Məhkəmə qərarları › İş №2-1(120)-2278/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2278/2025

17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2278/2025 17.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə, X7 və X11 qarşı “çıxarışın və plan-ölçü sənədlərinin ləğv edilməsi, yeni çıxarışın və plan-ölçü sənədlərinin verilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, Cavabdehin vəkili X14 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə, X7 və X11 qarşı “çıxarışın və plan-ölçü sənədlərinin ləğv edilməsi, yeni çıxarışın və plan-ölçü sənədlərinin verilməsi” barədə işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə, X7 və X11 qarşı “Ağcabədi şəhər sakini X6 adına ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş çıxarışın və plan-ölçü sənədlərinin ləğv edilməsi, onların həmin ünvanda daimi pasport qeydiyyatında qalmaqla mülkiyyətçi kimi tanınmağı və 40 ildən artıq yaşadıqları iki otaqlı mənzilin, qarşısındaki zal və mətbəx də daxil olmaqla dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarışın və plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıların əsaslandırması: İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, X2 ünvanda yaşayan, mülküyyətçi X17 ilə 1977-ci ildə ailə həyatı quraraq sözügedən ünvana gəlin köçmüşdür. Birgə nikah dövründə üç övladları olmuşdur. Oğlu İddiaçı3 11 yanvar 2006-cı ildə X23 ilə ailə həyatı qurmuş, həmin evə gəlin köçmüşdür. Qızı İddiaçı1 hal-hazırda da həmin mənzildə yaşayır. O, 1977-ci ildən, qızı Lalə və oğlu Zaur doğulduğu vaxtdan hal-hazıra kimi sözügedən ünvanda daimi pasport qeydiyyatında olmaqla yaşayırlar. Həyat yoldaşı X17 2007-ci ildə sözügedən ünvanda vəfat etmişdir. Sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 152.4 kv.m, yaşavış sahəsi 82.4 kv.m olmaqla 4 otaqdan, qarşısında zaldan ibarət olmaqla, evin istifadəsində 627 kv.m həyətyani torpaq sahəsi də vardır. Həmin otaqlardan iki otaq, qarşısında zal və mətbəxdə daxil olmaqla onlarındır, 40 ildən artıqdır ki, istifadələrindədir. Belə ki, cavabdehlər X18 və digərləri onlara qarşı “evdən çıxarılma” tələbinə qarşı iddia qaldırmış, Ağcabədi rayon Məhkəməsinin 12 iyun 2009-cu il tarixli, qətnaməsinə əsasən, iddia tələbi əsassız olduğu üçün təmin edilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edirlər. Cavabdehin etirazı: Cavabdeh iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə, X7 və X11 qarşı “Ağcabədi şəhər sakini X6 adına ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş çıxarışın və plan-ölçü sənədlərinin ləğv edilməsi, onların həmin ünvanda daimi pasport qeydiyyatında qalmaqla mülkiyyətçi kimi tanınmağı və 40 ildən artıq yaşadıqları iki otaqlı mənzilin, qarşısındakı zal və mətbəx də daxil olmaqla dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarışın və plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə münasibət bildirilməsi haqqında məhkəmə sərəncamına 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, İddiaçı1 və Validə X1 və X6 adına verilmiş çıxarışın və plan-ölçü sənədinin ləğv edilməsi, onların əmlakına çıxarış və plan-ölçü verilməsinə köməklik göstərilməsi barədə müraciətlərinə 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmış və müraciətdə qeyd edilən X8 və X6 adına verilmiş çıxarışın və plan-ölçü sənədinin ləğv edilməsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Püquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək, ünvan reyestrini aparmaq, daşınmaz əmlak obyektlərinə ünvan vermək, qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın qiymətləndirilməsini həyata keçirmək, dövlət kadastrının və dövlət torpaq kadastrının tərtib edilməsi və aparılmasının həyata keçirilməsində iştirak etmək səlahiyyətlərinə malikdir. Həmçinin, onların əmlakına çıxarış və plan-ölçü sənədinin verilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən daşınmaz əmlaka dair təqdim olunmuş hüquqmüəyyənedici sənədlər və dövlət rüsumunun ödənilməsi barədə sənədlə Ağcabədi regional "Asan Xidmət” mərkəzində daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı bölməsinə müraciət ediləcəyi təqdirdə məsələyə qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir. İddia tələbi araşdırılarkən aşağıda qeyd edilən hüquq normalarına istinad edilərək bildiririk ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilərək hüquqların dövlət qeydiyyatı aparılır. "Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə və hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, yuxarıda şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2, 8, 9 və 15ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1 və 140-cı maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə, X7 və X11 qarşı "Ağcabədi şəhər sakini X6 adına ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş çıxarışın və plan-ölçü sənədlərinin ləğv edilməsi, onların həmin ünvanda daimi pasport qeydiyyatında qalmaqla mülkiyyətçi kimi tanınmağı və 40 ildən artıq yaşadıqları iki otaqlı mənzilin, qarşısındakı zal və mətbəx də daxil olmaqla dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarışın və plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə etiraz edirik və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirik. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İddiaçılar və 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə İPM-in 62.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X6 vəkili X20 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanı ½ hissədə X6 adına qeydiyyata alınmışdır. Ər-Arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında xx.xx.2009-cu il tarixli Şəhadətnamədən görünür ki, xx.xx.2008-ci ildə vəfat etmiş X3 qalmış arvadı Ağcabədi şəhəri, S.Vurğun küçəsi 140 saylı evdə yaşayan X9 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır. Şəhadətnamə verilən ümumi birgə əmlak Azərbaycan Respublikası Ağcabədi rayon Texniki İnventarlaşdırma Bürosunun xx.xx.1996-cı il tarixli, № 5334 saylı Qeydiyyat Vəsiqəsinə əsasan X15 məxsus olan Ağcabədi şəhəri, S. Vurğun küçəsində yerləşən 627,0 kv.m torpaq sahəsində 1974-cü ildə tikilmiş 82.4 kv.m yaşayış, 152.4 kv.m ümumi sahəsi olan, 4 otaqlı 160 saylı şəxsi yaşayış evindən ibarətdir. O cümlədən ölmüş ərinin ümumi birgə əmlakdakı payı X15 məxsus yaşayış evinin ½ hissəsindən ibarətdir. Qanun üzrə Vərəsəlik Hüququ haqqında xx.xx.2009-cu il tarixli Şəhadətnamədən görünür ki, 26 noyabı 2008-ci ildə vəfat elmiş X13 vərəsələri bunlardır. Ağcabədi səhəri, S.Vurğun küçəsi, 140 saylı evdə yaşayanlar, arvadı X9, qızı X10r. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Ağcabədi rayon Texniki İnventarlaşdırma Bürosunun xx.xx.1996-cı il tarixli, № 5334 saylı Qeydiyyat Vəsiqəsinə əsasan X29 öğluna məxsus olan Ağcabədi səhəri, S.Vurğun küçəsində yerləşən 627.0 kv.m torpaq sahəsində 1974-cü ildə tikilmiş 82.4 kv.m yaşayış, 152.4 kv.m ümumi sahəsi olan, 4 otaqlı 160 saylı şəxsi yaşayış evinin 1/2 hissəsindən ibarətdir. xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X4 vərəsələri ünvan 3 ünvanında yaşayan X10r və o, miras qalmış əmlakdan ½ hissədə pay almalıdır. ƏMDK-nin yanında DƏDRX-nin Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2009 tarixdə X5 verilmiş **********58-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasan ünvan 4 ünvanında yerlaşən ümumi sahasi 152.4 kv.m, yaşayış sahəsi 82.4 kv.m yardımçı sahəsi 70 kv.m olan fərdi yaşayış evinin 4/6 hissəsindən və ƏMDK-nin yanında DƏDRX-nin Beyləqan Ərəzi idarəsi tərəfindən xx.xx.2009 tarixdə X5 verilmiş **********58-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət qeyterindən çıxarışa əsasən ünvan 5 ünvanında yereşən ümumi sahəsi 0.06 ba olan torpaq sahəsinin 4/6 hissəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023 tarixli qeydiyyat nömrəsi **********1034305 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 5 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X4 vərəsələri ünvan 3 ünvanında yaşayan X21r və o, miras qalmış əmlakdan ½ hissədə pay almalıdır. ƏMDK-nin yanında DƏDRX-nin Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2009 tarixdə X5 verilmiş **********58-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasan ünvan 4 ünvanında yerlaşən ümumi sahasi 152.4 kv.m, yaşayış sahəsi 82.4 kv.m yardımçı sahəsi 70 kv.m olan fərdi yaşayış evinin 4/6 hissəsindən və ƏMDK-nin yanında DƏDRX-nin Beyləqan Ərəzi idarəsi tərəfindən xx.xx.2009 tarixdə X5 verilmiş **********58-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət qeyterindən çıxarışa əsasən ünvan 5 ünvanında yereşən ümumi sahəsi 0.06 ba olan torpaq sahəsinin 4/6 hissəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023 tarixli qeydiyyat nömrəsi **********1034305 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 5 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyərək, iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri obyektiv və qərəzsiz şəkildə araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati prosessual Məcəllənin: 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarı: 1.Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 15.1. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İddia tələbindən müəyyən edilir ki, iddiaçılar İddiaçı1, İddiaçı2n və İddiaçı3 Ağcabədi şəhər sakini X6 adına ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş çıxarışın və plan-ölçü sənədlərinin ləğv edilməsi, onların həmin ünvanda daimi pasport qeydiyyatında qalmaqla mülkiyyətçi kimi tanınmağı və 40 ildən artıq yaşadıqları iki otaqlı mənzilin, qarşısındaki zal və mətbəx də daxil olmaqla dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarışın və plan-ölçü sənədlərinin verilməsini xahiş edirlər. Məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə ünvan 2 ünvanı X6 adına qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, həmin çıxarışın verilməsinə əsas qanun üzrə vərəsəlik şəhadətnaməsi olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən ilə xx.xx.2010-cu il tarixdə vəfat etmiş X4 vərəsələri kimi X16 və X26 miras qalmış ünvan 4 ünvanında yerlaşən ümumi sahasi 152.4 kv.m, yaşayış sahəsi 82.4 kv.m yardımçı sahəsi 70 kv.m olan əmlakdan ½ hissədə pay almışlar. Məhkəmə ilk öncə qeyd edir ki, çıxarış inzibati akt deyil. İddiaçı çıxarışın verilməsinə əsas olmuş hüququmüəyyənedici sənədi mübahisələndirməlidir. Belə olan halda iddiaçılar hazırki çıxarışın verilməsinə əsas olmuş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mülki icraat qaydasında ümumi (rayon, şəhər) məhkəmələrində mübahisələndirməlidir. İddia tələbinin ikinci hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, mübahisələndirilən çıxarış və verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər ləğv olunacağı təqdirdə iddiaçılar həmin fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydə alınmaqla müvafiq çıxarışın və texniki pasportun verilməsi tələbi ilə cavabdeh 6 saylı Beləqan Ərazi İdarəsinə müraciət edə bilərlər. Tələblərindən imtina olunduqdan sonra cavabdehə qarşı həmin tələblə məhkəmədə iddia qaldıra bilərlər. Həmçinin cavabdeh qismində də fiziki şəxslər müəyyən olunmuşdur ki, bu hal inzibati icraat qaydasında baxılan işlərdə yolverilməz hesab olunur. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.4-cü bəndlərinin də tələbləri baxımından və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının müddəalarını rəhbər tutaraq hesab edir ki, hazırkı mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından hazırki iddaya inzibati deyil, mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçı qeyd olunan iddia ilə aidiyyəti üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü və 48-ci maddələrini rəhbər tutaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli hüquqi yardım məktubları ilə, həmçinin şifahi şəkildə məhkəmə iclası zamanı yuxarıda qeyd edilən hüquqi mövqeyə uyğun yardım etmiş, qanunvericiliyin iddianın mümkünlük şərtləri ilə bağlı normaları izah edilmişdir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, İnzibati Prosessual Məcəllənin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar