Məhkəmə qərarları › İş №2-1(120)-2240/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2240/2025

18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2240/2025 18.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçının nümayəndəsi X12, Üçüncü şəxs X4 nümayəndəsi və vəkili X20, Üçüncü şəxs X21 iştirakı ilə, İddiaçı cavabdeh Salyan rayonu Şorsulu Bələdiyyəsinə qarşı “Salyan rayon Şorsulu bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 25 saylı iclas protokolu üzrə qərarının ləğv edilməsi barədə” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında (ünvan: ünvan 2 T D İ : İddiaçı cavabdeh Salyan rayonu Şorsulu Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Salyan rayon Şorsulu bələdiyyəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri məhkəmənin sərəncamına əsasən cavabdehə təqdim olunaraq, sonuncudan iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunmuş, həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49.1.1-ci maddəsinə əsasən tərəflər işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəməyə dəvət olunmuşlar. Şirvan İnzibati məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-2240/2025 saylı qərardadı ilə X7 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-2240/2025 saylı qərardadı ilə X25 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan şəhəri, H.Əliyev küçəsi ev 04-də yaşayan X25 tərəfindən edilmiş müraciəti araşdırılarkən X21 mülkiyyətində olan sahibkarlıq obyektinin yanında yerləşən 0.0168 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə xüsusi mülkiyyətinə verilməsi üçün bələdiyyəyə müraciət etdiyi, bələdiyyə tərəfindən müraciət nəzərə alınaraq sözügedən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun tanıdılması üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 13 saylı Şirvan ərazi idarəsinə müraciət edildiyi, həmin torpaq sahəsinin yerləşmə mövqeyinin təyin olunması və yerquruluşu planının hazırlanması üçün GPS aləti vasitəsilə torpaq sahəsinin dönmə nöqtələrinin koordinatlarının təyin olunduğu, müayinə aktının tərtib edildiyi, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olrnası müəyyən edildiyi, lakin həmin torpaq sahəsinin Salyan rayon İcra Hakimiyətinin 21,04.2003-cü il tarixli, 58-s saylı və Salyan rayon İcra Hakimiyətinin xx.xx.2019-cu il tarixli, 84-s saylı sərəncamları ilə X4 istifadəsinə ayrıldığı, bu səbəbdən də Anar Kərimovun müraciətinin bələdiyyə tərəfindən təmin edilmədiyi məlum olmuşdur. Bundan sonra X25 tərəfindən Şorsulu bələdiyyəsinə qarşı “Torpaq sahəsinin mülkiyyətə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edildiyi, Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1 (120)-1037/2022 saylı qərardadı ilə iddianın mümkün sayılmamasının qərara alındığı, həmin qərardan verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1 (106)-144/2023 saylı qərardadı ilə apellyasiya şikayəti üzrə icraata xitam verildiyi, sonradan A.Kərimov tərəfindən Salyan rayon İcra Hakimiyyətinə qarşı “Salyan rayon İcra hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 58-s saylı və xx.xx.2019-cu il tarixli, 84-s saylı sərəncamlarının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edilmiş, lakin Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-905/2024 saylı xx.xx.2024cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Müraciətin araşdırılması məqsədilə İddiaçı əməkdaşlarının, Salyan rayonu, Şorsulu Bələdiyyəsinin sədrinin, Salyan rayonu, Şorsulu kənd İƏD üzrə nümayəndəsinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin X10 mühəndisinin, ƏMDX-nin Şirvan Ərazi Şöbəsinin məsləhətçisinin və tərəflərin iştirakı ilə mübahisəli torpaq sahəsinə baxış keçirilmiş və bu barədə xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Araşdırma zamanı Salyan rayon İcra Hakimiyətinin xx.xx.2003-cü il tarixli, 58-s saylı sərəncamının, Salyan rayon İcra Hakimiyətinin xx.xx.2019-cu il tarixli, 84-s saylı sərəncamı ilə dəyişikliklər edildiyi məlum olmuşdur. Araşdırma ilə bağlı Regional idarə tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-32/2- 2258- K-438/4-2024 saylı məktubla İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət edilərək sözügedən torpaq sahəsinin Salyan rayon İcra Hakimiyətinin xx.xx.2003-cü il tarixli, 58-s saylı sərəncamı ilə X4 istifadəsinə ayrılmış 240 kv.m torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi və Anar Kərimovun mübahisələndirdiyi 0,024 ha torpaq sahəsinin mülkiyyət növünün müəyyən edilməsi barədə “Mütəxəssis rəy”inin təqdim olunması xahiş edilmişdir. xx.xx.2024-cü il tarixində idarəyə daxil olmuş 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2-3692/2024 saylı “Mütəxəssis rəy”inə əsasən müraciətdə göstərilən Salyan rayon İHB-nın xx.xx.2003cü il tarixli 58 s saylı sərəncamı və sərəncamı əsasında tərtib olunmuş sxemdə X5 ayrılmış 3 hissədən (48.0 kv.m, 72.0 kv.m və 120 kv.m) ibarət cəmi 240 kv.m olan torpaq sahəsi mövcud olduğu, Torpaq sahəsinin 120 kv.m olan hissəsi mübahisələndirilən 160 kv.m torpaq sahəsi ilə üst-üstə düşdüyü və Anar Kərimovun mübahisələndirdiyi 0.024 ha, ümumilikdə 160 kv.m torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid Bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi olduğu məlum olmuşdur. Belə ki, sözügedən torpaq sahəsinin ayrılması zamanı Salyan rayonu, İcra Hakimiyyəti tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Bundan sonra X7 tərəfindən istifadə olunan Şorsulu Bələdiyyəsinin mülkiyyətinə məxsus ümumilikdə 120 kv.m olan torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə qaytarılması və həmin torpaq sahəsi üzrə verilmiş Salyan rayon İHB-nın xx.xx.2003-cü il tarixli 58 s saylı və Salyan rayon İHB-nın xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamlarının ləğv edilməsi üçün məhkəməyə müraciət edilməsi barədə Regional ədliyyə idarəsi tərəfindən Şorsulu Bələdiyyəsinə xx.xx.2024-cü il tarixli tövsiyə məktubu göndərilmişdir. Salyan rayonu, Şorsulu bələdiyyəsi tərəfindən İddiaçınə təqdim edilmiş 15 noyabr 2024-cü il tarixli, 25 saylı iclas protokoluna inzibati nəzarət qaydasında baxılarkən təklifin müzakirəsi barədə keçirilmiş iclasda təklifin təmin edilməməsi ilə bağlı qərar qəbul edilmişdir. Qərar isə onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi ilkin olaraq dövlət mülkiyyətində olmuş, sonradan torpaqların dürüstləşməsi ilə əlaqədar olaraq bələdiyyə mülkiyyətinə keçmiş və bu səbəbdən də Salyan rayon İcra Hakimiyyətinin müvafiq sərəncamları qəbul edilərkən qanun pozuntusuna yol verilmədiyi bildirilmişdir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununa və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında” Təlimata uyğun olaraq Salyan rayon İHB-nın xx.xx.2003-cü il tarixli 58-s saylı və Salyan rayon İHB- nın xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamlarının ləğv edilməsi üçün məhkəməyə müraciət edilməsi barədə İddiaçı tərəfindən 3-16-32/2-2544- 2024 saylı, xx.xx.2024-cü il tarixli təkliflə bələdiyyəyə müraciət edilmişdir. Salyan rayonu, X15 İdarənin 3-16-32/2-2544-2024 saylı, xx.xx.2024-cü il tarixli təklifini 15 noyabr 2024-cü il tarixli, 25 saylı iclas qərarı ilə müzakirə edərək təklifi təmin etməmiş, məhkəməyə müraciət edilmədiyi üçün Salyan rayon İHB-nın xx.xx.2003-cü il tarixli 58-s saylı və Salyan rayon İHB-nın xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamları qüvvədə qalmışdır. Odur ki, Salyan rayonu, Şorsulu Bələdiyyəsinin 15 noyabr 2024-cü il tarixli, 25 saylı iclasında 01 məsələ üzrə qəbul olunmuş iclas qərarı qanunvericiliyin tələbləri pozulmaqla qəbul edildiyi üçün, sözügedən qərarın ləğv edilməsi ilə bağlı bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən müvafiq məhkəməyə ərizə ilə müraciət etmək zərurəti yaranmışdır. Salyan rayonu, Şorsulu bələdiyyəsinin 15 noyabr 2024-cü il tarixli, iclas protokolu üzrə qəbul edilmiş qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X22 iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X25 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X4 nümayəndəsi və vəkili X26 iddia tələbinə etiraz edərək, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs X25 iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Salyan rayonu Şorsulu bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü: İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi). Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İşdə olan Salyan rayon İcra Hakimiyyətinin 21 aprel 2003-cü il tarixli aktına əsasən, məktubla əlaqədar mütəxəssis komissiyası tərəfindən sorğu olunan əraziyə naturada baxış keçirildi. Komissiya tərəfindən Şorsulu kənd sakini X1 kolxoz binasının qarşısından, Bakı-Astara asfalt yolunun sol tərəfində, yoldan 30 m kənarda mağaza tikintisi altına ölçüləri 40x60 metr olmaqla 240 kv.m torpaq sahəsinin ayrılması məqsədə müvafiq hesab edildi. İşdə olan 27 dekabr 2019-cu il tarixli 24 nömrəli X24 X11 əsasən, “İcarəyə verən” icarə əsasında sahəsi 240m2 kv.m olan torpaq sahəsini 49(qırx doqquz) il istifadəyə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Salyan Rayon İcra Hakimiyyəti başçısının 58-s saylı xx.xx.2003-cü il tarixli sərəncamına əsasən, X2 binasının qarşısından, Bakı-Astara yolunun sol tərəfindən 30 metr kənarda mağaza tikintisi altına ölçüləri 40x6 metr olmaqla 240 kv.m torpaq sahəsi ayrılmışdır. İşdə olan Azərbaycan Respublikası Salyan Rayon İcra Hakimiyyəti başçısının 84-s saylı xx.xx.2019-cu il tarixli sərəncamına əsasən, “Şorsulu kənd sakini X5 Bakı-Astara avtomobil yolunun sol tərəfindən, yoldan 30 metr aralı mağaza tikintisi altına 240 kvm torpaq sahəsinin ayrılması barədə" Salyan Rayon İcra Hakimiyyəti başçısının 58-s saylı, xx.xx.2003-cü il tarixli Sərəncamında dəyişiklik edilsin və sərəncamın 2-ci bəndi aşağıdakı redaksiyada verilsin: vətəndaş D.Atamalıyevə tapşırılsın ki, ayrılan ərazidə tikinti üçün aidiyyəti təşkilatlardan texniki rəy və şərtlərin alınmasını, tikinti işləri aparılarkən mühəndis, kommunikasiya, elektrik, qaz, kabel xətlərinin mühafizə zolağının qorunmasını, ekologiya və təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsini təmin edilməsi qərara alınmışdır. Şirvan İnzibati məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-2240/2025 saylı qərardadı ilə mütəxəssis rəyinin verilməsi məqsədilə qərardad qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, Salyan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 77 saylı sərəncamına əsasən, X5 ayrılmış 240 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (X7 tərəfindən göstərilməklə üç hissədən ibarət olan) GPS aləti vastəsilə müəyyən edildi. Salyan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 77saylı sərəncamına əsasən, X5 ayrılmış 240 kv.m torpaq sahəsi hal-hazırda Torpaqların elektron kadastr uçotu məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, Şorsulu bələdiyyəsinin mülkiyyətində olmaqla, sair torpaq sahəsidir. Salyan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 77 saylı sərəncamına əsasən X5 ayrılmış, üç hissədən ibarət (6x8, 6x12, 6x20 olmaqla) 240 kv.m torpaq sahəsi ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyil. Salyan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 77 saylı sərəncamına əsasən X5 ayrılmış, üç hissədən ibarət (6x8,6x12,6x20 olmaqla) 240 kv.m torpaq sahəsinin 6x8 olan hissəsində qeyri-yaşayış tikilisi mövcuddur. Qeyri-yaşayış tikilisi ilə əlaqədar 2181 nömrəli fərmana əsasən FHN-ə (QYAF) müraciət olunub. Müraciət əsasında torpaq sahəsi və üzərindəki tikili Reyestr nömrəsi **********81- 06301 olan Çıxarışla hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Digər 6x12 və 6x20 olan hissələrdə isə torpaq sahələri elektron kadastr məlumatlarında mövcud deyildir. Salyan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 77 saylı sərəncamına əsasən X5 ayrılmış, üç hissədən ibarət (6x8,6x12,6x20 olmaqla) 240 kv.m torpaq sahəsininin 6x8 olan hissəsində qeyri-yaşayış tikilisi mövcuddur, qeyri-yaşayış tikilisi X7 tərəfindən istifadə olunur. 6x12 olan hissədə isə X5 məxsus yarımçıq tikili mövcuddur. 6x20 olan hissə isə boş torpaq sahəsidir. Salyan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 77 saylı sərəncamına əsasən X5 ayrılmış, üç hissədən ibarət (6x8. 6x12, 6x20 olmaqla) 240 kv.m torpaq sahəsindən faktiki istifadə vəziyyəti üzrə koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Salyan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 77 saylı sərəncamına əsasən X5 ayrılmış, üç hissədən ibarət (6x8, 6x12, 6x20 olmaqla) 240 kv.m torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. X5 ayrılmış torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhv mövcud deyil. Salyan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 77 saylı sərəncamına əsasən X5 ayrılmış, üç hissədən ibarət (6x8,6x12, 6x20 olmaqla) 240 kv.m torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində təyinatına və məqsədinə görə öz əksini tapmamışdır və torpaq sahəsi Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi göstərilmişdir. Barəsində sual qoyulmayan Jakinişin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair hallar mövcud deyil. Şirvan İnzibati məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1037/2022 saylı qərardadı ilə, ididaçı X21 cavabdeh Salyan rayonu Şorsulu Bələdiyyəsinə (X7 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “Ələt-Astara avtomobil yolunun 81,8-ci km-dən, yolun sol tərəfindən, yolun mühafizə zolağından kənar 160kv.m torpaq sahəsinin mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Şirvan İnzibati məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-905/2024 saylı qərardadı ilə, iddiaçı X21 cavabdeh Salyan rayon İcra Hakimiyyətinə qarşı “Salyan rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 58-s saylı və xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamların ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-387/2024 saylı qərardadı ilə, iddiaçı X21 apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-905/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Salyan rayon Şorsulu bələdiyyəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən, İddiaçı 05.11,2024-cü il tarixli 3-16-32/2-2544-2024№-li tövsiyə məktubunun bələdiyyənin ümumi iclasında müzakirə edilməsi qeyd edilmiş, İddiaçı xx.xx.2024-cü il tarixli 3-16-32/2-2544- 2024№-li məktubunda göstərilən tövsiyələr təmin edilməmiş, Salyan rayonu, Şorsulu bələdiyyəsinin mülkiyyətinə aid 120 kv.m torpaq sahəsinin ayrılması üçün verilmiş Salyan rayon İHB-nın 21.04,2003-cü il tarixli 58 s saylı və Salyan rayon İHB-nın xx.xx.2019-cu il tarixli 84 s saylı sərəncamlarının ləğv edilməsi və həmin torpaq sahəsinin X4 zəbtindən azad edilməsinə dair tələblə bağlı məhkəməyə müraciət edilməsi məqsədə müvafiq hesab edilməmişdir. Azərbaycan Respublıkasının İqtisadıyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMCnin Azərbaycan Respublikası Vəkillər Kollegiyası Salyan rayon vəkil bürosuna ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-60/2-1435/2025 saylı məktubuna əsasən, Salyan rayonu, Şorsulu kənd sakini X5 Salyan Rayon icra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 58 S saylı Sərəncamı ilə ayrılmış torpaq sahəsinin 2003-cü ildə olan mülkiyyət növü ilə bağlı məlumat verilməsi barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində baxılmışdır. Təqdim edilmiş Salyan RİH-nin tikinti və memarlıq şöbəsinin təsdiq etdiyi koordinatlarda yerləşən torpaq sahəsi Salyan rayonu, Şorsulu bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə əsasən dövlət mülkiyyətinə aiddir. İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışın surətindən görünür ki, Salyan rayonu, Şorsulu kəndi Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən 55.2 kv.m Əmlak Kompleksi tam mülkiyyət hüququ üzrə X21 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Salyan rayonu, Şorsulu bələdiyyəsinin Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Şirvan Apellyasiya Məhkəməsinin 2-1 (106)-387/2024 saylı, 23 iyul 2024- cü il tarixli sorğusuna cavab olaraq bildirilir ki, Salyan şəhər sakini X23 Ələt-Astara avtomobil yolunun 81.8-ci km-də, yolun sol tərəfində, yolun mühafizə zolağından kənar, bələdiyyə mülkiyyətinə məxsus olan ərazidən mağaza tikintisi üçün ölçüləri 5Om x 12m olmaqla 600 kv.m X24 ayrılması barədə Salyan rayonu Şorsulu bələdiyyəsinin 25 noyabr 2007-ci il tarixli, 12 nömrəli qərarı və onun qəbul olunmasına əsas olan sənədlər (rəy, aktlar, yer quruluşu xəritəsi və s.), eləcə də Salyan şəhər sakini X23 Salyan rayonu Şorsulu bələdiyyəsi tərəfindən 50m x 12m olmaqla 600 kv.m X24 ayrılması barədə 15 oktyabr 2007-ci il tarixli, 15 nömrəli müqavilə və onun bağlanmasına əsas olan sənədlər Şorsulu bələdiyyəsinin arxivində aşkar olunmamışdır. Məlumat üçün həmçinin bildirilir ki, bələdiyyənin keçmiş sədri Famil Məmmədov 2023-cü ildə vəfat etmişdir. Hazırki bələdiyyə sədri Gülçin Hüseynova isə 2023-cü ilin sentyabrından bələdiyyə sədri vəzifəsində işləyir. İddiaçı xx.xx.2024-cü il tarixli A.Kərimova ünvanlanmış məktubuna əsəsən, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə ış mərkəzinə daxil olmuş müraciətin baxılması üçün Şirvan regiona! əaiıyyə idarəsinə göndərilmiş və idarə tərəfindən araşdırma aparılmışdır. Müraciətdə, mülkiyyətdə olan torpaq sahəsinin yanında yerləşən 0,0168 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə sizə ayrılması ilə bağlı yaranmış problemlərin həlli və Salyan rayon icra Hakimiyyətinin 21,04.2003-cü il tarixli 58s saylı sərəncamının ləğv edilməsi ilə bağlı məsələlər öz əksini tapmışdır. Müraciətin araşdırılması ilə bağlı Salyan rayonu, Şorsulu bələdiyyəsinin idarəyə verdiyi məlumata əsasən mülkiyyətdə olan sahibkarlıq obyektinin yanında yerləşən 0.0168 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə xüsusi mülkiyyətinə verilməsi üçün bələdiyyəyə müraciət etdiyi, bələdiyyə tərəfindən müraciətinin nəzərə alınaraq sözügedən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyətinin tanıdılması üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 13 saylı Şirvan ərazi idarəsinə müraciət edildiyi, həmin torpaq sahəsinin yerləşmə mövqeyinin təyin olunması və yerquruluşu planının hazırlanması üçün GPS aləti vasitəsilə torpaq sahəsinin dönmə nöqtələrinin koordinatları təyin olunduğu, müayinə aktının tərtib edildiyi, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması müəyyən edildiyi, lakin həmin torpaq sahəsinin Salyan rayon İcra Hakimiyətinin 21,04.2003-cü il tarixli, 58-s saylı sərəncamı ilə X4 istifadəsinə ayrıldığı, bu səbəbdən də müraciətinin bələdiyyə tərəfindən təmin edilmədiyi məlum olmuşdur. Şorsulu bələdiyyəsinə qarşı “Torpaq sahəsinin mülkiyyətə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə" iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etdiyi, Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(120)- 1037/2022 saylı qərardadı ilə iddianın mümkün sayılmamasının qərara alındığı, həmin qərardan verdiyi apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023- cü il tarixli, 2-1(106)-144/2023 saylı qərardadı ilə apelyasiya şikayəti üzrə icraata xitam verildiyi, Salyan rayon İcra hakimiyyətinə qarşı “Salyan rayon İcra hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 58-s saylı və xx.xx.2019-cu il tarixli, 84-s saylı sərəncamlar ləğv olunması Öhdəliyinin cavabdehin üzərinə qoyulması’ barədə idida ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etdiyi, lakin Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-905/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianızın mümkün sayılmadığı məlum olmuşdur. Şirvan İnzibatı Məhkəməsinin 2-1 (120)-905/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından şikayət vermək hüququ vardır. Bundan əlavə sözügedən torpaq sahəsinin mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Salyan rayonu, Şorsulu kəndi ərazisində yerləşən 0,024 torpaq sahəsinə dair AZCAD sistemindəki uyğunsuzluqlarla əlaqədar olaraq, 13 saylı Şirvan ərazi idarəsinin mühəndisi X13, Şirvan ərazi şöbəsi məsləhətçisi X8, Şorsulu bələdiyyəsinin sədri X9, Salyan rayon icra Hakimiyyətinin nümayəndəsi Məmmədov Aqilin və torpağın istifadəçisi X4 iştirakları sözügedən torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsində GPS aləti ilə ölçü işləri aparılmış, həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə məxsus ümumi istifadədə olan “Yollar və küçələr” uqodiyalı torpaq sahəsi olduğu, lakin həmin sahədə heç bir yol küçənin olmadığı, həmin sahədən Salyan rayon İcra Hakimiyətinin xx.xx.2003-cü tarixli,58-s saylı sərəncamı ilə dövlət fondu torpağından X4 icarəsinə sahibkarlıq məqsədilə torpaq sahəsi ayrılmasına baxmayaraq, Şorsulu inzibati ərazisində elektron uçot işləri aparılarkən məlum sərəncamın nəzərə alınmadı və sözügedən 0,024 ha torpaq sahəsinin kordinatlarına uyğun elektron uçot məlumatlarında müvafiq düzəlişlərin aparılmsı ilə bağlı tədbirlərin görülməsi məqsədəmüvafiq hesab olunmuşdur. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublika Qanunun 8.1.3-cü maddəsinin tələblərinə görə müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda müraciət baxılmamış saxlayır. İşdə olan Salyan rayonu, Şorsulu bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məhkəməyə ünvanlanmış məktubuna əsasən, Salvan rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 84-S saylı Sərəncamı ilə hüquqi qüvvəsini itirmiş xx.xx.2003-cü il tarixli, 58-s saylı Sərəncamına dəşiklik edərək sərəncamın İİ bəndində Salyan rayonu, Şorsulu kəndində X3 ayrılan torpaq sahəsi Salyan rayon İcra Hakimiyyətinin 122-s saylı, xx.xx.2009-cu il tarixli Sərəncamı ilə tikintisinə icazə verilmiş X23 məxsus ticarət obyektinə gediş-gəlişə hər hansı formada maneə törətmir. İşdə olan Salyan rayonu, Şorsulu bələdiyyəsinin xx.xx.2024-cü il tarixli X23 ünvanlanmış məktubuna əsasən, qeyd etdiyi torpaq sahəsinin Salyan rayon Şorsulu Bələdiyyəsinin mülkiyyətində olması barədə hər hansı sənəd mövcud deyil. Bu səbəbdən də Salyan rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamının ləğv edilməsi üçün Salyan rayon Şorsulu Bələdiyyəsi tərəfindən tədbir görülməsi mümkün deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, Şorsulu bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların yerquruluşu planına əsasən Salyan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 77 saylı sərəncamı ilə, X5 ayrılmış üç hissədən ibarət 240 kv.m torpaq sahəsi 2003-cü ildə Şorsulu bələdiyyəsinin mülkiyyətində olmaqla, Yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ictimai tikili ərazisi kimi göstərilmişdir. İşdə olan X21 ərizəsindən görünür ki, Salyan rayonu Şorsulu Bələdiyyəsinin 25 noyabr 2007-ci il tarixli qərarı ilə mənə Ələt-Astara avtomobil yolunun 81,8-ci km-dən, yolun sol tərəfindən, yolun mühafizəsiz zolağından kənar 600 kv.m torpaq sahəsi icarəyə verilmişdir. Qeyd olunan torpaq sahəsində mağaza tikintisinə dair Salyan rayon İcra Hakimiyyəti başçısının 122-s saylı 25 may 2009-cu il tarixli sərəncamla icazə verilmiş və tərəfimdən ticarət obyekti inşa edilmişdir. İnşa edilmiş ticarət obyektinin istismara qəbul edilməsi haqqında xx.xx.2012-ci il tarixli akt tərtib edilmiş və hazırda ticarət obyekti fəaliyyət göstərir. Bildirirəm ki, ticarət obyektimin sol tərəfində bələdiyyə mülkiyyətində olan (hazırda mübahisə predmeti olan) 160 kv.m torpaq sahəsi vardır və həmin torpaq sahəsindən faktiki olaraq istifadə edirəm, torpaq sahəsinin qorunmasını, qulluq göstərilməsini təmin edir. O, qeyd olunan torpaq sahəsinin mülkiyyətinə verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə ərizə ilə Şorsulu Bələdiyyəsinə müraciət etmişdir. Lakin dəfələrlə müraciətimə cavab verilməsini təkid etsəmdə, bələdiyyənin rəhbərliyinin qəbulunda olsamda müraciətinə heç bir cavab verilməmişdir. Sonradan qeyd olunan torpaq sahəsinin Salyan rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 58/Ş nömrəli sərəncamı ilə X5 verilməsi barədə ona məlumat verilmişdir. Bundan sonra Şorsulu Bələdiyyəsinə qarşı “Torpaq sahəsinin mülkiyyətə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1 (120)-1037/2022 saylı qərardadı ilə iddiası mümkün sayılmamışdır. Qeyd olunan məhkəmə qərardadından verdiyi apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.20230cü il tarixli 2-1(106)- 144/2023 saylı qərardadı ilə xitam verilmişdir. Sonradan Salyan rayon İcra Hakimiyyətinə qarşı “Salyan rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 58-ş saylı və xx.xx.2019-cu il tarixli 84- s saylı sərəncamlarının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsi Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-905/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Sonradan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciəti əsasında İddiaçı tərəfindən araşdırma aparılmış mübahisələndirdiyi sərəncamlar üzrə ayrılmış torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən “Yaşayış məntəqələri torpaqları” kateqoriyasına aid Bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi olması müəyyən edilmiş və X17 rayon İHB-nin xx.xx.2003-cü il tarixli 58-s saylı və xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamlarının ləğv edilməsi üçün iddia qaldırılması barədə tövsiyyə verilmiş, verilmiş tövsiyyə icra olunmadığı üçün öhdəliyin qoyulması barədə iddia qaldırılmışdır. Salyan rayon İHB-nin xx.xx.2003-cü il tarixli 58-s saylı və xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamları birbaşa onun maraqlarına toxunur. Çünki həmin torpaq sahəsi ilə qonşu torpaq sahəsində ona məxsus çörəkbişirmə (təndirxana) sahəsi yerləşir. Təndirxananın qapısı həmin torpaq sahəsinə açılır, təndirxanaya un, odun daşınmaları bütün zəruri olan digər vasitələr həmin qapıdan daşınır. Həmin torpaq sahəsi digər şəxsə verildiyi halda onun təndirxanadan istifadə hüququ məhdulaşacaqdır. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Salyan Rayon İcra Hakimiyyəti başçısının 58-s saylı xx.xx.2003-cü il tarixli sərəncamı ilə X2 binasının qarşısından, Bakı-Astara yolunun sol tərəfindən 30 metr kənarda mağaza tikintisi altına ölçüləri 40x6 metr olmaqla 240 kv.m torpaq sahəsi ayrılmışdır və xx.xx.2003-cü il tarixli akt əsasında mütəxəssis komissiyası tərəfindən sorğu olunan əraziyə naturada baxış keçirilərək, Komissiya tərəfindən Şorsulu kənd sakini X1 kolxoz binasının qarşısından, Bakı-Astara asfalt yolunun sol tərəfində, yoldan 30 m kənarda mağaza tikintisi altına ölçüləri 40x60 metr olmaqla 240 kv.m torpaq sahəsinin ayrılması məqsədə müvafiq hesab edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Salyan Rayon İcra Hakimiyyəti başçısının 84-s saylı xx.xx.2019-cu il tarixli sərəncamına əsasən, “Şorsulu kənd sakini X5 Bakı-Astara avtomobil yolunun sol tərəfindən, yoldan 30 metr aralı mağaza tikintisi altına 240 kvm torpaq sahəsinin ayrılması barədə" Salyan Rayon İcra Hakimiyyəti başçısının 58-s saylı, xx.xx.2003-cü il tarixli Sərəncamında dəyişiklik edilsin və sərəncamın 2-ci bəndi aşağıdakı redaksiyada verilsin: vətəndaş D.Atamalıyevə tapşırılsın ki, ayrılan ərazidə tikinti üçün aidiyyəti təşkilatlardan texniki rəy və şərtlərin alınmasını, tikinti işləri aparılarkən mühəndis, kommunikasiya, elektrik, qaz, kabel xətlərinin mühafizə zolağının qorunmasını, ekologiya və təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsini təmin edilməsi qərara alınmışdır. 27 dekabr 2019-cu il tarixli 24 nömrəli X24 X11 əsasən, “İcarəyə verən” icarə əsasında sahəsi 240m2 kv.m olan torpaq sahəsini 49(qırx doqquz) il istifadəyə verilmişdir. Bundan sonra X25 tərəfindən verilmiş müraciətin araşdırılması məqsədilə İddiaçı əməkdaşlarının, Salyan rayonu, Şorsulu Bələdiyyəsinin sədrinin, Salyan rayonu, Şorsulu kənd İƏD üzrə nümayəndəsinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin X10 mühəndisinin, ƏMDX-nin Şirvan Ərazi Şöbəsinin məsləhətçisinin və tərəflərin iştirakı ilə mübahisəli torpaq sahəsinə baxış keçirilmiş və bu barədə xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir, xx.xx.2024-cü il tarixində idarəyə daxil olmuş 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2- 3692/2024 saylı “Mütəxəssis rəy”inə əsasən müraciətdə göstərilən Salyan rayon İHB-nın xx.xx.2003-cü il tarixli 58 s saylı sərəncamı və sərəncamı əsasında tərtib olunmuş sxemdə X5 ayrılmış 3 hissədən (48.0 kv.m, 72.0 kv.m və 120 kv.m) ibarət cəmi 240 kv.m olan torpaq sahəsi mövcud olduğu, Torpaq sahəsinin 120 kv.m olan hissəsi mübahisələndirilən 160 kv.m torpaq sahəsi ilə üst-üstə düşdüyü və Anar Kərimovun mübahisələndirdiyi 0.024 ha, ümumilikdə 160 kv.m torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid Bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi olduğu məlum olmuşdur. Bundan sonra X7 tərəfindən istifadə olunan Şorsulu Bələdiyyəsinin mülkiyyətinə məxsus ümumilikdə 120 kv.m olan torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə qaytarılması və həmin torpaq sahəsi üzrə verilmiş Salyan rayon İHB-nın xx.xx.2003-cü il tarixli 58 s saylı və Salyan rayon İHB-nın xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamlarının ləğv edilməsi üçün məhkəməyə müraciət edilməsi barədə Regional ədliyyə idarəsi tərəfindən Şorsulu Bələdiyyəsinə xx.xx.2024-cü il tarixli tövsiyə məktubu göndərilmişdir. Salyan rayonu, Şorsulu bələdiyyəsi tərəfindən İddiaçınə təqdim edilmiş 15 noyabr 2024-cü il tarixli, 25 saylı iclas protokoluna inzibati nəzarət qaydasında baxılarkən təklifin müzakirəsi barədə keçirilmiş iclasda təklifin təmin edilməməsi ilə bağlı qərar qəbul edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, Salyan rayon Şorsulu bələdiyyəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları, yuxarıda sadalanan icraat materialları araşdırılaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlər üzrə Şirvan İnzibati Məhkəməsinin icraatında X7 cəX25 arasında məhkəmə proseslərinin olduğu müəyyən edilmiş və müvafiq yekun məhkəmə aktıları qəbul edilmişdir. Belə ki, Şirvan İnzibati məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1037/2022 saylı qərardadı ilə, ididaçı X21 cavabdeh Salyan rayonu Şorsulu Bələdiyyəsinə (X7 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “Ələt-Astara avtomobil yolunun 81,8-ci km-dən, yolun sol tərəfindən, yolun mühafizə zolağından kənar 160kv.m torpaq sahəsinin mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Bundan başqa Şirvan İnzibati məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-905/2024 saylı qərardadı ilə, iddiaçı X21 cavabdeh Salyan rayon İcra Hakimiyyətinə qarşı “Salyan rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 58-s saylı və xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamların ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-387/2024 saylı qərardadı ilə, iddiaçı X21 apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-905/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı cavabdeh orqana xx.xx.2024-cü il tarixdə müraciət edərək, Salyan rayonu, Şorsulu kənd sakini X21 müraciəti əsasında aparılmış araşdırma ilə bağlı Salyan rayonu, Şorsulu Bələdiyyəsinin mülkiyyətinə aid 120 kv.m torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməsi ilə bağlı faktlar araşdırılarkən qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilmişdir. Belə ki, 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2-3692/2024 saylı xx.xx.2024-cü il tarixində idarəyə daxil olmuş “Mütəxəssis rəyi”nə əsasən müraciətdə göstərilən Salyan rayon İHB-nın 21,04.2003-cü il tarixli 58 s saylı sərəncamı və sərəncamı əsasında tərtib olunmuş sxemdə X5 ayrılmış 3 hissədən (48.0 kv.m, 72.0 kv.m və 120 kv.m) ibarət cəmi 240 kv.m olan torpaq sahəsi mövcud olduğu, Torpaq sahəsinin 120 kv.m olan hissəsi mübahisələndirilən 160 kv.m torpaq sahəsi ilə üst-üstə düşdüyü və Anar Kərimovun mübahisələndirdiyi 0.024 ha, ümumilikdə 160 kv.m torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid Bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi olduğu məlum olmuşdur. Şorsulu Bələdiyyəsinin mülkiyyətinə məxsus ümumilikdə 120 kv.m olan torpaq sahəsinin Salyan rayon İHB-nın 21,04.2003-cü il tarixli 58 s saylı sərəncamı və sonradan Salyan rayon İHB-nın xx.xx.2019-cu il tarixli 84 s saylı sərəncamına dəyişiklik edilərək X4 istifadəsinə ayrıldığı məlum olmuşdur. Belə ki, bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsi qanunsuz olaraq zəbt edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 144-cü maddəsinin 6-cı hissəsinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək bələdiyyələrin iclaslarının səlahiyyətlərinə aiddir. Yuxarıda göstərilənlərə əsasən regional ədliyyə idarələri haqqında Əsasnamənin 8- ci bəndini rəhbər tutaraq, Salyan rayonu, Şorsulu bələdiyyəsinin mülkiyyətinə aid 120 kv.m torpaq ayrılması üçün verilmiş, Salyan Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 58 s saylı , Salyan Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 84 s saylı sərəncamlarının ləğv edilməsi və həmin torpaq sahəsinin X4 zəbtindən azad edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi, X7 tərəfindən qanunsuz olaraq zəbt edilmiş Şorsulu Bələdiyyəsinin mülkiyyətinə məxsus 120 kv.m torpaq sahəsinin boşaldılması və bələdiyyənin mülkiyyətinə qaytarılması ilə bağlı tədbirlər görülməsi, təklifin 5 iş günü müddətində bələdiyyə iclasında müzakirə olunsun və mi nəticəsi barədə qəbul edilmiş qərarın surəti İddiaçınə göndərilməsi tövsiyyə edilmişdir. Cavabdehin mübahisələndirilən qərarından sonra iddiaçı məhkəməyə müraciət edərək müvafiq inzibati aktın ləğvini tələb edir. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, iddiaçı orqan tərəfindən cavabdehə tövsiyyə edilmiş Salyan Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 58 s saylı, Salyan Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 84 s saylı sərəncamları artıq məhkəmə qaydasında üçüncü şəxs A.Kərimov tərəfindən mübahisələndirilmiş və iddia mümkün sayılmamışdır. Bundan başqa məhkəmə qanunçuluq və etimad prinsipinə əsaslanaraq onu da qeyd edir ki, Salyan Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 58 s saylı, Salyan Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 84 s saylı sərəncamları, Salyan rayon İcra Hakimiyyətinin 21 aprel 2003-cü il tarixli aktı, 27 dekabr 2019-cu il tarixli 24 nömrəli X24 X18 qüvvədədir, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədlərin qanuniliyini şübhə altına almaq düzgün deyildir. Salyan Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 58 s saylı, Salyan Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 84 s saylı sərəncamları ləğv edilməmişdir, T.Atamalıyev tərəfindən bu günədək mübahisəli torpaq sahəsindən istifadə edilir. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində Şorsulu bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların yerquruluşu planına əsasən Salyan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 77 saylı sərəncamı ilə, X5 ayrılmış üç hissədən ibarət 240 kv.m torpaq sahəsi 2003-cü ildə Şorsulu bələdiyyəsinin mülkiyyətində olmaqla, Yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ictimai tikili ərazisi kimi göstərsə də, Azərbaycan Respublıkasının İqtisadıyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin Azərbaycan Respublikası Vəkillər Kollegiyası Salyan rayon vəkil bürosuna ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-60/2-1435/2025 saylı məktubunda göstərmişdir ki, Salyan rayonu, Şorsulu kənd sakini X5 Salyan Rayon icra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 58 S saylı Sərəncamı ilə ayrılmış torpaq sahəsinin 2003-cü ildə olan mülkiyyət növü ilə bağlı məlumat verilməsi barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində baxılmışdır. Təqdim edilmiş Salyan RİH-nin tikinti və memarlıq şöbəsinin təsdiq etdiyi koordinatlarda yerləşən torpaq sahəsi Salyan rayonu, Şorsulu bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə əsasən dövlət mülkiyyətinə aiddir. Göründüyü kimi, məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi və məktub arasında ziddiyyət vardır, bu ziddiyyətli halın yaranması səbəbi də məhkəməyə təqdim edilməmişdir, buna görə məhkəmmə Azərbaycan Respublıkasının İqtisadıyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin Azərbaycan Respublikası Vəkillər Kollegiyası Salyan rayon vəkil bürosuna ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-60/2-1435/2025 saylı məktubununu mötəbər sübut olaraq qəbul edir. Məhkəmə onu da qeyd edir ki, X21 iddiaçıya müraciəti ilə bağlı sözügedən torpaq sahəsinin masına əsas olmuş sənədlərinin və məlumatların üçüncü şəxs D.Atamalıyev barəsində cavabdeh orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğvinə əsas ola bilməz. Belə ki, Salyan Rayon İcra Hakimiyyəti ilə X7 arasında bağlanmış müqavilə və inzibati aktlardan görünür ki, üçüncü şəxs D.Atamalıyevə 240 kvm torpaq sahəsini icarə hüququ əsasında almaq üçün razılığa gəlmişlər, iddiaçı tərəfindən torpaq sahəsindən istifadə etməsi müqabilində hər il 5 manat pul məbləği Salyan Rayon İcra Hakimiyyətinin hesabına ödəniş edilmişdir, Salyan Rayon İcra Hakimiyyəti tərəfindən pul məbləği geri qaytarılmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun: 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 51.2-сi maddəsinə görə bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3.İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1.İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2.Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3.Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4.Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5.Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6.Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1.rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2.səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3.inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7.Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8.Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9.Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10.Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11.Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12.Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13.Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Republikası Torpaq Məcəlləsinin 49-cu maddəsi:

1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

3. Keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir.

4. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. “Torpaq icarəsi haqqında” Qanunun 31-ci maddəsinə əsasən, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtında əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -421.1-ci maddəsinə müvafiq olaraq müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa tərəflərin razılaşması ilə mümkündür. -421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 706. Torpaq icarəsi müqaviləsinin məzmunu 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 706.3. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. 706.4. Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. Maddə 707. İcarəyə götürülmüş torpağın təsviri 707.1. İcarə müqaviləsi üzrə hüquq münasibətlərinə girməzdən əvvəl icarəyə verən və icarəçi icarəyə verilən torpağın təsvirini birlikdə tərtib etməlidirlər. Təsvirdə torpağın həcmi, habelə verildiyi an olduğu vəziyyət göstərilir. Təsvir hüquq münasibətlərinə xitam verildikdə də tərtib edilir. Təsvirə onun tərtib olunduğu günün tarixi qoyulmalı və müqavilənin hər iki iştirakçısı imza atmalıdır. 707.2. Müqavilə iştirakçılarından biri təsvirin tərtibində iştirakdan imtina etdikdə və ya tərtib zamanı mühüm ixtilaflar yarandıqda müqavilənin istənilən iştirakçısı tələb edə bilər ki, təsvir ekspert tərəfindən tərtib edilsin, amma torpağın icarəyə verildiyi vaxtdan doqquz aydan çox və ya icarə hüquq münasibətlərinə xitam verildiyi vaxtdan üç aydan çox keçdiyi hallar istisna təşkil edir. Belə hallarda tərəflərdən birinin iddiası üzrə ekspert məhkəmənin qərarı ilə məcburi qaydada təyin edilə bilər. Bununla əlaqədar əmələ gələn xərcləri müqavilənin hər iki iştirakçısı yarıbayarı çəkir. Maddə 708. İcarəyə götürülmüş torpağın vəziyyəti və təsərrüfat təyinatına uyğun istifadəsi üçün məsuliyyət 708.1. İcarəyə verən icarəlik torpağı icarəçiyə müqavilə üzrə istifadəyə yararlı vəziyyətdə verməli və bütün icarə müddətində onu həmin vəziyyətdə saxlamalıdır, bir şərtlə ki, bu Məcəllənin 708.2-ci maddəsinə əsasən bu vəzifə icarəçinin öhdəsinə qoyulmasın. 708.2. İcarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. O, icarəyə götürdüyü torpaqda olan əşyaların, o cümlədən yaşayış və təsərrüfat binalarının, yolların, arxların, drenaj sistemlərinin və hasarların adi təmirini öz hesabına aparmalıdır. 708.3. İcarəyə verilən torpağın qüsurları və üçüncü şəxslərin torpağa iddialarının və hüquqlarının olması üçün icarəyə verənin məsuliyyətinə, habelə icarəçinin həmin qüsurlar nəticəsində əmələ gələn hüquq və vəzifələrinə bu Məcəllənin 676 və 677-ci maddələrinin göstərişləri müvafiq surətdə tətbiq edilir. Maddə 710. Torpaq icarəsi haqqı 710.1. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. 710.2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. 710.3. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. Maddə 711. İcarəyə götürülmüş torpağın qorunması və ya yaxşılaşdırılması tədbirləri 711.1. İcarəçi icarəyə götürdüyü torpaqda onun qorunması üçün zəruri tədbirlərin görülməsinə yol verməlidir. 711.2. İcarəçi icarəyə götürdüyü torpağın yaxşılaşdırılması üçün tədbirlər görülməsinə yol verməlidir, bu şərtlə ki, həmin tədbirlər onun üçün hətta icarəyə verənin əsaslı mənafeləri ilə haqq qazandırıla bilməyən mənfi nəticələr törətməsin. İcarəyə verən bu tədbirlərin görülməsi üçün məsrəflərin və əldən çıxmış gəlirlərin əvəzini icarəçiyə həmin şəraitdə ağlabatan olan həcmdə ödəməyə borcludur. İcarəçinin xahişi ilə icarəyə verən ona avans verməlidir. Əgər belə tədbirlər nəticəsində icarəçi daha yüksək gəlir əldə edirsə və ya təsərrüfat lazımınca aparıldıqda əldə edə bilərsə, icarəyə verən tələb edə bilər ki, icarəçi icarə haqqının ağlabatan artımına razılıq versin, amma müəssisənin vəziyyətinə görə icarəçinin bu cür artıma yol verə bilmədiyi hallar istisna təşkil edir. Maddə 712. İcarəyə götürülmüş torpaqdan üçüncü şəxslərin istifadə etməsi 712.1. İcarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki: 712.1.1. torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin; 712.1.2. birgə istifadə üçün torpağı tamamilə və ya qismən hər hansı kənd təsərrüfatı birliyinə versin. Maddə 713. İcarəyə götürülmüş torpaqdan müqavilə şərtlərinə uyğun gəlməyən istifadə Əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iddianın predmetini təşkil edən inzibati akt – Hacıqabul rayonu İkinci Udulu bələdiyyəsinin xx.xx.2021-ci il tarixli protokolunun 25 saylı qərarının (iclas protokolundan çıxarış) cavabdeh tərəfindən qeyd olunan “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq qəbul edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinə əsasən, Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, sübutetmə yükü qanunveriсiliklə üzərinə qoyulan tərəf kimi сavabdeh tərəfindən mübahisəli inzibati aktın qəbuluna əsas olmuş faktiki şərtlərin mövсudluğu iş üzrə sübuta yetirilir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1 -ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü maddəsinə əsasən, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki vəya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Sadalanan maddi hüquq normalarının tələbinə görə fiziki və ya hüquqi şəxslərin etimadı iki halda qorunur ki, bunlardan birincisi, inzibati orqanların inzibati praktikası, ikincisi isə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədləri və bəyanatlarıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.

2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir.

3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.

4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.

6. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər.

7. İcarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir.

8. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Maddə 73.

1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: ... torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə. ... M a d d ə 7 5 . Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi qaydaları

1. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir.

2. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir.

3. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir. M a d d ə 8 2 . Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin vəzifələri Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri aşağıdakıları yerinə yetirməyə borcludurlar: torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək; torpaqlarda bu Məcəllədə nəzərdə tutulmuş kompleks mühafizə tədbirlərini həyata keçirmək; torpaq sahəsində tikinti və abadlaşdırma işlərini qüvvədə olan planlaşdırmamemarlıq, tikinti, sanitariya-gigiyena, yanğından mühafizə və müəyyən edilmiş digər tələblərə (normalara, qaydalara, normativlərə) uyğun olaraq həyata keçirmək; torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə, torpaq üzərində qoyulmuş servitutlara əməl etmək; torpaq vergisini və ya icarə haqqını vaxtında ödəmək; başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq; torpaq sahəsində olan mərzləri, təbiət abidələrini, geoloji təzahürləri, geodeziyaistinad məntəqələrini və yerüstü nişanlarını, meteoroloji şəbəkələri və ölçü vasitələrini, habelə meliorasiya və irriqasiya sistemlərini qoruyub saxlamaq; torpağın istifadəsi vəziyyətinə dair müəyyən edilmiş məlumatları müvafiq orqanlara vaxtında vermək; qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. M a d d ə 8 3 . Torpaq sahəsi üzərində hüquqların həyata keçirilməsi

1. Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər.

2. Torpaq sahəsi üzərində hüquqların həyata keçirilməsindən imtina edilməsinə o şərtlə yol verilə bilər ki, belə imtina başqa şəxslərin hüquq və mənafelərinə toxunmasın və ətraf təbii mühitə zərər vurmasın.

3. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində öz hüquqlarından imtina etmələri onları bu Məcəllənin 88-ci maddəsi və bağladıqları müqavilə ilə müəyyən edilmiş vəzifələrindən azad etmir.

4. İmtina səbəbindən torpaq sahəsi üzərində hüquqlara xitam verilməsi bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir və dövlət qeydiyyatında (reyestrində) əks etdirilir. M a d d ə 8 4 . Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

4. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır.

6. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Məhkəmə Salyan rayon Şorsulu bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 25 saylı iclas protokolu üzrə qərarı qanuni və əlverişli inzibati akt olması qənaətinə gəlir. Məhkəmə tərəfindən qeyd edilir ki, Salyan rayon Şorsulu bələdiyyəsinin xx.xx.2024cü il tarixli, 25 saylı iclas protokolu üzrə qərarını qəbul edərkən yuxarıda sadalanan normaların tələblərinə əməl edilmiş, qəbul etdiyi qərarda mübahisəli torpaq sahəsinin hüquqi vəziyyətini araşdırmış, işin faktiki və hüquqi halları və bu halları təsdiq edən sübutları göstərmişdir. "İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı "İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. "İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan tələblərinə görə, inzibati orqanlar qanuna riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Obyektiv araşdırma prinsipini təsbit edən normaya əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı "İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də "İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. "İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. "İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi "İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə "səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «X6rşı» iş üzrə xx.xx.2005-сi il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə 1 saylı Protokolun 1-сi maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik сəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Salyan rayonu Şorsulu bələdiyyəsinə qarşı “Salyan rayon Şorsulu bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 25 saylı iclas protokolu üzrə qərarının ləğv edilməsi barədə” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Salyan rayonu Şorsulu bələdiyyəsinə qarşı “Salyan rayon Şorsulu Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 25 saylı iclas protokolu üzrə qərarının ləğv edilməsi barədə” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyivə ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar