Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2248/2025 18.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “pul” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Babayeva Gülnarə Eldar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “pul” tələbinə dair iddiası üzrə inzibati işə 18 iyun 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ilk olaraq Masallı Rayon Məhkəməsində sonuncu iş günü üzrə gecikdirilmiş məbləğin ((1094.50 manat) gecikdirilmiş hər gün üçün 10 faizini 109,45 (yüz doqquz manat qırx beş qəpik) məbləğinin hesablanaraq məhkəmənin qanuni qərarının qüvvəyə mindiyi günə qədər cavabdehdən alınıb ona verilməsini; Masallı Rayon Məhkəməsində son iş günü xx.xx.2024-cü il tarixində xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək yaranan 7 (yeddi) təqvim günü məzuniyyət günün 252,01 ( iki yüz əlli iki manat sıfır iki qəpik) manat məbləğinin gecikdirilmiş hər gün üçün 10 faizini 25,20 (iyirmi beş manat 20 qəpik) məbləğinin hesablanaraq məhkəmənin qanuni qərarının qüvvəyə mindiyi günə qədər cavabdehdən alınıb ona verilməsi; xx.xx.2024-cü il tarixində yanvar ayı (2024) üzrə əmək haqqını yəni 346.90 ( üç yüz qırx altı manat doxsan qəpik) eyni qaydada gecikdirilmiş xx.xx.2024-cü il tarixində verilməli olan əmək haqqının xx.xx.2024-cü il tarixdə verildiyi üçün Xaçmaz Rayon Məhkəməsində sonuncu iş günü üzrə gecikdirilmiş məbləğin (346.90) gecikdirilmiş hər gün üçün 10 faizini 34.69 (otuz dörd manat doxsan qəpik) məbləğinin hesablanaraq məhkəmə qərarı qanuni qüvvəyə mindiyi günədək cavabdehdən alınıb ona verilməsi; Xaçmaz Rayon Məhkəməsində xx.xx.2024-cü il tarixindən xx.xx.2023-cü il tarixindək və xx.xx.2024-cü il tarixinədək yaranan 8 (səkkiz təqvim günü məzuniyyət günün 391,32 ( üç yüz doxsan bir manat otuz iki qəpik) manat məbləğinin gecikdirilmiş hər gün üçün 10 faizini 39.13 (otuz doqquz manat on üç qəpik) məbləğinin hesablanaraq məhkəmənin qanuni qərarının qüvvəyə mindiyi günə qədər cavabdehdən alınıb ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (iddianın dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, iddianın ümumilikdə maddi və digər əmək hüquqları üzrə cavabeh Ədliyyə Nazirliyindən 20 000 (iyirmi min) manat məbləğində pulun tutularaq ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 01,07.2022-ci ildə dövlət qulluğu imtahanı verərək Masallı rayon Məhkəməsində məsləhətçi (komputer proqramçı) vəzifəsində işləməyə başlamışdır. İşlədiyi dövr üzrə yaranmış olan əmək məzuniyyətindən istifadə edərək 10 iyul 2023-cü il tarixində 30 (otuz) təqvim günü müddətinə əmək məzuniyyətinə buraxılmışdır. xx.xx.2023-cü ildə əmək məzuniyyəti bitmişdir.Daha sonra X4 Qanunun 33.1.1-ci maddəsinə əsasən xx.xx.2023-cü ildə ərizə yazaraq xx.xx.2023-cü ildə işinə xitam verilməsini xahiş etmişdir. Ərizəsinə əsasən Məhkəmənin sədri həmin tarixdə 50 (əlli ) nömrəli əmr ilə ərizəsini rəsmiləşdirmişdir ( əmr verilmişdir). xx.xx.2024-cü tarixdə işinə xitam vermişdir. 154/2023 nömrəli əmr aidiyyəti üzrə Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsinə poçt və elektron qaydada göndərmişdir. Buna istinadən xx.xx.2023-cü il tarixində ona sentyabr ayı üçün 890.32 AZN məbləğində əmək haqqı köçürülmüşdür. xx.xx.2023-cü il tarixində isə işləmiş olduğu qalan iş gününün son əmək haqqısı 53.28 AZN pul köçürülmüşdür. Əmək Məcəlləsinin 172.4-cü qeyd edilir ki, işçiyə işdən ayrıldığı gün ona bütün ödənclər tam məbləğdə ödənilməlidir. Lakin o işdən çıxıdığı zaman ona düşən son haqq hesab (istifadə etmədiyi dövr üzrə məzuniyyət təxmini 5 və ya 6 gün) pul məbləğində son ödənc ödənilməli idi. xx.xx.2024 cü il tarixində Masallı Məhkəməsindən işdən çıxmağının səbəbi ailə problemləri ilə bağlı olmuşdur. Buna istinadən ona köçürülməyən, haqqı olan məbləğ görə kredit götürmək məcburiyyətində qalmışdır və ona maddi ziyan dəymişdir. xx.xx.2023-cü ildə isə Xaçmaz rayon Məhkəməsində ehtiyat kadr siyahısından çıxaraq həmin iş üzrə işə daxil olmuşdur. xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək çalışdığı dövr ərzində yaranmış olan lakin Əmək qanunvericiliyinə uyğun olaraq istifadə edə bilmədiyi qüvvədə olan məzuniyyət günlərinin məbləği də yenə eyni qaydada ona işdən çıxıdığı gün verilmədi. Son aylıq əmək haqqın da gec köçürülmüşdür. Haqqı olan xx.xx.2023-cü ildə və xx.xx.2024.-cü il tarixlərində köçürülməli olan məbləğlər təəssüf ki, xx.xx.2024-cü ildə birləşdirilərək hesabına köçürülmüşdür. Əmək Məcəlləsinin 172.4 və 172.5-ci maddəsinə əsasən qeyd edilən hüquqları kobud şəkildə pozulmuşdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Məlumdur ki, məhkəmələrin maliyyə vəziyyəti və təminatı həmin tarix üzrə Ədliyyə Nazirliyinin tərkibində müəyyən edilmişdir. ƏM-nin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarı ilə də təsdiqlənmişdir. Ədliyyə Nazirliyi işə götürən qismində Respublika ərazisində bütün yerli instansiya məhkəmələrinin maddi texniki bazasını və işçilərin əmək haqqlarının təmin edilməsi ilə cavabdehdir. O cümlədən Azərbaycan Respubliksanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr və X1 və X2 haqqında Konvensiyanın 44-cü maddəsinin və 1 saylı protokola əsasən qəbul edilmiş bu məsələyə dair qərarlar mövcuddur.ƏM-nin 43-cü maddəsinə uyğun olaraq Əmək müqaviləsi X4 Qanunun 28.7-ci maddəsinə əsasən staj 6 (altı) ay müddətinə sonra 3 (ay) sınaq müddətinə və daimi dövlət qulluğu müddətsiz əmək müqaviləsi bağlanılmışdır. O, dövlət qulluqçusu olsa da həmin qanunvericiliyin tələblərinə uyğun olaraq o qanunda mövcud olmayan hüquq və vəzifələr Əmək Məcəlləsi ilə tənzimlənir. Əmək Məcəlləsinin 186 maddəsinə uyğun olaraq işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Əlavə olaraq Əmək Məcəlləsinin 197-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2024-cü ildə bir Vətəndaşların Müraciəti haqqında Qanuna əsasən bir müraciət və Pritenziya ünvanlamışdır. Ədliyyə Nazirliyinə ünvanladığı müraciətə xx.xx.2024-cü il tarixli 3-16- 8/2- 686/2024 nömrəli məktub ilə ona cavab vermişdir. Cavab məktubunda ona Masallı rayon Məhkəməsində çalışdığı dövr ərzində bütün məzuniyyət hüququnu istifadə etdiyi bildirmişdir. Buna istinadən ona hər hansı son haqq hesabın verilməsi nəzərdə tutulmamışdır. O cümlədən Xaçmaz rayon Məhkəməsində çalışdığı dövr ərzində işinə öz arzusu ilə xitam verildikdən sonra büdcədə pul olmadığından geçikmə clduğunu etiraf olunmuşdur. ƏM-nin 144-cü maddəsinə uyğun olaraq son haqq hesab dedikdə işçinin əmək məzuniyyəti və digər ödəmələr nəzərdə tutulur və xitam verilərkən maddəsindən aslı olmayaraq ona ödəniş verilməlidir. Cavabdeh iddia edir ki, onun Masallı rayon Məhkəməsində məzuniyyət hüququ yoxdur. ƏM-də istifadə edilməmiş və ya etmə hüququ yaranmasa belə ona konpensassiya verilməlidir. Vergi məcəlləsində də bu nəzərdə tutulmuşdur. 30 təqvim günü məzuniyyəti olan şəxsin 12 aya böldükdə hər ay üçün 2.5 gün məzuniyyət nəzərdə tutulmuş və onun 2 ay işlədiyini nəzərə alaraq 5 gün məzuniyyəti yaranmışıdr. Xaçmaz rayon Məhkəməsində isə 3 aydan cox işlədiyini nəzərə alaraq təxmini 8 gün müddətinə məzuniyyət hüququ yaranmışdır. Cavab məktubunda ona 502.30 məbləğinin ödənildiyini nəzərə alınarsa bu sadecə Xaçmaz Rayon Məhkəməsinin son haqq hesabı deyil. Bu Masallı rayon Məhkəməsi ilə bərabər ödənilən məbləğdir. Cavabdeh məktubda xx.xx.2024-cü il tarixdə söyləsədə bank çıxarışında onun hesabına xx.xx.2024cü il tarixində pul köçürülmüşdür. Son olaraq büdəcənin təsdiq olunub olunmamasının işçiyə heç bir aidiyyəti yoxdur. ƏM-nin 172-ci maddəsinin qeyd hissəsində büdəcə probleminə görə hər hansı gecikdirilmə şamil edilməsi halı yoxdur. Maddi ziyanla bağlı xx.xx.2024-cü il tarixli müvafiq əmrlə çıxmışdır və ona ƏM 172.4-cü maddəsinə əsasən ödənilməsi gərəkən məbləğ verilməmiş və ƏM-nin tələblərinə uyğuun olaraq işəgötürən ona qarşı öhdəliyini ödəməmişdir. Xaçmaz rayon Məhkəməsinə işə daxil olduğuna görə orada yaşayış evi olmadığından orda kirayədə qalmaq məcburiyyətində qalmışdır. Əvvəla demək istəyir ki, tanıdığı bir şəxslə razılaşaraq onun evində 100 azn məbləğində pul ödəməklə qalacaqdi. Təəssüflər olsun ki, əlində maddi bir vəsait olmadığından Azərbaycan Beynəlxalq Bankından kredit götürmüşdür.Həmin ev təəsüf ki, başqa şəxsə verildi. O, isə daha yüksək məbləğli evdə qalmaq məcburiyyətində qalmışdır. Həmin evin pulu isə aylıq 450 AZN məbləğdə olmuşdur. Bu isə onun aylıq gəlirinə çox ziyan vermişdir. Yəni 450 AZN əlavə komunal xərclər ayda 600 AZN xərci yarandı. Onun gəliri isə 890 azn məbləğini nəzərə alsa çətin dönəm yaratdı. Cavabdeh nə Masallı rayon Məhkəməsində bağlanmış əmək müqaviləsi üzrə öhdəliyini nə də Xaçmaz rayon Məhkəməsində bağlanmış Əmək Müqaviləsin üzrə öhdəliyini ödəməmişdir. Bir sözlə məsuliyyətsizlik edərək onun hüquqularını iki dəfə pozmuşdur. Yenə onlara görə yenidən borc götürmüşdür. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Masallı Rayon Məhkəməsində, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək isə Xaçmaz Rayon Məhkəməsində məsləhətçi (kompüter proqramçısı) vəzifəsində çalışmış, hər iki məhkəmədən öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək müqavilələrinə xitam verildiyi vaxt Ədliyyə Nazirliyi tərəfindən onunla son haqq-hesab vaxtında aparılmamış, ödənişlər düzgün hesablanmamış və bununla da ona maddi ziyan dəymişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə dövlət qulluğuna xitam verilməsi barədə Masallı Rayon Məhkəməsinin əmrində işçi ilə son haqq-hesabın aparılması üçün əsas (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) olmadığından müvafiq tədbirlərin görülməsinə dair bənd də olmamışdır.Eyni zamanda qeyd olunur ki, xx.xx.2023-cü il tarixi bazar gününə təsadüf etdiyindən iddiaçının dövlət qulluğuna xx.xx.2023-cü il tarixdə xitam verilmiş və bu səbəbdən də 1 və 2 oktyabr tarixləri üzrə on əmək haqqı hesablanmamışdır.İddia ərizəsində son haqqhesabın aparılması barədə Masallı Rayon Məhkəməsinin əmrinin Ədliyyə Nazirliyinə göndərilməsi qeyd olunsa da, belə bir sənədin rəsmi daxil olması tərəflərindən aşkarlanmamışdır.Bu hal olsa belə, əmək müqaviləsinə xitam verilməsi barədə 50 №-li, xx.xx.2023-cü il tarixli əmrin “Əmək və məşğulluq" alt sistemində (ƏMAS) işlənən zaman son haqq hesab kimi məzuniyyət günlərinin sayı “0" yazılmışdır. Bu səbəbdən də İddiaçı xx.xx.2023-cü il tarixdə yalnız sentyabr ayı üzrə əməkhaqqı ödənilmişdir.İddiaçı işdən çıxdıqdan 3 gün sonra - xx.xx.2023-cü il tarixdə Xaçmaz Rayon Məhkəməsində məsləhətçi (kompüter proqramçısı) vəzifəsinə dövlət qulluğuna qəbul olunmuş, xx.xx.2024-cü il tarixdə isə ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bu əmr xx.xx.2024-cü il tarixdə məhkəmənin rəsmi elektron poçtu vasitəsilə Maliyyə və təminat idarəsinə daxil olmuşdur.Göstərilənlərlə əlaqədar iddiaçının işdən çıxdığı gün -xx.xx.2024-cü il tarixdə onunla son haqq-hesabın aparılması imkan xaricində olmuş, Xaçmaz Rayon Məhkəməsinin təqdim etdiyi davamiyyət cədvəlinə əsasən 6 iş gününə görə 300,31 manat əməkhaqqı hesablanaraq ödəniş tapşırığı verilmiş və müvafiq bank tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı kart hesabına köçürülmüşdür.Bu zaman, həmçinin İddiaçı Masallı Rayon Məhkəməsində işləyərkən istifadə etmədiyi 7 gün (xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan iş ili üzrə sonuncu tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 3 ay), Xaçmaz Rayon Məhkəməsində isə işlədiyi 3 ay 10 gün üçün 8 təqvim günü (xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək) müddətində kompensasiya hesablanaraq cəmi 15 gün üçün 502,30 manat ödənilmişdir. Qeyd olunanlara bağlı M.Bağıriva Nazirliyin Maliyyə və təminat idarəsi tərəfindən verilən cavab məktubunda, həmçinin mediasiya sessiyası zamanı bildirilmişdir. İddiaçı iddia ərizəsində müvafiq ödənişlərin xx.xx.2023-cü il tarixində deyil 2 gün sonra verilməsinin onu maddi ziyana salması və bununla əlaqədar bankdan kredit götürülməsi ilə nəticələrini vurğulayır. Bu hal əsaslı hesab oluna bilməz. xx.xx.2023-cü il tarixdə ona sentyabr ayı üzrə əmək haqqı ödənilmuş, son haqq hesabı əmrdə qeyd olunmamış, 01 oktyabr tarixi qeyri iş gününə, 02 oktyabr tarixi isə dövlət qulluğuna xitam verildiyi günə təsadüf etdiyindən ona hər hansı bir əlavə ödənişin verilməsi nəzərdə tutulmamış, bu barədə Nazirliyin Maliyyə və təminat idarəsində məlumat olmamışdır. Qeyd olunanlardan (qalıq məzuniyyət və iş günləri) məlumatı olan iddiaçı tərəfindən ona böyük məbləğdə son-haqq hesabın ödənilməyəcəyinə gözləntisi qəbul edilən deyil ( sonrakı hesablama zamanı 7 təqvim günü istifadə edilməmiş məzuniyyət günü müəyyən olunmuş və hər gün üçün 40,28 manat, vergilər çıxılmaqla 33,49 manat olmaqla cəmi 234,43 manat ödənilmişdir. İddiaçı hansı məbləğdə krediti hansı tarixdə götürməsi və bu pulun hara xərclənməsi halları iddia tələbində dəqiq göstərilməmiş və sübutlar təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Nümayəndə məhkəməyə təqdim olunmuş etiraza uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibatiprosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan İddiaçı tərəfindən Ədliyyə Nazirliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizənin surətindən müəyyən olunur ki, İddiaçı ona dəymiş maddi və mənəvi zərərə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Əmək Məcəlləinin 172.5-ci maddəsinə müvafiq şərh edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli qərara əsasən ona vaxtında ödənilməsi lazım olan pul məbləğinin 10 faiz dəyərində kompensasiya ödənilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin: 25 №-li, xx.xx.2022-ci il tarixli əmri ilə X3 xx.xx.2022-ci il tarixli PHŞB-2-2022-800 saylı məktubuna və xx.xx.2022-ci il tarixdə keçirilən müsabiqə üzrə müsahibənin nəticələrinə əsasən Masallı Rayon Məhkəməsinin ehtiyat kadrlar siyahısında saxlanılan İddiaçı 6 (altı) ay müddətində stajçı kimi xx.xx.2022-ci il tarixdən dövlət qulluğuna qəbul edilmiş və məsləhətçi (kompyuter proqramçı) vəzifəsinə təyin edilmişdir. 50 №-li, xx.xx.2023-cü il tarixli “İşdən azad olunma barədə” əmrlə Masallı Rayon Məhkəməsinin məsləhətçisi (kompüter proqramçı) İddiaçı öz ərizəsinə əsasən xx.xx.2023cü il tarixdən tutduğu vəzifədən azad edilməsi və dövlət qulluğuna xitam verilməsi əmr edilmişdir. Əmrin 2-ci bəndindnə işçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş “0” məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin: 29 №-li xx.xx.2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikası “X4 Qanunun”nun 28.11.-ci maddəsinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdən ehtiyat kadr siyahısından çıxarılaraq məhkəmədə məsləhətçi kompyuter proqramçı vəzifəsinə təyin edilmişdir. İddiaçı Əhdə oğluna verilmiş dövlət qulluqçusu ixtisas dərəcəsi saxlanılmışdır. 27 №-li, xx.xx.2024-cü il tarixli əmri ilə X4 Azərbaycan Respublikası X4 Qanunun 33.1.1-ci maddəsinə əsasən məhkəmədə məsləhətçi ( kompyuter-proqramçı) vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Oktyabr ayı üzrə şəxsi vərəqədə məsləhətçi (kompüter proqramçı) İddiaçı aylıq vəzifə maaşı 490,00 manat, iş günlərin sayı 22, işlənmiş iş günü 19, əsas əmək haqqı 423,18 manat, əmək stajına görə 21,16 manat, ixtisas dərəcəsinə görə 38,86 manat, vəzifə maaşına əlavə (60 faiz/110 faiz) 465,50 manat, cəmi hesablanıb 948,70 manat, gəlir vergisi 104,82 manat, təqaüd fondu 28,46 manat, həmkarlar 18,97 manat, işsizlik fondu 4,74 manat, İTS-18,97 manat, cəmi tutulmuşdur 175,96 manat, verilməli məbləğ 772,74 manat qeyd olunmuşdur. Yanvar ayı üzrə şəxsi vərəqədən (surətindən) müəyyən olunur ki, İddiaçı iş günlərinin sayı 19, işlənmiş gün 6, əsas əmək haqqı 154 manat, əmək stajına görə 7,74 manat, ixtisas dərəcəsinə görə 14,21 manat, vəzifə maaşına əlavə ( 60 faiz/110 faiz) 170,21 manat, son haqq hesab 604, 20 manat, cəmi hesablanıb 951,10 manat, gəlir vergisi 20,57 manat, gələn ayın gəlir vergisi 56,59 manat, təqaüd fondu 28,54 manat, həmkarlar 19,02 manat, işsizlik fondu 4,75 manat, İTS-19,02 manat, cəmi tutulmuşdur 148,49 manat, verilməli məbləğ 802,61 manat. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: Masallı Rayon məhkəməsinin 80/2025 №-li, xx.xx.2025-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş 204/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Masallı Rayon Məhkəməsində məsləhətçi (kompüter proqramçı) vəzifəsində işləmiş (xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) İddiaçı Masallı Rayon Məhkəməsində işlədiyi dövrdə istifadə edilməmiş (ödənilməmiş) məzuniyyəti qalmamışdır. Xaçmaz Rayon məhkəməsinin 1-1335/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Məhkəmədə məsləhətçi (kompüter proqramçı) vəzifəsində işləmiş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir.Məhkəmənin xx.xx.2024-cü il tarixli əmrinin surəti xx.xx.2024-cü il tarixdə İddiaçı son haqq-hesabın ödənilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə-Təminat idarəsinin elektron poçt ünvanına göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə-Təminat idarəsinin xx.xx.2024-cü il tarixli, 3-168/2-678/2024 №-li məktubuna əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələrinə əmək müqaviləsinə xitam verilmiş işçilərin son haqqhesabının vaxtında icra edilməsi üçün xitam əmri ilə bərabər işçinin müvafiq iş illəri üçün istifadə etmədiyi əmək məzuniyyəti günləri barədə müvafiq arayışın (əmrin) təqdim edilməsi bildirilmişdir. Məktub məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur.Həmin məktub məhkəməyə İddiaçı ilə əmək müqaviləsinə xitam verildikdən uzun müəddət sonra daxil olduğundan İddiaçı istifadə olunmamış məzuniyyət günlərinə görə son haqqhesab ödənilməsi barədə xitam ilə yanaşı müvafiq əmr verilməmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Masallı Rayon Məhkəməsində məsləhətçi (kompüter proqramçı) vəzifəsində, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Xaçmaz rayon Məhkəməsində məsləhətçi (kompüter proqramçı) vəzifəsində işləmişdir. ƏM-nin 144-cü maddəsinin 3-cü bəndinə uyğun olaraq əmək münasibətlərinə xitam verilərkən istifadə olunmamış əmək məzuniyyətlərinə görə pul əvəzinin verilməsi nəzərdə tutulub. Masallı rayon məhkəməsində işlədiyi dövrdə iş ili üzrə əmək məzuniyyətindən tam şəkildə istifadə etdiyinə görə onun istifadə olunmamış əmək məzuniyyət günlərinə görə pul əvəzi ödənilməmişdir. Xaçmaz Rayon Məhkəməsində işlədiyi dövr üçün xx.xx.2024cü il tarixində xitam verilərkən istifadə edilməmiş əmək məzuniyyət günlərinə görə kompensasiya hesablanmışdır. Qeyd edilən tarixdə büdcə ili yeni başladığı nəzərə alınaraq vəsaitin ödənilməsi üçün hesabda vəsait olmadığından kompensasiyyanın həmin tarixdə ödənilməsi mümkün olmamışdır.Maliyyə Nazirliyi tərəfindən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə müvafiq olaraq 2024cü il dövlət büdcəsi xərclərinin aylar üzrə bölgüsü yanvar ayının 19-da müəyyən edilmişdir. Bununla əlaqədar müvafiq vəsait Ədliyyə Nazirliyinin hesabına cari ilin yanvar ayının sonlarında daxil olduğu üçün Xaçmaz Rayon Məhkəməsinin təqdim etdiyi davamiyyət cədvəlinə əsasən 6 gününə görə əmək haqqı 300,31 manat və 2024-cü il 15 yanvar tarixli 7 nömrəli əmrinə əsaslanaraq istifadə olunmamış məzuniyyət günlərinə görə kompensassiya ( son haqq-hesab) 502,30 manat hesablanmış və xx.xx.2024-cü il tarixdə kart hesabına köçürülmüşdür. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 135.2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə iş materiallarını araşdırıb və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı iş üzrə iddiaçı tələbini “maddi və əmək tələbi” kimi ifadə etsə də, onun əsl hüquqi marağı və məqsədi xx.xx.2023/xx.xx.2024-cü il tarixə və xx.xx.2023/xx.xx.2024-cü il tarixə istifadə etmədiyi əmək məzuniyyətinə münasibətdə kompensasiya məbləğinin gecikdirilməsinə görə məhkəmə qərarı icra olunan günə kimi hər gün üçün həmin məbləğin 10 faizi həcmində ödəncin (ümumilikdə maddi və digər əmək hüquqları üzrə 20 000 manat məbləğin) hesablanıb ödənilməsinə nail olmaqdan ibarətdir. Bununla bağlı iddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 172.5-ci maddəsinə istinad etmişdir. Əmək Məcəlləsinin 172.5-ci maddəsinə görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, istinad olunan maddədə əmək haqqının ödənilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsinə görə maddi məsuliyyət tədbiri müəyyən edilir. Nəzərə almaq lazımdır ki, həmin norma işəgötürən tərəfindən əmək haqqının ödənilməsi ilə bağlı vəzifələrin vaxtında və lazımi qaydada icra edilməsinin təminatı qismində çıxış edir. Bu baxımdan hazırkı mübahisənin həlli üçün yuxarıda istinad olunan normalara əsasən “əmək haqqı”nın normativ-hüquqi anlayışının açıqlanması həlledici əhəmiyyət kəsb edir. Əmək Məcəlləsinin 154.1-ci maddəsinə görə, əmək haqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək məzuniyyətindən istənilən səbəbdən istifadə olunmadığı hallarda isə, işçiyə həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənilir. Belə ki, Əmək Məcəlləsinin 135.2-ci maddəsinə görə, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Göründüyü kimi, qanunverici Əmək Məcəlləsində “əmək haqqı” və “istifadə edilməmiş Əmək məzuniyyətinə görə kompensasiya” anlayışlarını bir-birindən fərqləndirmişdir. Belə fərqləndirmə həmin institutların mahiyyətindən irəli gəlir. Bu baxımdan iddiaçı Əmək Məcəlləsinin 172.5-ci maddəsinə istinadən xx.xx.2023/xx.xx.2024-cü il tarixə və xx.xx.2023/xx.xx.2024-cü-cü iş ili üçün istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya məbləğinin gecikdirilməsinə görə məhkəmə qərarı icra olunan günə kimi hər gün üçün həmin məbləğin 10 faizi həcmində ödəncin hesablanıb ödənilməsi tələbində haqlı sayıla bilməz. Məhkəmə iddiaçının maddi ziyanla bağlı tələbinə münasibətdə qeyd edir ki, iddiaçı tələbində ( 20 000 manat ümumilikdə əmək və maddi) maddi ziyan tələb etmiş və bunu Xaçmaz rayonunda yaşayış evi olmadığı üçün daha ucuz məbləğə ev kirayələyəcəyi halda ona ödənilməli olan ödənc gec ödənildiyi üçün Bankdan kredit götürmək məcburiyyətində qalması ilə əsaslandırsa da, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda qeyd olunan normaya əsasn inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İstinad olunan norma anlamında inzibati orqanın mülki məsuliyyətinin yaranması üçün aşağıdakı şərtlərin birlikdə və eyni zamanda mövcud olması tələb olunur: inzibati orqan tərəfindən şəxsə münasibətdə qərarın (inzibati aktın) qəbul olunması (yaxud da faktiki hərəkət və ya hərəkətsizlik edilməsi); həmin qərarın (inzibati aktın, yaxud da hərəkət və ya hərəkətsizliyin) qanunsuz olması; inzibati orqanın qanunsuz inzibat aktı (hərəkət və ya hərəkətsizliyi) nəticəsində şəxsə ziyan vurulması. Qanunvericinin “İnzibati İcraat Haqqında” Qanunun yuxarıda istinad olunan normada ifadə olunmuş iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Başqa sözlə, vurulmuş ziyanla bağlı hüquqi müdafiə vasitələrinin tətbiqi baxımından inzibati orqanın fəaliyyət formaları arasında hər hansı fərqləndirilmə aparılmamalıdır. Hazırkı mübahisə üzrə iddiaçıya maddi və əmək hüquqları ilə bağlı cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri olmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-2248/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2248/2025
18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver