Məhkəmə qərarları › İş №2-1(120)-2293/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2293/2024

29.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2293/2024 29.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Laçın rayon İcra Hakimiyyətinə qarşı “Azərbaycan Respublikası Laçın rayon İcra Hakimiyyəti Başçısı Aparatının üzərinə iddiaçının, yəni xx.xx.1982-ci il təvəllüdlü İddiaçı, övladları xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 adının məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin alınması üçün siyahıya daxil edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Şirvan şəhərində məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Laçın rayon İcra Hakimiyyəti Başçısı Aparatının üzərinə övladları xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul etməyi xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2293/2024 nömrəli qərardadı ilə iddia tələbinə “Azərbaycan Respublikası Laçın rayon İcra Hakimiyyəti Başçısı Aparatının üzərinə iddiaçının, yəni xx.xx.1982-ci il təvəllüdlü İddiaçı, övladları xx.xx.2009cu il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 adının məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin alınması üçün siyahıya daxil edilməsi öhdəliyinin qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1982-ci il tarixdə Laçın rayonu, Minkənd kəndində anadan olmuşdur. Laçın rayonu, Minkənd kəndində qeydiyyatdadır və hal-hazırda Sumqayıt şəhəri, Ceyranbatan-1, Asfaltzavod” ərazisi, fərdi yaşayış evində yaşayır. Laçın rayonundan məcburi köçkündur, bu barədə ona seriya AA nömrəli 137309 saylı məcburi köçkün vəsiqəsi verilmişdir. X9 ilə faktiki nigaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından iki övladı var; X10-xx.xx.2009-cu il; X8xx.xx.2010-ci il; Həyat yoldaşı X9 xx.xx.2010-cu ildə vəfat edib. Övladlarını təkbaşına saxlamışdır. Övladlarının yemək xərci müavinəti alınması ilə bağlı müraciət etmişdir. Lakin, ərizəsi təmin olunmamışdır. Buna görə hazırki ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, övladları xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X5 məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulmuş yemək xərci verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə. Qanunla Başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəlyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqmda iddia vasitısi ilə həmçinin inzibati orqalar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Yuxarıda qeyd olunan normativ hüquqi aktlar və işin faktiki hallarına əsaslanaraq, Azərbaycan Respublikası İPM-nin tələblərini rəhbər tutaraq məhkəmədən cavabdeh Azərbaycan Respublikası Laçın rayonu İcra Hakimiyyəti Başçısı Aparatının üzərinə övladları xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edəsiniz. Cavabdeh Laçın rayon İcra Hakimiyyətinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 17429989 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə Laçın rayonu, Minkənd kəndində anadan olmuş, Laçın rayonu, Minkənd kəndində qeydiyyatdadır. İş materiallarında olan AA 137309 nömrəli məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı məcburi köçkün vəsiqəsi verilmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, AZ-İİ № 446612 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2009-cu il tarixdə anadan olmuş, ata qrafasında X6, ana qrafasında İddiaçı adı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, AZ-İİ № 590890 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2010-cu il tarixdə anadan olmuş, ata qrafasında X6, ana qrafasında İddiaçı adı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, AZ-İ № 403392 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, AZ-İ № 149600 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2009-cu il tarixdə anadan olmuş X2 atası hesab edilmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, AZ-İ № 161100 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 atası hesab edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 825 nömrəli ailə tərkibi haqqında arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, Ceyranbatan-1, Asfaltzavod” ərazisində ailə üzvləri hissəsində xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 adları qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1258 nömrəli arayışdan görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkündür. İş materiallarında olan Azərbaycan Respublikası Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-64/3-xx-xx/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatına daxil olmuş, sizə və övladlarınıza vahid aylıq müavinətin şamil olunması barədə müraciətinizə “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının xx.xx.2015-ci il tarixli 1308-İVQ nömrəli Qanununun tələblərinə əsasən səlahiyyətlərimiz daxilində baxılmışdır. Məlum olmuşdur ki, Sizə və iki övladınıza vahid aylıq müavinət Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.01 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası’nın 2.4-cü (2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.4. məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara:) bəndinin tələbinə əsasən şamil olunmur. Bununla razılaşmadığınız təqdirdə həmin məsələyə məhkəmə qaydasında baxılması üçün Sizin aidiyyəti üzrə müvafiq məhkəmə orqanlarına müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikası Laçın rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-64/2-73/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı və onun övladları Laçın rayonunun Minkənd kəndində daimi qeydiyyatda olmaqla, hazırda məcburi köçkün kimi Sumqayıt şəhəri, “Asfaltzavod” adlanan ərazidəki fərdi evdə müvəqqəti məskunlaşmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-ci bəndinə əsasən vahid aylıq müavinət almır. İddiaçı övladları xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasının 2.6-ci bəndinə əsasən vahid aylıq müavinət almır. Nəzərə almağınız xahiş olunur. İş materiallarında olan Azərbaycan Respublikası Laçın rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-64/2-284/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı və onun övladları Laçın rayonunun Minkənd kəndində daimi qeydiyyatda olmaqla, hazırda məcburi köçkün kimi Sumqayıt şəhəri, "Asfaltzavod” ərazisindəki fərdi evdə müvəqqəti məskunlaşmışdır. İddiaçı 2009-cu ilədək məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinət ödənilmişdir. İddiaçı hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə əsasən vahid aylıq müavinət almır. İddiaçı övladları 2009-cu il təvəllüdlü, X10 və 2010-cu il təvəllüdlü, X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.6-ci bəndinə əsasən vahid aylıq müavinət almır. Nəzərə almağınız xahiş olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1982-ci il tarixdə Laçın rayonu, Minkənd kəndində anadan olmuşdur. Laçın rayonu, Minkənd kəndində qeydiyyatdadır və hal-hazırda Sumqayıt şəhəri, Ceyranbatan-1, Asfaltzavod” ərazisi, fərdi yaşayış evində yaşayır. Laçın rayonundan məcburi köçkündur, bu barədə ona seriya AA nömrəli 137309 saylı məcburi köçkün vəsiqəsi verilmişdir. X9 ilə faktiki nigaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladı xx.xx.2009-cu il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X8 dünyaya gəlmişdir. Həyat yoldaşı X9 xx.xx.2010-cu ildə vəfat etmişdir. Övladlarını təkbaşına saxlamışdır. Övladlarının yemək xərci müavinəti alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh əsassız olaraq iddiaçının məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getməsini əsas gətirərək onun ərizəsinin təmin olunmasından imtina etmişdir. İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019cu il tarixli, 4 nömrəli qərarı ilə Laçın rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Azərbaycan Respublikası Laçın Rayonu İcra Hakimiyyəti olduğundan, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə görə hər kəsin sosial təminat hüququ vardır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda “məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)” anlayışı “Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs” olaraq müəyyən edilmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə əsasən, Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası sində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atış altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. Həmin Qanunun 6-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir:Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlərinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydası. Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə danmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra - aylıq müavinət) ödənilməsi qaydalarını müyyən edir.

2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.12. dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən məcburi köçkünlərə;

3. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün verilən aylıq müavinətin nilməsinin ümumi qaydaları aşağıdakılardır: 3.1. Əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə, elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər; 3.3. Aylıq müavinət alan məcburi köçkünlərin illik adlı siyahıları təsərrüfatbaşına uçot sənədlərinə əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyata seçirilir; 3.4. aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar; 3.5. Əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir; «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində küçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsindən görünür ki, qaçqın və məcburi köçkünün statusunu almış şəxs müəyyən edilmiş qaydada həmin maddədə nəzərdə tutulmuş digər təminatlarla yanaşı, həmçinin, dövlətin təyin etdiyi birdəfəlik və digər yardımı almaq hüququna malikdir. «Məcburi köçkünlərə dövlət tərəfindən müəyyən edilmiş müavinətlərin verilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 dekabr 1993cü il tarixli, 587 nömrəli Qərarından görünür ki, Respublikada məcburi köçkünlərə dövlət tərəfindən birdəfəlik yardım və yemək xərcləri kimi müəyyən edilmiş müavinətlərin verilməsi ilə əlaqədar siyahıların düzgünlüyü və dəqiqliyi üçün işğal edilmiş rayonların icra hakimiyyəti başçıları və məcburi köçkünlərin ərazilərində yerləşmiş olduqları yerli icra hakimiyyəti orqanları tam məsuliyyət daşıyırlar. 17 dekabr 2010-cu il tarixdə dövlət qeydiyyatına alınmış «Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat»ın 1-ci maddəsinə görə işğal olunmuş rayonların icra hakimiyyəti orqanları yemək xərci üçün müavinət alan məcburi köçkünlərin hər ilin yanvarın birinə ümumi, artma və azalmadan asılı olaraq isə hər ay dəqiqləşdirilmiş siyahılarını (1№li əlavə əsasında) hazırlayığ təsdiq edir və Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə (bundan sonra Dövlət Qaçqınkom) təqdim edir. Məcburi köçkünlərin siyahılarının dəqiqliyi və düzgünlüyü üçün siyahıları tərtib edən məsul şəxslər və həmin siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçıları tam məsuliyyət daşıyırlar. Həmin Təlimatın 4.1-ci maddəsinə əsasən yemək xərci üçün aylıq müavinət işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan «məcburi köçkün» statusuna malik olan şəxslərə verilir. Göründüyü kimi, iddiaçı məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinəti almaq hüququna malik olmuşdur. Belə ki, qanunvericiliyin tələblərinə əsasən cavabdeh Laçın rayon İcra Hakimiyyəti yemək xərci üçün müavinət alan məcburi köçkünlərin hər ilin yanvarın birinə ümumi, artma və azalmadan asılı olaraq isə hər ay dəqiqləşdirilmiş siyahılarını hazırlayaraq təsdiq etməli və onları Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə təqdim etməlidir. Məcburi köçkünlərin siyahılarının dəqiqliyi və düzgünlüyü üçün siyahıları tərtib edən məsul şəxslər və həmin siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçıları tam məsuliyyət daşıyırlar. Bundan sonra Qaçqınların və X14 üzrə Dövlət Komitəsi təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin siyahısında dürüstləşmə apararaq Maliyyə Nazirliyinə təqdim edir. Hazırki işdə cavabdeh əsassız olaraq iddiaçının Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.01 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası’nın 2.4-cü (2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.4. məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara:) bəndinin tələbinə əsaslanmış, lakin imtianada göstərilən halların yox sadəcə ibaşqa səbəbdən yəni iddiaçının əri X9 xx.xx.2010-cu il tarixdə vəfat etməsini nəzərə almayaraq onun özünə və ailə üzvlərinə vahid aylıq müavinətini verməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Göründüyü kimi, inzibati orqanlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Şəxslərin hüquq və azadlıqlarına müdaxiləni nəzərdə tutan normalar inzibati orqanlar tərəfindən olduğundan geniş şəkildə təfsir oluna bilməz. Beləliklə, məhkəmə hesab ki, cavabdeh inzibati orqanın iddiaçının adının məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin alınması üçün siyahıya daxil etməməsi sonuncuların konstitusion hüququ olan sosial təminat hüquqlarını pozmuşdur. Məhkəmə, həmçinin, qeyd edir ki, cavabdeh tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə tam əməl olunmamışdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) Göründüyü kimi, cavabdeh inzibati orqan yuxarıda qeyd olunan icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikasının İPM-nin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikasının İPM-nin 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qanunvericiliyin qeyd edilən tələblərinə əsasən inzibati orqan iddiaçıların arzuladıqları inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini daşıyır. Lakin, cavabdeh tərəf şifahi məhkəmə baxışında qeyd edilən hallarla bağlı sübutetmə vəzifəsini həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının İPM-nin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia təmin edilməli, Azərbaycan Respublikası Laçın rayon İcra Hakimiyyəti Başçısı Aparatının üzərinə iddiaçının, yəni xx.xx.1982-ci il təvəllüdlü İddiaçı, övladları xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 adının məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin alınması üçün siyahıya daxil edilməsi öhdəliyi qoyulmalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 2.2.1, 4, 68-70, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Laçın rayon İcra Hakimiyyəti Başçısı Aparatının üzərinə iddiaçının, yəni xx.xx.1982-ci il təvəllüdlü İddiaçı, övladları xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 adının məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin alınması üçün siyahıya daxil edilməsi öhdəliyi qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar