Məhkəmə qərarları › İş №2-1(120)-2289/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2289/2025

26.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2289/2025 26.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 cavabdeh Biləsuvar şəhər Bələdiyyəsinə qarşı «xx.xx.2020-ci il tarixli 15 saylı qərarların ləğvinin və həmin inzibati aktlara əsasən bələdiyyəyə hər birinin adından köçürülmüş 1200 manat, cəmi 4800 manat pul məbləğinin qaytarılmasını cavabdehə həvalə edilməsi» tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında (ünvan: ünvan 2 T D İ : İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 cavabdeh Biləsuvar Rayonu Çaylı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “pul vəsaitinin qaytarılması” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri məhkəmənin sərəncamına əsasən cavabdehə təqdim olunaraq, sonuncudan iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunmuş, həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49.1.1-ci maddəsinə əsasən tərəflər işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəməyə dəvət olunmuşlar. Şirvan İnzibati Məhkəməsinin 05 may 2025-ci il tarixli 2-1(120)-2289/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş, cavabdeh Biləsuvar rayon Çaylı bələdiyyəsi əsl cavabdeh Biləsuvar şəhər Bələdiyyəsi ilə əvəz edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli 2-1(120)-2289/2025 saylı qərardadı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və iddia tələbinə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Biləsuvar rayon Bələdiyyəsinə qarşı “xx.xx.2020-ci il tarixli 15 saylı qərarların ləğvinin və həmin inzibati aktlara əsasən bələdiyyəyə hər birinin adından köçürülmüş 1200 manat, cəmi 4800 manat pul məbləğinin qaytarılmasını cavabdehə həvalə edilməsi” kimi baxılması barədə qərardad qəbul edilmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar rayonunun Çaylı kəndində yaşayırlar. Ailə üzvü olmaqla Biləsuvar rayon Çaylı kəndində yaşayırlar. 30 dekabr 2020-ci ildə Çaylı bələdiyyəsinin 15 saylı qərarı ilə hər birinə 0,08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bununla bağlı bədədiyyə tərəfindən onlara qərarlar, seçim aktı, yerin sxematik planı rasmi qaydada verildi. Bunun müqabilində hər biri bələdiyyənin hesabına bələdiyyə sədrinin göstərişi ilə eyni gündə, yəni xx.xx.2021 -ci il tarixdə hər biri 1200 manat pul vəsaiti köçürüblər. Sonradan onlar ayrılmış torpaq sahəsinin sənədləşdirilməsini tələb etdikdə müəyyən oldu ki, onlara ayrılmış torpaq sahəsi yaşayış yeri deyil, bələdiyyənin onlara həyətyanı torpaq sahəsi kimi verdiyi torpaq sahəsi, örüş sahəsi olduğu müəyyən oldu. Odur ki, DƏDRX torpaq sahəsinin adlarına rəsmiləşdirilməsindən imtina etdi. Hazırda onlara satılmış həyətyanı torpaq sahəsindən nə istifadə edə bilmirlər, nə də ki pullarını geri ala bilmirlər. Dəfələrlə bələdiyyəyə köçürdüyükləri pulu tələb etsələr də bundan imtina etmişlər. Məcburiyyət qarşısında qalıb Biləsuvar rayon Prokurorluğuna müraciət etdilər. Orada araşdırma aparıldıqdan sonra 10 aprel 2023-cü il tarixdə bələdiyyə sədri barəsində cinayət işi başlanması rədd edildi. Odur ki, hər biri adından köçürülmüş 1200 manat pul vəsaitinin özlərinə qaytarılmasına dair göstəriş verilməsini xahiş edirlər. Bələdiyyəyə müraciət etdilər ki, onlardan qanunsuz aldığı pul vəsaitini qaytarsın. Bu-günə kimi heç bir cavab verilməmişdir. 12 yanvar 2021-ci il tarixdə həyətyanı torpaq sahəsinə görə Çaylı bələdiyyəsinə hər birinin adından köçürülmüş 1200 manat, cəmi 4800 manat pulun onlara qaytarılmasının Çaylı Bələdiyyəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü: İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçılar onlara münasibətdə əlverişsiz (yükləyici) inzibati aktların (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi). xx.xx.2023-cü il tarixli Biləsuvar rayon Prokurorunun qərarına əsasən, İddiaçı2 müraciətində göstərilənlərdə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Biləsuvar rayon Çaylı bələdiyyəsinə qarşı «pul vəsaitinin qaytarılması» tələbinə dair inzibati iş Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi və vəkili Vəkil ərizəsi təmin olunmuş, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Biləsuvar rayon Çaylı bələdiyyəsinə qarşı «pul vəsaitinin qaytarılması» tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilmişdir. İddiaçılar eyni tələblə Biləsuvar Rayon Məhkəməsinə müraicət etmiş, Biləsuvar Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2(022)-689/2024 saylı qərardadı ilə iddia ərizəsindən qəbulundan imtina edilmişdir. İddiaçılar tərəfindən şikayət verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-1171/2024 nömrəli qərardadı ilə İddiaçı2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2(022)-689/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra yenidən iddiaçılar eyni tələblə inzibati qaydada məhkəməyə müraciət etmişdir. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi). Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavadeh inzibati orqan hazırda mübahisələndirilən qərarlardan iddiaçların məlumatlı olması barədə rəsmi sənədi (poçt qəbzini və s.) məhkəməyə təqdim etməmişdir. Hansı ki, iddiaçının hüquq və qanunla qorunan maraqlarına birbaşa təsir göstərən, onun üçün əlverişsiz vəziyyət yaradan inzibati aktın məzmunu ilə vaxtında tanış olmaq və həmin inzibati akta qarşı öz müdafiəsini təşkil etmək hüququ, cavabdeh inzibati orqanın isə iddiaçının bu hüquqlarını təmin etmək vəzifəsi vardır. Buna görə də iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsində müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İşdə olan İmişli Regional Ədliyyə İdarəsinin xx.xx.2025-ci il tarixli 3-16-26/2- 18168/2025 nömrəli məktubuna əsasən, Biləsuvar rayonu üzrə bələdiyyə aktlarının qeydiyyat kitabına baxış keçirilmiş, lakin Biləsuvar rayonunun Çaylı Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 15 saylı qərarı (iclas protokolu) regional idarəyə daxil olmamışdır. İşdə olan İmişli Regional Ədliyyə İdarəsinin xx.xx.2025-ci tarixli 3-16-26/2- 105173/2025 nömrəli məktubuna əsasən, Biləsuvar rayonu üzrə bələdiyyə aktlarının qeydiyyatı kitabına baxış keçirilmiş, lakin Biləsuvar rayonu Çaylı bələdiyyəsinin (Azərbaycan Respublikasının xx.xx.2024-cü il tarixli 50-VİİQ №-li Qanunu ilə Biləsuvar bələdiyyəsinə birləşdirilib) xx.xx.2020-ci il tarixli, 15 saylı qərarı (iclas protokolu) regional idarəyə daxil olmamışdır. Xahiş edirik nəzərə alınmasını xahiş etmişdir. İşdə olan Biləsuvar rayonu Biləsuvar Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 403 nömrəli məktubuna əsasən, sizin 05 may 2025-ci il tarixli (iş № 2-1C120)-2289(2025) məktubunuzla bağlı aşağıdakıları məlumat üçün bildirilir. 1.Qeyd olunan məktuba əlavə olunan iddia ərizəsində göstərilən sənədlərin surətləri bələdiyyəyə göndərilməmişdir. Buna görə də mübahisə predmeti barədə prosessual hərəkətlər etmək mümkün deyildir. 2.İddia ərizəsində qeyd olunan Çaylı bələdiyyəsinin 30 dekabr 2020-ci il tarixli iclas protokolu Biləsuvar bələdiyyəsində mövcud deyildir. Çaylı bələdiyyəsinin sədri tərəfindən iclas protokolları, torpaq sahələri barədə zəruri olan sənədlər Biləsuvar bələdiyyəsinə verilməmişdir. Bu barədə İmişli Regional Ədliyyə idarəsinə də məlumat verilmişdir, lakin Çaylı bələdiyyəsinin sədri X5 tapılmadığına görə təhvil - təslim işləri başa çatdırılmamışdır, demək hələ də Biləsuvar bələdiyyəsi Çaylı bələdiyyəsinin varisi hesab olunmur. İşdə olan Biləsuvar Rayon Prokurorluğunun 02 iyul 2025-ci il tarixli ********* nömrəli məktubuna əsasən, Biləsuvar rayon Çaylı bələdiyyəsinin büdcəsindən pul vəsaitinin mənimsənilməsi faktına görə 12 sentyabr 2024-cü il tarixdə Biləsuvar rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq ibtidai istintaqı aparılır. Aparılan istintaq zamanı müəyyən edilmişdir ki, Biləsuvar rayon Çaylı bələdiyyəsinin üzvləri Çaylı bələdiyyəsinin sədri X5 tərəfindən Çaylı kənd sakinləri İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 torpaq sahəsi ayırarkən heç bir iclasda iştirak etməmişlər, seçim aktlarında ad və soyadlarının qarşısında qeyd edilmiş imzalar onlara məxsus deyil. Odur ki, cinayət işi üzrə zərurət yarandığından hazırda icraatda olan 2-1 (120)-2289/25 nömrəli materiala əlavə edilmiş Biləsuvar rayon Çaylı kənd sakinləri İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 adına Çaylı bələdiyyəsi tərəfindən ayrıldığı bildirilən torpaq sahələri ilə bağlı verilən sənədlərin əslinin Biləsuvar rayon prokurorluğuna göndərilməsinin təmin edilməsinə göstəriş verilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Biləsuvar Rayonu Çaylı Bələdiyyəsinin 30 dekabr 2020-ci il tarixli iclas protokolundan 15 saylı qərarından çıxarışa əsasən, gündəlik məsələ:1.Çaylı bələdiyyəsinin Perspektiv inkişaf fondu torpağından həyətyanı məqsədilə 800 kv.metr və ya 0,08 hektar torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə. "Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-İİİ QD nömrəli Qanunu ilə dəyişikliklər və əlavələr edilmiş və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİ QD nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 16-cı bəndinin tələblərinə müvafiq olaraq, Çaylı bələdiyyəsi qərara alır: 1.Çaylı bələdiyyəsinin Perspektiv inkişaf fondu torpağından 800 kv.metr və ya 0,08 hektar torpaq sahəsi həyətyanı məqsədi ilə Biləsuvar rayonu Çaylı kənd sakini İddiaçı1 bilavasitə satılması üçün ayrılsın. 2.Çaylı bələdiyyəsinin Perspektiv inkşaf fondu torpağından 800 kv.metr və ya 0,08 hektar torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə,istifadəsinə və ya icarəsinə verilmədiyindən habelə elektrik, rabitə, nəqliyyat, qaz, su və digər kommunukasiya xətlərinin mühavizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılsın. 3. Həyətyanı məqsədilə satılması nəzərdə tutulan bu torpaq sahəsinin plan-ölçüsü və rəy sənədini hazırlayaraq, torpaq sahəsinin digər lazım olan sənədlərlə birlikdə bələdiyyəyə təqdim edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 8 saylıCəlilabad Ərazi İdarəsindən xahiş edilsin. 4. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq Dövlət Reyestrindən çıxarışın, eləcədə qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsindən xahiş edilsin. 5. Bu qərarın icrasına nəzarət bələdiyyə sədri Ə.Astanova həvalə edilsin. İşdə olan Azərbaycan Respublikası Biləsuvar Rayonu Çaylı Bələdiyyəsinin 30 dekabr 2020-ci il tarixli iclas protokolundan 15 saylı qərarından çıxarışa əsasən, gündəlik məsələ:1.Çaylı bələdiyyəsinin Perspektiv inkişaf fondu torpağındanhəyətyanı məqsədilə 800 kv.metr və ya 0,08 hektar torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə. "Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-İİİ QD nömrəli Qanunu ilə dəyişikliklər və əlavələr edilmiş və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİ QD nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 16-cı bəndinin tələblərinə müvafiq olaraq Çaylı bələdiyyəsi qərara alır: 1.Çaylı bələdiyyəsinin Perspektiv inkişaf fondu torpağından 800 kv.metr və ya 0,08 hektar torpaq sahəsi həyətyanı məqsədi ilə Biləsuvar rayonu Çaylı kənd sakini İddiaçı4 bilavasitə satılması üçün ayrılsın.2.Çaylı bələdiyyəsinin Perspektiv inkşaf fondu torpağından 800 kv.metr və ya 0,08 hektar torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə,istifadəsinə və ya icarəsinə verilmədiyindən habelə elektrik, rabitə, nəqliyyat, qaz, su və digər kommunukasiya xətlərinin mühavizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılsın. 3.Həyətyanı məqsədilə satılması nəzərdə tutulan bu torpaq sahəsinin plan-ölçüsü və rəy sənədini hazırlayaraq, torpaq sahəsinin digər lazım olan sənədlərlə birlikdə bələdiyyəyə təqdim edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 8 saylı Cəlilabad Ərazi İdarəsindən xahiş edilsin. 4.Torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq Dövlət Reyestrindən çıxarışın, eləcədə qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsindən xahiş edilsin. 5.Bu qərarın icrasına nəzarət bələdiyyə sədri Ə.Astanova həvalə edilsin. İşdə olan Azərbaycan Respublikası Biləsuvar Rayonu Çaylı Bələdiyyəsinin 30 dekabr 2020-ci il tarixli iclas protokolundan 15 saylı qərarından çıxarışa əsasən, gündəlik məsələ:1.Çaylı bələdiyyəsinin Perspektiv inkişaf fondu torpağındanhəyətyanı məqsədilə 800 kv.metr və ya 0,08 hektar torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə. "Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-İİİ QD nömrəli Qanunu ilə dəyişikliklər və əlavələr edilmiş və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİ QD nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 16-cı bəndinin tələblərinə müvafiq olaraq Çaylı bələdiyyəsi qərara alır: 1. Çaylı bələdiyyəsinin Perspektiv inkişaf fondu torpağından 800 kv.metr və ya 0,08 hektar torpaq sahəsi həyətyanı məqsədi ilə Biləsuvar rayonu Çaylı kənd sakini İddiaçı2 bilavasitə satılması üçün ayrılsın. 2.Çaylı bələdiyyəsinin Perspektiv inkşaf fondu torpağından 800 kv.metr və ya 0,08 hektar torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə,istifadəsinə və ya icarəsinə verilmədiyindən habelə elektrik, rabitə, nəqliyyat, qaz, su və digər kommunukasiya xətlərinin mühavizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılsın. 3.Həyətyanı məqsədilə satılması nəzərdə tutulan bu torpaq sahəsinin plan-ölçüsü və rəy sənədini hazırlayaraq, torpaq sahəsinin digər lazım olan sənədlərlə birlikdə bələdiyyəyə təqdim edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 8 saylıCəlilabad Ərazi İdarəsindən xahiş edilsin. 4.Torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq Dövlət Reyestrindən çıxarışın, eləcədə qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsindən xahiş edilsin. 5.Bu qərarın icrasına nəzarət bələdiyyə sədri Ə.Astanova həvalə edilsin. İşdə olan Azərbaycan Respublikası Biləsuvar Rayonu Çaylı Bələdiyyəsinin 30 dekabr 2020-ci il tarixli iclas protokolundan 15 saylı qərarından çıxarışa əsasən, gündəlik məsələ:1.Çaylı bələdiyyəsinin Perspektiv inkişaf fondu torpağındanhəyətyanı məqsədilə 800 kv.metr və ya 0,08 hektar torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə. "Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-İİİ QD nömrəli Qanunu ilə dəyişikliklər və əlavələr edilmiş və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİ QD nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 16-cı bəndinin tələblərinə müvafiq olaraq Çaylı Bələdiyyəsi qərara alır: 1. Çaylı bələdiyyəsinin Perspektiv inkişaf fondu torpağından 800 kv.metr və ya 0,08 hektar torpaq sahəsi həyətyanı məqsədi ilə Biləsuvar rayonu Çaylı kənd sakini İddiaçı3 bilavasitə satılması üçün ayrılsın. 2.Çaylı bələdiyyəsinin Perspektiv inkşaf fondu torpağından 800 kv.metr və ya 0,08 hektar torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə,istifadəsinə və ya icarəsinə verilmədiyindən habelə elektrik, rabitə, nəqliyyat, qaz, su və digər kommunukasiya xətlərinin mühavizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılsın. 3. Həyətyanı məqsədilə satılması nəzərdə tutulan bu torpaq sahəsinin plan-ölçüsü və rəy sənədini hazırlayaraq, torpaq sahəsinin digər lazım olan sənədlərlə birlikdə bələdiyyəyə təqdim edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 8 saylıCəlilabad Ərazi İdarəsindən xahiş edilsin. 4.Torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq Dövlət Reyestrindən çıxarışın, eləcədə qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsindən xahiş edilsin. 5.Bu qərarın icrasına nəzarət bələdiyyə sədri Ə.Astanova həvalə edilsin. İşdə olan Biləsuvar Rayonu Biləsuvar Bələdiyyəsinin 16 iyul 2025-ci il tarixli 509 nömrəli məktubuna əsasən, bu iş üzrə iddiaçıların iddia ərizəsinə əlavə olunan sənədlərin surətləri Biləsuvar bələdiyyəsinə təqdim edilməyib,hansı ki, bu barədə sizə ünvanlanan xx.xx.2025ci il tarixli 403 saylı məktubda da bildirilmişdir.Nə qədər ki, həmən zəruri sənədlərlə təmin olunmamışıq yuxarıda qeyd olunan işlə bağlı fikir söyləmək mümkün deyildir. Odur ki, nəzərə alınmasını xahiş edir. İşdə olan Biləsuvar Rayonu Biləsuvar Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 625 nömrəli məktubuna əsasən, Çaylı bələdiyyəsinin sabiq sədri X2 cinayət əməlləri ilə bağlı istintaq işi üçün zəruri olan bələdiyyə sənədləri Biləsuvar rayon Prokurorluğu tərəfindən götürülmüşdür. Buna görə İddiaçı1 və digərlərinin poçt qəbzi ilə olan pul ödənişlərinin Çaylı bələdiyyəsinin hesabına işlənib-işlənilməməsini müəyyənləşdirmək imkan xaricindədir. İşdə olan xx.xx.2023-cü il tarixli 5-39-8/2-545/2023 nömrəli arayışa əsasən, verilir Biləsuvar rayon İHB-nın Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı4 ondan ötəri ki, o həqiqətən Biləsuvar rayon Çaylı kəndində yaşayır. İşdə olan xx.xx.2023-cü il tarixli 5-39-8/2-544/2023 nömrəli arayışa əsasən, verilir Biləsuvar rayon İHB-nın Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı3 ondan ötəri ki, o həqiqətən Biləsuvar rayon Çaylı kəndində yaşayır. İşdə olan xx.xx.2023-cü il tarixli 5-39-8/2-543/2023 nömrəli arayışa əsasən, verilir Biləsuvar rayon İHB-nın Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı2 ondan ötəri ki, o həqiqətən Biləsuvar rayon Çaylı kəndində yaşayır. İşdə olan xx.xx.2023-cü il tarixli 5-39-1/2-3386/2023 nömrəli məktubuna əsasən, verilir Biləsuvar Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən İddiaçı1 ondan ötəri ki, həqiqətən o, ünvan 4 ünvanında yaşayır. İşdə olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 hər biri tərəfindən ödənilmiş 1200.0 manat pul məbləği Çaylı Bələdiyyəsinin bank hesabına (Azərbaycan Respublikası Mərkəzi X4) ödəniş edilmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Biləsuvar Rayonu Çaylı Bələdiyyəsinin 30 dekabr 2020-ci il tarixli iclas protokolundan 15 saylı qərarlarından çıxarışlara əsasən, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 hər birinə Çaylı bələdiyyəsinin Perspektiv inkişaf fondu torpağından həyətyanı məqsədilə 800 kv.metr və ya 0,08 hektar torpaq sahəsinin ayrılması barədə qəra qəbul edilmişdir, seçim aktı, torpaq sahəsinin plan sxemi tərtib edilmişdir. Bundan sonra iddiaçılar tərəfindən ödəniş edilmişdir. Sonradan onlar ayrılmış torpaq sahəsinin sənədləşdirilməsini tələb etdikdə iddiaçılara ayrılmış torpaq sahələrinin yaşayış yeri deyil, örüş sahəsi olduğu müəyyən olunmuşdur. Bundan sonra iddiaçılar məhkəməyə müraciət edərək müvafiq inzibati aktların ləğvini və pulun geri qaytarılmasını tələb edir. “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun: 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.6-ci maddəsinə əsasən maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. 25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. 28.1.1-сi maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati iсraatın başlanılması üçün əsaslardan biridir; 36.1.2-сi maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraсiət etmiş fiziki və ya hüquqi şəxslər inzibati iсraatın iştirakçıları sayılırlar; 36.3-сü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçünсü (maraqlı) şəxs qismində iсraatda iştirakını təmin etməyə borсludur; 51.1-сi maddəsinə əsasən inzibati orqan inzibati iсraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərсüməçiləri və digər orqanların nümayəndələrini inzibati iсraatla bağlı iсlasın vaxtı və yeri haqqında xəbərdar etməyə borсludur; 51.2-сi maddəsinə görə bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3.İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1.İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2.Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3.Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4.Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.7.Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Republikası Torpaq Məcəlləsinin 49-cu maddəsi:

1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

3. Keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir.

4. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, -75-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verilir; -75-ci maddəsinin 3-cü bəndinə görə bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 1-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir; - 75-ci maddəsinin 6-cı bəndində isə torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilməsi göstərilmişdir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah edilməsi və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -421.1-ci maddəsinə müvafiq olaraq müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa tərəflərin razılaşması ilə mümkündür. -421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Digər tərəfdən, hazırkı işə münasibətdə nəzərə alınmamışdır ki, Torpaq Məcəlləsinin XİV və XV fəsilləri torpaq sahələrinin geri alınmasının və torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının məhdudlaşdırılması və xitamının ümumi qaydalarını, hallarını vəəsaslarını tənzimləyən xüsusi normaları təsbit edir. Həmin normaların və oxşar münasibətləri tənzimləyən digər qanunvericilik müddəalarının bununla bağlı birbaşa göstərişlərini nəzərə almadan Qanunun 48-ci maddəsinin 4-cü bəndinə mücərrəd istinad isə son nəticədə həmin normanın real məzmununun təhrifinə səbəb olmuşdur. Hazırkı iddianın predmetini təşkil edən inzibati aktlar –xx.xx.2020-ci il tarixli qərarlarının (iclas protokolundan çıxarış) cavabdeh tərəfindən qeyd olunan “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Pul vəsaitinin qaytarılması “İnzibati İcraat haqqında” Qanunun tələblərinə uyğun olmamaqla iddiaçıların hüquq və səlahiyyətlərinin pozulmasına yönəlmişdir. Belə ki, Mülki və Torpaq Məcəlləsinin yuxarıda qeyd olunan maddələrindən görünür ki, qeyd olunan halda mülkiyyət hüququna məhkəmə qaydasında xitam verilməli olması birmənalı olaraq təsbit edilmişdir. Həmin halda belə, mülkiyyət hüququ ilə bağlı hüquqlara xitam verilməsi haqqında qərarın, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra, tədbirlər görülmədikdə qəbul edilməsi müəyyən edilmişdir. Hazırda mübahisələndirilən inzibati aktların qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda qeyd edilən tələblərinə (proseduruna) əməl olunmasına dair hər hansı sənəd (sübut) və məlumat cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, sübutetmə yükü qanunveriсiliklə üzərinə qoyulan tərəf kimi сavabdeh tərəfindən mübahisəli inzibati aktın qəbuluna əsas olmuş faktiki şərtlərin mövсudluğu iş üzrə sübuta yetirilmir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1 -ci maddəsinəəsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinəəsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü maddəsinəəsasən, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki vəya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərəəsaslana bilməz. 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Sadalanan maddi hüquq normalarının tələbinə görə fiziki və ya hüquqi şəxslərin etimadı iki halda qorunur ki, bunlardan birincisi, inzibati orqanların inzibati praktikası, ikincisi isə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədləri və bəyanatlarıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Biləsuvar Rayonu Çaylı Bələdiyyəsi 30 dekabr 2020-ci il tarixli iclas protokolundan 15 saylı qərarından çıxarışla iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 Çaylı bələdiyyəsinin Perspektiv inkişaf fondu torpağından hər birinə ayrılıqda həyətyanı məqsədilə 800 kv.metr və ya 0,08 hektar torpaq sahəsi satılması barədə qərar qəbul etmiş, torpaq sahələrinin plan sxemini, seçim aktlarını təqdim etmiş və iddiaçılar hər biri 1200 manat məbləğində pulu Bələdiyyənin bank hesabına köçürmüşlər. Azərbaycan Respublikası Biləsuvar Rayonu Çaylı Bələdiyyəsi xx.xx.2020-ci il tarixli qərarlarında kimi qeyd etdiyi Çaylı kəndindən 0.08 ha həyətyanı torpaq sahəsini deyil, örüş torpaq sahəsini ayırmışdır, bununla da qərarlarda göstərilmiş öhdəliklərini icra etməmişdir. Bununla inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borclu olduğundan, mövcud inzibati praktikanın dəyişdirilməsi üçün hər hansı əsas mövcud olmadığı müəyyən edilmişdir, inzibati orqanın inzibati praktikasına əsasən iddiaçıların etimadı qanunla qorunmalıdır, iddiaçılar barəsində tərtib edilmiş qərarlar ləğv edilməli və ödənilmiş pu məbləğləri iddiaçılara geri qaytarılmalıdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh tərəfindən “İnzibati İcraat Haqqında” Qanunun tələbləri kobud şəkildə pozulmuş və qanunvericilik tərəfindən müvafiq səlahiyyət verilmədiyi halda, iddiaçıların hüquqlarının pozulmasına səbəb olmuş inzibati aktlar qəbul edilmişdir. Odur ki, məhkəmə Biləsuvar Rayonu Çaylı Bələdiyyəsinin xx.xx.2020-ci il qərarlarının (qərardan çıxarış) qanunsuz və əlverişsiz inzibati aktlar olması qənaətinə gəlir. Biləsuvar Rayonu Çaylı Bələdiyyəsinin xx.xx.2020-ci il qərarlarını (qərardan çıxarış) qəbul edərkən yuxarıda sadalanan normaların tələblərinə əməl etməmiş, qəbul etdiyi qərarlarda mübahisəli torpaq sahələrinin hüquqi vəziyyətini araşdırmamış, işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutları göstərməmişdir. "İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı "İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. "İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə "üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanrn şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). "İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan tələblərinə görə, inzibati orqanlar qanuna riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Obyektiv araşdırma prinsipini təsbit edən normaya əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı "İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də "İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. "İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. "İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə "səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140). Bundan başqa cavabdeh Biləsuvar Bələdiyyəsi məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli 403 nömrəli məktubda qeyd edir ki,iddia ərizəsində qeyd olunan Çaylı bələdiyyəsinin 30 dekabr 2020-ci il tarixli iclas protokolu Biləsuvar bələdiyyəsində mövcud deyildir. Çaylı bələdiyyəsinin sədri tərəfindən iclas protokolları, torpaq sahələri barədə zəruri olan sənədlər Biləsuvar bələdiyyəsinə verilməmişdir. Bu barədə İmişli Regional Ədliyyə idarəsinə də məlumat verilmişdir, lakin Çaylı bələdiyyəsinin sədri X5 tapılmadığına görə təhvil - təslim işləri başa çatdırılmamışdır, demək hələ də Biləsuvar bələdiyyəsi Çaylı bələdiyyəsinin varisi hesab olunmur. xx.xx.2024-cü il tarixli “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin İ hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır: “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 689 (Cild İ) Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı” yeni redaksiyada verilsin (əlavə olunur). “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı:

6. Biləsuvar bələdiyyəsi -Biləsuvar şəhəri və Çaylı kəndi göstərilmişdir. Məhkəmə tərəfindən yuxarrıda qeyd edilənlərə əsasən cavabdeh orqana bildirilir ki, Biləsuvar şəhəri və Çaylı kəndi hazırda Biləsuvar Bələdiyyəsinin ərazi yurisdiksiyasına aid olduğu üçün cavabdeh qismində doğru olaraq göstərilmişdir. Göründüyü kimi mübahisələndirilən qərarlar (inzibati akt) inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul edildiyindən “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbinə əsasən ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «X1rşı» iş üzrə xx.xx.2005-сi il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə 1 saylı Protokolun 1-сi maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik сəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, сavabdehin mübahisəli inzibati aktı qanuna ziddir və bunun nətiсəsində iddiaçının hüquqlarını pozmuşdur (İPM- 70.1). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Valeh qızı, İddiaçı2 barəsində Azərbaycan Respublikası Biləsuvar Rayonu Çaylı Bələdiyyəsinin 30 dekabr 2020-ci il tarixli iclas protokolundan 15 (10) saylı qərarlarından çıxarışlar ləğv edilməli, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 tərəfindən Çaylı Bələdiyyəsinin bank hesabına köçürülmüş ayrı-ayrılıqda 1200 (bir min iki yüz) manat, cəmi 4800 (dörd min səkkiz yüz) manat pul məbləği iddiaçıların xeyrinə Biləsuvar Bələdiyyəsi tərəfindən geri qaytarılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 barəsində Azərbaycan Respublikası Biləsuvar Rayonu Çaylı Bələdiyyəsinin 30 dekabr 2020-ci il tarixli iclas protokolundan 15 (10) saylı qərarlarından çıxarışlar ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 tərəfindən Biləsuvar Rayonu Çaylı Bələdiyyəsinin bank hesabına köçürülmüş ayrı-ayrılıqda 1200 (bir min iki yüz) manat, cəmi 4800 (dörd min səkkiz yüz) manat pul məbləği iddiaçıların xeyrinə Biləsuvar Bələdiyyəsi tərəfindən geri qaytarılsın. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar