Məhkəmə qərarları › İş №2-1(120)-2296/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2296/2025

17.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2296/2025 17.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli, 07 nömrəli qərarı ilə torpaq sahəsinin mülkiyyətə verilməsi barədə olan torpağa mülkiyyət hüququna dair JN-751 və JN-755 saylı dövlət aktlarında, torpağa mülkiyyət hüququna dair JN-751 saylı dövlət aktında mülkiyyətə verilən ropaq sahəsi 0,49 ha göstərilməklə, JN-755 saylı dövlət aktında göstərilən şəxslərin İddiaçı, Quliyev Xalıq kişi oğlu, X2, X14, X9 və X3 adına, JN-755 saylı dövlət aktında mülkiyyətə verilən torpaq sahəsi 0,66 ha göstərilməklə, JN-751 saylı dövlət aktında göstərilən şəxslərin X7, X1, X4, X8, X10 X5 adına tərtib olunmaqla düzəliş edilməsibarədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli, 07 nömrəli qərarı ilə torpaq sahəsinin mülkiyyətə verilməsi barədə olan torpağa mülkiyyət hüququna dair JN-751 və JN-755 saylı dövlət aktlarında, torpağa mülkiyyət hüququna dair JN-751 saylı dövlət aktında mülkiyyətə verilən ropaq sahəsi 0,49 ha göstərilməklə, JN-755 saylı dövlət aktında göstərilən şəxslərin İddiaçı, Quliyev Xalıq kişi oğlu, X2, X14, X9 və X3 adına, JN-755 saylı dövlət aktında mülkiyyətə verilən torpaq sahəsi 0,66 ha göstərilməklə, JN-751 saylı dövlət aktında göstərilən şəxslərin X7, X1, X4, X8, X10 X5 adına tərtib olunmaqla düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürərək iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı cavabdehin və üçüncü şəxs X1, X13, X15, X16. X5 iştirakı olmadan baxılmasını mümkün saydı. Sədrlik edən iddiaçının vəkili Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə daxil olmuş ərizəsini elan edərək, qeyd etmişdir ki, iddaçı İddiaçı vəfat etdiyi üçün qeyd edilən iş üzrə xitam verilməsini və işin baxılmamış saxlanılması barədə qərar qəbul etməyini xahiş etmişdir. Məhkəmə iddiaçının vəkili tərəfin “iddia ərizəsinin qaytarılması barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Ədliyyə Nazirliyinin 72646/8C7F5D82-9FC8-4A69- A0F8-839BC6C64E94 Elektron sorğu sistemində görünür ki, İddiaçı xx.xx.2025-ci il qızı tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçı öldüyündən və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli, 07 nömrəli qərarı ilə torpaq sahəsinin mülkiyyətə verilməsi barədə olan torpağa mülkiyyət hüququna dair JN- 751 və JN-755 saylı dövlət aktlarında, torpağa mülkiyyət hüququna dair JN-751 saylı dövlət aktında mülkiyyətə verilən ropaq sahəsi 0,49 ha göstərilməklə, JN-755 saylı dövlət aktında göstərilən şəxslərin İddiaçı, Quliyev Xalıq kişi oğlu, X2, X14, X9 və X3 adına, JN- 755 saylı dövlət aktında mülkiyyətə verilən torpaq sahəsi 0,66 ha göstərilməklə, JN-751 saylı dövlət aktında göstərilən şəxslərin X7, X1, X4, X8, X10 X5 adına tərtib olunmaqla düzəliş edilməsi barədə iddia tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə vəfat edən şəxsin vərəsələri tərəfindən yenidən müraciət olunmanı istisna etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261-262, 263-264, 266-269-cu maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli, 07 nömrəli qərarı ilə torpaq sahəsinin mülkiyyətə verilməsi barədə olan torpağa mülkiyyət hüququna dair JN-751 və JN-755 saylı dövlət aktlarında, torpağa mülkiyyət hüququna dair JN-751 saylı dövlət aktında mülkiyyətə verilən ropaq sahəsi 0,49 ha göstərilməklə, JN-755 saylı dövlət aktında göstərilən şəxslərin İddiaçı, Quliyev Xalıq kişi oğlu, X2, X14, X9 və X3 adına, JN-755 saylı dövlət aktında mülkiyyətə verilən torpaq sahəsi 0,66 ha göstərilməklə, JN-751 saylı dövlət aktında göstərilən şəxslərin X7, X1, X4, X8, X10 X5 adına tərtib olunmaqla düzəliş edilməsi barədə iddia tələbinə dair iş üzrə icraata xitam verilsin. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə vəfat edən şəxsin vərəsələri tərəfindən yenidən müraciət olunmanı istisna etmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar