Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2242/2025 15.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-17-5/3-2-115/2023 nömrəli əmri ilə təyin edilmiş təhqiqat komissiyasının mart 2023-cü il tarixli Aktının ləğv olunması” tələbinə dair iddianın mümkünlük məsələsinə 15 yanvar 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-17-5/3-2-115/2023 nömrəli əmri ilə təyin edilmiş təhqiqat komissiyasının mart 2023-cü il tarixli aktının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş vərən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-17-5/3-2-115/2023 nömrəli əmri ilə təşkil edilmiş təhqiqat komissiyasi xx.xx.2023-cü il tarixdə Akt tərtib etmişdir. Bu Akta etiraz edir, təhqiqat komissiyasının araşdırmasını istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınma Qaydalarına (bundan sonra Qaydalar), həmçinin istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması proseduruna zidd olduğunu bildirir və bunu aşağıdakılarla sübuta yetirir. Belə ki, həyat yoldaşı, xx.xx.1992-ci il təvəllüdlü X2 xx.xx.2021-ci il tarixdan “A+CO” ASC-də satış təmsilçisi vəzifəsində işləmiş, 28 aprel 2022-cü il tarixdı avtoqəza nəticəsinda halak olmuşdur. Həyat yoldaşı İ.Zeynallının “A+CO” ASC-də vəzifəsi hər gün Beyləqan rayonunda Cəmiyyətin məhsulların satışını təmsil etmək, terminal vasitəsi ilə sifarişləri qəbul etmək, götürülmüş sifarişləri icra etmək və proqramla Ödəniş əməliyyatlarını həyata keçirmək işləri ilə məşğul olmaqdan ibarət olmuşdur. Yəni, həyat yoldaşı hər gün evdən çıxıb işə gedərkən Beyləqan rayon ərazisinda Cəmiyyətin məhsullarını satmaq məqsədi ilə rayonun müxtəlif yerlərinə gedir, alıcılarla görüşürdü. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-568/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü X3 təqsiri ucbatından avtoqəzanın baş verməsi sübuta yetmiş və M.Həsənov müəyyən müddətdə azadlıqdan məhrum edilmişdir. Aparılmış ibtidai və məhkəmə istintaqı ilə həyat yoldaşı İ.Zeynallı öz istiqamətində hərəkət edərkən (avtomobillə) M.Həsənovun idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla bədbəxt hadisəni törətməsi və İ.Zeynallının sürücülük hüququnun olması tam olaraq sübuta yetirilmişdir. Qaydalara əsasən bədbəxt hadisəni 11 (on bir) ay gizlətmiş və aktı imzalamaqdan üç gün imtina etmişdir. Halbuki, bu əməllər işəgötürənin üç min manatdan beş min manatadək və beş yüz manatdan iki min manatadək cərimələnməsinə səbəb olur və ya işə götürən, yəni “A+CO” ASC-nin rəhbərliyi vaxtında məlumat verib, DƏMX-İ Qaydalara riayət etməyibdir. Bundan əlavə aktda izahatı alınan cəmiyyətin əməkdaşı, həyat yoldaşı İ.Zeynallının satış müdiri sonuncunun hadisə vaxtı işdə olduğunu təsdiqləyir. Bundan əlavə həyat yoldaşının həmin günü terminal vasitəsi ilə 20 (iyirmi) manat məbləğində ödəniş etməsi həyat yoldaşının hadisə vaxtı işdə olmasını təsdiq edir. Ancaq komissiya Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünü əsas götürərək, daha dəqiq hadisə vaxtı həyatını itirmiş digər şəxsin həyat yoldaşının verdiyi ifadəsini əsas tutaraq İ.Zeynallının hadisə vaxtı şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olduğu qənaətində gəlmişdir. Halbuki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi digər zərərçəkmiş (ölmüş) şəxsin hüquqi varisi X1 ifadəsinə hüquqi qiymət verməmişdir. Çünki bu məsələ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid deyil. Bundan əlavə bu şəxs hadisənin şahidi deyil. Cəmiyyətin əməkdaşı həyat yoldaşının satş müdiri T.Məmmədovun izahatına əsaslanaraq, həmçinin cəmiyyətin təqdim etdiyi xx.xx.2023-cü il tarixli, XS-06 nömrəli arayışa uyğun olaraq həyat yoldaşının Beyləqan rayon ərazisində oturaq deyil, piyada və ya avtomobillə rayonun müxtəlif yerlərinə gedərək müştərilərlə görüşməsi, cəmiyyətin məhsullarının satışını yerinə yetirməsi və müştərilərən pul alaraq terminal vasitəsi ilə cəmiyyətin hesabına keçirməsindən cəmiyyətin məlumatı var və cəmiyyət həyat yoldaşına rayon ərazisində gəzərək məhsulların satışının həyata keçirməsi tapşırığı verməsini bildirir. Bu təkzib edilməz faktdır. Həyat yoldaşı piyada rayon ərazisində müştəri yanına gedərkən və ya yol nəqliyyatı-yəni avtobusla, taksi ilə gedərkən və ya öz şəxsi avtomobili ilə gedərkən bədbaxt hadisə ilə qarşılaşması mübahisələndirilə bilməz. Burada mübahisələndirilən məsələ həyat yoldaşının hadisə olan ərazidə idarə etdiyi avtomobil hərəkət etdiyi istiqamətdə olmuş adamın dilindən verilən şahid ifadəsinə əsasən həyat yoldaşı həmin istiqamətdə xəstəxanaya gedirmiş. Komissiya bu istiqamətdə xəstəxananın olub-olmamasını araşdırmayıb. Halbuki, qaydalara əsasən komissiya “müəssisənin mənafeyi naminə fəaliyyət göstərərkən” işçinin səhhətinin pozulması faktını təhqiq etməlidir. Axı cəmiyyətdə satış nöqtələrinin siyahısı olmalıdır. Bundan əlavə qaydalara əsasən komissiya zərurət olduqda ekspertə müraciət etməyə borcludur. Axı cəmiyyətin əməkdaşı həyat yoldaşının işdə olduğunu, heç bir hüquqi qiyməti olmayan və ümumiyyətlə hadisə ilə bağlılığı olmayan, araşdırmaya aidiyyəti olmayan bir şəxs həyat yoldaşının şəxsi məqsədləri üçün bu istiqamətdə getdiyini bildirir. Eyni statusa uyğun gəlməyən cəmi iki şahid bir-birinə zidd ifadə edir. Qanunvericiliyə əsasən cəmiyyətin əməkdaşının ifadəsinə əsas hesab etdikdə komissiya həyat yoldaşının mobil telefonunu ekspertizaya təqdim edə bilərdi və ya aidiyyəti üzrə mobil operatora sorğu verə bilərdi, sonuncu zəngləri araşdıra bilərdi, bu zənglər arasında müştərinin olub-olmaması müəyyənləşdirilə bilərdi, bu müştəri varsa ifadəsi izahatı alına bilərdi ailə üzvlərinin izahatı alına bilərdi. Həmin istiqamətdə xəstəxananın olub-olmamasını müəyyənləşdirə bilərdi. Ancaq komissiya şəffaflığı təmin etməyib, Prezidentimizin şəffaflıqla bağlı göstərişlərinə əməl etməyib, Prezidentimizin şəffaflıqla bağlı yanaşmasına önəm verməyib qanunun tələblərin qaydanın müddəalarına əməl etməyibdir. Marağı naminə araşdırma aparıbdır. Məlum məsələrdir ki, həyat yoldaşının əmək fəaliyyəti zamanı öldüyünə komissiya qənaət gətirsəydi cəmiyyət və sığorta ailə üzvlərinə ödəniş etməli idi. Belə bir qənaətə gəlir ki, komissiya və ödənişin müəyyən hissəsini şəxsi məraqları üçün cəmiyyətdən alaraq qanunun tələblərini pozub cəmiyyətin xeyrinə akt tərtib etmişdir. İzahatı alınan cəmiyyətin əməkdaşı T.Məmmədov həyat yoldaşı ilə ayda iki dəfə görüşdüyünü, hər gün telefonla danışdığını, həyat yoldaşının isə davamiyyətini terminal vasitəsi olan ödəniş belə müəyyən etdiyini bildiribdir. Həmin gün olmasa belə bir neçə gün sonra cəmiyyətin əməkdaşı T.Məmmədov həyat yoldaşının öldüyünü bilmiş, yəqin ki, cəmiyyətə bu barədə məlumat vermiş, bundan əlavə ölmüş şəxsin məlumatları sistemə daxil edilmişdir. Bu hal həyat yoldaşının ölməsindən cəmiyyətin məlumatı olduğunu sübuta yetirir. Hansı səbəbdən 11 (on bir) aydan sonra bu araşdırma aparılır və araşdırma 24 (iyirmi dörd) günə yekunlaşdırılır. Aktda da qeyd olunur ki, komissiya xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək bədbəxt hadisənin təhqiqatını apardı və bu aktı tərtib etdi. Bu iki qanun pozuntusuna görə kimsə, məsul vəzifəli şəxslər məsuliyyətə cəlb olunubmu? Cəlb olunubsa niyə bu barədə aktda qeyd olunmayıb. Bu aktı tərtib edib guya araşdırma aparan məsul şəxslərin özləri belə bu araşdırmanın iyirmi gün müddətində aparılmasından xəbərsizdilər. Bu barədə DƏMX-nə məlumat versələr Qaydaları indi açıb oxuyar, indi öyrənər və onlara cavab yazarlar ki, texniki səfv olub. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilməklə iddianın mümkünlüyü məsələsinin müzakirəsi üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, məhkəmə tərəfindən izah olunan hallar ona aydındır. İddia tələbini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.3-cü maddəsinə görə sığorta olunan – xeyrinə icbari sığorta müqaviləsi bağlanılan və bu Qanunla müəyyən olunmuş hallarda sığorta ödənişi almaq hüququ olan bu Qanunun 3-cü maddəsində göstərilən şəxslərdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə sığortalı – sığorta olunanın xeyrinə icbari sığorta müqaviləsi bağlayan Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər, dövlət orqanlarıdır. Həmin Qanunun 2.0.5-ci maddəsinə görə sığortaçı – Azərbaycan Respublikasında həyat sığortası sahəsi üzrə sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünü aparmağa, həmçinin qanunvericiliklə müəyyən olunmuş hallarda annuitet sığortası aparmağa müvafiq icazə almış yerli hüquqi şəxsdir. Həmin Qanunun 10-cu maddəsinə görə bu Qanuna əsasən sığorta hadisəsi aşağıdakılar əsasında müəyyən olunur: (maddə 10.0.1) istehsalatda bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı, (maddə 10.0.2) müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları»nın 1.8-ci bəndinə görə istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürənə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X4 həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 196 nömrəli qərarı ilə «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi üçün sənədlərin Siyahısı» təsdiq edilmişdir. Qərarda göstərilmişdir ki, bu Siyahı «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli, 289 nömrəli Fərmanının 1.9-cu bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin sığortaçı tərəfindən təyin edilməsi aylıq və ya birdəfəlik sığorta ödənişləri üzrə (1.1.3-cü bənd) qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş istehsalatda bədbəxt hadisə haqqında aktın, yaxud sığorta olunanla bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarının surəti əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qeyd olunan Məcəllənin 305-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.7-ci maddəsində bədbəxt hadisə faktının müəyyən edilməsi hüquqi əhəmiyyəti olan faktlar kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, mövcud qanunvericilik istehsalatda bədbəxt hadisə üzrə sığorta ödənişinin verilməsi üçün iki sənədi əsas götürür: - müəyyən edilmiş formada tərtib olunmuş istehsalatda bədbəxt hadisə haqqında akt, hansı ki, həmin akt şəxsin iş yeri tərəfindən verilir; - sığorta olunanla bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı, hansı ki, həmin işə mülki məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunmalıdır ki, istehsalat zədəsi aktının verilməsi ilə bağlı şəxslə iş yeri arasında yaranmış mübahisə əmək münasibətlərindən yaranır və mülki hüquq xarakterlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hər bir halda, istər istehsalatda baş vermiş hadisə ilə bağlı istehsalat zədəsi aktının verilməsi ilə əlaqədar, istərsə də, bədbəxt hadisə faktının müəyyən olunmasına dair mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Bu mübahisələr mülki hüquq münasibətlərindən yaranır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmənin qənaətinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatrı qaydasında baxıla bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2-ci, 23-cü, 30-cu, 35-ci və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-17-5/3-2-115/2023 nömrəli əmri ilə təyin edilmiş təhqiqat komissiyasının mart 2023-cü il tarixli aktının ləğv olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-2242/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2242/2025
15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver