Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-225/2022 26.07.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) məharət dərəcəsinə görə pul təminatının verilməsi və 2017-ci ildən bu günə qədər məharət dərəcəsinə görə ödənilməmiş pul təminatının hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh qarşı məharət dərəcəsinə görə pul təminatının verilməsi və 2017-ci ildən bu günə qədər məharət dərəcəsinə görə ödənilməmiş pul təminatının hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2-1(120)-1486/2021 nömrəli qərardadı ilə məharət dərəcəsinə görə pul təminatının verilməsi və 2017-ci ildən bu günə qədər məharət dərəcəsinə görə ödənilməmiş pul təminatının hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1994-1998-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində Təhsil almışdır. 1998-ci ildən N saylı hərbi hissədə leytenant rütbəsində tağım komandiri vəzifəsində hərbi xidmətə başlamışdır. Daha sonra 703, N və Cavabdehlərdə müxtəlif vəzifələrdə işləmişdir. 23 aprel 2018-ci ildə öz arzusu ilə tərxis edilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 704-cü motoatıcı briqadanın tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Cəbrayıl və Qubadlı rayonlarında gedən döyüşlərdə iştirak etmişdir. Ona qulluq etdiyi dövrdə məharət dərəcəsi verilib verilib və 2016-cı il üçün məharət dərəcəsinə pul təminatı ödənilib. Lakin, 2017-2018ci illər üçün eləcə də tərxis edildikdən sonra da məharət dərəcəsinə görə pul təminatı ödənilməmişdir. Halbuki ona verilmiş məharət dərəcəsi geri alınmamışdır və bu səbəbdən də məharət dərəcəsinə görə pul təminatı ödənilməlidir. Bununla bağlı Cavabdeh müraciət etsə də, ona ünvanlanmış ilkin məktubda məharət dərəcəsi verilmədiyi üçün pul təminatının ödənilmədiyi qeyd edilmişdir. Məharət dərəcəsi ona verilmişdir və geri alınmamışdır. Məharət dərəcəsi alınmadığı təqdirdə hər il üçün nəzərdə tutulmuş pul təminatı ödənilməlidir. Bununla bağlı hərbi hissəyə yenidən müraciət etsə də, müraciətinə cavab verilməmişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu İddiaçı 2017-ci və 2018-ci illər ərzində məharət dərəcəsi pul təminatının ödənilməsi üçün müvafiq əmrlər olmadığına görə təmin olunmamışdır. Şifahi məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinin və üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinin və üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhər ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Şirvan şəhərində qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1976-ci il tarixdə Əli-Bayramlı (Şirvan) şəhərində anadan olmuş, Şirvan şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 64-də qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinin xx.xx.2018-ci il tarixli, 1591 saylı məktubuna əsasən, İddiaçı 2016-cı il üçün məharət dərəcəsinə görə pul təminatı ödənilmiş, lakin 2017-2018-ci illər ərzində müvafiq əmrlərə əsasən məharət dərəcəsi verilmədiyi üçün məharət dərəcəsinə görə pul təminatı ödənilməyib. İşdə olan EZ seriyalı ******* saylı hərbi biletin surətinə əsasən, İddiaçı xx.xx.2018-ci il tarixdə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən, öz arzusu ilə ehtiyata buraxılmış, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 704-cü motoatıcı briqadanın tərkibində Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda Cəbrayıl və Qubadlı rayonlarında gedən döyüşlərdə iştirak etmiş, barotravma: hər iki təbil pərdəsinin quru perforasiyası, xx.xx.2020-ci il tarixdə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə yaralanmışdır, xx.xx.2020-ci il tarixdə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq Səfərbərlikdən tərxis edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərli və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər Şöbəsinin xx.xx.2021-ci il tarixli, 1144 nömrəli məktubu ilə ünvanlanmış xx.xx.2021-ci il tarixli arayışa əsasən, o, xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin kursantı, xx.xx.1998-ci il tarixdən xx.xx.2004-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.2004-cü il tarixdən 21,04.2007-ci il tarixədək N saylı hərbi hissədə, 21,04.2007-ci il tarixdən xx.xx.2011-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək N saylı hərbi hissədə, xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Cavabdeh həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2018-ci il tarixli əmri ilə "Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Qismən səfərbərliklə əlaqədar xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 704 saylı nərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Cəbrayıl və Qubadlı rayonlarında gedən döyüşlərdə iştirak edib. xx.xx.2020-ci il tarixdə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə yaralanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli əmrinə əsasən, 31.12 2020-ci il tarixdə “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq Səfərbərlikdən tərxis olunmuşdur. xx.xx.2021-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsində hərbi qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı saylı Hərbi Hissənin xx.xx.2018-ci il tarixli, 42 saylı təyinat vərəqəsinə əsasən, kapitan hərbi rütbəli İddiaçı xx.xx.2018-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan rayon şöbəsinə qeydiyyata durmaq üçün getməsi əmr edilmişdir. N saylı saylı Hərbi Hissənin xx.xx.2022-ci il tarixli, 852 saylı məktubuna əsasən, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu İddiaçı 2017-ci və 2018-ci il ərzində məharət dərəcəsi pul təminatının ödənilməsi üçün müvafiq əmrlər olmadığına görə təmin olunmamışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli qərarına əsasən, hərbi qulluqçuların sıravi, komanda və rəis heyətlərinin məharət (tibb hərbi qulluqçularının isə ixtisas) dərəcəsinə görə aylıq vəzifə maaşına əlavələr müəyyən edilmiş, bu qərarın 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Müdafiə, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar və Daxili İşlər Nazirlikləri, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Xüsusi Dövlət Mühafizə Xidməti və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularının sıravi, komanda və rəis heyətinin məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında əsasnamə təsdiq edilməsi qərara alınmışdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 37-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətin başlanğıcı və sonu hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissəkomandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə görə, hərbi xidmətin sonu aşağıdakı günlər sayılır: bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün — onların hərbi xidmətdənburaxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün; hərbi xidmətdən buraxılmazdan qabaq həqiqi hərbi xidmətdə saxlanılmaqla dövlətidarələrində, müəssisələrində və təşkilatlarında işləmiş hərbi qulluqçular üçün — həqiqi hərbi xidmətdən buraxılmasına dair əmrin imzalandığı gün. Hərbi xidmətlə bağlı qanunvericiliyin tələbinə görə hərbi qulluqçunun həqiqihərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. İş materiallarına əlavə edilmiş EZ seriyalı ******* saylı hərbi biletin surətində göstərilmişdir ki, xx.xx.2018-ci il tarixdə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən, öz arzusu ilə ehtiyata buraxılmış, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 704-cü motoatıcı briqadanın tərkibində Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda Cəbrayıl və Qubadlı rayonlarında gedən döyüşlərdə iştirak etmiş, xx.xx.2020-ci il tarixdə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq Səfərbərlikdən tərxis edilmişdir. Hərbi xidmətlə bağlı qanunvericiliyin tələbinə görə hərbi qulluqçunun həqiqihərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin məzmunundan aydın olur ki, məharət dərəcələri şəxsi heyətin yüksək təlim və tərbiyəsini, silah, hərbi texnika və digər texniki vasitələrin saz və işlək vəziyyətdə saxlanmasını təmin və onların istismarında bilavasitə iştirak edən, öz ixtisası üzrə yüksək peşəkarlığa yiyələnmiş və bunu mövqelərdə (atəş və start), idarəetmə məntəqələrində və döyüş növbətçiliyi zamanı praktiki həyata keçirən, yaxud şəxsi heyəti öyrədən zabit, gizir (miçman) heyətinə, müddətdən artıq və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına verilir. Yəni, məharət dərəcələrinin verilməsi və sınaq imtahanlarının keçirilməsində məqsəd şəxsi heyətin döyüş hazırlığının, bacarıq və qabiliyyətlərinin yoxlanılması, hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin müəyyən edilməsi və buna uyğun hərbi xidmət vəzifələrinin yerinə yetirilməsinə cəlb olunmasından ibarətdir. “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında” Əsasnamənin 14-cü bəndinə əsasən, hərbi qulluqçulara 1-ci məharət dərəcəsi 2 il müddətə verilir və hər hərbi qulluqçu bu müddətin sonunda məharət dərəcəsinin təsdiq edilməsi üzrə sınaqlara cəlb olunmalıdır. N saylı saylı Hərbi Hissənin xx.xx.2022-ci il tarixli, 852 saylı məktubuna əsasən müəyyən edilmişdir ki, hissənin sabiq hərbi qulluqçusu İddiaçı 2017-ci və 2018-ci il ərzində məharət dərəcəsi pul təminatının ödənilməsi üçün müvafiq əmrlər olmadığına görə təmin olunmamışdır. Əsasnamənin 29-cu bəndində əsasən, aşağıdakı hallar hərbi qulluqçunun məharət dərəcəsinin verilməsi (təsdiqedilməsi) üzrə keçirilən sınaqlarda iştirak etməməsi üçün üzrlü səbəb hesab edilir: 29.3. Xəstəliyə, ailə vəziyyətinə, tədris və yaradıcılıq, hamiləliyə, doğuşa və eləcədə uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə məzuniyyətlərdə olduqda (uşağa bilavasitə qulluq edən valideynlərin biri, yaxud ailənin digər üzvü). Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı 1998-ci il tarixdə Bakı Ali Baş Komandlıq Məktəbinin “X1 Komandalıq məktəbini bitirmiş, 1998-ci il tarixdən 2018-ci il tarixədək 703, 702, Cavabdehlərdə xidmət etmiş, xx.xx.2018-ci il tarixdə ehtiyata buraxılmışdır. Qismən səfərbərliklə əlaqədar xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 704 saylı nərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Cəbrayıl və Qubadlı rayonlarında gedən döyüşlərdə iştirak edib. xx.xx.2020-ci il tarixdə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə yaralanmış, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli əmrinə əsasən, 31.12 2020-ci il tarixdə “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq Səfərbərlikdən tərxis olunmuşdur. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə iddiaçıya məharət dərəcəsinə görə pul təminatının hansı tarixdən ödənildiyi və sonradan həmin pul təminatının dayandırılmasının səbəbləri barədə məlumatın və məlumatı təsdiqləyən zəruri sənədləri və İddiaçı Azərbaycan Respublikası Cavabdeh və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ilkin müraciət ərizəsinin, həmin müraciət ərizəsi əsasında aparılmış inzibati icraatın materiallarının təsdiq edilmiş surətini, o cümlədən iddiaya qarşı öz münasibətinizi (etirazınızı) yazılı şəkildə Şirvan İnzibati Məhkəməsinə təqdim edilməsinin məhkəməyə təqdim edilməsi xahiş olunmuş, N saylı saylı Hərbi Hissənin xx.xx.2022-ci il tarixli, 852 saylı məktubla N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu İddiaçı 2017-ci və 2018-ci il ərzində məharət dərəcəsi pul təminatının ödənilməsi üçün müvafiq əmrlər olmadığına görə təmin olunmamışdır. İş üçün zəruri olduğundan, İddiaçı Azərbaycan Respublikası Cavabdeh və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ilkin müraciət ərizəsinin, həmin müraciət ərizəsi əsasında aparılmış inzibati icraatın materiallarının, İddiaçı məharət dərəcəsinə görə pul təminatının hansı tarixdən ödənildiyi və ödənilmə əsasları, həmçinin sonradan həmin pul təminatının dayandırılması səbəbləri və tarixi barədə məlumat və sənədlərin təsdiq edilmiş surətlərinin, o cümlədən iddiaya qarşı öz münasibət (etiraz) Şirvan İnzibati Məhkəməsinə təqdim edilməsi təkrar xahiş olunmuşdur. Lakin məhkəmənin icraatına sorğuya cavablar daxil olmamış, məhkəmə tərəfindən araşdırılma aparıla bilməmişdir. Hansı ki, yuxarıda sadalanan hüquq normalarının tələbinə görə hərbi qulluqçuya məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üzrə keçirilən sınaqlarda iştirak edibetməməsi, əgər iştirak etməmişdirsə, iştirak etməməsinin üzrlü səbəb hesab edilməsi üçün xəstəliyə, ailə vəziyyətinə, tədris və yaradıcılıq, hamiləliyə, doğuşa və eləcə də uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə məzuniyyətlərdə olduqda (uşağa bilavasitə qulluq edən valideynlərin biri, yaxud ailənin digər üzvü) əsas olması müəyyən edilməlidir. Həmçinin işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinin xx.xx.2018-ci il tarixli, 1591 saylı məktubuna əsasən, İddiaçı 2016-cı il üçün məharət dərəcəsinə görə pul təminatı ödənilməsi, lakin 2017-ci və 2018-ci il ərzində məharət dərəcəsi pul təminatının ödənilməsi üçün müvafiq əmrlər olmadığına görə təmin olunmadığı qeyd edilmişdir. Halbuki, “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında” Əsasnamənin 14-cü bəndində məharət dərəcəsi verilməsi üçün müddətlər göstərilmiş və hər hərbi qulluqçu bu müddətin sonunda məharət dərəcəsinin təsdiq edilməsi üzrə sınaqlara cəlb olunmalıdır. İddiaçı məharət dərəcəsinə görə pul təminatını 2016-cı il tarixdə almış, 2017-ci və 2018-ci il ərzində məharət dərəcəsinə görə pul təminatı verilməmiş, iddiaçı yalnız iki ildən sonra məharət dərəcəsi ilə bağlı imtahan verməli olduğundan cavabdehin hərəkəti qanuna zidd olmuşdur. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, "İnzibati icraat haqqında” Qanunun: 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, Cavabdeh üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, Cavabdeh üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-225/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-225/2022
26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver