Məhkəmə qərarları › İş №2-1(120)-231/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-231/2024

14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-231/2024 14.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 25 yanvar 2022-ci il tarixli, xxxxxxx0006 saylı qərarının ləğv edilməsi və ona “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbindən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 14 iyun 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 iyul 2021-ci il tarixdən ona növbəti 5 il müddətinə İİ (ikinci) dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “ona təyin edilmiş ikinci dərəcəli əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Məhkəmənin 08 sentyabr 2022-ci il tarixli qərardadı ilə “Saatlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “ona xx.xx.2007-ci il tarixdən “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbindən təyin edilmiş ikinci dərəcəli əlilliyin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi və “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbindən təyin edilmiş ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 25 yanvar 2022-ci il tarixli, xxxxxxx0006 saylı qərarının ləğv edilməsi və ona “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbindən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Saatlı rayonu Musalı kəndində yaşayır və həmin ünvanda qeydiyyatdadır. Bildirir ki, 12 iyul 2006-cı ildə Saatlı rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və 130 saylı hərbi xidmətə göndərilmişdir. 18 may 2007-ci il tarixdə Azərbaycan Respublikası SQ-dən ehtiyata buraxılaraq tərxis edilmişdir. Hərbi xidmətkeçmə dövründə sağlamlığını itirmiş və xx.xx.2006-cı il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin MHKH X4 stasionarına yerləşdirilmişdir. xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixə kimi 230 saylı hərbi hospitalda, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin MHKH-da, xx.xx.2007-ci il tarixdən yenidən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin MHKH X4 stasionar müayinə və müalicə olunmuşdur. Təyin olunan diaqnoz: «Miokardiodistrofik kardioskleroz, hiss dəstəsinin sağ ayaqcığının tam bloku tipi ürək keçiriliciyinin davamlı pozulması ilə QDÇ-İ keçirilmiş təcrid olunmuş sidik sindromu ilə müşayiət olunan kəskin diffuz qlomerulonefritdən sonrakı vəziyyət». Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası 03 may 2007-ci il tarixli qərarı ilə 1014 saylı «xəstəlik haqqında şəhadətnamə» ilə şəhadətləndirilmişdir. Azərbaycan Respublikası ƏƏSMN Tibbi Sosial Ekpertiza Komissiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə Hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən ona İİ (ikinci) dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək DSMF-nun Saatlı rayon şöbəsindən İİ (ikinci) dərəcəli əlillik səbəbindən sosial müavinat (pensiya) almışdır. Növbəti 5 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı o, Saatlı Rayon Mərkəzi Xəstəxanasının PHŞ-in Həkim Məsləhət Komissiyasının 0309003AAPVE saylı elektron göndərişi əsasında xx.xx.2021-ci il tarixdə cavabdeh DTSERA-nə müraciət etmiş və xx.xx.2021-ci il tarixdə ona imtina cavabı verilmişdir. Növbəti dəfə də o, cavabdeh DTSERA-nə xx.xx.2022-ci ii tarixdə elektron göndəriş əsasında müraciət etmiş və bir gün sonra, yəni xx.xx.2022-ci il tarixdə ona növbəti dəfə imtina cavabı verilmişdir. Cavabdeh orqanda əyani müayinədə olsa da, bunun heç bir nəticəsi olmamışdır. İmtinaya səbəb kimi «Diaqnozun öz təsdiqini tapmaması» kimi göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarlarına dair» Əsasnamənin 2.4.1-ci bəndinə əsasən ona təyin olunan əsas diaqnozun xəstəlik kodu olan İ09-İİ (ikinci) dərəcəli əlillik təyinatına əsas verir və Əsasnamənin 2.4-cü bəndinə əsasən ona tibbi göstərişə əsasən İİ (ikinci) dərəcə əlillik müddətin təyin edilməli idi. Lakin bütün bunlara baxmayaraq cavabdeh orqan əsassız və qanunsuz olaraq ona imtina verməklə təyin olunan əlilliklə bağlı pensiyasını kəsmişdir. Bildirmək istəyir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-ci il tarixli, 36 saylı qərarına əsasən əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında TSEK-sı tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Cavabdeh orqanın əsassız və qanunsuz imtina səbəbindən o, hüquqlarının təmin olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2007-ci ildə “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbindən ilkin təyin edilmiş ikinci dərəcə əlillik sonuncu dəfə xx.xx.2016-cı ildə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə (xx.xx.2021-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0309003AAPVE nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qərardan narazı qalan vətəndaş xx.xx.2022-ci il tarixdə Agentlikdə nəzarət qaydasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində yenidən xx.xx.2022-ci ildən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Belə ki, şəxsin obyektiv vəziyyətiniri müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Revmatik miokardit, Revrnatiz q/fəal mərhələ, Miokardilik kardioskleroz. Hiss dəstəsinin sağ ayaqcığının tam blokadası tipli ürək keçiriciliyinin davamlı pozulması ilə. QDÇT İ mərhələ. Xr.qlomerulonefritdən sonrakı vəziyyət” diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qüvvədə saxlanılmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materialları, o cümlədən işdə olan tibbi sənədlərlə müəyyən olunur ki, Saatlı rayonu Musalı kəndində qeydiyyatda olan və yaşayan İddiaçı 12 iyul 2006-cı ildə Saatlı rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və 130 saylı hərbi xidmətə göndərilmişdir. 18 may 2007-ci il tarixdə Azərbaycan Respublikası SQdən ehtiyata buraxılaraq tərxis edilmişdir. Hərbi xidmətkeçmə dövründə sağlamlığını itirmiş və xx.xx.2006-cı il tarixində Azərbaycan Respublikası Müdafiə Naziriiyinin MHKH X4 stasionarına yerləşdirilmişdir. xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixə kimi 230 saylı hərbi hospitalda, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin MHKH-da, xx.xx.2007-ci il tarixdən yenidən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin MHKH X5 stasionar müayinə və müalicə olunmuş, ona «Miokardiodistrofik kardioskleroz, hiss dəstəsinin sağ ayaqcığının tam bloku tipi ürək keçiriliciyinin davamlı pozulması ilə QDÇ-İ keçirilmiş təcrid olunmuş sidik sindromu ilə müşayiət olunan kəskin diffuz qlomerulonefritdən sonrakı vəziyyət» diaqnozu təyin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası 03 may 2007-ci il tarixli qərarı ilə 1014 saylı «xəstəlik haqqında şəhadətnamə» ilə şəhadətləndirilmişdir. İddiaçı xx.xx.2006-cı il tarixdə Saatlı Rayon Mərkəzi Xəstəxanasında tibbi nəzarətə götürülmüş, iddiaçının əlillik vəziyyətinə Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında xx.xx.2007-ci il tarixdə baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X1: İX Sinif – Qan dövranı sistemi xəstəlikləri => 105-109-Ürəyin xroniki revmatik xəstəlikləri => 109 – Ürəyin digər revmatik xəstəlikləri => 109.0 – Revmatik miokardit; Diaqnozun mətni. Miokarditik kardioskleroz. Təcrid olunmuş sidik sindromu ilə müşahidə olunan kəskin diffuz qlomerulonefrit. Qan dövran çatmamazlığı; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çamamazlığı.” səbəbi ilə ona bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2014-cü il tarixdə baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2: İX Sinif – Qan dövranı sistemi xəstəlikləri => 105-109-Ürəyin xroniki revmatik xəstəlikləri => 109 – Ürəyin digər revmatik xəstəlikləri => 109.0 – Revmatik miokardit; Diaqnozun mətni: Miokarditik kardioskleroz təcrid olunmuş sidik sindromu ilə müşahidə olunan kəskin diffuz qlomerulonefrit QDÇ-İİ dər.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Miokarditik kardioskleroz təcrid olunmuş sidik sindromu ilə müşahidə olunan kəskin diffuz qlomerulonefrit QDÇ-İİ dər.” səbəbi ilə ona bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2015-ci il tarixdə baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: İX Sinif – Qan dövranı sistemi xəstəlikləri => 105-109-Ürəyin xroniki revmatik xəstəlikləri => 109 – Ürəyin digər revmatik xəstəlikləri => 109.0 – Revmatik miokardit; Diaqnozun mətni: Miokarditik kardioskleroz təcrid olunmuş sidik sindromu ilə, müşahidə olunan kəskin diffuz qlomerulonefrit QDÇ-İİ dər.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Miokarditik kardioskleroz təcrid olunmuş sidik sindromu ilə” səbəbi ilə ona bir il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyətinə Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında xx.xx.2016-cı il tarixdə baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: İX Sinif – Qan dövranı sistemi xəstəlikləri => 105-109-Ürəyin xroniki revmatik xəstəlikləri => 109 – Ürəyin digər revmatik xəstəlikləri => 109.0 – Revmatik miokardit; Diaqnozun mətni: Miokarditik kardioskleroz təcrid olunmuş sidik sindromu ilə, müşahidə olunan kəskin diffuz qlomerulonefrit QDÇ-İİ dər.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Miokarditik kardioskleroz təcrid olunmuş sidik sindromu ilə” səbəbi ilə ona beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə baxılmış və “X2: İX Sinif – Qan dövranı sistemi xəstəlikləri => 105-109-Ürəyin xroniki revmatik xəstəlikləri => 109 – Ürəyin digər revmatik xəstəlikləri => 109.0 – Revmatik miokardit; Diaqnozun mətni: Revmatik miokardit. Revmatizm q/fəal mərhələ. Miokarditik kardioskleroz hiss dəstəsinin sağ ayaqcığının tam blokadası tipli ürək keçiriciliyinin davamlı pozulması ilə. QDÇT İ mərhələ. Xr. qlomerulonefritdən sonrakı vəziyyət; Meyar: İmtina edilir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnozun öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz və ağırlaşması müayinələrlə əsaslandırılmır” səbəbi ilə imtina verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixdə təkrar baxılmış və “X2: İX Sinif – Qan dövranı sistemi xəstəlikləri => 105-109-Ürəyin xroniki revmatik xəstəlikləri => 109 – Ürəyin digər revmatik xəstəlikləri => 109.0 – Revmatik miokardit; Diaqnozun mətni: Revmatik miokardit. Revmatizm q/fəal mərhələ. Miokarditik kardioskleroz hiss dəstəsinin sağ ayaqcığının tam blokadası tipli ürək keçiriciliyinin davamlı pozulması ilə. QDÇT İ mərhələ. Xr. qlomerulonefritdən sonrakı vəziyyət; Meyar: İmtina edilir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnozun əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 25 yanvar 2022-ci il tarixli, xxxxxxx0006 saylı qərarını mübahisələndirmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında – iddiaçı xx.xx.1988-ci ildə Saatlı rayonunda anadan olmuş və Saatlı rayonu, Musalı kəndində qeydiyyatda olan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X6” X7 verdikləri 07 oktyabr 2022-ci il tarixli, T 515/2022 saylı rəydə göstərilmişdir ki, Məmmədovun əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfındən qiymətləndirilməsi üçün adına müvafıq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Qan dövranı sistemi xəstəlikləri => İ05 - İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ09- Ürəyin digər revmatik xəstəlikləri => İ09.0- Revmatik miokardit; Diaqnozun mətni: Revmatik miokardit. Revmatizm qeyri fəal mərhələ. Miokarditik kardio-skleroz hiss dəstəsinin sağ ayaqcığının tam blokadası tipli ürək keçriciliyinin davamlı pozulması ilə. QDÇT İ mərhələ Xroniki qlomerulonefritdən sonrakı vəziyyət” diaqnoz xəstənin stasionarda müayinə və müalicələri zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrinin əsasında qoyulmuş, aparılmış müalicə tədbirləri diaqnoza uyğun olduğundan, xəstəlik qənaətbəxş proqnozla nəticələnmiş və əlillik dərəcəsinin təyini ilə əlaqədar TSEK-də müayinələri zamanı müvəqqəti əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. Hazırda onun əlavə reabilitasiya müalicəsinə ehtiyac yoxdur, lakin xəstəlik kəskinləşərkən, müvafıq ixtisas sahəsi üzrə həkim revmatoloqa, yaxud kardioloqa müraciət edə bilər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında - iddiaçı xx.xx.1988-ci ildə Saatlı rayonunda anadan olmuş və Saatlı rayonu, Musalı kəndində qeydiyyatda olan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; - şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? - məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X6” X7 verdikləri 15 mart 2023-cü il tarixli, T115/2023 nömrəli rəydə göstərilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün adına müvafıq tibb müəssisəsində tərtib edilmiş 0309003AAPVE saylı göndərişdə qeyd edilən “Əsas diaqnoz: İ09.0-revmatik miokardit, revmatizm qeyri-fəal mərhələ, miokarditik kardioskleroz hiss dəstəsinin sağ ayaqcığının tam blokadası tipli ürək keçiriciliyinin davamlı pozulması ilə, QDÇT İ mərhələ, xr.qlomerulonefritdən sonrakı vəziyyət. b) Ağırlaşma:150.0-durğunluq ürək çatmamazlığı, M.Ç İİ f/sinif, QDÇ İ mərhələ, keçirilmiş qlomerulonefritdən sonrakı vəziyyət” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Onun hal-hazırkı sağlamlıq durumu bərpaedici müalicə tələb etmir. Qərardadda göstərilən 3 sual məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasmda əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfındən həyata keçirilir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında - iddiaçı xx.xx.1988-ci ildə Saatlı rayonunda anadan olmuş və Saatlı rayonu, Musalı kəndində qeydiyyatda olan İddiaçı hazırki vəziyyətini əks etdirən diaqnozu ona birinci, ikinci və ya üçüncü dərəcə əlilliyin təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə” qeyd olunan hallara uyğundurmu? - Uyğunluq təşkil etdiyi halda İddiaçı xəstəlik vəziyyəti hansı dərəcə əlilliyə uyğun gəlir ? məzmununda suallar qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X7 29 sentyabr 2023-cü il tarixli məktubu ilə birlikdə inzibati iş İddiaçı “MTE və PA Birliyi” phş-nin təkrari ekspertizalar şöbəsində komissiyanın müayinəsindən keçməkdən imtina etməsi səbəbindən 17 oktyabr 2023-cü il tarixdə ekspertiza aparılmadan icrasız məhkəməyə geri qaytarılmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Vətəndaşın əyani müayinə olunması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-4/2-11150/2024 saylı məktubunda və ona əlavə edilmiş Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının 08 aprel 2024-cü il tarixli, 3-17-4/3-3-2548/2024 nömrəli qərarında qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Saatlı Rayon Mərkəzi Xəstəxanasının 0309003AAPVE nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: - 1.2-ci bəndinə əsasən, zərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə əsasən, Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, İddiaçı xəstəliyi ilə bağlı Saatlı Rayon Mərkəzi Xəstəxanasının 0309003AAPVE nömrəli göndərişi əsasında sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasında təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, iddiaçının sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmamış, nəticədə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK və bu Qaydada nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Agentlik tərəfindən müəyyən edildiyini, İddiaçı xəstəliyinin hazırki durumunun əlilliyin təyininə əsas vermədiyini, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun gəlmədiyini nəzərə alaraq, hesab edir ki, iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 25 yanvar 2022-ci il tarixli, xxxxxxx0006 saylı qərarının ləğv edilməsi və ona “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbindən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 25 yanvar 2022-ci il tarixli, xxxxxxx0006 saylı qərarının ləğv edilməsi və ona “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbindən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar