Məhkəmə qərarları › İş №2-1(120)-2306/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2306/2023

23.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2306/2023 23.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə İddiaçı və onun nümayəndəsi və vəkili X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə qarşı qarşı “X1 şəhidlik statusunun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 23 oktyabr 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N94cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”na müvafiq olaraq X1 şəhid hesab edilməsi və şəhid ailəsi üzvü olması vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsi ilə əvəz olunmuşdur. Bundan əlavə iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “X1 şəhidlik statusunun bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qardaşı X2 Qarabağ müharibəsində İmişli rayonu vətəndaşlarından təşkil edilmiş “Küdrü Qartalları” adı altında Beyləqan korpusunun N saylı hərbi hissəsində xidmət etmiş, N sentyabr N92-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə idarə etdiyi “QAZ-66” markalı avtomobilin minamyotla vurulması nəticəsində kürəyindən yaralanmış, həmin vaxt avtomobildə olan komandiri və daha bir nəfər əsgər yoldaşı bədən xəsarəti almış, həmin vaxt qardaşı Fazil Əliyev əvvəlcə yaralılarla birlikdə Ağcabədi rayonu ərazisində yerləşən Sarıcalı hərbi hospitalına yola salınmış, oradan da Bakı şəhərində yerləşən Hərbi Hospitala göndərilmişdir. X3 döyüş zamanı aldığı xəsarətlərdən 03 sentyabr N92-ci il tarixdə Bakı şəhərində yerləşən Hərbi Hospitalda vəfat etmiş, onun ölümünə səbəb isə “ağciyərin arxa divarının parçalanması, aortanın və yemək borusunun zədələnməsi nəticəsində kəskin qan itirmə” olmuşdur. X1 N sentyabr N92-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı idarə etdiyi “QAZ-66” markalı avtomobildə minamyotla vurulub xəsarət almasını və 2 gündən sonra həmin xəsarətlərdən Bakı şəhərində yerləşən Hərbi Hospitalda ölməsini onıınla birlikdə hərbi xidmətdə olmuş İmişli rayonundan olan X17, Qaragüvəndikli kəndindən olan X4, X14, X18, X15 və XN izahatları ilə bir daha təsdiq etmişlər. Qeyd olunanlardan da görünür ki, X16 qəlpə yarası almış, aldığı həmin qəlpə yaralanmaları nəticəsində ölmüşdür. Lakin ona və digər ailə üzvlərinə verilmiş cavablardan görünür ki, həmin ölüm səbəbini xəstəliklə əlaqələndirsələr də, ölümün baş vermə səbəbi dəqiq göstərilməmişdir. Hüquqi xidmətlə bağlı olaraq X1 nə vaxt Hərbi Hospitala daxil olması və ölümünün səbəbi barədə Azərbaycan Respublikası Müdafıə Nazirliyinin Mərkəzi Hərbi Hospitalına müraciət edilmişdir. Həmin sorğuya əsasən verilmiş N yanvar 2023-cü il tarixli 262 saylı arayışdan görünür ki, N saylı hərbi hissənin sabiq əsgəri X16 həqiqətən xx.xx.N92-ci il tarixdən xx.xx.N92-ci il tarixədək Müdafıə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuş, vəfat etmişdir. Diaqnoz: Profuz mədə-bağırsaq qanaxması, posthemorragik şok İİ b mərhələsi olmuşdur. Azərbaycan Respııblikası Müdafıə Nazirliyinin Baş Klinik X11 Arxivinin rəisinin və Tibb İdarəsi rəisinin müavini-Baş Klinik Hospitalın rəisi vəziləsini icra edənin xx.xx.2023-cü il tarixli, 427 saylı əlavə arayışından görünür ki, sabiq əsgər X16 barəsində əvvəl verilmiş arayışda mexaniki səhvə yol verilmiş, onun vəfat etmə tarixi xx.xx.N92-ci il tarixi göstərilmək əvəzinə xx.xx.N92-ci il kimi qeyd olunmuşdur. İddia ərizəsinə əlavə edilən İmişli rayon qeydiyyat şöbəsinin 16 iyun 2022-ci il tarixli, 05/69-255 saylı arayışından görünür ki, X16 03 sentyabr N92-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində ölmüş, ölüm haqqında 08 oktyabr N92-ci ildə 09 nömrəli akt qeydi tərtib olunmuş, ölümün səbəbi “ağciyərin arxa divarının parçalanması. aortanın və yemək borusunun zədələnməsi nəticəsində kəskin qan itirmə” olmuşdur. İddia ərizəsinə əlavə edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik X11 Arxivinin rəisinin və Tibb İdarəsi rəisinin müavini-Baş Klinik Hospitalın rəisi vəzifəsini icra edənin həmin arayışlarından da görünür ki, xx.xx.N92-ci il tarixdən xx.xx.N92-ci il tarixədək Müdafiə Naziıiiyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olması və vəfat etməsi göstərilmişdir. Lakin həmin arayışlarda qeyd olunan tarixlərdə sabiq əsgər X9 hansı xəstəlikdən stasionar müayinə və müalicədə olması və ya onun odlu silahdan, o cümlədən idarə etdiyi avtomaşının minamyotla vurulması nəticəsində aldığı xəsarətlə əlaqədar müalicədə və müayinədə olub-olmaması göstərilməmişdir. Halbuki, ölümün qeydə alınması ilə bağlı tərtib edilmiş aktda X9 “ağciyərin arxa divarınm parçalanması, aortanın və yemək borusunun zədələnməsi nəticəsində kəskin qan itirmədən” xx.xx.N92-ci il tarixdə Bakı şəhərində ölməsi birmənalı olaraq təsdiq edilmişdir. Bu baxımdan N saylı hərbi hissənin sabiq əsgəri X9 həqiqətən xx.xx.N92-ci il tarixdən xx.xx.N92-ci il tarixədək Müdafıə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olması və vəfat etməsinin səbəbinin göstərilməməsi onun hərbi xidmət zamanı aldığı odlu silah yaralanmasının qeyd edilməməsinin ört-basdır edilməsinin bariz nümunəsi kimi qiymətləndirilməlidir. Belə ki, sabiq əsgər X9 N sentyabr N92-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı idarə etdiyi “QAZ-66” markalı avtomobildə minamyotla vurulub xəsarət almasını və 2 gündən sonra həmin xəsarətlərdən Bakı şəhərində verləşən Hərbi Hospitalda ölməsini sabiq əsgər X17, Qaragüvəndikli kəndindən olan X4, X14, X18, X15 və X10 izahatları ilə bir daha təsdiq edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Müdafıə Nazirliyinin Baş Klinik X11 Arxivinin rəisinin və Tibb İdarəsi rəisinin müavini-Baş Klinik Hospitalın rəisi vəzifəsini icra edənin xx.xx.2023-cü il tarixli, 262 saylı əlavə arayışında diaqnoz: profuz mədə-bağırsaq qanaxması, posthemorragik şok İİ b mərhələsi kimi qeyd olunmuşdur. Bununla da, qeydiyyat idarəsinə verilmiş diaqnozla müqayisədə fərqli diaqnoz yazılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıə Nazirliyinin İmişli rayon Əhalinin Sosial müdafıəsi idarəsi tərəfindən verilmiş və iddia ərizəsinə əlavə edilmiş 002451 nömrəli vəsiqənin surətindən də görünür ki, Fazil Əliyevin atası X20 “şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ olmuşdur. İddia ərizəsinə əlavə edilmiş Bakı “Göytürk” mətbəəsində N95-ci il tarixdə dərc olunmuş Yusif Cəfərlinin müəllifı olduğu “İmişlinin şəhid oğulları” kitabının 54-cü səhifəsində X9 İ Qarabağ müharibəsində keçdiyi döyüş yolu barədə məlumat verilməklə onun Füzuli rayonu ərazisində gedən döyüşlərdə göstərdiyi döyüş yolundan və həmin döyüşlərdə yaralanaraq şəhid olmasından bəhs edilmişdir. Lakin sonradan ona məlum olmayan səbəbdən əsassız olaraq şəhid adı verilməsindən imtina edilmiş, X1 guya “ağciyərin arxa divarının parçalanması, aortanın və yemək borusunun zədələnməsi nəticəsində kəskin qan itirmədən” vəfat etməsi barədə Azərbaycan Respublikası Müdafıə Nazirliyinin Baş Klinik Hospitalının müəmmalı arayışına, yəni müayinə və müalicədə olması, vəfat etməsinin səbəbinin göstərilməməsinə istinad edilmişdir. Bu səbəbdən də X1 N sentyabr N92-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı idarə etdiyi “QAZ-66” markalı avtomobildə minamyotla vurulub xəsarət almasını və iki gündən sonra həmin xəsarətlərdən Bakı şəhərində yerləşən Hərbi Hospitalda şəhid olmasına baxmayaraq ona hal-hazırkı vaxtadək şəhidlik statusu verilməmiş, bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N94-cü il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.6-cı bəndinə müvafıq olaraq Azərbaycan Respublikasınm azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş şəhidlik statusu verilməsi təmin edilməmiş, etdiyi müraciətlərə də müsbət cavab almamışdır. Ona görə də qardaşı X6 şəhid olması ilə əlaqədar müraciətləri müsbət həllini tapmadığı iiçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsi məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-43- 30/2-880/2023 nömrəli iddiaya qarşı yazılı münasibətində iddianın təmin olunmasına etiraz etmədiklərini bildirmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və onun nümayəndəsi və vəkili X21 gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili X21 iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin katibliyinin xx.xx.2023-cü il tarixli, 4/2-438 nömrəli məktubuna əsasən İmişli RHK-dan çağırılmış, xx.xx.N72-ci il təvəllüdlü X16 N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli, 16 №-li əmrilə (əsas: səh-10, sıra-56) X16 xx.xx.N92-ci il tarixdən N №-li hərbi hissənin minaatan batareyasının şəxsi heyətinin siyahısına daxil edilmiş, N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli, 23 №-li əmrilə (əsas: §-1, səh-29) xx.xx.N92-ci il tarixdən minaatan batareyanın şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli, 46 №-li əmrilə (əsas: səh-40, sıra-105) sıravi X16 döyüş tapşırıqlarını yerinə yetirmək üçün göndərilmiş, N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli, 71 №-li əmrilə (əsas: səh 153, § 3, sıra 39) minaatan batareyanın hərbi qulluqçusu, sürücü, sıravi X16 xx.xx.N92-xx.xx.N92-ci il tarixlərində Füzuli döyüş əməliyyatları bölgəsində döyüş tapşırıqlarını yerinə yetirib qayıtmış hesab edilmişdir. N №-li hərbi hissədən daxil olmuş N №-li hərbi hissənin “Qayıtmaz itginlərin, itgin düşmüşlərinin və yaralananların adbaad siyahıları” qovluğunda (əsas: xx.xx.N93- xx.xx.N93, səh-54, sıra-39, məlumatda atasının adı “Məhəmməd” yazılmışdır) qeyd olunmuş “N №-li hərbi hissənin N92-ci il tarixli Qayıtmaz itginlərinin siyahısında” İmişli RHK-nın çağırışçısı, N №-li hərbi hissənin minaatan batareyasının hərbi qulluqçusu, sürücü, sıravi X5 xx.xx.N92-ci il tarixdə xəstəlikdən vəfat etməsi barədə məlumat vardır. Təşkilat Səfərbərlik İdarəsindən daxil olmuş “Döyüş əməliyyatları başladığı gündən qaytarılmaz itkilərin şəxsi heyətinin siyahısı” qovluğunda (əsas: N94, səh-91, sıra-526) xx.xx.N92-ci il tarixdə İmişli RHK-dan çağırılmış, sıravi X9 xx.xx.N92-ci il tarixdə hospitalda xəstəlikdən sonra vəfat etməsi və xx.xx.N92-ci il tarixdə İmişli rayonunda dəfn olnması barədə məlumat vardır. Məktubda həmçinin qeyd edilmişdir ki, N №-li və N №-li hərbi hissə komandirlərinin sentyabr N92-ci il tarixli nizami hissə üzrə əmrlərində X9 hospitala göndərilməsi və vəfat etməsi barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Klinik Hospitalının xx.xx.2023-cü il tarixli 262 nömrəli arayışına əsasən N №-li hərbi hissənin sabiq əsgəri X16 xx.xx.N92-ci il tarixdən xx.xx.N92-ci il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuş, vəfat etmiş, diaqnoz: profuz mədə-bağırsaq qanaxması, posthemorragik şok İİ b mərhələsi kimi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respııblikası Müdafıə Nazirliyinin Baş Klinik X11 Arxivinin rəisinin və Tibb İdarəsi rəisinin müavini-Baş Klinik Hospitalın rəisi vəziləsini icra edənin xx.xx.2023-cü il tarixli, 427 saylı əlavə arayışından görünür ki, sabiq əsgər X16 barəsində əvvəl verilmiş arayışda mexaniki səhvə yol verilmiş, onun vəfat etmə tarixi xx.xx.N92-ci il tarixi göstərilmək əvəzinə xx.xx.N92-ci il kimi qeyd olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş İmişli rayon qeydiyyat şöbəsinin 16 iyun 2022-ci il tarixli, 05/69-255 saylı arayışından görünür ki, X16 03 sentyabr N92-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində ölmüş, ölüm haqqında 08 oktyabr N92-ci ildə 09 nömrəli akt qeydi tərtib olunmuş, ölümün səbəbi “ağciyərin arxa divarının parçalanması. aortanın və yemək borusunun zədələnməsi nəticəsində kəskin qan itirmə” olmuşdur. İş materiallarında olan Azərbaycan Respııblikası Müdafıə Nazirliyi Mərkəzi Arxivinin İmişli RHK-na ünvanladığı 28 avqust 2007-ci il tarixli, 26/2-8032 nömrəli məktubunda bildirilir ki, N saylı hərbi hissənin şəxsi heyətinin qayıtmaz itkinlərin, itkin düşənlərin və yaralıların adbaad siyahılarında İmişli RHK-nın çağırışçısı, sürücü, N72-ci il təvəllüdlü X5 xəstəliklə əlaqədar 03 sentyabr N92-ci ildə vəfat etməsi barədə məlumat qeyd edilmişdir (fond-16.siyahı-3, sax.vh-29, sıra-39). N saylı hərbi hissə komandirinin sentyabr N92-ci il tarixə aid olan əmrində X5 vəfat etməsi və yaxud şəhid olması barədə məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin X7 və Xidmətin İmişli rayon şöbəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli Ə/275 nömrəli məktubunun məzmunundan müəyyən olunur ki, mərhum X9 adının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların siyahısına daxil edilməsi barədə müraciətə baxılmış, X9 xx.xx.N92-ci il tarixdə xəstəliklə əlaqədar vəfat etməsi səbəbindən və hərbi xidmət dövrü xəstəliyi ilə əlaqədar vəfat etmiş şəxslərin adının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 1 nömrəli Fərmanında nəzərdə tutulmuş ümumi siyahıya əlavə edilməsi nəzərdə tutulmadığı üçün onun adının həmin siyahıya daxil edilməsinin mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İmişli rayon şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-43-30/2-309/2023 nömrəli məktubunda bildirilmişdir ki, Müdafıə Nazirliyi Mərkəzi Arxivinin 28 avqust 2007-ci il tarixli, 26/2-8032 nömrəli məktubuna əsasən N saylı hərbi hissənin sabiq əsgəri X9 xəstəliklə əlaqədar 03 sentyabr N92-ci ildə vəfat etməsi səbəbindən mövcud qanunvericiliyə əsasən ona şəhid adının verilməsi və ya bərpa edilməsi tərəfimizdən mümkün deyildir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu İmişli rayon şöbəsinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İmişli rayon şöbəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********6 nömrəli məktubuna əsasən İmişli rayonu, Qaragüvəndikli kəndində yaşamış X20 şəhid ailələrinə verilən 100 manat Prezident təqaüdünü 01 iyun 2007-ci ilə kimi almışdır. İş materiallarına əlavə edilmiş İmişli rayon sakinləri X17, Qaragüvəndikli kəndindən olan X4, X14, X18, X15 və X10 izahatlarına əsasən X16 qəlpə yarası almış, aldığı həmin qəlpə yaralanmaları nəticəsində ölmüşdür. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, İmişli RHK-dan çağırılmış, xx.xx.N72-ci il təvəllüdlü X16 N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli, 16 №-li əmrilə xx.xx.N92-ci il tarixdən N №-li hərbi hissənin minaatan batareyasının şəxsi heyətinin siyahısına daxil edilmiş, N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli, 23 №-li əmrilə xx.xx.N92-ci il tarixdən minaatan batareyanın şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmiş, N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli, 46 №-li əmrilə döyüş tapşırıqlarını yerinə yetirmək üçün göndərilmiş, N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli, 71 №-li əmrilə xx.xx.N92-xx.xx.N92ci il tarixlərində Füzuli döyüş əməliyyatları bölgəsində döyüş tapşırıqlarını yerinə yetirib qayıtmış hesab edilmiş, xx.xx.N92-ci il tarixdən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuş, xx.xx.N92-ci il tarixdə vəfat etmiş, diaqnozu: profuz mədə-bağırsaq qanaxması, posthemorragik şok İİ b mərhələsi kimi qeyd olunmuşdur. Həmçinin, İmişli rayon qeydiyyat şöbəsinin 16 iyun 2022-ci il tarixli, 05/69-255 saylı arayışına əsasən X16 03 sentyabr N92-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində ölmüş, ölüm haqqında 08 oktyabr N92-ci ildə 09 nömrəli akt qeydi tərtib olunmuş, ölümün səbəbi “ağciyərin arxa divarının parçalanması, aortanın və yemək borusunun zədələnməsi nəticəsində kəskin qan itirmə” olmuşdur. Göründüyü kimi, rəsmi sənədlərə əsasən X16 03 sentyabr N92-ci il tarixdə xəstəliklə əlaqədar vəfat etmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar N94-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı bəndinin “o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər” müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr N93-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabineti 15 iyul 2009-cu il tarixli 107 nömrəli Qərarı ilə Qaydaların 1.2.6-cı bəndi dəyişdirilmiş və Qaydaların 1.2.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilir. Göründüyü kimi, istər Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa, istər Qanunun tətbiqi Qaydalarına, istərsə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş şəxslər şəhid hesab edilir. Məhkəmə araşdırması zamanı isə müəyyən olunmuşdur ki, rəsmi sənədlərə əsasən X16 xx.xx.N92-ci ildən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuş, xx.xx.N92-ci il tarixdə vəfat etmiş və diaqnozu: profuz mədə-bağırsaq qanaxması, posthemorragik şok İİ b mərhələsi kimi qeyd olunmuşdur. Bundan əlavə, N saylı hərbi hissənin şəxsi heyətinin qayıtmaz itkinlərin, itkin düşənlərin və yaralıların adbaad siyahılarında İmişli RHK-nın çağırışçısı, sürücü, N72-ci il təvəllüdlü X5 xəstəliklə əlaqədar 03 sentyabr N92-ci ildə vəfat etməsi barədə məlumat qeyd edilmiş, N saylı hərbi hissə komandirinin sentyabr N92-ci il tarixə aid olan əmrlərində X9 vəfat etməsi və yaxud şəhid olması barədə məlumatlar aşkar olunmamışdır. İddiaçının mərhum qardaşının xx.xx.N92-ci il tarixdə həlak olması və xx.xx.N92-ci il tarixdə dəfn olunması barədə məlumatlar olsa da, sonuncunun hansı şəraitdə və hansı səbəbdən həlak olması barədə məlumatlar mövcud deyil. İddiaçının qardaşının N nömrəli hərbi hissəyə qəbul edilməsi və onun xx.xx.N92-ci il tarixdə həlak olması işin mübahisəsiz halı olsa da, məhkəmə araşdrıması zamanı onun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olması barədə sübutları əldə etmək mümkün olmamışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, İmişli RHK-nın çağırışçısı, sürücü, N72-ci il təvəllüdlü mərhum X9 xx.xx.N92-ci il tarixdə vəfat etmə səbəbi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabineti 15 iyul 2009-cu il tarixli 107 nömrəli Qərarı ilə Qaydaların 1.2.6-cı bəndinin təsir dairəsinə düşmür. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə qarşı qarşı “X1 şəhidlik statusunun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə qarşı qarşı “X1 şəhidlik statusunun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar