Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2265/2025 15.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdehin Hacıqabul şəhər Bələdiyyəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh ünvan 1 ünvanında yerləşən mübahisəli 0.06 ha torpaq sahəsinin iş üzrə üçüncü şəxs X1 dair 04 dekabr 2006-cı il tarixli, 12 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh ünvan 1 ünvanında yerləşən mübahisəli 0.06 ha torpaq sahəsinin iş üzrə üçüncü şəxs X1 dair 04 dekabr 2006-cı il tarixli, 12 nömrəli qərarının ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X30 Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə ərizə ilə müraciat edərək Hacıqabul şəhəri, Y.Şirəliyev küçəsi 28 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir. Müraciətinə verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubu ilə yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin X29 oglunun mülkiyyatində olan torpaq sahəsi ilə üst-üstə düşməsi əsası ilə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Qeyd olunmuş əsasa uyğun olaraq ünvan 2 ünvanında yerləşən mübahisəli 0.06 ha torpaq sahəsinin iş üzrə üçüncü şəxs X1 dair 04 dekabr 2006-cı il tarixli, 12 nömrəli qərarının ləğv edilməsi” tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İş üzrə üçüncü saxs Anar Mikayilov xx.xx.2006-cı il tarixində Hacıqabul rayon Bələdiyyəsinə müraciət edərək ona həyətyanı torpaq sahəsinin ayrılmasını xahiş etmisdir. Hacıqabul Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 12 nömrəli qərarına əsasən Hacıqabul şəhəri, Y.Şirəliyev küçəsi 28 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi 04 dekabr 2006-cı il tarixli, 246 nömrəli alğı - satqı müqaviləsi ilə Anar Mikayılova satılmış və torpaq sahəsi üzərində 11 aprel 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Əlavə olaraq bildirir ki, adı çəkilən torpaq sahəsi 15 ildən artıq müddətdir ki, onun istifadəsində və nəzarətindədir. Torpaq sahəsi X25 tərəfindən üzərində olan fərdi yaşayış sahəsi ilə birlikdə X13 satılmışdır. X21 torpaq sahəsini alğı-satqı müqaviləsi ilə aldıqdan sonra torpaq sahəsi üzərində xx.xx.2015-ci il tarixli çıxarışla mülkiyyət hüquqları dövlət qeydiyyatına aldırmışdır. Həmin torpaq sahəsi X15 mülkiyyətində olmuşdur. X15 adına verilmiş torpağa dair pasportdan görünür ki, torpaq sahasi 2052.3 kv. metrdən ibarət olmuşdur. 2052.3 kv metrdən ibarət torpaq sahəsinin 0.013 ha hissəsi X11 adına çıxarışla rəsmiləşdirilmiş, qalan torpaq sahəsi isə zəbt edilmiş torpaq sahəsi kimi onun istifadəsində qalmışdır. Qeyd olunduğu kimi 2052.3 kv. metrdən ibarət torpaq sahəsi 15 ildən artıq müddətdir ki, onların istifadəsində və nəzarətindədir. Hacıqabul Bələdiyyəsinin 04 dekabr 2006-cı il tarixli, 12 nömrəli qərarı ilə Hacıqabul şəhəri, Y.Şirəliyev küçəsi 28 ünvanında yerləşən mübahisə predmeti olan 0.06 ha torpaq sahəsinin qanunsuz olaraq X29 ogluna satılması da sonradan onlara məlum olmuşdur. Qeyd etdiyi əsasa görə hesab edir ki, X2 şəhəri, Y.Şirəliyev küçasi 30 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin satılmasına dair 04 dekabr 2006-cı il tarixli, 12 nömrəli Qərarı qanunsuzdur. Anar Mikayılova satılmış 0,06 ha torpaq sahəsinin bir hissəsi on beş ildən artıqdır ki, onun istifadəsində və nəzarətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Bununla bağlı bildirir ki, həmin torpaq sahəsi ilkin olaraq X15 mülkiyyətində olmuşdur. Bu fakt X16 adına verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportla təsdiqlənir. Eyni zamanda iş üzrə üçüncü şəxs X28 ogluna satılmış torpaq sahəsinin bir hissəsi X11 adına mülkiyyət hüququ əsası ilə rəsmiləşdirilmiş 0,013 ha torpaq sahəsi ilə üst-üstə düşür. Digər tərafdən X28 ogluna Hacıqabul Bələdiyyəsi tərəfindən 04 dekabr 2006-cı il tarixli, 12 nömrəli qərarla satılmış 0.06 ha torpaq sahəsinin doğrudan da Bələdiyyənin mülkiyyətinə aid olmasına dair sübut yoxdur. Qeyd olunmuş əsasla bağlı əlavə olaraq bildirir ki, iş üzrə 3-cü şəxs Anar Mikayılov etibarnamə üzrə nümayəndəsi X5 qarşı “mübahisəli torpaq sahəsindən məcburi çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(071)-07/2020 saylı qətnaməsi ilə iddia tələbi tamin edilmişdir. Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2021- tarixli, 2(106)- 119/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti təmin edilmiş və iş baxılmasi üçün Şirvan Apellyasiya məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya məhkəməsinin qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş və iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmiş və iş üzrə Şirvan Apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi ona məxsus olan torpaq sahəsi cavabdeh Hacıqabul Bələdiyyəsinin 04 dekabr 2006-cı il tarixli, 12 nömrəli qararı ilə qanunsuz olaraq 3-cü saxs X28 ogluna satılmış və bununla da onun Konstitusiya va digər qanunlarda nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-2265/2025 nömrəli qərardadı ilə iddia tələbi üzrə X7 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X30 Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-nin 47-49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Мəhkəmə iclasında İddiaçı nümayəndəsi X8 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini, Hacıqabul şəhəri, Y.Şirəliyev küçəsi 30 ünvanında yerləşən mübahisəli 0.06 ha torpaq sahəsinin iş üzrə üçüncü şəxs X1 dair 04 dekabr 2006-cı il tarixli, 12 nömrəli qərarının ləğv edilməsi edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 izahatında iddia tələbinin təmin olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş üzrə məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər X17 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X30 Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi (nümayəndəsi) məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, məhkəmə iclаsınа gəlməmişlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cəlb olunmuş üçüncü şəxslər X17 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X30 Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin iştirakları оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia tələbindən göründüyü kimi İddiaçı cavabdeh ünvan 4 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin iş üzrə üçüncü şəxs X1 dair 04 dekabr 2006-cı il tarixli, 12 nömrəli qərarının ləğv edilməsi” barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonraİnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışının surətindən müəyyən olunur ki, Hacıqabul şəhəri, Y.Şirəliyev küçəsi 30 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində X7 adına qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* seriyalı, xx.xx.2015ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 44.1 kv.m olan fərdi yaşayış məntəqələrinin torpağı 0,0013 hektar torpaq sahəsi X14 xüsusi mülkiyyət hüquqi əsasında verilmişdir. İş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2020-ci il tarixli şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2008-ci il tarixdə ölmüş X12 vərəsəsi oğlu X26 idi, lakin onun xx.xx.1995-ci il tarixində ölümü ilə əlaqədar ona çatası miras pay oğlu (miras qoyanın nəvəsi)-İddiaçı- Hacıqabul rayonu, M.Əliyev küçəsi ev 20, qızı X18 Hacıqabul rayonu, M.Əliyev küçəsi ev 20, oğlu X27 Lənkəran şəhəri, H.Əliyev prospekti D/O N saylı Hərbi hissə keçir və onlar miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX 13 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə X23-ya verilmiş **********27-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 44,1 kv.m olan fərdi yaşayış evindən ibarətdir. Göründüyü kimi, hazırki işdə iddiaçının Hacıqabul şəhər Bələdiyyəsinin 04 dekabr 2006-cı il tarixli, 12 nömrəli qərarından məlumatı olmuş, lakin qanunvericilikdə nəzərədə tutulmuş müddətlərdə məhkəmədə iddia qaldırmamışdır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə qanunla nəzərdə tutulmuş qaydada İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilərək izah olunmuşdur ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayət dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxdan 30 gün müddətində qaldırıla bilər. Odur ki, ünvan 4 ünvanında yerləşən mübahisəli 0.06 ha torpaq sahəsinin iş üzrə üçüncü şəxs X1 dair 04 dekabr 2006-cı il tarixli, 12 nömrəli qərarının sizə məlum olmasına və ya müddətin ötürülməsinin üzürlü hesab edilməsinə dair sübutların məhkəməyə təqdim edilməsi izah olunmuşdur. Beləliklə iddiaçıya məhkəmə tərəfindən mübahisələndirilən qərarın iddiaçıya məlum olmasını və müddətin ötürülməsini üzürlü hesab edilməsi üçün sübutların təqdim olunması təklif olunsa da, qeyd olunan hallar iddiaçı tərəfindən aradan qaldırılmamışdır. Belə ki, məhkəmə tərəfindən mahiyyəti üzrə verilmiş müvafiq sorğuya DƏDRX publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 3-21-3-38/2-260/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş: xx.xx.2006-cı il tarixli 12 nömrəli qərarına əsasən Hacıqabul şəhər sakini X9 fərdi yaşayış evi tikmək üçün M.Əliyev küçəsində 0,06 ha torpaq sahəsi satılması qərara alınmışdır. Torpaqların alğı-satqısına dair xx.xx.2006-cı il tarixli aktın surətindən müəyyən olunur ki, Hacıqabul rayon sakini X17 bələdiyyə orqanına xx.xx.2006-cı il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış, bələdiyyə ərazisinin 0,06 ha torpaq sahəsinin satılması barədə 2006-cı il 04 dekabr tarixində 12 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində X17 tərəfindən Hacıqabul rayon Kapital bankının ********** hesabına əvvəlcədən 120 manat haqq ödəmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Hacıqabul şəhəri, Y.Şirəliyev küçəsi 30 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində X7 adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanunu qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 12 iyul 2023-cü il tarixli, 13(102)-183/2022 saylı qərardadında qeyd edilmişdir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 2022-ci il 18 aprel tarixli, 2(102)-1755/2022 nömrəli qanunu qüvvəyə minmiş qərarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair iddiaçı X7 ərizəsi geri qaytarılmışdır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(120)-4171/2024 saylı qərardadında qeyd olunmuşdur ki, iddiaçı X6 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı X17 və Hacıqabul şəhər Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “qərarın, alqı-satqı müqaviləsinin və reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı Cəfərzadə X19 şəhər Bələdiyyəsinin 04 dekabr 2006-cı il tarixli, 12 nömrəli qərarından məlumatlı olmuş, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(071)-07/2020 saylı qətnaməsi ilə üçüncü şəxs X7 iddia tələbi tamin edilmiş, həmin qətnamədən hazır ki, iş üzrə İddiaçı apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021- tarixli, 2(106)- 119/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş və iş baxılmasi üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş və üçüncü şəxs X7 iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən üçüncü şəxs X17 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanunu qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 12 iyul 2023-cü il tarixli, 13(102)-183/2022 saylı qərardadında qeyd edilmişdir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 2022-ci il 18 aprel tarixli, 2(102)- 1755/2022 nömrəli qanunu qüvvəyə minmiş qərarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair iddiaçı X7 ərizəsi geri qaytarılmışdır. Bundan başqa məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8, 2015-2017-ci illərdə Şirvan İnzibati-İqtisadi Məhkəməsində üçüncü şəxs X17 ilə müxtəlif məhkəmə çəkişmələrinin olduğunu bildirmiş, lakin buna dair yekun məhkəmə aktlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının mübahisələndirdiyi qərardan 2020-ci il tarixindən məlumatlı olduğundan (Hacıqabul Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli, 2(018)-07/2020 saylı qətnaməsi) və prosessual müddətin axımını həmin qərardan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Bu halın mövcudluğu onu deməyə əsas verir ki, iddiaçı hazıki mübahisələndirdiyi qərarın məzmunundan məlumatlı olmuş və onu vaxtında məhkəmə qaydasında mübahisələndirməmişdir. İddia ərziəsi xx.xx.2024-cü il tarixdə isə məhkəməyə daxil olmuşdur. Başqa sözlə İddiaçı iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi inzibati aktdan məlumatlı olduğu vaxtdan 4 (dörd) il, 10 (ay) aydan artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Hacıqabul şəhər Bələdiyyəsinə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. Məhkəmə qeyd edir ki, iddia tələbi ilə əlaqədar olaraq xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı” Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Hazırkı iş üzrə mübahisə predmetini iddiaçının ünvan 1 ünvanında yerləşən mübahisəli 0.06 ha torpaq sahəsinin iş üzrə üçüncü şəxs X1 dair 04 dekabr 2006-cı il tarixli, 12 nömrəli qərarının ləğv edilməsi təkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək inzibati orqanın qərarının, hərəkətinin (hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-711/2024 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq yuxarıda qeyd edilən məsələrlə bağlı iddiaçıya yazılı şəkildə və məhkəmə iclasında şifahi şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunmuşdur. Buna baxmayaraq iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi aparılmamışdır və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, hazırkı iddia mümkün iddia deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Yuxarıda qeyd edilən məsələlərlə bağlı iddiaçıya xx.xx.2024-cü il tarixli və xx.xx.2025 -ci il tarixli 2-1(120)-2265/2025 saylı məktublarla və məhkəmə iclasında şifahi qaydada iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 8-ci bəndində göstərilmişdir ki: 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh ünvan 1 ünvanında yerləşən mübahisəli 0.06 ha torpaq sahəsinin iş üzrə üçüncü şəxs X1 dair 04 dekabr 2006-cı il tarixli, 12 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-2265/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2265/2025
15.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver