Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-2275/2023 02.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 02 iyun 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Əmək pensivaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən yaş və staj tələbləri əsas götürülməklə, 01 yanvar 2006-cı il tarixinə kimi topladığı ümumi və güzəştli iş stajı əsasında, 23 oktyabr 2020-ci il tarixindən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən yaş və staj tələbləri əsas götürülməklə, 01 yanvar 2006-cı il tarixə kimi topladığı ümumi və güzəştli iş stajı əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi məsələsində mübahisə yaranmışdır. 01 yanvar 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi topladığı ümumi və güzəştli iş stajı əsasında və həmin tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh 19 yanvar 2023-ci il tarixli, 3-17-1/2-C-10515/2023 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, xx.xx.1997-xx.xx.1999-cu il tarixləri arasındakı dövrdə ERA Azərbaycan-X9 işlədiyiniz qeyd olunmuşdur. Mərkəzi Filial tərəfındən aparılmış araşdırma zamanı adıçəkilən müəssisənin xx.xx.1994-cü ildən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Bu səbəbdən həmin dövrü sizin ümumi iş stajınıza daxil etmək mümkün olmadığı üçün sizin 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajımz 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı mümkün hesab edilmir”. Xahişi cavabdeh tərəfındən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. O, xx xxxxxxx 1963-cü ildə Əli-Bayramlı şəhərində anadan olmuş və hazırda ünvan 2 ünvanında yaşayır. Natamam orta təhsilini başa vurduqdan sonra 18 yanvar 1980-ci ildə X5 X2 mühafızəçi vəzifəsinə işə qəbul edilmiş və 28 oktyabr 1981-ci il tarixində həqiqi hərbi xidmətə getməyilə əlaqədar işdən azad edilmişdir. 03 noyabr 1981-29 oktyabr 1983-cü il tarixlərində həqiqi hərbi xidmətdə olmuşdur. 01 dekabr 1983-cü ildə AzSanitar X6 Əli-Bayramlı Quraşdırma İdarəsində santexnik-çilingər vəzifəsinə işə qəbul edilmiş və 03 aprel 1984-cü ildə işdən çıxmışdır. 06 iyun 1984-10 iyul 1984-cü il tarixində X1 Karakanda İxtisaslaşdırılmış İdarəsində termoizolyasiyaçı işləmişdir. xx.xx.1984-xx.xx.1985-ci ildə AzSanitar X6 Əli-Bayramlı Quraşdırma İdarəsində çilingər-santexnik işləmişdir. 04 may 1985-ci ildə Avtomobil Nəqliyyatı Nazirliyinin Təmir-Tikinti İdarəsində çilingər-santexnik vəzifəsinə işə qəbul edilmiş və 02 noyabr 1987-ci ildə işdən çıxmışdır. 23 noyabr 1987-29 iyun 1989-cu il tarixində AzSanitar X6 Əli-Bayramlı Quraşdırma İdarəsində çilingər-santexnik vəzifəsində işləmişdir. 04 iyul 1989-05 may 1990-cı ildə Əli-Bayramlı Dəzgahqayırma zavodunda çilingər, 05 may 1990-24 oktyabr 1990-cı ildə isə yenə də orada elektrik qaynaqçısı işləmişdir. 25 oktyabr 1990-23 yanvar 1991-ci ildə Əli-Bayramlı şəhər Alət kooperativində elektrik qaynaqçısı işləmişdir. 01 fevral 1991-06 oktyabr 1997-ci il tarixində Əli- Bayramlı Dəzgahqayırma zavodunda elektrik qaynaqçısı işləmişdir. 08 oktyabr 1997-ci ildə ERA Azərbaycan-X13 Müəssisəsinin Əli-Bayramlı Filialında elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş və 04 yanvar 1999-cu il tarixində işdən çıxmışdır. 04 yanvar 1999-cu ildə Azərenerji Dövlət Şirkətinin İstehsalat Təmir Müəssisəsində Əli-Bayramlı Turbin Təmiri Sahəsinə elektrik qaynaqçısı qəbul edilmiş və 13 iyun 2002-ci il tarixinə kimi orada çalışmışdır. 14 iyun 2002-31 avqust 2009-cu il tarixlərində Azərenerji ASC Əli-Bayramlı DRES-nda elektrik qaynaqçısı işləmişdir. 02 sentyabr 2009-29 dekabr 2012-ci ildə AZENCO ASC-də elektrik qaynaqçısı, 30 dekabr 2012-02 fevral 2015-ci ildə Sumqayıt Texnologiyalar Parkı MMC-də elektrik qaynaqçısı, 18 fevral 2015-06 noyabr 2018-ci il tarixində X14 Stansiyası MMC-də elektrik qaynaqçısı işləmişdir. 06 noyabr 2018-ci il tarixdən hal-hazıradək X7 elektrik qaynaqçısı vəzifəsində çalışır. Onun əmək fəaliyyəti dövrünün 01 yanvar 2006-cı ilə qədər olan hissəsində 25 ildən çox ümumi və 12 il 6 aydan çox güzəştli iş stajı vardır. Güzəştli iş stajı elektrik qaynaqçısı peşəsində topladığı iş stajıdır. Cavabdehin imtina məktubunu nəzərdən keçirdikdə aydın olur ki, o, güzəştli iş stajını mübahisələndirmir və pensiya təyinatı üçün pensiya kapitalı tələb etmir, çünki, 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş pensiya qanunvericiliyində pensiya kapitalı anlayışı və təbii ki, tələbi mövcud olmayıb. Hesab edir ki, bu iki hal hazırki iddiada mübahisələndirilməyən hallar kimi qəbul edilməlidir. Cavabdehin mübahisələndirdiyi yeganə hal, onun xx.xx.1997- xx.xx.1999-cu il tarixləri arasındakı dövrdə ERA Azərbaycan-X9 çalışmağı ilə bağlıdır ki, cavabdehin rəyinə görə, həmin müəssisə qeyd edilən tarixdən daha əvvəlki dövrdə - xx.xx.1994-cü ildən sonra öz fəaliyyətini dayandırmışdır. Lakin, cavabdeh öz mülahizəsini hansı sübutlarla əsaslandırdığını bildirməmişdir, halbuki, “İnzibati İcraat Haqqında” Qanunun 19.1-ci maddəsində göstərilən - İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fıziki və ya hüquqi şəxslər tərəfındən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hiiquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandırmüddəalarına görə, cavabdeh qeyd edilən müəssisənin həmin dövrdə fəaliyyətdə olmamasını sübut edən əks arqument təqdim etməli idi. Cavabdeh tərəfındən belə bir sübut, misal üçün, ölkənin vergi xidmətindən həmin müəssisənin fəaliyyət dövrləri barədə arayışı ola bilərdi. Lakin, cavabdeh öz mülahizəsini heç bir dəlil, sübut ilə əsaslandıra bilməmişdir. Halbuki, o, həmin dövrdə qeyd edilən müəssisədə çalışmış və əmək kitabçasındakı qeydlər bunu sübut edir. Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin Vİİ hissəsinə görə fıziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hiiquqi aktların qüvvəsi geriyə şamil olunmur. «Əmək pensiyalan haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axınncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin siyahı təsdiq olunana qədər isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci bəndinin tələblərini rəhbər tutaraq, hesab edir ki, hazırki 01 yanvar 2006-cı ilə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasınm Qanununa əsasən qazanmış olduğu ümumi və xüsusi əmək stajına dair olaraq qüvvədə olmuş qanunvericilik normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçınm üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyalan haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasınm vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafıq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 212.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xıdmət dövrü daxil olmaqla) və müvafıq icra hakimiyyəti orqanında qeydiyyatdan özünümüdafıə dəstələrində və birləşməiərində olduğu müddət, müvafıq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prınsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bılər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsınə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uygun çıxarılmalıdır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafıə Fondunun 17 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının təsdiq edilməsi barədə Qərarımn 2.1.6-cı bəndində göstərilir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan digər şəxslərin Qanunun 9.1-9.8-ci maddələrində nəzərdə tutulmuş şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qaydaların 2.1.8-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997ci ilədək qüvvədə olmuş 13-cü maddəsinin “b” bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: ...b) əmək şəraiti ağır və zərərli olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfındən təsdiq olunan 2 saylı siyahısı üzrə: kişilər 55 yaşına çatdıqda və azı 25 il stajı olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarlarsa.. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Qanunun 1-ci maddəsinə əsasən, həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci ildən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı xx.xx.2022-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. Cavabdeh tərəfindən aparılan araşdırma nəticəsində iddiaçıya ünvanlanmış imtina məktubunda onun təqdim etdiyi sənədlərə əsasən sığorta stajının qanunvericiliklə nəzərdə tutulan həddən (25 il) az olduğu bildirilmişdir. Bundan sonra İddiaçı məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. İş materiallarından aydın olur ki, İddiaçı ümumi iş stajı 24 il 3 ay 19 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1987xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü İİxx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1997-ci il, xx.xx.1999-xx.xx.2002-ci il və xx.xx.2002xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir ki, bu da qanunvericiliklə tələb olunan həddən (25 il) azdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sözügedən Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Adıçəkilən Qanunun 1.0.2-ci maddəsində isə qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İşin faktiki hallarına əsasən iddiaçının "xxxx" Azərbaycan-X9 işlədiyi və əməkhaqqı aldığını iddia etdiyi xx.xx.1997-xx.xx.1999-cu il tarixləri arasındakı illər onun sosial sığorta stajına daxil edilməmiş və ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı üçün İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Buna əsas olaraq bildirirlər ki, cavabdeh tərəfindən aparılan araşdırma zamanı adıçəkilən müəssisənin xx.xx.1994-cü ildən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Bu səbəbdən qeyd olunan dövrlər üzrə iddiaçının əmək fəaliyyətini təsdiq edən sənədlər, o cümlədən əməkhaqqı cədvəllərini, işləməsi faktını təsdiq edən arxiv sənədlərini müəyyən etmək mümkün olmamışdır. Buna görə də, həmin dövrlər onun ümumi iş stajına daxil edilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1963-cü ildə doğulmuş İddiaçı adına tərtib və cavabdeh təşkilat tərəfindən təsdiq olunmuş 20 fevral 1980-ci il tarixli, ИТ–İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1980-ci il tarixli, 7/k nömrəli əmrə əsasən xx.xx.1980-ci il tarixdən “Azneft” X10 Bayramlı (Şirvan) Vışkaquraşdırma kontorunda gözətçi vəzifəsinə təyin edilmiş, xx.xx.1981-ci il tarixli, 120-k nömrəli əmrə əsasən xx.xx.1981-ci il tarixdən hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad edilmiş və həmin müəssisədə 1 il 9 ay 10 gün iş stajı toplamış, xx.xx.1983-cü il tarixli, 163/k nömrəli əmrə əsasən xx.xx.1983-cü il tarixdən Əli Bayramlı (Şirvan) Quraşdırma İdarəsində 4-cü dərəcə ilə çilingər-santexnik vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixli, 38/k nömrəli əmrə əsasən xx.xx.1984-cü il tarixdən öz arzusu ilə işdən azad edilmiş və bu müəssisədə 4 ay 9 gün iş stajı toplamış, xx.xx.1984-cü il tarixli, 47/k nömrəli əmrə əsasən xx.xx.1984cü il tarixdən X1 Karakanda İxtisaslaşdırılmış İdarəsində 2-ci dərəcə ilə termoizolyasiyaçı vəzifəsinə təyin edilmiş, xx.xx.1984-cü il tarixli, 75/k nömrəli əmrə əsasən xx.xx.1984-cü il tarixdən öz arzusu ilə işdən azad edilmiş və bu müəssisədə 1 ay 4 gün iş stajı toplamış, xx.xx.1984-cü il tarixli, 78/k nömrəli əmrə əsasən xx.xx.1984-cü il tarixdən AzSanitar X6 Əli-Bayramlı Quraşdırma İdarəsində 4-cü dərəcə ilə çilingər-santexnik vəzifəsinə qəbul olunmuş, xx.xx.1985-ci il tarixli, 37/k nömrəli əmrə əsasən xx.xx.1985-ci il tarixdən işdən azad olunmuş və bu müddət ərzində 9 ay 8 gün iş stajı toplamış, xx.xx.1985-ci il tarixli, 41 nömrəli əmrə əsasən xx.xx.1985-ci il tarixdən Avtomobil Nəqliyyatı Nazirliyi Təmir-Tikinti İdarəsinin Əli Bayramlı (Şirvan) sahəsində 4-cü dərəcə ilə çilingər-santexnik vəzifəsinə qəbul olunmuş, xx.xx.1987-ci il tarixli, 104 nömrəli əmrə əsasən xx.xx.1987-ci il tarixdən öz arzusu ilə işdən azad edilmiş və bu müəssisədə 2 il 5 ay 28 gün iş stajı toplamış, xx.xx.1987-ci il tarixli, 53/лс nömrəli əmrə əsasən xx.xx.1987-ci il tarixdən Əli Bayramlı (Şirvan) Quraşdırma İdarəsində 4-cü dərəcə ilə çilingər-santexnik vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu il tarixli, 63/лс nömrəli əmrə əsasən xx.xx.1989-cu il tarixdən öz arzusu ilə işdən azad edilmiş və bu müəssisədə 1 il 7 ay 6 gün iş stajı toplamış, xx.xx.1989-cu il tarixli, 59/k nömrəli əmrə əsasən xx.xx.1989-cu il tarixdən Əli Bayramlı (Şirvan) Dəzgahqayırma zavodunun Alətlər sahəsində 4-cü dərəcə ilə çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı il tarixli 31k nömrəli əmrlə 4-cü dərəcə ilə elektrik qaynaqçısı vəzifəsinə keçırılmiş, xx.xx.1990-cı il tarixli, 89 nömrəli əmrə əsasən xx.xx.1990-cı il tarixdən öz arzusu ilə işdən azad edilmiş və bu müəssisədə 1 il 3 ay 20 gün iş stajı toplamış, xx.xx.1990-cı il tarixli, 7 №-li protokola əsasən xx.xx.1990-cı il tarixdən Əli Bayramlı (Şirvan) “Alət” kooperativində elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1991-ci il tarixli, 13№-li protokola əsasən xx.xx.1991-ci il tarixdən öz arzusu ilə işdən azad edilmiş və bu müəssisədə 2 ay 29 gün iş stajı toplamış, xx.xx.1991-ci il tarixli, 22k nömrəli əmrə əsasən xx.xx.1991-ci il tarixdən Əli Bayramlı (Şirvan) Dəzgahqayırma zavodunda 5-ci dərəcə ilə qaynaqçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1993-cü il tarixli, 25/k nömrəli əmrlə 6-cı dərəcə ilə qaynaqçı vəzifəsinə keçırılmiş, xx.xx.1997-ci il tarixli, 28 nömrəli əmrə əsasən xx.xx.1997-ci il tarixdən öz arzusu ilə işdən azad edilmiş və bu müəssisədə 6 il 8 ay 5 gün iş stajı toplamış, xx.xx.1997-ci il tarixli, 65 kш nömrəli əmrə əsasən xx.xx.1997-ci il tarixdən "xxxx" Azərbaycan-X13 müəssisəsinin Əli Bayramlı (Şirvan) filialının qazanın təmiri sahəsində 5-ci dərəcə ilə elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1999-cu il tarixli 01 kш nömrəli əmrə əsasən xx.xx.1999-cu il tarixdən öz arzusu ilə işdən azad edilmiş və bu müəssisədə 1 il 2 ay 26 gün iş stajı toplamış, xx.xx.1999-cu il tarixli, 06-ш nömrəli əmrə əsasən xx.xx.1999-cu il tarixdən "xxxx" Dövlət Şirkəti “İstehsalat təmir müəssisəsi”nin Əli Bayramlı (Şirvan) turbin təmiri sahəsində 5-ci dərəcə ilə elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2002-ci il tarixli, 28 kş nömrəli əmrə əsasən xx.xx.2002-ci il tarixdən öz arzusu ilə işdən azad edilmiş və bu müəssisədə 3 il 5 ay 9 gün iş stajı toplamış, xx.xx.2002-ci il tarixli, 07na nömrəli əmrə əsasən xx.xx.2002-ci il tarixdən "xxxx" ASC Əli Bayramlı (Şirvan) DRES-nın təmir quraşdırma sexində elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2002-ci il tarixdə təmir quraşdırma sexi ləğv edildiyi üçün xx.xx.2002-ci il tarixli 799 nömrəli əmrlə turbin avadanlıqlarının təmiri sexinə 5-ci dərəcə ilə elektrik qaynaqçısı vəzifəsinə keçirilmiş, xx.xx.2004-cü il tarixli 109-k nömrəli əmrlə həmin sexdə 6-cı dərəcə ilə elektrik qaynaqçısı vəzifəsinə keçirilmiş, xx.xx.2009-cu il tarixli, 419-y nömrəli əmrə əsasən xx.xx.2009-cu il tarixdən öz arzusu ilə işdən azad edilmiş və bu müəssisədə 7 il 2 ay 17 gün iş stajı toplamış, xx.xx.2009-cu il tarixli, 04/17kş nömrəli əmrə əsasən xx.xx.2009-cu il tarixdən "xxxx" ASC EAT İdarəsinin (Mingəçevir) Şirvan təmir sahəsinin TAT sexində 6-cı dərəcə ilə elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2012-ci il tarixli, 152/17-kş nömrəli əmrlə STP-nın X4 6-cı dərəcə ilə elektrik qaynaqçısı vəzifəsinə keçirilmiş, xx.xx.2012-ci il tarixli, 48/619-y nömrəli əmrə əsasən xx.xx.2012-ci il tarixdən müqavilə müddətinin qurtarması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və bu müddət ərzində 3 il 3 ay 25 gün iş stajı toplamış, xx.xx.2012-ci il tarixli, 01-19 nömrəli əmrə əsasən xx.xx.2012-ci il tarixdən STP-nın Ağır Maşınqayırma zavodu turbin təmiri sexinin Baş təmir sahəsinin Şirvan sahəsində 6-cı dərəcə ilə elektrik qaynaqçısı vəzifəsinə qəbul olunmuş, xx.xx.2015-ci il tarixli, 24 n/x nömrəli əmrə əsasən xx.xx.2015-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və bu müddət ərzində 2 il 1 ay 2 gün iş stajı toplamış, xx.xx.2015-ci il tarixli, 64-r nömrəli əmrə əsasən xx.xx.2015-ci il tarixdən “X14 Stansiyası” MMC-nin Mərkəzləşdirilmiş təmir sexində 6-cı dərəcə ilə elektrik qaynaqçısı vəzifəsinə qəbul olunmuş, xx.xx.2018-ci il tarixli, 149-y nömrəli əmrə əsasən xx.xx.2018-ci il tarixdən öz xahişi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və bu müddət ərzində 3 il 8 ay 18 gün iş stajı toplamışdır. İddiaçı xx.xx.2018-ci il tarixli, 74-q nömrəli əmrə əsasən xx.xx.2018-ci il tarixdən “X11” MMC-nin Mərkəzi təmir sexində 6-cı dərəcə ilə elektrik qaynaqçısı vəzifəsinə qəbul olunmuş və işdə olan 09 mart 2021-ci il tarixli 20/200/1/16 nömrəli arayışa əsasən halhazırda həmin müəssisədə işləyir. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş xx.xx.2001-ci il tarixli, AO- 0324161 nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək 1 il 11 ay 25 gün keçmiş Sovet ordusunda xidmət keçmişdir. Beləliklə, iş materiallarına, o cümlədən işdə olan xx.xx.2001-ci il tarixli, AO-0324161 nömrəli hərbi biletə və 20 fevral 1980-ci il tarixli ИТ–İ seriyalı ********* nömrəli əmək kitabçasına əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı hazırki vaxtadək ümumilikdə 43 il 11 ay, o cümlədən xx.xx.2006-cı il tarixə 25 il 6 ay 11 gün iş stajı toplanmış və bunun 14 il 8 ay 25 günü güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin siyahı təsdiq olunana qədər isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»na (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüquq verən iş stajıdır. İş materiallarına əsasən iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli, 3-17- 1/2-C10515\2023 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 20 dekabr 2022-ci il tarixindo daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdı hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olauqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyaiar yasa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007- ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ılə təsdıq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamarrı olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim etdiyiniz 20 fevral 1980-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçanızda xx.xx.1997-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" Azərbaycan X9 işlədiyiniz qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zaınanı adıçəkilən müəssisənin xx.xx.1994-cü ildən sonra fəaliyyətdə olmadığı müəyyən edilib. Bu səbəbdən də yuxarıda qeyd olunan dövrü iş stajınıza daxil etmək mümkün olmadığından, sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (24 il 3 ay 19 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983- xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1997-ci il, xx.xx.1999-xx.xx.2002-ci il və xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göründüyü kimi, iş materiallarında olan cavabdeh təşkilatın “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/2-C10515/2023 nömrəli məktubundan və iddiaya qarşı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-74930/2023 nömrəli etirazından görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin yeganə səbəbi kimi onun ümumi iş stajının xx.xx.2006-cı il tarixə 24 il 3 ay 19 gün təşkil etdiyi, yəni qanunvericiliklə tələb olunan həddən (25 il) az olması göstərilmiş, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixdək 5-ci dərəcə ilə elektrik qaynaqçısı vəzifəsində işlədiyi və 1 il 2 ay 26 gün iş stajı topladığı "xxxx" Azərbaycan-X13 müəssisəsinin xx.xx.1994-cü ildən sonra fəaliyyətdə olmadığı, bu səbəbdən həmin həmin müəssisədə işlədiyi dövrün iddiaçının ümumi iş stajına daxil edilmədiyi bildirilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina edilməsi üçün cavabdehin qeyd etdiyi dəlil əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Cavabdeh təşkilatın həm imtina məktubunda, həm də iddiaya etirazında iddiaçının xx.xx.2006-cı il tarixə kimi toplanmış güzəştli iş stajı və fərdı hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı mübahisələndirilmədiyindən məhkəmə bu şərtlərin ödənilməsi ilə bağlı araşdırma aparılmasını zəruri hesab etmir. Qanunvericiliyin tələbinə əsasən hazırkı mübahisəyə xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun və “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş maddələrinə istinad edilməklə hüquqi qiymət verilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən (01 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddiaçının hüquqi marağı hüququnun yarandığı tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (01 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) əsasən onun 57 yaşı tamam olmalı və xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən o, xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajına malik olmalı və bunun azı 12 il 6 ayı güzəştli iş stajı olmalıdır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçı xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixdək 5-ci dərəcə ilə elektrik qaynaqçısı vəzifəsində işlədiyi və cavabdeh tərəfindən onun ümumi iş stajına daxil edilməyən 1 il 2 ay 26 gün iş stajı ona məxsus 20 fevral 1980ci il tarixli, ИТ–İ seriyalı ******* nömrəli əmək kitabçasında "xxxx" Azərbaycan-X13 müəssisəsinin rəhbərinin xx.xx.1997-ci il tarixli, 65 kш və xx.xx.1999-cu il tarixli 01 kш nömrəli əmrləri ilə təsdiq olunmuşdur. Digər tərəfdən, "xxxx" Azərbaycan-X13 müəssisəsinin xx.xx.1994-cü ildən sonra fəaliyyətdə olmadığı, bu səbəbdən həmin müəssisədə işlədiyi dövrün iddiaçının ümumi iş stajına daxil edilmədiyi arqumenti iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********531400 nömrəli məktubu ilə də təkzib olunur. Belə ki, həmin məktubda qeyd oluur ki, xx.xx.1994-cü il tarixdə 680 nömrə ilə dövlət qeydiyyatına alınmış Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin hüquqi ünvanı ünvan 3 Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin ləğv edilməsi, yenidən təşkil olunması və hüquqi varisi barədə hər-hansı məlumat aşkar edilməmişdir. Vergi orqanının uçot baza məlumatlarına əsasən Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin xx.xx.1997-ci il tarixdə ********* nömrəli 9 rəqəmli VÖEN-lə, xx.xx.2005-ci il tarixdə ********** nömrəli 10 rəqəmli VÖEN-lə vergi uçotuna alınması barədə məlumat müəyyən edilmişdir. Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması ilə bağlı müraciət edilməsi barədə məlumat aşkar edilməmişdir. Beləliklə, xx.xx.2006-cı il tarixə iddiaçının 25 il 6 ay 11 gün ümumi iş stajina malik olması iş üzrə təqdim olunmuş sənədlərlə tam təsdiq olunur və cavabdeh təşkilatın xx.xx.2006-cı il tarixə iddiaçının ümumi stajının 25 ildən az olması dəlili əsassızdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən (01 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərə, o cümlədən işdə olan xx.xx.2001-ci il tarixli, AO-0324161 nömrəli hərbi biletə və 20 fevral 1980-ci il tarixli, ИТ–İ seriyalı ********* nömrəli əmək kitabçasına əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı hazırki vaxtadək ümumilikdə 43 il 11 ay, o cümlədən xx.xx.2006-cı il tarixə 25 il 6 ay 11 gün iş stajı toplanmış və bunun 14 il 8 ay 25 günü güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün yuxarıda istinad olunan normalarla tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilmişdir. Belə ki, iddiaçının 01 yanvar 2006cı il tarixə 25 ildən az olmayan ümumi və azı 12 il 6 ay güzəştli iş stajı mövcud olmuşdur. Ona pensiyanın təyin olunması üçün müraciət etdiyi tarixə iddiaçı tələb olunan yaş həddinə çatmışdır. Bu baxımdan, iddiaçı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2006-cı il tarixədək işlədiyi dövlər sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı 57 yaşdan, yəni, 23 oktyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2006-cı il tarixədək işlədiyi dövlər sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı 57 yaşdan, yəni, 23 oktyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-2275/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2275/2023
02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver