Məhkəmə qərarları › İş №2-1(120)-224/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-224/2025

17.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-224/2025 17.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı1, İddiaçı1, İddiaçı3 vəkili X4, Cavabdehin nümayəndəsi X17 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Beyləqan rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 32 saylı qərarı, “Torpağın mülkiyyət hüququna dair” JN 203, KOD 60714018 saylı dövlət aktı və qərar əsasında X34 və ailə üzvlərinə xüsusi mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********94 reyestr nömrəli çıxarışda qeyd edilən koordinatlarının X22 Uçotu və İnformasiya Sistemində qeyd olunan ərazilərə aid koordinatlara uyğunlaşdırılaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “X35 və onun ailə üzvlərinə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X34 və X36 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təqdim edərək, “Beyləqan rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 32 saylı qərarı, “Torpağın mülkiyyət hüququna dair” JN 203, KOD 60714018 saylı dövlət aktı və qərar əsasında X34 və ailə üzvlərinə xüsusi mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********94 reyestr nömrəli çıxarışda qeyd edilən koordinatlarının X22 Uçotu və İnformasiya Sistemində qeyd olunan ərazilərə aid koordinatlara uyğunlaşdırılaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X50 Komissiyasının 01 noyabr 1997-ci il tarixli 32 saylı qərarı ilə onların mülkiyyətinə müxtəlif ölçüdə torpaq sahələri verilmiş və müvafiq Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktları da verilmişdir. Qeyd edilən torpaq sahəsi uzun illərdir ki, istifadələrindədir. Lakin bir müddət əvvəl müəyyən edilmişdir ki, mülkiyyətlərinə verilmiş torpaq sahəsinin koordinatları Dövlət Aktlarında düzgün qeyd edilməmişdir. Mülkiyyətlərinə verilmiş torpaq sahəsi 1992-ci ildən qardaşı X37 tərəfindən təsis edilmiş “Sadiq” kəndli fermer təsərrüfatına ayrılmış, 1997-ci ildə torpaq islahatı zamanı isə qeyd edilən torpaq sahəsi ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Hər biri “Sadiq” kəndli fermer təsərrüfatının təsisçilərindən olmuşdular. “Sadiq” kəndli fermer təsərrüfatının mülkiyyətində olan torpaq sahəsi 1992-ci ildən onların istifadəsində olsa da, X35 və onun ailə üzvlərinə ayrılmış torpaq sahəsinin koordinatları səhvən onların istifadəsində olan torpaq sahəsinə vurulmuşdur. Belə ki, iddia ərizəsinə əlavə etdiyi 04 fevral 2022-ci il tarixli ekspert rəyindən görünür ki, onların ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahələri, yəni hal-hazırda istifadə etdiyi torpaq sahələri “Sadiq” kəndli fermer təsərrüfatına ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 3-cü bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun torpaqlarında yaradılmış təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin torpaq sahələrinin bu Qanunun 13-cü maddəsində müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara, təsərrüfatlararası müəssisələrdə isə payçı təsərrüfatların torpaqlarına daxil edilir. Həmin müəssisələrin torpaq sahələri torpaq payından az olduqda onlara əlavə torpaq verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Qeyd edilənləri nəzərə alaraq Beyləqan rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 32 saylı qərarı, “Torpağın mülkiyyət hüququna dair” JN 203, KOD 60714018 saylı dövlət aktı və qərar əsasında X34 və ailə üzvlərinə xüsusi mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********94 reyestr nömrəli çıxarışda qeyd edilən koordinatlarının X22 Uçotu və İnformasiya Sistemində qeyd olunan ərazilərə aid koordinatlara uyğunlaşdırılaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, X35 və ailə üzvlərinə verilmiş ********** qeydiyyat nömrəli çıxarış “Daşınmaz əmlakın dövət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-13-cü maddələrinə əsasən hüquqların dövlət qeydiyyatının aparılması qaydasında verilmişdir. Bundan əlavə olaraq bildiririk ki. çıxarışın ləgv edilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin səlahiyyətləri çərçivəsində deyil. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Püquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək, ünvan reyestrini aparmaq, daşınmaz əmlak obyektlərinə ünvan vermək, qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın qiymətləndirilməsini həyata keçirmək, dövlət kadastrının və dövlət torpaq kadastrının tərtib edilməsi və aparılmasının həyata keçirilməsində iştirak etmək səlahiyyətlərinə malikdir. Belə ki. Azərbaycan Respublikasının Konstitusiyasının 13cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə. həmin məzmunun həqiqiliyi və tamamlığı Rrezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkıləşdırənın adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəkı qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, yuxarıda şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrinə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən iddaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə “X35 və ailə üzvlərinə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə etiraz edirik və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı2, İddiaçı3 və üçüncü şəxslər X34 və X24 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı2, İddiaçı3 və üçüncü şəxslər X34, X18 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X19 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X38 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Beyləqan rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə- Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Beyləqan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Beyləqan rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 32 saylı qərarı, “Torpağın mülkiyyət hüququna dair” JN 203, KOD 60714018 saylı dövlət aktı və qərar əsasında X34 və ailə üzvlərinə xüsusi mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********94 reyestr nömrəli çıxarışda qeyd edilən koordinatlarının X22 Uçotu və İnformasiya Sistemində qeyd olunan ərazilərə aid koordinatlara uyğunlaşdırılaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsini tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan JN-318, KOD 60714018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 32 nömrəli qərarı ilə X25, X20, X1 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 3,33 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-319, KOD 60714018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 32 nömrəli qərarı ilə İddiaçı1, X6, X26 və X2 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 4,88 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-320, KOD 60714018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 32 nömrəli qərarı ilə İddiaçı2 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1,30 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-321, KOD 60714018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 32 nömrəli qərarı ilə X3 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1,30 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-322, KOD 60714018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 32 nömrəli qərarı ilə X12, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1,30 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Beyləqan rayonu, Şərq qəsəbəsində 0.5607 ha olan torpaq sahəsi X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Beyləqan rayonu, Şərq qəsəbəsində 4.8818 ha olan torpaq sahəsi İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Beyləqan rayonu, Şərq qəsəbəsində 1.3013 ha olan torpaq sahəsi X13 adına daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Beyləqan rayonu, Şərq qəsəbəsində 3.3344 ha olan torpaq sahəsi İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 29993 nömrəli ekspert rəyinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Beyləqan LTİ-nin tərtib etdiyi mütəxəssis 'əyinə əsasən qeyd olunur ki, X27 və ailə üzvlərinə məxsus Beyləqan rayonu, Şərq qəsəbəsində yerləşən, Beyləqan rayon X23 32 nömrəli, 01 noyabr 1997-ci il tarixli qərarı Torpağın mülkiyyət hüquqna :air JN 203, KOD 60714018 saylı dövlət aktı ilə verilmiş 7.61 hektar pay torpaq sahəsinin 4.59 ha hissəsində mübahisə olduğu üçün, həmin ərazinin sərhədləri naturada müəyyən edilərək ölçmə işləri aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz rmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Beyləqan LTİ-nin tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, X27 və ailə üzvlərinə məxsus Beyləqan rayonu, Şərq qəsəbəsində yerləşən, Beyləqan rayon X23 32 nömrəli, 01 noyabr 1997-ci il tarixli qərarı Torpağın mülkiyyət hüququna dair JN 203, KOD 60714018 saylı dövlət aktı ilə verilmiş 7.61 hektar pay torpaq sahəsinin 0.88 ha hissəsi cavabdeh X30 tərəfindən istifadə olunur. Eyni zamanda iddia olunan ərazinin 1.30 ha hissəsi X28, 1.30 ha hissəsi X31 və 1.11 ha hissəsi isə X39 tərəfindən istifadə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Beyləqan rayonu, Şərq qəsəbəsində 1.3013 ha olan torpaq sahəsi İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Beyləqan rayonu, Şərq qəsəbəsində 3.3344 ha olan torpaq sahəsi İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Beyləqan rayonu, Şərq qəsəbəsində 4.5927 ha olan torpaq sahəsi X18 adına daşınmaz əmlakın dövlət reyestrində 103 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Beyləqan rayonu, Şərq qəsəbəsində 1.3011 ha olan torpaq sahəsi X32 adına daşınmaz əmlakın dövlət reyestrində 133 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Beyləqan rayonu, Şərq qəsəbəsində 1.3011 ha olan torpaq sahəsi İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 172 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Beyləqan rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2023cü il tarixli, 3-48-8RA/2-17/2023 nömrəli məktubuna əlavə edilmiş xx.xx.1997-ci il tarixli, 73 nömrəli sərəncamından görünür ki, kənd təsərrüfatı istehsalı üçün rayon ərazisində olan ehtiyat fondu torpaqlarından torpaq sahəsi ayrılması barədə Şərq qəsəbə sakini X14 17 avqust 1997-ci il tarixli 1045 saylı ərizəsi və “Sadiq” kəndli (fermer) təsərrüfatına 15 (on beş) hektar torpaq sahəsi ayrılması barədə B.Hüseyinov adına X33 İslahatı komissiyasının 05 avqust 1997-ci il tarixli 12 saylı qərarı nəzərə alınmışdır. Şərq qəsəbə sakini X15 başçılığı ilə yaradılması nəzərdə tutulan “Sadiq” kəndli (fermer) təsərrüfatına orta torpaq norması nəzərə alınmaqla kooperativin əkinə yararlı torpaq sahəsindən 15 (on beş) hektar torpaq sahəsi ayrılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4006 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualları üzrə: Beyləqan rayonu Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 32 saylı qərarı və qərar əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********10 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı1 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 4.8818 ha və **********59, **********09 reyestr nömrəli çıxarışlara əsasən, X7 xüsusi mülkiyyətində olan 3.3344 ha və 1.3013 ha torpaq sahələrinin naturada sənəd üzrə yerinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualları üzrə: Beyləqan rayonu Aqrar İslahatı Komissiyasının xx.xx.1997ci il tarixli 32 saylı qərarı və qərar əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********10 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı1 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 4.8818 ha və **********59, **********09 reyestr nömrəli çıxarışlara əsasən, X8 xüsusi mülkiyyətində olan 3.3344 ha və 1.3013 ha torpaq sahələri xüsusi mülkiyyətdə olmaqla, kənd təsərrüfarı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsidir və kənd təsərrüfarı məhsullarının istehsal edilməsi üçün nəzərdə tutulmuş torpaq sahəsidir. Qərardadın üçüncü sualları üzrə: Beyləqan rayonu Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 32 saylı qərarı və qərar əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********10 reyestr nömrəli çıxarış əsasında İddiaçı1 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 4.8818 ha və **********59, **********09 reyestr nömrəli çıxarışlara əsasən, X8 xüsusi mülkiyyətində olan 3.3344 ha və 1.3013 ha torpaq sahələrinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilmişdir. Qərardadın dördüncü sualları üzrə: Qeyd edilən 4.8818 ha, 3.3344 ha və 1.3013 ha torpaq sahələrinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyildir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi sxematik xəritədə mövcuddur və ərazi hüdudları daxilində yerləşir. Qərardadın beşinci sualları üzrə: Torpaq sahələrinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcudd deyildir. Qeyd edilən 4.8818 ha torpaq sahəsi İddiaçı1 və ailə üzvlərinin və 3.3344 ha və 1.3013 ha torpaq sahələri isə X8 istifadəsindədir, təyinatı üzrə istifadə edilir. Qərardadın altıncı sualları üzrə: Beyləqan rayonu Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 32 saylı qərarı və qərar əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********10 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı1 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 4.8818 ha və ********* əsasən, X8 xüsusi mülkiyyətində olan 3.3344 ha və 1.3013 ha torpaq sahələrində hər hansı tikili mövcud deyildir. Qərardadın yeddinci sualları üzrə: Beyləqan rayonu Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 32 saylı qərarı və qərar əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********10 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı1 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 4.8818 ha torpaq sahəsinin 2.25 ha hissəsi ilə Beyləqan rayonu Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 32 saylı qərarı, "Torpağın mülkiyyət hüququna dair" JN 203, KOD 60714018 saylı dövlət aktı və qərar əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********94 reyestr nömrəli çıxarışa əsasən, X34 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 4.59 ha torpaq sahəsinin 2.25 ha hissəsi üst-üstə düşür. X8 **********59, **********09 reyestr nömrəli çıxarışlara əsasən, xüsusi mülkiyyətində olan 3.3344 ha və 1.3013 ha torpaq sahələri isə Beyləqan rayonu Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 32 saylı qərarı, "Torpağın mülkiyyət hüququna dair" JN 203, KOD 60714018 saylı dövlət aktı və qərar əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********94 reyestr nömrəli çıxarışa əsasən, X34 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 4.59 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Qərardadın səkkizinci sualı üzrə: Qeyd edilən 4.8818 ha (**********10) İddiaçı1 və ailə üzvlərinin, 3.3344 ha (**********59) və 1.3013 ha (**********09) torpaq sahələri isə X8 istifadəsindədir və təyinatı üzrə istifadə edilir. Eyni zamanda olan 4.59 ha (**********94) torpaq sahəsi isə naturada İİ hissədə (2.43 ha və 2.16 ha) olmaqla faktiki olaraq X34 və ailə üzvlərinin istifadəsindədir və təyinatı üzrə istifadə edilir. Qərardadın doqquzuncu sualı üzrə: Beyləqan rayonu Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 32 saylı qərarı və qərar əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********10 reyestr nömrəli çıxarış əsasında İddiaçı1 və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 4.8818 ha və **********59, **********09 reyestr nömrəli çıxarışları əsasında X8 xüsusi mülkiyyətinə verilmiş 3.3344 ha və 1.3013 ha torpaq sahələrinin və Beyləqan rayonu Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 32 saylı qərarı, “Torpağın mülkiyyət hüququna dair” JN 203, KOD 60714018 saylı dövlət aktı və qərar əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********94 reyestr nömrəli çıxarışı əsasında, xüsusi mülkiyyətində olan torpaq sahəsinin Toj Sistemində qeyd olunan ərazilərə aid koordinatlara uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun pozulmayacağı müəyyən edildi. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X29 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X29 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X16 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X16 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X43rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X49rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Torpaq islahatı haqqında” AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (Aqrar qərarları) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Beyləqan rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 32 saylı qərarı əsasında X34 və ailə üzvlərinə xüsusi mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********94 reyestr nömrəli çıxarış təqdim edilsə də, torpaq sahəsinin koordinatlarında qeyd edilən uyğunsuzluq digər şəxslərlə mübahisələrə səbəb olmuş və tərəflərin hüquqlarını pozmuşdur. Başqa sözlə, qeyd olunan torpaq sahəsinə dair sənədlərin elektron kadastr məlumat bazası ilə eyniləşdirilməsi zamanı ilkin torpaq ayrılma sənədlərində qeyd edilən koordinatlarla elektron məlumat bazasında həmin torpaq sahəsinin koordinatlarının yanlış göstərilməsi iddiaçının mövcud hüquqlarının pozulması ilə nəticələ biməz. Qeyd edilən səbəbdən iddiaçının mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Məhkəmə, eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/4006 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Qeyd edilən ekspert rəyinə əsasən Beyləqan rayonu Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 32 saylı qərarı və qərar əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********10 reyestr nömrəli çıxarış əsasında İddiaçı1 və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 4.8818 ha və **********59, **********09 reyestr nömrəli çıxarışları əsasında X8 xüsusi mülkiyyətinə verilmiş 3.3344 ha və 1.3013 ha torpaq sahələrinin və Beyləqan rayonu Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 32 saylı qərarı, “Torpağın mülkiyyət hüququna dair” JN 203, KOD 60714018 saylı dövlət aktı və qərar əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********94 reyestr nömrəli çıxarışı əsasında, xüsusi mülkiyyətində olan torpaq sahəsinin Toj Sistemində qeyd olunan ərazilərə aid koordinatlara uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun pozulmayacağı müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Azərbaycan SSR Nazirlər Sovetinin 26 fevral 1991-ci il tarixli 72 saylı qərarı ilə N.Tusi adına kolxozun 6 noyabr 1993-cü il tarixli 1 saylı qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən 3 aprel 1990-cı il tarixli qərar iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Belə ki, “Beyləqan rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 32 saylı qərarı, “Torpağın mülkiyyət hüququna dair” JN 203, KOD 60714018 saylı dövlət aktına əsasən sahiblərinin istifadəsindədir, lakin faktiki istifadə vəziyyətlərinin döngə nöqtələri yanlış qeyd edilmiş və uyğunsuzluqlar yaranmışdır. Araşdırma nəticəsində qeyd edilən torpaq sahələrinin hüquqmüəyyənedici sənədlərə əsasən koordinatlarının uyğunlaşdırılması zərurəti yarandığı, faktiki vəziyyətin isə tərəfin hüquqlarının pozulması ilə nəticələndiyi müəyyən edilir. Eləcə də, iş materiallarında olan və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin yerquruluşu texniki tərəfindən tərtib edilərək mütəxəssis rəyinə əlavə edilən sxemə nəzər yetirilən zaman qeyd edilən uyğunsuzluq halının aşkar olduğu daha aydın müəyyən edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Beyləqan rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 32 saylı qərarı, “Torpağın mülkiyyət hüququna dair” JN 203, KOD 60714018 saylı dövlət aktı və qərar əsasında X34 və ailə üzvlərinə xüsusi mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********94 reyestr nömrəli çıxarışda qeyd edilən koordinatlarının X22 Uçotu və İnformasiya Sistemində qeyd olunan ərazilərə aid koordinatlara uyğunlaşdırılaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin ona aid edilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərclər İddiaçı1 məhkəməyə təqdim etdiyi ərizəsi nəzərə alınaraq iddiaçı tərəfə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Beyləqan rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 32 saylı qərarı, “Torpağın mülkiyyət hüququna dair” JN 203, KOD 60714018 saylı dövlət aktı və qərar əsasında X34 və ailə üzvlərinə xüsusi mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********94 reyestr nömrəli çıxarışda qeyd edilən koordinatlarının X22 Uçotu və İnformasiya Sistemində qeyd olunan ərazilərə aid koordinatlara uyğunlaşdırılaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı1 və digər iddiaçılardan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X9, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ

22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar