Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-2273/2022 23.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Salyan rayon qeydiyyat şöbəsinə qarşı «doğum haqqında şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 23 dekabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1ETDİ: İddiaçı cavabdeh Salyan rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 sentyabr 2013-cü ildə Saatlı rayonu qeydiyyat şöbəsi tərəfindən X7 verilən AZ-İİİ № 168117 saylı doğum haqqında şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Salyan rayon qeydiyyat şöbəsi tərəfindən X11 barəsində tərtib edilmiş xx.xx.2013-cü il tarixli, 582 saylı doğum haqqında akt qeydinin etibarsız hesab edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Salyan rayon qeydiyyat şöbəsi tərəfindən X11 barəsində tərtib edilmiş xx.xx.2013-cü il tarixli, 582 saylı doğum haqqında akt qeydinin və onun əsasında verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İİİ № 168117 nömrəli doğum haqqında şəhadətnamənin etibarsız sayılması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X12 02 iyul 2011-ci ildə Rusiya Federasiyası Belqorod vilayəti Belqorod şəhərində anadan olmuşdur. X8 Rusiya Federasiyasının Belqorod şəhər administrasiyası VVAQ idarəsinin mərkəzi şöbəsi tərəfindən 07 avqust 2021-ci il tarixdə 11-71E Ns 633837 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Bu barədə 23 avqust 2011-ci ildə 1783 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Mirzəyev Rzalının atası Tofiq, anası isə odur. Saatlı rayonu Nərimankənd kəndində qeydiyyatda olsalar da, hal-hazırda Rusiya Federasiyasının Belqorod vilayətinin Belqorod şəhərində yaşayırlar. Bundan əlavə olaraq bildirir ki, X23ya, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Saatlı rayonu Qeydiyyat Şöbəsi tərəfındən də 01 iyul 2011-ci ildə Saatlı rayonu Dəlilər kəndində anadan olması barədə AZ-İİİ № 168117 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Sözügedən Şəhadətnamə, Saatlı rayonu Qeydiyyat Şöbəsi tərəfındən 24 sentyabr 2013-cü ildə verilmişdir. Hal-hazırda oğlu Rzalıya məxsus 2 ədəd doğum haqqında şəhadətnamə var. Oğlu X2 Federasiyası Belqorod vilayəti Belqorod şəhərində 2 nömrəli orta məktəbdə 5-ci sinifdə oxuyur. Oğlu Rzalının 2 doğum haqqında şəhadətnaməsi olduğu üçün Rusiya Federasiyasına apara bilmir. Hal-hazırda onun təhsili yarımçıq qalmışdır. Azərbaycan Respublikasının dövlət sərhəddini keçərkən ona bildirdilər ki, Saatlı rayonu Qeydiyyat Şöbəsi tərəfindən oğlu Rzalıya 24 sentyabr 2013-cü ildə verilən AZ-İİİ № 168117 saylı doğum haqqında şəhadətnamə ləğv edilməlidir. X7 verilən 24 sentyabr 2013-cü il tarixli, AZ-İİİ № 168117 saylı doğum haqqında şəhadətnamənin ləğv edilməsi üçün Saatlı rayonu Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sözügedən idarə tərəfındən ona imtina məktubu verilmişdir. Bundan sonra Saatlı rayonu Qeydiyyat Şöbəsi tərəfindən oğlu Rzalıya 24 sentyabr 2013-cü ildə verilən şəhadətnamənin ləğv edilməsi üçün Sabirabad rayonunda yerləşən “Asan Xidmət” Mərkəzinə getmişdir. Orada bildirdilər ki, məhkəməyə müraciət etməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı övladı X12 barəsində tərtib edilmiş xx.xx.2013-cü il tarixli, 582 saylı doğum haqqında akt qeydinin ləğv olunması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, 05/Q-320/09 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, övladınızın doğumu haqqında akt qeydinin ləğv edilməsi ilə bağlı ərizənizə Saatlı rayon qeydiyyat şöbəsində baxılmışdır. Təqdim olunmuş sənədlər tərəfimizdən araşdırılmış və məlum olmuşdur ki, övladınız X4 doğumu barədə Rusiya Federasiyasının Belqorod vilayətinin Belqorod şəhərində xx.xx.2011-ci ildə 1783 saylı akt qeydi tərtib olunmuşdur. Eynı zamanda Saatlı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixli, 582 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Göstərilənlərə əsasən doğum haqqında akt qeydinin ləğv olunması tələbinizin icrasından imtina olunur və bildirilir ki, müraciətinizə baxılmasının nəticəsindən sizin subordinasiya və məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Əlavə olaraq bildirirk ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ləğv olunması məhkəmənın qətnaməsi əsasında aparılır. Odur ki, doğum haqqında akt qeydinin ləğv edilməsinə dair məhkəmədə iddia qaldırmaq hüququnuz vardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 36-cı maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını tələb edə bilər (maddə 36.1). Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər (maddə 36.2). Müəyyən etmə və ya haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddət ərzində həll edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər (maddə 36.3). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.2-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə görə öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazılarlaı ilə, şahidlərin ifadələri ilə, işdə olan şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə doğum, ölüm, nikahın bağlanması, övladlığa götürülmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxlində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatılnı dəyişdirir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitabını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 160.2-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İş materiallarında olan Saatlı rayon İHB-nın Nərimanov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 331 saylı arayışından görünür ki, İddiaçı Saatlı rayon kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydiyyatda olmaqla aşağıda adları göstərilən ailə üzvləri ilə birlikdə 13 (on üç) ildir ki, Rusiya Federasiyasında yaşayırlar: 1) X12-2011; 2) X13-2015. İş materiallarında olan Rusiya Federasiyası, Belqorod şəhər administrasiyası VVAQ idarəsinin mərkəzi şöbəsi tərəfindən verilmiş 07 avqust 2021-ci il tarixli “Doğum haqqında Şəhadətnamə”nin surətindən görünür ki, X12 02 iyul 2011-ci il tarixində Rusiya Federasiyasının, Belqorod vilayətinin, Belqorod şəhərində anadan olmuşdur. X21, anası İddiaçıdır. İş materiallarında olan Rusiya Federasiyası, Belqorod şəhər administrasiyası VVAQ idarəsi tərəfindən verilmiş 06 avqust 2021-ci il tarixli “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamənin surətindən görünür ki, 02 oktyabr 1972-ci il tarixində Saatlı rayonu, Saatlı şəhərində anadan olmuş Rusiya Federasiyası vətəndaşı, Azərbaycanlı Mirzəyev Tofiq xx xxxxxx 1980-ci il tarixində Azərbaycanda anadan olmuş, Azərbaycan vətəndaşı, Azərbaycanlı İddiaçı doğulmuş 02 iyul 2011-ci il tarixində Rusiya Federasiyası, Belqorod vilayəti, Belqorod şəhərində anadan olmuş X10 atası kimi tanınmışdır. Atalıq müəyyən edildikdən sonra uşağa X12 verilib. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 582 saylı doğum haqqında akt qeydinin surətindən görünür ki, X12 xx.xx.2011-ci ildə Saatlı rayonu, Dəllər kəndində doğulmuş, ata qrafasında X14, ana qrafasında İddiaçı yazılmışdır. İş materiallarında olan Saatlı rayon qeydiyyat şöbəsi tərəfindən tərəfindən verilmiş AZ-İİİ № 168117 nömrəli, xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2011-ci ildə Saatlı rayonu, Dəllər kəndində doğulmuş, ata qrafasında X14, ana qrafasında İddiaçı yazılmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, AZ-İ № 231563 nömrəli “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamənin surətindən görünür ki, X1 Rzalı Tofiq oğlunun atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2013-cü ilin 09 ayının 24 günündə 232 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir. Həmin Məcəllənin 25.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.5-ci maddəsinə görə fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin “Ədliyyə orqanlarının inkişafı haqqında” 446 nömrəli xx.xx.2006-cı il tarixli Fərmanı ilə (1.6-cı bənd) hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbələri və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları əsasında hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatı işinin sadələşdirilməsi məqsədilə yerlərdə rayon (şəhər) qeydiyyat şöbələri yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli xx.xx.2003-cü il tarixli Qərarı ilə «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası» təsdiq edilmişdir. Qaydanın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nigah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Qaydanın 2.1-ci bəndinə görə doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Qaydanın 2.2-ci bəndinə görə doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında nəzərdə tutulmuşdur ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə gör bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 57.1-ci maddəsinə görə qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: - (maddə 65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; - (maddə 65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; - (maddə 65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; - (maddə 65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; - (maddə 65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; - (maddə 65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə görə etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. İşdə olan sübutlar əsasında müəyyən olunur ki, iddiaçının övladı X12 xx.xx.2011-ci il tarixdə doğulmuşdur. Uşağın doğumu iki yerdə, yəni Rusiya Federasiyasında və Azərbaycan Respublikasında qeydə alınmış və buna müvafiq olaraq da iki yerdə şəhadətnamələr verilmişdir. Lakin nəzərə alınmalıdır ki, uşağı doğmuş ana İddiaçı xx.xx.2009-cu il tarixdə X14 ilə faktiki nikaha daxil olmaqla ailə qurduqlarını, xx.xx.2010-cu ildə Rusiya Federasiyasına getdiklərini, övladı X4 02 iyul 2011-ci il tarixində Rusiya Federasiyasının, Belqorod vilayətinin, Belqorod şəhərində anadan olduğunu, qaynanasının vəfat etməsi səbəbindən 2012-ci ilin sentyabr ayında Azərbaycana gəldiklərini, həmin vaxtaddək Azərbaycan Respublikasına gəlmədiklərini, uşağın Azərbaycanda doğulmasına dair doğum haqqında şəhadətnaməni isə valideynləri tərəfindən alındığını bildirmişdir, eləcə də iş materiallarında olan Rusiya Federasiyası, Belqorod şəhər administrasiyası VVAQ idarəsi tərəfindən verilmiş 06 avqust 2021-ci il tarixli “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnaməyə əsasən Mirzəyev Tofiq İddiaçı doğulmuş 02 iyul 2011-ci il tarixində Rusiya Federasiyası, Belqorod vilayəti, Belqorod şəhərində anadan olmuş X10 atası kimi tanınmışdır. Atalıq müəyyən edildikdən sonra uşağa Mirzəyev soyadı verilib. Belə olan halda, uşağı doğmuş ananın doğum vaxtı və ondan sonrakı dövrdə Azərbaycan Respublikası hüdudlarından kənarda olması xx.xx.2013-cü il tarixli, 582 saylı doğum akt qeydinin, onun əsasında verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İİİ № 168117 nömrəli “doğum haqqında şəhadətnamə”nin birbaşa uşağın mülki hüquqlarına və manefələrinə uyğun gəlməyən kimi qiymətləndirilməsinə əsas verir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Saatlı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə doğulmuş X4 adına tərtib edilmiş xx.xx.2013-cü il tarixli, 582 saylı doğum akt qeydi, onun əsasında verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İİİ № 168117 nömrəli doğum haqqında şəhadətnamə etibarsız sayılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 52-ci, 58.7-ci, 62.3-cü, 69-cu, 75-ci, 78-79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Saatlı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə doğulmuş X4 adına tərtib edilmiş xx.xx.2013-cü il tarixli, 582 saylı doğum akt qeydi, onun əsasında verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İİİ № 168117 nömrəli doğum haqqında şəhadətnamə etibarsız sayılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-2273/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2273/2022
23.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver