Məhkəmə qərarları › İş №2-1(120)-228/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-228/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-228/2023 14.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ünvan 1 ünvanına X3 cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın (35 kv.m hissədə) və xx.xx.2020-ci il tarixli, 1302 nömrəli invertar sənədinin ləğv edilməsi” barədə iddia tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ünvan 1 ünvanına X3 cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın (35 kv.m hissədə) və xx.xx.2020-ci il tarixli, 1302 nömrəli invertar sənədinin ləğv edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2-1(120)-1225/2021 nömrəli qərardadı ilə üzrə X12 və X13 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2-1(120)-732/2022 nömrəli qərardadı ilə üzrə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə və üçüncü şəxslər X8, X10 və X3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin və üçüncü şəxslər X5, X9 və X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Lənkəran rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə əsaslıdır. Belə ki, iddiaçı Lənkəran rayonu Mirhaşim Ağayev küçəsi 9 ünvanına X3 cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın (35 kv.m hissədə) və xx.xx.2020-ci il tarixli, 1302 nömrəli invertar sənədinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X2 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən RX seriyalı ******* saylı çıxarışından görünür ki, İddiaçı mülkiyyətində Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində 0,06 hektar torpaq sahəsi vardır. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyat tarixi 09 aprel 2013-cü il, qeydiyyat nömrəsi isə **********-dır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, M-048 nömrəli mütəxəssis rəyinin nəticə hissəsində qeyd edilmişdir: ünvan 3 ünvanında reyestr nömrəsi **********56 olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,06 hektar həyətyanı torpaq sahəsi üçün nəzərdə tutulmuş və sahəsi 35 kv.metr olan gediş-gəliş yolu cavabdeh X4 tərəfindən istifadə olunur. İddiaçı mülkiyyətinə verilmiş 0,06 hektar həyətyanı torpaq sahəsi üçün nəzərdə tutulmuş və sahəsi 35 kv.metr olan gediş-gəliş yolunun hər iki tərəfində (şimal-qərb və cənub-şərq) cavabdeh X4 tərəfindən daş hasar inşa etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 19 aprel 2019-cu il tarixli, 9694 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir: ünvan 3 ünvanında reyestr nömrəsi **********56 olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,06 hektar həyətyanı torpaq sahəsi üçün nəzərdə tutulmuş və sahəsi 35 kv.metr olan gediş-gəliş yolu cavabdeh X4 tərəfindən istifadə olunur. İddiaçı mülkiyyətinə verilmiş 0,06 hektar həyətyanı torpaq sahəsi üçün nəzərdə tutulmuş və sahəsi 35 kv.metr olan gediş-gəliş yolunun hər iki tərəfində (şimal-qərb və cənub-şərq) cavabdeh X4 tərəfindən daş hasar inşa etmişdir. İş materiallarında olan Lənkəran rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, xx/xx/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Lənkəran rayon Məhkəməsinin icraatında olmuş 2(049)-111/2019 nömrəli mülki iş üzrə məhkəmənin 16 may 2019-cu il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmişdir. Qeyd olunan iş üzrə verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. İş materiallarında olan Lənkəran rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(049)-111/2019 nömrəli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin olunması, cavabdeh X4 tərəfindən qanunsuz olaraq zəbt edilmiş, İddiaçı Xudaverdi qızının mülkiyyətində olan Lənkəran şəhəri, Mirhaşim Ağayev küçəsi 9-da olan 0,06 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun 35 kv.m hissəsindən çıxarılması, həmin hissədə cavabdeh X4 tərəfindən inşa olunmuş hasarın cavabdehin hesabına sökülməsi və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(102)-2236/2020 nömrəli qərarının müəyyən etdi hissəsindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli 2(106)-2962/2019 nömrəli qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin 2(049)-111/2019 nömrəli, 16 may 2019-cu il tarixli qətnaməsi cavabdeh münasibətdə dəyişdirilmədən saxlamışdır və cavabdeh X2 apelyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh X4 və vəkili X1 Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli 2(106)-2962/2019 nömrəli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(102)-2236/2020 nömrəli qərarının qərara aldı hissəsindən görünür ki, cavabdeh X4 və vəkili X6 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2019cu il tarixli 2(106)-2962/2019 nömrəli qətnaməsi cavabdeh X3 münasibətdə və mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, əvvəllər Lənkəran rayon Məhkəməsinin icraatında olan 2(049)-111/2019 saylı iş üzrə qəbul edilmiş 16 may 2019-cu il tarixli qətnamənin icrası ilə əlaqədar Lənkəran rayon İcra və Probasiya şöbəsindən daxil olmuş icra sənədinin icrası olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsininin aidiyyəti mütəxəssisinin iştirakının təmin olunması ilə əlaqədar müvafiq bildirişə əsasən keçirilən müayinə zamanı həmin qətnamə ilə hazırki iş üzrə İddiaçı şəxsi mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə gediş-gəliş yolunun 35 kv.m hissədə boşaldılması və üçüncü şəxs X4 tərəfindən yaradılan maneələrin aradan qaldırılması cavabdeh inzibati orqana məlum olmuşdur. Hazırki iş üzrə ləğvi qoyulmuş “Çıxarış” Lənkəran rayon İcra və Probasiya şöbəsinin yuxarıda barəsində qeyd olunan müvafiq icra sənədi ərazi idarəsinə daxil olmamışdan əvvəl verilmişdir. Belə ki, həmin icra sənədi qətnamə qanuni qüvvəsini aldıqdan sonra Ərazi İdarəsinə göndərildiyindən hazırki vəziyyət yaranmışdır. İddiaçı Lənkəran rayonu Mirhaşim Ağayev küçəsi 9 ünvanına X3 cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın (35 kv.m hissədə) və xx.xx.2020-ci il tarixli, 1302 nömrəli invertar sənədinin ləğv edilməsini xahiş etmişdir. Lakin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsi iddiaçının müraciətindən əsassız olaraq imtina etmişdir. Məhkəmə, müəyyən etdiyi işin faktiki hallarını mövcud qanunvericiliyin aşağıda qeyd olunan normaları daxilində qiymətləndirməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (maddə 140). Qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə139-1.1.4). Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər (maddə149.2). Həmin Məcəlləni 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə 8.0.4). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Qeyd edildiyi kimi, bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək, o cümlədən toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçının Lənkəran rayonu Mirhaşim Ağayev küçəsi 9 ünvanına X3 cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın (35 kv.m hissədə) və xx.xx.2020-ci il tarixli, 1302 nömrəli invertar sənədinin ləğv edilməsi ilə bağlı müraciətindən cavabdehin imtinası qanuna ziddir və bu hal iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsin mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə ərizəsinə baxılarkən işin bütün hallarını araşmamışdır. Başqa sözlə, cavabdeh inzibati orqan tərəfindən "İnzibati icraat haqqında" Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparılmamışdır. Bununla da, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş qanunçuluq və mötəbərlik prinsipinin iddiaçıya münasibətdə pozulmasına gətirib çıxarmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Lənkəran rayonu Mirhaşim Ağayev küçəsi 9 ünvanına X3 cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın (35 kv.m hissədə) və xx.xx.2020-ci il tarixli, 1302 nömrəli invertar sənədi ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Lənkəran rayonu Mirhaşim Ağayev küçəsi 9 ünvanına X3 cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın (35 kv.m hissədə) və xx.xx.2020-ci il tarixli, 1302 nömrəli invertar sənədi ləğv edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar