Məhkəmə qərarları › İş №2-1(120)-2278/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2278/2024

08.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2278/2024 08.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müavini DQK-nın 99 ş/h nömrəli, 18 may 2023-cü il tarixli əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki vəzifəsinə - Azərbaycan Respublikası Daxili İşlər Qoşunların N saylı hərbi hissənin XVTD-nin 1-ci XVTB götürmə qrupunda atıcı vəzifəsinə bərpa edilərək həmin vəzifəyə təyin edilməsi” barədə tələbinə dairişə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müavini DQK-nın 99 ş/h nömrəli, 18 may 2023-cü il tarixli əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki vəzifəsinə - Azərbaycan Respublikası Daxili İşlər Qoşunların N saylı hərbi hissənin XVTD-nin 1-ci XVTB götürmə qrupunda atıcı vəzifəsinə bərpa edilərək həmin vəzifəyə təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.2002-ci ildə Şirvan şəhərində anadan olmuş, 2007-ci ildə Şirvan şəhəri Arif Hüseynzadə adına 4 nomrəli tam orta məktəbə daxil olmuş və həmin məktəbi 2019-cu ildə bitirmişdir. 2020-ci ilin iyul ayının 4-ündə DİN Daxili Qoşunların 25031 sayli hərbi hisəsinə Gənc əsgər kimi xidmət etmişdir. xx.xx.2020-ci ildi, kiçik komandir kursları üçün Daxili Qoşunların N saylı hərbi hisəsinə yolanmış və həmin kursları fəal şəkildə başa vurduqdan sonra DİN müavini X1 N 196 əmri ilə xx.xx.2020-ci idə Kiçik çavuş hərbi Rütbəsi ilə təltif olunub və sonra Naxçıvan Muxtar Respublikası Daxili Qoşunların N saylı hərbi hisəsində xidmətini davam etdirib. xx.xx.2022-ci ildən 19 may 2023-cü ilədək müddətdən artıq həqiqi hərbi xidmət etmişdir. Xidmət etdiyi 2 il ərzində ona 3 dəfə əsassız yerə töhmət verilmişdir, həmişə düşünüb ki, bölük komandiri Qədirov Həsənin onunla prinsipi var, çünki töhmət aldığı əsaslardan biri onların dediyinə görə qış paltarının əvəzinə yay paltarını geyinməyi olmuşdur, hansı ki, həmin xidmətdə bu hal dəfələrlə digər şəxslər tərəfindən də baş verib və onlara bu barədə heç bir töhmət verilməmişdir, hətta onun kimi 3 dəfə töhmət alanlar da işdən çıxarılmamışdır, hal-hazırda xidmətdədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili İşlər Qoşunların N saylı hərbi hissənin XVTD-nin 1-ci XVTB götürmə qrupunda atıcı işləmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müavini DQK-nın 99 ş/h Nömrəli, 18 may 2023-cü il tarixli əmri ilə o, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Qeyd edir ki, təxris olunan vaxt normalda ona vaxt verilməli olsa da, heç bir vaxt verilmədən elə həmın gün verilmişdir, lakin həmin əmr rəsmi qaydada da ona təqdim edilməmişdir. O, işdən çıxan zaman ona nə əmək müqaviləsi, nə əmək kitabçası, nə də ki, işdən çıxmağı barədə əmr rəsmi qaydada təqdim olunmamışdır. O, öz işini, vəzifəsini çox sevir, həmişə çalışıb ki, əlindən gələni etsin. Layiqincə xidmət etsin. Ona görə də bu olanlar ona çox pis təsir edir. Hesab edir ki, onun hərbi xidmətdən bu qaydada azad edilməyi əsassız və qanunsuzdur. Cavabdeh iddiaya dair etirazını onunla əsaslandırılmışdır ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sabiq hərbi qulluqçusu, ehtiyatda olan kiçik çavuş İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair Azərbaycan Respublikası X5 müavini- X1 99 ş/h nömrəli, 18 may 2023-cü il tarixli əmrin ləğv edilməsi və İddiaçı əvvəlki vəzifəsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin XVTD-nin 1-ci XVTB-nin götürmə qrupunda atıcı vəzifəsinə bərpa edilərək həmin vəzifəyə təyin edilməsi" tələbinə dair iddiası əsassız və qanunvericiliyin tələblərinə zidd olduğundan təmin olunmamalıdır. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmağa çalışmışdır ki, xx.xx.2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində "Gənc əsgər" kimi xidmətə başlamış, xx.xx.2020-ci ildə kiçik komandirlər kursu keçmək üçün N saylı hərbi hissəyə keçirilmiş, kursu fəal şəkildə başa vuraraq X5 müavini-daxili qoşunlar komandanının 196 nömrəli əmrina sasən xx.xx.2020-ci ildə "kiçik çavuş hərbi rütbəsi almış, Naxçıvali Respublikasında N saylı hərbi hissəsində xidmətini davam etdirmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir. Həmçinin iddiaçı ərizəsində xidmət etdiyi müddət ərzində ona 3 dəfə əsassız yerə "töhmət" intizam cəzasının verildiyini, həmişə bölük komandiri Qədirov Həsənin onunla prinsipinin olduğunu düşünmüş, aldığı "töhmət" intizam cəzasının asaslarından biri onların dediyinə görə qış geyim formasının əvəzinə yay geyim formasını geyinməsinin olduğunu, həmin xidmətdə bu halın dəfələrlə digər şəxslər tərəfindən də, yol verildiyini, onlara heç bir intizam cəzasının verilmədiyini, hətta Üzərində 3 intizam cəzası olanların hal-hazırda xidmətdə olmasını bildirmişdir. Eyni zamanda iddiaçı ərizəsində bildirmişdir ki, Daxili Qoşunların N saylı hərbi hissəsinin xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsinin götürmə qrupunda atıcı vəzifəsində xidmət etmiş, X5 müavini-daxili qoşunlar komandanının 99 ş/h nömrəli, xx.xx.2023-cü il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Yuxarıda göstərilənlərlə yanaşı iddiaçı ərizəsində qeyd etmişdir ki, ehtiyata buraxılan zaman ona vaxt verilməli olduğu halda heç bir vaxt verilmədən həmin gün əmr verilmiş, həmin əmr rəsmi qaydada təqdim edilməmiş, işdən çıxan zaman əmək müqaviləsi, əmək kitabçası rəsmi qaydada təqdim edilməmişdir.İddiaçı ərizəsində "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair Azərbaycan Respublikası X5 müavini-X1 99 ş/h nömrəli, 18 may 2023-cü il tarixli əmrin ləğv edilməsi və İddiaçı əvvəlki vəzifəsinə-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin XVTD- nin 1-ci XVTB-nin götürmə qrupunda atıcı vəzifəsinə bərpa edilərək həmin vəzifəyə təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yuxarıda göstərilənlər üzrə iddiaçı tərəfindən göstərilən faktları əsassız hesab edir və iddia təmin olunmamalıdır. Belə ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan kiçik çavuş İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Daxili Qoşunlarda müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmişdir X5 müavini - daxili qoşunların komandanınım xx.xx.2022-ci il tarixli 1 №-li şəxsi heyət üzrə əmrinə əsasən N sayı hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli Ə10-398-22 №-li nizami hissə üzrə əmrilə xidmətini davam etdirmək üçün N saylı hərbi hissədən gəlmiş və xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsinin götürmə qrupunun 2-ci yarımqrupunda atıcı vəzifəsinə təyin edilərək şəxsi heyətin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir; O, xidmət etdiyi dövrdə xx.xx.2022-ci il tarixdə "dəfələrlə izah edilməsinə baxmayaraq sosial şəbəkələrdə öz fotoşəkilini yerləşdirdiyinə görə görə" yarımqrup komandiri tərəfindən "Şiddətli töhmət", xx.xx.2022-ci il tarixdə "geyim qaydalarını pozduğuna görə bölük komandiri tərəfindən "Töhmət", "xx.xx.2022-ci il tarixdə "dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq sosial şəbəkələrdə foto va digər məlumatları yerləşdirdiyinə, modul tipli yataqxanada daxili qaydaları pozduğuna və yol verdiyi nöqsanlardan nəticə çıxartmadığına görə" hərbi hissə komandiri tərəfindən "Şiddətli töhmət", xx.xx.2023-cü il tarixdə "şəxsi intizamsızlıq edərək etik-davranış qaydalarını pozduğuna" görə qrup komandiri tərəfindən "Şiddətli töhmət" elan edilərək intizam qaydasında cəzalandınımış. ehtiyata buraxıldığı günədək üzərində qüvvədə olan 3 intizam cəzası olmuş, lakin, görülən bütün tədbirlərə baxmayaraq öz üzərində dönüş yaratmamış, mənfi xasiyyətnamə ilə xarakterizə olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə 3-13-14-23/1-1858/2023-cü il tarixli raportla komanda üzrə müraciət edərək hərbi xidmətin çətinliyinə dözmədiyinə və son vaxtlarda xidmətə uyğunlaşa bilmədiyinə, həmçinin vəzifələrinin öhdəsindən gələ bilmədiyinə öz istəyinin nəzərə alınaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmasının ona izah olunmasını, gələcəkdə daxili işlər orqanlarında işə qəbul oluna bilməyəcəyinin nəzərə çatdırılmasını bildirmişdir. Onunla aparılmış kollektiv və fərdi tərbiyə işindən, dəfələrlə xəbərdarlıq edilməsindən, verilmiş intizam cəzalarından nəticə çıxartmayaraq xidməti fəaliyyətində dönüş yaratmadığı üçün N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 3-13-14-23/246/2023 №-li əmri ilə hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinə cəlb edilmişdir. Şərəf məhkəməsinin qərarına əsasən onun Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. X5 müavini- X1 xx.xx.2023-cü il tarixli 99 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən, N saylı hərbi hissə komandirinin 3-13-xx-xx/3277/2023 nömrəli xx.xx.2023-cü il tarixli nizami hisso asra amri la "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq hərbi qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Nidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinə göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, İddiaçı xidmət müddətində onunla aparılmış fərdi və kollektiv tərbiyə işindən, dəfələrlə xəbərdarlıq edilməsindən, verilmiş intizam cəzalarından nəticə çıxartmayıb xidməti fəaliyyətində dönüş yaratmamış, ödəyə bilməyəcəyi borc öhdəliyini götürərək vətəndaşların haqlı narazılığına səbəb olmuş, gizir və MAXE hərbi qulluqçuların şərəf məhkəməsinin qərarına əsasən onun "Hərbi xidmətkeçmə haqqında" Osasnamənin 156-cı maddəsinin "e" (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üzrə qeyd olunan əsasnamənin və digər qanunvericiliyin tələbləri pozulmamışdır. Eyni zamanda, İddiaçı X5 müavini-X1 xx.xx.2023-cü il tarixli 99 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması və N saylı hərbi hissə komandirinin 3-13-14-23/Ə277/2023 nömrəli xx.xx.2023- cü il tarixli nizami hissə üzrə əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılması elan olunaraq ona hərbi qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinə göndəriş verilmişdir, göndəriş onun tərəfindən N saylı hərbi hissənin hərbi qulluqçularının şəxsən özlərinə təqdim olunan sənədlərin qeydiyyatı kitabında 146-cı sıra nömrəsində xx.xx.2023-cü il tarixdə imaza olunaraq qəbul edilmişdir. Həmçinin, iddiaçı hazırki iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. "İnzibati icraat haqqında" Qanunun 73.1-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. "Hərbi Xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə görə hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Həmin Əsasnamənin 165-ci maddəsinə görə ehtiyata və istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan * hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Beləliklə, göstərilənlərdən məlum olur ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan kiçik çavuş İddiaçı iddiası əsassız və qanunvericiliyin tələblərinə zidd olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı mübahisələndirilən əmrin ona rəsmən elan edildiyini, onunla söhbətlər aparıldığını, əmrdən məlumatlı olduğunu bildirərək qeyd edilən əmrlə razı olmadığını, qanunvericiliyinin tələblərinin ona aydın olduğunu bildirmiş və iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbində mübahisələndirilən əmrin iddiaçıya rəsmən elan edildiyini, onunla söhbətlər aparıldığını, əmrdən məlumatlı olduğunu bildirərək iddia müddətinin keçməsini məhkəmənin nəzərə almasını və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsinə əlavə edilmiş iddiaçının SX ******* nömrəli hərbi biletinin təsdiqlənmiş surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müavini DQKnın 99 ş/h nömrəli, 18 may 2023-cü il tarixli əmrindən çıxarışdan görünür ki, iddiaçı “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılıb. (səh.22) İş materiallarında olan xx.xx.2023-cü il tarixli söhbət vərəqəsinin surətindən görünür ki, iddiaçı ilə “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmağa təqdim olunma ilə bağlı söhbət aparılıb və iddiaçı etdiyi əmələ görə peşman olduğunu, ordu sıralarında qalıb xidmət etməyi üçün ona köməklik edilməsini, bundan sonra xx.xx.2023-cü il tarixli söhbət vərəqəsinin surətindən görünür ki, iddiaçının X4 söhpət aparan zaman onun barəsində ordu sıralarında qalıb xidmət etmək istəməyi barədə müsbət qərar qəbul olunmadığını ana bildirilmiş, iddiaçı isə etdiyi əməlin yalnış olduğunu başa düşdüyünü və çox peşman olduğunu bildirmişdir. İş materiallarında olan İddiaçı Xüsusi vasitələrin tətbiqi dəstəsinin birinci Xüsusi vasitələrin tətbiqi bölməsinin kapitanı Həsən Qədirova ünvanladığı Raportdan görünür ki, o, hərbi xidmətin çətinliyinə dözmədiyinə və son vaxtlarda xidmətə uyğunlaşa bilmədiyinə, həmçinin vəzifəsiin öhtəsindən gələ bilmədiyinə görə onun istədiyini nəzərə alaraq həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, həmçinin Hərbi Xidmət Keçmə haqqında əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyyata buraxılmasının ona izah olunmuşdur və həmin raportu iddiaçı şəxsən imzalamışdır. İş materiallarında olan N saylı hərbi hissə Hərbi qulluqçuların şəxsən özlərinə təqdim olunan sənədlərin qeydiyyatı kitabının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə şəxsən imzalayaraq əmr və digər sənədləri qəbul etmişdir. İş materiallarında olan 18 may 2023-cü il tarixli əmrin surətindən müəyyən edilir ki, iddiaçı X5 müavini-X1 xx.xx.2023-cü il tarixli 99 ş/h nömrəli şəxsi heyət üzrə əmrinə əsasən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan 19 may 2023-cü il tarixli əmrin surətindən müəyyən edilir ki, N saylı hərbi hissə komandirinin 3-13-14-23/Ə277/2023 nömrəli xx.xx.2023- cü il tarixli nizami hissə üzrə əmri ilə iddiaçıya hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılması elan olunaraq ona hərbi qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinə göndəriş verilmişdir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müavini DQK-nın 99 ş/h nömrəli, 18 may 2023-cü il tarixli əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki vəzifəsinə - Azərbaycan Respublikası Daxili İşlər Qoşunların N saylı hərbi hissənin XVTD-nin 1-ci XVTB götürmə qrupunda atıcı vəzifəsinə bərpa edilərək həmin vəzifəyə təyin edilməsini xahiş edirr. Hazırkı işdə tələb “mübahisələndirmə haqqında” iddiaya uyğundur. Bu qəbildən olan iddialarda isə, mövcud qanunvericilik iddia müddətini nəzərdə tutur və bu müddət kriteriyasına riayət olunmaması mümkünlük şərtinin mövcud olmaması nəticəsini yaradır. Mübahisə predmet olan əmr xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur, lakin hazırkı iddiaçı bu xx.xx.2023-cü ildə (məhkəməyə daxil olduğu vaxt), yəni sərəncamların qəbul olunduğu vaxtdan müvafiq olaraq 30 günə qarşı 7 aydan çox müddət keçdikdən sonra mübahisələndirmişdir. Mübahisələndirilən sərəncamın iddiaçı tərəfə məlum olması vaxtına gəldikdə isə, işin hallarına əsasən İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müavini DQK-nın 99 ş/h nömrəli, 18 may 2023-cü il əmrini 14 dekabr 2023-cü il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, lakin bununla bağlı qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırkı iddia ilə mübahisələndirdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müavini DQK-nın 99 ş/h saylı əmri 18 may 2023-cü il tarixdə qəbul edilmişdir. İş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli söhbət vərəqəsindən görünür ki, iddiaçı ilə “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmağa təqdim olunma ilə bağlı söhbət aparılıb iddiaçıya xidməti uyğunsuzluqla ehtiyata buraxıldığı elan edilmiş və iddiaçı sənədə imza atmışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə ikinci söhbət aparılmış və iddiaçıya xahişi ilə bağlı müsbət qərar qəbul olunmadığı bildirilmişdir ki, İddiaçı qeyd edilən sənədi imzalayaraq etdiyi əmələ görə peşman olduğunu, ordu sıralarında qalıb xidmət etməyi üçün ona köməklik edilməsini bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müavini X1 99 ş/h nömrəli, 18 may 2023-cü il tarixli əmrindən çıxarışla İddiaçı N saylı hərbi hissənin xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsinin götürmə qrupunun 2-ci yarımqrupunun atıcısı vəzifəsindən azad edilib, N saylı hərbi hissə komandirinin 3-13-14-23/Ə277/2023 nömrəli xx.xx.2023- cü il tarixli nizami hissə üzrə əmri ilə iddiaçıya hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılması elan olunaraq ona hərbi qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinə göndəriş verilmişdir.İddiaçı iddia ərizəsində ona əmrin surətinin təqdim edilmədiyini bildirsə də, məhkəmə iclası zamanı xidməti uyğunsuzluqla ehtiyata buraxıldığının ona elan olunduğunu, müvafiq söhbətlərin aparıldığını bildirmişdir. N saylı hərbi hissə Hərbi qulluqçuların şəxsən özlərinə təqdim olunan sənədlərin qeydiyyatı kitabının surətindən də müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə şəxsən imzalayaraq əmr və digər sənədləri qəbul etmişdir. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müavini DQK-nın 99 ş/h nömrəli, 18 may 2023-cü il tarixli əmrindən xx.xx.2023-cü il tarixdə xəbərdar olduğu halda, həmin əmri mübahisələndirilməsi ilə bağlı 30 günlük müddəti ötürmüşdür. Azərbaycan Respublikası İPM-nin: - 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsaəsn, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddələrin tələblərindən göründüyü kimi, prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin maraqlı şəxsin ərizəsi əsasında bərpa edilməsi və həmin ərizənin verilməsi müddəti buraxılmış prosessual hərəkətlə birlikdə aparılması nəzərdə tutulmuşdur. İddiaçının bildirdiyinə münasibətdə bu maddələrinin tətbiqi onu ehtiva edir ki, inzibati aktın mübahisələndirilməsi barədə iddia ərizəsini verərkən, iddiaçı müəyyən edilmiş müddətin onun təqsiri olmadan buraxıldığını əsaslandırmaqla ərizə ilə onun bərpasını xahiş edə bilər. Lakin işin yuxarıda əks olunmuş prosessual vəziyyətindən göründüyü kimi, iddiaçı tərəfindən belə ərizə təqdim edilməmiş, əksinə məhkəmə iclasında məlumatının olduğunu bildirmişdir. İddiaçıya mübahisələndirdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müavini DQK-nın 99 ş/h nömrəli, 18 may 2023-cü il tarixli əmri elan edilmiş, o, “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılması barədə ən azından xx.xx.2023-cü il tarixindən xəbərdar olmuş, lakin xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət etmişdir. İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti üzürsüz səbəbdən ötürmüşdür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Yuxarıda sadalanan normalardan da göründüyü kimi iddiaçıya inzibati akt elan edilmişdir. Ona görə də ona “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsi şamil oluna bilməz. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(102)-630/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 20 dekabr 2023-cü il tarixli, 2-1(120)-5202/2023 nömrəli məktublarla hüquqi yardım edilmiş və məktuba münasibət bildirmək üçün vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bununla da, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, mübahisələndirilən sərəncam üzrə iddia müddətləri buraxılmışdır. Odur ki, məhkəmə hazırkı iddianın mümkün sayılmaması qənaətinə gəlir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən, həmçinin iddia müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmədiyindən, iddia müddətinə dair mümkünlük şərtinin ödənilməməsi səbəbi ilə iddia mümkünsüz sayılmalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müavini DQK-nın 99 ş/h nömrəli, 18 may 2023-cü il tarixli əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki vəzifəsinə - Azərbaycan Respublikası Daxili İşlər Qoşunların N saylı hərbi hissənin XVTD-nin 1-ci XVTB götürmə qrupunda atıcı vəzifəsinə bərpa edilərək həmin vəzifəyə təyin edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar