Məhkəmə qərarları › İş №2-1(120)-2310/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2310/2023

02.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2310/2023 02.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Tağızadə Aygün Bahadır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “2008- 2018-ci illər ərzində ərzaq payı əvəzinə verilən pul kompensasiyasının ödənilməmiş məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi və ərzaq payı əvəzinə verilən pul kompensasiyasının 64 (altmış dörd) manatdan hesablanaraq yeni məlumat vərəqəsinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat idarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Masallı şəhəri, Masallı Kompleks binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “2008- 2018-ci illər ərzində ərzaq payı əvəzinə verilən pul kompensasiyasının ödənilməmiş məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi və ərzaq payı əvəzinə verilən pul kompensasiyasının 64 (altmış dörd) manatdan hesablanaraq yeni məlumat vərəqəsinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat idarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “2008-2018-ci illər ərzində ərzaq payı əvəzinə verilən pul kompensasiyasının ödənilməmiş məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi və ərzaq payı əvəzinə verilən pul kompensasiyasının 64 (altmış dörd) manatdan hesablanaraq yeni məlumat vərəqəsinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat idarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1993-2018-ci illər ərzində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə işləmiş, gömrük xidmətinin polkovnik- leytenantıdır. 30 avqust 2018-ci il tarixində Dövlət Gömrük Komitəsi sədrinin 100/1317Ş saylı əmri ilə xidmətdə olmanın son yaş həddinə çatdığına görə müqaviləyə xitam verilmişdir. Dövlət Gömrük Komitəsi işçilərinin hər ay dövlət tərəfindən təsdiq edilmiş normalara görə ərzaq payı əvəzinə kompensasiya almaq hüququ vardır. 2008-ci ildə həmin normalar cənab Prezidentin müvafiq Sərəncamına əsasən 64 manat məbləğində müəyyən olunmuşdur. Lakin, 2008-2018-ci illər ərzində ona həmin kompensasiya 32 manatdan ödənilmiş, həmçinin pesniya təyin olunması üçün ona dair Məlumat Vərəqəsində də 32 manat qeyd olunaraq DSMF-na göndərilmişdir. Qanunvericilyin tələblərinə uyğun olaraq bununla bağlı cavabdeh orqana müraciət etmişdir. Həmin qurumdan alınmış xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixli eyni məzmunlu xx.xx.2019, VƏ xx.xx.2022-ci il tarixli müraciətlər Azərbaycan Respubliakasının Dövlət Gömrük Komitəsinin xx.xx.2019- cu il tarixli 1000-240/-26/019326 nömrəli və 2610.2022-ci il tarixli 1000-240/-26/019651 nömrəli məktublar ilə cavablandırılmışdır. Əvvəlki məktublarda isə qeyd olunmuşdur ki, “gömrük orqanlarının vəzifəli şəxslərinə verilən ərzaq payının pul kompensasiyası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə qaydası”nın 3.1.5-ci yarımbəndinə əsasən Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən ödənilir. Gömrük orqanlarının vəzifəli şəxslərinə verilən ərzaq payının pul kompensasiyasının məbləği əvvəlki illərə uyğun olaraq dəyişdirilmədən saxlanılıb. Cavabdehin bu mövqeyi ilə razı olmadığı üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 08 may 2023-cü il tarixli 3-3/2-008485/2023 nömrəli etirazında göstərilmişdir ki, İddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək 2008-2018-ci illər ərzində ərzaq payı əvəzinə verilən pul kompensasiyasının ödənilməmiş məbləğinin hesablanaraq ödənilməsi və ərzaq payı əvəzinə verilən pul kompensasiyasının 64 manat hesabalanaraq yeni məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixində Dövlət Gömrük Komitəsi sədrinin 100/1317Ş saylı əmri ilə xidmətdə olmanın son yaş həddinə çatdığına görə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Gömrük orqanlarının vəzifəli şəxslərinə ərzaq payının əvəzinə verilən pul kompensasiyası almaq hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 2902 nömrəli Sərəncamına əsasən ərzaq payının miqdarı 64 manat məbləğində müəyyən olunsa da, 2008-2018-ci illər ərzində ona 32 manat ödənilmişdir. Həmin tarixdən etibarən qeyd olunan kompensasiya bütün dövlət qurumları üçün 64 manat hesablanmışdır. Dövlət Gömrük Komitəsi tərəfindən barəsində tərtib edilərək Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş məlumat vərəqəsində də 32 manat qeyd olunmuşdur. Qanunvericilyin tələblərinə uyğun olaraq bununla bağlı cavabdehə müraciət etsə də bir nəticə əldə etməmişdir. İddiaçının iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.İddiaçının iddia tələbi iki hissədən - 1.2008-2018-ci illər ərzində ərzaq payı əvəzinə verilən pul kompensasiyasının ödənilməmiş məbləğinin hesablanaraq ödənilməsi,

2. ərzaq payı əvəzinə verilən pul kompensasiyasının 64 manat hesabalanaraq yeni məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsindən ibarətdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlarda nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalar "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır.Qeyd olunan Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü və 1.0.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində təminat xərcliyinin nədən ibarət olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 2-ci bəndində isə təminat xərcliyinin hesablanma qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin 98-ci maddəsinin ikinci hissəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri ərzaq payı ilə təmin olunurlar. Ərzaq payının norması və ya o, natural şəkildə verilmədiyi halda dəyərinin pul kompensasiyasının həcmi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.Gömrük orqanlarının vəzifəli şəxslərinə ərzaq payının verilməsi “Azərbaycan Respublikası müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar, milli təhlükəsizlik nazirliklərinin, gömrük orqanlarının, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularını, sıravi və rəis heyətinə mənsub şəxslərini ərzaq payı və pul vəsaiti ilə təmin etmək haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 271 nömrəli qərarı ilə tənzimlənir. Gömrük orqanlarının vəzifəli şəxslərinə verilən ərzaq payının pul kompensasiyası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürlən vəsaitlərdən istifadə Qaydası”nın 3.1.5-ci yarımbəndinə əsasən Dövlət Gömrük Komitəsinin hesabına köçürlən vəsaitlərdən ödənilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və mülki işçilərinin sosial müdafiəsinin gücləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 2902 nömrəli Sərəncamının 3-cü bəndindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularına ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği 2 dəfə artırılmışdır.Hazırki, işin mübahisəsiz hallarından da görünür ki, gömrük orqanlarının vəzifəli şəxslərinə verilən ərzaq payının pul kompensasiyasının məbləği əvvəlki illərə uyğun olaraq dəyişdirilmədən saxlanılıb.Göründüyü kimi məlumat vərəqəsi Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci i! tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondununa təqdim edilmişdir.Azərbaycan Respublikasının İPM-nin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.Azərbaycan Respublikasının İPM-nin 64.1 -ci maddəsinə əsasən, sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur.Azərbaycan Respublikasının İPM-nin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Azərbaycan Respublikasının İPM-nin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.Beləliklə qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasından söhbət gedə bilməz. Qeyd edilənlərdən də aydın olur ki, iddiaçının iddia ərizəsinin dəlilləri iddiaçının şəxsi mülahizəsinə əsaslanmaqla, hər hansı əsaslı şübhə yaratmayan sübutla təsdiq edilmir. Bu səbəbdən də iddiaçının Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsinin tələblərini rəhbər tutaraq, İddiaçı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X5 məhkəmə iclasındakı izahatında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X4 şifahi məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi:

Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Lənkəran rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilən sübutlarla əsaslandırmışdır: Belə ki, - İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. - İşdə olan məlumat vərəqəsindən görünür ki, İddiaçı xidmət illərinə görə 40%, vəzifə maaşı 220.0 manat, ərzaq payı 32.0, rütbə maaşı 134 manat və digər əlavələr Dövlət Gömrük Komitəsi tərəfindən qeyd edilərək DÖvlət Sosial Müdafiə Fonduna təqdim edilmişdirş - İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli 1000-240/2xx-xx/019651 nömrəli məktubundan göstərilmişdir ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin 98-ci maddəsinin ikinci hissəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri ərzaq payı ilə təmin olunurlar. Ərzaq payının norması və ya o, natural şəkildə verilmədiyi halda dəyərinin pul kompensasiyasının həcmi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.Gömrük orqanlarının vəzifəli şəxslərinə ərzaq payının verilməsi “Azərbaycan Respublikası müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar, milli təhlükəsizlik nazirliklərinin, gömrük orqanlarının, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularını, sıravi və rəis heyətinə mənsub şəxslərini ərzaq payı və pul vəsaiti ilə təmin etmək haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1992-ci il 19 may tarixli 271 nömrəli qərarı ilə tənzimlənir. Gömrük orqanlarının vəzifəli şəxslərinə verilən ərzaq payının pul kompensasiyası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürlən vəsaitlərdən istifadə Qaydası”nın 3.1.5-ci yarımbəndinə əsasən Dövlət Gömrük Komitəsinin hesabına köçürlən vəsaitlərdən ödənilir. Gömrük orqanlarının vəzifəli şəxslərinə verilən ərzaq payının pul kompensasiyasının məbləği əvvəlki illərə uyğun olaraq dəyişdirilmədən saxlanılıb. - İş materiallarında olan НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1978-xx.xx.1980-cı illərdə keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. - İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 517 nömrəli arayışında göstərilmişdir ki, verilir 1959-cu il təvəllüdlü İddiaçı ondan ötrü ki, həqiqətən o xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixədək keçmiş Sovet Ordusu sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 avqust 2018-ci il tarixli 100/1317Ş nömrəli əmrindən görünür ki, İddiaçı xidmətdə olmanın son yaş həddinə çatdığına görə xidmətinə xitam verilmişdir. Məhkəmə qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Həmin Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Həmin Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidnə hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə hazırkı işdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinin tətbiqinə dair 8 oktyabr 2020-ci il tarixdə qəbul etdiyi 03/2020 saylı qərardadına istinad etməyi zəruri hesab edir. 8 oktyabr 2020-ci il tarixli qərardadda inzibati kollegiya vurğulamışdır ki, “Əmək pensiyaları haqında” Qanunun 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunvericiliyin müddəalarından göründüyü kimi 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır (75-ci bənd). Sözügedən qanun normasının qəbul edilməsi ilə əmək pensiyaçılarının hüquqi vəziyyətlərinə təsir edən yeni məzmunda normativ tənzimləmələr həyata keçirilmişdir. Bu yeni normanın əmək pensiyası hüquqları 1 iyul 2017-ci il tarixdən sonra yaranan şəxslərə münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin həmin tarixədək hüquqlarının yaranmasına baxmayaraq pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün qanunvericilikdə dəyişiklik edilənədək müraciət etməmiş, başqa sözlə, hüquqlarını reallaşdırmamış şəxslərin hüquqlarının həyata keçirilməsinə münasibətdə bu normanın tətbiq edilməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirilməlidir. Bunun üçün isə ilk növbədə dövlətin sosial təminat hüququ sahəsində qanunvericilik tənzimləmələri həyata keçirərkən nəzərə almalı olduğu prinsiplərə diqqət yetirilməlidir (76-cı bənd). Pensiya təminatı sahəsində ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun ağlabatan və qanuni əsaslar olmadan fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli qaydada tətbiq edilməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Fərqləndirmə yalnız o zaman yolverilən hesab edilə bilər ki, onlar obyektiv hallara əsaslansın, legitim məqsədlərə xidmət etsin və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olsun. Mütənasiblik prinsipinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (81-ci bənd). Digər tərəfdən, sosial təminat hüququ sahəsindən həyata keçirilən tənzimləmələr ədalət və hüquqi müəyyənlik prinsiplərinin tələblərinə də cavab verməlidirlər. Bu prinsiplər hər şeydən əvvəl hüquqi vəziyyətə dair aydınlığı, hüquqi tənzimləmələrin haqq-ədalətə əsaslanmalı olduğunu və qanunvericilik nizamlamalarının gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan görə bilmələri və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, insanların dövlətin hüquq siyasətinə etibarını artırır (82-ci bənd). Qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur (84-cü bənd). Dəyişikliyin mahiyyəti ilə bağlı qeyd edilməlidir ki, yeni tənzimləmə əmək pensiyalarının onu almaq hüququnun yarandığı gündən (Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla) təyin ediləcəyi ilə bağlı mövcud qaydaya toxunmamışdır. Buna görə, pensiyalar yenə də hüququn yarandığı an qüvvədə olan qanunvericilik əsas götürülməklə təyin edilməlidir. Dəyişiklik onunla bağlı olmuşdur ki, artıq əvvəlki qaydadan fərqli olaraq keçmiş dövr üçün təyin edilmiş pensiyalar müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilə bilər (90-cı bənd). Keçmiş dövr üçün alınmamış pensiyaların ödənilməsinin müəyyən edilmiş yeni qaydası şəxsə münasibətdə əvvəlki qaydadan əhəmiyyətli dərəcədə fərqlənən nəticələr (mülkiyyət hüququ təşkil edən alınacaq məbləğlərin həcminin azalması ilə bağlı) doğurur. Əmək pensiyası ilə bağlı alınacaq məbləğin bu qaydada azaldılması şəxsin fərdi hallarının dəyişməsi nəticəsinə görə deyil, qanunda dəyişikliklərin edilməsi nəticəsində baş verdiyindən, bu hal, həmin şəxslərin mülkiyyət hüquqlarına müdaxilə təşkil edir. Buna görə də, sözügedən yeni normanın qanunun qüvvəyə minməsindən əvvəl hüquq əldə etmiş şəxslərə münasibətdə də tətbiq edilməsi həmin şəxslərin qazanılmış hüquqlarına müdaxilə təşkil edəcək və müvafiq olaraq yeni tənzimləmənin geriyə şamil edilməsinə səbəb olacaqdır. Beləliklə, aydınlaşdırılmalı olan məsələ ondan ibarətdir ki, inzibati hüquq münasibətlərini tənzimləyən normativ-hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi yol veriləndirmi, yaxud hansı hallarda və şərtlərdə yol verilən hesab oluna bilər? (91-ci bənd) Kollegiya yuxarıda qeyd edilənləri, xüsusən də Avropa Məhkəməsinin presedent hüququnda Konvensiya üzrə razılığa gələn dövlətlərin əmək pensiyası təminat sistemini məqsədəuyğun hesab etdikləri qaydada, o cümlədən bu sahədə mövcud qanunvericiliyə dəyişikliklər etmək və qüvvədə olan qanunvericilikdən irəli gələn əmək pensiyası hüququnu yeni retrospektiv (geriyə qüvvəsi) müddəalar vasitəsi ilə tənzimləmək hüquqlarının olduğunun qəbul edildiyini nəzərə almaqla hesab edir ki, müəyyən hədlərə və şərtlərə ciddi riayət etməklə sosial təminat hüququ sahəsində yeni tənzimləmələrin geriyə şamil edilməsi yol verilən hesab edilə bilər (96-cı bənd). Bununla bağlı olaraq həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin birinci hissəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğuna dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 may 2001-ci il tarixli qərarındakı hüquqi mövqe ilə bağlı məsələyə münasibət bildirilməsini də zəruri hesab edir (bax: 24-26-cı bəndlər). İlk növbədə qeyd edilməlidir ki, həmin qərar və oradakı hüquqi mövqe qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun norması ilə bağlı olmuşdur. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi həmin qanuna münasibətdə və təqribən 20 il bundan öncə mövcud olmuş şərtlər çərçivəsində ifadə olunmuşdu. Həmin qərardan sonra ölkəmizin inkişafı və həyata keçirilmiş köklü islahatlara uyğun olaraq ictimai münasibətlər və pensiya sistemi çoxsaylı dəyişikliklərə məruz qalmışdır. Belə ki, ötən dövr ərzində çoxsaylı yeni hallar və çağırışlar ortaya çıxmış, müvafiq olaraq onlara münasibətdə də yeni hüquqi yanaşmalar yaranmışdır. Təsadüfi deyildir ki, həmin qərardan sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi özünün sosial təminat hüququ ilə bağlı müxtəlif məsələlərə münasibət bildirdiyi bir çox qərarlarında qanunvericinin bu sahədə geniş mülahizə səlahiyyətinə malik olduğunu qəbul etmiş, lakin həm də bu mülahizə sərbəstliyinin müəyyən məhdudiyyətlərə tabe olduğunu qeyd etmişdir. Konstitusiya Məhkəməsinin zaman içərisində bu sahədə formalaşdırdığı hüquqi mövqelərinə görə tənzimləmələr Konstitusiyada təsbit olunmuş bərabərlik hüququna, normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı olduğuna dair tələblərə uyğun olmalı, ədalətlilik, hüquqi müəyyənlik və mütənasiblik prinsiplərinin tələblərinə cavab verməli, eləcə də eyni kateqoriyaya aid olan şəxslərin hüququnun ağlabatan və qanuni əsaslar olmadan fərqləndirilməməsinə təminat verməklə ayrı-seçkiliyə rəvac verməyəcək qaydada həyata keçirilməlidir. Bununla yanaşı, Konstitusiya Məhkəməsi sosial təminat hüququ sahəsində normativ-hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsinin ümumiyyətlə yolverilməz olduğu ilə bağlı qəti hüquqi mövqe də ifadə etməmişdir (bax 61-65-ci bəndlər) (97-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 8 oktyabr 2020-ci il tarixli 03/2020 saylı qərardadı ilə inzibati kollegiya belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Hazırkı işin mübahisə olunmayan hallarına görə iddiaçı dövlət gömrük orqanlarında xidmət etmiş, ona xx.xx.2018-ci ildən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq son yaş həddinə çatdığına görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işində olan məlumat vərəqəsinə əsasən onun pul təminatında vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı və digər növ əlavələr də nəzərə alınmışdır. Qeyd olunan əlavə “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli 388 nömrəli Fərmanı ilə müəyyən edilmiş Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizidir. Qeyd olunan Fərmana Azərbaycan Respublikası Prezidentinin 29 fevral 2016-cı il tarixli 810 nömrəli Fərmanı ilə dəyişiklik edilərək “25” rəqəmləri “50” rəqəmləri ilə, Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə dəyişiklik edilərək “50” rəqəmləri “60” rəqəmləri ilə əvəz edilmişdir. İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 2902 nömrəli sərəncamı tətbiq edilməklə 2008-2018-ci illər ərzində ərzaq payı əvəzinə verilən pul kompensasiyasının ödənilməmiş məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi və ərzaq payı əvəzinə verilən pul kompensasiyasının 64 (altmış dörd) manatdan hesablanaraq yeni məlumat vərəqəsinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat idarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin 1 yanvar 2019-cu il tarixə qədər qüvvədə olan redaksiyasında qeyd edilirdi ki, təminat xərcliyi (pul təminatı)hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin 98-ci maddəsinin ikinci hissəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri ərzaq payı ilə təmin olunurlar. Ərzaq payının norması və ya o, natural şəkildə verilmədiyi halda dəyərinin pul kompensasiyasının həcmi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.Gömrük orqanlarının vəzifəli şəxslərinə ərzaq payının verilməsi “Azərbaycan Respublikası müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar, milli təhlükəsizlik nazirliklərinin, gömrük orqanlarının, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularını, sıravi və rəis heyətinə mənsub şəxslərini ərzaq payı və pul vəsaiti ilə təmin etmək haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 271 nömrəli qərarı ilə tənzimlənir. Gömrük orqanlarının vəzifəli şəxslərinə verilən ərzaq payının pul kompensasiyası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürlən vəsaitlərdən istifadə Qaydası”nın 3.1.5-ci yarımbəndinə əsasən Dövlət Gömrük Komitəsinin hesabına köçürlən vəsaitlərdən ödənilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və mülki işçilərinin sosial müdafiəsinin gücləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 2902 nömrəli Sərəncamının 3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularına ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği 2 dəfə artırılmışdır. Yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, iddiaçı 2008-2018-ci illər ərzində ərzaq payı əvəzinə verilən pul kompensasiyasının ödənilməmiş məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi və ərzaq payı əvəzinə verilən pul kompensasiyasının 64 manatdan hesablanaraq yeni “Məlumat vərəqi”nin göndərilməsini tələb etməkdə haqlı deyildir. Bu baxımdan cavabdehin imtinası əsaslı olmuşdur. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin–ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq -sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §4753; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §7677, Karsonun işi (Carson), § 64). Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya ünvanladığı cavab məktubu işin maddi hüquqi əsasları və müraciətin yekun nəticəsi baxımından qanuni və əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “2008-2018-ci illər ərzində ərzaq payı əvəzinə verilən pul kompensasiyasının ödənilməmiş məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi və ərzaq payı əvəzinə verilən pul kompensasiyasının 64 (altmış dörd) manatdan hesablanaraq yeni məlumat vərəqəsinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat idarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-cimaddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “2008- 2018-ci illər ərzində ərzaq payı əvəzinə verilən pul kompensasiyasının ödənilməmiş məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi və ərzaq payı əvəzinə verilən pul kompensasiyasının 64 (altmış dörd) manatdan hesablanaraq yeni məlumat vərəqəsinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat idarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar