Məhkəmə qərarları › İş №2-1(120)-229/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-229/2025

05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-229/2025 05.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 09 saylı qərarının İddiaçı, X7, X3 və X4 Cəlilabad rayonu, Günəşli kəndi ərazisindən 1.41 ha torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi və 1997-ci ildə Cəlilabad rayonu, Günəşli kəndində torpaq islahatı vaxtı adam başına düşən pay torpağı normasına uyğun olaraq 1.68 ha torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 05 noyabr 2025ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 0,27 ha torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X12 məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 09 saylı qərarının İddiaçı, X7, X3 və X4 Cəlilabad rayonu, Günəşli kəndi ərazisindən 1.41 ha torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi və 1997-ci ildə Cəlilabad rayonu, Günəşli kəndində torpaq islahatı vaxtı adam başına düşən pay torpağı normasına uyğun olaraq 1.68 ha torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Cəlilabad rayonu Günəşli bələdiyyəsi, X14, X8 və X9 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü madəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 09 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 1.41 ha torpaq sahəsi verilmişdir. Yəni nəzərdə tutulmuş normadan 0.27 ha əskik torpaq sahəsi verilmişdir. Hansı ki, torpaq islahatı gedən zaman adambaşına 0.42 ha pay torpağı müəyyən edilmişdir. Bu fakt iddia ərizəsinə əlavə etdiyi Cəlilabad rayon Günəşli bələdiyyəsi tərəfindən verilmiş 21 saylı arayışla da öz təsdiqini tapır. Bundan əlavə iddia ərizəsinə əlavə etmiş olduğu Cəlilabad rayon Günəşli bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 92 saylı arayışında qeyd edilir ki, islahat gedən zaman ona və ailə üzvlərinə verilən pay torpağından 0.27 ha zəbt adı ilə çıxılmış, lakin heç bir torpaq sahəsi verilməmişdir. Qeyd edir ki, ona və ailə üzvlərinə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-540 saylı Dövlət aktında ondan əlavə üç nəfərin adı vardır. Lakin guya zəbt edilmiş torpaq sahəsi isə bunlardan hansı tərəfındən və harada olması öz əksini tapmamışdır. Yəni həmin zəbt torpaq sahəsi konkret olaraq kim tərəfındən olması müəyyən edilmədiyi üçün ciddi mübahisə yaranmışdır. Hesab edir ki, yuxarıda qeyd etdiyi xüsusat ondan asılı olmayan səbəblərdən yaranmışdır. Bununla da onun qanunla qorunan hüquqları pozulduğu üçün məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, Cəlilabad rayon Günəşli kənd sakini X1 İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarı ilə onun ailəsinə verilmiş 1.41 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsindən, 0.27 ha az olduğunu, həmin az olan torpaq sahəsinin yerinin müəyyən edilib onun ailə üzvlərinə verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını bildirmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli, 226 nömrəli fərmanı ilə “X19 Komissiyasının yaradılması haqqında” 1995-ci il 2 mart tarixli, 290 nömrəli Fərmanı, “Azərbaycan Respublikası X19 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1995-ci il 14 aprel tarixli, 313 nömrəli fərmanları qüvvədən düşmüş hesab edilmişdir. Ləğv edilən Azərbaycan Respublikası X19 Komissiyasının müvafiq sənədləri, X13 X6 Ağentliyinin sənədləri və əmlakı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təhvil verilmişdir. Yuxarıda göstərilən Fərmanlara əsasən Cavabdeh qismində çıxış edə bilməz. Qeyd edilənlərə əsasən İddiaçı iddia ərizəsinin məhkəmə qaydasında araşdırılmasına etiraz edirlər. Hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aid olmaqla inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilinəcəyindən və iddiaçı tərəfindən iddianın irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyündən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilərək buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etməsi təklif olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı məhkəməyə “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsini gec verməsinə səbəb onun həmin haldan xəbərsiz olmağı olmuşdur. Bu səbəbdən də buraxılmış prosessual müddət üzrlü səbəblərdən baş vermişdir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi X12 gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxslər Cəlilabad rayonu Günəşli bələdiyyəsinin nümayəndəsi, X14, X8 və X9 isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” vəsatətinin və iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməsini və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X19 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət AİK daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X19 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24- 1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Mübahisələndirilən qərar əsasında “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 1999-cu ildə verildiyi və həmin qərara Dövlət Aktında da bilavasitə istinad edildiyi nəzərə alındıqda, iddiaçının həmin qərardan məlumatsız olduğuna dair dəlilləri əsassızdır. Başqa sözlə, iddiaçı istinad edilən qərarın mübahisələndirilməsi imkanını 2011-ci il 1 yanvar tarixədək itirmişdir. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X5 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının ikinci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə buraxılmış müddətinin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxıldığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Buraxılan prosessual müddətin onun təqsiri olmadan buraxılmasını əsaslandırarkən, iddiaçı ərizəsində iddia ərizəsini gec verməsinə səbəb onun həmin haldan xəbərsiz olmağını qeyd etsə də, məhkəmə iddia tərəfinin həmin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, İnzibati-Prosessual Məcəllədə iddia müddətinin axımının dayandırılmasına səbəb olan hallar konkret olaraq göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.3-cü maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: 38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); 38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Göründüyü kimi, mövcud qanunvericilikdə iddiaçının irəli sürdüyü dəlillər iddia müddətlərinin axımının dayandırılmasına əsas kimi göstərilməmişdir. Bu qənaətə gələrkən məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, E.Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında həmin Məhkəmə, iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə onların heç də hər zaman üst-üstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Göründüyü kimi, iddiaçı bir təqvim ayı ərzində müraciət etməmiş və bu cür iddialar üzrə müəyyən edilən iddia müddətini ötürmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən, İddiaçı Cavabdehnə qarşı “Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 09 saylı qərarının İddiaçı, X7, X3 və X4 Cəlilabad rayonu, Günəşli kəndi ərazisindən 1.41 ha torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi və 1997-ci ildə Cəlilabad rayonu, Günəşli kəndində torpaq islahatı vaxtı adam başına düşən pay torpağı normasına uyğun olaraq 1.68 ha torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməməli və İddiaçı Cavabdehnə qarşı “Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 09 saylı qərarının İddiaçı, X7, X3 və X4 Cəlilabad rayonu, Günəşli kəndi ərazisindən 1.41 ha torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi və 1997-ci ildə Cəlilabad rayonu, Günəşli kəndində torpaq islahatı vaxtı adam başına düşən pay torpağı normasına uyğun olaraq 1.68 ha torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 13-cü, 23.1-ci, 33-cü, 24-cü, 35-ci və 38.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı “Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 09 saylı qərarının İddiaçı, X7, X3 və X4 Cəlilabad rayonu, Günəşli kəndi ərazisindən 1.41 ha torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi və 1997-ci ildə Cəlilabad rayonu, Günəşli kəndində torpaq islahatı vaxtı adam başına düşən pay torpağı normasına uyğun olaraq 1.68 ha torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməsin. İddiaçı Cavabdehnə qarşı “Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 09 saylı qərarının İddiaçı, X7, X3 və X4 Cəlilabad rayonu, Günəşli kəndi ərazisindən 1.41 ha torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi və 1997-ci ildə Cəlilabad rayonu, Günəşli kəndində torpaq islahatı vaxtı adam başına düşən pay torpağı normasına uyğun olaraq 1.68 ha torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar