Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2288/2025 21.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 18 iyun 2008-ci il tarixdə kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqqı nəzərə alınaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 21 iyul 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17- 1/2-M-127068/2024 nömrəli imtinasının qanunsuz hesab edilməsi və ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunmasını, eləcə də iddia tələbinin dəyişdirilərək “ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “ona 18 iyun 2008-ci il tarixdə kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqqı nəzərə alınaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2024-cü ilin fevral ayından 65 yaşı tamam olduğundan ona yaşa görə əmək pensiyası təyin olunmuşdur. Lakin onun pensiyası düzgün hesablanmamışdır. Belə ki, qüvvədə olan Qanunvericiliyə əsasən 2006cı ildən 2018-ci ilədək sosial sığorta haqqı ödəyən vətəndaşlara 25 il staj nəzərə alınır və avtomatlaşdırılmış qaydada əmək pensiyası təyin olunur. O, da 18 iyun 2008-ci ildə 5 (beş) manat Dövlət Sosial Müdafıə Fondunun Lənkəran şəhər Şöbəsi vasitəsilə Dövlət Sosial Müdafıə Fonduna malik olduğu pay torpağına görə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22- 1-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixdən 2018-ci ilin iyul ayının 1-dək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmış, pensiya yaşı tamam olmuş, əvvəllər pensiya almayan vətəndaşlara 2006-cı ilədək 25 il nəzərə alınır və avtomatlaşdırılmış qaydada əmək pensiyası təyin olunur. O, da həmin sığortanı ödəmişdir. Lakin ona bildirirlər ki, həmin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya ehtiyatlarında ona dair sığortaedən kimi uçot, məcburi dövlət sosial sığorta haqqı üzrə ödəniş və hesabat məlumatları aşkar edilməmişdir. Xoşbəxtlikdən ödəniş qəbzi ondadı və onu da iddia ərizəsinə əlavə edir. İndi Siz deyin kimsə qəsdən və ya səhlənkarlıqdan bu qəbzi qeydə almamışdırsa onun nə günahı? Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması məqsədilə xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala müraciət etmişdir. Mərkəzi Filial tərəfindən ünvanlanmış 07 noyabr 2024-cü il tarixli, 3-17-1/2-M-276238/2024 nömrəli məktubla əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabında pensiya kapitalı olduqda təyin edilə bilər. Lakin İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının təqdim etdiyi xx.xx.2008-ci il tarixli mədaxil qəbzində qeyd olunmuş məlumatlara əsasən xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabın sığorta hissəsində öz əksini tapmamışdır. Bu səbəbdən sözügedən dövr üzrə xeyrinə məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi barədə Fondun müvafiq struktur bölməsinə sorğu göndərilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçot məlumatları aşkar edilmədiyindən 18 iyun 2008-ci il tarixli ödəniş qəbzi üzrə araşdırmanın aparılması mümkün olmamışdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə və Nazirliyin Kollegiyasının 26 fevral 2021-ci il tarixli **********1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydası”nın 2.1-ci bəndinə əsasən “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs”lərin sığortaçıda uçota alınması, uçotdan çıxarılması, həmçinin uçot məlumatlarına hər hansı dəyişikliyin edilməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilən məlumatlar əsasında aparılır. Qeyd olunanları nəzərə alaraq İddiaçı “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçota alınması ilə bağlı məsələnin araşdırılması üçün müvafiq təsdiqedici sənədlərlə qeydiyyatda olduğunuz ərazi üzrə vergi orqanına müraciət edərək uçota alındıqdan sonra lazımi sənədləri (torpaq aktı, ailə tərkibi haqqında arayış, torpaq aktında və ailə tərkibi haqqında arayışda adları qeyd olunan ailə üzvlərinizin şəxsiyyət vəsiqələrinin sürətləri (torpaq aktında adları qeyd olunan şəxslərin məlumatları ilə şəxsiyyət vəsiqələrindəki məlumatları fərqli olduğu halda müvafiq təsdiqedici sənədlər)) əlavə edərək Fondun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialına yenidən müraciət edəcəyi təqdirdə qeyd olunan məsələyə baxılacaqdır. Məlumat üçün bildirlər ki, həmin dövrdə qüvvədə olan “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”nın 3cü maddəsində məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu nəzərdə tutulmuşdur. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, qeyri-kommersiya hüquqi şəxsləri dövlət qeydiyyatına, ailə kəndli təsərrüfatları isə qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan, təsərrüfat subyekti olmayan digər sığortaedənlər isə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra bir ay müddətində müvafiq məlumatları təqdim etməklə məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13.1-ci bəndinə əsasən, sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Həmin Qanunun 13.2-ci bəndinə əsasən, ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Həmin Qanunun 13.3-cü bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanınm müəyyən etdiyi orqan (qurum) bu Qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Həmin Qanunun 14.5.1-1.9-cu bəndinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli İ və İİ dərəcə əlilliyi olan şəxslər, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında’’ Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır: 5 hektaradək olduqda - 2 faiz miqdarında; 5 hektardan 10 hektaradək olduqda - 6 faiz miqdarında; 10 hektardan yuxarı olduqda - 10 faiz miqdarında. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən sığortaçının vəzifəsi məcburi dövlət sosial sığortanın məqsədləri üçün sıqortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaqdır. Həmin Qanunun 10-cu maddəsinə əsasən sığortaedənlərin vəzifəsi: - müəyyən edilmis müddət daxilində sosial sıqorta haqqını sıqortaçıya ödəmək; - sosial sıqorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb basa catdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmis formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək. Göründüyü kimi İddiaçı tərəfindən xx.xx.2008-ci il üzrə Forma B2 məlumatları və ona uyğun Forma B3 məlumatları təqdim edilmədiyindən həmin dövrlər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabda əks olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)- 2487/2024 nömrəli qərarında qeyd olunmuşdur ki, “Apellyasiya instansiya məhkəməsi iddianın əsaslılığı ilə bağlı gəldiyi nəticənin əsası kimi bildirmişdir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Kollegiya qeyd edir ki, əgər iddiaçı tərəfindən sosial sığorta haqqı ödənilməmişsə, o zaman iddiaçının müəyyən borcu yaranmalı və bu borcun silinməsi haqqında cavabdeh tərəfdə məlumat olmalı idı. Lakin sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibatı orqan isə nə iddiaçının sığorta ödənişlərini etmədiyinə, nə də 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş hər hansı borcunun olmasına dair məhkəmələrə sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini əsassız hesab edir. Məhkəmə kollegiyası nəzərə alır ki, “Əmək pensiyaları haqqında” Qanunun 5.3-cü maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1ci bəndinin müddəalarına əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: ... 3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən; ... 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə - dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən. İddiaçının həmin Qaydanın 4.1.2-ci bəndində nəzərdə tutulan və 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə əmək fəaliyyətini və bundan irəli gələn sığorta stajını təsdiq edən sübut işdə yoxdur. 2006-cı il yanvarın 1-dək olan dövrdə iddiaçının fərdi sahibkarlıqla məşğul olduğunu bəyan etdiyi 1997-2005-ci illər üzrə sığorta haqlarının ödənilmədiynə dair dəlilə gəldikdə, iddiaçının əmək fəaliyyətinin 2002-ci il 1 yanvar tarixədək müddətinə həmin şərtin tətbiqi, ilk növbədə həmin vaxtda qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə bağlıdır. Həmin normaya görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 2002-ci il 1 yanvar tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 2002-ci il 1 yanvar tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin maddənin birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Məhkəmə kollegiyası cavabdehin etiraz və şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, iddiaçının fərdi sahibkar kimi qeydə alınması, həmçinin bu və ya digər sahibkarlıq növü ilə məşğul olmaq üçün patent, icazə (lisenziya) və s. alması onun fərdi sahibkar kimi əmək fəaliyyəti ilə faktiki məşğul olduğunu özü-özlüyündə təsdiq etmir. İddiaçının təqdim etdiyi 1997-1999-cu illərə aid “fiziki şəxslərdən gəlir vergisi üzrə tədiyyə bildirişləri” istisna edilməklə, işin materiallarında iddiaçının faktiki əmək fəaliyyətini təsdiq edən hər hansı sübut yoxdur. 1997-1999-cu illər sığorta stajına daxil edildikdə belə, bu, qanunla tələb olunan 25 illik müddəti təmin etmir. Məhkəmələrin “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanuna istinadları da vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, əvvəla, həmin Qanun faktiki mövcud olan borcları (hesablanan, lakin ödənilməyən sığorta haqlarını) tənzimləyir. Digər tərəfdən, həmin Qanunun məzmunundan asılı olmayaraq, iddiaçırıın fərdi sahibkar kimi (hüquqi şəxs yaratmadan) əmək fəaliyyəti ilə məşğul olması faktının özü təsdiq olunmalıdır. Hazırkı işdə bu, baş verməmişdir”. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərindən də aydın olduğu kimi məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. Sığortaedən tərəfindən qanunvericiliklə zəruri hesab edilən məlumatların təqdim edilmədiyi müvafiq illərin iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün hesab edilə bilməz. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı qanunvericiliklə tələb olunan sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin olunmaması xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X3 gəlmiş, İddiaçı və üçüncü şəxsin nümayəndəsi isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Lənkəran rayonunda doğulmuş və Lənkəran rayonunun Gərmətük qəsəbəsində yaşayır. İş materiallarında olan İddiaçı adına tərtib olunmuş ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək 11 ay 10 gün Lənkəran rayonu “Həzi Aslanov” adına sovxozda, xx.xx.1981-ci il tarixdən xx.xx.1989-cu il tarixədək 7 il 9 ay 4 gün Lənkəran şəhər Dövlət Statistika İdarəsinin “Həzi Aslanov” filialında, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək 1 il 11 ay 20 gün Lənkəran RNK-nin yol istehsalat dairəsində, xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək 6 il 5 ay 8 gün 24 №-li Təsərrüfatlararası yol tikinti sahəsində (sonradan X4 vahidi) işləmiş həmin müəssisələrdə 17 il 1 ay 12 gün sığorta stajı toplamışdır. İş materiallarında olan 18 iyun 2008-ci il tarixli, 705868 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı istifadəsində olan pay torpağına görə DSMF Lənkəran şəhər şöbəsi vasitəsi ilə sosial sığorta haqqı üzrə 2002, 2003, 2004, 2005, 2006, 2007 və 2008-ci il ödəniş dövrünə aid 5 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan “Fiziki şəxsin uçotu haqqında” ********** nömrəli şəhadətnamənin surətindən görünür ki, İddiaçı “Mülkıyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi xx.xx.2025-ci il tarixdə 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən uçota alınmışdır. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı 07 noyabr 2024-cü il tarixli, 3-17-1/2-M- 276238/2024 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X2 regional “ASAN xidmət” mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müaafiəsi Nazirliyinin (bundan sonra-Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra-Fond) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminntına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz xx.xx.2008-ci il tarixli mədaxil qəbzində qeyd olunmuş məlumatlara əsasən xeyrinizə ödənilmis məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabınızın sığorta hissəsində öz əksini tapmamışdır. Bu səbəblə sözügedən dövr üzrə xeyrinizə məcburi dövlət sosial sığorta haqlarının ödənilibödənilməməsi barədə Fondun müvafiq struktur bölməsinə sorğu göndərilib. Sorğu nəticəsində məlum olmuşdur ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində sizə dair “Mülkıyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçot məlumatları aşkar edilmədiyindən 18 iyun 2008-ci il tarixli ödəniş qəbzi üzrə araşdırmanın aparılması mümkün olmamışdır. Nəzərinizə çatdırırıq ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə və Nazırliyin Kollegiyasının 26 fevral 2021-ci il tarixli, **********1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydası”nın 2.1-ci bəndinə əsasən “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs”lərin sığortaçıda uçota alınması, uçotdan çıxarılması, həmçinin uçot məlumatlarına hər hansı dəyişikliyin edilməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilən məlumatlar əsasında aparılır. Qeyd olunanları nəzərə alaraq siz “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçota alınması ilə bağlı məsələnin araşdırılması üçün müvafiq təsdiqedici sənədlərlə qeydiyyatda olduğunuz ərazi üzrə vergi orqanına müraciət edərək uçota alındıqdan sonra lazımi sənədləri (torpaq aktı, ailə tərkibi haqqında arayış, torpaq aktında və ailə tərkibi haqqında arayışda adları qeyd olunan ailə üzvlərinizin şəxsiyyət vəsiqələrinin sürətləri (torpaq aktında adları qeyd olunan şəxslərin məlumatları ilə şəxsiyyət vəsiqələrindəki məlumatları fərqli olduğu halda müvafiq təsdiqedici sənədlər) əlavə edərək Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına yenidən müraciət edəcəyiniz təqdirdə qeyd olunan məsələyə baxılacaqdır. Göründüyü kimi, cavabdeh inzibati orqan İddiaçı “Mülkıyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi təqdim etdiyi xx.xx.2008-ci il tarixli mədaxil qəbzində qeyd olunmuş məlumatlara əsasən xeyrinə ödənilmis məcburi dövlət sosial sığorta haqlarının onun fərdi şəxsi hesabının sığorta hissəsində öz əksini tapmaması, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində iddiaçıya dair “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçot məlumatları aşkar edilmədiyindən 18 iyun 2008-ci il tarixli ödəniş qəbzi üzrə araşdırmanın aparılmasının mümkün olmaması səbəbindən onun yaşa görə əmək pensiyasının qeyd olunan ödəniş qəbzi nəzərə alınmaqla hesablanmasından imtina etmişdir. Məhkəmə cavabdeh inzibati orqanın imtinasının dəlillərini əsassız hesab edir. Belə ki, “Sostal sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uçota almanı həyata keçirdikdən sonra müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanın vəzifələri aşağıdakılardır: sığortaedən və şığortaolunan tərəfindən təgdim olunan məlumatların fərdi şəxsi heşablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmaşını və mühafizəsini təmin etmək (10.2.1); sığortaolunana onun rnüraciətinə əsasən fərdi səxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək, habelə fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək (10.2.2). Hazırki işdən göründüyü kimi, İddiaçı tərəfindən istifadəsində olan pay torpağına görə DSMF Lənkəran şəhər şöbəsinə sosial sığorta haqqı üzrə 2002, 2003, 2004, 2005, 2006, 2007 və 2008-ci illəri əhatə edən ödəniş dövrünə aid 5 manat məbləğində ödəniş edilməsi barədə 18 iyun 2008-ci il tarixli, 705868 nömrəli mədaxil qəbzi mövcuddur və həmin məbləğin qanunvericiliyə uyğun olaraq həmin dövrlərdə fəaliyyət göstərmiş DSMFnin Lənkəran şəhər şöbəsinin yığım hesabına işlənilməsi təsdiq edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunurı 21.2-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə 21.2.10-cu maddədə nəzərdə tutulmuş mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət də sığorta stajına daxil edilir. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvartn 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq 25 il olaraq hesablanır. Normaların məzmunundan göründüyü kimi, qanunverici əmək (iş) dövrlərinin yalnız o hissəsini (hissələrini) sosial sığorta staj kimi nəzərə alır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənilmiş olsun. Qeyd olunduğu kimi, iddiaçı məcburi dövlət sosial sığorta haqlarını “Əmək pensiyaları haqqında” Qanunun 21.1.1-ci maddəsində göstərilən 1 iyul 2018-ci il tarixdən on il əvvəl (2008) ödəmiş və həmin vəsait qanunvericiliyə uyğun olaraq həmin dövrlərdə fəaliyyət göstərmiş DSMF-nin Lənkəran şəhər şöbəsinin yığım hesabına işlənilmişdir. Digər tərəfdən, cavabdeh ödənilən məbləği qəbul etməməsini, geri qaytarmasını, iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota almaqdan imtina etməsini bildirməmişdir. Əksinə, cavabdeh ödənilən məbləğin mövcudluğunu iş materiallarında olan xidməti məruzədə təsdiq etmişdir. Bu tip işlər üzrə formalaşmış məhkəmə təcrübəsi bundan ibarətdir ki, iddiaçının mulkiyyətındə olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqlarını odəməsi, ödənişin elektron sistemdə onun sosial sığorta stajına hesablanmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq həmçinin qeyd edilir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)1307/2021, 2-1(102)1126/2023, 2-1(102)2228/2023 qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmənin təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa 22-1-ci maddə əlavə edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. 2019-cu ilin yanvarın birindən qüvvəyə minmiş “Əmək Pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinə əsasən; 22-1.1-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci maddəyə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.4-ci maddəyə əsasən Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı. Bununla bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-426/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-nin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-nin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı 18 iyun 2008-ci il tarixdə kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqqı nəzərə alınaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 18 iyun 2008-ci il tarixdə kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqqı nəzərə alınaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-2288/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2288/2025
21.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver