Məhkəmə qərarları › İş №2-1(120)-230/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-230/2021

12.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-230/2021 12.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X22 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “Masallı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 06 saylı qərarında və JN-078B, KOD 80504038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəlişlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası X22 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “Masallı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 06 saylı qərarında və JN-078B, KOD 80504038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəlişlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tаriхli, 2-1(120)-230/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası X22 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “Masallı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 06 saylı qərarında və JN-078B, KOD 80504038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəlişlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası üzrə X3, X16, X17, X14 və X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 06 saylı qərarı ilə JN 078B Kod 80504038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr ilə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə ona və ailə üzvlərinə ümumilikdə 0.12 hektar torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə onun və ailə üzvlərinin adından başqa ailəsinin üzvü olmayan, tanımadığı X17 adlı adı səhvən yazılmışdır. Qeyd olunmuş səhvi həm kənd icra nümayəndliyi tərəfindən verilmiş arayış, digər sənədlər və həm də bütün kənd sakinləri şahid kimi təsdiq edirlər. Yol verilmiş bu səhv onun mülkiyyətlə bağlı hüquqlarını kobud şəkildə pozur. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən Masallı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 06 saylı qərarında düzəliş edilməsinin və Masallı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 06 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə ona verilmiş 0.12 hektar torpaq sahəsinin verilməsinə dair JN 078B Kod 80504038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə səhvən yazılmış X8 adının çıxarılmasının bir vəzifə olaraq cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdeh Azərbaycan Respublikası X22 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin nümayəndəsi və üçüncü şəxslər X3, X16, X17, X14 və X15 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəlləsinin) 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarının tələbindən çıxış edərək hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran sübutları təqdim etməmişdir. Belə ki, iş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Başçısının Banbaşı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2018-ci il tarixli, 800 nömrəli arayışından görünür ki, İddiaçı Masallı rayonu, Binə Xocavar kəndində yaşayır. İş materiallarında olan Masallı rayon Qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli, 3761 nömrəli arayışdan görünür ki, X18 ilə X4 xx.xx.1973-cü il tarixdə nikaha daxil olmuş, sonuncu Dadaşova soyadını qəbul etmişdir. İş materiallarında olan Masallı rayon Qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli, 3761 nömrəli arayışdan görünür ki, X18 xx.xx.2010-cu ildə ölmüşdür. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-078A kod 80504038 nömrəli şəhadətnamədən görünür ki, Masallı rayon Aqrar İslahat komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 06 saylı qərarı ilə 0.03 hektar torpaq sahəsi X9, X1, X10, X8, X6 və X7 mülkiyyətinə verilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-078B kod 80504038 nömrəli şəhadətnamədən görünür ki, Masallı rayon Aqrar İslahat komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 06 saylı qərarı ilə 0.12 hektar torpaq sahəsi X9 və onun ailə üzvləri X1, X10, X8, X6 və X7 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Masallı rayon Aqrar İslahat komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 06 saylı qərarı və Masallı rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəl”dən görünür ki, X8 adı X9 ailə üzvü (oğlu) kimi paylı mülkiyyətçilər sırasına daxil edimişdir. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Başçısının Banbaşı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2018-ci il tarixli, 802 nömrəli arayışından görünür ki, həqiqətən İddiaçı məxsus Torpağa mülkiyyət hüququna dair dövlət aktında (JN2-078B KOD ********) 4-cü sırada adı göstərilən X17 adlı şəxsin adı dövlət aktına səhvən düşmüşdür və ərazidə bu ad və soyadlı şəxs qeydiyyatda yoxdur və yaşamır. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Başçısının Banbaşı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 29 nömrəli arayışından görünür ki, həqiqətən Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında (JN2-078B KOD ********) X11 adı səhvən Xanış, soyadı səhvən Cəlilov yazılmışdır. Düzgün yazılış X2. İş materiallarında olan Azərbaycan Respublikası X22 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin iddiaçıya ünvanladığı xx xxxxxx 2018-ci il tarixli, **********36 nömrəli məktubunda qeyd edilmişdir ki, Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-078B nömrəli şəhadətnamələrdə düzəliş edilməsini xahiş etmişsiniz. Ərizənizə cavab olaraq bildiririk ki, X22 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin şəhadətnamədə düzəliş edilməsi səlahiyyəti xaricindədir. X22 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını, torpaq sahələrinin plan və ölçülərini tərtib edilməsinin, daşınmaz əmlakın qiymətləndirilməsini, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işlərinin aparılmasını və daşınmaz əmlakın qiymətləndirilməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakmiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə ki, torpağın mülkiyyətə verilməsinə dair JN-078B nömrəli şəhadətnamələrdə düzəliş edilməsi ilə əlaqədar aidiyyəti üzrə Məhkəməyə müraciət edə bilərsiniz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırda mübahisələndirdiyi “torpağın mülkiyyətə verilməsinə dair” JN-078B kod 80504038 nömrəli şəhadətnamədə hüquq sahibləri kimi X9, X1, X10, X8, X6, X7 adları qeyd edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, hazırda mübahisələndirilən şəhadətnamə Masallı rayon Aqrar İslahat komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 06 saylı qərarı və Masallı rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəl” əsasında tərtib edilmişdir. Həmin sənədlər torpağın mülkiyyətə verilməsinə dair” JN-078B kod 80504038 nömrəli şəhadətnamənin tərtib edilməsi üçün ilkin hüquqmüəyyənedici sənədlər hesab olunur. Hazırda iddiaçı həmin şəhadətnaməyə və Masallı rayon Aqrar İslahat komissiyasının qərarına düzəliş edilərək X8 adının çıxarılmasını cavabdeh inzibati orqandan tələb edir. Məhkəmə müəyyən etdiyi işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinin yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyəti (hərəkətləri) də icra edirlər. Hazırkı halda, cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) nəticəsi mübahisələndirilir. Lakin mübahisələndirilən qeydiyyat sənədlərində ifadə olunan hüquq inzibati akta – Aqrar İslahat Komissiyasının qərarına əsasən əmələ gəlmişdir və hüququn qeydiyyatı da həmin akta əsaslanır. Belə ki, qanuni istifadədə olan torpaq sahələri vətəndaşların mülkiyyətinə rayon aqrar islahat komissiyalarının qərarına əsasən verilmişdir. Bundan sonra torpaq sahiblərinə “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr tərtib edilmişdir. Hazırkı tələb üzrə iddiaçının mülkiyyətinə 0.12 hektar həyətyanı torpaq sahəsi verilmiş və JN-078B kod 80504038 nömrəli şəhadətnamə ilə rəsmiləşdirilmişdir. X9, X1, X10, X8, X6, X7 adının JN-078B kod 80504038 nömrəli şəhadətnamədəki hüquq sahibləri sırasına daxil edilməsi rayon aqrar islahat komissiyasının qərarı ilə həll edilmiş məsələdir. Başqa sözlə X9, X1, X10, X8, X6, X7 adının JN-078B kod 80504038 nömrəli şəhadətnaməyə hüquq sahibləri kimi daxil edilməsi Aqrar İslahat Komissiyasının qərarı (inzibati aktı) əsasında həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, hazırda islahat işləri sona çatmış, iddiaçının maraqlarına zidd qərar qəbul edən müvafiq Aqrar İslahat Komissiyası ləğv olunmuş və Azərbaycan Respublikası X22 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsi Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir. Yəni aqrar islahat komissiyalarının qərarının ləğvi ilə bağlı tələb Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı yönələ bilməz. Bununula belə məhkəmə gələcəkdə çətinliklərlə rastlaşmaması üçün iddiaçıya izah edərək bildirir ki, əgər iddiaçının hüquqi marağı onun və ailə üzvlərinin mülkiyyətində olan torpağın hüquqmüəyyənedici sənədlərində (yerli aqrar islahat komissiyasının qərarında, “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəl”də və şəhadətnamədə) adı göstərilən X8 əvəzinə X11 adının yazılması (əvəz edilməsi) ilə bağlıdırsa, bu zaman buna subyektiv hüququ olan şəxsin “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbi ilə bağlı xüsusi icraat qaydasında ümumi məhkəmədə iddia qaldırmaq hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 305.1-ci və 305.1.1-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin Qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin Qərarın 6.3-cü bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardım məktubu göndərilsə də, o, hüquqi yardım məktubuna münasibət bildirməmiş və məhkəmə iclaslarında iştirak etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası X22 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “Masallı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 06 saylı qərarında və JN-078B, KOD 80504038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəlişlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar