Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2297/2025 24.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2 Cavabdeh qarşı “artıq ödənilmiş işsizlikdən sığorta ödənişin geri qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1TDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 2925,00 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vətəndaş Cavabdeh (FİN: 4W60NE) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 12 dekabr 2022-ci il tarixində ərizə ilə müraciət edərək ona işsizlikdən sığorta ödənişi ilə bağlı təyinatın aparılmasını xahiş etmişdir. X1 və Təyinat filialı tərəfindən qəbul edilən 27 aprel 2022-ci il tarixli **********1 nömrəli Əmrlə Cavabdeh “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 13.2.1 -ci maddəsinə əsasən 1 aprel 2022-ci il tarixindən etibarən 6 ay müddətinə işsizlikdən sığorta ödənişi, 1 dekabr 2022-ci il tarixli **********5 nömrəli Əmrlə təkrar sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində cavabdehə 2925,00 manat vəsait nağdsız qaydada ödənilmişdir. Bildirilir ki, Qanunun 18.0.1-ci maddəsinə əsasən sığorta ödənişi alan şəxs “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edilməsi halı sığorta ödənişinin verilməsinin dayandırılması əsaslarındandır. Qanunun 5.2.1 -ci maddəsinə əsasən işsizlikdən sığortaolunanın əsas vəzifələrindən biri sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verməkdir. Vətəndaşın qanunvericiliyin müvafiq tələbi ilə əlaqədar tam məlumatlandırması Cavabdeh tərəfindən 12 dekabr 2022-ci il tarixli “Ərizə-İltizam” imzalanmaqla təmin edilmişdir.Təyinat dövrü üçün ödənişlərin icrası zamanı şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən cavabdehlə bağlı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğu müəyyən olunmuş və 14 oktyabr 2022-ci il tarixli **********0 nömrəli və 1 mart 2023-cü il tarixli 3-17-2/3-2-857/2023 nömrəli Əmrlərlə cavabdehə işsizlikdən sığorta ödənişlərinin ödənilməsi dayandırılmışdır. Diqqət edilməli məqam ondan ibarətdir ki, işsizlikdən sığorta ödənişi təyinatı 1 aprel 2022-ci il tarixdən, təkrar sığorta ödənişi təyinatı isə 1 noyabr 2022-ci il tarixindən etibarən başlamış, lakin cavabdeh mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğuna baxmayaraq Agentliyə bununla bağlı məlumat verməmişdir. Göründüyü kimi şəxsə işsizlikdən sığorta ödənişinin təyinatı aparılan zaman onun qanunvericilikdə nəzərdə tutulan formada işsiz kimi qeydiyyatını məhdudlaşdıran hər hansı bir hal aşkarlanmamışdır. İşsizlikdən sığorta ödənişi doqquz ay ödənildikdən sonra MEİS-in müvafiq altsistemində Cavabdeh mülkiyyətində torpaq payının olduğu aşkar olunmuşdur. Həmçinin, cavabdeh mülkiyyətində torpaq payı olduğu halda işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı müraciət edərək sözügedən münasibətlər çərçivəsində vicdanlılıq tələbinin şərtlərini pozmuşdur. Bildiririk ki, Qanunun 2.0.15-ci maddəsinə əsasən işsizlikdən sığorta fondu dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.2-ci maddəsinə əsasən Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Qeyd edilən təyinata əsasən cavabdehə artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin Filialın bank hesabına könüllü surətdə geri qaytarılması ilə əlaqədar Filial tərəfindən 16 avqust 2023-cü il tarixli 3-17-2/2-H-51773/2023 və 19 oktyabr 2023-cü il tarixli 3-17-2/2-H-64067/2023 nömrəli xəbərdarlıq məktubları ünvanlanmışdır. Cavabdeh tərəfindən qeyd edilən xəbərdarlıq məktublarına ümumiyyətlə münasibət bildirilmədiyi, artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin könüllü surətdə Filiala geri qaytarılması ilə əlaqədar qanunvericiliyin tələbi icra edilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən ona işsizlikdən sığorta ödənişinin təyinatı aparıldığı zaman həmin ödənişin dayandırılması əsaslarından biri hesab edilən məşğul şəxs olmuş və bununla bağlı Qanunun 5.2.1-ci maddəsində nəzərdə tutulan öhdəliyin icra edilməməsi nəticəsində işsizlikdən sığorta ödənişinin artıq ödənilməsi ilə nəticələnən təqsirli hərəkətlər icra edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 2925,00 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, hazirki vəziyyətdə heç bir iş yeri tapmadığı üçün maddi vəziyyətinin həddindən artıq aşağı olması səbəbi ilə iddiaçı orqanın tələb etdiyi pul məbləğini geri qaytarmaq imkanının olmadığını bildrmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********1 nömrəli, 01 dekabr 2022-ci il tarixli, **********5 nömrəli, 14 oktyabr 2022-ci il tarixli, **********0 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-17-2/3-2-857/2023 nömrəli əmrlərdən, hazırki iş üzrə Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 (bundan sonra - Agentlik) ərizə ilə müraciət edərək, ona işsizlikdən sığorta ödənişi ilə bağlı təyinatın aparılmasını xahiş etmiş, X1 və Təyinat filialı tərəfindən qəbul edilən xx.xx.2022ci il tarixli, **********5 nömrəli əmrlə ona “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2 və 5.5.7-ci maddələrinə əsasən 01 noyabr 2022-ci il tarixindən işsizlikdən sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində cavabdehə nağdsız qaydada 2925,00 manat pul vəsaiti ödənilmiş, təyinat dövrü üçün ödənişlərin icrası zamanı şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən cavabdehin mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğu müəyyən olunmuş, lakin cavabdeh mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olması barədə Agentliyə məlumat verməmiş, bununla əlaqədar təyinat dövrü üçün ödənişlərin icrası zamanı şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən cavabdehlə bağlı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğu müəyyən olunmuş və 14 oktyabr 2022-ci il tarixli **********0 nömrəli və 1 mart 2023-cü il tarixli 3-17-2/3-2-857/2023 nömrəli Əmrlərlə cavabdehə işsizlikdən sığorta ödənişlərinin ödənilməsi dayandırılmışdır, cavabdehə 16 avqust 2023-cü il tarixli 3-17-2/2-H-51773/2023 və 19 oktyabr 2023-cü il tarixli 3-17-2/2-H-64067/2023 nömrəli xəbərdarlıq məktubları göndərilərək ona ödənilmiş 2925,00 manat pul vəsaitinin X1 və Təyinat filialının bank hesabına könüllü surətdə geri qaytarılması tələb olunmuş, lakin cavabdeh tərəfindən qeyd edilən xəbərdarlıq məktublarına münasibət bildirilməmiş, nəticədə artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin könüllü surətdə geri qaytarılması ilə əlaqədar qanunvericiliyin tələbi Cavabdeh tərəfindən icra edilməmişdir. İş materiallarında olan 04 mart 2025-ci il tarixli, sorğuya cavab olaraq Azərbaycan Respublikası Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən 02 aprel 2025-ci il tarixli, 5-56/2- 25/2025 nömrəli məktubda cavab olaraq bildirilir ki, Kürdəmir rayonunun Öyləqulu kənd sakinin Cavabdeh Kürdəmir rayonunun ərazisində torpaq sahəsinin ayrılması barədə Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən Sərəncam verilmədiyi bildirilir. İş materialında Mehdili Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 16 nömrəli məktubundan Cavabdeh adına ailə üzvləri ilə birgə mülkiyyətdə kənd təsərüfatı təyinatlı 1.98 ha pay torpağı olduğu bildirilir. İş materialında 14 aprel 2025-ci il tarixli, 3-21-3-36/2-994/2025 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 Saylı Ucar Ərazi İdarəsi tərəfindən bildirilir ki, Cavabdeh mülkiyyətində Kürdəmir rayonu ərazisində yerləşən daşınmaz əmlakın olubolmaması və sənədlərin təsdiq olunmuş surətlərinin göndərilməsi barədə xx.xx.2025-ci il tarixli, 2-1(120)-2297/2025 saylı eyni məzmunlu sorğulara “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsində baxılmışdır. Bildirilir ki, Cavabdeh ümumibirgə mülkiyyətində Kürdəmir rayonu, Öyləqulu kəndində 0,02 ha, 0.04 ha həyətyanı və 1.98 ha, 0.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərdən, o cümlədən işdə olan Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlardan göründüyü kimi, Cavabdeh ona işsizlikdən sığorta ödənişinin təyinatı aparıldığı zaman mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olmaqla məşğul şəxs olmuşdur. Belə ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4.1.3-cü bəndinə əsasən sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri məşğul şəxslərə aiddir. İş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh ona işsizlikdən sığorta ödənişi ilə bağlı təyinatın aparılması barədə müraciət edərkən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olması barədə məlumat verməmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının 14 oktyabr 2022-ci il tarixli **********0 nömrəli və 1 mart 2023-cü il tarixli 3-17-2/3-2-857/2023 nömrəli əmrlərlə əsasən ona işsizlikdən sığorta ödənişlərinin ödənilməsi dayandırılmışdır. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, iddiaçı məhkəməyə çıxarış təqdim edərək mülkiyyətində olan 1.98 ha torpaq sahəsini atasına bağışladığı üçün müvafiq torpaq sahəsinə dair xx.xx.2025-ci il tarixli Heybətov Vəkil Qəzənfər oğlunun adına qeydiyyata alınması barədə məlumat versə də, Cavabdeh ümumibirgə mülkiyyətində Kürdəmir rayonu, Öyləqulu kəndində 0,02 ha, 0.04 ha həyətyanı və 0.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən məlumat verilmişdir. Həmçinin inzibati mübahisə yaranan vaxtda 1.98 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olmuşdur. Belə ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 18.0.7-ci bəndinə əsasən sığorta ödənişini alan şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada işsiz kimi qeydiyyata alınma və ya yenidən qeydiyyata alınma şərtlərini və müddətlərini pozduqda sığorta ödənişinin verilməsi dayandırılır. Göründüyü kimi, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 5.2.1-ci maddəsində nəzərdə tutulan (sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat vermək sığortaolunanın vəzifəsinə aid edilmişdir;) öhdəliyin cavabdeh tərəfindən icra edilməməsi, yəni mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olması barədə məlumat verilməməsi nəticəsində işsizlikdən sığorta ödənişinin artıq ödənilməsi halı baş vermişdir. “İşsizlikdən sığorta haqqında” Qanunun 2.0.15-ci maddəsinə əsasən işsizlikdən sığorta fondu - dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.2-ci maddəsinə əsasən “İşsizlikdən sığorta haqqında” Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Qeyd olunduğu kimi, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən qəbul edilən xx.xx.2022-ci il tarixli, **********1 nömrəli, 01 dekabr 2022-ci il tarixli, **********5 nömrəli əmrlə Cavabdeh “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2.1-ci maddəsinə müvafiq olaraq 01 aprel 2022 -ci il tarixdən 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş, 01 dekabr 2022-ci il tarixli, **********5 nömrəli əmrlə təkrar işsizlikdən sığorta ödənişi təyin edilmiş və nəticədə 2925,00 manat sığorta ödənişi vəsaiti nağdsız qaydada onun kart hesabına köçürülmüş, cavabdehə 16 avqust 2023-cü il tarixli 3-17-2/2-H-51773/2023 və 19 oktyabr 2023-cü il tarixli 3-17-2/2-H-64067/2023 nömrəli xəbərdarlıq məktubları göndərilərək ona ödənilmiş 2925,00 manat pul vəsaitinin X1 və Təyinat filialının bank hesabına könüllü surətdə geri qaytarılması tələb olunmuş, lakin cavabdeh tərəfindən qeyd edilən xəbərdarlıq məktublarına münasibət bildirilməmiş, nəticədə artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin könüllü surətdə geri qaytarılması ilə əlaqədar qanunvericiliyin tələbi Cavabdeh tərəfindən icra edilməmişdir. Qeyd olunanlara məcmu şəkildə qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X5 işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 2925,00 manat dövlət vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 2925,00 manat dövlət vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 4.1, 67, 68, 69, 70, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İşsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 2925,00 manat dövlət vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-2297/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2297/2025
24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver