Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2247/2024 28.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi X16, cavabdehin nümayəndəsi X17 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2014-cü il təvəllüdlü X18, xx.xx.2017-ci il təvəllüdlü X19 və Nəzərli Hüseyn Teyyub oğlunun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün sosial müavinətin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı iddiası üzrə işə Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2014-cü il təvəllüdlü X18, xx.xx.2017-ci il təvəllüdlü X19 və Nəzərli Hüseyn Teyyub oğlunun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün sosial müavinətin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qardaşı Nəzərli Teyyub Gülnəzər oğlu X3 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və həmin nikahdan xx.xx.2014-cü ildə X29, xx.xx.2017-ci ildə isə X30 və Nəzərli Hüseyn Teyyub oğlu (əkiz) uşaqlan dünyaya gəlmişdir. xx.xx.2022-ci üdə qardaşının həyat yoldaşı X3 vəfat etmiş, bundan sonra uşaqlar onun himayəsində qalmışlar. O, uşaqlara ana kimi qulluq etmiş və hazırda da edir. Çünki qardaşı Nəzərli Teyyub Gülnəzər oğlu ölkələrarası yükdaşıma şirkətində işləyir və onun azyaşlı uşaqlarına qulluq etməsi mümkün olmur. Ona görə də o, qardaşı uşaqlarına baxır. Uşaqlara qəyyumluq təyin edilməsi yəni, rəsmi sənəd əldə olunması üçün Hacıqabul Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Müvafiq araşdırma aparıldıqdan sonra onu Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli 59 nömrəli Sərəncamına əsasən o, valideynlik himayəsindən məhrum olmuş xx.xx.2014-cü il təvəllüdlü X18, xx.xx.2017-ci il təvəllüdlü X19 və Nəzərli Hüseyn Teyyub oğlunun üzərində qəyyum təyin edilmişdir. Uşaqların dolandırılmasında maddi çətinlik çəkdiyi üçün onlara sosial müavinətin təyin olunması məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı X34 müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla bildirdi ki, "ölmüş xx.xx.2014-cü il təvəllüdlü X29, xx.xx.2017-ci il təvəllüdlü X30 və Nəzərli Hüseyn Teyyub oğluna sosial müvainətin təyin olunmasından imtina olunmuşdur. Səbəb olaraq valideynlik hüququndan və ya valdeynlik himayəsindən məhrum olma haqqında müvafiq məhkəmə qətnaməsinin olması və həmin qətnamə təqdim olunduqdan sonra valdeyn himayəsindən məhrum olunmuş uşaqlara sosial müavinətin təyin olunacağı bildirilmişdir. Hesab edir ki, cavabdeh orqanın bu imtina məktubu əsassızdır. Odur ki, iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddianı etiraz ilə qarşılayır və onunla əsaslandırır ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək valideyni itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyumluğa görə müavinət təyin olunmasını xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-M- 212700/2023 nömrəli imtina məktubu ilə valideyni itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyumluğa görə müavinət təyin olunmasından imtina edildiyi bildirilmişdir. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZ-İ 971609 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X1 Gülnar Xudaverdi qızı ilə xx.xx.2014-cü il tarixdə 322 nömrəli qeydiyyat nömrəsi ilə nikah bağlamışlar. Həmin nikahdan xx.xx.2014-cü il tarixdə X29, xx.xx.2017-ci il tarixdə isə X30 və Nəzərli Hüseyn Teyyub oğlu (əkiz) dünyaya gəimişdir. İş materiallarında olan AZ-İİ 226867 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X10 xx.xx.2022-ci il tarixdə osteomielofibroz səbəbindən vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Hacıqabul Rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş 59 nömrəli sərəncama əsasən İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X18, xx.xx.2017-ci il təvəllüdlü X30 və xx.xx.2017-ci il təvəllüdlü Nəzərli Hüseyn Teyyub oğlunun üzərinə qəyyum təyin olunmuşdur. X2 Sistemininin “Sosial Ödənişlər” AS-dən çıxarışlara əsasən xx.xx.2023-cü il tarixli 3-17-1/1-M-129880/2023 nömrəli qərar ilə İddiaçı ailə başçısını itirməyə görə müavinətin növü olan “vəfat edən şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə” sosial müavinət təyin edilmişdir. X2 Sistemininin “Ünvanlı yardım” AS-dən çıxarışa əsasən İddiaçı münasibətdə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 944,72 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddaçı İddiaçı ünvanlanmış xx.xx.2023- cü il tarixli 3-17-1/2-M-212700/2023 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, X8 valideynlik hüququndan və ya X18, Nəzərli Hüseyn Teyyub oğlunun və X19 valideyn himayəsindən məhrum olması haqqında məhkəmənin qərarı təqdim edilmədiyindən iddaçı İddiaçı valideyn himayəsindən mərhum olmuş uşaqların qəyyumlarına verilən müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33.1 -ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məcəllənin 34.3-cü maddəsinə əsasən qəyyumluqda olanların yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı onların qəyyumlarının və himayəçilərinin fəaliyyətinə nəzarət edir. Məcəllənin 35.1 -ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və ya himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; Qanunun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.9-cu və 9.1.8-ci maddələrinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum (himayəçi) təyin edilmiş şəxslərin “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) müəyyən edildiyi müddətə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin 2.12-ci bəndinə əsasən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinətin təyin edilməsi üçün valideynlik hüququndan və ya valideyn himayəsindən məhrumolma haqqında məhkəmənin qərarının surəti təqdim olunmalıdır. Göründüyü kimi yetkinlik yaşına çatmayan uşaqların valideynləri olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda həmin yetkinlik yaşına çatmayan uşaqların üzərində qəyyumluq və himayəçilik təyin edilir. xx.xx.2014-cü il təvəllüdlü X18, xx.xx.2017-ci il təvəllüdlü X30 və xx.xx.2017-ci il təvəllüdlü Nəzərli Hüseyn Teyyub oğlunun ataları olan X8 valideynlik hüquqlarından məhrum edilməsi, başqa səbəblərə görə valideyn himayəsindən məhrum olması, o cümlədən uşaqları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırması barədə məhkəmə qərarı olmadığından iddaçı İddiaçı valideyn himayəsindən mərhum olmuş uşaqların qəyyumlarına verilən müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1 -ci maddəsinə əsasən: Valideynlərini itirmiş uşaqlar dedikdə hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir; Valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan: Məlum olmayan; Valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; Xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; Cəzaçəkmə müəssisələrində cəzasını çəkən; Uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; Uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; Qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər; Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir; Belə ki, qanunvericiliyin tələblərindən də göründüyü kimi X18, X30 və Nəzərli Hüseyn Teyyub oğlu o şərtlə valideyni itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab oluna bilərdi ki, bu uşaqların hər iki valideyni vəfat etmiş olardı və yaxud da hər iki valideyni yuxarıda sadalanan kateqoriyalardan hər hansı birinə aid olmuş olardı. Uşaqların yalnız anaları X10 vəfat etdiyindən və ataları X30 isə qanunvericiliklə müəyyən olunmuş kateqoriyaların heç birinə aid olmadığından X18, X30 və Nəzərli Hüseyn Teyyub oğlu “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar” hesab olunmur. Bu səbəbdən də İddiaçı valideyni itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyumluğa görə müavinətin təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bundan sonra cavabdehin məhkəməyə daxil olmuş etiraza əlavəsində qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “sosial müavinətin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək valideyni itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyumluğa görə müavinət təyin olunmasını xahiş etmişdir. Fondun Sosial ödənişiərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-M- 212700/2023 nömrəli imtina məktubu ilə valideyni itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyumluğa görə müavinət təyin olunmasından imtina edildiyi bildirilmişdir. Tərəfimizdən xx.xx.2024-cü il tarixli 3-17-1/2-45/2024 nömrəli etiraz məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZ-İ 035506 nömrəli nikah haqında şəhadətnamənin surətinə əsasən Nəzərova (Mirzəyeva) Günel Gülnəzər qızı və X12 xx.xx.2004-cü il tarixdə 05 nömrəli qeydiyyat nömrəsi ilə nikah bağlamışlar. Həmin nikahdan xx.xx.2007-ci il tarixdə X37 (hazırda 17 yaş), xx.xx.2008-ci il tarixdə X22 (hazırda 15 yaş) və xx.xx.2015-ci il təvəllüdlü X23 (hazırda 9 yaş) dünyaya gəlmişdir. X12 ölməsi səbəbindən X2 Sistemininin (bundan sonra “MEİS”) “Sosial Ödənişlər” AS-dən çıxarışlara əsasən İddiaçı xx.xx.2016-cı il tarixli qərar ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək “vəfat edən şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə” ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir. (Ərizəçi və ödəniş ediləcək şəxs - İddiaçı.) “MEİS”in “Sosial Ödənişlər” AS-dən çıxarışlara əsasən X31 xx.xx.2016-cı il tarixli qərar ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2025-ci il tarixədək “vəfat etmiş şəxsin uşaqlarına” (18 yaşına çatanadək) ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir. (Ərizəçi və ödəniş ediləcək şəxs - İddiaçı.) “MEİS”in “Sosial Ödənişlər” AS-dən çıxarışlara əsasən X13 xx.xx.2016-cı il tarixli qərar ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2026-cı il tarixədək “vəfat etmiş şəxsin uşaqlarına” (18 yaşma çatanadək) ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir. (Ərizəçi və ödəniş ediləcək şəxs - İddiaçı.) “MEİS”in “Sosial Ödənişlər” AS-dən çıxarışlara əsasən X14 xx.xx.2023-cü il tarixli qərar ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək “vəfat etmiş şəxsin uşaqlarına” (18 yaşma çatanadək) ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir. (Ərizəçi və ödəniş ediləcək şəxs - İddiaçı.) İş materiallarında olan AZ-İ 971609 nömrəli nikah haqında şəhadətnamənin surətinə əsasən X1 Gülnar Xudaverdi qızı ilə xx.xx.2014- cü il tarixdə 322 nömrəli qeydiyyat nömrəsi ilə nikah bağlamışlar. Həmin nikahdan 10.11,2014-cü il tarixdə X29 (hazırda 9 yaş), xx.xx.2017-ci il tarixdə isə X30 və Nəzərli Hüseyn Teyyub oğlu (əkiz - hazırda 7 yaş) dünyaya gəlmişdir. İş materiallarında olan AZ-İİ226867 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X10 xx.xx.2022-ci il tarixdə osteomielofibroz səbəbindən vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Hacıqabul Rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş 59 nömrəli sərəncama əsasən İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X18, xx.xx.2017-ci il təvəllüdlü X30 və xx.xx.2017-ci il təvəllüdlü Nəzərli Hüseyn Teyyub oğlunun üzərinə qəyyum təyin olunmuşdur. “MEİS"in “Sosial Ödənişlər” AS-dən çıxarışlara əsasən xx.xx.2023-cü il tarixli 3-17- 1/1-M-129880/2023 nömrəli qərar ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək İddiaçı ailə başçısını itirməyə görə müavinətin növü olan “vəfat edən şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə” sosial müavinət təyin edilmişdir. “MEİS”in “Sosial Ödənişlər” AS-dən çıxarışlara əsasən X24 xx.xx.2023-cü il tarixli qərar ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2032-ci il tarixədək “vəfat etmiş şəxsin uşaqlarına” (18 yaşına çatanadək) ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir. (Ərizəçi və ödəniş ediləcək şəxs - İddiaçı.) “MEİS”in “Sosial Ödənişlər” AS-dən çıxarışlara əsasən X25 xx.xx.2023-cü il tarixli qərar ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2035-ci il tarixədək “vəfat etmiş şəxsin uşaqlarına” (18 yaşma çatanadək) ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir. (Ərizəçi və ödəniş ediləcək şəxs - İddiaçı.) “MEİS”in “Sosial Ödənişlər” AS-dən çıxarışlara əsasən Nəzərli Hüseyn Teyyub oğluna xx.xx.2023-cü il tarixli qərar ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2035-ci il tarixədək “vəfat etmiş şəxsin uşaqlarına” (18 yaşma çatanadək) ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir. (Ərizəçi və ödəniş ediləcək şəxs - İddiaçı.) “MEİS”in “Ünvanlı yardım” AS-dən çıxarışa əsasən İddiaçı münasibətdə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 944,72 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin edilmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 Günel Gülnəzər qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı sosial müavinətin təyin edilməsi tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslanırıcı hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan sübutlarla əsaslandırır: İş materiallarında olan; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialından daxil olmuş ərizənizə və ona əiavə olunmuş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.9-cu və 9.1.8-ci maddələrinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum oimuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum (himayəçi) təyin edilmiş şəxslərin “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) müəyyən edildiyi müddətə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarfna 7 nömrəli əlavənin 2.12-ci bəndinə əsasən valideynlərini itirmiş və ya valideyn himayəsindən mohrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinətin təyin edilməsi üçün vaüdeynlik hüququndan və ya valideyn himayəsindən məhrumolma haqqında məhkəmənin qərarının surəti təqdim olunmalıdır. Qeyd olunanlara əsasən bildiririk ki, X8 vaüdeynlik hüququndan və yə Nəzəri» Zəhra Teyyub qızının, Nəzərli Hüseyn Teyyub oğlunun və X19 valideyn himayəsindən məhrum olması haqqında məhkəmənin qərarının surətini təqdim etmədiyiniz üçün sizə valideyn himayəsindən mərhum olmuş uşaqların qəyyumlarına verilən müavinətin təyin edilməsi mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, sözügedən zəruri sənədləri təqdim etdikdən sonra valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına müavinət hüququnuza qanunvericiliyə uyğun baxılacaqdır. “İnzibati icraat haqqında' Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-ci maddəiərinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Haciqabul Rayonu İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 59 nömrəli sərancamından görünür ki, İddiaçı, valideyn himayəsindən məhrum olmuş 10 noyabr 2014-cü il təvəllüdlü X18, 14 oktyabr 2017-ci il təvəllüdlü X19 və 14 oktyabr 2017-ci il təvəllüdlü Nəzərli Hüseyn Teyyub oğlunun üzərinə Qəyyum təyin olunmuşdur. Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X29 xx.xx.2014-cü il tarixdə Şirvan şəhərində anadan olmuş, Hacıqabul rayonu, Talış kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X30 xx.xx.2017-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Hacıqabul rayonu, Talış kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nəzərli Hüseyn Teyyub oğlu xx.xx.2017-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Hacıqabul rayonu, Talış kəndində qeydiyyatdadır. xx.xx.2014-cü il tarixli, AZ-İ№ 971609 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, X26 ilə X5 arasında xx.xx.2014-cü il tarixdə rəsmi nigah akt qeydi bağlanmışdır. xx.xx.2017-ci il tarixli, AZ-İV № 033287 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X30 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur, atası Nəzərli Teyyub Gülnəzər oğludur, anası X7r. xx.xx.2015-ci il tarixli, AZ-İİİ № 466822 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X29 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur, atası Nəzərli Teyyub Gülnəzər oğludur, anası X7r. xx.xx.2017-ci il tarixli, AZ-İV № 033286 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, Nəzərli Hüseyn Teyyub oğlu xx.xx.2017-ci il tarixdə anadan olmuşdur, atası Nəzərli Teyyub Gülnəzər oğludur, anası X7r. xx.xx.2022-ci il tarixli, AZ-İİ № 226867 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2022-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin alt sistemindən çıxarışdan görünür ki, İddiaçı ailə başçısını itirməyə görə aylıq müavinət təyin edilmişdir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun: 1.1. 1 -ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. 1.1. 2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. 3.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 4.0.1.9.-cu maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət bu Qanunla təyin edilən aylıq müavinətlərdən biridir. 7.0.9.-cu maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət -müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum (himayəçi) təyin edilmiş şəxslərin "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda təyin edilir. 9.1.8.-ci maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) müəyyən edildiyi müddətə təyin edilir. Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” 2.12. valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinətin təyin edilməsi üçün: 2.12.2. valideynlik hüququndan və ya valideyn himayəsindən məhrumolma haqqında məhkəmənin qərarının surəti. Məhkəmə tərəfindən müəyyən edildi ki, Hacıqabul Rayonu İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 59 nömrəli sərancamından görünür ki, İddiaçı, valideyn himayəsindən məhrum olmuş 10 noyabr 2014-cü il təvəllüdlü X18, 14 oktyabr 2017-ci il təvəllüdlü X19 və 14 oktyabr 2017-ci il təvəllüdlü Nəzərli Hüseyn Teyyub oğlunun üzərinə qəyyum təyin olunmuşdur. Həmin uşaqların anası X10 xx.xx.2022-ci ildə ölmüşdür. Ataları Nəzərli Teyyub Gülnəzər oğlu isə sağdır və iş materiallarında olan ərizədən müəyyən olunur ki, valideynlik hüquqlarından məhrum edilməyib, işi ilə əlaqədar uzun müddət evdə olmadığı üçün bacısı X9 uşaqların qəyyumu təyin edilməsinə razılıq vermişdir. Məhkəmə həmçinin qeyd edir ki, “MEİS"in “Sosial Ödənişlər” AS-dən çıxarışlardan görünür ki, xx.xx.2023-cü il tarixli 3-17- 1/1-M-129880/2023 nömrəli qərar ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək İddiaçı ailə başçısını itirməyə görə müavinətin növü olan “vəfat edən şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə” sosial müavinət təyin edilmişdir. “MEİS”in “Sosial Ödənişlər” AS-dən çıxarışlara əsasən X24 xx.xx.2023-cü il tarixli qərar ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2032-ci il tarixədək “vəfat etmiş şəxsin uşaqlarına” (18 yaşına çatanadək) ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir. (Ərizəçi və ödəniş ediləcək şəxs - İddiaçı.) “MEİS”in “Sosial Ödənişlər” AS-dən çıxarışlara əsasən X25 xx.xx.2023-cü il tarixli qərar ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2035-ci il tarixədək “vəfat etmiş şəxsin uşaqlarına” (18 yaşma çatanadək) ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir. (Ərizəçi və ödəniş ediləcək şəxs - İddiaçı.) “MEİS”in “Sosial Ödənişlər” AS-dən çıxarışlara əsasən Nəzərli Hüseyn Teyyub oğluna xx.xx.2023-cü il tarixli qərar ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2035-ci il tarixədək “vəfat etmiş şəxsin uşaqlarına” (18 yaşma çatanadək) ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir. (Ərizəçi və ödəniş ediləcək şəxs - İddiaçı.) “MEİS”in “Ünvanlı yardım” AS-dən çıxarışa əsasən İddiaçı münasibətdə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 944,72 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin edilmişdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. PM-in 3.1-ci maddəsinə əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-2247/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2247/2024
28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver