktubunda göstərilən tarix) Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni xx.xx.2018-ci il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh iddiaçının ərizəsinə əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Beləliklə, iddiaçıya xx.xx.2005-ci il tarixdən, yəni 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşalrın pensiya təminatı haqqında” Qanununun 17-ci maddəsinin 5-ci abzasına əsasən təyin edilməli və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarınnın pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 68-ci, 69-cu, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
İddia ərizəsi təmin edilsin. İddiaçı Əbülfəz oğluna güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüquqi yarandığı xx.xx.2005-ci il tarixdən, 57 yaşından xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17-ci maddəsinin 5-ci abzasına əsasən pensiya təyin edilməsinin və xx.xx.2021-ci il tarixdən, yəni müraciət etdiyi vaxtdan 3 il əvvəldən olan dövrlərin yenidən hesablanaraq yaranmış fərqin ödənilməsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Sədrlik edən: Hilal Nəcəfov