Məhkəmə qərarları › İş №2-1(120)-2269/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2269/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2269/2023 30.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı xx.xx.2018-ci il tarixli əmrin ləğv edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2269/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilmiş və buraxılmış prosessual müddətin bərpa edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2269/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı xx.xx.2018-ci il tarixli əmrin ləğv edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 03 avqust 1983-cü il tarixdə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olmuşdur. O 2000-ci ilin avqustun 8-də Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olmuş və buranı 2004-cü ildə uğurla bitirdikdən sonra 24 iyun 2004-cü ildən etibarən 1 il ərzində Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində dinləyici kursunu bitirərək xidmətini davam etdirmək üçün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə göndərilmişdir. Bundan sonra 2017-ci ilin may ayına qədər Müdafiə Nazirliyinin düşmən Ermənistan silahlı birləşmələri ilə keçmiş təmas xəttində yerləşən müxtəlif hərbi hissələrində zabit kimi xidmətini həyata keçirmişdir. 26 iyun 2016-cı il tarixdə baş leytenant rütbəsinə yüksəlmişdir. Ümumilikdə xidmətini yüksək səviyyədə apardığına görə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli və “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medallarla, habelə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalları ilə təltif olunmuşdur. İddiaçı könüllü müraciət edərək Vətən Müharibəsinə yollanmış, Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinin azad olunmasında fəal iştirak etmişdir. Azərbaycan Respublikasnın Prezidentinin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Füzuli rayonunda gedən döyüşlərdə yaralanmışdır. Müharibədə aldığı xəsarətlərlə əlaqədar xx.xx.2021-ci il tarixdə ona İİ qrup gözdən əlillik və müvafiq təqaüd təyin edilmişdir. Əlilliyi ilə əlaqədar yalnız yüngül işlərdə işləyə bilər. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı Şiməli oğlunun “xidməti uyğunsuzluğa görə” görə ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı etirazda qeyd olunmuşdur ki, iddia verilərkən iddianın mümkünlüyünün zəruri şərtlərindən olan müddət şərtinə riayət edilmədiyindən və müddət ötürüldüyündən iddia tələbi mümkün sayıla bilməz. Belə ki, “İnzibati icraat” haqqında Azərbaycan Respublikası Qanununun inzibati aktın qəbul olunması haqqında məlumat verilməsi haqqında 62-ci maddəsində inzibati aktın qəbul olunması haqqında rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Burada inzibati orqan hansı formada istifadə etməklə rəsmi məlumatın çatdırılması inzibati orqanın diskresion səlahiyyətlidir. («İnzibati icraat» haqqında Qanunun şərhi)3 oktyabr 1997-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur.Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir.Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq- hesabı aparmaq üçün göndərilir.Beləliklə də, Əsasnamənin qeyd olunan müddəalarında hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarışın elan olunmasına dair norma əks edilmiş, əmrin hərbi qulluqçuya bilavasitə verilməsinə dair bilavasitə göstəriş əks edilməmişdir.İddiaçının hazırda mübahisələndirdiyi əmrdən həmin əmrin ona elan olunduğu tarixdən 30 gün müddət ərzində şikayət vermək hüququ olmuşdur. İddiaçı bu hüquqdan istifadə etməmiş əmr onun mübahisələndirilməsi üçün inzibati-prosessual qanunvericiliklə müəyyən edilmiş 30 gün müddət ötürülməklə 5 il sonra mübahisələndirilmişdir.Belə ki,Müdafiə nazirinin 10 aprel 2018-ci il tarixli müvafiq əmri ilə baş leytenan İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır.Lakin, iddiaçı inzibati orqanın 10 aprel 2018-ci il tarixli əmrini 5 il sonra mübahisələndirmişdir.Bununla da, iddiaçı iddia qaldırılması üçün müəyyən edilmiş müddəti ötürmüş, müddətin buraxılmasının üzrlü hesab edilməsi üçün sübutlar təqdim etməmişdir.Azərbaycan Respublikası İPM-nin 35.1 -ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd olunur ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.Həmin qərarın 2.3-cü bəndinə göstərilmişdir ki, məhkəmə ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olun olmaması, qanunverciliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığla yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37.1-ci maddəsinə əsasən yoxlamalıdırlar.Digər tərəfdən Məhkəmənin 16 fevral 2023-ci il tarixli 2-1(120)-2269/2023 nömrəli sərəncamının icrasını təmin etmək məqsədi ilə tərəfimizdən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə müvafiq sorğu verilmiş, Şəxsi Heyət Baş İdarəsinin 05 aprel 2023-cü il tarixli 1/1665 nömrəli müşayiət məktubu ilə iddiaçı ehtiyatda olan baş leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmr və əmrin verilməsinə əsas olmuş sənədlər təqdim edilmişdir (müvafiq sənədlərin təsdiq edilmiş surətləri etiraza əlavə olunur).İddiaçının xidməti vərəqəsinin surətindən görünür ki, iddiaçıya 05 oktyabr 2016-ci il tarixdə radio məşq in təşkilinə səhlənkar yanaşdığına görə şiddətli töhmət, 23 oktyabr 2016-ci il tarixdə tabeçiliyində olanları sıra baxışına hazırlamadığına görə şiddətli töhmət, 25 mart 2017-ci il tarixdə tabor növbətçisi olduğu zaman vəzifəsini layiqincə yerinə yetirmədiyinə görə şiddətli töhmət, 22 fevral 2018-ci il tarixdə hərbi hissəni eləcə də qarnizonu özbaşına tərk etdiyinə görə şiddətli töhmət və 23 fevral 2018-ci il tarixdə üzü tüklü olduğuna və hərbi nəzakət qaydalarına riayət etmədiyinə görə şiddətli töhmət verilmişdir.İddiaçı S.Ş. Əliyev N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü bacarıqlı, savadlı işgüzar bir zabit kimi qətiyyən göstərə bilməmişdir. Ümumiyyətlə xidmət etdiyi müddət ərzində onun xidmətinə mövcud vəziyyətə verilən qiymət qənaətbəxş olmamışdır. Çünki, xidmət zamanı Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 38,42 və 47-ci maddələrinin tələblərini pozaraq habelə hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəis olmaqla, öz tabeliyində olan şəxsi döymüş və təhqir etmişdir. Buda Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsində göstərildiyi kimi hərbi qulluqçular və onların qarşılıqlı münasibətlərinin pozulmasına gətirib çıxarır. Nəticədə baş leytenant İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi 62-ci tətbiq olunaraq, 400 (dörd yüz) manat məbləğində cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Baş Prokurorluğun İstintaq İdarəsinin xususilə mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri C.Hümbətovun 04 avqust 2022-ci il tarixli qərarına əsasən İddiaçı hərbi qulluqçular X1, X8, X10 və X11 döyməsi faktları üzrə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilmişdir. Bundan əlavə İddiaçıin hərbi qulluqçu X5 döyməsi xüsusatı ilə bağlı barəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 40.2-ci maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı xitam verilmişdir.Qeyd olunanları nəzərə alaraq bildirirəm ki, iddiaçı S.Ş. Əliyevin barəsində cinayət işinə tam olaraq bəraətverici əsaslarla xitam verilməmişdir belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 40.2-ci maddəsi cinayət təqibinə xitam vermənin bəraətverici əsaslarından hesab edilmir. Bu səsəbdən də iddiaçının etirazda qeyd etdikləri dəlillər əsasız olduğundan, iddiaçının ehtiyata buraxılmasına dair əmrin ləğvi və onun xidmətə qəbulu mümkünsüzdür.Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası İPM-nin 35.3, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən,İddiaçı Şirinəli oğlunun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi, həqiqi hərbi xidmətə bərpa, itirilmiş illərin əmək stajına hesablanması, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsinə dair iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdehin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Biləsuvar rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Biləsuvar rayonunda qeydiyyatda olduğundan doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia ərizəsinə baxılmalıdır. Məhkəmənin qənaətinə görə iddia mümkün iddiadır, lakin əsaslı deyildir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Hərbi qulluqçuların statusu” haqqında Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 2.1-ci bəndinə əsasən Azərbaycan Ordusunda və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) ştat üzrə vəzifələrə uyğun olaraq həqiqi hərbi xidmət keçmək üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar. Həmin Qaydanın 2.8-ci bəndinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları ilə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə Azərbaycan Ordusu və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar) arasında onların həqiqi hərbi xidmətə daxil olmasına dair bağlaşma tərtib edilir. Həmin Qaydanın 3.9 və 3.9.2-ci bəndinə əsasən bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından məhkumluğu ödənilmədikdə və ya üzərindən götürülmədikdə, həmçinin ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətdikdə imtina edilir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarında və hərbi hissələrdə həqiqi hərbi xidmətə könüllü daxil olan şəxslər Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanunlarına, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həqiqi hərbi xidmət keçir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquq və imtiyazlardan istifadə edirlər. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-25-1/2-Ə-395-1/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı ərizəsi komanda üzrə məruzə edilmiş və onun Azərbaycan Ordusunda həqiqi hərbi xidmət etməsi barədə yuxarı komandanlıq tərəfindən müsbət qərar qəbul edilməmişdir İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı oglu xx.xx.1983-cü il tarixdə Biləsuvar şəhərində anadan olmuşdur və Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatdadır. İş materiallarında olan cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022ci il tarixli qərarda göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə İddiaçı hərbi qulluqçular X4, X12, X13 və X11 döyməsi faktlarına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilməsi, İddiaçı X5 döyməsi xüsusatı ilə bağlı barəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-in 40.2-ci maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Tərtər Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli 111 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı barəsində olan Tərtər Hərbi Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli hökmün surəti göndərilir. İş materiallarında olan Tərtər Hərbi Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3cü maddələri ilə təqsirli bilinmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 400 (dörd yüz) manat məbləğində cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağiriş Üzrə Dövlət Xidmətinin Biləsuvar Rayon Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-43-12/2-431/2023 nömrəli məktubunda göstərilmişdir ki, Biləsuvar rayonu,Xırmandalı kənd sakini,istefada olan baş leytenant 1983-cü il təvəllüdlü İddiaçı xx.xx.2000-ci ildən xx.xx.2004-cü ıl tarixədək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kursant kimi, xx.xx.2004-cü ildən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit qismində xidmət etmişdir. xx.xx.2018-ci ildə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin “156-cı maddəsinin “e" bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 21 09.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Qismən səfərbərliklə əlaqədar N nömrəli hərbi hissənin tərkibində xidmət etmiş. 3012.2020-ci ildə ehtiyata tərxis olunmuşdur. 06.01 2021 -ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsində hərbi qeydiyyata götürülmüşdür. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Poliklinikasının Hərbi həkim komissiyası tərəfindən xx.xx.2021 -ci il tarixdə müayinə olunaraq “Xəstəliklər cədvəli"nin 30a, 32a,35b maddəsinə (AR-sı NK-nin xx.xx.2008- ci il tarixli 59 №-li qərarı) əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edildiyi üçün 15.04 2021-ci il tarixdə istefaya keçirilmişdir. İş materiallarında olanCavabdeh N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli 4407 nömrəli travma haqqında arayışda göstərilmişdir ki, Baş leytenant İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində “Partlayış travması, hər iki gözün küt travması, postravmatik qlaukoma, sağ gözün optik sinirinin tam, sol gözün optik sinirinin hissəvi atrofiyası diaqnozu ilə xəsarət almışdır. İlk tibbi tardım göstərildikdən sonra ixtisaslı müayinə üçün təxliyyə olunmuşdur. İş materiallarında olan Cavabdeh xx.xx.2018-ci il tarixli 0253 nömrəli əmrində göstərilmişdir ki, N nömrəli hərbi hissənin 4-cü taborunun qərargah rəisinin rabitə üzrə köməkçisi-taqım komandiri baş leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-2486/2023 nömrəli qətnaməsində göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı qanunsuz məhkum etməyə görə kompensasiya tələbinə dair mülki iş üzrə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin iş üzrə 10 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 07 avqust 2023-cü il tarixli 3-6/2-8841/2023 nömrəli məktubunda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2486/2023 nömrəli mülki işi kassasiya qaydasında baxılması üçün 06 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasi Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3208/2023 nömrəli qərarı ilə, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2486/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə hərbi vəzifəlilər adlanırlar. Hərbi qulluqçular və hərbi vəzifəlilər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əsgər, matros, kursant, çavuş, gizir, miçman və zabit kimi hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 28.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: müddətli həqiqi hərbi xidmət; hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; müddətdən artıq həqiqi hərbi xidmət;gizirlərin və miçmanların həqiqi hərbi xidməti; zabitlərin həqiqi hərbi xidməti. Həmin Qanunun 36.1–ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: -36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar. Həmin Qanunun 38.1.2-ci maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün: müddətli həqiqi hərbi xidmətdən daxil olanlar, ehtiyatdan daxil olanlar və qadınlar – 3 il. Bu müddət qurtardıqda müddətdən artıq həqiqi hərbi xidmət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanadək hər dəfə 5 ilədək müddətə uzadılır. Belə ki, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Həmin Qanunun 40.2-ci maddəsinə müvafiq olaraq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanununun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 41.0-cı maddəsinə uyğun olaraq ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X2»nin 61-ci bəndinin «z» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edildikdə (bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.9. öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: - 155-ci maddəsinə əsasən Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər. Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndinə əsasən yerinə yetirilir. -156-cı maddəsinin e bəndinə əsasən xidməti uyğunsuzluğa görə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Biləsuvar rayonu, Xırmandalı kənd sakini,istefada olan baş leytenant 1983-cü il təvəllüdlü İddiaçı xx.xx.2000ci ildən xx.xx.2004-cü ıl tarixədək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kursant kimi, xx.xx.2004-cü ildən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit qismində xidmət etmişdir. Müdafiə Nazirliyinin 703 saylı Hərbi hissəsinin 1-ci taborunun rabitə tağımının komandiri vəzifəsində baş leytenant hərbi rütbəsində xidmət etmişdir. 703 saylı Hərbi hissəsində törədilən cinayət hadisəsi nəticəsində Tərtər Hərbi Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 400 (dörd yüz) manat məbləğində cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəməyə təqdim edilmiş xidməti vərəqədən görünür ki, İddiaçı 2016-cı il tarixdə 2 dəfə və 2017-ci il tarixlərdə 1 dəfə, 2018-ci il tarixdə 2 dəfə intizam məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2018-ci il tarixdə 703 saylı Hərbi hissəsinin 4-cü tabor komandirinin madditexniki təminat üzrə müavini tərəfindən İddiaçı barəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında sərəncam verilməsi üçün raport verilmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli 0253 nömrəli əmri ilə N nömrəli hərbi hissənin 4-cü taborunun qərargah rəisinin rabitə üzrə köməkçisi-taqım komandiri baş leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bundan sonra İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş, Füzuli rayonu istiqamətində düşmən tərəfinin atəşi nəticəsində hər iki gözündən xəsarət almışdır. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020ci il tarixli, 2361 saylı sərəncamına və “HXH” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq MN-nin xx.xx.2020-ci il tarixli, 01447 saylı əmrinə əsasən Səfərbərlikdən tərxis edilmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Poliklinikasının Hərbi həkim komissiyası tərəfindən xx.xx.2021 -ci il tarixdə müayinə olunaraq “Xəstəliklər cədvəli"nin 30a, 32a,35b maddəsinə (AR-sı NK-nin xx.xx.2008- ci il tarixli 59 №-li qərarı) əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edildiyi üçün 15.04 2021-ci il tarixdə istefaya keçirilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri X6 tərəfindən qəbul edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarına əsasən, ********* nömrəli cinayət işi üzrə İddiaçı hərbi qulluqçular X3, X12, X13 və X11 döyməsi faktlarına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilməsi, İddiaçı X5 döyməsi xüsusatı ilə bağlı barəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-in 40.2-ci maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı xitam verilməsi qərara alınmışdır. Qərarın əsaslandırıcı hissəsində göstərilmişdir ki, İddiaçı əməlində X1, X8, X8, X10 və X11 döyməsi fatkı ilə bağlı cinayət tərkibinin olmadığından Azərbaycan Respublikası CM-in 329.1-ci maddəsi ilə istintaq olunan cinayət işinin icraatına həmin xüsusatlarla bağlı hissəvi olaraq, Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilməli, bundna başqa İddiaçı X5 döyməsi xüsusatı ilə bağlı Cinayət Məcəlləsinin 329.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi öz təsdqini tapmışdır. Eyni zamanda İddiaçı ilə ərizə ilə müraciət edərək törətdiyi cinayət əməlindən peşman olduğunu bildirib barəsində cinayət işi üzrə icraata həmin hissədə bəraətverici əsas olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə müəyyən edir ki, İddiaçı törətdiyi cinayət əməlindən peşman olduğunu və onun barəsində cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarla bərətverici əsaslarla deyil, CPM-nin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilməsi, İddiaçı X5 döyməsi xüsusatı ilə bağlı barəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-in 40.2-ci maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı xitam verilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, cinayət işinə xitam verilmiş olsa da, qərarın məzmunundan görünür ki, iddiaçının yuxarıda qeyd olunan müvafiq əməli tam sübuta yetirilmişdir. Lakin bu hal iddiaçının müvafiq Nizamnamənin tələblərini pozmadığına dəlalət etmir, əksinə mübahisələndirilən əmrin məzmununda qeyd edilmiş əsasla ehtiyata buraxılmasına əsas verir. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tərəfindən qeyd edilir ki, xüsusi kateqoriya şəxs olan hərbi qulluqçuların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu onunla bağlıdır ki, hərbi qulluqçuların malik olmalı olduğu hərbi intizam onların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. İddiaçı hərbi hissədə zabit kimi öz manqasında hərbi intizamın daim yüksək səviyyədə saxlanılmasını təmin etməyə borclu olmuş, ümumiyyətlə hərbi qulluqçular Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməlidirlər. Qeyd edilənlərə əsasən, Məhkəmə hesab edir ki, cavabdehin tərəfindən qəbul edilmiş əmr əsaslı olmuş, qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilməmişdir. Həmçinin, iddiaçının digər tələblərinə münasibətdə də Məhkəmə qeyd edir ki, iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmr əsaslı olduğundan, iddiaçının ilkin tələbdən yaranan itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində də tələbi əsassızdır. “Azərbaycan Respublikası Silahlı X2”nin “İntizam cəzalarının verilmə qaydası” bölməsinin 85-ci bəndinə əsasən “Hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nəlayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır”. “İntizam Nizamnaməsi”nin 87-ci bəndinə əsasən “Komandir (rəis) intizam cəzası verərkən, onun növünün və müddətinin təyin edilməsində tələsməməli, tabeliyində olan şəxsin ləyaqətinə hörmət etməli və kobudluğa yol verməməlidir”. Hazırki iş üzrə İddiaçı ehtiyata buraxılması barədə əmri mübahisələndirir. Həmin əmri Müdafiə Nazirliyinin malik olduğu diskresion səlahiyyətlərin icrası qaydasında qəbul edilmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Hazırki halda cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilməmiş, inzibati orqanın diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Beləliklə də yuxarıda qeyd edilən hüquq normalarını işin müəyyən edilmiş bütün faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, hazırkı halda mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, iddiaçının həmin inzibati orqana qarşı “xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı xx.xx.2018-ci il tarixli əmrin ləğv edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”nə dair tələbi əsaslı deyil. Ona görə də, cavabdeh inzibati orqanın mübahisələndirilən əmri əsaslı və qanuni olduğundan, iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan, həmin tələb təmin edilməməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 45.1-ci maddəsinə görə inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Həmin Qanunun 45.2-ci maddəsinə görə inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: - (maddə 45.2.1) sənədlərdən; - (maddə 45.2.2) tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; - (maddə 45.2.3) şahid ifadələrindən; - (maddə 45.2.4) müvafiq müayinələrin aparılmasından; - (maddə 45.2.5) ekspert rəylərindən; - (maddə 45.2.6) hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; - (maddə 45.2.7) işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. Həmin Qanunun 45.3-cü maddəsinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, iddiaçının öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. Həmin Məcəllənin 32.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər:32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt;32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İşin halları ilə də təsdiq olunur ki, həqiqətən iddiaçının törətdiyi əməl onun xidməti vəzifəsi ilə bir araya sığmayan hərəkətlərdir və bu səbəbdən də o, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Bütün qeyd edilənlərə məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı xx.xx.2018-ci il tarixli əmrin ləğv edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81-ci və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARAALİR: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı xx.xx.2018-ci il tarixli əmrin ləğv edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar